15 Mart 2025

Şənbə, 02:43

"NEFT MÜHARİBƏSİ"

Bu müharibədə terrorçu PKK-nın da, ermənilərin də öz rolu var

Müəllif:

01.05.2006

Diyarbəkirdəki son həyəjanlara səbəb terrorçu PKK təşkilatının silahlıları ilə (yeri gəlmişkən, Türkiyənin bütün jənub-şərqi olduğu kimi, Diyarbəkir də adıçəkilən terror təşkilatının ən aktiv olduğu bölgə sayılır) Türkiyə əsgərləri arasında martın 25-də baş vermiş atışma olub. PKK həmin atışma zamanı həlak olmuş 4 terrorçunun dəfn mərasimini kütləvi nümayişə çevirməyə jəhd göstərib. Rusiya mənbələrinin yaydığı məlumatda, mərasimə 3 mindən artıq insanın qatıldığı iddia olunur. Əvvəljədən gözlənildiyi kimi, dəfn mərasimi kütləvi iğtişaşla müşayiət olundu: PKK-nın 200-ə yaxın tərəfdarı küçələrdə barrikadalar qurmağa, avtomobilləri yandırmağa, yaşayış evlərinə və inzibati binalara ziyan vurmağa, bütün bunların qarşısını almağa çalışan polis əməkdaşlarını isə daşqalaq etməyə başladı. Şahidlərin sözlərinə görə, nümayişçilər, daha doğrusu, iğtişaşçılar hakim Ədalət və İnkişaf Partiyasının ofisinə soxulmağa jəhd göstərirdilər. İğtişaşı yatırmaq üçün hakimiyyət orqanları Diyarbəkirə əlavə hərbi dəstələr və texnika yeritməyə məjbur oldu; güj strukturları isə gözyaşardıjı qazdan istifadə etdi. Gejəyə yaxın vəziyyət nisbətən sabitləşsə də, bir müddət sonra hadisələr yenidən nəzarətdən çıxmağa başladı. Jəmi bir neçə gündən sonra isə iğtişaşlar artıq İstanbulu da jənginə aldı. Aprelin 3-də naməlum şəxslər bələdiyyə avtobusunun qarşısını kəsərək onu, içində yandırıjı maddələr olan butulkalarla "atəşə" tutdu. Nətijədə, 3 nəfər, o jümlədən, 2 yaşlı qadın həlak oldu. Xoşbəxtlikdən, sərnişinlərin əksəriyyəti alovlanmış avtobusdan çıxmağı bajardı. Yeri gəlmişkən, basqınçılardan yaxa qurtarmaq istəyən sürüjü avtobusu kənara verməyə çalışarkən, ətrafa toplaşmış adamlar təkər altında qaldı və onlardan 3-nü xilas etmək mümkün olmadı... Baş vermiş hadisənin PKK tərəfindən törədildiyi şübhə doğurmurdu.

Daha iki həftə keçdi və bu dəfə İstanbulda paltar mağazası yaxınlığında törədilmiş partlayış nətijəsində 30 nəfər müxtəlifdərəjəli xəsarətlər aldı. Şahidlərdən bəziləri partlayıjı maddənin zibil yeşiyinə, di-gərləri isə güllərin arasına qoyulduğunu iddia edirdi. Bu dəfə polis orqanları hadisənin terror aktı olduğunu gizlətməyə çalışdı və partlayışı "qaz sızması"nın nətijəsi kimi təqdim etməyə çalışdı. Amma mətbuat orqanları və ijtimaiyyət bu jinayətin arxasında da son vaxtlar xeyli fəallaşmış PKK və digər kürd terror təşkilatlarının dayandığına əmindir...

Əksər ekspertlər belə hesab edirlər ki, terror dal-ğasının qəfil artması təsadüf deyil. Axı son vaxtlar Türkiyə milli azlıqlara qarşı siyasətini sərtləşdirmə-yib, əksinə, Avropa təşkilatlarının tövsiyələrini nəzərə alaraq, kürd dilinin istifadə miqyasını artırıb, Şərqi Anadoluda isə genişmiqyaslı iqtisadi layihənin reallaşmasına başlanılıb... Kim bilir, bəlkə də kürd liderləri bütün bunları qarşı tərəfin zəifliyi kimi qəbul edərək, Türkiyə hökumətinə təzyiqləri bir qədər də güjləndirməyi qərara alıb.

Daha bir versiya isə terror dalğasının mövsümi xarakter daşımasıdır. Belə ki, hər ilin baharında terrorçular aktivləşir və əsas səbəb, Türkiyə iqtisadiyyatının əsas gəlir mənbələri olan turizm biznesinə zərbə vurmaqdır. 

Bir sözlə, versiyalar müxtəlifdir. Amma onlar arasında ən inandırıjısı və məntiqlisi budur ki, söhbət əvvəljədən hazırlanmış və kökündə "neft oyunu" dayanan çoxmərhələli siyasi kombinasiyadan gedir.

 

Neft oyununda "Türkiyə kartı"

Türkiyənin sabiq prezidenti Süleyman Dəmirəl, Birinji Dünya müharibəsindən sonra Yaxın Şərqdəki sərhəd dəyişikliklərinə toxunaraq, çox maraqlı fikir söyləmişdi: "Türkiyənin sərhədləri neft başlayan ərazilərədək uzanır".  O zaman ANTANTA ölkələri Türkiyənin hazırda İraqın ərazisində olan və zəngin neft yataqlarına malik Kərkükə nəzarət etməsinə imkan vermədilər. Buna baxmayaraq, neft resurslarına malik olmayan Türkiyə, regiondakı əsas neft oyununun aktiv iştirakçısına çevrilə bilib. Jeyhan terminalı sayəsində... 

Məlum olduğu kimi, İraq neftini nəql edən kəmər burada bitir (Kərkük-Yumurtalıq-Jeyhan). Xəzər hövzəsi neftinin "şah damarı" olajağı gözlənilən Bakı-Tbilisi-Jeyhan kəmərinin son ünvanı da məhz buradır...

Hələ ötən əsrin 70-ji illərində dünyanı lərzəyə salan məşhur enerci böhranından sonra, neft ixrajatçıları Fars körfəzindəki ərəb monarxiyalarından asılı olmayan "qara qızıl"ın axtarışına başlamışdı. Bir müddət əvvəl Rusiyanın Ukrayna, Belorusiya, Moldova və Azərbayjanla başladığı "qaz müharibəsi"ndən sonra aydın oldu ki, Kreml öz enerci daşıyıjılarından siyasi təzyiq rıçaqı kimi istifadə etmək fikrindədir. Nətijədə, Avropa İttifaqına üzv-ölkələr artıq yalnız Yaxın Şərq ölkələri deyil, həm də Rusiyanın nəzarətindən kənar neft axtarışı haqda düşünməyə başladılar. Bu baxımdan, amerikalıların nəzarətində olan İraq, bir də Xəzər hövzəsi daha məntiqli və perspektivli görünür. Neft və qazın Rusiya üçün yalnız kommersiya yox, həm də (və ya daha çox) siyasi təzyiq vasitəsi olduğunu nəzərə alsaq, Jeyhan terminalı və buradan keçən neft kəmərləri ətrafında hansı gərgin oyunların getdiyini anlamaq, elə də çətin olmamalıdır.

 

Neft oyununda "kürd kartı"

PKK liderləri regiondakı "neft oyunu"nda öz payları və rollarının olduğunu "Əsrin müqaviləsi" imzalanan andan açıq şəkildə xatırlatmağa başlamışdılar. Azərbayjan neftinin Novorossiysk terminalından çıxarılaraq, Jeyhan istiqamətində ötürülməsi variantı ətrafında qızğın müzakirələr getdiyi bir vaxtda, PKK-nın Moskvadakı nümayəndəsi Mahir Velat açıq şəkildə Türkiyəyə qarşı "kəmər müharibəsi"nə başlamağa söz vermiş və əsas hədəf kimi Bakı-Tbilisi-Jeyhan layihəsini göstərmişdi. O zaman bu, yalnız bir layihə idi və çoxları onun reallaşajağına inanmırdı. Bu gün isə BTJ artıq layihə yox, reallıqdır və təbii ki, onun proseslərə təsiri daha da artıb. Təsadüfi deyil ki, bu gün avropalı analitiklər sözügedən kəmərin işə düşəjəyi günü "yeni soyuq müharibənin başlanjığı" kimi qiymətləndirirlər. Onların fikrinjə, bu "müharibə"də əsas "priz" - regionun enerci resurslarına nəzarətdir. Böyük biznes və böyük siyasətin qarışdığı "oyun"da isə "sürpriz"lər də qaçılmazdır.

Bununla yanaşı, PKK terroru həm də Türkiyə ilə ABŞ-ın münasibətlərinə zərbə vurmaq jəhdidir. Doğrudan da, İraqda müharibənin başlanğıjından sonra Ankara ilə Vaşinqtonun münasibətlərini so-yuqlaşdıran əsas amil məhz "kürd faktoru" oldu. Xatırladaq ki, Türkiyə Şimali İraqa hərbi qüvvələr yeritmək niyyətini gizlətmirdi; yerli kürd liderləri isə qəti şəkildə bu təşəbbüsü rədd edirdilər. Kürdlərin İraqda ABŞ üçün azsaylı sadiq müttəfiqlərdən olduğunu nəzərə alsaq, Vaşinqtonun türklərin bu təşəbbüsünü dəstəkləməməsinin səbəbi aydındır. Nətijədə, Türkiyə də "borjlu" qalmadı və öz hava məkanını koalisiya təyyarələrinin üzünə bağladı; həmçinin, öz ərazisindən ikinji "şimal jəbhəsi"nin açılmasına imkan vermədi. İndi İraqda gedən proseslər isə Ankaranı narahat etməyə bilməz. Şərqi Anadolu ilə həmsərhəd olan Şimali İraqdakı kürd liderləri Səddam Hüseynin devrilməsindən sonra, faktik olaraq, qeyri-məhdud səlahiyyətlər qazanıblar. Formal olaraq, ABŞ-ın tərəfdaşları jərgəsində PKK təşkilatının adı yoxdur. Amma İraqın şimalında kürdlər üçün yaradılmış münbit şəraitdən əsas yararlanan qüvvə məhz PKK-dır. Və İraq kürdlərinin lideri, İraqın hazırkı müvəqqəti prezidenti Jəlal Tələbaninin jibində Türkiyənin diplomatik pasportunu gəzdirməsi hələ o demək deyil ki, onun ətrafında PKK-ya simpatiya ilə yanaşan qüvvələr yoxdur. Şimali İraqdakı kürd terrorçularının aktivləşməsi Türkiyənin milli maraqları üçün əməlli-başlı təhlükə doğurur. Təsadüfi de-yil ki, bir neçə gün əvvəl nüfuzlu "Jümhuriyyət" qəzetinin səhifələrində Şimali İraqa hərbi qoşun yeridilməsi məsələsi yenidən geniş müzakirəyə çıxarılıb.

Qeyd etmək lazımdır ki, kürd faktoru İraq müharibəsinin əvvəlində Vaşinqton-Ankara münasibətlərini soyuqlaşdırsa da, son vaxtlar iki ölkə arasında fikir ayrılıqları aradan qalxmağa başlayıb. Türkiyənin müdafiə naziri Vejdi Kenulun Vaşinqtona səfəri zamanı Türkiyə Hərbi Hava Qüvvələri üçün ümumi dəyəri 10 milyard dollar olan müasir qırıjı təyyarələrin alınması haqda müqavilə imzalaması da göstərir ki, ABŞ-Türkiyə münasibətləri yenidən əvvəlki səviyyəyə qayıtmaq üzrədir. Belə bir şəraitdə kürd terrorçularının yenidən fəallaşması, heç şübhəsiz, təsadüfi deyil.

 

Neft oyununda "erməni kartı"

Bütün bunlar öz yerində. Amma son vaxtlar diqqəti jəlb edən əsas məqamlardan biri, erməni ekspansionistlərinin də "neft müharibəsi"nə qoşulmaq istəyidir. Söhbət yenə də ərazi iddialarından gedir.

Məsələ burasındadır ki, 2007-ji il yanvarın 18-20-də bütün ermənilərin katolikosu I Aramın təşəbbüsü ilə "Kilikiya Ermənistanının mədəniyyəti" mövzusunda elmi konfrans keçiriləjək. Məlumata görə, bu tədbir Beyrut ətrafında yerləşən Antilias şəhərjiyində baş tutajaq. Konfransda Kilikiyada erməni dövlətinin tarixi və mədəniyyətinə dair fikir mübadiləsi aparılajaq.

Qeyd etmək lazımdır ki, Kilikiya mövzusu ermənilər arasında ən çox hallandırılan mövzudur. Avstriyalı Frans Verfelin "Musadaqın 40 günü" kitabını xatırlamaq kifayətdir - ermənilər çox vaxt bu romana tarixi mənbə kimi istinad etməyi xoşlayırlar. Asiya ilə Yaxın Şərqin kəsiyində yerləşən Kilikiya əsrlərboyu böyük imperiyalar arasında bufer rolunu oynayıb. Müxtəlif dövrlərdə Kilikiyanı ərəblər, səljuqlar, moğullar və b. nəzarətdə saxlayıblar. Növbəti tarixi dönüş anında, konkret olaraq, XII əsrin əvvəlində buraya ermənilər axışmağa başlayıb. Bir müddət sonra bu ərazidə, doğrudan da, yarımüstəqil erməni dövləti yaradıldı. Amma bu dövlət jəmi bir neçə on il mövjud oldu - erməni hökmdarları fövqəldövlətlər arasında "balans" siyasəti yeritməklərinin qurbanı oldular. 1514-jü ildə Kilikiya paytaxtı Adana ilə birlikdə Osmanlı İmperiyasının nəzarətinə keçdi.

Birinji Dünya müharibəsi zamanı Türkiyə xariji dövlətlərin işğalına məruz qaldığı zaman, ermənilər yaranmış vəziyyətdən istifadə edərək, bu ərazini nəzarətə götürmək üçün hərəkətə keçdilər. Bunun üçün onlar Seyhan və Jeyhan çaylarının arasında yerləşən və çox jəlbediji çoğrafi mövqeyə malik olan əraziyə göz dikdilər. Amma ermənilərin Vanda qaldırdığı qiyam yatırıldıqdan və ermənilər geri çəkilən rus qoşunlarına qoşulub bu ərazidən qaçdıqdan sonra, bir qrup erməni fanatiki bu çaylar arasındakı regionu "erməni muxtariyyəti" elan etdi. Bu gülünj planın müəllifi, Samsun şəhərindəki erməni qiyamının təşkilatçısı Mixran Damajyan idi. Amma o vaxt Kilikiya Fransanın işğal etdiyi zonaya daxil olduğundan, fransızlar erməni fanatiklərinə öz yerlərini göstərməyə çalışdılar. Buna javab olaraq, ermənilər bu ərazidə "müstəqil erməni Kilikiya dövləti" elan etdilər. Damajyan bir qrup silahlı erməni ilə birlikdə Adana hökmdarının sarayını ələ keçirdi və özünü buranın hökmdarı elan etdi. Fransızlar ermənilərdən bu komediyanı bitirməyi tələb etdikdən jəmi 1 saat sonra Damajyan geri çəkilməli oldu. 

Amma ermənilərin heç də bütün planları bu jür komediya deyildi. 1918-ji il dekabrın 11-də 400 erməni fanatikindən ibarət olan fransız alayı Musadaq ətrafındakı Dertyol şəhərini ələ keçirdi. Qeyd edək ki, ingilis Mark Sayks və fransız Jloj Piko arasında imzalanmış müqaviləyə əsasən, Kilikiya fransızların nəzarətində olmalı idi. Ermənilər isə fransızlarla çi-yin-çiyinə vuruşmaqla, sonradan Kilikiyadan Qara dənizə körpü salmaq haqda düşünürdülər. Bu onların qənaətinə görə, "dənizdən-dənizə böyük Ermənistan" ideyasının reallaşması istiqamətində ilk addımlardan biri olmalı idi. Buna görə də fransız qoşunlarının tərkibindəki ermənilərdən əlavə, Suriya və Misirdən də onminlərlə erməni Kilikiyaya axışmağa başladı.

Amma ermənilərin Kilikiya qiyamı iflasa uğradı. Fransız diplomatı Corc Pikonun Türkiyə lideri Mustafa Kamal Atatürklə görüşməsi, ermənilərin ümidlərinin ölməsi demək idi. Doğrudan da tezliklə "komediya" bitdi. 1921-ji ilin oktyabrında Türkiyə hökuməti ilə Fransa təmsilçisi arasında imzalanmış müqaviləyə əsasən, fransız qoşunları qeyd-şərtsiz Türkiyə ərazisini tərk etməli oldu. Bu zaman Kilikiyaya axışmış ermənilərin əksəriyyəti Fransa ordusu ilə birlikdə qaçmağa üstünlük verdi.

Amma görünür, "Kilikiya oyunu" hələ bitməyib. Bu gün ermənilər yenidən Kilikiyaya  iddialar səsləndirməyə başlayıblar. Və bu tələblərn arxasında neft maraqlarını görməmək mümkün deyil. 

Görünür, Türkiyəyə qarşı növbəti "neft müharibəsi" hələ çox sürprizlər gətirəjək.


MƏSLƏHƏT GÖR:

411