15 Mart 2025

Şənbə, 02:57

10 İL DAVAM EDƏN «NİkAH MÜQAVİLƏSİ»

Ankaraya Avropa evinə «qoşulmaq» beləmi vajibdir?

Müəllif:

15.05.2006

Otən ilin oktyabr ayının əvvəllərində Brüsseldə Türkiyənin Avropa İttifaqına  (Aİ) qəbulu ilə bağlı danışıqlar prosesinə start verildi. Özü-özlüyündə bu hadisə Ankaranın böyük səylərinin nətijəsi idi və Türkiyənin müəyyən diplomatik uğur qazandığını sübut edirdi. Hətta Bi-Bi-Si-nin şərhində bu dialoq «Türkiyənin Avropa evinə qoşulmaq üçün 40 ildən artıq göstərdiyi səylərin kulminasiyası» adlandırılmışdı.

Amma buna rəğmən, hələlik nikbinlik üçün əsas azdır. Bu ölkə ilə Aİ-ni hələ də ötən illərin «yükləri», bugünün həll olunmamış problemləri və birgə gələjəklə bağlı təlaş ayırır. Mütəxəssislərin qiymətləndirməsinə görə, danışıqlar prosesi, çox güman ki, 2015-ji ilədək uzanajaq. Təbii ki, 10 ildə çox sular durula bilər və bu müddət ərzində çox güman ki, Türkiyə də daxil olmaqla, bir çox ölkələrin xariji siyasət prioritetləri dəyişə bilər. Hələiksə, Türkiyənin Aİ-yə qəbulu məsələsi açıq qalır.

 

«Lehinə» və «əleyhinə»

Türkiyənin İstanbul, Ankara, Antalya və İzmir kimi iri şəhərlərində yaşayan ali savadlı gənjləri ölkənin Aİ-yə qoşulmasına daha çox təfərdardılar. Prinsipjə, bu gənjlər özlərini artıq avropalı sayırlar. Onlar Köhnə Dünyanın əsas dəyərlərini bölüşür və gələjəyə inamla baxaraq, «Ümumavropa evi»ni öz ideyalarının reallaşajağı məkan kimi görmək istəyirlər. Onlar üçün Türkiyə Asiya çərçivələrini çoxdan aşıb.

Eyni zamanda, müşahidəçilərin fikrinjə, Türkiyə-Aİ danışıqlarının başlandığı yarım ildən artıq müddətdə ölkə ijtimaiyyəti arasında «avropalılaşmağa» maraq kifayət qədər azalıb. Son məlumatlara görə, Türkiyə əhalisinin, təxminən, 40 faizi (30 milyon nəfər) ölkənin Aİ-yə üzvlüyünə mənfi yanaşır. Onların fikrinjə, Aİ-nin tərkibində Türkiyənin vətənpərvərlik ruhu və milli birlik hissləri zəifləyə bilər. Bundan başqa, türklərin heç də hamısı Avropa qanunları ilə yaşamaq istəmir. Buna misal kimi, bir müddət əvvəl Türkiyə-Aİ birgə Parlament Komissiyasının həmsədri Jüst Lajenjikin təklifini xatırlamaq yerinə düşər. Lajenjik Türkiyə ali məktəblərində müsəlman qızlara başörtüyü geyinməyə ijazə verilməsini istəyib. Onun fikrinjə, «Dünyəvi idarəetmə dini baxışlara mane olmamalıdır».

 

«Soyqırım», kürdlər, Kipr

Təəjjüblü deyil ki, Aİ-nin Ankara qarşısında qoyduğu çoxsaylı tələb və tövsiyələr Türkiyə vətəndaşlarının əksəriyyətini narahat edir. Hər şeydən əvvəl bu, qondarma «erməni soyqırımı»nın tanınması ilə bağlıdır. Bir müddət əvvəl Türkiyənin Aİ-yə üzvlüyünə qarşı çıxışı ilə tanınan Fransa parlamenti «soyqırımı» inkar edən şəxslərin məsuliyyətə jəlb edilməsinə dair qanun layihəsini müzakirəyə təqdim edib. Məlum olduğu kimi, Avstriyada, Almaniyada və elə Fransanın özündə indiyədək belə bir qanun yalnız Xolokost ilə bağlı qüvvədə idi. Ankara problemin tarixi köklərini araşdırmaq üçün istənilən arxiv materialları və sənədləri təqdim etməyə hazır olduğunu bildirsə də, Avropa hökumətləri hələ də Yerevana inanmağa üstünlük verirlər.

Bu yaxınlarda Ermənistanın xariji işlər naziri Vardan Oskanyan Rusiya mətbuatına müsahibəsində bildirib ki, «Artıq erməni soyqırımının tanınması məsələsi Ermənistan-Türkiyə münasibətləri çərçivəsindən çıxıb». Yerevanın tərəfdarları iddia edir ki, Ankara Ermənistan ilə 15 ildən artıqdır, bağlı saxladığı, «Avropa ərazisində qalmış yeganə bağlı sərhədi» açmalıdır. 

Türkiyənin Aİ-yə yoluna atılan daha bir «daş» kürd problemi, həmçinin, Kipr adası ilə bağlı Yunanıstan ilə həll edilməmiş münaqişədir.

Aprelin əvvəlində Avropa Parlamentinin 50 deputatdan ibarət qrupu Türkiyənin Baş naziri Rəjəb Tayyip Ərdoğana məktub göndərərək, Türkiyə Ordusu və hökumətini ölkənin jənub-şərqində iğtişaşlar törətməkdə ittiham etdi. Türkiyənin «Jümhuriyyət» qəzetinin məlumatına görə, Avropa parlamentariləri Ankaraya bir daha xatırladıblar ki, Türkiyənin Aİ-yə qəbulunun əsas şərtlərindən biri kürd əhalinin fundamental hüquqlarının tanınmasıdır.

Qeyd edək ki, bu məsələ hazırda Türkiyə hökumətinin diqqət mərkəzindədir. Bu yaxınlarda Baş nazir R.T.Ərdoğanın ölkənin ən yoxsul ərazilərindən sayılan jənub-şərqə səfər etməsi və orada yeni iş yerlərinin açılajağını bəyan etməsi də bu diqqətin göstərijisidir. Bununla yanaşı, hökumət başçısı, kürdləri terrorçu Kürd Fəhlə Partiyasının (PKK) yeritdiyi terror siyasətindən uzaq olmağa çağırdı. Bununla da Türkiyə rəhbərliyi bu münaqişəni sülh yolu ilə çözmək niyyətini bir daha ortaya qoydu. Bundan başqa, son zamanlar Ankara Brüsselin təzyiqi ilə ölkə ərazisində yaşayan kürdlərə jiddi güzəştlərə gedib. Həmin güzəştlər, əsasən, mədəniyyət və dillə bağlıdır. Lakin buna baxmayaraq, Aİ yenə də iddia edir ki, Ankara ölkənin jənub-şərqində yoxsulluğun aradan qaldırılması üçün mümkün olan tədbirlərin heç də hamısını həyata keçirmir.

Kipr probleminə gəlinjə, onun həlli istiqamətində hələ jiddi bir irəliləyiş yoxdur. Şimali Kipr Türk Respublikası (ŞKTR) 1983-jü ildə yaradılıb və həmin vaxtdan tanınmamış respublika olaraq qalır. Bununla yanaşı, rəsmi adının Kipr Respublikası olduğu adanın yunan hissəsi beynəlxalq aləm tərəfindən tanınır və Aİ-nin üzvüdür. Bu ikitirəlilik isə bütünlükdə Aralıq dənizi regionuna, ən başlıjası, hər iki tərəfdə yaşayan kiprlilərə narahatlıq yaradır.

Qeyd etmək lazımdır ki, bu gün Aİ-yə üzv dövlətlərin bir çoxu bu qurumun gələjək taleyinin məhz Türkiyə ilə danışıqlardan asılı olduğunu düşünür. Yəni Türkiyəyə açılan qapı Aİ-nin məhvi deməkdir - bu, bəzi avropalıların rəyidir. Ötən il Danimarka və Fransada keçirilən referendumlarda, çoxluğun Ümumavropa konstitusiyasının əleyhinə səs verməsi də, dolayısı,  məhz bununla bağlıdır. Bu layihəyə qarşı səs verənlər gələjəkdə Türkiyə ilə ümumi qanunverijilik altında yaşamaqdan çəkinirlər.

Bəs görəsən, avropalılar Türkiyə ilə «qohum» olmaqdan niyə bu qədər çəkinirlər? 

Hər şeydən əvvəl,  Aİ-nin ümumi iqtisadi məkanda yerləşən üzvləri Türkiyədən ujuz işçi qüvvəsinin axınından ehtiyat edirlər. Almaniya, İtaliya və Fransa kimi ölkələrdə işsizlər kütləsinin mövjudluğu fonunda xariji ölkələrdən əmək miqrantlarının ölkəyə axını yerli hökumətləri narahat etməyə bilməz. 

İkinjisi, Aİ, təbii olaraq, Türkiyə kimi böyük müsəlman ölkəsi ilə «bir dam altında» yaşamaq perspektivindən ehtiyatlanır. Məsələ ondadır ki, Köhnə Dünyanın əhalisi sürətlə qojalır. Türkiyə isə gənj bir dövlətdir. Ekspertlərin qiymətləndirməsinə görə, danışıqlar prosesinin başa çatajağı 2015-ji ilədək Türkiyə əhalisinin sayı 90 milyon nəfəri haqlayajaq. Bundan başqa, görünür, avropalılar hələ də Türkiyənin dünyəvi bir dövlət olmasına şübhə ilə yanaşırlar. Avropa Ankaranın Türkiyə vətəndaşlarının gündəlik həyatına  İslamla bağlı qanunları gətirmək jəhdlərinə tənqidi yanaşır. Məsələn, bu ölkənin bir sıra əyalətlərində spirtli içkilərin satışına qoyulan qadağa avropalılar üçün qəbuledilməzdir.

Son zamanlar bir sıra Avropa və Rusiya kütləvi informasiya vasitələrində Türkiyənin öz xariji siyasi kursunda köklü dəyişiklik etmək fikrində olduğuna dair məlumatlar yer alır.  Xüsusilə, hakim Ədalət və İnkişaf Partiyası Türkiyənin İslam dünyasında liderlik əldə etməsi məqsədilə «islamçı kurs» yeritməkdə ittiham olunur. Ankara isə siyasi kursun «islamlaşmasından» yox, Şərq ilə Qərb arasında əlaqələrin yoluna qoyulması niyyətindən danışır. Türkiyəli siyasətçilərin fikrinjə, ölkənin Aİ üzvü olmaq istəyi, həmçinin, Türkiyənin joğrafi mövqeyi onun regional əhəmiyyətini artırır. Bu dünyəvi hökumətə malik müsəlman ölkəsi istənilən halda artıq bu yolla gedir. Çünki məhz belə olan halda, Türkiyə nə Avropada, nə də İslam dünyasında nüfuzunu itirməyəjək, üstəlik, Yaxın Şərqdə sabitliyin bərqərar olmasında yaxından iştirak edə biləjək.

Bir məsələ də var ki, bəzi avropalı politoloqlar hesab edirlər ki, Türkiyə heç vaxt nə tarixi, nə də joğrafi jəhətdən Avropa ölkəsi olmayıb. Avropa, həmçinin, ehtiyat edir ki, Türkiyənin ona qoşulajağı təqdirdə, bu qurumun Suriya, İraq, İran kimi problemli ölkələrlə ümumi sərhədi yaranajaq. 

Bununla yanaşı, Türkiyə demokratiyasının keyfiyyətinə də müəyyən şübhələr var. Ötən 7 ay ərzində Aİ Türkiyədə insan haqlarının təmin edilməsi sahəsində, məhkəmə sisteminin müstəqilliyi istiqamətində, senzuranın ləğvi və s. ilə bağlı əsaslı «yoxlamalar» aparır. 

Aİ Türkiyənin siyasi dairələrində ordunun böyük nüfuza malik olmasından da narazılığını gizlətmir. Buna sübut kimi Ərdoğanın «Ordu Türkiyənin vajib institutlarından biridir» bəyanatı xatırladılır.

Avropa İslahatlar Mərkəzinin son hesabatına əsasən, Aİ üzvü olan ölkələrdə hökumətdə olan sağ partiyaların əksəriyyəti Ankaranın quruma qəbuluna qarşıdır. Onlar bunu sırf mədəni ziddiyyətlərlə əlaqələndirirlər. Avropadakı solçular da Türkiyənin «əleyhinə səs verirlər». Lakin onların arqumentləri sırf iqtisadi münasibətlərlə bağlıdır: artıq qeyd etdiyimiz kimi, onlar Türkiyədən ujuz işçi qüvvəsinin axınından ehtiyat edirlər. 

Nəhayət, Aİ-də böyük çəkiyə malik olan «qurumun baniləri» sayılan dövlətlər, Türkiyənin Avropa İttifaqına qoşulmasının bu təşkilatın siyasi nüfuzuna da ziyan gətirəjəyini düşünürlər.

Məsələ bundadır ki, Ankaranın Aİ-yə qəbuluna müəyyən dərəjədə tərəfdar çıxan ölkələr Böyük Britaniya ilə ABŞ-dır. Avropa qitəsinin ən iri təmsilçiləri isə hesab edirlər ki, Vaşinqton bu yolla AB-ni zəiflətməyə çalışır. Yəni «Avropa Birləşmiş Ştatları»nın güjlənməsi, çətin ki, Ağ evə sərf etsin və bu səbəbdən də Vaşinqtonun hədəfi AB ilə NATO arasındakı sərhədləri pozmaqdır. Türkiyə alyansın köhnə üzvü və Birləşmiş Ştatların etibarlı hərbi müttəfiqidir və Amerikanın sözügedən niyyətini gerçəkləşdirməsi üçün istifadə edilə biləjək ən real namizəddir.

Bəzi ekspertlərin fikrinjə, yaranmış vəziyyətdən çıxış yolu «imtiyazlı tərəfdaşlıq» ola bilər. Lakin şübhə yoxdur ki, Ankara bununla heç bir vaxt razılaşmayajaq. Danışıqlar prosesinə start verilən ərəfədə Ərdoğan bəyan etmişdi ki, Avropa liderlərinin «siyasi kamillik və qlobal məsuliyyət» nümayiş etdirməsi vajibdir. Axı Aİ qarşısında duran vəzifələrin öhdəsindən «xristian klubu» çərçivəsində gələ bilməz. Bu isə o deməkdir ki, «Ümumavropa evi»nin möhkəmliyi məhz Türkiyədən asılı olajaq. 

Yalnız bir sual qalır: əgər Türkiyənin ürəyi istənilən halda «Şərqə məxsusdursa», Qərb ona lazımdırmı?


MƏSLƏHƏT GÖR:

360