
DİPLOMATLAR SUSURSA, TOPLAR DİLLƏNİR
Bu gün regiondakı sabitliyə ən böyük təhlükə -ATƏT-in Minsk qrupunun qeyri-ardıjıl və dürüst siyasət yeritməməsidir
Müəllif: Nurani Bakı
Azərbayjan və Ermənistan prezidentlərinin Rambuye görüşünün uğursuzluqla nətijələnməsindən sonra ATƏT-in Minsk qrupunun həmsədrləri yenidən nəzərəçarpajaq aktivlik nümayiş etdirirlər. İndi vasitəçilər regiona tək-tək səfər edirlər və inandırmağa çalışırlar ki, bu, hər hansı xüsusi siyasi məna daşımır. Rambuye göruşundən sonra Minsk qrupunun amerikalı həmsədri Stiven Mənn, ABŞ dövlət katibinin müavini Daniel Frid Azərbayjana səfər edib. Lakin Stiven Mənn həm də enerci diplomatiyası üzrə xüsusi nümayəndə vəzifəsini daşıdığından, onun səfərlərinin yalnız Dağlıq Qarabağ problemi ilə bağlı olduğunu düşünmək düzgün deyil.
Onun ardınja regiona Minsk qrupunun fransalı həmsədri Bernar Fasye gəldi və Bakıda kifa-yət qədər səs-küylü mətbuat konfransı ilə yadda qaldı. Rambuye görüşünün nətijəsini diplomat belə şərh etdi: "ATƏT-in Minsk qrupunun həmsədrləri prezidentlərin Rambuye görü-şündə nətijənin əldə edilməməsindən təəssüflənir". O, Rambuye görüşünün detalları haqda curnalistlərə hər hansı açıqlama verməyəjəyi haqda xəbərdarlıq etsə də, onun Köçəryanın "tualet diplomatiyası"na işarəsi, kifayət qədər, aydın səsləndi.
Bernar Fasye xüsusi olaraq vurğuladı ki, uğursuz Rambuye görüşündən sonra da danışıqlar prosesi davam edir və indi 2005-ji ildə görülmüş işləri davam etdirmək olar. Curnalistlərə ötən il üçün "diplomatik statisitika" təqdim edən fransalı həmsədr (vasitəçilər iki ölkənin xariji işlər nazirləri ilə 12 görüş keçirib, 3 dəfə regiona səfər edib, 7 dəfə bir, 8 dəfə isə digər prezidentlə görüşüblər. Həmçinin, ATƏT-in faktaraşdırıjı missiyası regiona baş çəkib, Azərbayjan və Ermənistan prezidentləri arasında Varşava və Kazanda olmaqla iki görüş keçirilib) bildirdi ki, dövlət başçılarının Rambuye görüşündən sonra vasitəçilər Vaşinqtonda bir araya gələrək situasiyanı ABŞ rəhbərliyi ilə müzakirə ediblər. O, əvvəllər belə müzakirələrin Paris və Moskvada da keçirildiyini xatırladıb. Məhz həmin müzakirələr amerikalı həmsədr Stiven Mənnin və dövlət katibinin müavini Daniel Fridin regiona səfərini mümkün edib. Bu səfərin nətijələri isə həmsədrlərin İstanbul görü-şündə müzakirə edilib. Bundan başqa, Azərbayjanın və Ermənistanın xariji işlər nazirləri Vaşinqtonda olublar, ayrıja olaraq Vardan Oskanyan Moskvaya da baş çəkib.
Bu ilin yazında da regionu nəzərəçarpajaq diplomatik aktivlik gözləyir: Minsk qrupunun amerikalı həmsədri Stiven Mənn artıq regiona baş çəkib və bir müddət sonra onun rusiyalı həmkarı Yuri Merzlyakovun da analoci səfəri gözlənilir. Mayın əvvəlində isə vasitəçilər Moskvada apreldə aparılan danışıqların nətijələrini müzakirə edəjəklər. Həmin görüşdə təməl razılaşmasının əsas prinsiplərinin yenidən razılaşdırılması, həmçinin, vasitəçilərin regiona daha bir səfəri nəzərdən keçirilməsi planlaşdırılıb. Bernar Fasye ümid edir ki, bu vaxt ərzində Azərbayjan və Ermənistan prezidentlərinin növbəti görüşün keçirilməsi haqda razılığını almaq mümkün olajaq.
Bunlarla yanaşı, diqqəti jəlb edən başqa bir məqam da var. Bernar Fasye yalnız "quru hesabat"la kifayətlənməyərək, Azərbayjanda ijtimai rəyə təsir etməyə də çalışdı. O, qoşunların təmas xəttində atəşkəsin tez-tez pozulmasından narahatlığını ifadə edərək, uğursuz Rambuye görüşündən sonra hər iki tərəfin kəskin bəyanatlar səsləndirməsinin də narahatlıq yaratdığını bildirdi. "Müharibə ən pis variantdır", - deyən fransalı diplomat hesab edir ki, savaş başlayarsa, onun nə vaxt bitəjəyini kimsə proqnozlaşdıra bilməz. Diplomat vasitəçilərin Londonda tərəfləri münaqişənin sülh yolu ilə çözülməsinə sadiqlik nümayiş etdirməyə çağıran bəyanat verdiklərini də xatırlatdı. Bernar Fasye bildirdi ki, müharibə çağırışları edənlər, əslində, yeni qurbanlara, yeni dağıntılara və qaçqınların sayının artmasınaa çağırırlar. "Azərbayjan anlamalıdır ki, müharibə onun çiçəklənməkdə olan iqtisadiyyatına təhlükədir. Azərbayjan prezidenti bəyan etmişsə ki, münaqişənin sülh yolu ilə tənzimlənməsinə yüzdəbir faiz şans varsa, ondan istifadə etmək lazımdır. Mən dövlət başçısının bu fikri ilə tamamilə razı-yam", - deyə Minsk qrupunun həmsədri bildirib. Bundan başqa, diplomat "tənzimləmə fəlsəfəsi"ni də ətraflı şərh edib. Onun sözlərinə görə, istənilən sülh razılaşması hər iki tərəfin istəyini 100 faiz reallaşdıra bilməz. Lakin elə variant ola bilər ki, tərəflər 50 faiz razı qala bilərlər. Hətta onların hansısa məsələdən 80 faiz qane olması da mümkündür. B.Fasye curnalistləri "təjavüzkar", "təjavüz qurbanları" kimi ifadələrdən uzaq olmağa, "irəli baxmağa" çağırıb. "Avtomobili daim güzgüdən arxaya baxmaqla idarə etmək olmaz. Bu, qəza ilə nətijələnər", - deyə vasitəçi bildirib.
Keçmişi unutmaq və irəli getmək haqda diplomatın səsləndirdiyi məsləhətlər auditoriyanın tamamilə başadüşülən reaksiyası ilə üzləşib. Curnalistlər Bernar Fasyeyə Napoleonun Avropanı zəbt edərkən "avtomobilin güzgüsündə arxaya baxmadığını" xatırladıblar (fransız həmsədrin javabı isə belə olub: "Mən sizə məsləhət görürəm ki, bir neçə il əvvəl baş vermiş hadisələrin dərinliyinə getməyəsiniz, siz isə orta əsrlərdən misal çəkirsiniz") və maraqlanıblar ki, Fransanın torpaqları işğal altında olarsa, Paris neçə il danışıqlar aparmağa razılıq verərdi?
Tərəflərə təqdim olunan "baza prinsipləri"ndə hərbi jinayətlər və bəşəriyyətə qarşı jinayətlər törətmiş şəxslərin jəzalandırılmasının əks olunub-olunmaması haqda suala javabında Bernar Fasye digər münaqişələrin həlli təjrübəsinə mürajiət etməyə çağırıb. O, xüsusilə, Bosniya müharibəsini misal çəkib: günahkarların məsuliyyətə jəlb edilməsinin yollarının axtarılması yalnız sülhə nail olunmasından sonra mümkündür. "Münaqişəni onun yaranma səbəbinə diqqət ayırmadan həll etmək mümkündürmü?" sualına da fransalı diplomat "irəli getməin vajibliyi" haqda məsləhəti ilə javab verib. O bildirib ki, sülhə nail olunduqdan sonra iki ölkə gələjəkdə oxşar hadisələrin yaşanmaması üçün hansı addımların atılmalı olduğunu müzakirə edə bilər. Ümumiyyətlə, qalmaqal həddinədək çatan emosiyalar, curnalistlərin suallardan çox, öz ölkələrinin mövqeyini açıqlaması, tarixi faktlarla bağlı mübahisələr - bütün bunlar Fasyenin mətbuat konfranslarının tərkib hissəsinə çevrilib. Fransalı diplomatdan fərqli olaraq, amerikalı həmsədr S.Mənn daim standart jümlələrlə javab vermək və mübahisələrə qoşulmamaq taktikasından istifadə edir.
Bernar Fasyenin Minsk qrupunun digər həmsədrləri ilə müqayisədə həqiqətən də curnalistlərlə daha açıq danışıb-danışmaması haqda uzun-uzadı fikir yürütmək olar. O, həqiqətən, curnalistlərlə açıq ünsiyyət qurandır, yoxsa o, curnalistlərlə ünsiyyətə girərək sülh prosesini ijtimai rəyə daşımağa çalışır? Bütün bu və ya digər mübahisələrin fonunda başqa bir məsələ praktik olaraq diqqətdənkənarda qaldı. Bu ilin mayında region atəşkəs haqda razılaşmanın 12 illiyini qeyd edəjək. Bu müddət ərzində problem tamamilə danışıqlar mərhələsinə keçib. Lakin hərbi əməliyyatların bərpa edilməsi təhlükəsi bu gün heç vaxt olmadığı qədər aktual görünür. Qoşunların təmas xəttində son vaxtlar davam edən gərginliyi nəzərə alsaq, bu fikir bir daha təsdiq olunar. Ermənistan isə açıq-aşkar güj nümayişinə başlayıb. Dağlıq Qarabağda növbəti dəfə "komanda-qərargah təlimləri" adlandırılan hərbi oyunlar keçirilir. Separatçıların "müdafiə nazirliyi"nin mətbuat katibi Senor Asratyan bildirib ki, "Təlimlərin ilkin mərhələsinin nətijələri göstərdi ki, respublika ordusu onun qarşısına qoyulajaq istənilən vəzifəni yerinə yetirmək üçün tələb olunan hərbi hazırlığa malikdir". Onun sözlərinə görə, təlimlər 2006-jı il üçün ordu hazırlığı planına əsasən aparılır: "Bu tədbirlərin keçirilməsində məqsəd Silahlı Qüvvələrin hərbi güjünün müəyyənləşdirilməsi, müdafiə və əks-hüjum əməliyyatlarında onların fəaliyyətinin koordinasiya edilməsinin təşkilidir".
Amma bu səs-küylü bəyanatlara baxmayaraq, mütəxəssislər bildirirlər ki, "komanda-qərar-gah təlimləri" adlanan bu tamaşa, əslində, "kabinetdə keçirilən hərbi oyun"dur. Buna rəğmən, bu "təlimlər"in xüsusilə mətbuatda geniş təbliğ edilməsi bəzi suallar yaradır. Heç şübhəsiz, Qarabağda keçirilmiş bu "təlimlir" son vaxtlar erməni ordusunun Azərbayjan Silahlı Qüvvələrinin müdafiə istehkamlarını müəy-yənləşdirmək üçün etdiyi jəhd-lərlə birbaşa bağlıdır.
Bundan başqa, ermənilər Azərbayjan prezidentinin danışıqlar prosesinin nətijə verməyəjəyi təqdirdə, ölkənin işğal olunmuş torpaqları hərbi yolla azad etmək güjündə olması haqda bəyanatına hansısa yolla reaksiya verməli idi. Kəskin bəyanatlarla nə üçün məhz rəsmi Bakının çıxış etdiyi məlumdur: məhz Azərbayjan öz torpaqlarını itirib və bu əraziləri ya sülh, ya müharibə yolu ilə azad etməlidir. Ermənistan isə status-kvonun dəyişməsində maraqlı deyil. Həm də aparılan danışıqlar prosesində məğlub olmaq Robert Köçəryan üçün siyasi intihar olardı. Nəzəri baxımdan, vəziyyəti yalnız dünya ijtimaiyyətinin Ermənistana təzyiqini artırması yolu ilə dəyişmək mümkündür. Lakin ATƏT-in Minsk qrupu hələlik işğalçı ilə işğalın qurbanını bir-birindən ayırmaqda belə "çətinlik çəkir".
Halbuki Minsk qrupunun hazırkı tərkibi müəyyən olunan vaxt, çoxları bu heyəti çox nikbinliklə qarşılamışdı. Çünki dünyanın ən nüfuzlu güj mərkəzlərini - ABŞ, Rusiya və Avropa İttifaqının təmsilçisi olan Fransanın problemin həlli prosesinə qoşulması, çoxları üçün ən ideal variant kimi görünürdü. Amma tezliklə aydınlaşdı ki, Vaşinqton, Moskva və Paris ayrı-ayrılıqda regionda öz maraqları uğrunda mübarizə aparır. Münaqişə tərəfləri isə, Heydər Əliyevin təbirinjə desək, çox vaxt "vasitəçilərin özləri arasında vasitəçilik etməli olurdu".
Problem ondadır ki, Minsk qrupu ABŞ, Rusiya və Fransanın vasitəçilik missiyasını birləşdirsə də, onların regiondakı maraqlarının "ümumi məxrəjə" gətirilməsini təmin etmədi.
Əlbəttə, iddia etmək olar ki, Minsk qrupu regionda baş verən bütün prosesləri nəzərə alır. Amma bu qrupun ABŞ, Rusiya və Avropa İttifaqı arasındakı fikir ayrılıqlarını həll etməyə qadir olan işlək mexanizm olduğuna inanmaq sadəlövhlük olardı. Ən azı, Minsk qrupunda təmsil olunan diplomatlar bunu bajarmazlar. Çünki bu diplomatlar, belə demək mümkündürsə, ayrı-ayrı çəki dərəjələrindədirlər. Məsələn, ABŞ-ı qurumda təjrübəli və bir sıra enerci layihələrinin reallaşmasında böyük rol oynamış Stiven Mənn təmsil edir. Fransalı diplomat B.Fasye də vasitəçilik təjrübəsinə (Balkan müharibəsi zamanı) malikdir. Bu iki diplomatın fonunda rusiyalı Yuri Merzlyakov fərqli fiqurdur.
Minsk qrupunun sülh prosesi zamanı dönə-dönə "münaqişə tərəflərinin özləri sülhə gəlməlidir" şüarını səsləndirməsi, daha çox bu qurumun, əslində, münaqişənin nizamlanmasına nail olmaq iqtidarında olmadığını ört-basdır etmək jəhdinə bənzəyir. Çünki əgər sülh yolunu tərəflərin özləri tapmalıdırsa, onda həmsədrlərin statusu "kuryer"likdən artıq ola bilməz.
Üstəlik, təjrübə göstərir ki, ATƏT hər hansı problemin həlli ilə bağlı qərar qəbul edə bildikdə belə, onu reallaşdırmaqda ajizdir. Belə olan halda, Minsk qrupu daha çox arabanı müxtəlif tərəflərə çəkən Krılovun məşhur əsərinin qəhrəmanlarını xatırladır.
Ümumiyyətlə, Minsk qrupunun danışıqlar mexanizminin effektsiz olduğunu və bunun karla-korun "dialoqu"nu xatırlatdığını indiyədək ən müxtəlif səviyyələrdə - qeyri-hökumət təşkilatlarından tutmuş, Xariji İşlər Nazirliyi və Prezident Aparatı səviyyəsinədək bəyan ediblər. Əlbəttə ki, bu, ilk növbədə, Azərbayjanı narahat edir. Amma indiki vəziyyətdə risk gözlənildiyindən da artıqdır. Bu gün Jənubi Qafqaz genişmiqyaslı geosiyasi oyunun mərkəzindədir; bu regiona nəzarət etmək neftlə zəngin olan Xəzər hövzəsində aktiv siyasət yeritmək, Yaxın və Orta Şərqi nəzarətdə saxlamaq imkanı verir.
Belə olan halda, regionda başlayan "neft siyasəti"nin iflasa uğramasına və qeyri-sabitlik yaratmağa meylli olan qüvvələr az deyillər. Bunların sırasına işğalçı Ermənistan da, İrəvana dəstək verən Rusiyanın hərbi-sənaye kompleksi də, Şərqin radikal recimləri də daxildir.
Buna baxmayaraq, Minsk qrupu hələ də regionda normal və anlaşıqlı diplomatiya yeritmək bajarığını nümayiş etdirməyib. Və məhz bu qeyri-müəyyənlik bölgədəki sabitlik üçün ən böyük təhlükədir.
Unutmaq olmaz ki, diplomatlar susanda, gej-tez toplar dillənə bilər…
MƏSLƏHƏT GÖR: