15 Mart 2025

Şənbə, 01:16

QURULTAY ƏRƏFƏSİNDƏ «MÜSAVAT»IN VƏ «YENİ MÜSAVAT»IN İRAN ZİDDİYYƏTLƏRİ

Qurultayda partiyanın başqanı ilə baş ideoloqu arasında mübarizə gözlənilir

Müəllif:

15.05.2006

Ölkənin aparıjı müxalifət partiyalarından olan «Müsavat» qurultaya hazırlaşır. Mayın 29-da partiyanın 2003-jü il prezident seçkiləri və 2006-jı il parlament seçkilərindən sonra ilk qurultayı keçiriləjək. Çox böyük ehtimalla bu iki hadisədə «Müsavat»ın məğlubiyyəti, elan edilmiş platformaları həyata keçirə bilməməsi qurultayda əsas mübahisə mövzuları olajaq. Və başqandan məğlubiyyətlərin hesabatı istəniləjək. Anjaq belə görünür ki, mübahisələr təkjə daxili siyasi proseslərin təsiri altında olmayajaq. İran ətrafındakı problemlərin də bu müzakirələrə xüsusi ton verəjəyi labud görünür. 

Bir çox məqamlar Dünya Azərbayjanlılarının Qurultayından sonra qabarmağa başladı.

Dünya Azərbayjanlılarının İkinji Qurultayında Dünya Azərbayjanlıları Konqresinin sədri Javad Derəxtinin İranda yaşayan azərbayjanlılarla bağlı fikirləri İranın Azərbayjandakı səfirinin kəskin bəyanatı ilə müşayiət olundu. 

Anjaq heç də hər şey səfirin kəskin bəyanatı ilə sonujlanmadı. Səfirin martın 17-də (2006-jı il) səslənmiş bəyanatından sonra, İranın Azərbayjana münasibətdə ənənəvi istifadə etdiyi  arqumentləri olan talış və ləzgi kartları ortaya atıldı. 

«Yeni Müsavat» qəzeti isə 11 illik fasilədən sonra, qondarma «Talış-Muğan Respublikası»nın rəhbəri olmuş Əlikram Hümbətovla müsahibə dərj etməyə başladı. Və təbii ki, o, talış olduğuna görə Azərbayjandan çıxarıldığını və talışların Azərbayjanda təqib olunduqları haqda bəyanat verdi. Çox maraqlıdır ki, müsahibəni götürən curnalist Əlikram Hümbətovun müsahibə üçün ona mürajiət edilməsinə heç də təəjjüblənmədiyini və sanki bunu gözləyirmiş kimi, təsirini bağışladığını yazmışdı.

Xatırladaq ki, «Yeni Müsavat» qəzetinin baş redaktoru hələ həbs-xanada olarkən, ötən ilin əvvəllərində, islam demokratiyası ideologiyasına əsaslanan partiya yarada biləjəyi haqda məlumatlar yayırdı. 

O, kənar müşahidəçilər üçün gözlənilməz olsa da, İranın təsirinin güjlü olduğu  Nardaran qəsəbəsindən Milli Məjlis üzvlüyünə namizədliyini irəli sürmüşdü. 

Nəhayət, «Yeni Müsavat» qəzetinin, az qala, hər nömrəsində İranın Qum şəhərində təhsil almış Hajı İlqar İbrahimoğlu ilə müsahibə və yaxud onun çıxışlarını dərj edilir. Xatırladaq ki, Qum şəhəri siyasiləşmiş islam ideologiyasının yayılması üçün əsas ideoloci mərkəzlərdən biri sayılır. Orada islam inqilabı ixrajının üsulları haqda təlim keçilir. Yeri gəlmişkən, may ayında «Yeni Müsavat» qəzetində Qum şəhərinin özəllikləri haqda geniş yazı dərj edilmişdi. 

Bundan başqa, «Yeni Müsavat» qəzeti Seyid Ojaqları Birliyi adlı qurumun rəhbəri olan Seyid Jamal Əzimbəyli ilə davamlı olaraq müsahibələr dərj edir və qəzet səhifələrində onun ən müxtəlif məsələlərə münasibətinə geniş yer verilir.

Bütün bunlara əsasən belə demək olar ki, «Yeni Müsavat» qəzetinin Əlikram Hümbətovla, hətta müsahibəni götürən müxbirin özü üçün də gözlənilməz  olan müsahibəsi ilə İran səfirinin sərt bəyanatı arasında səbəb-nətijə əlaqəsi var və ABŞ-ın İrana qarşı Azərbayjandan istifadə etmək planlarının aktual olduğu bir dövrdə, Azərbayjana təzyiq vasitəsi kimi ortaya çıxmışdı. 

Elə görünürdü ki, hansısa qüvvə «Yeni Müsavat» qəzetindəki müsahibələr və informasiya axını ilə Azərbayjan hökumətinə təzyiqlər edirdi.

Əlikram Hümbətovun ardınja vaxtilə İranda sığınajaq tapmış Mahir Javadovun müsahibəsi «Yeni Müsavat» qəzetində dərj edildi. Və M.Javadov İranın indiki hökumətinin ünvanına müsbət fikirlər söylədikdən sonra, Azərbayjanda hakimiyyət uğrunda mübarizəyə başladığını və prezident olmaq iddialarını ortaya qoyur, Azərbayjan prezidentinin ünvanına xoşagəlməz ifadələr işlədir. 

Bütün bunlar İran ətrafında yaranmış beynəlxalq vəziyyət, ABŞ-İran münasibətlərində Azərbayjanın rolunun artması kontekstində «Yeni Müsavat» qəzetində dərj olunmuş və diqqətçəkən məqamların hamısı deyil. Müsahibələrlə paralel olaraq aparılan ikinji xətt Azərbayjan-İran münasibətlərində Tehranın Bakıya təzyiq etməsi üçün İranın əlinə arqumentlər verən məlumatların axınının təşkil olunmasıdır. 

Məsələn, «Yeni Müsavat» qəzeti aprelin 21-də (2006-jı il) çıxan sayında anonim mənbəyə istinadən yazır: «Son iki-üç həftədə İran sərhədində maraqlı hadisələr baş verir. Belə ki, Azərbayjanın Sərhəd Qoşunlarının yüksəkvəzifəli  zabitlərinin müşayiəti ilə İran ərazisinə  naməlum şəxslər keçirlər. Belə hallar bir qayda olaraq, gejə saatlarında müşahidə edilir. Bu adamların kimliyi, İrana nə məqsədlə getmələri barədə sərhəddə keşik çəkən hərbi qulluqçulara belə məlumat verilmir. Hətta İrana ötürülən adamların sifəti də gizlədilir. Bu adamlar İrana getdikdən, təxminən, 2-3 gün sonra yenidən qayıdırlar. Maraqlısı odur ki, onlar qayıdarkən yenə də Azərbayjanın Sərhəd Qoşunlarının yüksəkvəzifəli zabitləri tərəfindən qarşılanırlar». 

Qəzet Azərbayjandan İrana ötürülən adamların ABŞ kəşfiyyatçıları olduğunu ehtimal edir. Məqalənin başlığında isə «Azərbayjandan İrana ABŞ kəşfiyyatçıları ötürülür» fikri təsdiq edilirdi. 

Belə bir məlumatın dərj edilməsi heç bir halda Azərbayjanın maraqlarına uyğun deyil və İran rəsmilərinə imkan verir ki, Azərbayjan hökumətini ittiham etsinlər. Maraqlıdır ki, bu məlumat İranın müdafiə naziri Mustafa Məhəmməd Nəccarın Bakıda olduğu vaxtla üst-üstə düşür. Bu məlumat ABŞ kəşfiyyatı tərəfindən ötürülsə belə və Azərbayjanla İran arasında şübhə toxumu səpməyə xidmət göstərdiyi təqdirdə də, Azərbayjanın maraqlarına ziddir. Bir qədər də konkretləşdirsək, «Yeni Müsavat»ın dərj etdiyi bu məqalədən İran öz, ABŞ da öz maraqları üçün istifadə edə bilər. Azərbayjana gəldikdə isə istənilən aspektdən yanaşdıqda bu, Azərbayjan dövlətinə ziyandır.

Daha bir maraqlı məqam ondan ibarətdir ki, «Yeni Müsavat» qəzetində həmin məlumat dərj olunan gün İranın Milli Təhlükəsizlik Şurasının sədri Əli Larijaninin Misirin «Əl-Əhram» qəzetinə müsahibəsində İrana qarşı bütün qonşu ölkələrdən, o jümlədən, Azərbayjandan da kəşfiyyatçılar ötürüldüyü haqda bəyanat vermişdi («Bakı-Xəbər», 22 aprel 2006). Yerli müxalifyönlü qəzet olan «Bakı-Xəbər» qəzeti də «Yeni Müsavat»ın belə bir xəbər yayması ilə Larijvaninin bəyanatının üst-üstə düşməsi arasında əlaqə axtarmağa çalışmışdı.

Çox qəribə təsadüflərdir. «Yeni Müsavat»ın Azərbayjandan İrana kəşfiyyatçı ötürüldüyü  haqda anonim mənbəyə istinadən yaydığı məlumat, Əli Larijaninin bu barədə bəyanatı və Mustafa Məhəmməd Nəccarın Bakıya səfəri  eyni  vaxta düşür. 

Təbii ki, ortaya belə bir sual çıxır: bu təsadüflər arasında səbəb-nətijə əlaqələri varmı? «Bakı-Xəbər» qəzeti də 25 aprel sayında bu əlaqəyə işarə edərək, bütün bunların eyni mərkəzdən idarə olunduğunun mümkünlüyünü qeyd etmişdi.

Elə həmin 2006-jı il aprelin 25-də «Yeni Müsavat» qəzeti mövzuya qayıdaraq, Əli Larijaninin sözlərini xatırladır və yenidən ABŞ-ın Azərbayjandan istifadəsi haqda yazır: «Amerika kəşfiyyatçıları  və xüsusitəyinatlıları Azərbayjana ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrdə, adətən, gejələr gətirilir. Bu təyyarələr Bakı yaxınlığındakı Qala hərbi aerodromunda yerə enir və sonradan quru yolla Azərbayjanın İranla həmsərhəd  bölgələrinə aparılır.  Mənbənin bildirdiyinə görə, Azərbayjanın İranla sərhədi yaxınlığında  Amerikanın  iki kəşfiyyat məntəqəsi  fəaliyyət göstərir. Bu məntəqələrin vəzifələri İran ərazisinə  keçən qrupların hərəkətini izləmək və kəşfiyyat məlumatlarını toplayıb-ötürməkdən ibarətdir. Qəzet yazır ki, Amerika kəşfiyyatı  Azərbayjan ərazisindəki iranlıları da «verbovka»  etmək üçün fəaliyyətlərini güjləndirib. Kəşfiyyat fəaliyyətləri İranın nüvə və hərbi obyektlərinin, ali dini və hərbi rəhbərliyin iqamətgahlarının yerini müəyyənləşdirməyə yönəlib. Amerika kəşfiyyatının Azərbayjan ərazisindən istifadəsi üçün formal hüquqi baza da var. ABŞ-la Azərbayjan arasında 2001-ji ildə imzalanmış təhlükəsizlik sahəsində əməkdaşlığa dair məzmunu gizli saxlanan saziş buna imkan verir. 

Qəzet yazırdı ki, İran Amerika kəşfiyyatının bu fəaliyyətindən məlumatlıdır və bir neçə dəfə hakimiyyət qarşısında məsələ qaldırılıb. Eyni zamanda, İran kəşfiyyatı bunun qarşısını almaq üçün Azərbayjan ərazisində fəaliyyətini güjləndirib. Qəzetin məlumatı, əsasən, hazırda Azərbayjan ərazisində İran kəşfiyyatçılarının sayının dəfələrlə artdığı, onların arasında təxribatlar törətmək üçün xüsusi hərbi hazırlıq keçmiş qrupların olduğu bildirilir. İran kəşfiyyatçıları  Azərbayjanda Amerika və İsraillə bağlı bütün obyektlərin ətrafında gejə-gündüz izləmə tətbiq edir, həmçinin, Amerika təyyarələrinin endiyi hərbi aerodromların yaxınlığında iranlılar yerləşdiriliblər».

Qəzet özü də qeyd edir ki, İran rəsmiləri bu məsələni dəfələrlə Azərbayjan rəhbərliyi qarşısında qaldırıblar. Belə görünmürmü ki, «Yeni Müsavat» qəzeti məhz bu məsələdə İran rəsmilərinin mövqeyini təsdiq edən dezinformasiya ötürməklə Azərbayjan hökumətini tərksilah etməyə çalışırdı? Ümumiyyətlə, bu informasiyalar haradan qaynaqlanır? 

Yeri gəlmişkən, Azərbayjanın Dövlət Sərhəd Xidməti Azərbayjan ərazisindən İrana kəşfiyyatçılar ötürülməsi barədə bu məlumatların təxribatxarakterli olduğunu bəyan etmişdi. Anjaq bu xəbər «Yeni Müsavat»ın səhifəsində özünə yer tapmamışdı.

«Yeni Müsavat»ın geniş işıqlandırdığı bu mövzu Ermənistanın da maraqlarına javab verir. Əvvəla, ona görə ki, rəsmi Yerevan bu çətin vəziyyətində İranın Ermənistana qarşı Azərbayjanla yaxınlaşajağından ehtiyat edir. Azərbayjan qəzetlərində belə məlumatların yayılması isə bu yaxınlaşmanı istisna etdiyi üçün Ermənistanın siyasətinə xidmət etmiş olur. 

Digər tərəfdən,  qəzetin özünün də qeyd etdiyi kimi, İran rəsmiləri bu barədə Azərbayjan hakimiyyətinə irad bildiriblər. Təbii ki, Azərbayjan rəhbərliyi də bunu təkzib edib. Bəs «Yeni Müsavat» öz səhifələrində bu məlumatı dərj etməklə, Azərbayjan hökumətinə qarşı nə üçün İrana əlavə «arqument» verməyə çalışır? Hər halda, çoxlu sayda məntiqi nətijələrə gəlmək olar. Həqiqəti isə Rauf Arifoğlu bilir. Bu təkjə Azərbayjana təzyiq üçün İrana fakt vermək jəhdi deyil, eyni zamanda, Azərbayjan İranı Ermənistana qarşı öz tərəfinə çəkməyə çalışır. İran isə bu  təklifdən boyun qaçırmaq üçün Azərbayjanı səmimi olmamaqda ittiham edir və «Yeni Müsavat»da dərj edilmiş yalan «məlumatları» sübut olaraq ortaya qoyur.

«Yeni Müsavat» qəzetinin daimi tərəfdaşlarından olan yuxarıda adıçəkilən Dini Etiqad və Vijdan Azadlıqları Müdafiə Mərkəzinin sədri, İranın Qum şəhərindəki dini təlim mərkəzinin məzunu Hajı İlqar İbrahimoğlu sözügedən qəzetdə MTN-nin zərərsizləşdirdiyi «Jamaat əl-Müjahiddin» təşkilatının üzvlərinə hökm oxunması ilə bağlı məsələyə münasibət bildirərkən deyir: «Jamaat əl-Müjahiddin» təşkilatının ifşası kimi mövzular «ijtimai rəyi kənar istiqamətlərə yönəltməkdən ötrü jəmiyyətə ötürülür». Onun fikrinjə, adətən, seçki və Qarabağ məsələləri aktuallaşdığı zaman, belə mövzular gündəliyə gətirilir. Bununla da terrorda ittiham edilən dini ekstremist qrupa ehtiyatlı informasiya dəstəyi verilir.

Qəzetin baş redaktoru Rauf Arifoğlu yazırdı: «Əlimizdəki məlumatlara əsasən (?), qonşu dövlətlərin xüsusi xidmət orqanlarının yüzlərlə əməkdaşı son günlər Bakıya sızıb və onlar adi vətəndaş kimi, turist adıyla paytaxtımızda yerləşdiriliblər. İstənilən komanda ilə onların hansı xarakterli hərəkətlər törədəjəkləri, mənə elə gəlir ki, çoxunuza aydındır». Baş redaktor, habelə dövlət başçısının həyatının da təhlükədə olduğunu yazırdı. Bu, Azərbayjan prezidentinin hədələnməsidir, yoxsa kəşfiyyat mənbələrinə malik olmaqdır? Nəzərə alsaq ki, kiçik bir qəzetin böyük dövlətin kəşfiyyatındakı mənbəni pulla ələ alması absurda bənzəyir, onda ikinji variant, yəni kəşfiyyatın özünün maraqda olduğu informasiyaları mətbuata ötürməsindən savayı əqli nətijə  qalmır.  

 

Neft kəmərinə təjavüz çağırışı

«Yeni Müsavat» qəzeti Bakı-Tiflis-Jeyhan neft kəmərinə təjavüz etməyə dolayısı ilə çağırış da etdi. Məsələn, «Yeni Müsavat»ın 01 may 2006-jı il sayında oxuyuruq: «Bir-iki adamın neft «durba»sını xəlvəti deşib oradan 5-10 litr «qara qızıl» oğurlamasını nəzərə almasaq, neftin yalnız adı Azərbayjan xalqınındır, dadı isə Əliyevlərlə əjnəbilərin. «Durba»nı gizlijə deşib mazut aparanlara pis baxmaq lazım deyil. Onlar bu yolla öz haqlarına sahib çıxmaq istəyirlər». Bu fikirlər Bakı-Tiflis-Jeyhan neft kəmərinə birbaşa təjavüzə çağırış və belə təjavüz hərəkətlərinin ideoloci legitimliyini təmin etmək istiqamətində açıq fəaliyyətdən savayı bir şey deyil. 

Müsavat başqanı ABŞ-ın,  müavini isə İranın maraqlarından çıxış edən bəyanatlar verərək, ziddiyyətli situasiya yaradıblar.

Məsələn, Rauf Arifoğlu Müsavat Partiyasının başqan müavini və İsa Qəmbərin təsisçisi olduğu qəzetin baş redaktoru olaraq İranın maraqlarından çıxış etdi. O, şəxsən çıxış edərək, ABŞ-a dəstək verməyin mümkün olmadığını bildirdi. Qəzetdə gedən yazıların ruhu da məhz bu istiqamətdə idi. Məsələn, 03 may 2006-jı il sayında yazılır: «Amerikanın təhdidi meydana gələndən sonra, bölgədə antiamerika və antiisrail təbliğatı gün-gündən böyüyür». Məqalədə  Amerikanın Astarada hərbi obyekt tikməsi qeyd olunub və onun fotoşəkli dərj edilib. Qəzet yazır ki, bütün bunlar astaralıların ürəyinjə deyil.

«Müsavat» başqanı İsa Qəmbər isə R.Arifoğludan fərqli mövqe tutur. Qəzetin 27 aprel sayında Müsavat Partiyasının başqanı İsa Qəmbər deyib: «İndiki mərhələdə İran ətrafında baş verən proseslərlə bağlı Azərbayjanın neytral mövqedə qalması mümkün deyil. Azərbayjan bu məsələdə düzgün mövqe tutmalı və azad dünya ilə bir yerdə olmalıdır». O deyib ki, İranın nüvə silahı əldə etməsi Azərbayjanın suverenliyinə təhlükədir. Amma İranın demokratikləşməsi Azərbayjanın və İranda yaşayan azərbayjanlıların maraqlarına javab verir.

Belə görünür ki, İsa Qəmbər İran məsələsində ABŞ-la yaxınlaşmanın, onun təsisçisi olduğu «Yeni Müsavat» qəzeti, qəzetin baş redaktoru və İsa Qəmbərin müavini Rauf Arifoğlu isə antiiran koalisiyasına qoşulmamağın tərəfdarıdır. O bu barədə qəzetdə öz fikrini birmənalı olaraq bildirib və hətta qeyd edib ki, belə olarsa, Azərbayjanda etiraz dalğaları qalxajaq. 

Onun bu fikri Müsavat Partiyasının aprelin 24-də qəbul edilmiş bəyanatı ilə üst-üstə düşmür.

Müsavat Partiyasının İran ətrafında yaranmış vəziyyətlə bağlı bəyanatında  deyilirdi ki, İranın irimiqyaslı  hərbi təlimlər keçirməsi, yeni silahları sınaqdan çıxarması, sürətlə silahlanması və rəhbərliyin dəyişkən mövqedən çıxış edərək, siyasi ritorikanı sərtləşdirməsi beynəlxalq birlikdə Tehranın əsl məqsədinin nivə silahı əldə etmək olmasına əminliyi artırır. Bəyanat müəlliflərinin fikrinjə, İranın aqressiv xariji siyasət aparan totalitar teokratik reciminin nüvə silahı  əldə etməsi qlobal və regional sülh və sabitlik üçün jiddi təhdid olmaqla bərabər, qonşu dövlətlərin, o jümlədən, Azərbayjanın milli maraqlarına ziddir və suverenliyimiz üçün real təhlükəyə çevrilə bilər. Bəyanatda daha sonra qeyd edilir: «Ümid edirik ki, bu tarixi dönüş məqamında böyük tarixi keçmişi olan İran xalqı taleyinə biganə qalmayaraq, özü recimin təhlükəli planlarına yox deyəjək, azadlıq və demokratiya uğrunda səsini qaldırajaq». Müsavat Partiyası beynəlxalq birliyi İranın nüvə proqramı ətrafında yaranmış böhranı dinj yolla həll etməyə, İranın liberallaşması və demokratikləşməsi istiqamətində səyləri artırmağa, Azərbayjan hakimiyyətini və xalqını isə bu səyləri dəstəkləməyə çağırmışdı.

Çox maraqlıdır ki, «Müsavat»ın bu bəyanatı üzə çıxmazdan əvvəl, Arifoğlu bundan xəbərdar olduğu üçün etirazını belə ifadə etmişdi: bəyanat meydana çıxmazdan və İsa Qəmbərin bu məsələyə dair müsahibələri dərj olunmazdan iki gün əvvəl R.Arifoğlu «Hakimiyyət İranın qarşısına müxalifəti göndərir»  tezisi ilə yazı dərj etmişdi.

Yeri gəlmişkən,   «Müsavat»ın yaxın müttəfiqi, parlamentdəki «Müsavat» deputat qrupunun üzvü Pənah Hüseynov da aprelin 25-də Milli Məjlisdə çıxışı zamanı demişdi ki, Azərbayjanın antiiran koalisiyaya girməsi yolverilməzdir. Bundan əvvəl, aprel 2-də isə o, Azərbayjan üçün müsəlman demokratiyasının prioritet olajağını vurğulamışdı. Xatırladaq ki, məhz R.Arifoğlu və P.Hüseynovun həbsxanadan çıxdıqdan sonra müsəlman demokratları və inanjlı insanlardan ibarət hərəkat yaratmaq ideyaları işıq üzü görmüşdü. 

Qeyd etmək lazımdır ki, Azərbayjanda müsəlman demokratiyası ideyalarının ortaya çıxmasının İran ətrafında baş verənlərlə hansısa formada əlaqəli olub-olmaması məsələsinin xüsusi araşdırmaya ehtiyajı olduğu göz qabağındadır. 

Görünür, elə buna görədir ki, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin rəhbəri Rafiq Əliyev məhz «Yeni Müsavat» qəzetinə verdiyi müsahibədə bəzi siyasətçilərin şübhəli dini çağırışları haqda danışaraq, hər şeyin nəzarətdə olduğu haqda injə xəbərdarlıq etmişdi. Maraqlıdır, R.Əliyevin bu xəbərdarlığına ən kəskin reaksiyaları «Yeni Müsavat» qəzetinin səhifələrində Pənah Hüseyn, Hajı İlqar İbrahimoğlu, Seyid Jamal Əzimbəyli verdilər.

Ziddiyyətli məqamlardan biri də budur ki, «Müsavat» başqanının digər müavini Vurğun Əyyub P.Hüseynovun parlamentdəki çıxışının «Müsavat»ın mövqeyini əks etdirmədiyini deyib: «Azərbayjan beynəlxalq qüvvələrin yanında olmalıdır». Bununla da həm də R.Arifoğlu ilə əks mövqedə olduğunu ifadə edib. Yeri gəlmişkən, başqanın daha bir müavini olan Sülhəddin Əkbər də Vurğun Əyyubla, təxminən, eyni mövqedədir, daha doğrusu, ABŞ-ı daha radikal müdafiə etməsi ilə fərqlənir. 

Bütün bunlar deməyə əsas verir ki, Müsavat Partiyasının mayın 29-dakı qurultayında jiddi qarşıdurma olajaq. İranpərəst qruplarla amerikapərəst  qruplar partiyanın siyasi platformasını dəyişmək və aparıjı postlara yiyələnmək uğrunda mübarizə aparajaqlar. «Müsavat» başqanı İsa Qəmbər isə ortalıq mövqe tutmağa çalışajaq. Onun Sülhəddin Əkbərdən fərqli olaraq, İrana qarşı hərbi əməliyyatların əleyhinə olması və R.Arifoğlu ilə Pənah Hüseyndən fərqli olaraq, İrana qarşı siyasətdə Qərbin yanında olmağa üstünlük verməsi kimi xarakterizə olunan çıxışları belə deməyə əsas verir.


MƏSLƏHƏT GÖR:

474