
MİFİK "SOYQIRIM" və REAL TERRORÇULUQ
1915-ji il hadisələrinin arxasında, əslində, nə dayanır?
Müəllif: M.Sarmat Bakı
Bu mübahisə hər yaz yenidən qızışır. 24 aprel yaxınlaşdıqja, erməni dairələri fəallığını daha da artırır. Lakin bu zaman diqqət 24 apreli qeyri-iş günü elan edən, təkjə Yerevan siyasətçilərinin deyil, PKK nümayəndələrinin də iştirakı ilə "soyqırım qurbanları abidəsinə" təmtəraqlı yürüş keçirdiyi, "daşnaksütun"un gənjlər təşkilatının nasistlər və skinhedlərin ən mənfur ənənələrini təkrarlayaraq, məşəllərlə gejə yürüşləri keçirdiyi ölkəyə - Ermənistana jəlb olunmur. Bir qayda olaraq, diqqət mərkəzində "üçünjü ölkələr"in parlamentlərində keçirilən debatlar durur ki, burada erməni lobbiçiləri 1915-ji ildəki hadisələri "soyqırım" kimi qələmə verməklə, növbəti "erməni inqilabı" etməyə jan atır, bununla da Türkiyənin başa düşülə bilən hiddətini doğurur.
Bu məsələdə tərəflərin mövqeləri aydındır. Ermənistan Türkiyənin "erməni soyqırımını tanıması və günahını etiraf etməsində" israrlıdır və bunu onunla əsaslandırır ki, guya qınaq obyektinə çevrilməyən soyqırım örnəyi gələjəkdə də bu qəbildən olan aksiyalara yol açır (bununla Ermənistanın, əslində, nəyə nail olmaq istəməsi barədə bir qədər irəlidə).
Öz növbəsində, Türkiyə "soyqırım" faktını birmənalı şəkildə rədd edərək, məhz Ermənistanın tarixi yanlışlığı düzəltməli və qonşu ölkənin ünvanına əsassız ittihamlar irəli sürməkdən əl çəkməli olduğunda iddialıdır. Hər halda, Türkiyənin Baş naziri Rəjəb Tayib Ərdoğan Ankara ilə Yerevan arasında diplomatik münasibətlərin qurulmasının ilkin şərtləri sırasına təkjə Qarabağ münaqişəsinin tənzimlənməsini deyil, həm də Ermənistanın "üçünjü ölkələr"in parlamentlərində "erməni inqilablarını" dəstəkləməsinə xitam verməsini daxil edir.
Erməni mənafelərinin tərəfdarları istisna olmaqla, "üçünjü ölkə" nümayəndələrinin əksəriyyətinin münasibəti isə belədir ki, 85 il bundan əvvələ aid hadisələr siyasətçilərin yox, tarixçilərin diqqət predmeti olmalı, Ermənistanla Türkiyə isə bu problemi birgə həll etməlidir. Peşəkar siyasətçi və hüquqşünaslar ətrafında qalmaqal qaldırılan hadisələr 85 il bundan əvvəl - II Dünya müharibəsindən sonra yaradılan BMT, ATƏT və s. təşəkkülündən çox qabaq baş verdiyindən, beynəlxalq institutlar tərəfindən araşdırıla bilməz.
Lakin Türkiyənin bu məsələdə niyə "inad göstərdiyi" və "hamıya bəlli olan bu soyqırımı" tanımaqdan niyə imtina etdiyinə səmimi şəkildə təəjjüblənənlərin də sayı az deyil. Üstəlik, belələrinin fikrinjə, guya bu məsələ sırf "mənəvi-tarixi" səjiyyə daşıyır və heç bir real nətijə doğurmayajaq.
Lakin bu diskussiyalar önəmli olan bir şeyi diqqətdən qaçırır. Tarix dəqiq elmdir və burada məsələlərin "lehinə-əleyhinə" səviyyəsində həlli yolverilməzdir. Belə bir müddəaya etiraz etmək çox çətindir. Daha bir aksiom isə ondan ibarətdir ki, jiddi tarixi konsepsiya bədii əsərlərə, ələlxüsus da saxtalaşdırılmış məlumatlara yox, dürüst, yoxlanılmış faktlara əsaslanmalıdır. Hələ ki bununla da hamı razıdır.
Nəhayət, üçünjü aksiom: elmi məsələlərə dair qərarları mütəxəssislər qəbul etməlidirlər. Başqa sözlə, fizikaya aid məsələlər fiziklərin, ədəbiyyata aid olanlar - ədəbiyyatşünasların, tarixə aid məsələlər - tarixçilərin səlahiyyətindədir. Fikrimizjə, burada da hər şey aydındır.
Bəs onda saxtalaşdırmalara, həm də son dərəjə kobud və qeyri-peşəkar, dəfələrlə təkzib olunmuş saxtalaşdırmalara əsaslanan "erməni soyqırımı" mifinin müasir dünyada bu qədər dayanıqlı olmasının səbəbi nədədir? Niyə böyük əksəriyyəti nəinki Türkiyə tarixi üzrə mütəxəssis olmayan, hətta xəritədə onun yerini də tapmaqda çətinlik çəkən parlament, bəzən isə şəhər bələdiyyəsi üzvü 1915-ji il hadisələrini nejə dəyərləndirmək barədə qərar çıxarır? Niyə hər dəfə dəlil qismində ijtimai rəy, yaxud Türkiyə tarixi üzrə mütəxəssis olmayanların "dəstəyi" irəli sürülür? Ən asan yol bütün bunları yenə "erməni lobbisinin fitnələri" sırasına yazmaqdır. Lakin ermən lobbisi belə genişmiqyaslı təbliğat, daha dəqiq desək, dezinformasiya kampaniyasına qadir deyil. Bunu təkjə növbəti seçkilərdə erməniəsilli seçijilərin dəstəyini qazanmaq istəyi ilə də izah etmək mümkün deyil. "Erməni soyqırımı" haqqında yalan indiki miqyasına yalnız bir şərtlə çata bilərdi: bu yalanda, ilk növbədə, Avropa paytaxtlarında müəyyən nüfuzlu şəxs-lər maraqlı olmalı idilər. Başqa sözlə, rastlaşdığımız adi yalan yox, "qara piar"dır.
1915-ji il olayları barədə mübahisələrin əsl mahiyyətini aydınlaşdırmaq üçün, Amerika curnalist dairələrində deyildiyi kimi, faktlarla həqiqət qarışdırılmamalıdır. Peşə folklorunun ilk baxışdan paradoksal görünən bu kəlamının mənası çox sadədir: curnalistin topladığı faktlar obyektiv gerçəkliyi əks etdirməyə də bilər: nəsə diqqətdən kənarda qalar, önəmli olana əhəmiyyət verilməz, ya da əksinə, önəmsiz olan həddən artıq şişirdilər, təsadüfi uyğunluqlar olar… Nəha-yət, onu tamamilə şüurlu şəkildə, bilərəkdən aldada bilərlər: sənədləri saxtalaşdırar, rəqəmləri, sitatları təhrif edərlər. Həmin illərdə Şərqi Anadoluda nələr baş verdiyini Stenford Şou və Kural Şrunun tədqiqatlarından, məsələn, "Osmanlı İmperiyasının tarixi və müasir Türkiyə" ("Kembrij Yuniversiti Press", London, 1979) əsərindən anlamaq olar. Bu məsələ ilə bağlı amerikalı tarixçi Jastin Makkartni fundamental araşdırmalar aparıb, Jak Melvil, Erik Fayql və bir çox başqalarının tədqiqatları bütün dünyada məşhurdur. Bu əsərlərdə təkjə Şərqi Anadoludakı hadisələrə deyil, ümumi siyasi mühitə də kifayət qədər diqqət yetirilir. Osmanlı hökumətinin ermənilərin türk ordusunun arxasında silahlı qiyam qaldıra biləjəkləri, rus qoşunlarının isə onların köməyinə gələjəyi ilə bağlı təşvişləri heç də əsassız deyildi. Bir çox tarixçi və hərbi analitiklərin fikrinjə, 1914-1916-jı illərdə Türkiyə jəbhəsində yaranan durumla əlaqədar, rus ordusunun Şərqi Anadoluya daxil olması tamamlə real idi. Bu, Türkiyəni həddən artıq narahat edirdi. Rusiya isə çoxəsrlik arzusunun - Bosfor və Dardanel boğazlarını ələ keçirməyin bir addımlığında dayanmışdı. Hər halda, SSRİ dağılandan sonra, mətbuata I Dünya müharibəsi dövründə boğazların ələ keçirilməsi üçün desant əməliyyatına hazırlıq barədə məlumatlar sızdı. Bu məsələnin həlli üçün Şərqi Anadolu üzərində nəzarət son dərəjə böyük önəmə malik idi və indi də belədir.
Hələ I Dünya müharibəsindən əvvəl Türkiyə Rusiyanın da fəal iştirakı ilə Balkanlardakı ərazilərinin böyük bir hissəsindən məhrum edildi. Həm də bu, "Osmanlı İmperiyasının zülmü altında inləyən xristianların xilası" kimi gurultulu şüarlar altında həyata keçirilirdi. Balkan adalarının ələ keçirilməsi və burada müstəqil slavyan dövlətlərinin yaradılması Balkan türklərinin kütləvi qırğınları və qovulması ilə müşayiət olunurdu. Yunanıstanın müstəqilliyinin bəyan edilməsi də eyni şəkildə baş verdi.
Xəritəyə birjə baxış kifayətdir ki, Balkanlarla Şərqi Anadolunun Bosfor və Dardanel boğazlarını kəlbətin kimi, iki tərəfdən əhatə etdiyi tam aydınlığı ilə nəzərə çarpsın. Rusiyanın möhtəşəm ərazi ekspansiyasından sonra, bunun artıq Şərqi Anadolunun da Türkiyədən qoparılması ilə nətijələnəjəyinə heç kim şübhə etmirdi. Qeyd etdiyimiz kimi, 90-jı illərdə rus generalları I Dünya müharibəsi illərində boğazların ələ keçirilməsi üçün desant əməliyyatı planının mövjud olmasını açıqladılar. Öz dövlətlərini yaratmaq xülyası ilə yaşayan ermənilər isə bu oyunda, sadəjə, qurbanlıq piyadalar idilər.
Məlum olduğu kimi, erməni millətçi hərəkatı, əslində, Rusiyanın tam nəzarəti altına düşmüşdü. Məsələn, Stenford və Ezzel Kural Şou göstərirlər ki, erməni paşaları Ənvər Paşaya neytrallıqlarını qoru-yub-saxlayajaqlarını vəd etsələr də, onlara hakim olan ruspərəst əhval-ruhiyyə heç kim üçün sirr de-yildi: "Danışıqlardan az sonra, keçmiş parlament üzvü də daxil olmaqla, bir sıra nüfuzlu osmanlı ermənisi Rusiyanın yüksəksəviyyəli məmurları ilə əməkdaşlıq etmək üçün Qafqaza qaçdı. Bununla da nəyin bahasına olur-olsun Osmanlı İmperiyasının hərbi əməliyyatlarını pozmaq istəyi açıq-aşkar ortaya qoyuldu".
Elə həmin günlərdə Tiflisdəki erməni milli bürosunun prezidenti çar II Nikolaya mürajiət etmişdi: "Dünyanın bütün ölkələrindən olan ermənilər şanlı rus ordusunun sıralarına qoşulmağa, rus silahının qələbəsi naminə həyatlarını qurban verməyə jan atırlar… Qoy, rus bayrağı Bosfor və Dardanel üzərində azad dalğalansın. Qoy, əlahəzrət, sizin razılığınızla, türk zülmü altında yaşayan bütün xalqlar azadlıq əldə etsinlər. Qoy, Türkiyədə yaşayan və İsa naminə əzab çəkən erməni xalqı Rusiyanın mühafizəsi altında yeni azad həyata yetişsin". Baş verənlərə xüsusi fajiəvilik gətirən o idi ki, əvvəllər qeyd olunduğu kimi, Osmanlı İmperiyasının müstəqilliyə jan atan başqa xalqlarından fərqli olaraq, yaşadıqları və özlərininki elan etdikləri ərazidə ermənilər heç də dominant deyildilər. Makkartni belə bir qənaətə gəlmişdir ki, ermənilər ozamankı Osmanlı İmperiyasının heç bir vilayətində üstünlüyə malik olmayıblar. Erməni əhalisinin ən sıx yaşadıları yerlər isə ermənilərin ənənəvi olaraq, "erməni vilayətlərinə" aid etdikləri Van, Bitlis və Ərzurum yox, əsasən, iri şəhərlər - İstambul və Bursa idi. Makkartni yazır: "Bütün Anadolu erməniləri "altı vilayətdə" jəm olduqları halda, müsəlmanlar onlardan, azı, 2,5:1 nisbətində çox olajaqdılar. Hətta bütün dünyadakı ermənilər də "altı vilayətdə" toplaşlar, yenə çoxluq müsəlmanlardadır. Yaşamağa qadir erməni dövləti yaradılması üçün ermənilərin sayı çox az idi". Lakin I Dünya müharibəsi, döyüşmək qabiliyyətinə malik kişilərin əksəriyyətinin Türkiyə Ordusu sıralarına səfərbər edilməsi, nəhayət, Rusiyanın hərbi yardımı erməni "strateqləri" üçün böyük imkanlar yaradırdı. "Erməni milli hərəkatı" qarşısında duran "fövqəlvəzifə" - qəfildən, kifayət qədər mümkün və nail oluna bilən kimi göründü: əvvəljə, həmin "altı vilayət"in müsəlman əhalisini qıraraq, etnik nisbətin dəyişdirilməsinə nail olmaq, sonra isə Rusiyanın, yaxud başqa Antanta ölkəsinin dəstəyini alaraq, Türkiyənin şərqində "erməni dövləti" elan etmək.
Bu strategiyanı həyata keçirmək üçün ilk jəhd Van şəhərindəki erməni qiyamı oldu. Rusiyadan gələn daşnaklar 1915-ji ilin aprel ayında əhalisinin 40%-dən bir qədər çoxu erməni olan Van şəhərində erməni qiyamı təşkil etdilər. Mənbələrin bildirdiyi kimi, bu, "Osmanlı İmperiyasının istənilən şəhərindəki erməni çoxluğunun sayına çox yaxın idi". Yerli erməni liderləri tərəfdarlarının qarşısını almağa çalışdıqları bir məqamda, sonunjular Rusiyanın dəstəyini vəd edən "Şimaldan gəlmiş təhrikçilər"in təsiri altına düşürdülər. Rusiyaya sədaqət isə "… müsəlmanları yaşadıqları yerlərdən qovmaqla" sübut edilə bilərdi. Həm Qafqaz, həm də Anadolu ermənilərindən ibarət könüllülərin də dəstəklədiyi rus ordusu 28 aprel 1915-ji ildə İrəvandan Van istiqamətində hərəkətə gəldi. Onlar bura mayın 15-də - Ənvər Paşa rus ordusunun müdaxiləsinə hazırlaşmaq və erməniləri evakuasiya etmək barədə əmr verdikdən 1 gün sonra çatdılar. Lakin tarixçilərin fikrinjə, bu əmr Osmanlı İmperiyasının ujqar bölgələrinə hələ çata bilməzdi. Vana daxil olan erməni "könüllüləri" burada 2 gün ərzində müsəlmanların kütləvi qırğınına rəvaj verdilər; şəhərdəki kiçik türk qarnizonu isə geri çəkilməli oldu. S.Şou və E.Şou bildirirlər ki, "Vanda rusların himayəsi altında dərhal erməni dövləti yaradıldı; məlum oldu ki, o, erməni sivilizasiyasının ən qədim mərkəzlərinin birində yalnız yerli müsəlman əhali məhv edildikdən və qovulduqdan sonra bərqərar ola bilər. Türklərin Van gölünün bütün jənub sahilboyundan qovulması, həmçinin, rus qoşunlarının Bitlis vilayətinə razılaşdırılmış müdaxiləsi məqsədilə erməni legionu yaradıldı. Mus və şərqdəki digər mərkəzlərdən minlərlə erməni, o jümlədən deportasiya olunan, lakin Mosul istiqamətində yolda qaçanlar yeni erməni dövlətinin ərazisinə axışdılar".
Lakin artıq iyul ayında Türk Ordusu rus qoşunlarını geri otuzdurdu. Müəlliflər yazırlar: "Onunla (rus ordusu ilə - N.) birlikdə o qədər də uzun müddət ömür sürməyən erməni dövlətini yaratmaq üçün qətllərə əl atan və buna görə intiqam alınajağından qorxan minlərlə erməni də çıxıb getdi". Şahidlərin sözlərinə görə, görünməmiş bir çaxnaşma və vahimə yarandı. Qaçmağa üz tutmuş 200 min ermənidən 40 mini kürdlərin çoxsaylı pusqularına düşərək öldürüldü.
S.Şou və E.Şounun məlumatına görə, "Əsasən, Osmanlı İmperiyasının onları birbaşa məhv etmək jəhdləri nətijəsində deyil, rus ordusuna qoşulub-qaçan ermənilər qırıldılar".
Məşhur Amerika tarixçisi Jastin Makkartni hər iki tərəfdən həlak olanlarla bağlı rəqəmləri ətraflı şəkildə təhlil etmiş və belə qənaətə gəlmişdir ki, erməni mənbələrində daim istinad edilən 1,5 milyon rəqəmi dəqiq deyil: "Müharibədən sonra erməni mənbələri yazırdılar ki, təxminən, 600 000 erməni öldürülüb və bu rəqəm həqiqətə daha yaxındır. 1915-ji ildə türklər həqiqətən də erməniləri öldürürdülər. Lakin ermənilər də türkləri qırırdılar və əslində, öldürülən türklərin sayı ermənilərdən daha çoxdur. Hər iki tərəfdən həlak olanların əksəriyyəti güllədən deyil, ajlıq və xəstəliklərdən ölənlərdir". Elə həmin müəllifin məlumatına görə, "Təxminən, 600 000 erməni və 2,2 milyon müsəlman həlak olmuşdur. Bu, hamı üçün dəhşətli olan bir dövr idi".
"Detroyt fri press"in "Türklər - təhrif olunmuş tarixin qurbanları" başlıqlı məqaləsində (29 iyun 1983-jü il) göstərildiyi kimi, "Makkartni… deyir ki, heç vaxt və heç bir yerdə ermənilərin məhv edilməsi siyasətini sübuta yetirən heç bir sənəd aşkar edilməyib".
Burada belə bir faktı xatırlatmaq yerinə düşər ki, ABŞ və Avropa İttifaqının Ermənistanla münasibətləri tənzimləmək barədə çağırışlarına javab olaraq, bir neçə ay bundan əvvəl Türkiyə öz arxivlərini açdığını bəyan etdi və Avropa hökumətlərini də bunu etməyə çağırdı. Gözlənildiyi kimi, qarşılıqlı addımlar atılmadı. Bu azmış kimi, Türkiyənin 1915-ji il hadisələrinin beynəlxalq təhqiqi təklifindən, bir çoxları üçün gözlənilməz olsa da, Ermənistan imtina etdi! Fikrimizjə, şərhə ehtiyaj qalmır.
Əsas məsələ də elə buradan başlayır. Məlum olduğu kimi, heç kim törətmədiyi jinayətə görə etiraf etmək istəməz - istər söhbət ayrıja bir fərddən, istərsə də bütöv bir xalqdan getsin. Odur ki, Türkiyənin törətmədiyi "soyqırımına" görə etirafdan imtinada "inad" göstərməsi tamamilə anlaşılandır. Məsələ başqa şeydədir. Erməni mənbələrinə mürajiət edilərsə, erməni mühitində iki mövqe olduğu üzə çıxar - xariji reklam və "daxili istehlak" üçün. Və əgər dünya ijtimaiyyətinə "erməni soyqırımı"nın "mənəvi-tarixi məsələ" olduğu bəyan edilirsə, daxildə "Ay Data", yaxud Türkiyə üzərində "erməni məhkəməsi" nəzəriyyəsi üstündür. Burada isə "erməni soyqırımı"nın dünya ijtimaiyyəti tərəfindən tanınmasına nail olmaq yalnız minimum proqramdır.
"Daşnaksütun" adı ilə daha çox tanınan erməni inqilab federasiyasının fransız-erməni "Qamk" qəzetində 11.12.1985-ji ildə çap olunan və Ermənistanın Dağlıq Qarabağ, Naxçıvan və Axalkalaki iddialarını ilk dəfə bəyan edən siyasi manifesti bunu birbaşa açıqlayır: "…Erməni inqilab federasiyası aşağıdakı siyasi məqsədlərə jiddi riayət edir:
1) Azad və birləşmiş Ermənistan yaradılması;
2) Sosialist və demokratik müstəqil respublika qurulması;
3) Birləşmiş Ermənistanın sərhədləri Sevr müqaviləsi ilə müəyyənləşdirilən əraziləri, Naxçıvan, Axalkalaki və Qarabağı əhatə etməlidir;
4) Səpələnmiş erməni əhalisinin repatriasiyası və bütün erməni xalqının müstəqil milli ərazidə jəmlənməsi;
5) Erməni xalqına qarşı Türkiyə tərəfindən törədilən (indiyə qədər jəzasız qalan) jinayətkar soyqırımın pislənməsi və dəyən zərərin ödənilməsi; işğal olunmuş ərazilərin qaytarılması və erməni millətinə ədalətli kompensasiya borjunun qaytarılması…".
Başqa sözlə, ermənilər "soyqırım"ın tanınmasından başqa, "işğal olunmuş ərazi" adı altında Türki-yədən onun ərazisinin bir hissəsinin alınmasını, repirasiya və kompensasiyalar ödənilməsini də tələb edirlər.
Bir qədər də əvvəl - 13 aprel 1985-ji ildə "Armenian Uikli" EİF və digər erməni təşkilatlarının Amerikadakı bölmələrinin bəyanatını çap etmişdir: "Biz Türkiyə hökumətinin erməni soyqırımına görə öz məsuliyyətini etiraf etməsini, erməni xalqına reparasiyalar məsələsinə baxmasını və torpağı əsl sahiblərinə qaytarmasını tələb edirik… Dialoq başlanmayana qədər, ermənilər arasında erməni məsələsinin həlli üçün dinj olmayan metodlara əl atan qruplar qalajaq". İndi artıq Ermənistanda "Türkiyə ilə dialoq" dedikdə nə nəzərdə tutulduğu və onun öz məqsədinə hansı üsullarla nail olmaq istədiyi tamamilə aydındır. Bu, "erməni soyqırımı" nəzəriyyəsinin təkjə Türkiyəyə ərazi iddiları üçün deyil, tamamilə real erməni terrorizmi üçün də ideoloci təməl olmasının parlaq sübutudur. Hər halda, "Asbarez"də Rendi Balayan adlı birisinin türk diplomatlarının erməni terrorçuları tərəfindən qətlə yetirilməsi barədə məşhur məqaləsini xatırlamaq yerinə düşər: "Şübhəsiz, ayrıja götürülmüş şəxslər kimi, öldürülən rəsmi türk nümayəndələri 1915-ji il jinayətlərində günahkar deyil. Təbii ki, onların 1915-1918-ji illərdə ermənilərin öldürülməsi il heç bir bağlılığı da yoxdur. Lakin 1,5 mln insanın soyqırımını aşkar inkar edən və gizlədən hökumətin təmsilçiləri kimi, fikrimjə, onların günahı elə bir o qədərdir".
Fransada düz, 5 il bundan əvvəl, orada "ermənilərin soyqırımı"nın tanınması haqqında qanun qəbul olunduqdan az sonra əlamətdar hadisələr baş verdi.
Bundan sonra onun diplomatik nümayəndələri əllərində olan bütün imkanlardan yararlanaraq, bu qərarın "tarixi" olduğunu, nejə təsir göstərəjəyinin hələ anlaşılmadığını, lakin çətin ki hansısa jiddi nətijələr doğura biləjəyini "izah etməyə" başladılar.
Sonra isə Fransa, Türkiyə və erməni kütləvi informasiya vasitələri sensasion məlumat yaydılar: Fransa hökuməti Orli Hava Limanında terror aktının təşkilatçılarından biri olan Varujan Karapetyanı həbsxanadan azad etmişdir.
Onun quraşdırdığı partlayıjı qurğunun Türk Hava Yolları Şirkətinin baqac şöbəsinin yanında partlaması nətijəsində 15 iyul 1983-jü ildə 8 nəfər həlak olmuş, 60 nəfərdən çox adam yaralanmışdı. Sonradan məlum oldu ki, terrorçuların niyyətinə görə, saatmexanizmli bomba mülki təyyarəni havada partlatmalı olsa da, xoş təsadüf nətijəsində, türk hava yollarına məxsus təyyarənin reysi təxirə salınmış və partlayış havada yox, yerdə baş vermişdi.
Tezliklə terror aktının iki iştirakçısı - Suren Na-yiryan kimi də tanınan Soner Nayir və Varujan Karapetyan həbs olundu. Qəribdjyan və Qarabedyan kimi də tanınan Varujan Karapetan Orli hava limanındakı terror aktına görə ömürlük həbs jəzası aldı. Lakin "soyqırım"ın ildönümü ərəfəsində azadlığa çıxdı və gizli şəkildə Ermənistana göndərildi - onu Fransa hüdudlarını dərhal tərk etmək şərtilə azad etmişdilər. Ermənistan ona vətəndaşlıq verdi, İrəvan bələdiyyəsi istefada olan terrorçunu mənzil və işlə təmin etdi - terrorçunu qəhrəman kimi qarşıladılar.
Varujan Karapetyan yeni yaşayış yeri kimi Ermənistanı seçən ilk beynəlxalq terrorçu deyildi. Parisdəki Türkiyə konsulluğunun ələ keçirilməsinin ("Van əməliyyatı") iştirakçıları - Gevorq Güzelyan, Vazgen Sisliyan və b. artıq burada idilər. İsveçrədə türk diplomatını qətlə yetirdiyinə görə, 10 il həbsdə olan Martiros Jamqoçyan və Karapetyanın 1994-jü ildə azadlığa çıxan "şəriki" Suren Nayiryan da Ermənistanda sığınajaq tapmışdır.
Diplomatlar yenə də inandırmağa başladılar ki, bu qərarı heç vəjhlə siyasi saymaq olmaz, guya demokratik dövlətlərdə qəbul edildiyi kimi, Fransada məhkəmə hakimiyyəti müstəqildir; guya hakimlər Varujan Karapetyanın həbsxanada özünü nümunəvi apardığını nəzərə alıblar və i. a. Lakin həbsxanadan azad edilən Varujan Karapetyan artıq 2 may 2001-ji ildə İrəvanda mətbuat konfransı keçirdi və orada, başqaları ilə yanaşı, həbsxanada əfv və jəza müddətini artırma xidmətinin müşaviri Le Kordonelin təbrik məktubu da oxundu: "Şadam ki, erməni xalqının "soyqırımı"nı (dırnaqlar mənimdir - N.) tanıyan Fransa sizə çoxdan gözlədiyiniz şərti azadlığı bəxş etdi". Başqa sözlə, "ermənilərin soyqırımı" ilə erməni terrorçusuna bəraət verilməsi arasındakı əlaqə rəsmi təsdiqini tapdı.
Jəmi 3 gün sonra isə 11 Sentyabr hadisələri baş verdi. Kim bilir, bəlkə də Fransa və bir sıra digər Avropa dövlətləri terrorçuluğa ikili standartlar mövqeyindən yanaşmasaydı, bəşəriyyət 11 Sentyabr fajiəsi ilə üzləşməzdi.
Elə həmin vaxt - 2001-ji ilin yazında çox jiddi diqqət yetirilməsini tələb edən daha bir hadisə baş verdi. "Soyqırım"ın növbəti ildönümü ərəfəsində Rusiyanın "Novosti" xəbər agentliyi "ermənilərin soyqırımı" haqqında 1915-ji il hadisələrinin erməni versiyasını tam ehtiva edən "tarixi arayış" hazırladı. Təbii ki, burada Rusiyanın öz ərazisini Osmanlı İmperiyası hesabına "genişləndirməyə" jəhd göstərməsi, bu məqsədlə qeyri-türk, əsasən, xristian xalqlar arasında narazılıq yaratması, erməni fitnəkarlarının fəaliyyəti, nəhayət, erməni terrorizmi barədə bir kəlmə də yox idi.
Tarixi durumun təhlili əvəzinə, oxujuya RİAN-ın "Qərbi Ermənistan" adlandırdığı Şərqi Anadoluda ermənilərin əhalinin 65-70%-ni təşkil etdiklərini (əslində, orada yaşayan ermənilərin sayı əhalinin ümumi sayının heç üçdəbirinə də çatmırdı), Osmanlı İmperiyasında pantürkizm ideologiyasının hakim olduğunu, Osmanlı hökumətinin isə bütün erməniləri qırmağı və qovmağı qarşısına məqsəd qoyduğunu iddia edən bir mətn təklif olunurdu. "RİA-Novosti"nin analitiklərinin iddiasına görə, bu siyasətin əsası 1877-ji ildə qoyulub. Növbəti rus-türk müharibəsinin, eyni zamanda, "erməni kartı"ndan istifadə jəhdlərinin də məhz bu zaman başlaması faktı RİAN-ı tamamilə maraqlandırmır. Arayışın sonunda isə əlamətdar bir qeyd var: "Uzun illərdir, bütün dünyadakı ermənilər dünya birliyinin soyqırım faktını rəsmi və qeyd-şərtsiz qəbul etməsinə çalışırlar, çünki bəşəriyyətə qarşı jinayətlərin vaxtı keçə bilməz. Ekspertlər hesab edirlər ki, 80-jı illərin sonu-90-jı illərin əvvəllərində Azərbayjanda erməni qır-ğınlarının, həmçinin, Dağlıq Qarabağ hadisələrinin baş verməsinin əsas səbəbi də elə 1915-1922-ji illər hadisələrinə dəqiq və birmənalı siyasi qiymət verilməməsidir".
Erməni təbliğatı daim dünya ijtimaiyyətini inandırmağa çalışır ki, Dağlıq Qarabağ münaqişəsi heç də Ermənistanın Azərbayjana təjavüzü yox, "erməni soyqırımının davamıdır". Lakin bu dəfə həmin iddiada Rusiya informasiya birliyində xüsusi statusa malik "RİA-Novosti" bulunur. RİAN 1995-ji ildə Rusiya Dövlət Dumasının "erməni soyqırımı"nı tanıdığını xatırlatmağı da unutmur. Yeri gəlmişkən, "RİA-Novosti" vaxtilə xariji ölkələrdə "SSRİ-nin mənafelərinə uyğun" materiallar yayan və sovet xariji siyasətinin "informasiya təminatı" ilə "məşhur" olan APN agentliyinin varisidir.
Artıq tamamilə aydındır ki, "ermənilərin soyqırımı" haqqında mif ijad olunduğu gündən Türkiyəyə ərazi iddialarının əsaslandırılmasına xidmət edir. Bu mif I Dünya müharibəsinin sonunda, "qalib dövlətlər" Sevr müqaviləsinə əsaslanaraq, "Osmanlı İmperiyasını Konya vilayəti ilə məhdudlaşdırmağa" hazırlaşdığı vaxt meydana çıxır - "erməni soyqırımı" haqqında söhbətlər "informasiya təminatının" bir hissəsi kimi çıxış edir. Tezliklə, ona təkrar ehtiyaj yaranır: 30-ju illərdə daxili müxalifəti məhv edən İ.Stalin yeni "ərazi mənimsəmələri" barədə düşünməyə başladı. Baltika ölkələrinin birləşdirilməsi, Polşanın SSRİ ilə faşist Almaniyası arasında bölüşdürülməsi artıq "gündəmə gətirildiyindən", "xalqlar atası" Türkiyə barədə də düşünməyə bilməzdi.
Arxiv materiallarından göründüyü kimi, II Dünya müharibəsindən sonra Stalin Türkiyənin "altı erməni vilayətinin" işğalına tam jiddi hazırlaşırdı. Deməli, "erməni soyqırımı"na ehtiyaj da qalırdı. NATO-nun yaradılması və Türkiyənin bu bloka üzv olmasının lehinə səsləndirilən dəlillərdən biri də elə məhz SSRİ-nin Türkiyəyə ərazi iddiaları oldu. Son-radan bu iki ölkəni "soyuq mübarizə" hüdudları bir-birindən təjrid etdi.
Lakin bir müddət SSRİ "erməni kartı"nı gizli saxlayırdı. Vəziyyət 70-ji illərin əvvəllərində dəyişdi. Sovet iqtisadiyyatının neft ixrajından asılılığı birmənalı səjiyyə kəsb etdi, Yaxın Şərq münaqişəsi, xüsusən də, 70-ji illərin əvvəllərindəki enerci böhranı sovet xəzinəsinə fantastik gəlirlər gətirdi və Moskvada artıq təkəbbürlü layihələr yaranmağa başladı. Bunların sırasında çox qədim bir arzunun - Bosfor və Dardanel boğazlarına çıxışın gerçəkləşdirilməsi də var idi. Tezliklə ASALA - "Ermənistanın azad edilməsi üçün gizli ordu" - ən qorxulu terrorist qruplaşmalardan biri özünü göstərməyə başladı. Onun yaraqlıları yenə Türkiyədən "erməni soyqırımına görə intiqam almağa" başladılar. Artıq bərqərar olmuş köhnə deyimlər yenidən dövriyyəyə buraxıldı: "Dünya ijtimaiyyəti bizim üçün başqa çıxış yolu qoymadı", "Hamı xalqımızın fajiəsinə biganədir" və i. a. Parlamentlərin diqqətinə bir yığın "erməni qətnaməsi" təqdim olundu…
Hamısının da təməlində eyni şey - "ərazi planları" dururdu.
Əgər RİAN "ermənilərin soyqırımı" haqqında saxta məlumatları yayımlayırsa, bu, indi, Rusiyanın Türkiyə ilə ortaq sərhədə malik olmadığı bir dövrdə də Bosfor sahillərinə yetişmək planlarının hələ də arxivə göndərilmədiyinə dəlalət edir. Bu fövqəldövlətçilik planlarının əməli işdə yenə də silahlanmanın güjləndirilməsinə, 70-ji illərdə olduğu kimi, yenə də neft və qazdan əldə edilən dollarların yeni silahlara, sözdən əmələ keçdikdə isə "qara zanbaq"ların yeni reyslərinə sərf olunajağını anlamaq bir o qədər də çətin deyil. Çünki böyükdövlətçilik və hakimmillətçilik zəhəri ən təhlükəli zəhərdir və XXI əsrin əvvəlində yenə də "oçakov və Krımın istilası dövrü" "si-yasi texnologiyaları" əsasında davranmaq. İlk növbədə, tarixi təftiş etmək həvəsinə düşən siyasətçilərin özlərini fəlakətə sürükləyə bilər.
MƏSLƏHƏT GÖR: