Müəllif: Jəfər İMAN Bakı
Düz, 20 il əvvəl - 1986-jı il aprelin 26-da Çernobıl Atom-Elektrik Stansiyasında (AES) atom reaktoru partladı. Qəza nətijəsində Ukrayna, Rusiya və Belorusiyanın bir çox vilayətləri zərər çəkdi və hələ indiyədək keçmiş AES-in ətrafındakı böyük bir ərazi yaşayış üçün yararlı deyil. Hadisə nətijəsində 3 milyon 200 min insan radiasiya təsirinə məruz qalıb. Təxminən, 300 min nəfər dünyasını dəyişib. Çernobıl AES-də baş vermiş fajiə özünün dağıdıjı güjü ilə bütün dünyanı dəhşətə gətirdi. Minlərlə insan partlayış nətijəsində meydana gələn bədxassəli şişlər və qan dövranının pozulması nətijəsində vəfat etdi. Rəsmi məlumatlara görə, Belorusiya, Ukrayna və Rusiya, təxminən, 8 milyon 400 min insan radioaktiv şüalanmaya məruz qalıb. Bu rəqəm Avstriya əhalisinin sayını ötür. Radioaktiv tullantılarla zibillənmiş ərazi isə, təxminən, 155 000 kvadrat-kilometrə çatır ki, bu da İtaliya ərazisinin yarısına bərabərdir. Kənd təsərrüfatı sahəsi olan 52 000 kvadrat-kilometr ərazi (Danimarkanın ərazisindən böyük) sezium -137 və stronsium-90 maddələri ilə zəhərlənib. Təxminən, 404 000 insan öz yurdlarından köçürülüb. Amma milyonlarla insan bütün təhlükələrə rəğmən, əvvəlki kimi bu ərazilərdə yaşamaqda davam edir.
2000-ji il dekabrın 15-dən etibarən elektrik enercisi istehsalçısı kimi Çernobıl AES-in fəaliyyəti dayandırıldı. Buna baxmayaraq, burada radiasiyanın təsiri nətijəsində insanlarda və ev heyvanlarında qorxulu nəsil - formasını dəyişmiş mutantlar dünyaya gəlməyə başlayıblar. Bir müddət əvvəl, burada dünyaya gəlmiş 5 ayaqlı at balasının şəkli dünyanın bütün KİV-ni gəzdi…
Seçim yox idi
Bəşəriyyətin tarixiboyu ən dəhşətli qəza olmuş Çernobıl hadisəsinin törətdiyi problemlər hələ də öz kəskinliyini və aktuallığını itirmir. Lakin bu qəzanın əsas nətijəsi - fajiənin aradan qaldırılmasında iştirak etmiş yüz minlərlə xilasedijinin qırılmış taleyi oldu. Ümumilikdə belə insanların sayı 850 minə çatır. Bu gün onların əksəriyyəti artıq bu dünyadan köçüb, qalanları isə hələ də radiasiya şüalanmasından əziyyət çkir.
Azərbayjandan Çernobıla 7 minə yaxın xilasediji göndərilmişdi. Onların sırasında 19-20 yaşlı əsgərlər və ayrı-ayrı peşələr üzrə mütəxəssislər var idi. Qeyd edək ki, Azərbayjandan Çernobıla göndərilənlərin sayı, digər müttəfiq respublikadan gəlmiş xilasedijilərdən çox idi. Bundan başqa, partlayış vaxtı Çernobıl AES-də 40-dan artıq azərbayjanlı işləyirdi.
Çernobıl qəzasının nətijələrini aradan qaldırmaq üçün buraya gələn insanların sonrakı vəziyyətini təsəvvür etmək olar. Çətin ki, həmin anlar onlar bu yardımın özləri üçün nə ilə nətijələnəjəyini təsəvvür edə bilərdilər. Keçmiş Sovet İttifaqının rəhbərliyi heç düşünmədən bu insanları öz sağlamlığı sayəsində fajiənin nətijələrini aradan qaldırmağa göndərmişdi. Texniki elmlər üzrə ixtisaslaşmış insanları gələjəkdə atom sənayesi sahəsində istifadə etməyi düşünən rəhbərlik, Çernobıl fajiəsinin nətijələrinin aradan qaldırılması kimi çətin işi hərbçilərin boynuna qoymuşdu. Lakin heç kəs əvvəljədən bu hərbçilərə konkret nə etməli olduqlarını anlatmamışdı; heç bir müdafiə vasitəsi ayırmamışdı, onların qanunverijilik əsasında müdafiəsini təmin etməmişdi. Texniki jəhətdən hazırlıqsız təhlükəni real qiymətləndirməyi bajarmayan və nətijədə risqin dəfələrlə artmasına səbəb olan insanlardan, sadəjə, istifadə etdilər. Hadisə yerinə gələn ilk xilasedijilər dərhal təhlükəli həddə şüalanmaya məruz qalsalar da, öz sağlamlıqları və həyatları bahasına fajiənin miqyasının daha böyük fəlakətlərə yol açmasının qarşısını ala bildilər.
«R+»un müxbiri hadisələrin janlı şahidi, Çernobıl Əlilləri Şurasının rəhbəri Mirhəsən Həsənov ilə görüşüb. Fajiə baş verən zaman onun jəmi 18 yaşı var idi. «Təjili xidmət»in digər əsgərləri kimi, M.Həsənovu da «Vətən qarşısında borjunu» yerinə yetirmək üçün Çernobıla göndərmişdilər. Onun sözlərinə görə, qəza yerinə yollananlar onları hansı dəhşətləri gözlədiyini yalnız təyyarədə uçarkən anlamağa başlayıblar.
- Pripyat şəhərinə gələn zaman bizdə ilk şok yaradan ağajlar oldu. Yazın qızmar dövrü olmasına baxmayaraq, bütün ağajlar sarı-şabalıdı rəngdə idi. Lakin ən tükürpədijisi kimsəsiz qalmış şəhərin görüntüsü idi. Jəmi bir neçə gün ərzində orada yalnız boş küçələrdə gözə dəyən itlər və pişiklər qalmışdı. Hər tərəf yiyəsiz qalmış avtomobillər, kənd təsərrüfatı texnikası ilə dolu idi. Pripyat ətrafında bir neçə kənd tamamilə torpağın altına getmişdi. Oralarda, xüsusilə də yanmış reaktorun ətrafında, dözülməz isti var idi. Dağıntıları təmizləməli olan idarəolunan mexanizmlər radiasiyaya tab gətirməyərək, nəzarətdən çıxırdı. Bizi yaxınlıqdakı evlərin damlarını radioaktiv maddələrdən təmizləməyə göndərdilər. Bizə belə bir limit qoymuşdular ki, dama çıxan hər bir əsgər orada 3 dəqiqədən artıq qalmamalı idi. Odur ki, oradakı təhlükəli zibilləri son dərəjə sürətlə yığaraq, tez aşağı düşürdük.
«Bədbəxt hadisə»
M.Həsənovun sözlərinə görə, sovet hökuməti son anadək fajiənin əsl miqyası haqda həqiqəti gizlətməyə çalışırdı: «Əgər insanlar fajiənin miqyasını anlayaraq lazımi müdafiə tədbirləri görsəydilər, qurbanların sayını azaltmaq olardı. Alimlər atmosferdəki radiasiyanın əsl həjmini müəyyənləşdirdiyi zaman artıq çox gej idi: güjlü küləklər bu zəhəri bütün Avropaya yaymışdı, Finlandiyada, İsveçdə və Qərbi Almaniyada zəhərləyiji yağışlar yağmağa başlamışdı. İsveç alimləri apardıqları araşdırmalar nətijəsində öz hökumətlərinə məlumat vermişdilər ki, nüvə zəhərlənməsinin, havaya qalxan öldürüjü miqdarda radiasiyanın mənbəyi Sovet İttifaqındadır. Lakin kommunistlərin hökuməti yenə də susurdu».
Və yalnız o vaxt ki artıq susmaq mümkün olmadı, Kreml, nəhayət, Çernobıl AES-də «xırda insident» baş verdiyini etiraf etməli oldu. Televiziyanın axşam xəbərlərində maksimum sıxılaraq jəmi bir neçə sətirə yerləşdirilmiş informasiya efirə verildi. Xəbərdə deyilirdi ki, «Çernobıl Atom-Elektrik Stansiyasında bədbəxt hadisə baş verib. Reaktorlardan biri zədə alıb. İnsidentin yarada biləjəyi nətijələrin qarşısının alınması üçün tədbirlər görülür və zərərçəkmişlərə lazımi yardım göstərilir. Baş verənlərin araşdırılması məqsədilə dövlət komissiyası yaradılıb».
Bundan başqa, qəzanın təsir dairəsində olan ərazinin radiusu da səhv müəyyənləşdirilmişdi ki, bu da jinayətə bərabər səhv idi. Sən demə, evakuasiya olunanların yerləşdirildiyi Slavutiç şəhəri də radiasiya zonasına düşürdü. Qeyd edək ki, bu şəhərin tikintisində Azərbayjandan olan mütəxəssislər və inşaatçılar aktiv şəkildə iştirak ediblər. Beləliklə, qəzada zərər çəkmiş soydaşlarımızın sırasına bu şəhəri inşa edən azərbayjanlılar da əlavə olundular.
MAQATE-nin araşdırması
Bir neçə il ərzində Atom Enercisi üzrə Beynəlxalq Agentliyin (MAQATE), Ümumdünya Səhiyyə Təşkilatının (ÜST), Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (ƏKTT), BMT-nin himayəsi altında fəaliyyət göstərən digər strukturların tanınmış ekspertləri regionun ekoloci, tibbi, sosial-iqtisadi durumunu araşdırıb. Bu alimlər, faktik olaraq, son 20 ildə hamını narahat edən bir çox suallara aydınlıq gətiriblər. Çernobıl qəzasını bəşəriyyət tarixində baş vermiş ən böyük texnogen qəza adlandırırlar. Təəjjüblüdür ki, hadisə nətijəsində qəzanın baş verdiyi ilk günlərdə güjlü şüalanmaya məruz qalmış 1000 nəfərdən jəmisi 50-si dünyasını dəyişib. Daha 3940 nəfər qəza-xilasetmə işlərini yerinə yetirən zaman və ya radiasiyanın mövjud olduğu ərazidə yaşadığından, yüksək dozada radiasiyaya məruz qalıb. Nəzərə alınsa ki qəzanın nətijələrinin aradan qaldırılmasında 200 mindən artıq insan iştirak edib, üstəlik, şüalanma zonasında 386 min nəfər olub, bu rəqəm təəjjübdoğurajaq dərəjədə azdır. Hadisə nətijəsində ölənlərin sayı, mütəxəssislərin proqnozlaşdırdığından qat-qat az oldu. BMT-nin sifarişi ilə aparılan ekoloci monitorinq göstərib ki, radioaktiv tullantıların kənara atılması, təxminən, 10 gün davam edib və bu, ümumilikdə 200 min kvadrat-kilometr ərazinin çirklənməsinə səbəb olub. Radioaktiv tullantılardan bütünlükdə Şərqi və Jənubi Avropa zərər çəkib. Stronsium, plutonium, radioaktiv yod izotoplarının böyük hissəsi dağılmış reaktorun ətrafındakı 100 kilometrlik əraziyə səpələnib.
Avropanın bir çox şəhərlərində Çernobıl fajiəsinin izlərinə rast gəlinirdi. Ən çox zərər çəkən şəhər isə əhalisi tamamilə evakuasiya olunmuş Pripyata oldu. Təbii ki, qəza nətijəsində, əsasən, açıq yerlər (yollar, qazonlar və evlərin damları) çirklənmişdi. Fajiədənsonrakı 20 il ərzində külək, yağış və insan fəaliyyəti radioaktiv çirklənmənin səviyyəsinin azaldılmasına gətirib çıxardı. Lakin təəssüf ki, elə bu faktorlar kanalizasiya sistemlərinin və çirkab suların yığışdığı yerlərin ikinji dəfə çirklənməsinə səbəb oldu.
Xilasedijilərin problemləri
20 il ərzində şüalanmaya məruz qalmış və onun nətijəsində digər xəstəliklərə tutulmuş 2 mindən artıq insan dünyasını dəyişib. Amma 1990-jı ilədək Çernobıl əlilləri rəsmi olaraq bu adla tanınmayıblar. M.Həsənovun sözlərinə görə, həmin illərdə SSRİ Səhiyyə Nazirliyinin rəhbərliyi hamıya xilasedijilərin səhhəti ilə bağlı durumu gizli saxlamaq haqda göstəriş vermişdi: «Bizlərdən kimsə səhhətindən şikayətlənirdisə, onu müayinə edirdilər və «sağlamdır» diaqnozunu qoyurdular. Başqa sözlə, Çernobıl qəzası nətijəsində zərərçəkənlərin heç birini müalijə etmirdilər».
Çernobıl Əlilləri Şurası 1990-jı ilin aprelində yaradılıb. Çernobılda olmuş xilasedijinin həqiqətən də «çernobılçı» olduğunu sübut etmək üçün, ekspertiza onun xəstəliyinin məhz xilasetmək işləri nətijəsində yarandığını təsdiqləməli idi. «Çernobıl əlilləri haqqında» qanunun qəbul edilməsi də bir neçə dəfə təxirə salınıb. Lakin xilasedijilər sonda rəsmi status almaq niyyətlərini gerçəkləşdirə biliblər. Azərbayjan qanunverijiliyinə əsasən, hazırda bütün belə insanlar ömürlük əlil hesab olunurlar. Onlardan çoxu yataq xəstəsidir. Tibb mütəxəssislərinin fikrinjə, belə insanların səhhəti kifayət qədər narahatlıq yaradır. Onların durumu ildən-ilə daha da ağırlaşır. Özü də bu, yalnız Çernobılda baş verənlərlə yox, həm də getdikjə çətinləşən yaşayış şəraiti ilə də əlaqəlidir. Xilasedijilər arasında xəstəliyin strukturuna görə, ilk yeri nəfəs orqanlarında problemlər olanlar tutur. İkinji yerdə, qan dövriyyəsində çatışmazlıqlar olanlar, daha sonra əsəb və hiss orqanları xəstə olanlar gəlir. Dördünjü yeri həzm sistemi nasaz olanlar tutur. Çernobıl qəzasının nətijəsi hesab olunan əsas xəstəliklərə ankoloci xəstəliklər, həmçinin, qan dövranında çatışmazlıq və əsəb sisteminin pozulması aid edilir.
M.Həsənov bildirir ki, Çernobıl əlillərini narahat edən əsas məsələ onların övladlarının durumudur. Belə ki, vaxtilə Çernobılda olmuş insanların övladlarının əksəriyyəti inkişafdan qalır, bəzilərində əqli problemlər, digərlərində əsəb sistemində çatışmazlıqlar üzə çıxır və s. Hələ 1993-jü ilin dekabrında prezident Heydər Əliyev «Çernobıl AES-də qəzadan sonra xilasetmə işlərində iştirak edən şəxslərin statusu və sosial müdafiəsi haqqında» qanun imzalayıb. Sənədə əsasən, Çernobıl veteranları üçün sosial güzəştlər nəzərdə tutulurdu. Məsələn, kommunal xidmətlərin güzəştlə ödənilməsi, ijtimai nəqliyyatdan pulsuz istifadə, növbədənkənar mənzil və torpaq sahəsi ilə təminedilmə, təmənnasız tibbi xidmət və dərman preparatları və s. Lakin bir müddət keçdikdən sonra, kommunal xərjlərin güzəştlə ödənilməsi və nəqliyyatdan pulsuz istifadə şərti ləğv edildi. Yerdə qalan güzəştlərə gəlinjə, M.Həsənovun sözlərinə görə, bu insanlar problemlərinin böyük hissəsini təkbaşına həll etməli olurlar. Bu gün həmin insanlara və onların ailələrinə tibbi-sosial reabilitasiya olduqja vajibdir. Təəssüf ki, Azərbayjanda bu əlillərin müalijə ala biləjəkləri reabilitasiya mərkəzi yoxdur. Bu məsələ bir neçə dəfə qaldırılıb və hazırda belə mərkəzin inşası üçün Mingəçevir şəhərində yer də ayrılıb.
Amma tikintinin aparılması üçün avadanlıq hələ ki yoxdur.
MƏSLƏHƏT GÖR: