
SİFARİŞLİ ƏDAVƏT
İraqda sünnilərlə şiələrin münaqişəsinin arxasında nə dayanır?
Müəllif: Ə.ŞAKUR Bakı
Hərbi analitiklər İraqda hərbi əməliyyat hələ planlaşdırma mərhələsində olarkən xəbərdarlıq edirdilər ki, Səddam Hüseyn recimini devirdikdən sonra Qərb çox güjlü daxili çəkişmələr, ilk növbədə, ölkə əhalisinin 50%-dən çoxunu təşkil edən şiələrlə Səddam reciminin ənənəvi elitası olan sünnilər arasında qarşıdurma ilə üzləşəjək. Lakin bu ölkədə son aylar baş verənlər ən pessimist proqnozları da arxada qoyub. Artıq terrorçular Kərbəlaya - şiələrin ən müqəddəs ziyarətgahına gedən zəvvarlar arasında partlayışlarla kifayətlənmirlər. Bir çox müşahidəçilər üçün Samarradakı Əl-Əsgəriyyə məsjidinin partladılması özünəməxsus «dönüş nöqtəsi» oldu və bundan sonra heç bir şübhə qalmadı - İraq-da «qaydasız müharibə» gedir.
Əslində, sona qədər açıq danışılarsa, bu, xeyli əvvəl - məşhur «sünni üçbujağı»nda hamının yadında olan «Əl-Qaidə» qiyamları zamanı baş vermişdi. O zaman mətbuatda «İraq müqaviməti döyüşçüləri»nin bir uşağı güllələmələri və meyidi aparmağa gələn qohumlarının da məhv edilməsi üçün onu minalamaları barədə dəhşətli məlumatlar dolaşırdı. Lakin bunlar liberal Qərb mətbuatında elə böyük maraq doğurmadı - Quantanamo, «Əbu-Qreyb» və «MKİ-nin gizli həbsxanaları»nı müzakirə etmək daha «jəlbediji» idi.
O zaman bir çox analitiklər bunun səbəbini sələfi təlimində - «Əl-Qaidə»nin rəsmi ideologiyasında görürdülər. Məlum olduğu kimi, bu radikal İslam ekstremizminin nümayəndələri moizələrində, nəzarətlərində olan İnternet saytlarında yerləşdirdikləri audio və videomürajiətlərdə həmişə bütün müsəlmanların adından danışırlar. Bu zaman, demək olar, hamının diqqətindən bir şey qaçır - digər İslam təlimlərinin nümayəndələrindən fərqli olaraq, vəhhabilər bütün dini ayinləri ijra etməyənləri, yaxud başqa təriqətə mənsub olanların hamısını «kafir» sayırlar. Başqa sözlə, vəhhabi deyilsənsə, deməli, müsəlman da deyilsən. Məlum səbəblər üzündən, indi artıq bu barədə xatırlamaq məqbul olmasa da, vaxtilə vəhhabilik Səudiyyə Ərəbistanının ən ujqar və geridə qalmış bölgələrində bədəvilər arasında antitürk üsyanının özünəməxsus «ideoloci təməl»i olmalı idi. Avropa paytaxtlarında artıq Osmanlı İmperiyasına məxsus torpaqlarla bağlı planlar qurulur, imperiyanı isə açıq-aşkar «Bosforun xəstə sahibi» adlandırırdılar. Avropalaşmış Türkiyəyə qarşı isə yalnız «həqiqi İslama qayıdış» şüarını irəli sürmək mümkün idi. Başqa sözlə, vəhhabilik elə başlanğıjdan dini şüarlar altında öz məsləkdaşlarına qarşı da müharibə aparmağın mümkünlüynü «əsaslandırırdı». Çox istəsən, hətta onu «jihad» da adlandırmaq olardı. Ənənəvi olaraq, şiələr sələfilərdə daha böyük nifrət oyadırlar: taliblərin Heratda İran diplomatlarına tutduqları divanı, yaxud birinji İraq savaşı zamanı əhaliyə əleyhqazlar paylayarkən Səudiyyə Ərəbistanı hökumətinin yerli şiə ijmasını «unutmasını» xatırlamaq kifayətdir.
Tarixin zarafatları, bir qayda olaraq, amansızlığı ilə fərqlənir. Məlum olduğu kimi, şiələrlə sünnilərin qarşıdurmasının əsası məhz İraqda qoyulub: Nəjəf də, Kərbəla da onun ərazisində yerləşir. Buradan çıxış edərək, bir çoxları İraqda hakimiyyət uğrunda mübarizənin digər müsəlman ölkələrində də əks-səda verəjəyini proqnozlaşdırırdı. Lakin mütəxəssislər əmindirlər ki, bəşəriyyətin on min illərlə ölçülən tarixiboyu bir dəfə də olsun, əsl dini savaş baş verməyib. İstər Rekonsista olsun, istər «xaç yürüşləri», yaxud İslam xilafətinin yaradılması - dini şüarların çoxluğuna baxmayaraq, müharibələrin təməlində həmişə maddi maraqlar dayanıb. Nətijədə, sünni-şiə qarşıdurması yalnız və yalnız sünni və şiə qruplaşmalarının iqtisadiyyat və siyasətdə əlverişli mövqelər uğrunda mübarizədə real rəqabətinin jərəyan etdiyi ölkələrdə mövjud olub və olmaqdadır. İraq da istisna deyil: burada da sünni-şiə qarşıdurması hakimiyyət uğrunda mübarizədən əhəmiyyətli dərəjədə qaynaqlanır.
İraq siyasətçiləri milli birlik hökuməti formalaşdırmağa jan atsalar da, yeni kabinet hələ də formalaşmayıb, halbuki seçkilərdən artıq 3 ay keçib. Müxtəlif etnik və dini qrupları təmsil edən siyasi partiyalar arasında danışıqlar son dərəjə gərgin keçir. Bu yaxınlarda Bağdada ABŞ dövlət katibi Kondoliza Rays və Britaniya Forin ofisinin başçısı Jek Stro səfər etdilər. Onlar İraqın Baş naziri İbrahim Jəfəri və prezident Tələbani ilə danışıqlar apardılar, daha sonra isə şiə alyansının görkəmli nümayəndələri hökumət yaradılması prosesini asanlaşdırmaq üçün indiki Baş naziri istefa verməyə çağırdılar. Baş nazir olan müddətdə Jəfəri kürd və sünni azlıqlarının dəstəyini ala bilmədi, indi isə əvvəllər onu bu vəzifəyə irəli sürən şiələrin müxalifəti ilə üzləşdi. Javabında, Britaniyanın «Qardian» qəzetinə müsahibəsində Jəfəri bildirdi ki, ABŞ və Böyük Britaniya onu istefa verməyə məjbur edə bilməyəjəklər. O vurğuladı ki, Baş nazir postunu demokratik yolla qazanıb və İraq xalqının rə-yinə hörmətlə yanaşmaq lazımdır.
Lakin sünnilərlə şiələr arasında hakimiyyət uğrunda mübarizə fonunda İranın rolu, demək olar, diqqətdən kənarda qalır. Əslində, «İran amili» İraq şiələrinə, həm də təkjə şiələrə deyil, aid olan bütün məsələlərdə bu və ya digər dərəjədə yer almışdı. Jəlal Tələbani, ayətullah Sistani və bir çox başqalarının İranla «öz münasibətləri» var idi. Səddam Hüseyn hakimiyyətdən devrildikdən sonrakı ilk aylarda yeni İraq elitasında iranyönümlü siyasətçilərin «sıxlığı» o qədər yüksək idi ki, Vaşinqtondakı bəzi «məlumatlı mənbələr» curnalistlərlə söhbətlərində açıq-aşkar etiraf edirdilər: iranlılar bütün «çirkli işləri» bizim əlimizlə gördülər. Biz əməliyyatı planlaşdırdıq, Səddam Hüseyni devirdik və nətijədə… İran İraqda, demək olar, qeyri-məhdud nüfuza malikdir, biz və bizim müttəfiqlərimiz isə «işğalçı» rolunda çıxış edirik.
Lakin tezliklə durum dəyişməyə başladı. «Nüvə böhranı» fonunda İranın xariji aləmlə münasibətləri son dərəjə sürətlə korlanır; elə həmin sürətlə də İraq siyasətçilərinin «yönümü dəyişirdi»: heç kim qınaq obyektinə çevrilmiş ölkə ilə ittifaqa əsaslanmaq istəmirdi, üstəlik, bir çox siyasətçilər ənənəvi Şərq ölkələrində daimi siyasi müttəfiqlik anlayışının mövjudluğuna, əməmiyyətlə şübhə ilə yanaşırlar.
Bəlkə də Müqtəda əs-Sədrin səs-küylü qiyamı artıq Tehranın «ümidsizlkdən doğan» addımı idi: İran İraq şiə ijması arasında nüfuzunu açıq-aşkar itirməkdə idi və onun bərpası üçün qeyri-adi tədbirlər tələb olunurdu. Bu fonda Müqtəda əs-Sədr - ayətullah əs-Sədrin oğlu kifayət qədər perspektivli kadr kimi görünürdü. Təəssüf ki, maliyyə kapitalından fərqli olaraq, siyasi kapital vərəsəliklə ötürülmür. Əs-Sədrini Jəfəri və ya əs-Sistani səviyyəli fiqurlara qarşı çıxmağa qadir olan şəxsiyyətə çevirmək mümkün olmadı. Lakin sünni-şiə qarşıdurmasının hazırkı görünməmiş kəskinləşməsinə İranın reaksiyası son dərəjə əlamətdar oldu. Böyük əksəriyyətin fikrinjə, Samarradakı partlayışın arxasında «İraq müqaviməti»nin şiələri «işğalçılarla» əməkdaşlıqda ittiham edən və dəfələrlə onları məhv etməyə səsləyən lideri Əbu Müsab əz-Zəkəriyyə durduğu halda, Tehran və İraqdakı iranyönümlü dairələr ittihamlarını… ABŞ və Böyük Britaniyaya ünvanladılar.
Rusiyanın «Vesti» verilişi Nəjəf şəhər şurasının üzvü Bəhaəddin Jamaləddindən sitat gətirir: «Dünən onlar Məhəmməd Peyğəmbəri təhqir edirdilər, bu gün isə biz sünnilərin İmam Əli və onun oğlunun məqbərələrinə hüjum etmələri barədə kədərli xəbərlər almışıq. Bu jina-yətkarlar ölkədə dinjlik və təhlükəsizlik olmasını istəmirlər». Daha sonra isə telekanal Samarranın adı çəkilməyən bir sakininin - həmvətənlərindən heç birinin belə müqəddəs yerə əl qaldırmağa ürək etməyəjəyinə əmin olan «sadə iraqlının» sözlərini səsləndirir: «Bunu iraqlılar edə bilməzdilər. Axı bu küfrdür! Bunlar xarijdən gəlmiş muzdlulardır! Müqəddəs yerləri yalnız onlar dağıda bilərlər». Bəs 1991-ji ildə Kərbəla və Nəjəfi uzaqvuran artilleriya ilə atəşə tutmaq əmrini verən Səddam Hüseyn deyildi?
Daha sonra isə «Vesti»nin səsinə səs verən İran Prezidenti Mahmud Əhmədinecat Samarradakı məsjidin partladılmasında ABŞ və İsraili ittiham edərək, bu partlayışı «bir qrup sionist»in müsəlmanları təhqir etmək istəyi ilə əsaslandırdı. Məxsusi olaraq Birləşmiş Ştatlara üz tutaraq, prezident əlavə etdi: «Siz bilməlisiniz ki, bu qəbildən olan hərəkətlər müsəlman dünyasının qəzəbindən qurtulmağınıza yardımçı ola bilməyəjək». Əlbəttə, güman etmək olar ki, qeyri-adiliyi ilə tanınan İran prezidenti, sadəjə, fürsəti əldən verməməyə və növbəti dəfə bütün günahları amerikalılarla israillilərin üstünə yıxmağa jəhd göstərib. Lakin elə o zaman belə fərziyyələr də yarandı ki, İran əz-Zərkavi ilə əlaqələr yaradaraq, ümumi antiqərb jəbhəsi formalaşdırmağa jəhd göstərir. Hətta İraq şiələrinin maraqları hesabına olsa da.
Daha sonra İran «mollakratiya-sı» ilə «Əl-Qaidə»nin nəzarətində olan «İraq müqaviməti» arasında təmas yaranması daha aşkar nəzərə çarpmağa başladı. Dünya və bölgə kütləvi informasiya vasitələrində artıq məlumat verildiyi kimi, Hütayfa Əzzam (İslam aləmində məşhur adamdır, onun atası Üsəma bin Ladenin mürəbbisi olub) sensasion açıqlama ilə çıxış etdi. Onun dediyinə görə, İraq «Əl-Qaidə»sinin lideri və İraq yaraqlılarının qeyri-formal başçısı Əbu Müsab Zərkavi istefaya getmək məjburiyyətində qalıb və onu hələ iki həftə əvvəl bir iraqlı ilə əvəz ediblər. Əzzam bildirir ki, bir çoxları Zərkavinin hərəkətləri, xüsusən, İraq hüdudlarından kənardakı aksiyaları, məsələn, ötən il İordaniyada mehmanxananın partladılmasından narazı idi. Onun sərt taktikası, məsələn, girovların başlarının kəsilməsini nümayiş etdirən videolentlərin açıqlanması, həmçinin, üsyançıların hamısının adından çıxış etməyə jan atması da etirazlar doğururdu. Əzzamın məlumatına görə, İraq yaraqlılarının yeni lideri Abdulla Bağdadi adlı biridir.
Əlbəttə, əz-Zərkavinin qəddarlığının onun öz himayədarlarını da təşvişə salması versiyasının, ən azı, mövjudolma hüququ var. İordaniya paytaxtı Əmmanda 9 noyabr 2005-ji ildə otellərin sonradan bir çoxlarının «İordaniya 11 sentyabrı» adlandırdıqları partlayışları isə heç də onları törədənlərin nəzərdə tutduqları effekti vermədi. Üç həmlə, demək olar ki, eyni vaxtda - yerli vaxtla axşam saat 9-10 arasında və bir-birindən bir neçə yüz metrlikdə baş verdi. Polisin məlumatına görə, terrorçu-kamikadzelər özlərini «Radisson» və «Grand Hyatt» mehmanxanalarının hollarında partlatdılar, «Days İnn» otelinin yanında isə terrorçunun beton mühafizə baryerini avtomobillə yarıb-keçmək jəhdi uğursuz oldu və maşın otelin yaxınlığında küçədə partladı. Ən dəhşətli partlayış «Radisson»da oldu - burada terrorçu partlayıjı qurğunu toy şənliyinə toplaşan qonaqların arasında işə saldı. Şahidlərin dediklərinə görə, «Grand Hyatt»da çoxlu iraqlı yaşayırdı, «Radisson»da isə, əsasən, turistlər və varlı gənj ailələr qalırdılar. Üçulduzlu «Days İnn» otelinə gəldikdə isə o, gejə klubu ilə məşhur idi. Əşrəf əl-Xaled curnalistlərə belə deyib: «Bu mənim to-yum idi. Partlayış nişanlımla zala daxil olarkən baş verdi. Qonaqlar təzəjə toplaşırdılar. Mən atamı, çoxlu dostlarımı itirdim. Nişanlımın da atası həlak oldu, anası isə reanimasiyadadır. Biz onun sağalması üçün dua edirik».
O vaxt versiyalarn sayı-hesabı yox idi. İordaniya ABŞ-ın Səddam Hüseyn reciminin devrilməsi ide-yasını rəsmi səviyyədə kifayət qədər soyuq qarşılasa da, hazırda bu ölkə İraqda işləyən beynəlxalq təşkilatların özünəməxsus «arxa bazası»dır və hüjuma məruz qalan otellərin sakinləri arasında onların kifayət qədər nümayəndələri də var idi. Qeyd edək ki, İordaniya İraqa gedən yolda «tranzit baza»ya hələ «Səhrada tufan» əməliyyatı dövründən çevrilmişdir. Tamamilə mümkündür ki, «nümayişkaranə terror aktları» təşkil etməklə, Zərkavi, ilk növbədə, İordaniya jəmiyyətini qorxutmaq, İraqda onun yaraqlılarını deyil, yeni hakimiyyəti dəstəklə-yənləri nə gözlədiyini göstərmək, ABŞ-ı ərəb dünyasında strateci tərəfdaşından məhrum etmək fikrində idi. Xatırladaq ki, bu yaxınlarda Madriddə həyata keçirilən terror aktı İspaniyanın İraq siyasətində «180 dərəjəlik dönüşə» səbəb oldu. Son illər müsəlman ölkələrində məhz «Qərb həyat tərzinin» bir hissəsi kimi qəbul olunan və vəhhabilərin zahiri puritanlığı ilə bir araya sığmayan əylənjə müəssisələrinin terror obyektinə çevrildiyini görmək heç də çətin deyil. Elə gətirdi ki, demək olar, həmin vaxt İndoneziyanın Bali adasında baş verən partlayışda partlayıjı maddələr üzrə mütəxəssis, Malayziya sakini Əzahari Hüsin həlak oldu. Hakimiyyət orqanlarının təxmininə görə, 2002-ji ildə Balidə gejə klublarında törədilən və 200-dən çox insanın həyatına son qoyan partlayışlarda onun hazırladığı qurğulardan istifadə edilmişdi. Daha bir fajiə Bağdadda baş verdi - terrorçu-kamikadzenin özünü restoranda partlatması nətijəsində 30 nəfərdən çox adam həlak oldu, daha 20 nəfərə yaxın yaralandı. Nəhayət, İran islamçılarının «Allaha xoş gəlməyən» filmlər göstərilən kinoteatrları, onların misirli həmkarlarının isə videosalonlara qadın kamikadzelər göndərmələrni xatırlamaq lazımdır. Bu halda, partlayışların həm «islam əxlaqı»nın özünəməxsus, həm də məsum insanların qanı hesabına başa gələn təbliğat üsulu olduğu aydınlaşar.
Lakin İordaniyanın özündə terror aktları görünməmiş hiddət dalğası doğurdu və İspaniyadan fərqli olaraq, burada heç kim terrorçular qarşısında diz çökməyi ağlına belə gətirmədi. Artıq bir neçə gün bundan əvvəl terror aktına hazırlıqda şübhəli bilinərək həbs olunanların sayı yüz nəfəri keçdi. Gözlənildiyi kimi, İordaniya hakimiyyət orqanları ölkədə antiamerika qruplarının maraqlarının «qoruyujusu» kimi çıxış edən strukturlardan xəbərdar idi. Daha sonra «günün teleulduzu» İordaniya polisi tərəfindən yaxalanan uğursuz qadın-kamikadze Səjidə Rişəvi oldu. Mətbuat terrorçu-kamikadzelərdən birinin - Əli Hüseyn Əli Şəmərinin arvadı, Əbu Müsəba əz-Zəkəriyyənin ən yaxın silahdaşı, amerikalılar tərəfindən Fəllüjədə öldürülən Mübarək Ətrus Rişəvinin bajısı olan bu qadının hekayətini təfərrüatı ilə açıqladı: «Biz otelə daxil olduq və ərim bir künjdə, mənsə o biri künjdə əyləşdik. Oteldə toy keçirilirdi, orada qadınlar, uşaqlar var idi. Həmləni ərim başladı. Mən partlayıjı qurğunu işə salmaq istəsəm də, alınmadı. İnsanlar küçəyə qaçmağa başladılar, mən də onlara qoşulub çıxdım». İordaniya televiziyası bu qadını «şəhid qurşağı»nda göstərdi və bu qurşağın tutularkən onun üzərində olduğunu bildirdi. Bu isə İordaniya kralı II Abdullanın münasibətidir: «Toy mərasimini görmək və arvadını da özünü partlatmaq üçün ora gətirmək əsl dəlilikdir».
Üstəlik, qurbanlarının böyük əksəriyyətini heç də «yəhudi və xaçpərəstlər»in təşkil etmədiyi bu terror olayları məhz ərəb siyasi liderlərinin o qədər də sadə olma-yan seçimlə üzləşdikləri bir dövrə təsadüf etdi. Həqiqətən də «İkinji körfəz müharibəsi», ərəb ölkələri bir yana dursun, ABŞ və Avropanın özündə də bir o qədər rəğbətlə qarşılanmadı. Lakin «İraq müqaviməti»nin lideri Əbu Müsab əz-Zərkavi də himayə etməyə layiq bir şəxs deyildi. Üstəlik, ərəb liderləri «İki çayarası əl-Qaidə»sinin Misirdən Əljəzair və Tunisə qədər mövjud hökumətlərin əksəriyyətinin varlığı üçün təhlükə yaradan gizli fundamentalist qruplaşmalarla sıx bağlı olduğunu anlayırlar. Nəhayət, İraqda dekabrda keçirilməsi nəzərdə tutulan seçkilər və yeni hökumətin formalaşdırılması, nejə deyərlər, müəyyənləşməyi tələb edir. Bu fonda, İordaniyada səslənən partlayışlar ərəb elitalarını İraq siyasətlərində mövqelərində müəyyən dəyişikliklərə sövq edə bilər ki, bunların zamanı, düzü, artıq çoxdan yetişmişdir.
Digər bir fərziyyəni də məqbul saymaq olar: Zərkavinin rəmzi Bağdadi soyadlı naməlum bir «qəhrəmanla» əvəzlənməsi, nə qədər paradoksal səslənsə də, İraq «müqavimət» qüvvələrini, həqiqətən də iraqmənşəli etmək üçün nəzərdə tutulur. Həqiqətən də, ikinji İraq savaşı ərəfəsində ölkədə terrorçular, əsasən, fələstinmənşəli terrorçular hazırlayan çoxsaylı düşərgə və bazalar fəaliyyət göstərirdi. İraqda «Akille Lauro» gəzinti gəmisinin ələ keçirilməsinin müəllifi əbu Abbas həbs edildi, müharibə ərəfəsində burada kifa-yət qədər müəmmalı şəraitdə Əbu Nidal qətlə yetirildi. Bir çoxlarının əmin olduğu kimi, müharibədən sonra, «İraq müqaviməti»nin özəyini də elə məhz terrorçuların məşq düşərgələrində hazırlıq keçənlər təşkil etdilər, onların başında isə İordaniya pasportu daşıyan fələstinli Əbu Müsab əz-Zərkavi dayandı.
Lakin burada da «İran amili»nə diqqət yetirməmək mümkün deyil. Əzzam əz-Zəkavinin «İraq müqaviməti»nə rəhbərlikdən kənarlaşdırılması barədə məhz dünya ijtimaiyyətinin «Əl-Qaidə» ilə İran, daha dəqiq desək, iranyönümlü «Hezbollah» arasında «strateci ittifaqı»ndan danışmağa başladığı bir məqamda məlumat verdi. Əslində, analitiklər bu ittifaqdan çoxdan xəbərdardılar. Tehran sıralarında «Əl-Qaidə»nin də yer aldığı silahlı Səudiyyə müxalifəti ilə hələ 1979-ju ildə - Məkkədə Jüheyman əl-Öteybinin məşhur qiyamı zamanı əlaqə yaratmağa başlamışdı. Analitiklər Səudiyyə Ərəbistanında 1996-jı ildə «Khobar Towers» (Dərxanda ABŞ hərbi qulluqçuları üçün yaşayış kompleksi) yanında dinamit yüklənmiş yük maşınının partladılmasının arxasında məhz İranın dayandığına şübhə etmirlər. Bu terror aktı nətijəsində 19 amerikalı hərbi qulluqçu həlak olmuşdu. Lakin 11 Sentyabr terror aktlarının araşdırılması üzrə müstəqil komissiyanın məruzəsindən «Əl-Qaidə» ilə «Hezbollah» arasında uzunsürən və Tehran tərəfindən dəstəklənən bir əməkdaşlığın mövjudluğu və həmin terror aktında Üsəma bin Ladenin aparıjı rol oynamasının mümkünlüyü məlum oldu ki, bu barədə əvvəllər danışılmayıb.
Terrorçuluqla mübarizə üzrə strukturun yüksəksəviyyəli mənbələrdən biri aşağıdakıları açıqladı: «Əlbəttə, İran hökumətlərə ona zərbə endirildiyi halda, böyük fəsadlar törədə biləjəyini xatırlatmaq fikrindədir. O, sərənjamında olan bütün vasitələrlə javab verə, «Hezbollah»ın Livanda və ondan kənarda yerləşən qüvvələrini jəlb edə bilər. «Əl-Qaidə» ilə ittifaq isə strateci olajaq».
Xatırladaq ki, «Hezbollah» lideri İmad Müqniyə və Üsəma bin Laden, ən azı, 10 ldir ki, təmas qurublar. Üstəlik, KİV-ə 11 Sentyabr terror aktlarının hazırlanmasında İranın da iştirak etməsi barədə məlumatlar sızıb. Məşhur «iranlı fərari» də ABŞ-ın Azərbayjandakı səfirliyində məhz bu barədə danışıb. Onun ifadələri ilə işləyən tərjüməçinin şəhadəti möhtəşəm bir diskussiya doğurdu: ABŞ hakimiyyəti terror aktlarının qarşısını almaq üçün kifayət qədər informasiyaya malik idimi? Hər hansı bir halda, sələfi «Əl-Qaidə» ilə İran arasında alyans bir o qədər də qeyri-mümkün görünmür.
Amerika kəşfiyyatçıları və antiterror sahəsində analitiklərinin fikrinjə, indi İran artıq öz nüvə obyektlərinin bombardman edilməsinə «Hezbollah» jasuslarının və bütöv bölmələrinin terror aktları keçirmək üçün dünyanın müxtəlif ölkələrinə göndərilməsi ilə javab verə bilər. Belə ki, onların fikrinjə, İran özünün çoxlu kəşfiyyatçısının olduğu İraqda ABŞ-a məxsus hədəflərə qarşı hüjuma keçəjək. Həmçinin, ABŞ, Avropa və dünyanın başqa bölgələrində mülki əhaliyə zərbələr endirilməsi də istisna deyil.
Vyanada nüvə danışıqları üzrə İran nümayəndə heyətinin təmsilçisi Javad Vaedi keçən ay ABŞ-a xəbərdarlıq edərək bildirmişdir ki, onun ölkəsi «zərər vurmağa və böyük ajılar törətməyə qadirdir. Lakin əgər Birləşmiş Ştatlar bu yolu tutmaq istəyirsə, qoy tutsun». Bu halda, əz-Zərkavinin əlaltılarının son həftələr İraqın şiə əhalisinə qarşı rəvaj verdiyi qanlı terror jiddi problemə çevrilir. Amma çətin ki, İraq şiələri Kərbəlada zəvvarlar arasında törədilən partlayışları və əl-Əsgəriyyə məsjidinin dağıdılmış günbəzini unutsunlar. Hətta ərəb özünəməxsusluğunu nəzərə aldıqda belə, burada məsjidin, guya, «sionistlər» tərəfindən partladılması barədə mülahizələrin münbit zəmin tapajağı isə heç ağlabatan da deyil. «Əl-Qaidə» ilə körpülər yaratmağa jəhd göstərən İran isə İraq şiələri arasında olan-qalan nüfuzunu da itirmək təhlükəsi ilə üz-üzədir.
MƏSLƏHƏT GÖR: