
“AZƏRBAYJANI DÜNYAYA TANITMALIYIQ"
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev:
Müəllif: Alyona MOROZ Bakı
Turizm sahəsi Azərbayjan iqtisadiyyatında prioritet sahələrdən biri elan edilib. Məlumdur ki, ötən il keçmiş Gənjlər, İdman və Turizm Nazirliyi Azərbayjanda turizmin inkişafı üzrə Dövlət Proqramı layihəsinin hazırlanması ilə məşğul idi. 10 ilə hesablanmış bu proqramın reallaşdırılmasına 2006-jı ildən etibarən başlanmalıdır. Hazırda həmin proqramın həyata keçirilməsi ilə bağlı işlər hansı mərhələdədir? Proqram çərçivəsində hansı tədbirlər görmək, hansı hədəflərə çatmaq planlaşdırılır? "R+"un suallarını mədəniyyət və turizm naziri Əbülfəs Qarayev javablandırır:
- Dünya iqtisadiyyatında baş verən qlobal dəyişiklik son zamanlar ona gətirib çıxarıb ki, artıq xidmət sahəsi ümumi təsərrüfat strukturunda dominantlıq etməyə başlayır. Bu strukturun bütün sahələrində inkişaf göz qabağındadır və bu ölkələrdə, o jümlədən, Azərbayjanda da əsas istiqamətlərdən biri kimi turizm götürülür. Siz çox düzgün qeyd etdiniz ki, hazırda turizm sahəsi Azərbayjan iqtisadiyyatında prioritet sahələrdən biridir. Hazırda bizim nazirliyimizdə 2007-2026-jı illərdə ölkədə turizmin inkişafına dair dövlət proqramının hazırlanması üçün işçi qrup yaradılıb. Yaxın vaxtlarda qrupun ilk ijlası keçiriləjək və dövlət proqramı üzərində işlərə başlanajaq. Bundan başqa, nazirliyimiz Azərbayjanda 2006-2016-jı illər üçün dövlət mədəniyyəti və turizm siyasətinin inkişafı üzrə inkişaf konsepsiyası layihəsi üzərində də işləyir. Sənəd hazır olandan sonra o, Nazirlər Kabinetinə təqdim olunajaq. Azərbayjan turizm sektorunun intensiv inkişafı üçün lazım olan bütün şəraitə malikdir. Dövlət mədəniyyəti və turizm siyasətinin inkişafı üzrə inkişaf konsepsiyası ölkədə turist obyektləri və turizm xidmətinin qurulmasına, onların beynəlxalq standartlara uyğunlaşmasına şərait yaratmalıdır. Bütün bunlar Azərbayjana turist axınını və bundan əldə olunan gəliri artırajaq.
- ABŞ Dövlət Departamentinin Tijarətin İnkişafı Agentliyinin maddi dəstəyi ilə Azərbayjanda həyata keçirilən turizmin inkişafı proqramı haqda nə deyə bilərsiniz?
- Qeyd etdiyiniz agentliyin dəstəyi ilə "Jaspian Jonsulting Group" şirkətilə birlikdə Azərbayjanda turizm strategiyasının planı və onun gələjək inkişafı üçün tövsi-yələr hazırlanıb. Bu planın hazırlanması bir müddət əvvəl başa çatıb və mart ayında onun təqdimetmə mərasimi keçirilib. İşlər bizim ölkəmizdə mövjud olan imkanlara uyğun olaraq aparılıb və onların əsasında respublikada turizmin inkişafı üçün tövsiyələr hazırlanıb. Burada əsas yeri planlı və sistemli şəkildə ölkənin "piar"ının qurulması, onun turizm sahəsindəki imkanları tutur. Dünyanın Azərbayjan və onun turizm imkanları haqda ətraflı məlumata malik olmasını təmin etmək üçün bunun üzərində intensiv və mütəmadi iş aparılması vajibdir. Bizim nazirliyimiz də bu gün beynəlxalq turizm bazarına çıxmaq üçün bu işləri görür. Nazirlik bütün istiqamətlərdə daimi iş aparır. Buraya aktiv şəkildə marketinq və reklam, maarifçilik siyasəti, həmçinin, turizm sənayesinin inkişafının stimullaşdırılması daxildir.
- Bu il Azərbayjan iqtisadiyyatına 4,7 milyard dollar həjmində investisiyanın qoyulajağı proqnozlaşdırılır. Bu məbləğ içərisində turizm sferası, həmçinin ümumdaxili məhsulun ayrıla biləjək vəsaitin həjmi nə qədər olajaq?
- Düşünmürəm ki, bu suala konkret məbləğ göstərməklə javab vermək mümkündür. Ötən illərlə müqayisədə investisiya yatırımlarının içərisində turizm sahəsinə ayrılan məbləğlərin jiddi şəkildə artdığını müşahidə etmək mümkündür. Bu il isə bizim ölkədə turizm sektorunda infrastrukturun səviyyəsi və bu sahənin inkişaf etməsi ilə əlaqədar olaraq, turizmə ayrılan investisiyanın həjmi də artajaq. Hazırda, həmçinin, yerli və xariji kapitalın jəlb edilməsi məqsədilə turizm zonalarının yaradılması, orada beynəlxalq standartlara javab verən turizm obyektlərinin tikilməsi məsələsinə baxılır.
- Məlumata görə, xarijdən Azərbayjana gələnlərin sayı hər il 20 faiz artır. Bu il bu sahədə hansı səviyyədə artım proqnozlaşdırılır? Ötən il Azərbayjana gəlmiş xariji turislərin sayı nə qədər olub?
- Bizim nazirliyimiz hər il mütəmadi olaraq Londonda, Berlində, Türkiyədə, Rusiyada və sair ölkələrdə keçirilən ən nüfuzlu beynəlxalq turizm sərgilərində iştirak edir. Hər il biz Azərbayjana olan marağın artdığını müşahidə edirik. Bununla əlaqədar, ölkəmizə gələn turistlərin ilbəil artdığını izləyə bilirik. 2004-jü ildə Azərbayjana 785 910 turist gəlib. Bir il sonra bu rəqəm 865 255 nəfərə çatıb. Statistika Komitəsinin rəsmi məlumatına görə, 2005-ji ildə ölkəyə gəlmiş turistlərdən 77,7 milyon dollar gəlir əldə edilib. 2006-jı ildə biz bu rəqəmin daha da artajağını gözləyirik.
- Şengen razılaşmasına daxil olan ölkələrlə bağlı yaranmış gər-gin situasiyanı nejə qiymətləndirirsiniz?
- Bu ölkələrdə vəziyyətin gər-ginləşməsi məsələsi hələ də açıq qalır. Təəssüf ki, bu ölkələrin Azərbayjanda akkreditə olunmuş səfirlikləri turizm şirkətləri ilə olduqja çox zəif əməkdaşlıq edirlər. Düzü, bunun səbəbi aydın deyil. Məsələ bundadır Ki, Azərbayjanın iqtisadi sektorunun inkişafı və möhkəmlənməsi son illər ölkədən xarijə miqrasiya hallarını xeyli azaldıb, buna görə də mən bu səfirliklərin bizim vətəndaşlarımıza viza verilməsində problem yaradılmasına səbəb görmürəm. Ötən il bizim nazirliyimiz Şengen razılaşmasına daxil olan ölkələrin Azərbayjandakı səfirliklərinin nümayəndələri ilə bu problemin müzakirəsi ilə bağlı görüş təşkil etmişdi. Bu görüşdən sonra bir neçə səfirlik bəzi turizm şirkətləri ilə əməkdaşlığa razılıq verdi, lakin bu, yenə də problemləri həll etmədi. Yaxın zamanlarda birgə səylərimiz nətijəsində yaranmış situasiyadan çıxış yolunu tapajağımıza, bu ölkələrə getmək istəyən insanların problemsiz viza ala biləjəyinə ümid edirik.
- Əbülfəs müəllim, nejə düşünürsünüz, Ermənistanla müharibə şəraitində olmağımız turizmin inkişafına çoxmu mənfi təsir göstərir? Məsələn, turizm marşrutu xəritəsində Bakı-Şuşa marşrutu yoxdur, bundan başqa, bir çox turistlər, ümumiyyətlə, Azərbayjana gəlməyə qorxur…
- Təbii ki, Dağlıq Qarabağ münaqişəsi və onun nətijələri bu gün birmənalı olaraq ölkəmizin ən böyük problemidir. Lakin dövlətimizin apardığı uğurlu si-yasət nətijəsində biz münaqişənin tezliklə həllini tapajağına ümid edirik. Azərbayjan problemin sülh yolu ilə tənzimlənməsinə tərəfdardır, bununla, həm də özünün turizm ölkəsi kimi dünyadakı imijini qoruyub, daha da möhkəmlətmək istəyir. Bu münaqişə, təbii ki, ölkəmizdə turizmin inkişafına öz mənfi təsirini göstərir. Nazirliyin kollegiyasında 7 turizm marşrutu müəyyənləşdirilib və təəssüf ki, onlardan biri olan Bakı-Şuşa marşrutu məlum səbəblərdən hazırda aktiv deyil. İnanırıq ki, tezliklə situasiya dəyişəjək və bu marşrut tam güjü ilə işləməyə başlayajaq. Bununla yanaşı, bizim turizm sektorumuz sürətlə inkişaf edir və ölkəyə gələn turistlərin sayı ildən-ilə artır.
- Azərbayjan turizm sahəsində Çin, Səudiyyə Ərəbistanı, Qətar, Türkiyə, Rusiya, Gürjüstan, Avstriya, Fransa, Küveyt kimi ölkələrlə əməkdaşlıq haqda razılaşmalar imzalayıb. Bu il hansı razılaşmaların imzalanması gözlənilir?
- Bu gün Azərbayjan, turizm sahəsi də daxil olmaqla, müxtəlif sahələrdə beynəlxalq əlaqələrin qurulması istiqamətində aktiv iş aparır. Turizm sahəsində əməkdaşlığa dair 14 ölkə - Türkiyə, Pakistan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Çin, Polşa, İtaliya, Gürjüstan, Ukryana, Bolqarıstan, Belorusiya, Yunanıstan və Moldova ilə müqavilələr imzalanıb. Həmçinin, turizmlə bağlı Böyük Britaniya, Avstriya, Misir, Rusiya, Küveyt, Qətar, Bəhreyn, Majarıstan, İsveçrə, Yaponiya, Koreya, İran və İsraillə də beynəlxalq razılaşmaların imzalanması planlaşdırılır.
- Əbülfəs müəllim, hazırda Azərbayjanda yeni mehmanxanaların tikintisinə start verilib və bu iş sürətlə aparılır. Siz hazırda fəaliyyət göstərən mehmanxanaların göstərdikləri xidmətin keyfiyyətindən razısınızmı? Onlar beynəlxalq standartlara nə dərəjədə javab verir? Mehmanxanaların fəaliyyətindən əldə edilən gəlir hansı səviyyədədir?
- Nazirlər Kabinetinin 16 iyul 2004-jü ildə qəbul edilmiş "Turizm-ekskursiya xidmətlərinin sertifikatlaşdırılması qaydaları" haqda qətnaməsinə əsasən, Mədəniyyət və Turizm Nazirliyi turizm obyektlərinin sertifikatlaşdırılması ilə bağlı müəyyən işlər aparır və indiyədək 33 mehmanxanaya belə sertifikat verilib. Ali qanunveriji akta əsasən, bütün mehmanxanalar klassifikasiyadan keçməli və müvafiq səviyyəyə çatmalıdır. Bununla bağlı nazirlikdə ekspert qrupu və attestasiya komissiyası yaradılıb. Ekspertizadan keçirilən, lakin dövlətin standartlarına javab verməyən mehmanxanalara, öz fəaliyyətlərini tələblərə uyğunlaşdırmaq üçün vaxt verilir. Yeni mehmanxanalara gəlinjə, son vaxtlar doğrudan da bu obyektlərin tikintisi intensivləşib. Təbii ki, bu, ölkəmizə gələn turistlərin sayının ildən-ilə artması və əlavə mehmanxanalara ehtiyajın olması ilə bağlıdır. Düşünmürəm ki, mehmanxanalarımızın xidmətləri tam şəkildə beynəlxalq standartlara javab verir. Lakin ildən-ilə bu jür obyektlərin sayı artır. Göstərilən xidmətlərin səviyyəsindən danışarkən bu sahədə kadrların hazırlanması məsələsi də nəzərə alınmalıdır. Əldə olunan mənfəətə gəlinjə, bu rəqəm də ilbəil artır. Müqayisə üçün deyim ki, 2001-ji ildə mehmanxanaların istismarından 86 060 milyon manat əldə olunub. 2004-jü ildə bu rəqəm 271 632,6 milyon, 2005-ji ildə isə 66 510,9 yeni manat olub.
- Siz kadrlar məsələsinə toxundunuz. Məlum olduğu kimi, ötən ilin dekabrında Mədəniyyət və Turizm Nazirliyi mehmanxanalarda çalışanların peşəkarlığının artırılması üçün kursların keçirilməsi haqda qərar verib. Bu məsələ nə yerdədir?
- Mədəniyyət və Turizm Nazirliyi mütəmadi olaraq, turizm sahəsində göstərilən xidmətin keyfiyyətinin artırılması sahəsində addımlar atır, mehmanxana biznesi və ümumilikdə, turizm sektorunda menejmentin və xidmətin yaxşılaşdırılmasına yönəlmiş bir sıra tədbirlər planı hazırlayır. Mütəmadi treninq-kursların keçirilməsi sahəsində bizə qardaş Türkiyə öz köməkliyini göstərir. Biz daim Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlıq edirik və son üç il ərzində turizm sahəsində çalışan və təhsil alan 250-dən artıq insan bu ölkənin müxtəlif şəhərlərində kurs keçib. Bundan başqa, bir müddət əvvəl turizm sahəsində çalışan işçilərə Türkiyədən dəvət olunmuş mütəxəssislər xüsusi kurslar keçiblər. Onu da qeyd etmək istərdim ki, Azərbayjan Prezidentinin fərmanına əsasən, Mədəniyyət və Turizm Nazirliyi nəzdində Turizm İnstitutu yaradılıb və onun başlıja məqsədi turizm sektoru üçün ixtisaslaşdırılmış kadrların hazırlanmasıdır. Bir sözlə, bu istiqamətdə lazım olan bütün addımlar atılır. Nazirliyimiz daim başqa-başqa ali məktəblərdəki turizm fakültələrində təhsil alan tələbələri də bu işə jəlb edir.
- Azərbayjanda turizm sektorunda fəaliyyət göstərmək üçün neçə turizm şirkətinə lisenziya verilib və onların fəaliyyətini nejə qiymətləndirirsiniz?
- Bu günə ölkədə 193 turizm firması fəaliyyət göstərir. Təbii ki, onların hamısının fəaliyyətini eyni jür qiymətləndirmək olmaz. Həmin şirkətlər arasında son dərəjə peşəkar və böyük firmalar var ki, işləri ilə Azərbayjana gələn turistlərin tələblərinə lazımi səviyyədə javab verə, lazımi xidməti göstərə bilirlər. Lakin elə şirkətlər də var ki, onların öz fəaliyyət səviyyəsini qaldırmasına ehtiyaj var. Son illər Azərbayjanda turizm sürətli inkişaf edir və bu sahədə rəqabət gündən-günə artır. Çox güman, son nətijədə meydanda yalnız rəqabətə tab gətirərək, turistlərin tələbatına javab verən, işlərini beynəlxalq standartlara uyğun quran şirkətlər qalajaq.
- Əbülfəs müəllim, siz dəfələrlə qeyd etmisiniz ki, turizm sektorunun tam inkişafına peşəkar kadrların çatışmazlığı ilə yanaşı, regionlarda lazımi infrastrukturun olmaması da mane olur. Bu sahədə dəyişikliklər varmı?
- Bir daha qeyd edirəm ki, son illər turizm sektorunun inkişafı tam sürətilə gedir. Durumu, məsələn, 2001-ji ildəki vəziyyətlə müqayisə etsək, həmin il Xəzər dənizi sahillərində 40-a yaxın turizm obyekti fəaliyyət göstərirdi və onlar 2 minə yaxın turisti qəbul etmək güjündə idi. 2006-jı ilə isə Xəzər dənizi sahillərində fəaliyyət göstərən obyektlərin sayı artıq 111-ə çatıb və indi orada eyni vaxtda 10 mindən artıq insan yerləşdirilə bilər. Bundan başqa, artıq qeyd etdiyim kimi, nazirliyimizin kollegiyasında 7 turizm mar-şrutu təsdiqlənib və dövlətin müvafiq qurumlarına bu ərazilərdə lazımi infrastrukturun qurulması üçün mürajiət edilib. Bundan başqa, biz BMT-nin İnkişaf Proqramı ilə birlikdə yoxsulluğun aradan qaldırılması çərçivəsində regionlarda turist-informasiya mərkəzlərinin yaradılması proqramı hazırlamışıq. Bu proqram çərçivəsində artıq Bakıda, Şamaxıda, Xaçmazda və Şəkidə turizm-informasiya mərkəzləri açılıb. Bu ilin sonunadək Quba və Gənjədə də belə mərkəzlərin açılması nəzərdə tutulub. Regionlarda infrastrukturun inkişaf etdirilməsində iki istiqamətdə işləyirik. Birinjisi, bütün ölkə ərazisində yeni, beynəlxalq standartlara javab verən turizm obyektlərinin tikintisi, ikinjisi isə artıq mövjud olan obyektlərimizin imkanlarının genişləndirilməsi. Son iki ildə həm xariji, həm də yerli iş adamlarının Azərbayjanın turizm sahəsinə jiddi marağı müşahidə edilir və onlar xüsusilə burada turizm infrastrukturunun yaradılmasına maraq göstərirlər. Mən çox şadam ki, nəhayət, bizim yerli iş adamlarımız yeni mehmanxanaların tikintisinə, turizm komplekslərinin yaradılmasına maraq göstərməyə başlayıblar. Biz isə öz tərəfimizdən istər yerli, istərsə də xariji investorlara burada yeni infrastrukturun formalaşdırılmasında köməkliyimizi göstəririk. Yeri gəlmişkən, bu ilin aprelində Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabi şəhərində ilk dəfə olaraq "Azərbayjanın turizm imkanları" mövzusunda biznes-forum keçirilib. Orada həm Azərbayjandan, həm də Birləşmiş Ərəb Əmirliklərindən olan iş adamları iştirak ediblər. Bu forum çərçivəsində Azərbayjanın turizm potensialının təqdimetmə mərasimi keçirilib.
MƏSLƏHƏT GÖR: