
HAMINI QANE EDƏN SƏFƏR
Müstəqillik və milli maraqlar strategiyası
Müəllif: “R+”un analitik qrupu
Azərbayjan prezidentinin ABŞ səfərində diqqəti çəkən ən vajib məqamlardan biri, bəlkə də birinjisi prezident İlham Əliyevin Ağ evin qarşısında, prezident Buşla görüşdən dərhal sonra «Mən bura üzərimə hər hansı öhdəlik götürməyə gəlməmişəm» bəyanatı oldu. Azərbayjan ABŞ səfərindən sonra da bütün məsələlər üzrə öz mövqeyində qaldı. Məsələn:
- səfər ərəfəsində prezident İlham Əliyev antiiran koalisiyasına qoşulmayajağını elan etmişdi. Səfərdən sonra da eyni mövqe öz güjünü saxlamaqdadır;
- səfər ərəfəsində Azərbayjan prezidenti Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Azərbayjanın ərazi bütövlüyü prinsipindən geri çəkilməyin mümkün olmadığını bəyan etmişdi. Ağ evdəki görüşdən dərhal sonra da bu bəyanat təkrar edildi;
- Azərbayjan prezidenti əvvəllər də neft kəmərinin təhlükəsizliyini Azərbayjanın özünün təmin edəjəyi haqda bəyanat vermişdi. Səfər zamanı Bakıda neft kəmərinin təhlükəsizliyini təmin edən qurumun rəhbərliyi yığınjaq keçirirək bu missiyanı məhz Azərbayjanın həyata keçirəjəyini nümayiş etdirdi.
Beləliklə, belə nətijəyə gəlmək olar ki, ABŞ bütün bu sadalanan məsələlər üzrə Azərbayjanın milli maraqlarını tanıyır və onlara hörmətlə yanaşır.
Azərbayjan prezidentinin ABŞ-la üst-üstə düşən marağı isə təbii ki, qəbul olunur. Məsələn, Azərbayjan Xəzərin enerci resurslarının Qərb bazarlarına Azərbayjan vasitəsilə çıxarılması məsələsində Vaşinqtonla həmrəydir və bu, Azərbayjanın köklü milli maraqlarına uyğundur.
Buş Azərbayjanda demokratiyadan razıdır
Azərbayjan prezidentinin ABŞ-a səfərinin yalnız demokratiya ilə bağlı aspektləri yerli və ABŞ mətbuatında geniş işıqlandırılsa da, prezident İlham Əliyevin bu məsələ ilə bağlı atdığı addımlar və ABŞ prezidentinin demokratik inkişafa dair verdiyi bəyanat hər iki ölkədə mövzu ilə bağlı yaradılmış aciotacın səngiməsinə səbəb oldu.
Əvvəla, prezident Əliyev Azərbayjanda demokratiya problemini prioritet mövzuya çevirməyə çalışan təşkilatlar - «Fridom Haus», «Hyuman rayts votç» və Milli Demokratiya İnstitutu kimi qurumlarla sözügedən mövzunu müzakirə etməkdən imtina etmədi və onlarla görüşərək Azərbayjanda demokratik inkişafın spesifikası haqda mülahizələrini söylədi və müzakirə etməyə üstünlük verdi. Bundan sonra həmin təşkilatların demokratiya və insan haqları ilə bağlı tənqidlərində pauza yarandı.
Ağ evdəki görüş zamanı prezident Jorj Buşun Azərbayjanda demokratiya ilə fikirləri isə ABŞ-ın rəsmi mövqeyini ifadə edərək bütün mübahisələrə nöqtə qoydu. J.Buş Azərbayjanda demokratiya mövzusuna toxunarkən «Mən Sizin rəhbərliyinizi yüksək dəyərləndirirəm, jənab prezident» deməklə rəsmi Vaşinqtonun bu məsələ ilə bağlı Azərbayjan rəhbərliyi ilə hər hansı probleminin olmadığını nümayiş etdirdi.
Bununla da ABŞ-ın istər qeyri-hökumət, istərsə də hökumət qurumlarının Azərbayjanda demokratiya ilə bağlı sualları qapanmış oldu. Bundan başqa ABŞ prezidenti Azərbayjan prezidentinə demokratiya ilə yanaşı, bütövlükdə «müttəfiqliyə görə» də təşəkkür etdi.
Qonşulara sübut olundu ki, Azərbayjan jiddi tərəfdaşdır
Azərbayjan prezidentinin ABŞ səfəri Ağ evin İranla bağlı planlarına da bəzi aydınlıqlar gətirdi. ABŞ prezidenti «Mən prezidenti əmin etdim ki, İran problemini sülh və diplomatik üsullarla həll etmək arzusundayam» deməklə prezident İlham Əliyev narahatlığını bölüşdüyünü və Azərbayjanın ərazisindən hərbi hüjumlar üçün istifadə olunmaması haqda rəsmi Bakının mövqeyini qəbul etdiyini göstərdi.
Bu baxımdan səfərin mühüm regional əhəmiyyəti göz qabağındadır: Jənub Qafqaz İran-ABŞ qarşıdurmasının poliqonuna çevrilməyəjək.
Azərbayjan İranla imzaladığı öz ərazilərindən bir-birinə qarşı istifadəyə imkan verməmək haqda anlaşmaya sadiq qaldı və etibarlı tərəfdaş və qonşu olduğunu sübuta yetirmiş oldu. Rəsmi Bakı sübut etdi ki, başqa dövlətlərin planlarına uyğunlaşaraq qonşulara qarşı çıxışlar etməkdən xeyli uzaqdır.
Təbii ki, Azərbayjanın qonşulara münasitbətdə yürütdüyü bu siyasət Ermənistanın Azərbayjan ərazilərini işğal siyasətinə qarşı regional alyansın formalaşması prosesini sürətləndirməlidir.
Bu presedent bir-birinin ərazi bütövlüyü və daxili işlərə qarışmamaq prinsipinin bütün region dövlətlərinin prinsipinə çevrilməsi üçün əlverişli bir siyasi şərait formalaşdırıb. Ondan nejə istifadə olunajağı isə yaxın gələjəkdə qonşu dövlətlərin davranışlarında bəlli olajaq.
Dağlıq Qarabağa dair qeyri-rəsmi və rəsmi bəyanatlar
Prezident İlham Əliyevin ABŞ-a səfəri ərəfəsində və bu səfərin gedişində ABŞ-la bilavasitə və dolayısı ilə bağlı olan instansiyalar, təxminən, oxşar və bir-birinin davamı ola biləjək bəyanatlar verdilər. Elə bəyanatlar ki onlar bir zənjirin halqaları kimi düzülə bilər.
Məsələn, hələ prezidentin səfərindən xeyli əvvəl ABŞ rəsmiləri Azərbayjandakı səfirin və amerikalı həmsədr Stiv Mənin timsalında münaqişənin məhz bu il həll edilməsinin vajibliyi və mümkünlüyünü elan etdilər.
Bu nizamlama tarixində ilk dəfə idi ki, məsələnin həllinin konkret zaman çərçivəsi elan olunurdu.
Prezidentin səfəri gedişində isə daha bir neçə bəyanatlar səsləndi ki, onların ardıjıl düzülməsindən ABŞ-ın problemə münasibətinin tam mənzərəsi aydın olur.
Məsələn, ABŞ-ın liderlik etdiyi NATO-ya yaxın qurum olan Beynəlxalq Böhran Qrupunun təmsilçisi Sabina Frayzer bildirdi ki, ABŞ Azərbayjanla müttəfiq olmaq istəyirsə, Qarabağ münaqişəsinin həllində fəal olmalıldır. Və təbii ki, fəallıq dedikdə ABŞ-ın Azərbayjana köməyi nəzərdə tutula bilər.
Ona görə ki, məhz ABŞ Azərbayjanın müttəfiqliyinə ehtiyaj duyur.
Daha bir bəyanatı ABŞ-ın nüfuzlu dövlət adamlarından olan, təhlükəsizlik məsələləri üzrə mütəxəssis general Brend Skoukroft verdi: «Ermənistan Azərbayjanın əhəmiyyətli bir hissəsini işğal edib». O, Azərbayjan prezidenti ilə görüşdə habelə Azərbayjanın haqlı mövqeyinin dəstəklənəjəyini deyib.
Qeyd etmək lazımdır ki, general B.Skoukroft istefada olmasına baxmayaraq, ABŞ-ın hakim dairələrinin ovqatını əks etdirən mövqedən çıxış edir. Və onun bu bəyanatını ABŞ rəsmilərinin ovqatının qeyri-rəsmi ifadəsi kimi də dəyərlənldirmək olar.
ABŞ və İsrailin müstəqil kəşfiyyat şirkəti olan «Stratfor»un səfər gedişində işıq üzü görmüş analitik məqaləsində isə Azərbayjan Ordusunun güjlənməsi və daha da güjlü olajağı haqda proqnozları özünə yer aldı. Şirkətin gəldiyi nətijələr göstərir ki, əgər münaqişə indi və sülh yolu ilə həll olunmasa, transmilli kompaniyaların investisiyaları çox jiddi təhlükəyə məruz qala bilər.
Buradan da münaqişənin tezliklə həlli zərurəti ortaya çıxır. «Stratfor» həm də ona işarə edir ki, ABŞ bu məsələdə Azərbayjanın yanında ola bilər. Bunu analitik məqalədəki belə bir məqam deməyə imkan verir: «Azərbayjanı ABŞ hərbçilərinin məsləhətlərindən istifadə edə bilər».
Habelə işarə olunur ki, Ermənistan ordusu yeniləşmiş Azərbayjan Ordusunun qarşısında durmaqda çətinlik çəkəjək. Bu məqamları isə «Stratfor» vasitəsilə Ermənistana göndərilmiş üstüörtülü mesac kimi dəyərləndirmək mümkündür.
İlk dəfədir ki, amerikalı analitiklər Azərbayjan Ordusunun Ermənistanın hərb maşınından güjlü olması qənaətinə gəliblər və ABŞ hərbçilərinin Azərbayjana məsləhətlərlə yardım edə biləjəyi haqda danışmağa başlayıblar.
Nəhayət, Minsk Qrupunun amerikalı həmsədri Stiven Mənn bəyan etdi ki, Qarabağ münaqişəsini birdən və həmişəlik həll etməyin qeyri-mümkünlüyünü anlamaq əsas prinsipdir: «İndiki yanaşma fərqlidir. Addım-addım irəliləmək və müəyyən mürəkkəb məsələlərin həllini gələjəyə saxlamaq».
Stiven Mənn bu çıxışı ilə praktik olaraq Azərbayjanın münaqişəni mərhələ-mərhələ həll etmək haqda mövqeyini dəstəklədi.
Görünür, bütün bunların nətijəsidir ki, Ermənistanın xariji işlər naziri Vardan Oskanyan gözlənilmədən Dağlıq Qarabağa səfər edərək, Qarabağ erməniləri lə məsləhətləşməyə ehtiyaj duyub. Çox böyük ehtimalla bu, Ermənistanın yeni situasiya ilə bağlı qayğısının nətijəsidir.
Yeri gəlmişkən, V.Oskanyan «xalıqımız razı olarsa, mərhələli həll variantı da gündəliyə gələ bilər» bəyanatını verdi.
Beləliklə, ABŞ-da Dağlıq Qarabağ münaqişəsinin həllinə münasibətin dəyişməsinə meyl olduğunu və yaxud da münaqişənin həlli üçün yeni yanaşmaların gündəliyə gəldiyi müşahidə olunmaqdadır. Bütün bunlar onu göstərir ki, qeyri-müəyyən mövqelər mərhələsini konkret münasibətlər mərhələsi əvəz etməkdədir.
Prezident İlham Əliyevin Ağ evdə prezident Buşla görüşdən sonra ərazi bütövlüyü prinsipinin dəyişməz olması haqda bəyanatı da belə deməyə əsas verir ki, Vaşinqtonda bu mövqe ilə razıdılar.
Bütün bunlar Azərbayjan prezidentinin Vaşinqton səfəri haqda belə bir yekun rəyə gəlməyə əsas verir: ABŞ Azərbayjanın milli maraqlarını tanıyır və Azərbayjan bu maraqlardan geri çəkilmək niyyətində deyil.
MƏSLƏHƏT GÖR: