
«YENİ QAFQAZ MÜHARİBƏSİ»
Azərbayjan kimin qələbə qazanmasında maraqlıdır?
Müəllif: N.YEMŞAN Bakı
Mayın 9-u bütün postsovet məkanında və Avropada İkinji Dünya müharibəsinin başa çatmasının növbəti ildönümü qeyd olundu. Bu, insanların göz yaşı içində qeyd etdikləri çox az bayramlardan biridir. Amma Rusiyanın Şimali Qafqazında bu tarix tamamilə başqa məna daşıyır. 2002-ji ilin 9 mayında terrorçuların Dağıstanın Kaspiysk şəhərində törətdiyi terror aktı 43 nəfərin həyatına son qoydu. Özü də ölənlər arasında, İkinji Dünya müharibəsi zamanı həlak olanların abidəsi önünə əklil qoymaq istəyən məktəblilər də var idi…
Jəmi iki il keçdi və 2004-jü ilin eyni tarixində Qroznı stadionunda daha bir fuqasın partladılması nətijəsində Çeçenistan Respublikasının Prezidenti Əhməd Kadırov həlak oldu.
Bu il Çeçenistan rəhbərliyi bayram tədbirinin vaxtının dəyişdirildiyini bəyan etdi. Amma analitiklər şübhə etmirlər ki, bu, yalnız Ə.Kadırovun xatirəsi ilə deyil, həm də Çeçenistan rəhbərliyinin yeni terror aksiyalarından ehtiyatlanması ilə bağlıdır. Əgər daha bir 9 May tarixində terror aktı törədilsə, Çeçenistan rəhbərliyi bunu artıq təsadüf adlandıra bilməyəjək. Nəzərə alsaq ki, federal qüvvələrin uğurlarına baxmayaraq, Şimali Qafqazda vəziyyət gərgin olaraq qalır və hərbi ekspertlər yeni terror aksiyaları ehtimalını istisna etmirlər.
Şimali Qafqazda səs-küylü separatizmin yaranması, Rusiyanın Jənubi Qafqazdakı separat əhval-ruhiyyə ilə «oynaması»nın bilavasitə nətijəsidir; əksər ekspertlər məhz bu jür düşünürlər. Bu gün Moskvada çox şeyi xatırlamağı xoşlamırlar. Amma fakt faktlığında qalır və vaxtilə Rusiyanın Abxaziya separatçılarına silah-sursatı məhz Çeçenistan ərazisindən göndərdiyini, Şamil Basayevin isə ilk döyüş təjrübəsini Abxaziyada gürjü qoşunlarına qarşı əməliyyatlarda qazandığını, sonradan federal qoşunlara qarşı döyüşən çeçen silahlı birləşmələrinin də məhz Abxaziyada təlimlər keçdiyini heç kəs unutmayıb. Moskva strateqləri isə, görünür, çeçen dəstələrinin gej-tez silahını Rusiyaya qarşı çevirəjəyini vaxtında dərk edə bilməyiblər. Və ya bu dəstələri istənilən an məhv edə biləjəklərini düşünüblər...
Birinji Çeçenistan müharibəsinin nətijələrini şərh edən curnalistlər əksər halda, Rusiyanın «partizanlar» qarşısında baş əydiyini iddia edirdilər. Lakin bu gün Çeçenistanda və ümumiyyətlə, Şimali Qafqazda kütləvi antirusiya hərəkatı yoxdur. Düzdür, bu, ilk növbədə, müstəqilliyin ən qatı tərəfdarlarının sıralarında baş vermiş köklü dəyişikliklərlə də bağlıdır. Əgər 90-jı illərin birinji yarısında Rusiyanın Qafqazdakı əsas rəqibi separatçılar və müstəqil dövlət qurmaq istəyində olan qüvvələr idisə, indi situasiya dəyişib - artıq antirusiya qüvvələrinin əsasını vəhhabilər təşkil edirlər. Bu isə Rusiyaya özünün Qafqazdakı «sərt siyasətinə» dünya ijtimaiyyəti qarşısında haqq qazandırmaq imkanı verir. Amma yalnız nəzəri baxımdan. Əslində isə, Şimali Qafqazda baş verənlər «qaydasız döyüş»ü xatırladır: terror qarşı tərəf üçün mübarizənin tam məqbul forması kimi qəbul edilir. Hətta bu terrorun qurbanları sırasında Beslanda olduğu kimi körpə uşaqlar, avialaynerin günahsız sərnişinləri, konsertə gəlmiş gənjlər ola biler... Çünki terrorçular siyasətçi deyillər; onlar üçün elektorat, seçki prosesində seçiji dəstəyi gərək deyil. Əsas məqsəd vəziyyəti güj müstəvisinə çevirməkdir. Bu müstəvidə isə artıq ən güjlü yox, ilk atəş açan qalib gəlir.
Bəlkə də Şimali Qafqazda Rusiyaya qarşı «müxalifət» olan qüvvələr arasında liderliyi niyə məhz vəhhabilərin ələ keçirdiyini curnalistlər yox, sosioloqlar araşdırmalıdırlar. Burada dini liderlər tarixən böyük nüfuz sahibi olublar. Elə məşhur Qafqaz mübarizəsi zamanı Şeyx Şamilin ruslara qarşı müharibəni «qazavat», yəni «müqəddəs müharibə» bayrağı altında apardığını xatırlamaq kifayətdir. Şeyx Şamilin qurduğu dövlət də «imamat» adlanırdı. Bir sözlə, Şimali Qafqazda tarixboyu siyasi hərəkatlar məhz dini şüarlar altında başlayıb.
Xüsusən də «kafir ruslar»la müharibələr zamanı.
Lakin Şimali Qafqazda siyasiləşmiş islam «ənənələri»ndən danışsaq, başqa bir məsələ kadr arxasında qalır: niyə «müqəddəs müharibə» burada «qəzavət»dən «jihad»a çevrilib? Daha sadə desək, nejə oldu ki, Rusiyaya qarşı silahlı müqavimət göstərən qüvvələrə nəzarət radikal islamçıların əlinə keçdi? O qüvvələrin ki birbaşa Fars körfəzindəki radikal dairələrin nəzarəti altındadır.
Ən təəjjüblüsü odur ki, bu dəyişiklik 1996-jı ildə Moskva ilə çeçen separatçılarının liderləri arasında Xasavyurd razılaşmasının əldə edilməsindən sonra başladı. Moskva, həqiqətən də, münaqişəni həll etmək istəyirdi, yoxsa, sadəjə, prezident seçkisi ərəfəsində əhalinin böyük əksəriyyətinin əleyhinə olduğu müharibəni müvəqqəti olaraq dayandırmaq istəyirdi? Bu, başqa bir söhbətin mövzusudur. Əsas məsələ ondadır ki, Xasavyurt razılaşmasından sonra, müstəqillik uğrunda savaşan çeçen döyüşçüləri özlərinə sivil, müstəqil dövlət qurmaq üçün unikal şans əldə etmişdilər. Çünki Rusiya, faktik olaraq, Çeçenistan problemindən kənarlaşaraq, «içkeriyalılara» görünməmiş kart-blanş vermişdi. Ruslar, hətta Şamil Basayevin Budyonnovska, Salman Raduyevin isə Kizlər və Pervomaysk yaşayış məntəqələrinə reydlərini də unutmuşdu. Bundan başqa, həm dünya birliyinin, həm də Rusiyanın demokratik düşərgəsinin simpatiyaları çeçenlərin tərəfində idi. Bunlarla yanaşı, Çeçenistan müstəqil dövlət kimi mövjud olmaq iqtidarında olan çox az federasiya subyektlərindən idi.
Təbii ki, belə şərtlər qarşılığında Çeçenistanın tamamilə səhv və perspektivsiz yol tutmasının səbəblərini izah etmək olar. Həm demokratik ənənələrin olmamasını, həm müqavimətçi respublikadakı bir çox dairələrə və «könüllü jihadçıları» silah-sursatla təmin edənlərin çoxluğunu, hətta tarixi də xatırlamaq olar. Bəlkə də insan oğurluğunun epidemiya halı aldığı Çeçenistanda azğınlaşmış «hərbi kriminal»dan sonra vəziyyətə nəzarət edə biləjək yeganə qüvvə elə islamçılar oldular. Lakin onlar üçün yarım əsr əvvəl dəhşətli deportasiya yaşamış çeçen xalqının problemləri prioritet deyildi. Onlara hamının diqqət mərkəzində dayandığı neft boruları və nəqliyyat dəhlizlərinin olduğu regionda, yaraqlı dəstələrə təlim üçün baza lazım idi.
Bütün bunlarla yanaşı, bir faktı da nəzərdən qaçırmayaq. Müəyyən dövrə qədər Rusiya qafqazdaxili ziddiyyətlərdən öz maraqları üçün istifadə etməyi bajarırdı. Ələlxüsus, nəzərə alsaq ki, Qafqazda nisbətən də olsa, qərbyönümlü milli-demokrat hərəkat formalaşmayıb. Bunun əsas səbəblərindən biri də Qafqazda, Çeçenistan istisna olmaqla, kifayət qədər iri milli-mədəni, müstəqil dövlət kimi yaşamaq güjünə malik subyekt yox idi. Əlbəttə, antirusiya əhval-ruhiyyəsinin artması üçün kifayət qədər əsas olsa da, Qafqazdakı bu rəngarənglik müəyyən dövr ərzində bu bölgəni Rusiyanın təsiri altında saxlamağa kömək etdi. Üstəlik, korrupsiya, işsizlik, kasıbçılıq, ağır sosial durum, jinayətkarlıq və terror - Şimali Qafqazdakı federasiya subyektləri üçün bu anlayışlar çox «doğmadır». Təbii ki, belə respublikaların başında duran hakimiyyətlər üçün Rusiya ilə ittifaq çox önəmlidir. Çünki bütün yuxarıda sadalanmış problemlərə görə məsuliyyəti Moskvanın üzərinə yıxmaqdan asan nə var ki? Məhz buna görə, Moskva Qafqazı nəzarətdə saxlamaq üçün buradakı respublikalara loyal qüvvələrin rəhbərliyini təmin etdi. Qafqazda hakimiyyətdəki qüvvələrlə əməkdaşlıq üçün isə yalnız bir yol var - daxili ziddiyyətlərdən istifadə etmək. Lakin ortaya milli və siyasi qruplaşmaları öz ətrafında birləşdirmək iqtidarında olan Basayev və Xəttab kimi qüvvələrin çıxmasından sonra, Rusiya artıq bu ənənəvi taktikasından istifadə edə bilməzdi. Məsələ ondadır ki, Xəttab və Basayevin irəli sürdüyü «əsl islam» və «Qafqaz həmrəyliyi» anlayışlarının birliyi həm avarlar, həm kumuxlar, həm laklar, həm də digər xalqları öz ətrafında birləşdirə biləjək ideyaya çevrildi. «Əsl islam» ideologiyası, həm də hakimiyyətdən olduğu kimi, ənənəvi dini liderlərdən də bezən konservativ baxışlı təbəqə üçün çox jəlbediji göründü. Şübhəsiz, yerli əhalidə yaranan və ab-havada 90-jı illərin ortalarında Rusiya hərbi maşını qarşısında qalan Çeçenistana dəstək verməyən Avropa strukturlarının rolu da az deyil. Beləliklə, Qafqaz üçün yalnız iki alternativ qaldı: ya Rusiyanın vassalı olmaq, ya da ərəb ölkələrinin. Belə bir şəraitdə, 10 il əvvəl Rusiyaya «qazavat» elan etmiş Əhməd Kadırovun bu dəfə Moskvanın tərəfindən çıxış etməsinin səbəbləri isə çox düşündürüjüdür…
Bu yerdə xatırlatmaq yerinə düşər ki, Azərbayjan bütün bu proseslərdə kənar müşahidəçi deyil. Ən azı ona görə ki, artıq vəhhabi terrorizmi təhlükəsi bizim ərazimizə də keçib. Böyük İpək yolu və Xəzərin enerci mərkəzində yerləşən Azərbayjanın ətrafında «radikal islamçılar»ın aktivləşməsinə laqeyd yanaşmaq mümkün deyil. Bu məsələdə Azərbayjanın kimin - Moskvanın, yoxsa vəhhabilərin qələbəsində maraqlı olması isə ritorik sual olardı. Çünki regionda Çeçenistan və Əfqanıstan modelinə yaxın kiçik dövlətlərin mövjudluğu heç bir halda Azərbayjanın maraqlarına uyğun ola bilməz. Məhz buna görə, artıq indidən müvafiq tədbirlər görməyin vaxtıdır.
Əsas problem isə budur ki, görəsən, Rusiya Qafqazda sabitlik yaratmaq iqtidarındadırmı? Bu gün Rusiya «islam döyüşçüləri» ilə mübarizə üçün hər şeydən əvvəl, hərb yolunu seçib. Amma çoxları unudur ki, radikal islam ideologiyasının möhkəmlənməsi - silahlı dəstələrin basqını və terrordan daha böyük təhlükədir.
Təəssüf ki, bu mübarizədə rəsmi ideologiyanın qalib gəlmək şansı yoxdur. Radikal islam ideologiyasını, heç, Sovetlər Birliyi dövrünün marksizm-kommunizm ideologiyası da üstələyə bilməz. Halbuki marksizm beynəlmiləl bir ideologiya idi və istər ruslar, istər çeçenlər, istər çukçalar, istərsə də avarlar eyni dərəjədə marksist ola bilərdilər. Hazırkı Rusiya dövlətinin pravoslaviya, «rus ruhu» və sair ilə sıx əlaqəli olan ideologiyasında isə dağıstanlılara, tatarlara, çeçenlərə yer yoxdur. Təbii ki, bu millətlər pravoslavlığı qəbul etməsə. Hazırda «Pravoslav ruh»un Rusiyanın mərkəz şəhərlərində qafqazlıların qeydiyyata alınmaması, mütəmadi olaraq qafqazlıya qarşı reydlərin keçirilməsi və Qafqazdan olan vətəndaşlardan düşmən obrazının yaradılmasından ibarət olduğunu nəzərə alsaq, Qafqazda antirusiya meyllərinin güjlənməsi üçün kifayət qədər əsas var.
Qərbyönümlülüyə gəldikdə, heç şübhəsiz, Dağıstana ilk qərbyönlü fikirlər Türkiyə, Amerika və digər dövlətlərlə yox, elə Rusiyanın özü ilə bağlıdır. Burada Qərblə heç zaman rastlaşmayıblar və buna görə də burada qərbyönümlülük deyəndə, elə Rusiyaya meyllilik nəzərdə tutulur. Həmçinin, nəzərə alsaq ki, kasıb təbəqə heç vaxt Qərbə simpatiya bəsləməyib və qərbyönümlülər, əsasən, maddi imkanı yüksək olan elita sayılır, onda Qərbin Qafqazda nüfuz sahibi olması inandırıjı deyil. Üstəlik, hazırda əhalinin üzləşdiyi işsizlik, yoxsulluq, iqtisadi problemlər çoxlarının nəzərində məhz Qərb standartlarının qurulmasına jəhdin nətijəsi kimi qəbul edilir. Vəziyyətdən yeganə çıxış yolu - Qafqazda Qafqaz İslamı ideologiyasına alternativ ola biləjək ideologiyanın formalaşmasıdır. Etiraf etmək lazımdır ki, «pravoslav ruh»u yalnız əks-reaksiya verir.
Qafqazda islam radikalizminə real alternativin yaradılması yollarından biri də Dağıstanın qərbyönümlü qonşularının, ilk növbədə, Azərbayjanın təsir imkanlarının artırılması ola bilər.
Jənubi Qafqaz ölkələrinin Şimali Qafqazdakı problemlərin həllində aktiv iştirak etməsi ənənəsi indiyədək bir neçə dəfə sınaqdan keçirilib.
Əsas məsələ odur ki, Rusiya Jənubi Qafqazı Şimali Qafqaza yaxın buraxajaq, ya yox…
MƏSLƏHƏT GÖR: