
"QORUYANLARDAN" QORUNMAQ
"Ənənələri qoruyanlar" İslam ölkələrinin inkişafı üçün təhlükəyə çevrilirlər
Müəllif: T. Salyani Bakı
İran ətrafında güjlənməkdə olan gərginliyin fonunda dünya KİV-lərinə nüvə proqramı ilə tamamilə bağlı olmayan bir xəbər yol aldı. Tehranda qadınların 1979-ju il İslam inqilabından sonra qəbul olunan hijab haqqında qanunun ləğvini tələb edən nümayişi keçirildi. Bu qanuna görə, qadınlar küçəyə yalnız çadrada, yaxud bütün bədəni gizlədən qara plaşlarda və saçları örtən başörtüyündə çıxa bilərlər. Bu, əsasında qadın gözəlliyinin dayandığı çoxəsrlik məhəbbət lirikasının mövjud olduğu bir ölkədə küçədə yöndəmsiz qara görüntüləri xatırlatmaqdan jana gəlmiş İran qadınlarının heç də ilk etiraz aksiyası deyil. Təxminən, bir il əvvəl İran Azərbayjanında qadınların çıxışları olmuşdu. Lakin burada iştirakçılar milli geyimlər geymək hüququ tələb edirdilər.
Tehrandakı həmin çıxışlar dünya ijtimaiyyətinin diqqətini, demək olar ki, jəlb etmədi. Lakin bir çoxlarının əmin olduğu kimi, həmin hadisələr ilk nəzərdə göründüyündən daha jiddi təhlil tələb edir. Çünki bu özlərini "ənənə qoruyujuları" kimi qələmə verənlərin müsəlman xalqlarının həm ənənəvi, həm də müasir mədəniyyəti üçün nejə bir təhlükə olduqlarını anlamağa imkan verir. Burada İran son dərəjə əyani bir örnəkdir: üzdəniraq "hijab haqqında qanun" nətijəsində burada təkjə jins şalvarlar deyil, azərbayjanlı qadınların çeşidli növləri olan çoxəsrlik rəngarəng milli geyimlərinə də qadağa qoyuldu.
Əslində, ən müxtəlif ölkələrdə "abırlı müsəlman qadınların" geymək məjburiyyətində qaldıqları indiki "ümumiləşdirilmiş hijab" heç də ənənəvi geyim deyil. O, 70-ji illərdə "İran xalqının müjahidləri" terror qruplaşmasına mənsub qadın yaraqlıların uniforması kimi meydana çıxdığından, həmin 1979-ju il qanununa əsasən, İrandakı bütün müsəlman qadınlar üçün məjburi elan edilmişdi. Onun bir qədər "sərt" variantı Səudiyyə Ərəbistanındakı plaş-əbaya və üzün aşağı tərəfini örtən yaylıq - "puşi"dir. Məsələn, Şimali Qafqazda Səudiyyə çadrasını heç vaxt geyməsələr də, indi artıq küçələrdə ona rast gəlmək mümkündür.
Geyim göz önündə örnək olsa da, heç də yeganə deyil. Ənənəvi və milli musiqi, rəqslər, milli oyunlar, demək olar ki, məhv edilmişdir… Bu fakt hamıya məlum olsa da, bədnam "sivilizasiyaların qarşıdurması" sxeminə uyğun gəlmədiyindən, ən asan yol ona fikir verməməkdir: sanki dünya mədəniyyət məkanında nə ənənəvi musiqi irsi ilə Avropa musiqi məktəbini sintez etmək sahəsində möhtəşəm təjrübəyə malik Azərbayjan, nə Üzeyir Hajıbəylinin Şərqdə ilk opera olan "Leyli və Məjnun"u, nə Vaqif Mustafazadənin "jaz muğamları", nə də "Avrovijni" qəbul edən Türkiyə var; Şərqin bütün "musiqi irsi"ni müstəsna olaraq dini mahnılar təşkil edir.
Son illər İran "mollakratları" hətta ayətullah Xomeyninin də jəsarət etmədiyi bir addımı atdılar - qədim Novruz Bayramına qarşı hüjuma keçdilər. Tehranda artıq guya ki, ənənəvi "paklaşma ayini"nin - tonqalın üstündən tullanmağın çox təhlükəli olması, yanğınlar törətməsi və bu səbəbdən də onun "məhdudlaşdırılmasının" zəruriliyi barədə söhbətlər dolaşmaqdadır. Küləyin Əfqanıstandan əsdiyini anlamaq o qədər də çətin deyil: hələ Buddanın Bamiandakı heykəlini dağıtmazdan da əvvəl, taliblər ilk dekretlərindən biri ilə Novruz Bayramını qadağan etdilər. Qonşu Özbəkistanda da Daşkənd bazarındakı partlayışların Novruz Bayramı ərəfəsində baş verdiyini xatırlasaq, birmənalı nətijə çıxarmaq o qədər də çətin olmaz.
14 dekabr 2004-jü ildə İstanbulun ən iri kinotearlarının birində baş vermiş yanğın da müəyyən düşünjələr doğurur. Yeddi zalı olan bu möhtəşəm kinoteatrda həmin gün Türkiyənin ujqar kəndlərindəki "jadugər ayinləri"nə həsr olunmuş "Magiya" filminə ilk baxış keçirilməli idi. Çeynənmiş, lakin aktuallığını itirməyən "teatr asılqandan başlayır" həqiqətinə uyğun olaraq, nümayişin təşkilatçıları foyeni və tamaşa zallarını müvafiq şəkildə tərtib etməklə, tamaşaçıları müvafiq mistik atmosferə qərq etmək qərarına gəldilər. "Magik dekorasiya"nın əsas elementi isə şamlar idi.
Ekspertlərin fikrinjə, fajiəvi nətijəyə də məhz onlar səbəb oldu. Şamların birindən dekorasiyalar alışdı, daha sonra isə alov yayılmağa başladı. Tamaşaçılar yanıq iyini dərhal hiss etdilər.
Şahidlərin dediklərinə görə, yanğınsöndürənlərlə xilasediji komandaların birgə səyləri nətijəsində olay qurbansız ötüşdü. Zərərçəkənlər barədə məlumatlarda isə uyğunsuzluq var: bəzi məlumatlara görə, xəstəxanalara 150 nəfər yerləşdirilib və onlardan 5 nəfəri kritik durumdadır; başqa bir məlumata görə, söhbət jəmi qırxa yaxın zərərçəkəndən gedir. Diaqnozlar da tamamilə gözləniləndir - boğulma və dəmqazı ilə zəhərlənmə. Əlamətdardır ki, basabasda zərər çəkənlər barədə məlumat verilmir.
Türkiyə hüquq-mühafizə orqanları artıq yanğınla əlaqədar alovla ehtiyatsız davranışa görə jinayət işinin qaldırılması barədə məlumat yayıblar və kinoteatrdakı yanğını bilərəkdən törədilən bir yanğın, yaxud terror aktı kimi qiymətləndirməyə heç də tələsmirlər.
Lakin kinoteatrdakı yanğının şübhələrə rəvaj verdiyini demək, əslində, heç nə deməməyə bərabərdir. Ən azı, onu xatırlamaq lazımdır ki, İslam inqilabı ərəfəsində İranı, fanatiklərin fikrinjə, İslam jəmiyyətinin ənənəvi dəyərlərini aşılayan Qərb filmlərinin nümayiş etdirildiyi kinoteatrlarda törədilən yanğınlar dalğası bürüdü. Abadandakı "Reks" kinoteatrında 28 avqust 1978-ji ildə baş verən yanğın bu sırada ən dəhşətli fajiə olaraq qalmaqdadır: qapıların bayırdan bağlanması 500-ə yaxın adamın həyatına son qoydu. Fanatiklər dərhal yanğında şahın SAVAK xüsusi xidmətini ittiham etsələr də, müşahidəçilərin Abadan fajiəsinin səbəbkarının islamçılar olduğuna heç bir şübhələri yoxdur.
İstanbul kinoteatrında nümayiş etdirilməli olan filmin tematikası da şübhələr üçün əsas verir. Məlum səbəblər üzündən, Qərb ölkələrinin mətbuatı əsas diqqəti islamçıların Qərb sivilizasiyası dəyərlərinə qarşı basqılarına yönəldir. Bu zaman "həqiqi İslamı qoruyanlar"ın öz həmvətənlərinin bu "qoruyujuların" özləri tərəfindən bərqərar edilmiş sərt dini çərçivələrə sığmayan bütün adət-ənənələrini nejə janfəşanlıqla məhv etmələrinə, demək olar, diqqət yetirilmir. Odur ki, Türkiyə kəndlilərinin Türkiyə mədəniyyətinin İslam ehkamları ilə məhdudlaşmadığına dəlalət edən ənənəvi "magik ayinləri" haqqında film islamçıları hiddətləndirməyə bilməzdi.
Əlamətdar olan bir şey də var. Mədəni irsi zərərli "qloballaşma"nın təzyiqindən qorumağın zəruriliyi "sivilizasiyaların toqquşması"ndan, həqiqətən də heç də az çeynənmiş mövzu deyil. Demək olar, bütün ölkələrdə yerli gənjlərin "Joja-jola" içməsi, çips və hamburger yeməsi, jins paltarlar geyinməsi, Amerika filmlərinə baxması, rok və repə qulaq asmasından gözlərini bərəldərək mühakimə yürüdənlərin sayı kifayət qədər çoxdur. Müsəlman ölkələrində bura dərhal "dini element" də qarışır - Qərb "mass-mədəniyyəti"nin jins paltarlardan rok musiqiyə qədər bütün təzahürləri, az qala, xristianlığa keçmək kimi qiymətləndirilir. Ən təəjjüblüsü isə odur ki, elə həmin "mollakratiya" buradaja "uyğunlaşdırılmış brendlər"ə "rəvaj verir". Məsələn, tezliklə ekranlara çıxmalı olan "uyğunlaşdırılmış" Simpsonlar ailəsi donuz əti yeməyəjək… Gülünj hallar meydana çıxır: tezliklə Bakının oyunjaq mağazalarında əba geyinmiş, başında müsəlman yaylığı olan Fulla adlı qaragöz gəlinjiyin - bütün dünyada məşhur olan Barbinin "müsəlman analoqu"nun satışına başlanıla bilər.
Yeni gəlinjək artıq bir sıra sanballı nəşrlərin, o jümlədən supernüfuzlu "The New York Times"ın diqqətini jəlb edib. Suriyanın NewBoy konserni tərəfindən istehsal olunan və Levant jasmininin bir növünün şərəfinə adlandırılan Fulla Barbi gəlinjiyinin "müsəlman variantı"nın yaradılması ilə bağlı heç də ilk jəhd deyil. "Mattel" şirkəti "Mərakeş Barbisi" və Leyla (Türkiyə sultanının kənizi) gəlinjiklərini satır, İranda artıq bir neçə ildir ki, "müsəlman" Sara gəlinjiyi hər vəjhlə ön plana çəkilir. Lakin Fulla artıq tamamilə başqa qəbildəndir. Saradan fərqli olaraq, o, Barbini hər jəhətdən təkrarlayır: onun ayrıja satılan çeşidli və zəngin geyimləri var, Fullanın gənj sahibələri üçün satışa tam bir seriya mallar çıxarılıb. NYT-nin qeyd etdiyi kimi, "Suriya, Misir, İordaniya və ya Qətarda elə bir mağaza yoxdur ki, orada "Fulla" səhər yeməyi, yaxud "Fulla" saqqızı satılmasın, yolda mütləq "çəhrayı geyimli Fulla" markalı velosiped sürən qızla rastlaşırsan. Qızlar Fullaya məftun olublar, onların mühafizəkar Barbi gəlinjiyini almağı heç ağıllarına belə gətirməyən valideynləri isə hətta çəhrayı keçədən kiçijik namaz xalçası da olan "sadə" gəlinjiyə pul xərjləyə biləjəklərindən məmnundurlar. Sevimli gəlinjiklərinə bənzəmək istəyən qızlar özləri üçün müvafiq ölçülü çəhrayırəngli namaz xalçası, şərf də ala bilərlər. NewBoy-un brend-menejeri Fəyaz Abidin deyir: "Barbiyə, sadəjə, hijab geyindirmək azdır. Valideynlərin və uşaqların özlərini eyniləşdirə biləjəkləri xarakter yaratmaq lazımdır. Bizim reklamda Fullanın xarakterinin müsbət jəhətləri vurğulanır: o, səmimi, qayğıkeş və diqqətlidir; ata-anasına ehtiram bəsləyir".
Bir çox ekspertlərin fikrinjə, "müsəlman fast-fudu" - halal yeməklər hazırlanan, "Zəmzəm-kola" tipli "müsəlman" sərinləşdiriji içkiləri təqdim olunan ayaqüstü nahar kafeləri şəbəkəsi, "müsəlman butikləri" və i. a. kimi, "müsəlman Barbisi" də "getto sindromu"nun təzahürüdür ki, nətijədə, müsəlman ijmaları özlərinin qapalı aləmlərində yaşayırlar.
Lakin məhz Fullanın müəlliflərinin yaratdığı obrazla razılaşmayanların da sayı az deyil. Məsələn, qadınların hüquqları üzrə suriyalı vəkil Maan Əbdül Salam xəbərdarlıq edir: Fulla Yaxın Şərqdə mühafizəkar baxışların yayılması meylinin rəmzidir. Hijab daşıyan qadınların sayı artmışdır; bəzi qızlar bunu könüllü etsə də, "müsəlmansayağı" geyinməyə məjbur edilənlərin də sayı çoxdur. Yəni hijabı müsəlman ölkələrinin özündə də "müsəlman mədəniyyəti" qismində qəbul etmək istəyənlərin sayı çox azdır.
Bununla belə, radikallar özlərinin müsəlmanlar üçün "qloballaşma" modellərini uğurla yayırlar. Burada "pis" "Joja-jola" və "Pepsi" əvəzinə, üstündəki yazıya inansaq, müqəddəs Zəm-zəm bulağının suyundan hazırlanmış "Zəmzəm-kola", jins paltarlar əvəzinə - qara əbaya və "puşi", Novruz Bayramında islamaqədərki dövrlərdən yadigar qalan paxlava, şəkərbura, şorqoğal bişirilməsi əvəzinə, "halal" "müsəlman" fast-fud şəbəkəsidir. Həm də bütün bünlar müsəlman xalqlarının mədən irsinin qorunmasının zəruriliyi barədə bağırtılarla müşayiət olunur.
Siyasi məqsədlər də aydındır. Birinjisi, bir çox analitiklər əmindirlər ki, "sivilizasiyaların savaşı" barədə gəlinjik, sərinləşdiriji içkilər, geyim bazarı səviyyəsində aparılan mühakimələr xalqı müsəlmanlara təkjə Barbi, "Joja-jola" deyil, parlament demokratiyası və insan hüquqlarının da "yaraşmadığına" inandırmaq məqsədi güdür. İkinjisi, "mollakratların" fikrinjə, "müsəlman qloballaşması", məsələn, Bakıdakı Əbu-Bəkr məsjidinə gələn gənjləri elə tərbiyə etməlidir ki, onlar özlərini "vahid müsəlman millətinin" bir hissəsi kim hiss etsinlər və "Fələstinin azadlığı" üçün jan yandırarkən, Ərəfatın "Ermənilərlə biz bir xalqıq" bəyanatı onları bir o qədər də düşündürməsin.
MƏSLƏHƏT GÖR: