15 Mart 2025

Şənbə, 03:02

"AVROBANK"

Azərbayjanla tərəfdaşlıq əlaqələrindən razıdır

Müəllif:

01.05.2006

Ədalət naminə demək lazımdır ki, müstəqillik dövründə Azərbayjan heç vaxt beynəlxalq maliyyə institutlarının (BMİ) diqqətindən kənarda qalmayıb. Son zamanlara qədər onlar, əsasən, bizə… qənaətlə yaşamağı öyrətməklə məşğul olur, bazar iqtisadiyyatına nejə keçmək, neftin satışından əldə olunan gəlirlərlə nə etmək lazım gəldiyini və dövlət büdjəsinin nejə olması barədə müxtəlif tövsiyələr verirdilər. Hökumətimiz isə bu tövsiyələrlə hesablaşmalı olurdu; çünki həmin beynəlxalq maliyyə qurumları belə "sözəbaxma"nın müqabilində gənj müstəqil ölkəyə çeşidli infrastruktur və sosial layihələrin gerçəkləşdirilməsi üçün zəruri olan kreditlər ayırırdı.  

Lakin illər keçdi və  indi Azərbayjan beynəlxalq maliyyə institutlarının arzuolunmaz güzəştlər müqabilində ayrılan kreditləri olmadan da ötüşə bilir. Artıq hökumətimiz özü də şərtlər diqtə etməyə və BMİ ilə tamhüquqlu tərəfdaş kimi danışıqlar aparmağa qadirdir. Bu, Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) böyük maraq göstərdiyi "enerci layihəsi"nin timsalında özünü əyani şəkildə büruzə verdi.  

 

Kredit müqabilində tariflərin artması

Söhbət Yuxarı Qarabağ kanalı üzərində Mingəçevir yaxınlığında 1974-jü ildən başlayaraq inşa olunan 3000 mvt layihə güjünə malik Azərbayjan DRES-in yenidənqurma layihəsindən  gedir. Hazırda stansiya ölkədə istehsal olunan elektrik enercisinin yarıdan çoxunu verir. "Azərenerci" öz güjü hesabına yalnız bir bloku yenidən qurmağa nail oldu - fevral ayının ortalarında Az.DRES-in Rusiyanın "Silovıye maşinı" SJ tərəfindən təmir edilmiş beşinji bloku istismara verildi. Yenidənqurma onun güjünü, demək olar, iki dəfə - 320-330 mvt-a qədər artırdı, 1 kv/saat enerci istehsalı üçün yanajaq sərfi isə 400 qramdan 350 qrama qədər endirildi.

AYİB stansiyanın yenidən qurulması üçün son dərəjə  zəruri olan qalan 7 blokunda yenidənqurma işlərinin aparılması üçün tələb olunan 180 mln dolların 150 milyonunu "borj" verməyə, prinsipjə, razıdır. Lakin bankın bir sıra şərtləri var ki, bunlardan da ən əsası, elektrik enercisi tariflərinin qaldırılması və müstəqil Tarif Şurasının yaradılması tələbidir. Hökumət bu "tövsiyələr"lə razılaşmır.

Nazirlər Kabineti Maliyyə və Tarif Şöbəsinin müdiri Oqtay Haqverdiyevin sözələrinə görə, hər bir ölkənin öz siyasəti var və Azərbayjan da öz seçimini edib. Tarif Şurası isə, yeni qanunlara görə, ijra hakimiyyətinin ayrıja bir orqanıdır və o, nə Nazirlər Kabineti, nə də nazirliyin tabeliyində olajaq. O.Haqverdiyev bunu da qeyd etdi: "Əgər əvvəllər Şura ijtimai əsaslarla işləyirdisə, indi o, maliyyələşdirilən strukturdur. Beləliklə, indi TŞ son qərar qəbul etmək funksiyasına malikdir; halbuki əvvəllər orada baxılan məsələlər Nazirlər Kabinetində təsdiq olunurdu".

Enerci tariflərinə gəldikdə, bu məsələdə "Azərenerci" SJ öz mövqeyini kifayət qədər dəqiq açıqlayır. SJ-nin vitse-prezidenti Marlen Əsgərovun sözlərinə görə, daha əvvəl "Azərenerci" məhz həmin şərtlərə görə AYİB-in kreditindən imtina etmişdi. O, "İnterfaks"a bildirmişdir: "Kreditdən bankın şərtləri bizi qane etmədiyinə görə imtina etmişdik. Lakin sonra danışıqları davam etdirmək qərarına gəldik".

 

Ədalət, yoxsa mənfəət?

AYİB isə ümid edirdi ki, bankın prezidenti Jan Lemyerin Bakıya aprel ayının birinji yarısındakı səfəri zamanı kompromis əldə etmək mümkün olajaq. Üstəlik, bankın Bakı təmsilçiliyinin rəhbəri Reymond Konvey qeyri-rəsmi məlumatlara əsaslanaraq, Azərbayjan hökumətinin Ümumdünya Bankına 2010-ju il üçün bəzi xidmət növlərinin tariflərini iki dəfə artırmaq istəyi barədə məlumat verdiyini çatdırmışdı. Lakin hökumətlə diskussiyaların hər hansı nətijələri barədə məlumat verilmədiyindən, güman ki, son razılaşma hələ də əldə edilməyib. 

Bakıdakı danışıqların nətijələri ilə bağlı J.Lemyer bildirib: "Danışıqlarda mən ən yaxşı şərtlər təklif etdiyimizi, onların şəffaflığı və təjhizat haqqında çox aydın qanunlara əsaslanması ilə bağlı münasibətimi tam aydınlığı ilə diqqətə çatdırdım. Fikrimizjə, bu, məsrəflərin səmərəliliyinin və ölkə əhalisinin ən yaxşı xidmət əldə etməsinin təmin olunması üçün mümkün olan hər şeyi etməyin ən yaxşı üsuludur".             

AYİB prezidenti deyir: "Tariflərin qaldırılması məsələsinin çox mürəkkəb bir məsələ olduğunu bilirəm. Lakin onlar ədalətli olmalıdır və biz bu məsələyə çox böyük diqqət yetiririk. Avropa Bankı Azərbayjana pul qazanmaq üçün yox, aşağı qiymətlərlə daha yaxşı xidmətlər göstərmək üçün gəlib. Biz tariflərin elektrik enercisi istehsalı məsrəflərini ödəyən, avadanlığı və xidmətlərin keyfiyyətinin lazımi səviyyədə dəstəkləməyə imkan verən səviyyəyə qaldırılmasını, lakin bunun maksimum aşağı sürətlə həyata keçirilməsini təklif edirik".

Onun fikrinjə, öz növbəsində, Tarif Şurası tariflərin təkamülünü diqqətlə izləməli, yəni onların səviyyəsi məsrəflərdən aşağı olmamalı, lakin həm də onları aşmamalıdır. AYİB rəhbəri belə bir fikirdədir: "Biz məhz elə bir şura və onun fəaliyyətini tənzimləyən qanunlar  yaradılmasını dəstəkləyirik ki, o öz missiyasını səmərəli şəkildə həyata keçirsin; xidmətin keyfiyyət və səmərəliliyinin qarantı olsun".

Lakin hökumət AYİB vəsaitlərinin jəlb olunmasının səmərəsinə hələ də şübhə ilə yanaşır. Çünki layihənin bankın təklif etdiyi kimi üç tranşla - Az.DRES-in üç blokunun, sonra (birinji tranş uğurla mənimsənildiyi halda) daha iki blokun, nəhayət, son üç blokun yenidən qurulması üçün - açılması ölkə üçün əlverişsizdir. Bu zaman birinji tranşın avansı (33 mln dollar) ümumi işlərin heç 20%-i üçün də kifayət etmir, yəni "Azərenerci" bütün bloklar üçün avadanlıq təjhizi barədə kontrakt imzalaya bilməyəjək; bu isə məsrəflərin artmasına gətirib-çıxarajaq, çünki qiymətlər daim artır. Nətijədə, məsrəflər artajaq və bu artım AYİB krediti üzrə tarif dərəjələrindən əldə olunajaq mənfəəti üstələyəjək.

 

 

Razılaşma əldə olunub!

Az.DRES-dən fərqli olaraq, Azərbayjan Dövlət Dəmir Yolunun (ADDY) inkişaf layihəsi üzrə bütün anlaşılmazlıqlara aydınlıq gətirilib, lakin bu zaman nə kreditin həjmi ($30 mln), nə də onun mənimsənilməsi proqramı dəyişikliyə uğrayıb. Kredit vəsaitlərinin əsas hissəsi ADDY lokomotiv parkının təzələnməsinə yönəldiləjək. Hökumət layihəyə dövlət zəmanəti verməyə hazırdır. Xariji  borjlara dövlət zəmanəti verilməsinin yeni praktikasına müvafiq olaraq, hökumət ADDY ilə AYİB arasında danışıqların başa çatmasını, həmçinin, layihənin Nəqliyyat Nazirliyi tərəfindən rəsmi təqdimatını gözləyir. 

Azərbayjanda AYİB üçün daha bir yeni sahə - Bakıda yeni tullantı emalı zavodunun inşasının maliyyələşdirilməsi olajaq. Bu layi-hənin önəmi ondadır ki, o, mövjud Balaxanı-Sabunçu zibil poliqonları sisteminin ləğvini və yeni yerdə çeşidləmə stansiyalarına malik yeni zavodun yaradılmasını nəzərdə tutur. Zavodun elektrik stansiyası ilə uzlaşdırılması perspektivi də var; çünki tullantıların emalının həjminin ilkin qiymətləndirilməsi 140 mvt güjündə stansiya açmağa imkan verir. Hazırda Ekologiya Nazirliyi və Bakı Şəhər İjra Hakimiyyəti məişət tullantılarından istifadə sahəsində dövlət siyasətinin konsepsiyasını hazırlayırlar. Layihənin reallaşdırılmasına başlamazdan əvvəl, hökumət funksiyaların və investisiya təəhhüdlərinin bir hissəsinin özəl sektora verilməsi imkanlarını araşdırmaq istəyir.

J.Lemyer tullantı emalı zavodunun inşasını AYİB üçün Azərbayjanda ən perspektivli layihələrdən biri adlandırıb. O deyir: "Hökumətin belə layihələr üzərində düşünməsi çox gözəldir". AYİB  $350 mln həjmində qiymətləndirilən layihənin gerçəkləşdirilməsi üçün $50 mln ayırmağa hazır olduğunu bildirib. Qalan hissə üçün maliyyə mənbələri tapmaq lazım gəlsə də, hökumətin bu işləri öz vəsaiti hesabına yerinə yetirəjəyi də mümkündür.     

AYİB daha bir layihə - Azərbayjanda yeganə sement istehsalçısı olan "Qaradağ-sement" SJ-yə kredit ayrılması barədə də qərarını verib. J.Lemyerin sözlərinə görə, "Sement istehsalı qeyri-neft sektorunun inkişafı üçün çox önəmlidir. Biz onların fəaliyyətini dəstəkləməyə hazırıq, lakin hələ danışıqların çox erkən mərhələsindəyik". Müəssisə texniki avadanlığın təzələnməsi üçün tələb olunan 120 mln dollardan 100 milyonunu  AYİB vasitəsilə əldə etmək fikrindədir. Yeri gəlmişkən, aprelin 25-də FYİB Direktorlar Şurası "Qaradağ-sement" SJ-nin səhmlərinin 20%-ni 10 mln dollara almaq məsələsinə baxajaq.

 

Kreditləşdirmə üçün kredit

Bundan əlavə, J.Lemyer AR iqtisadi inkişaf naziri  Heydər Babayevin dövlət investisiya şirkətinin gələjək fəaliyyətini dəstəkləməklə bağlı təşəbbüsünü bəyənib: "Biz bu istiqamətdə birgə iş barədə razılığa gəlmişik. Lakin söhbət bu şirkətə investisiya qoyuluşundan yox, onunla işləməkdən gedir. Lakin digər banklarla sindikatda bu struktura müəyyən vəsait qoyuluşu həyata keçirəjəyimiz də istisna deyil". 

Bank aqrar sektorun maliyyələşdirilməsini də kredit institutları vasitəsilə həyata keçirmək fikrindədir. Azərbayjanla əməkdaşlığı praktikasında ilk dəfə olaraq, AYİB JredAgro bank kredit təşkilatını maliyyələşdirmək istəyir. Bu barədə razılaşma səfər çərçivəsində imzalanmalı olsa da, müəyyən səbəblər üzündən, təxirə salınmışdır.

Əsasən, ölkənin maliyyə ehti-yatlarına böyük tələbat olan bölgələrində işlədiyindən, JredAgro  MSP-nin (?) inkişafı üçün AYİB-dən 3 il müddətinə $1 mln kredit alajaq. 

Bank Azərbayjanın maliyyə sektorunda əməliyyatlarını genişləndirdiyini də bəyan edib. 2006-jı təqvim ilində AYİB Azərbayjan bank sektoru qarşısındakı təəhhüdlərini 2 dəfə artıra bilər. Bu artıq həyata keçirilməkdədir - "Azəriqazbank"ın $5,5 mln təşkil edən portfeli $4,5 mln artırılmışdır.

İndiyədək AYİB yerli banklara, təxminən, 40 mln avro yatırmışdır. Hazırda o, "UniBank" üçün yeni kredit xətti təsdiq etməyə hazırlaşır. "Bank of Baku" ilə iştirak barədə sövdələşmə prosesi müsbət axarda başa çatmaqdadır.

AYİB Beynəlxalq Bankın kapitalında 20%-lik iştirak perspektivlərini 1997-ji ildən bəri müzakirə etsə və hətta 2004-jü ildə bu barədə İqtisadi İnkişaf Nazirliyi ilə niyyət protokolu olsa da, 1 mart 2005-ji ildə özəlləşdirmə sxemi dəyişdirildi. Hazırkı səfərinin gedişində Milli Bank, İqtisadi İnkişaf Nazirliyi ilə bank sektorundakı durumu müzakirə edən J.Lemyer Azərbayjan banklarının özəlləşdirilməsində iştirakda maraqlı olduqlarını bir daha təsdiq etmişdir. Bunun yalnız onun şərtləri qəbul edildiyi halda mümkün olduğunu qeyd edən J.Lemyer, istənilən halda özəl bankları dəstəkləməyi davam etdirəjəyini də açıqlayıb.

Əlbəttə, AYİB-in Azərbayjandakı maraqlarının təsviri neft sektoru olmadan yarımçıq görünərdi. Məlum oldu ki, AYİB Bakı-Jeyhan neft kəməri üçün Qazaxıstandan Bakıya neft gətirilməsinin təşkilinə əlavə sərmayə qoymağa hazırdır. J.Lemyer bildirdi: "Biz Bakı-Jeyhan kəmərinin özünü maliyyələşdiririk, Azərbayjan Dövlət Neft Şirkətnin islahatlarını dəstəkləyirik, "Azəri-Çıraq-Günəşli", "Şahdəniz" layihələrinin səhmdarlarına kreditlər vermişik. Fikrimjə, vəsaitə ehtiyaj olduğu halda, "böyük" qazax nefti üçün Qazaxıstan və Azərbayjanda infrastruktur yaradılması üçün əlavə sərmayə qoyuluşlarına da hazırıq" (Reuters).

 

 

"Azərbayjan yaxşılığa doğru dəyişib"

Beləliklə, J.Lemyer bankın, onun fikrinjə, etibarlı tərəfdaş olan Azərbayjanla əlaqələri genişləndirməkdə maraqlı olduğunu açıqladı. Qeyd etmək lazımdır ki, bu səfər regional səjiyyə daşımaması ilə əlamətdardır. Başqa sözlə, əgər əvvəllər AYİB prezidenti Jənubi Qafqazın üç ölkəsini ziyarət edirdisə, bu dəfə səfər yalnız Azərbayjanla məhdudlaşdı. Bu isə şübhəsiz, AYİB kimi beynəlxalq maliyyə institutunun ölkəmizlə əməkdaşlıqda nə dərəjədə maraqlı olduğunun göstərijisidir. 

Keçmiş SSRİ məkanının insan hüquqlarını pozmağa görə tənqidə məruz qalan digər ölkələrində (Özbəkistan, Türkmənistan və Belorusiya) AYİB-in fəaliyyəti bir o qədər də yüksək səviyyədə deyil, çünki bank "Bu ölkələrdə jərəyan edən proseslərlə razılaşmır". J.Lemyer deyir: "Özbəkistanda bizim dövlət yox, özəl sektorda təəhhüdlərimiz var. Türkmənistanda, Belorusiyada da olduğu kimi, biz yalnız xırda müəssisələri maliyyələşdiririk. Hər bir ölkə üzrə hər iki ildən bir etdiyimiz kimi, 2006-jı ilin yayında Belorusiyaya dair yeni strategiyanı nəzərdən keçirəjəyik".

J.Lemyer Azərbayjana rəğbət bəslədiyini heç gizlətmir: "Azərbayjanla işlədiyimiz 10 il ərzində sizin hökumətlə möhkəm tərəfdaşlıq münasibətləri yaratmışıq. Ölkənizlə bağlı çoxlu planımız var və 2006-jı ildə Azərbayjana 300 mln avro sərmayə yatırmaq fikrindəyik ki, bu da bütün əməkdaşlığımız dövründə qoyulan məbləğin, demək olar, yarısı qədərdir".

31 dekabr 2005-ji il üçün AYİB artıq Azərbayjanda ümumi dəyəri 686 mln avro olan 30 layihənin həyata keçirilməsi barədə sazişlər imzalayıb. AYİB başçısı mövjud portfeli "yaxşı işləyən" kimi qiymətləndirib. Bununla yanaşı, AYİB Azərbayjandakı fəaliyyətinin yönümünü bir qədər dəyişmək fikrindədir: "Biz hələ də dövlət sektoruna daha çox dəstək vermək niyyətindəyik. Lakin eyni zamanda, Azərbayjan şirkətlərində səhm paylarının bir hissəsini almaq və kreditlər ayırmaq yolu ilə özəl biznesi də dəstəkləmək fikrindəyik". 

Daha sonra o bildirib: "Azərbayjan yaxşılığa doğru dəyişir və bu çox sürətlə baş verir. Neft gəlirləri daxil olur, kasıblıq səviyyəsi azalır, yeni iş yerləri yaradılır". Onun fikrinjə, iqtisadiyyatın diversifikasiya templərini artırmaq zəruridir. Belə ki, yeni iş yerlərinin açılmasna, bank, qeyri-neft sektorlarının, bölgə iqtisadiyyatının inkişafına diqqət yetirilməlidir.


MƏSLƏHƏT GÖR:

371