15 Mart 2025

Şənbə, 02:57

DNESTRYANI-SONU GÖRÜNMƏYƏN YOL

Bölgənin iqtisadi blokadaya alınması, ilk növbədə, Rusiyanın maraqlarına javab verir

Müəllif:

01.05.2006

Dnestryanı münaqişənin mövjud olduğu 15 il ərzində, görünür, dünya ijtimaiyyəti Ukrayna ilə Moldova arasında yerləşən, müstəqilliyi heç kəs tərəfindən tanınmayan, lakin iqtisadi və siyasi jəhətdən, faktik olaraq, müstəqil olan və açıq şəkildə Rusiyanın dəstəyinə arxalanan Dnestryanı Respublikanın mövjudluğuna öyrəşib. Məlum olduğu kimi, 2006-jı ilin əvvəlinədək stabil iqtisadi vəziyyət Dnestryanı Respublikaya özünün qeyri-rəsmi "müstəqilliyinə" qarşı yönələn bütün təhlükələri dəf etməyə imkan verirdi. Məsələ burasındadır ki, Tirospol, Kişinyov, Moskva və Kiyev arasında əldə olunmuş razılaşmaya əsasən, 1997-ji ildən etibarən Dnestryanı Respublikanın xariji iqtisadi fəaliyyətinə heç bir məhdudiyyət qoyulmurdu. Nətijədə, orada kifa-yət qədər güjlü iqtisadi və siyasi elita formalaşmışdı və həmin elita öz gəlirlərini Moldova ilə bölüşməyi qətiyyən düşünmürdü. Bu ilin mart ayından etibarən isə Moskvadan "jiddi şəkildə injimiş" Kişinyov Kiyevin dəstəyi ilə Dnestryanı Respublika ilə sərhəddə gömrük blokadası tətbiq etməyə qərar verdi və bununla da vəziyyət kökündən dəyişməyə başlandı.

 

Münaqişənin tarixçəsi

Sovetlər Birliyindən miras qalmış digər münaqişə ojaqlarında olduğu kimi, Kişinyovla Tiraspol arasında münasibətlər 1980-ji illərin sonundan etibarən gər-ginləşməyə başladı. Sovet İttifaqının dağılajağı hiss olunmağa başlayan zaman Moldova siyasətçilərinin bir qismi qəti surətdə olaraq ölkənin Rumıniyaya birləşməsi tələbini irəli sürməyə başladı. Buna javab olaraq, etnik moldovanların azlıq təşkil etdiyi Dnestryanı bölgədə (burada əhalinin əksəriyyəti ruslar, qaqauzlar və ukraynalılardır) etiraz aksiyalarına başladılar. Rus dilinin dövlət dili statusunun ləğvi məsələsi vəziyyəti daha da gərginləşdirdi. Nəhayət, 1990-jı ilin yanvarında Dnestryanı Respublikanın paytaxtı Tiraspolda keçirilən referendumda ərazi müstəqillik statusu əldə etdi. Referendum nətijəsində Tiraspol şəhərinə "müstəqil ərazi" statusu verildi, tezliklə Dnestryanıdakı digər şəhərlər də analoci status aldı.

1991-ji il avqustun 27-də isə Moldova Respublikasının parlamenti ölkənin müstəqilliyinə səs verdi. Amma artıq həmin vaxtadək Dnestryanı Respublika müstəqil dövlətin parlament, prezident və milis bölmələri kimi atributlarına malik idi.

1992-ji ilin martında Dnestryanı Respublikaya məxsus qvardiyanın əsgərləri Dubosarsk polis postuna hüjum etdi. Qeyd edək ki, bu, Dnestryanı bölgədə Kişinyovun nəzarətində qalmış sonunju obyekt idi. Bu hüjumla, faktik olaraq, regionda ağır texnikadan istifadə edilməklə genişmiqyaslı müharibə başlandı. Maraqlıdır ki, Moldovanın milli ordusu yalnız 1992-ji ilin mayında yaradıldı. Həmin vaxtadək Kişinyov, faktik olaraq, polis qüvvələri hesabına vuruşurdu.

Hələ həmin ilin aprelində Rusiya Dnestryanı Respublikada yaşayan rusdilli əhalini müdafiə edəjəyinə söz vermiş, vitse-prezidennt Aleksandr Rutskoy isə bölgəyə müstəqillik verilməsini tələb etmişdi. İyunun sonunda Moldova öz ordusunu Bendera şəhərinə tərəf istiqamətləndirərək, oranı nəzarətinə keçirməyə çalışısa da, artıq avqust ayında şəhər ilk dəfə olaraq, general Lebedin rəhbərliyi altında olan Rusiya hərbi qüvvələrinin 14-jü alayı vasitəsilə Moldova və Dnestryanı Respublika hissələrinə ayrıldı. Həmin vaxtdan Rusiya qüvvələri daimi olaraq regionda qaldı, müharibə isə 6 ay davam etdi. Elə həmin ilin payızında Rusiya, Ukrayna və Rumıniya ATƏT-in təşəbbüsü ilə münaqişənin həllinə nail olunması üçün ekspert qrupu yaratdı və  tərkibində Rusiya, Ukrayna və Moldova əsgərlərinin təmsil olunduğu sülhməramlılar Dnestryanı Respublikanın bütün sərhədi boyunja yerləşdirildi. Mübahisəli ərazinin statusu ilə bağlı danışıqlara isə 1993-jü ildə başlanıldı.

 

Mənfəət naminə yardım

Həmin vaxtdan 13 il keçməsinə baxmayaraq, münaqişə əvvəlkitək həll olunmamış qalır. Regionda qalan gərginlik savaşın istənilən an qızışma ehtimalını saxlayır. Bu ilin mart ayının əvvəlində tanınmamış respublikanın prezidenti İqor Smirnov rəhdərlik etdiyi qurumun problemin çözülməsi ilə bağlı aparılan danışıqlar prosesindən çıxdığını bəyan edib. Onun fikrinjə, Dnestryanı Respublikanın sərhədlərinin bağlanmasından sonra "5+2" formatında (Moldova, Dnestryanı Respublika, Rusiya, Ukrayna, ATƏT, ABŞ, Avropa Birliyi) danışıqların aparılmasının heç bir mənası yoxdur. "Danışıqlar prosesində iştirak edən, vasitəçi və qarantlardan biri olan Ukraynanın açıq-aydın Moldovanın tərəfində dayandığı bir şəraitdə, danışıqlar prosesinin müsbət nətijələnəjəyini gözləmək olmaz", - deyə Smirnov bildirib.

Tiraspolu bu jür bəyanat yaymağa, "respublika"da iqtisadi vəziyyətin gündən-günə ağırlaşması vadar edib. Məlum olduğu kimi, Ukraynanın bu tanınmamış respublika ilə sərhəddə yeni gömrük qaydaları tətbiq etməsindən sonra, Dnestryanıdakı sənaye müəssisələri öz məhsullarını xarijə ixraj edə bilmir. Məhz bu səbəbdən, aprelin ortalarından etibarən, Dnestryanıdakı ən böyük sənaye müəssisəsi - Moldova metallurq zavodu öz fəaliyyətini dayandırmağa məjbur olub. Dnestryanı Respublikanın iqtisadiyyat naziri Yelena Çernenkonun sözlərinə görə, zavod son dərəjə ağır vəziyyətə düşdüyünə görə, müəssisənin rəhbərliyi bu jür qərar qəbul etmək məjburiyyətində qalıb. Məlumata görə, dayandığı hər gün ərzində zavod 1 milyon dollar itirəjək, istehsal dövriyyəsinin pozulması isə daha ağır nətijələrə gətirib çıxara bilər.  

Məsələ ondadır ki, hələ SSRİ dövründə Moldovanın ixrajyönümlü sənaye müəssisələrinin bir hissəsi Dnestryanı bölgədə yerləşirdi. Məhz bunun nətijəsidir ki, 2005-ji ildə tanınmamış respublikanın xariji tijarət dövriyyəsi yarım milyard dollara yaxın olub. Bölgənin MDB ölkələrinə ixrajı 308,4 milyon dollar təşkil edib. Rusiyaya ixraj 231,5 milyon, Ukraynaya 12,8, Moldovaya isə 59,4 milyon dollar olub. Lakin Ukrayna ilə Moldova arasında Dnestryanı Respublika mallarının tranziti haqda əldə olunan yeni razılaşmadan sonra, Kişinyov faktik olaraq, bölgənin xariji tijarət dövriyyəsinə nəzarəti tam ələ keçirib. "Respublika"nın İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, bu qərarın qüvvəyə minməsindən sonra, bölgə iqtisadiyyatına 102,231 milyon dollar ziyan dəyib. Sosial Fond isə 6 milyon 291 min dollar kasıblayıb. Maraqlıdır ki, Moldovaya dəstək verən Ukrayna, gömrük qaydalarını sərtləşdirərkən, Dnestryanıda 250 minə yaxın ukraynalının yaşadığını da nəzərə almayıb.

Bütün bunları nəzərə alan ekspertlərin bölgənin iqtisadi vəziyyəti ilə bağlı verdiklər proqnozlar optimizmdən çox uzaqdır. Təhlillərdə qiymətlərin artımı ilə bağlı əhalinin narahatlığının günbəgün artması əksini tapır. Bundan başqa, yerli müşahidəçilər bildirirlər ki, bölgədəki müəssisələrin rəhbərləri artıq öz obyektlərini Moldovada qeydiyyatdan keçirməyi düşünsə də, onlar Dnestryanı rəhbərliyinin təzyiqləri ilə üzləşirlər. Əgər bu haqda deyilənlər həqiqətdirsə, onda belə çıxır ki, Dnestryanı özü-özünü blokada vəziyyətinə salır. Əgər Kişinyov yaranmış gərgin vəziyyətdən öz maraqları üçün istifadə edərək bölgəni "dalana dirəyərsə", bu, hətta hərbi əməliyyatların bərpasına da gətirib çıxara bilər.

Bu şəraitdə Rusiyanın mövqeyi də maraq kəsb edir. Moskva Dnestryanı əhalisinin iqtisadi blokadada sıxılmaması və vəziyyətin gələjəkdə daha ağır hal almasına yol verməmək üçün,  bölgəyə təmənnasız yardım göstərməyə hazır olduğunu bəyan edib. Lakin dərindən baxdıqda görünür ki, bu yardım heç də iddia olunduğu kimi, təmənnasız deyil. Belə ki, Rusiya ayırdığı kreditlərin əvəzində Dnestryanıdakı dövlət mülkiyyətinin girov qoyulmasını istəyir. Yəni əgər göstərilən vaxt ərzində ssuda qaytarılmasa, yerli zavod və kombinatlar Moskvanın mülkiyyətinə keçəjək. Rusiyaya veriləjək girovlar sırasında isə bölgənin iqtisadi jəhətdən uğurlu və rəqabətədözümlü müəssisələrinin adı çəkilir. Beləliklə, Rusiya Moldovanın "sakit şəkildə" ələ keçirmək istədiyi bölgəni tam nəzarətə götürmək niyyətindədir. Lakin çox guman ki, məqsədlərə "səs-küysüz" çatmaq mümkün olmayajaq. Belə ki, baş verənlər hələ ötən il Rusiyanı xəbərdar etmiş Moldova siyasətçilərinin jiddi təpkisinə səbəb olub. Qeyd edək ki, onlar bir il əvvəl Dnestryanı Respublikada fəaliyyət göstərən Rusiya investorlarının nəzərinə çatdırmışdılar ki, Dnestr çayının iki sahilinin birləşməsindən sonra, onlar əllərində olanı itirəjəklər. Başqa sözlə, Rusiya investorlarının imzaladıqları bütün razılaşmalar qeyri-legitim hesab olunajaq.

 

Regionun əsas "alver kartı"

Bu il aprelin 12-də İqor Smirnov Dnestryanı Respublikanın Ali Sovetinə Moldova ilə konfederasiyanın yaradılmasına dair 1993-jü ildə qondarma respublika parlamentinin qəbul etdiyi qərarın ləğv olunmasını təklif edib. Parlamentin beynəlxalq əlaqələr və xariji siyasət komissiyasına üzv olan deputatlar prezidentin təşəbbüsünü dəstəkləyirlər. Komissiyanın sədri Sergey Çebanın sözlərinə görə, Kişinyov rəhbərliyi vaxtilə federativ və ya konfederativ dövlətin yaranması imkanlarından imtina edərək, unitar dövlətə üstünlük verib.

Bu məsələ ilə əlaqədar Moskvanın 2003-jü ilə münaqişə tərəflərinə təqdim etdiyi "Kozak planı"nı xatırlatmaq yerinə düşər. Sənəd özündə Moldova və Dnestryanı Respublikanın vahid federativ dövlətdə birləşməsini əks etdirirdi. Plana əsasən, gələjək dövlətin tam demilitarizasiyası həyata keçirilməli, bu zaman regionda Rusiyaya məxsus sülhməramlılar saxlanılmalı, rus dili dövlət dili statusu almalı, həmçinin, Dnestryanı Respublikanın hökuməti yeni federativ dövlətdə Moldovadan olan həmkarları ilə eyni hüquqlara malik olmalı idi. Lakin sənəd Moldova Prezidenti Vladimir Voronin tərəfindən rədd edildi və həmin vaxt Rusiyanın kütləvi informasiya vasitələri, rəsmi Kişinyovun rədd javabında Vaşinqtonun rolu olduğunu iddia edirdi.

