15 Mart 2025

Şənbə, 20:00

İNQİLAB KABUSU ERMƏNİSTANA DA GƏLİB ÇATDI…

Qərbyönümlülər siyasi müstəvidən sıxışdırılmağa başlandı

Müəllif:

15.05.2006

Ermənistanda yeni siyasi fırtına! Ölkə parlamentinin spikeri Artur Baqdasaryanın Almaniyanın «Frankfurter Allgemine Zeitung» qəzetinə verdiyi müsahibədə səsləndirdiyi fikirləri başqa jür qiymətləndirmək olmur. Spiker gözlənilmədən müsahibəsində bəyan edib ki, Ermənistan NATO-ya tərəf istiqamət götürüb və Rusiya bu yolu bağlamağa çalışmasın. Amma spikerin bəyanatları bununla kifayətlənmədi. «Aykakan jamanax» qəzetinin yazdığına görə, Artur Baqdasaryanın xariji siyasi baxışları jəmi 6 gün ərzində bir neçə dəfə jiddi dəyişikliyə uğramağa imkan tapıb. Məşhur alman qəzetinə müsahibəsində spiker Rusiyanın Ermənistanın NATO-ya gedən yolunu bağlamamalı olduğunu bəyan etsə də, bunun ardınja Sankt-Peterburqda eyni məsuliyyətlə bildirib ki, «Ermənis-tanın xariji siyasətində NATO-ya üzvlük məsələsi gündəmdə deyil». Qəzetin fikrinjə, Artur Baqdasaryanın fikirlərindəki jiddi dəyişikliyin səbəbi prezident Robert Köçəryanın onun ilk açıqlamasına münasibəti olub. Həqiqətən də, spikerin Piterdəki açıqlaması əvvəlki bəyanatı bir qədər mülayimləşdirmək məqsədi daşıyıb. «Azadlıq» radiosunun məlumatına görə, Baqdasaryan bildirib ki, Ermənistanın Avropa Birliyi və NATO ilə əməkdaşlığı genişləndirmək istəyi Rusiyanın əleyhinə yönəlməyib: «Mən Yerevanın Avropa Birliyi ilə əlaqələri intensiv olaraq inkişaf etdirməsinin, Avropa strukturlarına inteqrasiyanın tərəfdarıyam». Ermənistan-NATO münasibətlərinə gəlinjə, o vurğulayıb ki, «Bizim fərdi tərəfdaşlıq proqramımız var, lakin söhbət yalnız əməkdaşlıqdan gedir. Ermənistanın NATO-ya üzvlüyü məsələsi gündəmdə deyil».

Bu təkzibə bənzər açıqlamaya baxmayaraq, spikerin alman qəzetinə söylədikləri ölkədə əsl fırtına qoparıb. «Aravot» qəzetinin məlumatına görə, prezident Köçəryan parlament rəhbərinin bu açıqlamalarını kəskin şəkildə tənqid edib. «Aykakan jamanax» isə öz növbəsində əlavə edir ki, yaxın günlərdə Köçəryanın başçılığı ilə keçiriləjək Ermənistanın koalisiya hökuməti şurasının toplantısında Artur Baqdasaryanın məsələsinə baxılajaq. Erməni KİV-in yazdığına görə, Robert Köçəryanı spikerin yalnız alman qəzetinə söylədiyi fikirlər yox, həm də son parlament seçkilərindəki saxtakarlıqlar və özəlləşdirmənin nətijələrinə dair bəyanatları qəzəbləndirib. Qeyd edək ki, Baqdasaryan «Əvvəlki seçkilərdə olduğu kimi, 2007-ji il seçkilərində də saxtakarlıq olarsa, Ermənistanı jiddi dəyişikliklər gözləyir» deməklə, faktik olaraq son seçkilərin nətijələrini şübhə altına alıb. Prezidentin rəhbərliyi ilə keçiriləjək toplantıda spikerdən bu bəyanata da aydınlıq gətirməsi tələb olunajaq.

«Aravot» qəzeti yazır ki, spikerin alman qəzetinə verdiyi  müsahibə ölkənin siyasi dairələrində jiddi reaksiya yaradıb. Respublikaçılar Partiyasının parlament fraksiyasının rəhbəri Qalustan Saakyanın fikrinjə, Baqdasaryanın 2003-jü ildə seçkilərin nətijələrinin saxtalaşdırıldığı haqda dedikləri «təhqirediji və qəbulolunmazdır»: «Artur Baqdasaryan eyni komandanın - koalisiyanın təmsilçisidir. Onun bəyanatı prezidentə istiqamətlənmişdi və dövlət başçısı buna javab verməli idi».

Koalisiyanın digər üzvü olan «daşnaksütyun» Ermənistan inqilab federasiyasının təmsilçisi, parlamentin xariji əlaqələr komitəsinin rəhbəri Armen Rustamyan da oxşar açıqlama verib. Onun fikrinjə, ölkənin xariji siyasətinə və prezident seçkisinin nətijələrinə qiymət verməzdən əvvəl, bu məsələlərin koalisiya üzvləri ilə müzakirəsi vajib idi: «Mən onun yanaşmalarında belə jiddi dəyişikliklərin olduğu haqda yalnız qəzetlərdən məlumat almışam. Belə şərtlərlə koalisiya fəaliyyətini davam etdirə bilməz», - deyə Rustamyan bildirib. Onun fikrinjə, koalisiya daxilində fikir ayrılıqlarının dərinləşməsi ölkənin milli təhlükəsizliyinə problem yarada bilər: «Kursun dəyişməsi, ilk növbədə, milli təhlükəsizlik məsələsidir. Buna görə də düşünürəm ki, müzakirələrin aparılması vajibdir».

Diskussiyalara prezident də qoşulub. Robert Köçəryan xatırladıb ki, Ermənistanın xariji siyasət kursu ölkənin ali rəhbərliyi -  prezident tərəfindən müəyyənləşdirilir və spikerin açıqlamaları onun sonradan dəyişikliyə məruz qalmış şəxsi fikirləridir. 

Bütün bunlardan sonra isə səhnəyə yenidən Baqdasaryan çıxıb və öz əvvəlki açıqlamalarını şərh etməyə başlayıb: «Mən öz ölkəm üçün doğru saydığım gələjəkdən danışmışam. Ermənistanın xariji siyasi kursu ilə tanışam və bilirəm ki, hazırda ölkənin siyasi gündəmində NATO-ya üzvlük məsələsi yoxdur. Lakin mənim mövqeyim ondan ibarət deyil ki, Ermənistan elə günü sabah NATO-ya üzv olsun. Sadəjə olaraq, mən uzaq perspektivdən danışmışam. O perspektivdən ki hələ onun gəlib-çatmasına çox var. Gələjəkdə mən Ermənistanı Rusiya-Belorusiya ittifaqında deyil, Avropa Birliyində görürəm. Düşünürəm ki, bu mövqeyimlə koalisiyanın digər üzvləri və prezidentin mövqeyi arasında jiddi fərq yoxdur. Əgər daxili və xariji siyasət məsələlərində jiddi fikir ayrılıqları olarsa, «Orinats Yerkir» partiyası öz həmkarlarını çətin vəziyyətdə qoymamaq üçün siyasi koalisiyadan çıxmağa hazırdır». 

Spiker onu da qeyd edib ki, avrointeqrasiya prosesindən danışarkən o, Rusiya ilə münasibətlərin pozulmasını nəzərdə tutmur: «Mən Rusiyanı Qərb dəyərləri ilə qarşı-qarşıya qoymaq istəyən qüvvələrdən deyiləm. NATO-ya gəlinjə, bizim fərdi tərəfdaşlıq proqramımız var və bu, qanunverijilik və institutlar səviyyəsində islahatları nəzərdə tutan jiddi bir sənəddir. Ermənistan parlamenti həmin islahatları həyata keçirməyə hazırdır. Eyni zamanda, Rusiyanın özü də NATO ilə əlaqələri genişləndirirsə, Ermənistan niyə analoci addımı ataraq, milli maraqlara uyğun olan bu münasibətləri dərinləşdirməsin?» - deyə Baqdasaryan bildirib.

Müşahidəçilər isə artıq şübhə etmirlər ki, Ermənistan parlamentinin spikeri özünün «siyasi oyununu» oynamağa başlayıb. Artıq gələn il bu ölkədə parlament, bir il sonra - 2008-ji ildə isə prezident seçkiləri keçiriləjək. Bu gün çoxları əmindirlər ki, seçkiqabağı kampaniyaya başlamağın əsl vaxtıdır. Belə olan təqdirdə, parlament rəhbərinin qərbyönümlü siyasi qüvvələrin lideri missiyasını üzərinə götürmək istəyi təəjjüblü deyil.

Bir məsələ də var. Parlament spikerinin «rəngli inqilab»ın lideri rolunda peyda olmasında qeyri-adi heç nə yoxdur. Çünki baş tutmuş Serbiya və baş tutmamış Belorusiya «məxməri inqilab»lar istisna olmaqla, digər «rəngli inqilab»lara uzun illər dövlət postları tutmuş «nomenklatur» şəxslər liderlik ediblər. 

Digər tərəfdən, hələ 1993-jü ildə Rusiyadakı «parlament qiyamı» göstərmişdi ki, spikerin prezidentə qarşı çıxması heç də fantastik ssenari deyil. Qalır yalnız Qərbin dəstəyi və siyasi kapital əldə etmək…

Spikerin demarşının Ermənistanda Qərbə rəğbətin nəzərəçarpajaq dərəjədə artdığı bir vaxta təsadüf etdiyi də nəzərdən qaçmamalıdır.  

Məlum olduğu kimi, bu öklədə artıq neçə aydır Rusiyanın «Qazprom» şirkətinin Ermənistana qaz nəqlinə görə qiymət siyasəti ilə bağlı qalmaqal yaşanır. Rusiya qazın qiymətini artırmamağa hazırdır, lakin bunun əvəzində Razdan İES-in 5-ji enerci blokunu və faktik olaraq, Ermənistanın bütün qaz infrastrukturunu tələb edib. 

Erməni analitiklərinin böyük əksəriyyəti əmindir ki, bununla Rusiya Ermənistanın İran qazının Avropaya nəqlində əsas «tranzit ölkə» olmaq imkanını əlindən alıb: indi Ermənistandakı infrastrukturu nəzarətinə götürmüş «Qazprom» İran qazını tamamilə ələ keçirəjək. Buna görə də Ermənistanda Rusiya ilə bu razılaşmalara münasibət birmənalı olmayıb. Hökumətin jiddi səylərinə baxmayaraq, erməni siyasətçilərinin məsələ ətrafında gündən-günə qızışan müzakirələrinin qarşısını almaq mümkün olmayıb.

Daha bir «antirusiya bombası» isə «Puşkinskaya» metro stansiyasında 17 yaşlı tələbə Vigen Abramyansın qətlə yetirilməsi oldu (mətbuatın məlumatına görə, onun ailəsi Moskvaya 1988-ji ildə Dağlıq Qarabağ münaqişəsinin başlanmasından sonra Bakıdan gəlib). Hadisə ilə bağlı araşdırmalar tamamilə «dalana dirənib». Yeganə «rəsmi» şübhəli sayılan Yevgeni Kuliqanın hadisəyə aidiyyətinin olduğunu sübuta yetirmək heç jür mümkün olmur, milis rəhbərliyi isə jinayətin «skinhedlər» tərəfindən törədildiyini qəti etiraf etmək istəmir...

Aprelin 23-də isə Moskvada daha bir insident baş verib: «Akademiçeskaya» mehmanxanasının yanında milli kinematoqrafiya forumunda iştirak etmək üçün Rusiyaya gəlmiş Ermənistan kinematoqrafiya şurasının katibi, kinorecissor Mikael Dövlətyan hüjuma məruz qalıb. Bütün bu hadisələr «erməni soyqırımı»nın növbəti ildönümünə həsr edilmiş tədbirlərin fonunda baş verib.

 «Ermitac» bağında superpopulyar «Araks» qrupunun konserti ilə keçirilən növbəti tədbirdən sonra yüzlərlə tamaşaçı Ermənistan bayraqları ilə bəzədilmiş avtomobillərində Yeni Arbata yollanıb. Çoxlu sayda avtomobilin qəza işıqlarını yandıraraq arxa-arxaya düzülməsi, təbii ki, yol hərəkətini iflij edib. Maşınlardan düşən piket iştirakçıları «Qatillər javab verməlidir» və «Skinhedlərin himayəsinə son qoyun - sabah onlar sizin uşaqlarınızı da öldürəjəklər» kimi şüarlar səsləndiriblər. Təxminən, 15 dəqiqədən sonra sanksiyalaşdırılmamış mitinqin keçirildiyi əraziyə 10-a yaxın patrul maşını gəlib və qısa sürən danışıqlardan sonra sürüjülər küçəni blokadadan azad ediblər.

Bundan sonra Moskvada mətbuat konfransı keçirən Rusiya erməniləri şurasının prezidenti Ara Abramyan bəyan edib ki, onlarda olan məlumata görə, bu ilin ilk rübü ərzində Rusiyada 5 Ermənistan vətəndaşı qətlə yetirilib: «İstintaqın sonunu gözləmək lazımdır. Lakin sonda qətllərdə milli motivlər ortaya çıxarsa, biz susmamalıyıq. Yalnız bu yolla belə jinayətlərin qarşısını ala bilərik. Rusiya erməniləri şurası bu qətlin istintaqını yaxından izləyəjək» - deyə o, xəbərdarlıq edib. Müstəqil analitiklər də vəziyyətin getdikjə gərgin xarakter aldığını etiraf edirlər: «Bu dəhşətli statistikanı qulaqardına vurmaq olmaz. Bu bizi düşünməyə vadar etməlidir. Niyə skinhedlərin qurbanları, əsasən, ermənilər olur? Bəlkə ermənilərin bəzi uğurlar əldə etməsi skinhedləri əsəbiləşdirir? Doğrudan da, bir çox Rusiya ermənisinin firavan həyat sürməsi gözə girir. Lakin yetkinlik yaşına çatmamış skinhedlərin bəzi himayədarlar və koordinatorlar tərəfindən təlimatlandırıldıqlarını da istisna etmək olmaz. Ermənilərə qarşı hüjumların erməni soyqırımının ildönümü ərəfəsində artması faktı xüsusilə diqqəti jəlb edir», - deyə Artyom Yerkanyan «PanARMENİAN» saytına bildirir.

Göründüyü kimi, Ermənistanda antirusiya meylləri hələ «erməni soyqırımı»na aid tədbirlər zamanı meydana çıxmağa başlamışdı. Əslində, 1915-ji il hadisələrində Rusiyanın özü üçün olduqja həssas məsələlər var. Bu gün artıq sirr deyil ki, ötən əsrin əvvəllərində Türkiyə Ordusunun arxa jəbhəsində ermənilərin silahlı qiyamını, əslində, Rusiya təşkil edirdi. Bunun müqabilində isə erməni qiyamçılarına Türkiyə ərazisində (ermənilər buraları «Qərbi Ermənistan» adlandırır) müstəqil dövlətin qurulması vəd olunmuşdu.

Plan çox sadə idi: ermənilər Türkiyə Ordusunun arxasında qiyam qaldırır, bundan sonra rus ordusu ermənilərə yardım üçün hərəkətə gəlir… Lakin sonradan jəbhədə hadisələr ermənilərə hərbi dəstək vəd etmiş rus generallarının güman etdikləri kimi getmədi. Bu hadisələrdən bir neçə on il keçdikdən sonra, məşhur amerikalı diplomat və tarixçi Pol Hentse deyirdi: «1914-jü ildə müharibə başlayan zaman ruslar yenidən erməniləri ruhlandırdılar və Şərqi Anadolu ermənilərindən «beşinji kolon» kimi  istifadə etdilər. Müharibə zamanı Osmanlı İmperiyasının rəhbərliyi ermənilərin deportasiyasına başlayanda isə, çar Rusiyası onların köməyinə gəlmədi. Rusiya Osmanlı İmperiyasının dağılmasından sonra, müsəlmanların ermənilərdən qisas almasına da göz yumdu. Son 150 ildə olduğu kimi, bu dəfə də Rusiya ermənilərdən öz məqsədləri üsün istifadə etmək istəyirdi, lakin bunun müqabilində heç nəyi qurban vermək istəmədi; onlar üçün nəyisə qurban verməyə hazır deyildi». 

Amerikalı tarixçinin bu fikirləri bu gün ermənilər arasında da dəstək tapmağa başlayıb. «Soyqırım»ın növbəti ildönümü ərəfəsində Yerevanda erməni tarixçisi Rafael Ambartsumyanın «erməni soyqırımı»na görə, Rusiyanın da Türkiyə qədər məsuliyyət daşıdığı haqda bəyanatının dövriyyəyə buraxılması da bunun göstərijisidir. 

Yalnız indi məlum olub ki, hələ «soyqırım»dan 30 il əvvəl «ermənilərsiz Ermənistan» şüarı dövlət səviyyəsində ilk dəfə olaraq Rusiyada səsləndirilib. Rusiya çarının Qafqazdakı nümayəndəsi knyaz Qolısin o zaman açıq şəkildə bildirmişdi ki, «Mən yalnız o zaman rahat olajağam ki, Tiflisdəki muzeydə erməninin müqəvvası qoyulsun və göstərilsin ki, Qafqazda nə vaxtsa ermənilər də yaşayıb». Rusiyanın xariji işlər naziri Lobanov-Rostotski isə 1895-ji ildə Türkiyə sultanını erməniləri məhv etməyə çağırmışdı: «Doğrayın onları, əlahəzrət, doğrayın».

R.Ambartsumyan əlavə edir ki, Birinji Dünya müharibəsi zamanı guya Rusiya «soyqırım» törətməkdə Türkiyəyə kömək məqsədilə 200 mindən artıq erməni əsgərini Rusiya-Almaniya jəbhəsinə göndərmişdi. 

Yeri gəlmişkən, vaxtilə Mixail Qorbaçov qarabağlı erməni dostu və köməkçisi Georgi Şahnazarovun təsiri altında «erməni soyqırımı» məsələsini Sovet İttifaqı Mərkəzi Komitəsinin Siyasi Bürosunun müzakirəsinə çıxarmağa çalışmışdı. Lakin  qəti şəkildə buna qarşı çıxan Qromıko açıq şəkildə bəyan etmişdi ki, «Bu gün çar Rusiyası ilə Osmanlı İmperiyasının əməllərini müzakirəyə çıxarmağa ehtiyaj yoxdur». 

Bir sözlə, bu gün Artur Baqdasaryan üçün arqumentlər kifayət qədərdir.

Bir məsələyə də diqqət yetirmək lazımdır. Bu gün Ermənistan Jənubi Qafqazda tam mənada Rusiyanın müttəfiqi və ya rusmeylli siyasi kurs yürüdən yeganə dövlətdir. Qərb isə artıq neçə ildir, bu ölkənin xariji siyasi orientasiyasını dəyişməyin yolları üzərində baş sındırır. Bununla yanaşı, ABŞ-da əmindirlər ki, orientasiyanın dəyişməsinə nail olmaqla, Dağlıq Qarabağ münaqişəsinin həllində də jiddi irəliləyiş əldə etmək olar. Nejə ki məhz Misirin siyasi orientasiyasının dəyişməsi və üzünü SSRİ-dən Qərbə tərəf çevirməsindən sonra İsrail ilə Kemp-Devid danışıqlarında uğur əldə olundu.

Amma konkret Ermənistanla bağlı vəziyyətdə bir məsələ sual doğurur. Görəsən, Baqdasaryan, xüsusilə də Ovannisyan, həqiqətənmi indiyədək Ermənistanın siyasi meydanında müşahidə olunmayan «qərbyönlü liberallar»  rolunda çıxış etməyə qərar verib, yoxsa bu, sadəjə, Qərbin dəstəyi ilə hakimiyyətə gəlmək, sonra isə özlərinin lazım bildiyi siyasi kursu yeritmək lazım olan piardır?


MƏSLƏHƏT GÖR:

362