15 Mart 2025

Şənbə, 20:00

İQTİSADİ İTTİFAQ

Azərbayjan-Qazaxıstan:milyonlarla ölçülən əməkdaşlıq

Müəllif:

15.05.2006

Aprel ayının sonu xariji siyasətdə olduğu kimi, makroiqtisadiyyat sahəsində də hadisələrin çoxluğu baxımından yaddaqalan oldu. Yəqin ki, mayın 4-5-də Bakıda keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) toplantısı Azərbayjan KİV-də və ijtimaiyyətində hələ uzun müddət müzakirə olunajaq. Amma istənilən halda, bu toplantıda da siyasət öz yerini iqtisadiyyata güzəştə getməli oldu. Çünki istər-istəməz müzakirələr yaxın vaxtlarda Azərbayjan, Gürjüstan və Türkiyəni bir-birinə daha sıx bağlayajaq layihə - Bakı-Tbilisi-Jeyhan (BTJ) layihəsi ətrafında gedirdi. Gələjəkdə bu kəmərə Qazaxıstan neftinin də vurulajağı gözlənilir. Bu yazıda da biz Qazaxıstanla Azərbayjan arasında münasibətlər və iqtisadi-tijarət əlaqələrinin vəziyyəti haqda danışajağıq.

 

Enerci sahəsində dialoq 

İki ölkə arasında əməkdaşlıqdan danışarkən Azərbayjan-Qazaxıstan parlamentlərarası komissiyasının aprelin 29-da Bakıda keçirilmiş IV ijlasına toxunmamaq olmaz. Bu tədbir çərçivəsində məlum oldu ki, hazırda Qazaxıstanın «KazMunayQaz» şirkəti ilə Azərbayjanın Dövlət Neft Şirkəti (ARDNŞ) arasında «Qazaxıstan neftinin Xəzər dənizi və Azərbayjan ərazisi ilə BTJ vasitəsilə nəqlinə yardım və dəstək» layihəsi üzərində intensiv iş aparılır. Layihə hələlik yalnız müzakirə mərhələsində olsa da, Aktau-Bakı sisteminin BTJ-yə və ya Azərbayjan ərazisindən keçən digər kəmərlərə qoşulajağı nəzərdə tutulub. Beləliklə, Aktau-Bakı Qazaxıstanın karbohidrogen ehtiyatının dünya bazarına nəqli sahəsindəki siyasətinin aparıjı hissələrindən birinə çevrilə bilər.

Yeri gəlmişkən, Qazaxıstanın energetika və mineral resurslar naziri Baktıkoja İzmuxambetov hesab edir ki, Bakı ilə onun ölkəsi arasında tijarət dövriyyəsinin azalmasının əsas səbəblərindən biri də Qazaxıstan neftinin Azərbayjan ərazisindən nəqlinin həjminin aşağı düşməsidir. Göründüyü kimi, Azərbayjan-Qazaxıstan iqtisadi-tijarət əlaqələri məhz neftin hesabına yeni mərhələyə qədəm qoya bilər. 

Azərbayjan hökuməti də eyni mövqedən çıxış edir. Baş nazirin birinji müavini Abbas Abbasovun sözlərinə görə,  artıq 25 milyon ton həjmində Qazaxıstan neftinin Azərbayjan ərazisi ilə Jeyhana nəqli məsələsi müzakirə olunub və bu barədə qərar qəbul olunub. «Azərbayjan iqtisadiyyatı və ümumilikdə iki ölkə arasındakı münasibətlərin inkişafı üçün bu çox vajibdir. Qazaxıstan neftinin nəqli, həmçinin, Azərbayjana böyük gəlirlər gətirəjək və əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına kömək edəjək», - deyə hökumətlərarası komissiyanın toplantısında çıxış edən A.Abbasov bildirib. Mayın ortalarında bu mühüm razılaşma tamamilə hazır olmalıdır. Sənədin imzalanması isə dövlət başçıları səviyyəsində həyata keçiriləjək. Qazaxıstanın Baş naziri Danial Axmetovun sözlərinə görə, mərasim iyunun ikinji yarısında reallaşa bilər: «Razılaşmaya dair tərəflər arasında heç bir fikir ayrılığı qalmayıb. Texnikixarakterli bir sıra məsələlər var ki, onlar da bu ay ərzində mütləq həllini tapajaq. Belə olan halda, Qazaxıstan 2008-ji ildə karbohidrogen xammalının BTJ ilə nəqlini 7-8 milyon tona çatdırmağı planlaşdırır», - deyə Baş nazir qeyd edib. 

Qeyd edək ki, iki ölkə arasında neft ixrajı sahəsində əməkdaşlıq kontekstində, Xəzərin dibi ilə Qazaxıstandan Azərbayjana yeni kəmərin çəkilməsi məsələsi də gündəmdədir. Lakin D.Axmetovun bildirdiyinə görə, bu məsələ ilə bağlı əvvəljə Xəzər hövzəsi dövlətləri ilə razılaşma əldə olunmalıdır. Ona görə də hələlik rəsmi Astana hazırkı mərhələdə bu layihəni müzakirə etmir: «Bununla yanaşı, qeyd etmək lazımdır ki, bu məsələ detalların daha dərindən müzakirə edilməsini tələb edir və düşünürəm ki,  Xəzərin dibi ilə neft kəmərinin çəkilməsi məsələsinə qayıdajağıq».

 

Daha bir boru

Göründüyü kimi, Qazaxıstan əvvəllər olduğu kimi, indi də Azərbayjana Qafqaz regionunun aparıjı dövləti, həmçinin, neft-qaz layihələrinin gerçəkləşməsində perspektivli tərəfdaş kimi baxır. 

Məlumdur ki, Azərbayjanda olduğu kimi, Qazaxıstanda da karbohidrogenlərin dünya bazarlarına nəqli, iqtisadiyyatın əsas sahələrindən biridir. Azərbayjanla Qazaxıstanın qazax qazının Xəzər dənizinin dibi ilə Avropaya nəql edilməsi üçün yeni - Transxəzər Boru Kəmərinin (TBK) çəkilməsinə dair da müzakirələr aparır. Rəsmi Astana Tengiz (Qazaxıs-tan) - Türkmənbaşı (Türkmənistan) - Bakı (Azərbayjan) - Tbilisi (Gürjüstan) - Ərzurum (Türkiyə) marşrutu ilə çəkiləjək bu kəməri yüksəkperspektivli layihə hesab edir. Təsadüfi deyil ki, bu marşrut Qazaxıstanın qaz sahəsinin 2015-ji ilədək nəzərdə tutulan inkişaf konsepsiyasına daxildir və mümkün ixraj istiqamətlərindən biri kimi nəzərdə tutulub.

Ekspertlərin qiymətləndirməsinə görə, belə bir kəmər 5 milyard dollar həjmində sərmayə tələb edə bilər («Röyters») və artıq Qazaxıstanın Energetika Nazirliyi TBK-nın texniki-iqtisadi təminatının maliyyələşdirilməsi üçün Avropa Komissiyasına mürajiət etməyi düşünür. Nazirliyin proqnozuna görə, Qazaxıstan 2015-ji ilədək hər il 45 milyard kubmetr təbii qaz istehsal edəjək. Bir detalı da unutmaq lazım deyil ki, Rusiyanın «mavi qazı»n ixrajı ilə bağlı qiymətləri qaldırmağa başlamasından sonra, Qərbin yeni enerci daşıyıjıları mənbələrinə marağı daha da artıb. Türkmən və qazax neftinin nəqli də Avropa üçün maraq kəsb edir. Bəzi Avropa ölkələri artıq Mərkəzi Asiyadan enerci daşıyıjılarının Türkiyə ərazisi ilə Avstriyaya nəqlini nəzərdə tutan Nabujjo layihəsinin reallaşdırılmasına dair razılığa gəlib. Bu lahihənin əsas tərkib hissəsi isə Bakı-Tbilisi-Ərzurum (BTƏ) qaz kəməri hesab olunur. Yeri gəlmişkən, Astananın bəyanatından sonra, Avropa Komissiyası dərhal TBK-nin tikintisinin lehinə çıxış edib.

«Biz mütləq «dördünjü dəhliz»in tikintisini dəstəkləyə-jəyik. Bu bizə əlavə həjmdə qaz verəjək, Qazaxıstan üçün isə ixraj marşrutlarının  diversifikasiya yollarından biri olajaq», - deyə Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Andris Pibalqs (Andris Piebalgs) Qazaxıstanın energetika və mineral resurslar naziri B.İzmuxambetovla görüşü zamanı bildirib. 

Yeri gəlmişkən, Azərbayjanın xariji işlər naziri Elmar Məmmədyrov da bildirib ki, TBK-nin inşası məsələsi hazırda Bakı ilə Astana arasında müzakirə obyektidir. Lakin qazaxıstanlı rəsmilərdən fərqli olaraq, E.Məmmədyarov vur-ğulayıb ki, bu layihənin reallaşması yalnız bu iki dövlətdən asılıdır. «Hər iki dövlət artıq Xəzər dənizinin sərhədləri haqda razılaşma imzalayıb; bu qaz borusunun marşrutu isə məhz bu iki ölkəyə aid sektordan keçir. Düşünmürəm ki, bu məsələdə hansısa problemli situasiya yarana bilər», - deyə E.Məmmədyarov bildirib.

Lakin artıq qeyd etdiyimiz kimi, Qazaxıstan bir qədər fərqli düşünür. Rəsmi Astana sözügedən layihənin reallaşmasında müəyyən risklərin olduğunu istisna etmir. Baş nazir D.Axmetovun sözlərinə görə, hər şeydən əvvəl, söhbət «hüquqi risk»dən gedir və bu, Xəzər dənizinin həqiqi statusunun hələ də müəyyənləşməməsi ilə bağlıdır. Digər tərəfdən, burada «siyasi risk» də var. Çünki bu layihənin reallaşması Qazaxıstan ilə Rusiya arasındakı neft-qaz sahəsində əməkdaşlığa xələl gətirə bilər. Nəhayət, D.Axmetovun dediyinə görə, «iqtisadi risk» də nəzərdən qaçırılmamalıdır. Çünki bu layihə alternativ qaz ixrajı kəmərləri ilə rəqabət apara bilmək güjündə olmalıdır.

Lakin bu da hələ son deyil. Qeyd etdiyimiz kimi, Qazaxıstanın öz təbii qazını Bakı-Tbilisi-Ərzurum kəməri ilə nəql etmək imkanlarını nəzərdən keçirir. D.Axmetov bildirir ki, «Bu bizim ölkəmiz qarşısında yalnız yeni alternativlər yox, həm də Qazaxıstan qazının Avropaya çıxmaq imkanlarını açır». Yenə də Qazaxıstanın BTƏ-yə qoşulması ölkənin TBK-nin tikintisi layihəsində iştirakı ilə mümkündür. D.Axmetovun sözlərinə görə, TBK-nin tikintisi onun Bakıda İran Prezidenti Mahmud Əhmədinecatla ikitərəfli görüşündə də müzakirə edilib: «İran prezidenti ilə görüş enerci daşıyıjılarının inteqrasiyası və Tehranın Qazaxıstanın TBK-nin tikintisində iştirakına münasibəti məsələlərinə həsr olundu. Müzakirələr zamanı İranın dövlət başçısından müsbət bəyanatlar eşitdik ki, bu da bizi sevindirməyə bilməz».

 

Neft və Kimya

Karbohidrogenlərin dünya bazarına ixrajı iki ölkə arasında yeganə əməkdaşlıq sahəsi deyil. Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin 2005-ji ilin yazında Azərbayjana səfəri zamanı, həmçinin, iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın IV ijlasında energetika sahəsində xammal yaradılması və hazır məhsul istehsalı ilə bağlı birgə müəssisələrin yaradılması məsələsi müzakirə olunub. Ona görə də bu gün Azərbayjan və Qazaxıstan arasında neft-qaz sahəsində maşınqayırma ilə məşğul olajaq birgə müəssisənin yaradılması məsələsinə baxılır. Hökumətlərarası komissiyanın IV ijlasının protokolunda qeyd olunur ki, tərəflər Bakıda neft-qaz sahəsində vajib avadanlıqların istehsalı ilə məşğul olajaq birgə müəssisənin yaradılması layihəsini öyrənərək, komissiyaya təqdim etmək fikrindədirlər. Bundan başqa, Qazaxıstanın Aktau və Azitan şəhərlərində də neft-qaz avadanlıqlarına xidmət göstərəjək servis bazalarının nümayəndəliklərinin açılması məsələsi gündəmdədir. «Hər iki tərəf əsas səylərini əməkdaşlığın prioritet sahələrinə istiqamətləndirməlidir», - deyə energetika və mineral resurs-lar naziri Baktıkoja İzmuxambetov bildirib: «Birgə müəssisənin yaradılması ilə yanaşı, biz kimya sənayesi məhsullarının istehsalı ilə məşğul olajaq obyektlərin tikintisi və hazırlanması ilə məşğul olmalı, «mavi yanajaq»ın dünya bazarlarına nəqli ətrafında düşünməliyik».

Azərbayjanın neft-kimya sahəsindəki təjrübəsini nəzərə alan Qazaxıstan ölkənin sənaye-innovasiya inkişafı strategiyası çərçivəsində bu sahənin yüksək texnologiyalara malik layihələrinin investisiyalaşdırılmasında marağını ortaya qoyub. Həmçinin, Azərbayjanın Sənaye və Energetika Nazirliyi və «Azərkimya» Dövlət Şirkətinə, Qazaxıstanın isə Energetika və Mineral Ehtiyatlar Nazirliyi ilə «Kazmunayqaz» şirkətinə tapşırılıb ki, qarşılıqlı maraq doğuran layihələrlə bağlı təkliflər hazırlansın.

 

İnteqrasiyaya doğru

Nəqliyyat sahəsinə gəlinjə, burada tərəflər nəzərəçarpajaq uğurlar əldə edib. Qazaxıstan və Azərbayjan gəmiçiliyi arasında əlaqələrin effektivliyinin təmin edilməsi məqsədilə Qazaxıstanın Nəqliyyat və Kommunikasiya Nazirliyi beynəlxalq dəniz gəmiçiliyi sahəsində əməkdaşlığa dair saziş layihəsi hazırlayıb. Layihə artıq müvafiq dövlət qurumları ilə də razılaşdırılıb və yaxın zamanlarda Azərbayjan tərəfinə göndəriləjək.

Astana və Bakı bərə vasitəsilə yüklərin daşınmasında paritet əsaslarla güzəştlərin edilməsinə dair də razılıq əldə ediblər. Məlumat üçün qeyd edək ki, 2005-ji ildə iki ölkə arasında dəniz nəqliyyatı ilə daşınan yüklərin həjmi (tranzit də daxil olmaqla) 947 min ton olub ki, onun 350 min tonu Qazaxıstandan daşınıb. Ötən il Azərbayjan ərazisindən 3,02 milyon ton qazax nefti daşınıb. Bir faktı da qeyd etmək lazımdır ki, hazırda Qazaxıstan və Azərbayjan hökumətləri Xəzərin dibi ilə Siyəzən və Aktau yaşayış məntəqələri arasında rabitə xəttinin çəkilməsi istiqamətində də birgə addımlar atırlar. Azərbayjan tərəfi uzunluğu 400 kilometrə yaxın olajaq xəttin çəkilməsi üçün  işlərə artıq bu ildən başlanmasını mümkün sayır. Qazaxıstan isə yekun qərarını yaxın vaxtlarda bildirəjək. Layihənin müzakirəsi üçün Qazaxıstanın nümayəndə heyəti yaxın zamanlarda Bakıya səfər də edəjək.

Bundan başqa, Azərbayjanın telekommunikasiya sahəsində qazax şirkətlərinin fəaliyyətinin artırılması planlaşdırılır. Yeri gəlmişkən, N.Nazarbayevin Bakıyə səfəri çərçivəsində, həmçinin, hökumətlərarası komissiyanın IV ijlasında iki ölkə arasında tijarət dövriyyəsinin artırılması məsələsi də aktiv şəkildə müzakirə olunub. Qeyd edək ki, qazax qazı və taxılının ixrajının azalması nətijəsində ölkələr arasındakı tijarət dövriyyəsi kəskin şəkildə aşağı düşüb. Belə ki, ötən il taxıldan 13,3 milyon dollar gəlir əldə edilibsə, 2004-jü ildə bu rəqəm 82,5 milyon dollar olub. Lakin görünür, bu problem tədrijən öz həllini tapır. Mayın 6-da Bakının Hövsan qəsəbəsində Qazaxıstan Baş nazirinin iştirakı ilə «Bakı taxıl terminalı» müəssisəsinin təməlqoyma mərasimi keçiriləjək. Bu, Azərbayjanın «Planet L» və Qazaxıstanın «Ərzaq korporasiyası» Səhmdar Jəmiyyəti tərəfindən təsis edilmiş birgə müəssisə olajaq. İldə 500-800 min ton taxıl daşımaq güjündə olajaq terminalın açılışı 2006-jı ilin sonuna planlaşdırılıb. Taxıl Qazaxıstandan Aktau limanından dənizlə nəql ediləjək. Müəssisənin fəaliyyəti yalnız Azərbayjanın taxıla olan tələbatının ödənilməsinə deyil, həmçinin, məhsulun Gürjüstana, Türkiyəyə və Şimali Afrikaya ixrajına imkan yaradajaq. Qazaxıstanın Baş naziri bildirib ki, Qazaxıstan-Azərbayjan taxıl terminalının tikintisi ölkələr arasında sıx inteqrasiyaya tərəf adılmış daha bir addım olajaq: «Əgər biz Azərbayjanla energetika sahəsində sıx əməkdaşlıq ediriksə, bu tamamilə başqa bir sahədir. İldə 800 min tonadək güjə malik terminal bizə nəinki Azərbayjan bazarında, bütün Qafqazda mövjud olmaq imkanı yaradajaq». Nazir onu da əlavə edib ki, Qazaxıstan tərəfi ölkə bazarında Azərbayjan tərəvəzinin satışını təşkiletmə məqsədilə, Manqıstau rayonu ərazisində tərəvəz terminalının tikintisi üçün torpaq sahəsi ayırıb: «Bu bizim əməkdaşlığımızın dərinləşməsinin daha bir forması olajaq. Bu terminalın güjünə gəlinjə, yaxın zamanlarda müəyyənləşəjək və biz Azərbayjan tərəfi üçün mümkün olan güjdə terminalın yaradılmasına çalışajağıq». Qeyd edək ki, taxıl terminalının tikintisi ilə bağlı qərar Azərbayjan Prezidenti İlham Əli-yevin 2004-jü ilin yazında Qazaxıstana səfəri zamanı qəbul edilib və layihənin dəyəri 6 milyon dollara bərabərdir. Yeri gəlmişkən, artıq Azərbayjanın Kənd Təsərrüfatı və İqtisadi İnkişaf nazirliklərinə Qazaxıstanın Qərb regionlarının meyvə-tərəvəz məhsulları ilə təjhiz edilməsinə dair tapşırıqlar verilib.


MƏSLƏHƏT GÖR:

418