Nə qədər təəjjüblü səslənsə də, aydındır ki, Dnestryanı Respublika və Moldova bu münaqişənin əsas iştirakçıları deyillər. Dnestr boyunja uzanan ensiz ərazi artıq çoxdandır ki, Rusiya, ABŞ, Avropa Birliyi, NATO, həmçinin, Rumıniya və Ukraynanın iştirak etdiyi böyük geosiyasi oyunda istifadə olunan "əsas kart"dır. Məsələn, Kiyev "gömruk blokadası"nı tətbiq etməklə, bu ilin qışında Rusiya ilə Ukrayna arasında yaşanan "mavi qaz müharibəsi" fonunda Kişinyova açıq şəkildə dəstək verdi. Və ya "qaz böhranı"nın məhz Rusiyadan aralanaraq, NATO və Avropa Birliyinə inteqrasiya yolu göturmuş "narınjı" Ukraynada üzə çıxması təsadüf deyildi. Digər tərəfdən, Şimali Atlantika Alyansının və Avropa Birliyinin genişlənməsi Rusiyada jiddi təhlükə kimi qəbul olunur. Bütün bunları nəzərə alsaq, belə prinsipial oyunların getdiyi regionda "əsas kartlar"sız keçinmək mümkün deyil.

Bu baxımdan, son dövrlərdə Qərb üzərində hərbi üstünlüyünü itirən Rusiya, strateci nöqteyi-nəzərdən, Dnestryanını əlverişli hərbi plasdarm kimi qəbul edir. Bu plasdarm vasitəsilə Rusiya Şərqi Avropaya hərbi-siyasi təsir imkanını bərpa etməyi düşünür.

Burada, həmçinin, bir sıra əlavə detallar, məsələn, bir müddət əvvəl ABŞ hərbi bazalarının Rumıniyada peyda olması, Rusiyanın Qara Dəniz Donan-masındakı vəziyyəti və s. faktorlar da nəzərə alınmalıdır. Belə şəraitdə siyasi alver həllediji əhəmiyyət daşıyır.

Bununla yanaşı, aydındır ki, Dnestryanı Respublikada hərbi əməliyyatların bərpa olunması Rusiya üçün, çətin ki, sərfəli ola. Lakin problemin tam həll olunması da, görünür, Kremlin planlarına daxil deyil. Çünki artıq uzun illərdir, Dnestryanı bölgə Rusiyanın regiondakı maraqlarını həyata keçirməsi üçün özünəməxsus rıçaq rolunu oynayır.

Situasiya kifayət qədər tanışdır, deyilmi? Ax, eyni sözləri Dağlıq Qarabağ münaqişəsi haqda da söyləmək olar. Çünki bu münaqişədən də Rusiyanın Jənubi Qafqaza təsiri baxımından istifadə edilir.

 

Dnestryanı və Qarabağı Kosovo ilə səhv salmayın!

 

İlk baxışdan, Dağlıq Qarabağ münaqişəsi ilə Dnestryanı problemi arasında kifayət qədər paralellər aparmaq mümkündür. Məsələn, Qarabağdakı separatçı recim "müstəqillik" elan etmək üçün "referendum" keçirib, Dnestryanıda da tez-tez bu jür referendumun keçiriləjəyi haqda hədələr səslənir. Bir müddət əvvəl Dnestryanı respublikanın blokada əleyhinə Koordinasiya Şurası adlanan qurum bəyan edib ki, bölgənin tam müstəqilliyinin elan edilməsi üçün ümumxalq səsverməsi artıq bu ilin iyununda keçirilməlidir. Şübhəsiz, Dağlıq Qarabağda referendumun keçirilməsi haqda fikirlər Bakının qəti etirazına səbəb olduğu kimi, Dnestryanı bölgəyə məxsus sözügedən şuranın təşəbbüsü də Kişinyovu hiddətləndirəjək. Məsələ ondadır ki, Azərbayjan Respublikasının Konstitusiyasına əsasən, bu və ya digər məsələ ilə bağlı referendum ölkənin bütün ərazisində keçirilməlidir və bu o deməkdir ki, belə bir referendum baş tutarsa, səsverməyə Azərbayjanın bütün əhalisi qatılmalıdır. Beləliklə, referendum baş tutarsa, müstəqillik tələb edən separatçıların səsi ümumi səslərin içərisində itib-batajaq.

O da sirr deyil ki, son zamanlar Dnestryanı Respublika da Dağlıq Qarabağ separatçıları kimi Kosovoya ümidlə baxır. Çünki Balkanlardakı bu bölgə müstəqillik əldə edərsə (əksər ekspertlər düşünürlər ki, bu məsələ artıq praktik olaraq həll edilib), Kosovo modeli postsovet məkanında mövjud olan ərazi münaqişələrinin çözülməsində presedent ola bilər. Lakin Balkan münaqişəsinin tarixi və nüansları heç bir variantda keçmiş SSRİ ərazisində mövjud olan münaqişələr ilə üst-üstə düşmür.

Müstəqil politoloq Rasim Musabəyov da hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli, çox güman ki, dünya praktikasında mövjud olan hansısa presedentlərlə deyil, daxili məntiqlə müəyyənləşəjək. 

Eyni sözləri Dnestryanı problemi haqda da söyləmək olar.


MƏSLƏHƏT GÖR:

405