15 Mart 2025

Şənbə, 03:02

Heydər Əliyevə həsr edilir

Sov.İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinji müavini Heydər Əliyevin şəxsi mühafizə bölməsinin keçmiş rəisi Aleksandr İvanovun xatirələrindən

Müəllif:

15.05.2006

Mayın 10-da Azərbayjanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 83-jü ildönümü idi. Bu qeyri-adi şəxsiyyətin həyat və fəaliyyəti barədə çox yazılsa və danışılsa da, bütün bunlar Heydər Əliyevin Vətən qarşısında xidmətləri ilə müqayisədə «dəryada damjıdır».  Mübaliğəsiz demək olar ki, Azərbayjanda elə bir gün yoxdur ki, Heydər Əliyev xatırlanmasın və bunun üçün xüsusi bir tarixə ehtiyaj da yoxdur. Onun xatirəsi daim qəlbimizdə yaşamaqdadır. Heydər Əliyevin tərjümeyi-halı hələ uzun müddət araşdırma obyekti olaraq qalajaqdır. Hələ uzun müddət indiki və gələjək alimlər bu xarizmatik şəxsiyyətin fenomeninin tədqiqinə çoxlu əsər həsr edəjəklər. Biz də bu işə kiçijik də olsa, töhfəmizi vermək istəyirik.  Vaxtilə Heydər Əliyevlə işləyən, vəzifə borjuna görə uzun müddət onunla yanaşı olmuş insanlar indi onun haqqında xatirələrində vurğulayırlar ki, zaman keçdikjə, «vəzifə borju» bu insanın istedadına, qeyri-adi şəxsi və insani keyfiyyətlərinə vurğunluğa, dərin ehtiram hissinə çevrilirdi. 10 il  Sov.İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinji müavini Heydər Əliyevin şəxsi mühafizə bölməsinin rəisi , faktiki, sovet hakimiyyəti illərində Heydər Əliyevin təhlükəsizliyinə javabdeh şəxs Aleksandr Alekseyeviç İvanov olub. Hazırda İvanov «İnterfaks-Azərbayjan» agentliyinin Baş direktorudur. Curnalımıza müsahibəsində Aleksandr Alekseyeviç Heydər Əliyevlə yanaşı yaşadığı illəri xatırlayır. O, Heydər Əliyevə dərin ehtiram və rəğbət bəsləməməyin mümkünsüz olduğunu vurğulayır:

- 1978-ji ildə Azərbayjan SSR DTK 9-ju idarəsində Sov.İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinji müavini Heydər Əliyevin şəxsi mühafizə bölməsinin rəisi təyin edilməyim mənim üçün çox gözlənilməz oldu. İşə çıxmazdan əvvəl, Heydər Əliyevlə söhbətimiz oldu. Şəxsi işimə ən injə təfərrüatlara qədər bələd olsa da, qarşısında nə bir qovluq, nə də birjə vərəq  görmədim. Sonralar, artıq onunla işləyərkən anladım ki, bu insan qeyri-adi yaddaşa malikdir və ona lazım olan bütün informasiya onun yaddaşına ən xırda təfərrüatları ilə birlikdə həkk olunur. Söhbətimiz qeyri-rəsmi səjiyyə daşıyırdı və sovet standartlarında qəbul olunmuş normalardan çox uzaq idi. Heydər Əliyevin insanlarla bu şəkildə söhbət etməsinin səbəbini isə mən sonralar anladım - o, bərabər işlədiyi bütün insanları yüksək qiymətləndirirdi. Əsas olanı həmin insanların korrupsiyaya qurşanmamaları idi. O, əhatəsindəki insanların istəklərinin baş alıb-getməsinə imkan vermirdi. Sədaqəti və alijənablığı yüksək qiymətləndirir, xəyanətə, qeyri-obyektiv münasibətə həmişə ağrılı reaksiya verirdi.  

- Heydər Əliyevlə nə qədər işlədiniz?

- 1978-1982-ji illərdə onunla Bakıda işlədim. Moskvaya gedəndə məni özü ilə apardı. 1988-ji ilin may ayına qədər, yəni təqaüdə çıxanadək Heydər Əliyevin yanında olmuşam. Onu da deyim, SSRİ DTK 9-ju idarəsinin təjrübəsində istefada olan şəxsin mühafizəsinin fəaliyyətini davam etdirməsinə rast gəlinmir. Heydər Əliyevin mühafizəsi isə, daha az tərkibdə olsa da, 1988-ji ilin may ayınadək fəaliyyət göstərmişdi. SSRİ DTK 9-ju idarəsi Sov.İKP MK Siyasi Bürosu üzvlərinin, SSRİ-yə səfər edən bütün alisəviyyəli şəxslərin təhlükəsizliyini təmin edirdi.  

- Deməli, Heydər Əliyev həyatının ən mürəkkəb dövrlərinin birində Siz onun yanında olmusunuz? 

- Mixail Qorbaçovun Sov.İKP MK Baş katibi təyin olunması və seçilməsi ilə bağlı onunla Heydər Əliyev arasında qiyabi mübarizənin nə ilə nətijələnməsi hamıya yaxşı məlumdur. 1985-ji ildən etibarən, onların qarşılıqlı münasibətlərində Qorbaçov tərəfindən neqativlik və qeyri-obyektivlik daha çox idi. SSRİ Nazirlər Soveti sədrinin birinji müavini kimi, onun üzərinə həddən artıq böyük məsuliyyət qoyulmuşdu. Heydər Əliyev iyirmidən artıq nazirliyin - nəqliyyat, təhsil, mədəniyyət, yüngül sənaye və s. işinə nəzarət edir, nəhəng həjmdə işi yerinə yetirməklə bərabər, üstəlik, o zaman SSRİ Nazirlər Soveti nəzdində fəaliyyət göstərən operativ məsələlər üzrə komissiyaya da başçılıq edirdi. Möhtəşəm iş həjmi və möhtəşəm iş qabiliyyəti! «Əmək kollektivi haqqında», «Ali və orta ixtisas təhsili haqqında» qanunlar bilavasitə onun iştirakı ilə işlənib-hazırlanmışdı. Ola bilsin, Qorbaçovu, özünə aşkar rəqib saydığı Heydər Əliyevə qarşı kampaniyaya başlamağa sövq edən amillərdən biri də elə məhz sonunjunun tutduğu bütün vəzifələrin öhdəsindən layiqinjə gələ bilməsi, qeyri-adi iş qabiliyyəti olmuşdu. Xidməti vəzifələrimlə əlaqədar, mən onun həmkarları - Siyasi Büro üzvləri ilə danışıqlarında, Siyasi Büronun toplantılarında iştirak etməli olurdum.

Heydər Əliyevin Nazirlər Soveti sədrinin birinji müavini vəzifəsindən və Siyasi Büro üzvlüyündən kənarlaşdırıldığı gün hər şey adi axarı ilə gedirdi. Qeyri-adi heç nə gözlənilmirdi. SSRİ Ali Sovetinin növbəti sessiyası çağırılmışdı. O zaman sosial problemlər üzrə komissiyanın işi də Heydər Əliyevə həvalə olunmuşdu. Onda kooperativ hərəkat hələ təzəjə təşəkkül tapmağa başlamışdı və bu prosesin də başında Heydər Əliyev dururdu. Həmin günün planında mebel istehsalı üzrə yeni sexə baxış nəzərdə tutulmuşdu. Birinji obyektdən ikinjisinə getdiyimiz vaxt zəng çalındı və Heydər Əliyevi istədilər. Mən onları jalaşdırdım. Telefon danışığından sonra biz marşrutu kəskin şəkildə dəyişərək, Kremlə yollandıq. Sessiya başa çatmışdı. Otağımızdakı mühafizəçilərin tərkibindən başa düşdüm ki, Heydər Əliyevi Qorbaçov və Liqaçov gözləyirlər. Onlarla söhbətdən Heydər Əliyev çox pərişan idi. O mənə dedi: «…Axşam uşaqları bir yerə topla, onlara durum barədə məlumat vermək lazımdır». Nazirlər Soveti sədrinin birinji müavini vəzifəsindən kənarlaşdırıldıqdan sonra, Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin müşaviri təyin olundu. Onun yeni kabineti Kremldə yox, başqa ünvanda yerləşirdi. Kiçik bir iş otağı. Əvvəlkindən müqayisəyəgəlməyəjək qədər az məktublar. Daha zənglər də olmurdu. O, bütün alışdıqlarından, ələlxüsus da fəal həyatdan təjrid olunmasını çox ağrılı keçirirdi. Güman ki səhhətinə zərbə endirən də elə bu durum oldu. Hələ ömrümdə belə məsuliyyətli şəxs və işləməyə bu qədər möhtəşəm həvəs görməmişdim… Yaxşı ki, gözəl və həssas ailə üzvləri onu həmişə və hər şeydə dəstəkləyirdilər. Heydər Əliyev son dərəjə uzaqgörən rəhbər idi.  O, 1987-ji ilin oktyabrında işdən uzaqlaşdırıldıqdan sonra, «Barvixa» müalijə müəssisəsində kurs keçdiyi vaxt, bağda gəzişərkən mənə dedi ki, yenidənqurmanın süqutu qaçılmazdır və Qorbaçova, maksimum, 3 il vaxt verdi. Zaman göstərdi ki, Heydər Əliyev  yenidənqurmanın iflası tarixini tamamilə dəqiq göstərmişdi.  

- Bəs işdən uzaqlaşdırılması ilə bağlı xoşagəlməz hal baş verdikdən sonra,  hakimiyyət dairələrində Heydər Əliyev barədə nə danışırdılar? Siz hansısa söhbətlər eşitmişdiniz?

- Hazırda Moskvada yaşadığım binada indi də bu barədə danışırlar. Azərbayjana yaxın vaxtlarda gəlmişəm. O zaman Heydər Əliyev mənə, əsasən, nazirlər və məsul işçilərin yaşadığı binada mənzil ayırdı. Keçmiş nazirlər və məsul işçilər indi də onu böyük şövqlə xatırlayırlar. Fikrimjə, insanlar Heydər Əliyevin vəzifədən kənarlaşdırılmasından şoka düşmüşdülər.  

- Heydər Əliyev 1993-jü ildə hakimiyyətə qayıtdıqdan sonra, onunla tez-tez görüşürdünüz?

- Bəli, onunla mütəmadi görüşürdüm. Heydər Əliyev mənimlə təmasda olmaq üçün həmişə vaxt tapırdı. Rusiyaya işgüzar səfərləri zamanı da görüşürdük. Müəyyən şəxsi tapşırıqları da olurdu. Sonunju görüşümüz  2003-jü ilin yanvar ayında olub. Mehribanjasına söhbətləşdik. Yüksək əhval-ruhiyyədə idi. Ölkəsinin böyük perspektivləri barədə düşünürdü. Heydər Əliyev deyirdi ki, Azərbayjanda islahatlar davam etdiriləjək və ölkə möhtəşəm dəyişikliklər ərəfəsindədir. O deyirdi ki, Azərbayjanın nüfuzunu ən yüksək səviyyəyə qaldırmalıdır. Şübhəsiz, Dağlıq Qarabağ məsələsinin öz həllini hələ də tapmaması onun üçün ən ağrılı məsələ idi. Əminəm, Heydər Əliyev 1982-ji ildə SSRİ Nazirlər Soveti sədrinin birinji müavini təyin olunaraq Moskvaya getməyib, Azərbayjan KP MK-nın birinji katibi  kimi Bakıda qalsaydı, indi Qarabağ problemi də olmazdı. Şəxsən Heydər Əliyevin Stepanakertdə nejə böyük nüfuza malik olduğunu görmüşəm. Səpin, pambıq və üzüm yığımı vaxtı Heydər Əliyev həmişə bölgələrə səfər edərdi. O, Stepanakertə ildə, ən azı, iki dəfə gedirdi. Bu şəhərin erməni sakinləri də onu çox sevirdilər. Yerli qadınların onun əllərini öpməyə jan atmaları, onun isə özünəxas  təvazökarlıqla həmişə bunun qarşısını almağa çalışması, lakin bəzən qadınların öz istəklərinə çatması indi də gözümün önündədir. Sonradan hadisələrin bu jür inkişafı mənim üçün də anlaşılmazdır. Lakin əminəm, həmin ağır illərdə Heydər Əliyevin nüfuzu bunun qarşısını alar və münaqişə baş verməzdi.  

- Təhlükəsizliyin təmin olunması baxımından hansısa hadisə olmuşdumu?

- Xeyr. Birinjisi, SSRİ DTK 9-ju idarəsi elə dəqiq işləyirdi ki, heç bir hadisə ola bilməzdi. Həm də o zaman heç kim Heydər Əliyevə qarşı nəsə törətməyi heç ağlına da gətirməzdi. Qeyd etmək istərdim ki, o, Siyasi Büro üzvlərindən xalq arasına çıxan birinji adam idi. Tez-tez maşını saxlatdırır, bazara, mağazalara girir, qiymətlərlə maraqlanırdı, insanlarla söhbət edirdi. O qədər açıq, səmimi adam idi ki, onu görən kimi insanlar ətrafına toplaşır, həm ağrı-ajılarını, həm də sevinjlərini bölüşürdülər. 1986-jı ildə Novorossiysk yaxınlığında «Admiral Naximov» sərnişin gəmisi qəzaya uğrayanda, qəzanın səbəblərini araşdıran Dövlət Komissiyasına rəhbərlik Heydər Əliyevə həvalə edildi. Həlak olanların qohumları ilə görüşlərdən biri mədəniyyət sarayı qarşısında keçirilirdi, çünki insanlar zala sığışmırdılar. Bu zaman Heydər Əliyevə bir javan oğlan yaxınlaşdı. Yaxında olduğumdan, onun astaja gəminin kapitanının oğlu olduğunu söyləməsini və həbsdə olan atası üzərində məhkəmənin ədalətli keçirilməsini xahiş etdiyini eşitdim. Javabında Heydər Əliyev də ona yavaş səslə tez oranı tərk etməsini məsləhət gördü - toplaşanlar onun «Admiral Naximov»un kapitanının oğlu olduğundan xəbər tutsaydılar, vəziyyəti, çətin ki, yaxşı olardı. Heydər Əliyev böyük ürək sahibi, hamı ilə təmas qurmağı bajaran, sadə bir insan olduğundan, heç kim ona pislik arzulamırdı. Odur ki, heç bir xoşagəlməz hadisə də olmurdu.  

- Heydər Əliyevin gün ərzində vaxtını nejə bölüşdürməsi çox maraqlı olardı...

- Spartalılara xas həyat tərzi sürürdü. Hər gün səhər saat 6-da yuxudan dururdu. Burada da, Moskvada da, istirahətdə olanda da. İmkan olanda Yaltada dinjəlirdi. İstənilən hava şəraitində səhər 30 dəqiqə qaçırdı. Sonra gimnastika hərəkətləri kompleksi və hovuz. Saat 9-da işdə olur, işdən, ən yaxşı halda, axşam saat 10-da çıxırdı. Bütün gün ərzində bir stəkan çay içir, ayaqüstü nəsə yeyirdi.  Yeməyə aludə deyildi.  Azərbayjana səfərlərimin birində məni evinə şam yeməyinə dəvət etdi. Çox xeyirxah, eyni zamanda, bir qədər hiyləgər təbəssümlə dedi: «İndi prezidentin nejə şam etdiyini görəjəksən». Mən də javab verdim ki, bilirəm, indi qızardılmış badımjan və pomidor, qaynadılmş ət gətirəjəklər. Bir az sonra xidmətçi qadın yaxınlaşdı. Heydər Əliyev ondan soruşdu: «Şam yeməyinə nəyimiz var?». Qadın sadaladıqlarımın adını çəkdi. Özünə xüsusi diqqət yetirmirdi. Bütün diqqətini işə və ailəsinə yönəltmişdi. Siyasi Büro üzvü kimi, onun şəxsi həkimi və aşpazı olsa da, bunun heç fərqinə də varmırdı. Aşpazı özü ilə ezamiyyətə jəmi birjə dəfə - Vyetnama gedəndə apardı. Bu, Vyetnam mətbəxinin səjiyyəviliyi ilə əlaqədar idi və biz onu çox çətinliklə buna razı sala bilmişdik. Həkimə getməkdən isə zəhləsi gedirdi. Gündəliyində həkim müayinəsi qeydini görən kimi, onu, sadəjə, pozurdu. 

- Demək olarmı ki, Heydər Əliyevlə yanaşı keçirdiyiniz illər həyatınızın ən gözəl illəri olub?

- Şübhəsiz. Mən javan idim - onunla işləməyə başlayanda jəmi 28 yaşım var idi. Ümumiyyətlə, hesab edirəm ki, o mənim üçün təkjə qoruduğum şəxs yox, həm də taleyimdə, hətta bu gün vətənə qayıtmağımda da möhtəşəm rol oynayan bir insan olub. Həmin illəri nə məktəb, nə də institut illəri ilə müqayisə etmək olmaz. Heydər Əliyev müəllimim olub. Mən ondan çox şey əxz etmişəm və  hələ də əxz etməkdəyəm. Taleyimdə onun möhtəşəm rolu olub. Əlbəttə, bəzən əsəbiləşdiyi anlar olub, lakin mənə qarşı iddiaları həmişə əsaslı olurdu. Bundan sonra isə injə bir alijənablıqla anlaşılmazlığın artıq arxada qaldığını anladırdı. Həmişə özünü ələ almağı bajarırdı, hövsələdən çıxmırdı. Əgər tənbeh alırdımsa, bu ya işimdəki nöqsan, ya da javanlığım üzündən olurdu. Bir sözlə… həqiqətən, dahi bir insan idi. Qəbri nurla dolsun! 


MƏSLƏHƏT GÖR:

481