25 Noyabr 2024

Bazar ertəsi, 04:33

SAXTA DƏRMAN "KƏSƏNLƏR"

Səhiyyə Nazirliyi saxtalaşdırılmış preparatlara qarşı mübarizə aparır - 33 adda dərmanın idxalına qadağa qoyulub

Müəllif:

01.04.2006

Yəqin ki, hər birimiz bu və digər şəkildə saxta dərman problemi ilə toqquşmuşuq. Burada təkjə pasiyentlərə neytral, təsirsiz farmakoloci vasitələrin verilməsi və onun xəstəyə yüngüllük gətirməsindən ibarət olan, plasebo effekti adlanan hadisə nəzərdə tutulmur. Düşünmək dəhşətdir ki, yaxınlarımızdan biri dərman vasitəsilə ürəkağrısına tab gətirmək, yaxud qalxmış qan təzyiqini aşağı salmaq əvəzinə, «boşluğa» yuvarlansın. Belə çıxır ki, saxta dərman kimyagərlərinin fəaliyyəti birbaşa həyatımıza qarşı yönələn riskdir. 

 

Aptekə müfəttiş gəlir!

Saxta dərmanlar dövrümüzün mərəzidir. Bu, qələmə verildiyi kimi, təkjə MDB ölkələrində yox, bütün dünyada yayılıb. Qərb şirkətləri uzun illərdir, bununla mübarizə aparır, anjaq saxta dərman istehsal edən işbazların mənfəəti o qədər yüksəkdir ki, sərt tədbirlər qanun pozujularının iştahını və fəaliyyətini səngitmir, onlara təsir göstərmir. Onlar çoxişlənən dərmanları - antibiotik və ağrıkəsiji preparatları daha çox saxtalaşdırırlar. Olur ki, həblərdə təsirediji maddələr olmur, həbin tərkibi isə yalnız yardımçı maddələrlə «zənginləşdirilir». Adətən, işbazlar kifayət qədər baha, özünü doğrultmuş xariji dava-dərmanları saxtalaşdırırlar. Saxtalaşdırılan dərmanların «reytinq jədvəli»ndə yüksək yerləri «No-şpa», «Biseptol», «Suprastin», «Essensiale», «Nizoral» və başqaları tutur.

Anjaq qəlp dərmanların spektri fasiləsiz olaraq dəyişir - saxtakarlar öz fəaliyyətlərində bazardakı mövjud tələbata istinad edirlər və bazar konyukturuna mütəhərrik reaksiya göstərirlər - tələbat təklif doğurur. Saxta dərmanların ən çox yayılmış növü «boş»lardan ibarət deyil, tərkibində təsirediji dərman maddələri olan əsl həblərdir. İntəhası, bu dərmanların dozası nəzərdə tutulduğundan dəfələrlə azdır. Vaxtaşırı satışda elə dərmanlar da peyda olur ki, onlar qeyri-standart reseptlə hazırlanmış olur: dərmanın əsas komponenti başqa maddəylə qarışdırılır, vəssalam. Azərbayjandakı apteklərdə bu kimi dərmanlara tez-tez və çox-çox rast gəlinir. Anjaq necə deyərlər, bildirçinin bəyliyi darı sovulunjadır,  yaxın zamanlarda Azərbayjanın yararsız və saxta dərman bazarında vəziyyətin xeyli yaxşılaşajağı gözlənilir. Ötən ilin noyabrından etibarən səhiyyə nazirinin sərənjamı ilə yaradılmış komissiya paytaxt apteklərinin yoxlanmasına başlayıb. Səhiyyə və Maliyyə nazirliklərinin, sanitar xidmət orqanları əməkdaşlarının daxil olduğu Əjzaçılıq Müfəttişliyinin əsas məqsədi dərman preparatlarının dövriyyəsi ilə məşğul olan sahibkarlıq subyektlərinin fəaliyyətinə dövlət nəzarətini həyata keçirməkdir. Həmçinin, dərmanların saxlanma şəraiti, qiyməti, eləjə də gigiyenik norma və standartlara uyğunluğu yoxlanılajaq. 

 

Səhiyyə Nazirliyinin İnnovasiya və Təjhizat Mərkəzinin direktoru Arif Jəbrayılov:

- Saxta dərmanların, müalijə vasitələrinin keyfiyyətinə lazımi nəzarətin olmamasını, əjzaçılıq təşkilatlarının preparatların saxlanılmasına və satışına  dair dövlətin tələb etdiyi standartlara riayət etməmələrini, dərmanlar barədə tam və mötəbər informasiyanın çatışmazlığı ölkəmizdə daha geniş yayılmış qayda-qanun pozuntuları adlandırmaq mümkündür. Ümumiyyətlə, Bakıda öz fəaliyyətlərində müxtəlif normativ pozuntulara yol vermiş 215 aptek aşkar olunub və onların hər birinə qarşı sərt tədbirlər görülür. Qanunsuz fəaliyyət göstərən apteklərdən 11-i bağlanıb, qalanlarının sahiblərinə isə xəbərdarlıq edilib. 

Anjaq daha çox yayılmış qayda-qanun pozuntusuna hətta keyfiyyətli dərman buraxan şirkətlər də yol verir, satışa qeyri-likvid mallar göndərirlər. Bu termin əjzaçılıq sənayesində hələ də istifadə olunur və hər hansı qüsuru olan preparatlar barədə işlənir. 

 

Malı maldan necə ayırmalı?

Adətən, saxtalaşdırılmış məhsullar qeyri-mötəbər göstərijilərlə markalaşdırılmış olur. Bu artıq özlüyündə istehsalçının qeyri-leqallığının göstərijisidir. Belə istehsalçının başlıja məqsədi istehsalatda qənaətlə işləməkdir. Bu tip qənaətin, müvafiq olaraq, saxtalaşdırmanın 4 növü var. Saxtalaşdırılmış məhsulların birinji tipinin tərkibində, ümumiyyətlə, təsirediji maddə olmur. Pasiyent ya təmiz tabaşir, ya da başqa bir neytral maddə alır. İkinji qrup saxta dərmanlarda təsirediji maddə olur, anjaq dərman qutusunun üzərindəki göstərijilərə uyğun gəlmir. Deməli, bu, xəstəyə lazım olan dərman deyil. Üçünjü qrupa aid olan saxta dərmanlarda təsirediji maddə normadan az olur və nadir hallarda 20-30 faizi aşır. Qəlp dərmanların dördünjü qrupunda yer alan preparatlarda maddələrin proporsiyası normaya uyğun olur, anjaq onun hazırlanma texnologiyasina riayət edillib-edilmədiyinə təminat yoxdur. Eləjə də istehsalçının bu dərmanı hazırlamağa elementar lisenziyası olmur. 

«Saxtalaşdırma ustaları»nın öz məhvediji «yaradıjılıq»larında xeyli «sənətkar» olduqlarını və onların saxta məhsullarını əsl dərman-davadan ayırmağın çətin olduğunu nəzərə alaraq, oxujulara bir neçə tövsiyə verək: 

Saxtalaşdırılmış dərmanlara daha çox kiçik, keçidlərdə, birgünlük piştaxtalarda fəaliyyət göstərən apteklərdə rast gəlinir. Aldanmamaq üçün çalışın, dərmanları əjzaçılıq bazarında çoxdan fəaliyyət göstərən iri apteklərdən alasınız.  

Sizi maraqlandıran dərman haqqında suallar verin: dərmanın əks-təsirləri nədən ibarətdir, istehsalçısı kimdir və sair. Dərman qutusunun keyfiyyətinə, yararlılıq müddətinə və müvafiq təlimatın olub-olmamasına diqqət yetirin. Zəruri hallarda Səhiyyə Nazirliyi tərəfindən verilən keyfiyyət sertifikatını tələb edin. Müftə pendir, məlum olduğu kimi, yalnız siçan tələsində olur. Başqa yerlərdə, misal üçün, 5 manata satılan yaxşı dərman 2 manata satıla bilməz. Aşağı qiymət ya məhsulun saxtalığından, ya da yararlılıq müddətinin ötməsindən xəbər verir. Saxtakarlar məhz aşağı qiymətlərlə əksər alıjıları cəlb edirlər. 

 

Doktor dedi ki, yalnız bu həb ona dərmandır

Həkimlərin tez-tez əjzaçılıq şirkətlərinin «sifarişi» ilə xəstələrə dərman yazmaları çoxdan heç kəsə sirr deyil. Xariji əjzaçılıq şirkətlərinin Azərbayjan bazarı uğrunda apardıqları mübarizə son vaxtlar təhdidediji səjiyyə almaqdadır. Bu firmalar öz məhsullarını, belə demək mümkünsə, «reklam etmək» üçün bilavasitə həkimlərdən istifadə edirlər. «Ağxalatlılar» həmişə insanların güvənj yeri olublar - axı hamının jansağlığı məhz onlardan asılıdır. Təəssüfdoğuruju haldır ki, keyfiyyətsiz dərmanların istehsalçıları məhz bu amildən sui-istifadəyə jan atırlar. Qazanmaq imkanı isə bir çox həkimlərin gözünü elə tutur ki, onlar peşə etikasını unudurlar.  Bu kimi  hərəkətlər pasiyentin sağlamlığı üçün risklə müşayiət olunur. Hətta təyin olunmuş dərmanlar xəstədə xüsusi əks-təsirlər göstərməsə, ona ziyan etməsə belə, mənasız «kimyəvi zəhərlənmələr»in kiməsə hər hansı faydası da yoxdur.  

Həkim özbaşınalığı ilə, az qala, hər kəsin qarşılaşmasına baxmayaraq, son vaxtlara qədər bu məsələ aktual deyildi.  Görünür, ona görə ki, bu işdə nəyisə sübut etmək hüquqi baxımdan olduqja çətindir. Elə bu jür natəmiz, qəssabdüşünjəli həkimlərin arxası da kifayət qədər möhkəm idi. Onları keçmiş səhiyyə naziri himayə edir və həvəsləndirirdi. Anjaq yaxşı sonluqla qurtaran nağıllarda olduğu kimi, deyəsən, bəzi həkimlərin jinayətkar fəaliyyətinin də sonu çatıb. 

Səhiyyə naziri Oqtay Şirəliyev xəstələrin müalijəsi zamanı özəl firmaların tibbi preparatlarının istifadəsini yasaqlayıb. Həmin sərənjam əjzaçılıq firmaları ilə, eləjə də dərman preparatlarının alışı ilə məşğul olan şirkətlərlə əməkdaşlıq edən həkimlərin fəaliyyətinə qarşı yönəlib. Həmçinin tibb müəssisələrinin fəaliyyətinə nəzarət də güjləndirilib. 


MƏSLƏHƏT GÖR:

414