
İLHAM ƏLİYEV VAŞİNQTONA RƏSMİ DAVAT ALIB
Danışıqların əsas mövzusu: Qarabağ, İran, yoxsa enerci təhlükəsizliyi?
Müəllif: «Region+»un analitik qrupu
Elə hadisələr var ki, barəsində məlumat verilən andan «önəmli» və «müzakirə edliməyə layiq» olur. Səfərin gedişində İ.Əliyev prezident J.Buş və Vaşinqton administrasiyasının digər üzvləri ilə görüşlər keçirib. ABŞ-a, əvvəljə, xariji işlər nazirinin müavni Araz Əzimovun, daha sonra isə XİN başçısı Elmar Məmmədyarovun səfərləri, nəhayət, ölkə prezidenti İlham Əliyevin Vaşinqtona səfəri barədə məlumat verilməsi - bütün bunlar söhbətin adi «nəzakət xatirinə səfər»dən deyil, ikitərəfli münasibətlərdə irimiqyaslı irəliləyişdən getdiyinə dəlalət edir.
Azərbayjanda daxili siyasi durumu izləyən ekspertlər üçün qarşıdakı səfər barədə məlumat Azərbayjanın hazırkı prezidentinin legitimliyi və onun demokratiyaya sadiqliyi məsələsini, belə demək olarsa, «qapadı»: səfər barədə məlumat Vaşinqtonun Belorusiyada prezident seçkilərinin nətijələrini tanımaqdan imtina etməsi ərəfəsində verildi. Müxalifət dairələri məyus-luğunu gizlədə bilmir. «Day.Az» agentliyinə müsahibəsində ADP sədrinin müavini Sərdar Jəlaloğlu bildirib: «Hesab edirəm ki, Azərbayjan Prezidenti İlham Əliyevin ABŞ-a rəsmi səfərə dəvət olunması İran ətrafında durum və Amerika rəhbərliyinin Azərbayjanı antiiran koalisiyasına jəlb etmək istəyi ilə bağlıdır. Müxalifətin bu dəvətə reaksiyasına gəldikdə isə, ABŞ ölkəmizdə keçirilən parlament seçkilərinə münasibətini artıq Dövlət Departamentinin hesabatında açıqlayıb. Bundan başqa, biz başa düşürük ki, ABŞ üçün hazırda İran məsələsi Azərbayjanın demokratikləşdirilməsindən daha önəmlidir». Vaxtilə ən parlaq və məşhur müxalifətçilər sırasında olan politoloq İlqar Məmmədov səfəri aşağıdakı kimi qiymətləndirib: «Müxalifətin son parlament seçkilərindəki uğursuzluğundan sonra, ABŞ-ın səfəri təxirə salmaq üçün, sadəjə, bəhanəsi qalmadı. Üstəlik, hazırda ABŞ ilə Azərbayjan arasında qarşılıqlı münasibətlər, şübhəsiz, son dərəjə yüksək səviyyədədir. Müxalifətin reaksiyasına gəldikdə, onun ən ağıllı nümayəndələri susmağa üstünlük verəjəklər. Lakin ABŞ-ı damğalayanlar da tapılajaq. Bu, müxalifət nümayəndələrimizin növbəti gülünj addımı və öz problemlərinin həllini başqasının öhdəsinə buraxmaq jəhdi olajaq. İlham Əliyevin ABŞ-a səfərinin gedişində ona hakimiyyətin müxalifətə münasibətini bir qədər yumşaltmaq məsləhət görüləjəyi də istisna deyil ki, bunu Azərbayjan prezidenti ABŞ-dan qayıtdıqdan sonra müşahidə edəjəyimiz tamamilə mümkün-dür».
Zərdüşt Əlizadənin səfərə verdiyi qiymət də kifayət qədər gözlənilən oldu: «İlham Əliyevin ABŞ-a rəsmi səfərə dəvət edilməsi anlaşılandır, gözləniləndir və Azərbayjanla ABŞ arasında qarşılıqlı münasibətlərin hazırkı səviyyəsinə tamamilə müvafiqdir. Axı Azərbayjan rəhbərliyi Vaşinqtonu tamamilə qane edən siyasət yürüdür. Ölkə müxalifətinin rəyinə gəldikdə isə, onunla artıq heç kim hesablaşmır».
Gözlənildiyi kimi, Azərbayjanda səfərlə bağlı əsas ümidlər Qarabağ münaqişəsinin nizamlanmasının irəliləməsinə aiddir. Xariji işlər nazirinin müavini Araz Əzimov Vaşinqtonun ünvanına «minnət qoymağa» daha çox bənzəyən reveransla çıxış etdi. O vurğuladı ki, «Dağlıq Qarabağ probleminin nizamlanmasına dair Rambuyedə keçirilən danışıqlardan sonra ATƏT Minsk qrupunun həmsədrləri bu istiqamətdə səylərini artırdılar», ABŞ isə Dağlıq Qarabağ probleminin həlli üçün bütün qüvvələrini səfərbər etdi. Lakin ABŞ üçün Azərbayjanla danışıqların birinji mövzusunun İran olajağını anlamaq o qədər də çətin deyil. Hətta ən təxmini dəyərləndirmələr də danışıqların o qədər də sadə olmayajağına şübhə yeri qoymur.
Əfqanıstanda antiterror əməliyyatı və ikinji İraq müharibəsi zamanı ABŞ-ı qətiyyətlə dəstəkləyən Azərbayjan hakimiyyəti İran məsələsində çox ehtiyatlı mövqe tutub: rəsmi Bakının təmsilçiləri «antiiran koalisiyasına» qoşulmaq fikrində olmadıqlarını, təyyarələrin uçuşuna və hava limanlarından «yardımçı» məqsədlərlə istifadyə ijazə verilməyəjəyini daim anladırlar. İran ölkəmizlə bir çox - siyasi, iqtisadi, insani və qohumluq əlaqələri ilə bağlı olan qonşu dövlətdir.
Eyni zamanda, analitiklər əmindirlər ki, ABŞ-ın «anlaşma əldə etmək üçün» kifayət qədər «ehtiyatı» var. Birinjisi, ABŞ-la Azərbayjan əməkdaşlığında məjburi şəkildə hərbi baza və aerodromlar təqdim edilməsi heç də nəzərdə tutulmur. Danışıqlar «Şimal-Jənub» dəhlizinin fəaliyyət recimi ilə bağlı da ola bilər. Hələ 90-jı illərin ortalarında bu dəhlizlə «qadağan olunmuş» yüklərin nəqlinə jəhdlər göstərilirdi və o zaman da ABŞ bunu diqqətdə saxlayırdı. Xatırlayırsınızsa, Astara gömrük postunda, sənədlərə görə, «dam örtüyü üçün dəmirlə» yüklənmiş treyler saxlanmışdı. Əslində, yük Moskvanın heç də inşaat materialları ilə məşğul olmayan «İron» Elm-İstehsalat Birliyindən alınmışdı. Azərbayjan mütəxəssisləri yükü saxlayaraq, ABŞ-dan ekspertlər dəvət etdilər. Sonunjuların qərarı belə oldu: bu, raket mühərrikləri hazırlamaq üçün nəzərdə tutulan xüsusi poladdır. Kütləvi qırğın silahları və onları çatdırma vasitələrinin yayılmamasına dair beynəlxalq müqavilələrə görə, İran belə materiallar idxal edə bilməz.
Nəhayət, kəskinləşməkdə olan «İran böhranı» şəraitində Azərbayjan üçün neytrallığını qoru-yub-saxlamaq bir o qədər də asan olmayajaq. Əmir Tahiri Rusiyanın İranı ABŞ-dan qorumağa hazır olduğunu «New York Post»da belə şərh edir: «Rusiyanın İslam Respublikasına olan ehtiyajının səbəbləri sırasında Moskvanın Mərkəzi Asiya, Xəzər hövzəsi və Yaxın Şərqdə Amerikanın nüfuzunun yayılmasının qarşısının alınması strategiyası heç də sonunju yerdə deyil (Tehranla Moskva Əfqanıstanda 10 ildən artıqdır ki, sıx əməkdaşlıq edirlər və hazırda onlar ABŞ-ın J.Buşun prezidentlik müddəti bitdikdən sonra oranı tərk edəjəyinə əsaslanaraq, birgə strategiya üzərində işləyirlər).
Tehran Moskvaya Vaşinqtonun Xəzər dənizinin nəhəng neft-qaz ehtiyatlarının istismarının öz modelini qəbul etdirməsinə mane olmaq üçün də lazımdır. Sovet dönəmindəki bütün ərəb «dost» və «müştərilərini» itirən Moskvanın Tehrana Yaxın Şərq, Fars körfəzi və Hind okeanına körpü qismində də ehtiyajı var. Hətta «böhranərəfəsi» diplomatiya dövründə də antiazərbayjan aksiyalarından əl çəkməyi ağlına gətirməyən İranın davranışı da bəzi düşünjələrə təhrik edir. Bir çox analitiklər Tehranın ABŞ-ın Əfqanıstandakı «Bəhram» bazasına yox, Azərbayjanın neft platformalarına zərbə endirmək üçün bəhanə əldə etmək məqsədilə Azərbayjanı müəyyən addımlar atmağa bilərəkdən təhrik etməsi qənaətindədir.
Lakin «İran böhranı» fonunda bir məsələ diqqətdən kənarda qalır. Azərbayjan KİV İlham Əliyevin ABŞ-a gözlənilən səfəri barədə ilk xəbərləri müzakirə etdiyi bir dövrdə, Amerikanın nüfuzlu mətbuat orqanı «Weekly Standart» «Azərbayjanın kritik durumu» başlıqlı məqalə çap etdi. Məqalə müəllifinin fikrinjə, Azərbayjanda «İslam variantı» təhlükəsi böyükdür və Qərb ölkəmizə daha çox diqqət yetirməlidir, çünki Azərbayjanda islamçıların nüfuzu təhlükəli templərlə artmaqdadır. Tədbir görülmədiyi halda, ölkədə «İran variantı» təkrarlana bilər.
Azərbayjanda «İslam inqilabı» ilə bağlı təşvişlərin nə dərəjədə əsaslı olması ayrıja bir söhbətin mövzusudur. Əlamətdar olanı isə budur ki, postsovet məkanında Gürjüstan, Ukrayna və Moldovanın timsalında «qərbyö-nümlü özək» yaranması fonunda, Azərbayjan aralıq mövqe tutur. Burada «rəngli inqilab» baş vermədi. Rusiya ilə şərab, yaxud mineral su idxalına qadağa qoyulması ilə müşayiət olunan kəskin münaqişə yer almasa da, Azərbayjanın Belorusiya, yaxud Özbəkistan səviyyəsində «rusiyayönümlü ölkə»lər sırasında olmadığı da dəqiqdir. ABŞ-la Rusiya arasında «ikinji soyuq müharibə»nin başlanması barədə hər yerdə söz açıldığını da nəzərə alsaq, Azərbayjanın xariji siyasətinin «ümumi vektorunun» da müzakirəyə çıxarılan məsələlər arasında olajağını istisna etmək çətindir.
Nəhayət, danışıqlarda enerci təhlükəsizliyinə jiddi diqqət yetiriləjəyi də istisna olunmur. Bu mövzu Azərbayjanda kifayət qədər fəal müzakirə edilsə də, əsasən, «Avropa şousu» kimi qarşılanır.
Bununla belə, buradakı təh-lükəni də görməmək mümkün deyil. Bu yaxınlarda Rusiya ildə, nə az, nə çox, 65 mln ton neft ötürmək qabiliyyətinə malik Baltika boru-kəmər sisteminin layihə güjünə çatdırıldığını təmtəraqla bəyan etdi. Bu sistemlə «qara qızıl» Qərbi Avropa ölkələrinə ixraj olunajaq. Lakin Ukrayna, Gürjüstan, Moldova və Azərbayjanla «qaz müharibələri»ndən və fransız curnalistinin Vladimir Putinə verdiyi, «Boru kəmərləri strateci raketlər üçün müasir əvəzləyiji deyil ki?» sualından sonra, Şərqi Avropa ölkələri bir yana, Avropa Birliyi ölkələrində də Rusiya neftindən artmaqda olan asılılıq aşkar təşviş doğurur.
Lakin «Qazprom» beynəlxalq şirkətlərin reytinqlərində «yük-sək» yerlər tutması barədə məlumatlar yaydığı bir dövrdə ekspertlər gözlənilməz açıqlama verdilər: yaxın vaxtlarda «Qazprom» «ixraj» qazının… defisiti ilə üzləşə bilər. «Qazprom»un ixraj potensialının önəmli hissəsini təşkil edən türkmən qazının tədarükü jiddi təhlükə altındadır: Saparmurat Niyazov bəyan edib ki, 2009-ju ildən etibarən, Çinə ildə 30 mlrd kubmetr qaz satmaq niyyətindədir. «Kommersant» qəzeti xəbərdarlıq edir: «Aşqabat bu təəhhüdünü yerinə yetirərsə, 2009-ju ildən «Qazprom»a ildə 80 mlrd kubmetrə qədər qaz verə bilməyəjək və bu halda sonunjunun həm Avropada müqavilə təəhhüdlərinin yerinə yetirilməsində, həm də Çində Türkmənistanın dempinq qiymətləri ilə bağlı mənfəət əldə edilməsində problemləri yarana bilər». Üstəlik, Türkmənistan artıq İrana qaz ixrajı barədə də razılaşma əldə edib.
Artıq mətbuatda qeyd olunduğu kimi, Türkmənistan üçün Çin bazarı xüsusi maraq doğurur. «Qazprom»un «dahi Türk-mənbaşı» ilə razılaşmaları elədir ki, Rusiya türkmən qazını, demək olar ki, «quyudan çıxan kimi» alaraq, sonra onu son istehlakçıya elə qiymət fərqi ilə satır ki, Aşqabat artıq hiddətini gizlətmir. Lakin «dahi Türkmənbaşının müdrik siyasəti» sayəsində, Türkmənistanın bazarlara sərbəst çıxışı, demək olar ki, yoxdur. Azərbayjanın Xəzərdəki yataqlarına aramsız iddia jəhdləri 90-jı illərin əvvəllərində indi Bakı-Tbilisi-Jeyhan kəməri qədər fəal müzakirə obyekti olan Transxəzər qaz kəməri gündəmdən çıxdı (Xəzərin Azərbayjan şelfində «Şahdəniz» yatağı kəşf olunduqdan sonra isə Azərbayjandan keçən türkmən qaz kəməri layihəsi, ümumiyyətlə, havada qalır). Türkiyəyə İrandan keçməklə qaz ixraj etmək jəhdləri ABŞ-ın təbii narazılığı ilə üzləşdi. Vaşinqton sanksiya tətbiqi ilə hədələmədi, sadəjə, məlum d'Amato-Kennedi qanununa istinadən, layihəyə maliyyə dəstəyindən imtina etdi… Belə bir durumda tələbatın çox olduğu və kifayət qədər perspektivlə Çin bazarı Türkmənistan üçün Jənnətə açılan qapılar kimidir. Nətijədə, ekspertlər Türkmənistanın «Qazprom»a 2009-ju ildə artıq bağlanmış müqavilələr üzrə 70-80 mlrd kubmetr qaz verməkdən imtina edəjəyini tamamilə mümkün sayırlar. Bu qazın isə Ukrayna və Qərbi Avropa ölkələrinə satılması nəzərdə tutulurdu. Öz növbəsində, belə bir hal «Qazprom» üçün böyük problemlər yaradajaq, çünki onun yeni ixraj müqavilələri bağlanması ilə əlaqədar görünməmiş fəallığı fonunda Rusiyadakı müstəqil qaz tədarükçüləri belə bir boşluğu, ölkə daxilində də qaz istehlakının sürətlə artdığı bir şəraitdə, qısa müddətə doldurmağa qadir deyillər. Rusiya analitiklərinin xatırlatdıqları kimi, Yamalın istismarının başlanması, ən azı, 10 il, Kovıktanın isə 8 il təxirə salındığı halda, «Qazprom»un öz təəhhüdlərini nejə yerinə yetirəjəyi qaranlıq qalır.
Bütün bunlardan sonra «Qazprom»un yeni «ixraj ehtiyatları axtarmaq»dan savayı, başqa çıxış yolu qalmır. Burada İran-Ermənistan kəməri və «Qazprom»un Ermənistan qaz nəqliyyatı kommunikasiyaları üzərində əldə etdiyi nəzarət xüsusi rol oynaya bilər. Məlum olduğu kimi, İrəvanla Moskvanın qazla bağlı razılaşmasına əsasən, «Qazprom»un bir neçə il ərzində Ermənistan üçün tarifləri qaldırmamaq təəhhüdünün müqabilində, Moskva Ermənistan energetikası üzərində «nəzarət paketi»nə, əslində, sahib olur ki, bura Razdan İES-in 5-ji bloku və bütün «Ermənistandaxili» qaz kəmərləri daxildir. Bu kəmərlərdən, o jümlədən də, geniş reklam olunan İran-Ermənistan kəmərindən istifadə etmək niyyətində olan Tehran, bu yolla Avropaya çıxış əldə etmək fikrində idi. İndi isə İran qazı üçün «Avropaya pənjərə»nin açarlarını əlinə keçirən «Qazprom» Tehranın nümayəndələri ilə başqa mövqelərdən çıxış edərək danışmaq şansı qazanır. Üstəlik, Ermənistanın Rusiyadan «qaz asılılığı» ABŞ-ın jiddi narahatlığına səbəb olmuşdur. Bu isə indiyədək Azərbayjanda «Avropa şousu» kimi qəbul olunan «enerci təhlükəsizliyi»nin artıq danışıqların jiddi mövzusuna çevriləjəyini istisna etmir.
İstənilən halda, bizə, hələlik, səfərin gerçəkləşməsini və onun nətijələrini gözləmək qalır. Nətijələrin isə özünü heç də səfərdən dərhal sonra büruzə verməyəjəyi tamamilə mümkündür.
MƏSLƏHƏT GÖR: