15 Mart 2025

Şənbə, 01:16

BAKI — CEYHAN FINIŞ XƏTTINƏ ÇATDI

$1 mlrd-lıq problemlər

Müəllif:

01.05.2006

Bakı-Tbilisi-Jeyhan haqlı olaraq bu gün bölgəmizdə ən böyük və ən önəmli layihə sayılır. Lakin təəssüf ki, həm də ən problemli. Beynəlxalq ekspertlərin kəmərin səmərəsiz və xərjini ödəməyən olması barədə bezikdiriji rəylərindən, ekoloci təhlükəsizlik, kəmər üçün torpaq alınması və ijarə götürülməsi, marşrutboyu yaşayan milli azlıqların narazılığı ilə bağlı saysız iddialar şəklində maneələrdən təzəjə qurtulan layihə yeni problemlərlə üzləşdi. Prinsipjə, bu halda, başqa şey əsas götürülməlidir. Bütün sadalanan, həmçinin, çoxsaylı digər kiçik və kiçik olmayan problemlər əvvəllər, təxminən, 3 milyard dollara başa gəlməli olan layihənin qiymətinin 5 milyarda yüksəlməsinə gətirib çıxardı. 

Konkret desək, kəmərin inşası barədə qərar verilən anda bu layihə ilə bağlı inşaat işlərinin qiyməti 2,95 mlrd dollar həjmində dəyərləndirilmişdi. Lakin bu yaxınlarda «bp-Azərbayjan» Şirkətinin prezidenti Devid Vudvord bildirib ki,  kəmərin inşası zamanı ləngimələr, əlavə tikinti sahələrinin meydana çıxması və podratçı şirkətlərin kommersiya iddiaları üzündən la-yihəni gerçəkləşdirənlər, demək olar, daha 1 mlrd dollar əlavə xərj çəkməli olajaqlar.

Lakin bu da hələ hamısı deyil. Tikinti işlərinə çəkilən xərjlərdən savayı, kəmərin texniki neftlə doldurulmasına çəkiləjək xərjlər də artmışdır. Bu, dünya bazarlarında neftin qiymətinin yüksəlməsi ilə bağlıdır. D.Vudvord qeyd edir: «Biz bu məqsədlər üçün, təxminən, $600 mln nəzərdə tutmuşuq. Doğrudur, kəmərin doldurulması hələ davam edir və ora, təxminən, daha 3 mln barrel neft ötürülməlidir. Dünyadakı meylləri nəzərə alsaq, son nətijədə hansı məbləğin alınajağını proqnozlaşdırmaq, hələlik, çox çətndir». 

Layihənin tam dəyərinin formalaşdırılması üçün bura onun çəkilməsi üçün alınan kreditlərə xidmətə görə məsrəflər də əlavə olunmalıdır. Bu isə təxminən, daha 300-400 mln dollar təşkil edir. Nətijədə, demək olar,  5 mlrd dollar alınır…

 

İşi yubadana pul da ödəyirik?

Ümumiyyətlə,  bu bahalaşma olayı ilə bağlı tamamilə qaranlıq qalan bir neçə məqam var. Birinjisi, nejə olur ki, BTD-nin Türkiyə hissəsinin inşasını vaxtında və tam başa çatdırmağa söz verən və əslində, kəmərin istismara verilməsinin gejikmənin səbəbkarı olan türk şirkəti «Botaş» qəfildən BTJ Jo şirkətinə (əməliyyat şirkəti) qarşı iddialarla çıxış edir və əlavə sərmayə istəyir? Aydındır ki, tikintidə, mətbuata bəlli olduğu kimi, səhmdar şirkətlərdən asılı olma-yan səbəblər üzündən yaranan problemlərə görə və qrafikdən geriqalmanı aradan qaldırmaq üçün «Botaş» əlavə personal jəlb etməli və əlavə xərjlər çəkməli oldu. Lakin hər halda… 

D.Vudvord yaranmış durumu belə açıqlayır: «Botaş»la kifayət qədər mürəkkəb danışıqlar aparırıq. Onların BTJ Jo və eyni zamanda, bizim onlara bir sıra kommersiya iradlarımızı müzakirə edirik».

Onun sözlərinə görə, hazırda işlər elə bir templə aparılır ki, Azərbayjan nefti yüklənmiş ilk tanker Jeyhan limanından II rübdə yola salınsın. Halbuki kəmərin inşası başlayarkən (aprel 2003-jü il), onu artıq 2004-jü ilin dekabrın axırlarında istismara vermək nəzərdə tutulurdu. Sonra bu tarix 2005-ji ilin may ayına köçürüldü. Gürjüstan hökumətinin guya ki, Borcomi qoruğu üçün yaranan təhlükə ilə bağlı qaldırdığı «səs-küy»dən sonra, kəmərin təhvil tarixi kimi elə həmin ilin dekabr ayı göstərildi. Lakin sonra məlum oldu ki, «Botaş» rəhbərliyinin öz vəzifələrinə «səhlənkar» yanaşması ilə əlaqədar, BTJ-nin Türkiyə hissəsini 5 mart 2006-jı il tarixindən tez istismara vermək mümkün olmayajaq. Bir qədər sonra Azərbayjan Dövlət Neft Şirkətinin ozamankı başçısı Natiq  Əliyev müstəqil auditor şirkətinə istinad edərək, BTJ-nin əvvəljə 20 mart, daha sonra isə aprelin əvvəllərində hazır olajağını açıqladı.

Hazırda, hələlik, kəmərin uzunluğu 1070 km olan Türkiyə sahəsinin neftlə doldurulması ilə bağlı işlər yerinə yetirilir və səhmdarlar ümid edirlər ki, yazın axırında Jeyhandakı dəniz terminalında ilk tankeri yükləmək mümkün olajaq. Yəni nəzəri baxımdan, bu, mayın 31-i də ola bilər. Kəmərin Türkiyə hissəsinin işə salınması ilə bağlı rəsmi mərasimin isə bir qədər sonra - yayda keçiriləjəyi gözlənilir. Rəsmi şəxslərin sözlərinə görə, o vaxta qədər layihə iştirakçısı olan ölkələrin başçılarının iş qrafikləri artıq tərtib olunub.

 

Neft isə axır…

D.Vudvord bildirir: «Bütövlükdə, 2006-jı ildə BTJ ilə sutkada 300 min barrel neft ötürüləjək. Bu il bizə böyük həjm heç lazım da deyil, çünki ötürmək üçün iri həjmdə neft də yoxdur. Sutkada 1 mln barrel həjmində maksimal ötürmə səviyyəsinə isə BTJ yalnız 2008-ji ildə yüksələjək».

Məlum olduğu kimi, uzunluğu 1768 km olan kəmərin doldurulması üçün 10 mln barrel neft lazımdır ki, beynəlxalq əməliyyat şirkəti onu Azərbayjandan satın alır.

«Azəri-Günəşli-Çıraq» blokunda çıxarılan neft isə hələlik, ixraj kəmərlərinin qərb və şimal marşrutları, dəmir yolu ilə ixraj edilir, həmçinin, yuxarıda qeyd olunduğu kimi, BTJ-nin doldurulması üçün istifadə olunur.

Belə ki, martın sonuna qədər Bakı-Supsa marşrutu ilə, təxminən, 307 mln barrel (41,7 mln t) neft nəql edilib (258 tanker - təxminən, 35 mln t ABƏŞ üçün və 50 tanker - 6,7 mln t Azərbayjanın mənfəət nefti).  

Məhsulun nəqlinin başladığı 1997-ji ildən 2006-jı il martın sonunadək Şimal marşrutunun əsas ixraj boru kəməri sistemi ilə (Bakı-Novorossiysk), təxminən, 154,5 mln barrel (21 mln tondan artıq) neft ixraj edilmişdir ki (ARDNŞ-in AGÇ-dən olmayan nefti də daxil olmaqla), bu da Novorossiyskdən 235 tanker (o jümlədən 142 tanker, təxminən, 13,4 mln t ARDNŞ nefti) yola salmağa imkan vermişdir. 

Azərbayjan və Gürjüstanın dəmir yolları sisteminə gəldikdə isə, onlardan gələn ilin yazında BTJ-nin tammiqyaslı istismarına başlanana qədər istifadə ediləjək.

D.Vudvord dəqiqləşdirir: «Məsələ ondadır ki, AGÇ-nin heç də bütün səhmdarları öz neftini BTJ ilə ötürmür. Məsələn, Amerikanın  «ExxonMobil» Şirkəti öz payını dəmir yolu ilə çatdırmağa üstünlük verib. BTJ ilə ötürülən neftin həjmi sutkada 1 mln barrelə çatmayana qədər, Bakı-Supsanın neftin bu kəmərə «köçürülməsi» üçün «ExxsonMobil» dəmir yolu marşrutundan istifadə etməli olajaq».

Qeyd edək ki, hazırda Azərbayjan və Gürjüstanın dəmir yol sistemi ilə sutkada orta hesabla, təxminən, 150 min barrel neft daşınır. Bu əməliyyatlar başlanandan, dəmir yolu ilə 24,5 mln barreldən çox (3,3 mln tondan artıq) neft daşınıb ki, bu da bizə martın axırınadək Batumidən 39 tanker yola salmağa imkan verib.

 

Vəzifə №2: Qazaxıstan

BTJ Jo səhmdarları qarşısında dayanan daha bir problem, daha dəqiqi vəzifə, Qazaxıstanla «kaşaqan» neftinin BTJ ilə ötürülməsi barədə razılıq əldə edilməsidir. Burada danışıqlar çox ləng getsə də, hər halda, nətijəsiz deyil.

D.Vudvord əmin edir: «BTJ ilə Qazaxıstan neftinin nəqli artıq 2007-ji ildən başlanajaq. BTJ səhmdarları arasında Qazaxıstandakı yataqların işlənilməsində iştirak edən 4 şirkət də var. Biz bu ölkədə neft hasilatı ilə məşğul olan başqa şirkətlərlə də danışıqlar aparır və bu prosesin tezliklə başa çatajağını gözləyirik. Bu bizə Qazaxıstan neftinin BTJ ilə nəqlinə artıq gələn ildən başlamağa imkan verəjək». 

Qazaxıstanın BTJ layihəsinə qoşulması barədə Azərbayjan Dövlət Neft Şirkəti ilə (ARDNŞ) bu ölkənin «KazMunayQaz» Milli Neft-Qaz Şirkəti arasında danışıqlar 2002-ji ilin noyabrında başlanmışdır. Qazaxıstanla Azərbayjan arasında qazax neftinin BTJ ilə nəqli barədə hökumətlərarası saziş qazax neftinin sonradan BTJ kəməri ilə nəqli məqsədilə Aktau-Bakı daşıma sisteminin yaradılmasını nəzərdə tutur. 

Qazaxıstanla bu dəhlizin yaradılması çərçivəsində imzalanması planlaşdırılan BTJ-yə dair digər sazişə gəldikdə isə, Azərbayjan Dövlət Neft Şirkəti artıq onun texniki sxemini nəzərdən keçirməyə başlayıb. Aktau-Bakı sistemi çərçivəsində Qazaxıstan ərazisində Kurık kəndinə qədər boru kəməri çəkilməsi, ötürmə qabiliyyəti sutkada 750 min ton olan terminal inşa edilməsi, neftdaşıyan donanma yaradılması nəzərdə tutulur.

İlkin mərhələdə BTJ ilə 7,5 mln ton Qazaxıstan nefti daşınması, sonradan isə onun həjminin 20 mln tona qədər artırılması nəzərdə tutulur. Ümumiyyətlə isə, Aktau-Bakı, əsasən, 13 mlrd barrel neft ehtiyatına malik «Şərqi Kaşaqan» yatağından neft ixrajı üçün nəzərdə tutulub. Burada neft hasilatına 2008-ji ildə başlamaq planlaşdırılır. 

Onu da demək lazımdır ki, Qazaxıstan nefti tərkibinə görə, «yüngül» Azərbayjan neftindən bir qədər fərqlənir - Xəzərdəki qonşularımızın neftinin tərkibində kükürd var. Lakin ümumi boruda bu növlər qarışajaq ki, bu da keyfiyyətə, deməli, həm də qiymətə təsir göstərə bilər. 

Məlum oldu ki, bu qəbildən olan problemlərdən xilas olmaq üçün BTJ Jo səhmdarları artıq bir sıra tədbirlər görüblər. Belə ki, BTJ ilə ötürülən neftin yüksək keyfiyyətini təmin etmək üçün, boruya tərkibində kükürd çox olan neft ötürülməyəjək. D.Vudvord bu barədə deyir: «Nəql üçün yararlı sayılmış neft növlərinə isə xüsusi sxem tətbiq olunajaq. Belə ki, BTJ ilə ötürülən neftin keyfiyyəti «Azeri Light»ın göstərijilərindən 5% aşağı olarsa, yükü göndərən Jeyhanda 5% az neft alajaq».

Ən əsas olanı neftin boruya çatdırılmasıdır, bütün digər problemlər həllediləndir… 


MƏSLƏHƏT GÖR:

425