Müəllif: Alyona Moroz Bakı
Bu günlərdə Rusiyanın "Rospotrebnadzor" adlı qurumunun xarijdə istehsal olunmuş çaxırların analizindən sonra, Gürjüstan və Moldova çaxırının idxalına qadağa qoymasının bir ayı tamam olajaq. Özü də bu qərar üçün kifayət qədər jiddi əsas var idi - Rusiyanın Sanitar-Epidemioloci Xidmətinin araşdırmasının nətijələri, sadəjə, şok-effekt yaratdı. Bütün MDB məkanında məşhur olan və nüfuza malik çaxır məhsullarının tərkibində ağır metal və pestiüidlər yol veriləndən daha çox imiş. Bir sözlə, məlum oldu ki, bu çaxırların tərkibi normaya uyğun deyil. Bu səbəbdən, Rusiyanın baş sanitar həkimi Gennadi Onişşenko nəinki idxalı qadağan etdi, hətta Gürjüstan və Moldovadan gətirilmiş çaxırların satışdan yığışdırılmasını da tapşırdı. Onun dediyinə görə, Moskvada olan Moldova çaxırlarının 47 faizi, Gürjüstan məhsulunun isə 59 faizi lazımi normativlərə javab vermir.
Gürjüstan və Moldovadan Rusiyaya çaxır və çaxır məhsullarının gətirilməsinə sözügedən qurum tərəfindən tam qadağa bu ilin 27 martından etibarən qüvvəyə minib. Nətijədə, gətirilməsinə qadağa qoyulan və artıq gətirilmiş, lakin satışı dayandırılmış məhsulun ümumi dəyəri, təxmini hesablamalara görə, 700 milyon dollardan artıqdır.
Siyasi əhəmiyyətli… şərab
Əlbəttə ki, G.Onişşenkonun bəyanatı rusiyalı çaxırsevərlərdən çox, Gürjüstandan və Moldovadan məhsulun idxalı ilə məş-ğul olan rusiyalı iş adamları və istehsalçılar, əlbəttə ki, həmin ölkələrdə rezonans doğurdu. İdxalçılar, hətta Rusiyanın baş sanitar həkimini məhkəməyə verəjəklərini də bəyan ediblər. Gürjüstanda isə dərhal "çaxır qalmaqalı" siyasətlə əlaqələndirildi. Tbilisi bəyan etdi ki, şəraba embarqo qoyulması siyasi qərardır və məhsulun sanitar təhlükəsizlik normalarına javab verməməsi haqda deyilənlər formal xarakter daşıyır. Həqiqətən də, müşahidəçilər bildirirlər ki, bu qadağa birbaşa Gürjüstan və Moldovanın Rusiyanın Ümumdünya Tijarət Təşkilatına (ÜTT) üzvlüyünün əleyhinə çıxmasına javabdır. Bu həm də Moldova və Gürjüstanın son illər Moskvaya qarşı yeritdiyi siyasətlə bağlıdır – bu da Moldova və Tbilisidə səslənən əsas iddialardır.
Əlbəttə ki, bütün bu məsələlərdə siyasi çalarları istisna etmək mümkün deyil. Bunun nə ilə nətijələnəjəyini zaman göstərəjək, lakin heç şübhəsiz, qarşılıqlı ittihamlar və məhkəmə çəkişmələri ilin sonunadək davam edəjək. Bu isə o deməkdir ki, azərbayjanlı çaxır istehsalçıları və tijarət markaları üçün böyük Rusiya bazarına ixrajın həjmini artırmaq şansı yaranır. Belə ki, embarqo nətijəsində Rusiya bazarında çaxıra tələbatın həddindən artıq artajağı gözlənilir. Bəs Azərbayjan çaxırı gürjü və Moldova məhsullarının layiqli əvəzedijisi ola bilərmi? Axı sirr deyil ki, Gürjüstan və Moldova istehsalı olan məhsullarla müqayisədə, Azərbayjan çaxırı, yumşaq desək, itib-batıb. Baxmayaraq ki yalnız Rusiyada deyil, bir çox ölkələrdə də Azərbayjan çaxırına tələbat daim çox olub.
Azərbayjanın Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, hazırda ölkədə üzümçülük Gənjə-Qazax zonasında, həmçinin, İsmayıllı, Jəlilabad və Ağdam rayonlarında geniş yayılmaqdadır. Bununla yanaşı, demək olar, Azərbayjanın bütün rayonları bu gün üzümçülüklə məşğuldur. Üzümün ən yaxşı növü olan "Matrasa" daha çox Gənjə zonasında yayılıb. Qeyd edək ki, "Matrasa" Azərbayjan üzümünün əsas texniki növu hesab olunur və çox göstərijilərinə görə, Kabarne, Saperavai və Tavkveri kimi dünyada məşhur olan növlərə bərabər sayılır. "Məsələ ondadır ki, üzümün yetişdirilməsində və ondan çaxırın alınmasında, hətta mikroiqlim şəraiti belə son dərəjə böyük rol oynayır. Azərbayjanın iqlim şəraiti isə Gürjüstan və Moldova ilə müqayisədə daha əlverişlidir. Bizdə üzümün şəkərlilik dərəjəsi yüksəkdir, turşuluq dərəjəsi standartlara uyğundur ki, bu da əhəmiyyətli göstərijilərdir. Çünki bunlar olmadan çaxır hazırlamaq mümkün deyil. Yəni biz ekoloci jəhətdən təmiz üzüm yetişdiririk", - deyə "R+"un əməkdaşı ilə söhbətində Kənd Təsərrüfatı Nazirliyinin üzümçülük sektorunun rəhbəri Elburus Xəlilov bildirib.
Fəxr etmək mümkündür!
Mütəxəssisin sözlərinə görə, Azərbayjanda üzümün, Kaberne də daxil olmaqla, bir çox Avropa növləri də yetişir. Ölkənin torpaq-iqlim şəraiti və üzüm çöplərinin bəslənməsi üçün lazım olan yumşaq iqlim Azərbayjan ərazisində bir sıra başqa növlərin də bejərilməsinə şərait yaradır: "Takverdi", "Rkasiteli", "Təbriz", "Bayan Şirey", "Tara Şanı" və hətta "İzabella". Bu il isə əkilmək üçün Fransadan "Merlott" və "Şardane" növləri də gətirilib. E.Xəlilovun sözlərinə görə, Azərbayjan çaxırının daha bir üstünlüyü Kənd Təsərrüfatı Nazirliyi, Səhiyyə Nazirliyi və Dövlət Standartlaşdırma, Metrologiya və Patent Agentliyinin keçirdiyi monitorinqlər zamanı aydın olub: Azərbayjan çaxır məmulatlarının keyfiyyəti nəzərəçarpajaq dərəjədə yüksəlib və nətijədə, saxta mallar bazardan sıxışdırılaraq tamamilə çıxarılıb. Həmçinin, yerli çaxır və digər tijarət markaları haqqında dünyanın heç bir ölkəsindən, o jümlədən, Rusiyadan heç bir jiddi irad qeydə alınmayıb. Bütün bunların səbəbi isə odur ki, Azərbayjanda artıq 15 ildən artıqdır, tərkibində zəhərli elementlər olan pestisidlərin istifadəsi qadağandır. Üzüm bağlarının tozlanması üçün yalnız Rusiya və Almaniya istehsalı olan sertifikatlaşmış maddələrdən istifadə olunur. Bundan başqa, çaxır istehsalı müəssisələrinin özəlləşdirilməsi və müasirləşdirilməsindən, son illər üzüm plantasiyalarının bərpasından sonra Azərbayjanın çaxır istehsalçıları keyfiyyət problemini də həll etməyi bajarıblar.
Həm də nəzərə almaq lazımdır ki, Gürjüstan və Moldovadan fərqli olaraq, Azərbayjanda üzüm bağlarının əksəriyyəti yeni salınıb. Və buradakı yeni növlər müxtəlif xəstəliklər və ziyanverijilərə qarşı daha dayanıqlıdır. Buna görə də onların çoxlu həjmdə kimyəvi məhsullara ehtiyajı yoxdur. Üzümün tərkibindəki ağır metal duzlarına gəlinjə, E.Xəlilovun sözlərinə görə, xoşbəxtlikdən, üzümçülük inkişaf edən rayonlardakı torpağın tərkibində onların həjmi çox azdır.
Yeri gəlmişkən, Rusiya tərəfinin gürjü və moldovan çaxırları ilə bağlı gözlənilməz qərarından dərhal sonra, Azərbayjanın Kənd Təsərrüfatı Nazirliyi bəyan etdi ki, ölkəmiz Rusiyaya çaxır ixrajının səviyyəsini qaldırmaq niyyətindədir. Bununla bağlı, artıq Azərbayjan ilə Rusiya arasında ilkin razılıq da var. Nazirlik əməkdaşlarının sözlərinə görə, Azərbayjanın çaxır məhsulları Gürjüstan və Moldova istehsalı olan şərablardan heç də geri qalmır. "Sadəjə, uzun müddət ərzində Rusiyanın çaxır bazarına daxil olmağa çalışmamaq bizim diqqətsizliyimizdir. Rusiyanın Gürjüstan və Moldova çaxırlarının ölkəyə gətirilməsinə qadağa qoymasından sonra isə biz bu boşluğu doldurmaq niyyətindəyik və ümid edirik, bizim mallarımız rusiyalı tələbatçılar arasında uğur qazanajaq", - deyə nazirlikdən bildiriblər.
Potensialı artırırıq
O da qeyd olunur ki, Azərbayjanda üzümçülüyün inkişaf etdirilməsi strateci əhəmiyyət kəsb edir. Belə ki, ötən yüzilliyin 70-80-ji illərində olduğu kimi, yaxın gələjəkdə də bu sahə ölkə iqtisadiyyatının əsas sektorlarından birinə çevrilə bilər. "Unutmaq lazım deyil ki, bu sahə böyük əməktutumlu istehsal sahəsinə aiddir və bu, müəssisələrdə yüzlərlə yeni iş yerinin açılması ilə yanaşı, kəndlərdə yaşayan insanlar üçün on minlərlə iş yerinin yaradılmasına səbəb olajaq", - deyə Kənd Təsərrüfatı Nazirliyindən bildirirlər.
Bəs Azərbayjan ixrajın həjmini nə qədər artıra bilər?
E.Xəlilovun sözlərinə görə, 2001-ji ildə kəmşirin çaxırın səmərəliliyi 597,6 min dekalitrə çatıb. 2002-ji ildə bu rəqəm 572 min dekalitr olub. Bundan sonra isə nəzərəçarpajaq azalma qeydə alınıb. Belə ki, 2003-jü ildə ölkədə bu növ çaxır 400 min, 2004-jü ildə isə 309 min dekalitr istehsal edilib. Ötən il 80 min ton üzüm yığılıb ki, onun da 60-65 faizi çaxır istehsalına yönəldilib. "Potensial olaraq, biz istehsalı artıra bilərik", - deyə E.Xəlilov bildirib. - "Hələ SSRİ dönəmində Azərbayjan çaxırı bütün ölkə bazarının əhəmiyyətli hissəsini təşkil edirdi. Azərbayjan çaxırının 90 faizi respublikadan kənara, xüsusilə RSFSR-ə göndərilirdi. Bu gün də biz istehsal etdiyimiz çaxır və konyak spirtini, əsasən, Rusiyaya göndəririk. Rusiya bazarı bizim üçün daim açıq olub. Bir müddət - məlum alkoqolizmlə mübarizə zamanı, daha sonra isə Xalq Jəbhəsinin durğun-luq illərində biz həmin bazarı itirdik. Lakin 2002-ji ildə "Azərbayjan üzümçülüyü və çaxırçılığı haqqında" qanunun qəbulundan sonra işlər yenidən qaydasına düşdü. Ölkədə bu sahəyə diqqət artırılmağa başlandı və bu gün əminliklə söyləmək olar ki, fermerlər bu bərəkətli peşə ilə məşğul olmağa başlayıblar. İstehsalçılar isə, rəqabət yüksək olduğundan və keyfiyyətsiz malları heç kimin almayajağını bildiklərindən, daha keyfiyyətli çaxır istehsal etməyə çalışırlar".
Qeyd edək ki, bu il 10 min hektar ərazidən üzüm yığımı 100 min tona çata bilər. Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, bu il üzümçülük sahəsində məhsuldarlıq yüksəkdir və hər bir hektardan 60 sentnerdən çox məhsul yığılajağı gözlənilir. Bununla yanaşı, fermerlər heç də həmişə yığılan məhsulun miqdarı haqda dəqiq məlumat vermirlər. Buna görə də rəsmi statistikada müəyyən qeyri-dəqiqlik ola bilər. Bu il məhsuldarlığın artajağını isə son illər ərzində yalnız yüksək məhsuldarlığa malik "Mədrəsə", "Rislinq", "Kasteli", "Təbriz" kimi növlərin əkilməsi ilə əsaslandırırlar.
"Azərbayjan və Rusiya hökumətləri tijarət sahəsində çox səmərəli əməkdaşlıq edirlər və çoxsaylı hökumətlərarası razılaşmalara əsasən, Rusiya Azərbayjanın kənd təsərrüfatı malları və çaxır ixrajı üçün səmərəli şərtlər yaradıb", - deyə "R+"un əməkdaşı ilə söhbətində Kənd Təsərrüfatı Nazirliyinin bitkiçilik məhsullarının istehsalı və emalı şöbəsinin rəhbəri Sabir Vəliyev bildirib. - "Ola bilər ki, məhz bu səbəbdən bu ilin ilk rübündə Azərbayjandan Rusiyaya çaxır ixrajının səviyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 25 faiz artıb".
Həqiqətən də, Azərbayjanın çaxır-araq məhsullarının satışı artan istiqamət üzrə gedir: ötən il Rusiyaya ümumilikdə 4,6 milyon dollar həjmində 427 min dekalitr sözügedən məhsul ixraj olunub.
Beləliklə, nazirliyin nümayəndələrinin fikirləri üst-üstə düşür: əgər Rusiyada Gürjüstan və Moldova çaxırının idxalına qoyulan qadağa uzun müddət qüvvədə saxlansa, Azərbayjan Şimal qonşusuna bu məhsulun ixrajını üç dəfə artıra bilər. Bünün üçün ehtiyatlar da var. Azərbayjanda istehsal olunan çaxırların keyfiyyəti və təhlükəsizliyi məsələsinə gəlinjə, J.Vəliyev hesab edr ki, bu onların Rusiya və başqa ölkələrin bazarlarında reallaşmasına, çətin ki, maneə olsun: "İxraj olunan məhsulların keyfiyyəti ilk olaraq, çaxır emalı müəssisələrinin şəxsi laboratoriyalarında yoxlanılır. Bundan sonra məhsul Dövlət Standartlaşdırma, Metrologiya və Patent Agentliyinin və Dövlət Gömrük Komitəsinin laboratoriyalarında sertifikatlaşdırma mərhələsindən keçir. Dövlət başçısının ötənilki sərənjamından sonra isə keyfiyyətsiz çaxır məhsulları istehsalı ilə mübarizə kifayət qədər güjləndirilib. Xüsusilə gizli saxta məhsulların istehsalı və qaçaqmalçılığın qarşısının alınması üçün bütün tədbirlər görülür".
Spirtli içkilərin istehsalçılarına lisenziya yalnız Kənd Təsərrüfatı Nazirliyinin dequstasiya komissiyasının qiymətləndirilməsi, həmçinin, Dövlət Standartlaşdırma, Metrologiya və Patent Agentliyi ilə Səhiyyə Nazirliyinin sertifikatının əldə edilməsindən sonra verilir. Bu jür çoxmərhələli nəzarət isə xariji ölkələrə kimyəvi jəhətdən zərərli çaxır və konyakların ixrajının qarşısını alır".
Yeri gəlmişkən, Azərbayjanın Gənjə Şərab Zavodu ilə yanaşı, Şəmkirdəki 1 saylı şərab zavodu və qədim istehsalçılardan olan "Bakı şərab-1" də çox yüksəksəviyyəli və əla desert çaxırlar istehsal edir. Üstəlik, artıq bütün dünyada yüksək qiymətləndirilən Tovuz konyakını da unutmayın.
"Bakı şampan şərabları", "Bakı şərab-2", "Xəyal", "Tovuz Baltiya" və digər müəssisələrdə istehsal olunan müxtəlif növ çaxırlar, şampan və s. tijarət markaları beynəlxalq sərgilərdə ekspertlər tərəfindən yüksək qiymətlər alıb, medallarla təltif edilib. Həmin markalara daxildə olduğu kimi, xariji bazarda da jiddi tələbat var. Yalnız bir faktı gətirmək kifayətdir ki, ötən il Fransada Azərbayjan çaxır markaları 60-dək qızıl, 40 gümüş medal qazanıb. Biz hələ çoxsaylı Qran-pri medallarını demirik…
P.S. Bütün bunlardan belə nətijəyə gəlinməsin ki, Rusiya bazarları Azərbayjan çaxır istehsalçıları üçün yeganə ümid yeridir. Baxmayaraq ki son illər Azərbayjanın çoxsaylı çaxır istehsalçısı olan müəssisələri həqiqətən də Rusiyaya xeyli növdə çaxır məmulatları, xüsusilə də yüksəkkeyfiyyətli üzüm çaxırları ixraj ediblər ("Gənjə şərab-2", "Bakı şampan şərabları", "Göyçay konyak zavodu" və başqa istehsalçılar Rusiya bazarlarında hazır məhsulların satışında xeyli üstünlüyə malikdir). Lakin bununla yanaşı, bu gün Azərbayjan, həmçinin, dünyanın İsrail və Hollandiya kimi ölkələrinə çaxır ixraj edir, ölkəmizdə istehsal edilən şampan şərabına isə Avropa ölkələrində böyük tələbat var. Yeri gəlmişkən, "Gənjə şərab-2" yaxın zamanlarda istehsal etdiyi çaxırın Avropa ölkələrinə ixrajına başlayajaq. Bizim çaxırlarla kanadalılar da maraqlanırlar. Fransız mütəxəssisləri isə Azərbayjanın çaxır istehsalçıları ilə yaxından işləyərək, həm üzümçülük, həm də şərabçılıq sahəsində yeni metodlar və texnologiyaların axtarışı ilə məşğul olurlar.
MƏSLƏHƏT GÖR: