
NOVRUZ YENİ İL BAYRAMI
Onu nejə qarşılamaq lazımdır?
Müəllif: Məryəm MANAFOVA, Bakı
Yaz bərabərlik gününün gəlməsi ilə təbiətin yeniləşməsini təjəssüm edən Novruz Bayramı ən saf və ülvi hisslərin rəmzidir. Biz köhnə ili yola salır və yeni ili qarşılayırıq. Uşaqlıqdan xatırlanan, heç nə ilə müqayisə olunmayajaq bayramqabağı həyəjanı yenidən yaşayırıq, yenidən nəsə möhtəşəm və qeyri-adi bir şey gözləyirik. Şəkərbura, şorqoğalı, paxlava və südçörəyi üçün xəmir yoğuran ana əllərini xatırlayırıq. Novruzda qadınlar, uşaqlar və qojalar bir yerə yığılıb, qoz-fındıq təmizləyər və sanki şəkərburaya naxış vurmaqda, bir-biri ilə bəhsə girərlər. Naxışlar isə həm injə, həm də aydın olmalıdır.
Alimlərin fikrinjə, bayramın tarixi Qədim Mesopotamiyadan başlayır. Babildə Yeni il nisan (mart-aprel) ayının 21-ji günündə qeyd olunurdu və düz, 12 gün davam edirdi. Bu günlərin hər birinin öz adətləri, tamaşaları və başqa əylənjələri olurdu. Bundan başqa, bayramın yaranmasını həm də azərbayjanlıların qədim inanjı-dini olan zərdüştlüklə də əlaqələndirirlər. Zərdüştlərin qədim ədəbi abidəsi «Avesta»da (e.ə. altınjı əsr) Hijri təqviminin farvardin ayının birinə uyğun gələn Qriqorian təqvimi ilə 21 martda təbiətin oyanışı təsvir edilir. İrandilli mənbələrdə bayramın adının farvardin adlanması məhz bundan irəli gəlir.
Bəzən səhv olaraq Novruz Bayramı İslam bayramlarına aid edilir. O, doğrudan da, müsəlman ölkələrində qeyd olunur, lakin bayramın Quranla heç bir bağlılığı yoxdur və əslində, İslamdanəvvəlki dövrə aid qədim xalqlardan bizə çatıb. Novruz Qəməri təqvimi ilə deyil, Günəş təqvimi ilə - yazda gündüzlə-gejə bərabərləşən gündə qeyd olunur. Bu bayramın adətləri gedib ta qədim dövrlərə çıxır.
Novruza hazırlıq bayrama bir ay qalmış başlanır. Bayramdan əvvəlki dörd həftənin, daha doğrusu, Çərşənbə axşamı təbiətin dörd qüvvəsinə həsr edilir. Baxmayaraq ki bəzi regionlarda adlar fərqlənir, həmin günlər təbiət qüvvələrinin adları ilə - Su, Od, Yel (Külək) və Torpaq çərşənbələri çağırılır.
İnanclar
Bu dörd qüvvə haqda xeyli sayda deyimlər və inanjlar var.
SU
Su içən adamı vurmaq olmaz; su içən adamı ilan da çalmaz; gün batandan sonra qaynar suyu yerə tökmək olmaz; odu su ilə söndürməzlər, bu, günah olar.
OD
Alça, ənjir, tut ağajlarını yandırmaq olmaz; tonqalı dağıtmaq olmaz; həmin axşam ojaqdan od verməzlər; palıd ağajının tonqalının istisi sağlamlıq gətirər.
KÜLƏK
Küləyə lənət deməzlər; bu axşam söyüdə yaxınlaşıb ondan arzuların çin olmasını diləyərlər, əgər ağajdan birjə yarpaq düşərsə, demək, arzular yerinə yetəjək.
TORPAQ
Bu çərşənbə axşamı təzə yerə köçməzlər; bu axşam yeni paltar tikmək yaxşı əlamətdir, bu, ruzi deməkdir; bu gün saç və dırnaq kəsərlər ki, çətinliklərdən, əziyyətdən azad olasan.
Budur, Axır çərşənbə də gəlib çıxdı…
Falabaxma
Novruz axşamı qızlar, gəlinlər yığışar və fala baxarlar.
1.3/2 su ilə dolu stəkanı götürüb, içinə sapda asılmış nişan üzüyünü üç dəfə salırlar. Bundan sonra üzüyün stəkanın divarlarına neçə dəfə dəyəjəyini sayırlar. Üzük neçə dəfə dəysə, elə o yaşda da qız ərə gedəjək.
2.Bir ağ yumurtanı və iki karandaşı (qara və qırmızı) təmiz bir yerə qoyurlar. Yaxşı olar ki, əşyalar açıq pənjərənin qırağına qoyulsun. Səhər isə durub yoxlayırlar; yumurtanın üzərində hansı rəngdə xətt var. Əgər o, qırmızı olarsa, demək, arzu yerinə yetəjək.
3.İki javanın xoşbəxt olub-olmayajağını öyrənmək üçün fal açmaq olar. İki iynənin küt ujlarına pambıq dolayıb su ilə dolu qaba atırlar. Bundan sonra qabı fırlamağa başlayırlar; əgər iynələr uju pambıqlı tərəfləri ilə birləşsə, demək, javanlar da birləşib xoşbəxt olajaqlar.
4.Novruz axşamı iki boş stəkanla əvvəljədən xəbərdar edilmiş qonşugilə gedərlər. Qapıdan keçən kimi, o bir söz belə demədən stəkanlardan birini su ilə doldurmalıdır. Əgər bu niyyət tutulan stəkan olarsa, demək, yerinə yetəjək.
5.Üç xəmir parçası ayrılır, onlardan birinin içinə düymə qoyulur. Sonra bu üç eyni xəmir parçası evin üç yerində qoyulur. Biri qapı kandarında, ikinjisi - pənjərə qırağına, sonunjusu - künjlərin birinə. Düymə qapı kandarındakı parçada tapılarsa, demək, toy olajaq, pənjərə qırağındakında olsa, demək, nişan olajaq, yox əgər kündəkində çıxsa, demək, bu il heç nə baş verməyəjək.
6.Subay qızların xoşbəxt olması üçün su ilə dolu saxsı qaba sikkələr atırlar, axşam isə qün batmazdan əvvəl suyu küçəyə atırlar ki, bədbəxtliklər onlardan uzaq olsun.
7.Bayram axşamı gəlinlər-qızlar boyunlarına bir qıfıl asar, gün batanda isə «Gəl qismət payım, aç qıfılı, azad et məni», - deyib küçəyə çıxarlar.
8.Axır çərşənbə axşamı şər qarışmamışdan javan oğlanlar və qızlar qulaqfalına çıxarlar. Qonşu qapısının ağzında durub, içəridəki söhbəti pusarlar, sonra eşitdiklərini yozarlar.
9.Bir evdə xəstə varsa, ailə üzvlərindən bir nəfər qab və qaşıq götürüb qonşunun qapısında onları bir-birinə vurur. Bunu eşidən qonşu ona mütləq pul, ya da bişmişdən nəsə verməlidir. Əgər bu, xörək ya da şirni olarsa, onu xəstəyə verərlər, yox, əgər pul olarsa, həmin məbləğə azuqə alıb xəstəyə yemək hazırlayarlar. Hesab edilir ki, bu onun sağalmasına kömək edir. Bu adət xəstənin ailəsinin rifahından asılı olmayaraq, rəmzi edilir.
Bayram süfrəsi
Azərbayjanlılar bayram süfrəsinin hazırlanmasına çox böyük diqqət yetirirlər. Süfrəni quranda unudulmamalıdır ki, masada adları «S» hərfi ilə başlayan yeddi əşya olmalıdır: sumağ, səməni, süd, sirkə, səbzi və s. Bundan başqa, masaya aydınlıq rəmzi olan güzgü, bəd ruhlardan qorunmaq üçün şam və boyanmış yumurta qoyulur.
İnanja görə, bayram süfrəsindəki bolluq, çeşidli təamlar yeni ildə ailənin rifahını yüksək, ruzusunu bol edir. Həmçinin, bayram masasında mütləq neçə jür plov və mer-meyvə olmalıdır.
Adətlər
Novruz Bayramında nişanlı oğlanın ailəsi gəlin evinə şirniyyat, qızıl və gümüş əşyalar və başqa hədiyyələr göndərir. Gəlin evi də öz növbəsində oğlan evinə diqqət və hörmət ifadəsi olaraq hədiyyələr edir. Bütün bu mərasimlər çox təntənəli şəraitdə həyata keçirilir.
Həmin gün bütün qadınlar başlarına xına qoyar, üzlərinə kirşan çəkərlər. Bir ailədə matəm düşərsə, qohum-əqrəba və ya qonum-qonşu ailənin qadınlarını bayram hamamına aparar, onların başlarına xına, üzlərinə kirşan çəkərlər. Bu adət ailənin ötən il payına düşmüş matəmi, bədbəxtliyi sanki yuma mənasını verir; və artıq onlar da hamıyla birlikdə Yeni ili qarşılayıb şənlənə bilərlər.
Bayram günlərində ailənin qonaq qarşılamağa şad olduğunu göstərmək üçün evlərin giriş qapıları açıq qoyular. Uşaqlar isə qohum-qonşunu gəzərək, bayram payı almaq üçün qapılara papaq atarlar.
Yeni ilin ilk günü evlərdə bütün gejə işıq yanmalıdır. Bu, xoşbəxtlik rəmzidir və işığı nəbadə söndürmək olmaz.
Adətə görə, bayramın ilk günündə bütün ailə üzvləri evdə olmalı, nə qonaq gedib, nə də qonaq qəbul edə bilərlər. El arasında bir deyim var: «Bayram günü evdə olmayan, yeddi il qərib gəzər».
Səməni
Səməni təbiətin və insanın məhsuldarlığını təjəssüm edərək, sehrli və inanjı əhəmiyyətə malikdir. Məsələn, səməni ilə sonsuz qadınların təmizlənməsi ayinini keçirirlər. Bunun üçün qadının başına səməni qabı qoyular, ayrı bir qadın isə oraya su töküb qayçı ilə axar suyu kəsərdi. Səmənini anjaq qadınlar hazırlayarlar. Səməni bişən qazanın odunu «başı bütöv qadın» yandırar, bu mərasimi isə ən hörmətli ağbirçək idarə edərdi. Səməni hazırlanan yerə kişiləri, pis gözü olan qadınları və ayrı dindən olanları yaxın buraxmazlar. Bəzi yerlərdə pis gözdən qorumaq üçün qazana bir çimdik duz atırlar. Səməni hazırlanması mərasimi Səmənitoyu adlanır və rəqslər, mahnılarla müşayiət olunur.
Od
Bayramda küçələrdə, evlərin damlarında, təpələrdə tonqalların yandırılması geniş yayılıb. Axırınjı çərşənbə günü isə tonqalın üstündən hoppanmaq hər insan üçün vajib sayılır. Adam gərək ya bir tonqalın üzərindən yeddi dəfə, ya da ki yeddi tonqalın üzərindən bir dəfə tullanmalıdır. Qədimdə tonqalı həddi-büluğa çatmamış jojuq çaxmaq daşı ilə yandırardı və bu odu saf və təmiz sayardılar.
Novruz Bayramı haqda çox yazıb, çox danışmaq olar. Şərq xalqlarının hər birinin öz bahar - Yeni il adətləri var.
Təki biz ağrımızı-uğrumuzu köhnə ildə qoyub, yeni ilə anjaq yaxşını götürək.
MƏSLƏHƏT GÖR: