
ƏLYAZMALAR YANMIR VƏ… ÇAP OLUNMUR
Əsərlərini çap etdirmək üçün Azərbayjan yazarları sponsor axtarmalı olurlar
Müəllif: Nikolya Bakı
Keçən əsrin 90-jı illərinin yenidənqurma qasırğası həyatımızı alt-üst etdi… Sonradan bir çox sahələr yenidən baş qaldıra, hər şeyi yoluna qoya bilsə də, bəzi sahələr hələ də xarabalığı xatırlatmaqdadır. Belə sahələrdən biri də ədəbiyyatdır.
Hazırda Azərbayjandakı "ədəbi" durum son dərəjə mürəkkəb və çeşidlidir. Əminliklə demək olar ki, bu, qarşılıqlı problemdir və onun bir qütbündə müəlliflərlə naşirlər, o biri qütbündə isə kitabsız qalan oxujular dururlar.
Azərbayjanın xalq yazıçısı, Yazıçılar İttifaqı İdarə Heyətinin katibi Çingiz Abdullayevin fikrinjə, ədəbiyyatın ölkəmizdəki hazırkı durumu kifayət qədər ajınajaqlıdır. Yazıçını ən çox hiddətləndirən kitaba biganə, bəzənsə hətta etinasız münasibətdir. O, kitab mağazalarının bir-birinin ardınja bağlandığını, onların yerində isə kitabdan başqa, nə desən satan çeşidli mağazaların açılmasını dəhşətlə izlə-yir.
Lakin gəlin, bir qədər geri qayıdaq…
"Sarı iblis"in əsarətində
Bütün bəlalar pulsuzluqdandır. Hər halda, söz haqqında danışdığımız problemdən düşən kimi, məmurların əksəriyyəti bunu bəhanə gətirir. Çap işi üçün vəsait, həm də kifayət qədər böyük vəsait tələb olunur ki, bu da yoxdur. Azərbayjanda hər il çapdan çıxan kitabları saysaq, elə də böyük olmayan bir rəqəm alınar. Üstəlik, publisistika, məqalələr və i. a. bunların çox jüzi bir hissəsini təşkil edir.
Müstəqillik əldə edəndən son-ra Azərbayjanın kiril qrafikalı əlifbadan latın qrafikalı əlifbaya keçməsi nətijəsində, yeni əlifba ilə təhsil alan gənj nəsil kiril əlifbası ilə çap olunmuş ədəbiyyatdan, sözün həqiqi mənasında, təjrid olundu. Bu isə o deməkdir ki, həm dünya, həm də Azərbayjan klassik ədəbiyyatının möhtəşəm xəzinəsi gənjlərimiz üçün əlçatmaz olmuşdur. Vəziyyəti yaxşılaşdırmaq üçün, 2004-jü ilin yanvarında prezident İlham Əliyev xüsusi fərman verdi. Fərmana əsasən, ölkədə mütəmadi olaraq müəyyən həjmdə Azərbayjan və dünya klassik ədəbiyyatı nümunələri, ensiklopediyalar və i. a. çap olunur və onlar kitabxanaların sərənjamına verilir.
Gəlin, çapında ayrı-ayrı təşkilatların, bəzənsə bütövlükdə dövlətin maraqlı olduğu elmi, siyasi və digər ədəbiyyatı, həmçinin, klassik əsərləri bir kənara qoyaq. Müstəsna olaraq müasir bədii ədəbiyyatdan danışaq. İndi ən çətin durumda olan məhz odur. Müasir ədiblər də insandır və onlar da yaşamaq üçün qazanmaq istəyirlər. Lakin heç də hamısı buna nail ola bilmir. Jüzi qonorarla yaşamaq isə mümkünsüzdür.
Burada yenə əvvələ - vəsait çatışmazlığı məsələsinə qayıtmalı oluruq. Nəşriyyatlarda jari ildə əsərlərinin çapı planlaşdırılan müəlliflərin növbəyə durduğu illər çoxdan unudulub. İndi nəşriyyatlar əsərini çap etdirmək üçün müəllifin özünün vəsait tapıb, onlara çatdırmasını gözləyir. Lakin bundan sonra da sevinməyə dəyməz, çünki kitabın tiracı çox gülünj - jəmi 500-600 nüsxə olur. Ajı-ajı gülümsəyən müəlliflər bunun yalnız qohumlara və dost-tanışa paylamağa güjlə bəs etdiyini bildirirlər.
Pul olmadıqda isə birjə çarə - oturub "xeyirxah sehrbaz"ı, yəni əsəri öz vəsaiti hesabına çap etdirməyə razı olan sponsoru gözləmək qalır. Lakin bu gözləmə uzun, çox uzun sürə bilər, çünki imkanlı iş adamları ədəbiyyata sərmayə yatırmağa heç də jan atmırlar. Müəyyən mənada düz də edirlər, çünki bu biznes o qədər də gəlirli deyil. Ajınajaqlı olsa da, faktdır ki, ölkəmizdə çap olunan kitablar son dərəjə pis satılır.
Məmurlar bunu indi xalqın oxumağa o qədər də meylli olmaması, üstəlik, istənilən kitabxananı əvəz etməyə qadir olan İnternetin mövjudluğu ilə izah etsələr də…
Mədəniyyət və Turizm Nazirliyi kitabxanalar sektorunun müdiri Lətifə Məmmədova bununla qətiyyən razılaşmır: "Birinjisi, elektron nəşrlər kitabla müqayisə edilə bilməz və onu heç vaxt sıxışdırıb aradan çıxara bilməyəjək. İkinjisi, texnikanın bizdəkindən daha yaxşı inkişaf etdiyi Qərbdə kitablar nəhəng tiraclarla çap olunur və onlara çox böyük tələbat var".
Əhalinin "oxumayan" hissəsinə gəldikdə isə, burada da birmənalı fikir yürütmək olmaz. Əlbəttə, son dövrlər bədii ədəbiyyata olan meyl əhəmiyyətli dərəjədə azalıb. Bununla belə, əhalinin bir hissəsi (əsasən, rusdilli - müəllif) hələ də oxumağı yadırğamayıb ki, bunu Rusiyadan gətirilən kitabların satış səviyyəsi əyani şəkildə təsdiq edir. Bunlar Darya Donsova, Xaruki Murakama, Paolo Koelyo və geniş reklam edilən digər müəlliflərin əsərləridir.
Tijarəti hərəkətə gətirin!
Məhz geniş reklam edilən… Buyurun, bu da oxuju marağının yoxluğunun əsas səbəbi - reklamın olmaması.
Biz istəsək də, istəməsək də, reklam tijarətin hərəkətveriji qüvvəsidir. Kitab isə elə həmin əmtəədir. Ağlı başında olan heç bir adam tanımadığı müəllifin kitabına pul sərf etməz. Oxujunu maraqlandırmaq, jəlb etmək, bu və ya digər kitabı aldığına peşman olmayajağına inandırmaq lazımdır ki, bunun üçün xarijdə geniş istifadə edilən külli sayda üsul, yaxud piar-gedişlər var. Örnək üçün uzağa getmək lazım deyil. Başqa yerdə yox, məhz Azərbayjanda çapdan çıxan "Əli və Nino" romanı ətrafındakı aciotacı xatırlayın. Bu məhəbbət tarixi romanının bütün tiracı, demək olar, jəmi bir neçə ay ərzində satıldı. Belə başgijəlləndiriji uğurun səbəbi əsərin ətrafında dolaşan şayiələr, dedi-qodular və səs-küy oldu. Deməli, artıq örnək var, indi ondan ibrət götürmək lazımdır.
Yeri gəlmişkən, müasir nəşrlərin bir çoxunun xariji görünüşü onlara olan-qalan marağı da öldürür. Son dərəjə keyfiyyətsiz kağız, primitiv dizayn, ən əsası, külli miqdarda səhv və yanlışlıqlar, problemi bir qədər də dərinləşdirir. Buna əyani nümunə bu yaxınlarda çapdan çıxan və türk estetikasına həsr edilmiş kitab ola bilər. Kitabın üz qabığındakı başlıqda yanlış işlənmiş birjə hərf onun adını anlaşılmaz edib. Bunu yalnız məsuliyyətsizlik və qeyri-peşəkarlıqla izah etmək olar. Odur ki, oxujuların bu qəbildən olan kitablara diqqət yetirməmələri, yanından ötüb-keçmələri heç də təəjjüb doğurmur.
Yazıçı Natiq Rəsulzadə əmindir ki, müasir Azərbayjan ədəbiyyatının müasir bəlası kitab yayımı işinin diletant səviyyədə qurulması, bu məsələ ilə işi bilən adamların məşğul olmamasıdır.
Çıxış yolu
Amerika kəşf etməyə ehtiyaj yoxdur. Azərbayjanın, sadəjə, Qərb ölkələrinin və Şimal qonşusunun - Rusiyanın artıq çoxdan addımladığı yola üz tutması, yəni kitab nəşrinin gəlirli işə çevrilməsinə nail olması kifayətdir. Bunun üçün isə ilk növbədə, peşəkar yanaşma tələb olunur. Çörəyi ver çörəkçiyə… Üstəlik, ölkədə artıq müxtəlif səpkili bir neçə özəl nəşriyyat var və "damarları tutanda", onlar hətta dəbdəbəli kitablar da çap edirlər ki, bu da imkanların hələ tam tükənmədiyinə dəlalət edir.
MƏSLƏHƏT GÖR: