
JANNİ BUKİKKİO:
«HAZIRKI SEÇKİ MƏJƏLLƏSİ İLƏ DƏ AZƏRBAYJANDA DEMOKRATİK SEÇKİ KEÇİRMƏK MÜMKÜNDÜR»
Müəllif: Ramin Abdullayev Strasburq
Venesiya Komissiyası 13 may 2006-jı ildə keçiriləjək təkrar parlament seçkilərindən sonra, Azərbayjanın Seçki Məjəlləsinin təkmilləşdirilməsi üzərində işi davam etdirəjək.
- Avropa Şurasının Venesiya Komissiyası ilə Azərbayjan arasında əməkdaşlıq, əsasən, hansı prinsiplər üzərində qurulur?
- Avropa Şurasının Venesiya Komissiyasının prinsipləri qurumun üzvü olan 46 ölkənin hamısı üçün eynidir. Əməkdaşlıq açıq, səmimi, loyal və bütün üzv dövlətlərin bərabərliyi prinsipləri əsasında qurulur. Bütün ölkələrlə açıq əməkdaşlığın məqsədi isə təşkilatın üzvləri ilə şəffaf dialoq aparılmasına nail olmaqdır. Son zamanlar çoxları iqtisadi qloballaşmadan danışır. Avropa Şurasının həyata keçirmək istədiyi isə başqa qloballaşmadır. Qurumun fikrinjə, Avropada qloballaşma, ilk növbədə, demokratiya və insan haqları sahələrini əhatə edir. Bundan başqa, iqtisadi qloballaşmaya münasibət nə qədər mənfidirsə, demokratikləşmə məsələsində qloballaşmaya münasibət həm beynəlxalq səviyyədə, həm də ijtimaiyyət arasında daha pozitivdir.
- Azərbayjan artıq 5 ildən artıqdır, Avropa Şurasının üzvüdür. Bu müddət ərzində Azərbayjanda gedən prosesləri nejə qiymətləndirirsiniz?
- Mən artıq 10 ildən artıqdır, Azərbayjanla işləyirəm. Sizin ölkənizlə tanışlığım hələ Azərbayjanın Avropa Şurasına qəbulundan əvvələ gedib çıxır. 1996-jı illə müqayisə aparsaq, inkişaf göz qabağındadır. Demokratiyanın inkişaf prosesi heç vaxt dayandırıla bilməz. Bununla yanaşı, bir sıra sahələrdə vajib qərarlar qəbul edilməlidir. Görülməli işlərdən biri seçki qanunverijiliyinin təkmilləşdirilməsidir. Azərbayjan, ilk növbədə, ona nail olmalıdır ki, biz əminliklə bu ölkədəki seçkilərin şəffaf və demokratik keçirildiyini söyləyə bilək. Bununla bağlı qeyd etmək istəyirəm ki, Azərbayjan Konstitusiyasını da təkmilləşdirmək olar. Çünki bu, hökumət institutları və parlamentin işinin yaxşılaşdırılması üçün vajibdir. Lakin ən vajib olanı Azərbayjanda siyasi mədəniyyətin yüksəlməsidir. Bu, müxtəlif partiya nümayəndələrinin bir-birinə qarşılıqlı hörmətini özündə əks etdirir. Hakim partiya müxalifətə hörmətlə yanaşmalı, müxalif qurumlar isə çoxluğa münasibətdə konstruktiv mövqe nümayiş etdirməlidir.
- Azərbayjanın müxalifət liderlərinin fikrinjə, beynəlxalq qurumların, xüsusilə Avropa Şurası Venesiya Komissiyasının təkliflərinin bir qisminə əməl olunmaması, 2005-ji il 6 noyabr seçkilərinə neqativ təsir göstərib. Bu məsələyə münasibətiniz nejədir?
- Əslində, mən Venesiya Komissiyasının Azərbayjan tərəfindən qəbul edilməmiş tövsiyələri ilə 2005-ji ilin parlament seçkilərinin nətijələri arasında heç bir birbaşa bağlılıq görmürəm. Məsələ ondadır ki, Azərbayjanın Seçki Məjəlləsi Venesiya Komissiyası ilə birlikdə hazırlanıb. Bu, həqiqətdir ki, bizim bir sıra tövsiyələrimiz nəzərə alınmayıb. Lakin, hətta hazırkı Seçki Məjəlləsinin bazasında da azad və demokratik seçkinin keçirilməsi mümkün idi. Mən artıq Azərbayjanda siyasi mədəniyyət sahəsində çatışmazlığın olduğunu dedim. Partiyalar bir-birlərinə hörmət etməli, konstruktiv yanaşma nümayiş etdirməli və seçki prosesində təmiz olmalıdırlar. Biz Azərbayjanın Seçki Məjəlləsinin təkmilləşdirilməsi istiqamətində işlərə başlamışıq və bunu 13 may təkrar parlament seçkilərindən sonra davam etdirəjəyik. Ümid edirik, bu dəfə Venesiya Komissiyasının bütün tövsiyələri nəzərə alınajaq. Lakin bir məsələni də əminliklə qeyd etmək istəyirəm ki, Azərbayjanın Seçki Məjəlləsi ideal vəziyyətə gətirilsə belə, bu, seçkilərin azad və demokratik keçiriləjəyinə zəmanət vermir.
- Avropa Şurasının üzvü olan ölkələrin seçki sistemləri ilə Jənubi Qafqaz ölkələrinin hüquqi bazalarını müqayisə etsək, fikrinizjə, Azərbayjan hansı yeri tutur?
- Bu suala javab vermək çətindir. Çünki Avropa Şurasının üzvü olan ölkələrin seçki sistemləri fərqlidir və onlardan hansının yaxşı, hansının pis olduğunu müəyyənləşdirmək üçün mexanizm yoxdur. Ümumiyyətlə, ideal seçki sistemi yoxdur. Bu, ilk növbədə, hər bir ölkədəki tələblərdən və orada mövjud olan ənənələrdən asılıdır. Azərbayjanın Seçki Məjəlləsi seçki komissiyalarının formalaşdırılması, şikayətlərə baxılması, seçiji siyahıları kimi məsələlərlə bağlı yenidən işlənməlidir. Hər şeydən əvvəl, Azərbayjanın Seçki Məjəlləsinin sadələşdirilməsinə ehtiyaj var. 200 səhifəlik sənəd əməl edilməsi çətin olan çox geniş bir normativ aktdır.
- Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasında siz 2006-jı ildə Azərbayjana səfərinizin nəzərdə tutulduğunu söylədiniz. Bu səfərin məqsədi nədir və Bakıda hansı məsələlərin müzakirəsi nəzərdə tutulub?
- Bəli, mən Azərbayjana səfər edərək, orada konstitusiya haqları ilə bağlı keçiriləjək konfransa qatılmağı planlaşdırıram. Həmin konfrans ilin sonunda ölkənin Konstitusiya Məhkəməsi tərəfindən təşkil olunajaq. Lakin seçki məsələləri və ya konstitusiyada islahatlar aparılması gündəmə gələrsə, səfərin vaxtını dəyişdirə bilərik.
MƏSLƏHƏT GÖR: