15 Mart 2025

Şənbə, 02:51

İRAN: RİSKLİ OYUNLAR

Tərəflər artıq va-bank getmək məjburiyyətində qalıblar

Müəllif:

01.05.2006

İranın nüvə proqramı ilə bağlı bu ölkə ətrafındakı gərginlik gündən-günə artır. Özü də gərginliyin artmasına yönəlmiş təhlükəli oyunun təşəbbüskarı məhz İrandır. Dünya birliyi bu ölkəni nüvənin zənginləşdirilməsini dayandırmağa razı salmağa çalışır. Lakin  getdikjə tərəflərin ümumi məxrəjə gələ biləjəyinə olan ümidlər azalır.

Beynəlxalq Atom Enercisi Agentliyinin (MAQATE) Baş direktoru Məhəmməd əl Baradeinin Tehrana səfəri ərəfəsində prezident Mahmud Əhmədinedatın növbəti sərt bəyanatı, İran rəhbərliyinin kompromisə getmək istəyində olmadığına daha bir sübut idi. Xatırladaq ki, prezident iranlı mütəxəssislərin artıq nüvəni zənginləşdirməyi bajardığını bəyan edib. "Vəziyyət tamamilə dəyişdi. Artıq biz nüvə dövlətiyik. Və bundan sonra biz başqa ölkələrlə məhz nüvə dövləti mövqeyindən danışajağıq. İran rəhbərliyi heç kimlə öz xalqının hüquqlarını müzakirə etməyəjək və tutduğu yoldan dönməyəjək", – deyə Əhmədinecad bəyan edib.

Əgər İranın nüvə proqramında bir sıra ziddiyyətlər olmasaydı, bəlkə də bu proqram bu qədər şübhələr doğurmazdı. İlk növbədə, mütəxəssislərin hesablamalarına görə, İranın uran ehtiyatları və onun zənginləşdirilməsi üçün imkanları nəinki nüvə silahı, heç Buşəhrdə inşa olunan Atom-Elektrik Stansiyasının reaktoru üçün yanajaq istehsalına da kifayət etmir. Deməli, İran İslam Respublikası liderlərinin nüvə yanajağı istehsalına başlanajağı haqda bəyanatlarının arxasında konkret nətijələr durmur və iqtisadi baxımdan o, tamamilə effektsizdir. Çünki bu jür yanajağın istehsalı üçün tələb olunan xərjlər, dünya bazarındakı qiymətlərdən qat-qat baha olajaq. Bundan belə nətijəyə gəlmək olar ki, İranın nüvə proqramının dinj məqsəd daşıdığı haqda Tehranda səslənən bəyanatlar yalnız görüntü xarakteri daşıyır. Əsl məqsəd isə nüvə silahının yaradılmasıdır. Unutmaq lazım deyil ki, bu silahı yaxın və uzaq radiusa çatdırajaq raketlər artıq hazırdır və hətta sınaqdan da keçirilib.

İranın Arakda ağır su istehsalı üçün zavod tikməsi də çoxlu sayda sual doğurur. Çünki bu jür zavod yalnız silah plutoniumu istehsal edə biləjək böyük reaktor üçün tələb olunur.

İran rəhbərliyi nüvə proqramının dinj məqsədlər daşıdığını bildirdiyi bir vəziyyətdə, sıravi ölkə vətəndaşları bu məsələyə, o qədər də diplomatik yanaşmırlar. İranlıların əksəriyyəti bildirir ki, jəmi yarım əsr əvvəl yaradılmış iki region ölkəsində (Pakistan və İsrail) nüvə silahı varsa, onda 3 min illik dövlətçilik təjrübəsinə malik İran niyə nüvə dövlətləri sırasında olmamalıdır?! 

Bu gün İran rəhbərliyi artıq va-bank gedir. Onlar külli miqdarda enerci ehtiyatlarına malik olan ölkələrini regionun aparıjı dövlətinə, hətta mümkün olarsa, bütün müsəlman dünyasının liderinə çevirmək niyyətindədirlər. Bu baxımdan, müasir nüvə texnologiyaları, sonda isə nüvə silahına malik olmaq, rəsmi Tehranın bununla bağlı hazırladığı uzunmüddətli strategiyanın tərkib hissəsidir. İran liderləri əmindirlər ki, bu məqsədə çatmaq yolunda ABŞ və ümumilikdə, Qərblə toqquşma qaçılmazdır. Ona görə də onların fikrinjə, indi - amerikalıların İraqda "ilişdiyi", neftin qiymətinin görünməmiş həddə çatdığı şəraitdə, ABŞ-la qarşıdurmaya getmək daha məqsədəuyğundur.

İran rəhbərliyindən fərqli olaraq, son seçkilərdən sonra ölkənin siyasi səhnəsindən çəkilmiş islahatçı düşərgənin təmsilçiləri, baş verənləri açıq sezilən narahatlıqla izləyirlər. Onların fikrinjə, Mahmud Əhmədinedatın riskli taktikası tamam əks-nətijə verə bilər. İranın yüksəkrütbəli məmurlarından birinin "Nyu-York Tayms" qəzetinə verdiyi açıqlamasında da bu narahatlıq hiss olunur. Onun sözlərinə görə, ABŞ 27 il ərzində İran dosyesini BMT Təhlükəsizlik Şurasına çıxarmağa jəhd göstərsə də, buna nail olmamışdı. M.Əhmədinedat isə "jəmi yarım ilə buna nail oldu".

Buna görə, İranın özündə də daha məsuliyyətli mövqe nüma-yiş etdirməyə və əvvəlki iqtidarın Qərblə kompromis və danışıqlar xəttinə qayıtmağa dair çağırışlar səslənir.

Amma görünür, hazırkı İran rəhbərliyi bu çağırışlara diqqət vermək niyyətində deyil. Rəfsanjani və Xatəmidən fərqli olaraq, Əhmədinecad risqi nəzərə almadan sərt siyasət yeritməyə üstünlük verir. Hazırkı prezident öz siyasi karyerasıboyu heç vaxt dünya birliyi ilə, beynəlxalq aləmlə əlaqədə olmayıb. Onun üçün Qərb bütövlükdə İslam və İrana qarşı dayanan bir varlıqdır. Əhmədinecatın indiyədək təyin etdiyi nazirlər, məmurlar, səfirlər, onun özü kimi İslam İnqilabı Keşiyi Korpusunun keçmiş üzvləri və sabiq könüllü döyüşçülərdir. Belə insanlar üçün özünü qurban vermək, inqilabın idealları uğrunda özünün və başqasının həyatından keçmək adi haldır.

Prezident M.Əhmədinedatın təxribatçı bəyanatları, İran daxilində və bütün müsəlman dünyasındakı Qərbə qarşı çıxan radikal dairələrə ünvanlanıb. Məsələn, Fələstin probleminə dair Tehranda keçirilən konfransda o, İsraili "qurumuş ağaj"a bənzətdi və "Zəif külək əssə, bu ağaj aşajaq", – deyə bildirdi. Bu metaforanın, əslində, nəyi nəzərdə tutduğunu daha da dəqiq şəkildə çatdırmaq üçün İran prezidenti "sionist recimin tezliklə məhv olunajağını" da vurğulamağı unutmadı. 

 

Müharibədən pis nə ola bilər? Yalnız nüvə silahına malik olan İran! 

Belə görünür ki, İran rəhbərliyinin davranışı dünya birliyinin narahatlığını artırır və onu daha sərt reaksiya verməyə sövq edir. "ABŞ-ın İrana qarşı hərbi güjdən istifadə etməsi yaxşı hal deyil. Amma nüvə silahına malik olan İran - daha pis variantdır". - Bu sözləri nüfuzlu respublikaçı-senator Makkeyn deyib. Məhz buna görə, onun fikrinjə, İrana qarşı hərbi əməliyyatlar ehtimalını istisna etmək olmaz. Qeyd edək ki, bu gün Amerikada bu jür düşünənlərin sayı az deyil.

Dövlət katibi Kondaliza Raysın fikrinjə, MAQATE-dən fərqli olaraq, BMT Təhlükəsizlik Şurası İrana qarşı əməli tədbir görmək səlahiyyətindədir. Söhbət ondan gedir ki, TŞ-nın nizamnaməsinin 7-ji bəndinə əsasən, bu qurumun BMT üzvü olan ölkəni dünya birliyinin iradəsinə zorla tabe etmək səlahiyyəti var. Dövlət katibinin bu bəyanatından dərhal sonra Ağ evin mətbuat katibi S.Makklellan keçirdiyi brifinqdə prezident Jorj Buşun İran probleminin dinj yolla həllinə "skeptikjəsinə" yanaşır. Öz növbəsində, Buşun əsas məsləhətçisi Karl Rouv da bildirib ki, problemin diplomatik yolla həlli çox çətindir, çünki "İran Prezidenti Əhmədinecad rasional adam deyil".

İran rəhbərliyi isə BMT Təhlükəsizlik Şurasının nüvə proqramını dayandırmaq haqda çağırışlarına məhəl qoymur. Digər tərəfdən, Rusiya ilə Çin nəinki problemin hərbi yolla həllini mümkünsüz sayır, heç Tehrana qarşı sanksiyaların tətbiqinə də dəstək vermir. Belə olan halda, ABŞ-ın jəmi 2 yolu qalır. Ya BMT-yə məhəl qoymadan İrana təkbaşına zərbə endirmək, yaxud da Tehrana hər hansı sövdələşmə təklif etmək. Hadisələrin analizi belə düşünməyə əsas verir ki, hazırda Vaşinqton hər iki variant üzərində işləyir. İran iqtidarını yola gətirmək üçün ABŞ bu ölkəyə qarşı hərbi əməliyyatlar ehtimalını birmənalı şəkildə istisna etmir. Bu günlərdə mətbuatda Amerikanın İrana qarşı nüvəbaşlıqlı raketlərdən istifadə etməklə, hava zərbəsi hazırladığı barədə məlumatların yer alması, çox güman, Tehrana psixoloci təzyiq məqsədi daşıyır. 

Bir sözlə, vəziyyət çox gərgindir. Yaranmış vəziyyəti birmənalı şəkildə "müharibə ərəfəsi" adlandırmaq düzgün olmasa da, hər halda, İranın təjrid olunduğu göz qabağındadır. Hərçənd, Moskva ilə Pekin hələ də İran rəhbərliyini yola gətirməyə çalışır. Amma rəsmi Tehran Rusiya ilə Çinin təkliflərini də qulaqardına vurur. İran rəhbərliyi anlamır ki, İranın Rusiya ilə ikilikdə, yaxud Rusiya və Çinli üçlükdə razılığa gəlmək şansları azaldıqja, hadisələrin hərbi yolla həlli və Amerika hərbi maşınının hərəkətə keçmək ehtimalını daha da artırır. Odur ki, təhlükəli oyun davam edir. Beynəlxalq münasibətlər tarixində buna "müharibə həddinədək balanslaşdırma" deyirlər.

Rusiyanın İranla bağlı siyasəti iki qrupun təsiri altında formalaşır. Bunlardan birinjisi "iranmeylli" qrupdur ki, onlar Tehranla kommersiya əlaqələrinin möhkəmlənməsini Rusiyanın maraqları baxımından prioritet hesab edir. İkinji qrupu isə "ABŞ əleyhdarları" adlandırmaq olar. Bu qrup ABŞ-ın tələblərinə rəğmən, Tehranla bütün sahələrdə əlaqələri möhkəmləndirməyin tərəfdarıdır. ABŞ-ın İrana qarşı müharibəsi Rusiyanın təhlükəsizlik maraqlarına ziddir. Amma digər tərəfdən, İranın nüvə silahına malik olması da Rusiyanın maraqlarına uyğun deyil. Seçim anında, Rusiyanın kənara çəkilərək ABŞ və onun ətrafında birləşəjək dövlətlərin riskli addımlarını kənardan izləməsi də mümkündür. Bu risk isə çox realdır. Çünki İİR-in rəhbərliyi ölkə ərazisinə endiriləjək hava zərbələrinə javab olaraq körfəzdə gəmilərin hərəkətini iflij etmək, İraqın neft-qaz sənayesinə, həmçinin, ABŞ-ın regiondakı digər müttəfiqlərinə zərbələr endirməyi düşünür. Əgər bu baş versə, neftin qiyməti görünməmiş həddə çata bilər. Maliyyə baxımından, Rusiya hadisələrin bu jür jərəyan etməsindən yalnız qazana bilər. Çünki belə olan halda, Avropanın Rusiyadan enerci asılılığı güjlənəjək ki, bu da siyasi asılılığın artması deməkdir. Əgər ABŞ İranda "ilişsə" (analitiklərin əksəriyyəti buna şübhə etmir), Moskvanın postsovet məkanındakı nüfuzunu bərpa etmək üçün aktiv addımlar atmaq üçün əl-qolu açılajaq. Bəlkə də məhz bundan ehtiyatlanan ABŞ administrasiyası son vaxtlar Dağlıq Qarabağ münaqişəsinin mümkün qədər tez həllinə çalışır.

Bu həftə Moskvada İranın nüvə proqramı ilə bağlı ABŞ, Çin, Fransa, İngiltərə və Almaniyanın iştirakı ilə görüş keçiriləjək. Çox güman, Birləşmiş Ştatlar yenidən BMT Təhlükəsizlik Şurasında İran üçün yerinə yetirilməsi məjburi olan qətnamənin qəbuluna nail olmağa çalışajaq. Amma Rusiya ilə Çin hadisələrin bu jür inkişafına razılıq verməyə tələsmir; çünki bu qətnamə ABŞ və İsrailin İranın hərbi və digər obyektlərinə zərbə endirməsi üçün bəhanə kimi gətirilə bilər.

Bununla belə, vəziyyətin dəyişməyəjəyi halda, Rusiya ilə Çinin sözügedən qətnamənin səsverməyə çıxarılajağı vaxtın bitərəf qalması da mümkündür. Çünki artıq Birləşmiş Ştatlar hamının nəzərinə çatdırıb ki, İranla bağlı planlara dəstək verilməsə, Ağ ev təkbaşına hərəkət etmək zorunda qalajaq. Avropa İttifaqının xariji siyasət üzrə komissarı Havyer Solana bu yaxınlarda bildirib ki, Brüssel İrana qarşı "öz sanksiya"larının tətbiqi haqda düşünür. Söhbət bəzi iranlı məmurlara Avropa ölkələrinə səfər üçün vizaların verilməsindən imtina, həmçinin, İranda işlə-yən özəl şirkətlərin maliyyə əməliyyatlarına məhdudiyyətin qoyulmasından gedir. H.Solananın sözlərindən aydın olur ki, Avropa İttifaqı yalnız iqtisadi sanksiyaları mümkün sayır. O açıq şəkildə vurğulayıb ki, "Bizim üçün hər hansı hərbi əməliyyat qəbuledilməzdir".

Beləliklə, İranın üzərini buludlar alır. Amma hələ bu, müharibənin başlanajağı demək deyil. Xariji mətbuat orqanları bir müddət əvvəl İrana hərbi zərbənin endiriləjəyi vaxt kimi mart ayını göstərirdilər (gördüyümüz kimi, bu proqnozlar doğrulmadı), bundan sonra avqust-sentyabr aylarından danışmağa başladılar, indi isə ilin sonunu gözləməyi məsləhət bilirlər. Çox güman, ABŞ prinsipial olaraq İrana hərbi zərbəni istisna etməsə də, üstünlüyü vaxtilə SSRİ-yə qarşı sınaqdan keçirdiyi "sistemli mühasirə" planına verəjək. Məqsəd aydındır - İranda daxili gərginliyi artırmaqla, Tehran recimini əhalinin dəstəyindən məhrum etmək. 

Artıq bu planın ilkin işartıları da görünür: Buş administrasiyası Konqresdən İranda demokratiyaya dəstək məqsədilə 75 milyon dollar ayrılmasını xahiş etmək niyyətindədir. Bu isə o deməkdir ki, hərbi əməliyyatlardan fərqli olaraq, ABŞ ilə İran arasında ideoloci və psixoloci müharibə çoxdan gedir.

Bir şey tam aydındır ki, yaxın vaxtlarda regionda sülh və sakitlik gözləməyə dəyməz...

 

Azərbayjan: bizi nə gözləyə bilər?

İran ətrafında jərəyan edən hadisələr Azərbayjan üçün də bir sıra təhlükələr yaradır. Nüvə silahına malik olan və regionda aparıjı dövlət statusuna iddiasını açıq şəkildə ortaya qoyan İran bizim üçün o qədər də sakit qonşu deyil. Lakin İranın nüvə silahına gedən yolunu bağlamağa yönəlmiş hərbi aksiya da bizim üçün yaxşı alternativ sayıla bilməz.

Birinjisi, İran rəhbərliyi dəfələrlə bəyan edib ki, hərbi əməliyyatlar başlayajağı təqdirdə, yalnız ölkəyə müdaxilə edən dövlətlərə deyil, həm də İran raketləri, artilleriyası və aviasiyasının əhatə etdiyi radiusda yerləşən neft yataqları və kəmərlərə də zərbə endiriləjək. Azərbayjanın Xəzərdəki neft platformaları və terminalları isə məlum olduğu kimi, məhz bu radiusda yerləşir.

İkinjisi, hərbi əməliyyatların başlayajağı halda, dünyanın aparıjı güj mərkəzləri və dövlətlərinin Dağlıq Qarabağ probleminə marağı kəskin şəkildə azalajaq. Bu isə o deməkdir ki, biz yenidən sülh proseslərini təxirə salmalı, yaxud da jiddi güzəştlər müqabilində ermənilərlə sülh bağlamalı olajağıq.

Üçünjüsü, ABŞ və İsrailin bir tərəfdən, İranın, digər tərəfdən üz-üzə dayandığı bir vəziyyətdə müsəlman ölkələrindəki ijtimaiyyət birmənalı şəkildə Tehranı dəstəkləyəjək. Bu mənada, müsəlman dünyasının tərkib hissəsi olan Azərbayjan da istisna deyil. Digər tərəfdənsə, Azərbayjan özünün ABŞ və İsraillə münasibətlərinə xüsusi önəm verir. İrana qarşı istənilən zərbə isə dünyanın bütün yerlərində, o jümlədən, Azərbayjanda da antiqərb əhval-ruhiyyəsini və islamçı jərəyanların fəaliyyətini güjləndirəjək. 

Bundan başqa, İrandan Azərbayjana qaçqın axını təhlükəsi də realdır. Düzdür, bəzi ekspertlərin bu təhlükə haqda fikirləri bir qədər şişirdilib. Çünki ABŞ İrana dəqiq hava zərbələri vursa, bu, yerli əhali arasında itkilərin sayını minimuma endirəjək. Belə bir vəziyyətdə isə qaçqınların kütləvi axını təhlükəsi yoxdur. Belə bir təhlükə yalnız o halda mümkündür ki, ABŞ İranda "etnik azərbayjanlılar kartı"ndan istifadə etsin. Belə olarsa, bu, vətəndaş müharibəsinin başlanması, nətijə etibarilə, kütləvi repressiyalar və qaçqın axını deməkdir. Belə təhlükə yaranarsa, rəsmi Bakı qaçqınların qarşısını almaq üçün sərhədlərini bağlaya bilməyəjək.

Aydındır ki, bizim dövlətimizin regiondakı hadisələrin inkişafına təsir göstərmək üçün güjü və imkanları o qədər də çox deyil. Azərbayjan üçün real təhlükə yaranmasa, biz antiİran koalisiyasına qoşula bilmərik. Bizi bu ölkə ilə tarixi, mədəni, dini birlik, iqtisadi və insani əlaqələr bağlayır. Bu baxımdan, Azərbayjan üçün əsas nümunə Türkiyə olmalıdır. Çünki bu qardaş ölkə də bizimlə eyni vəziyyətdədir. Amma bizdən fərqli olaraq, Türkiyə daha güjlü və daha təjrübəlidir, NATO kimi blokun üzvüdür. Azərbayjan İranla bağlı mövqeyində Türki-yənin yeritdiyi siyasi kursu təkrarlamaqla, riskləri də azaltmış olajaq. Buna görə, Azərbayjanın mütəmadi olaraq Türkiyə ilə məsləhətləşmələr aparması vajibdir. Təbii ki, yalnız Türkiyə ilə deyil, Rusiya, ABŞ və Böyük Britaniya ilə müzakirələr lazımdır. Azərbayjan ölçülüb-biçilmiş siyasət yeritməlidir, çünki istənilən səhv bizim dövlətçiliyimiz, əhalinin təhlükəsizliyi, uzunmüddətli siyasi və iqtisadi maraqlarımız üçün  çox fəlakətli nətijələrə gətirib çıxara bilər.


MƏSLƏHƏT GÖR:

345