
HAAQANI GÖRÜB ÖLMƏK
Müəllif: T.ANSARİ Bakı
Bəlkə də, öz fəaliyyəti ilə “sonunju böyük serb”, yaxud “ölkəsinin mənafeyini hər şeydən üstun tutan alovlu vətənpərvər” kimi epitetlər qazanmış siyasətçi son mənzilə bu jür yola salınmamali idi. Yəqin ki, hava limaninda fəxri qarovul olmalıydı, onun üçün Belqradın Qəhrəmanlar Xiyabanında, böyük izdihamin iştirakı ilə, ön jərgədə sabiq rəhbərin kədərli ailə üzvləri olmaqla təntənəli dəfn mərasimi düzənlənməliydi.
Qəzetlər bu barədə yazarkən onun adının yanında “hərbi jani”, “genosid”, “antibəşəri jinayətlər” kimi ifadələr işlətmənməliydilər. Elə eks-prezident də türmə kamerasında ölməməliydi.
Yuqoslaviya və Serbiyanin Hollandiya həbsxanasında ölən eks-prezidenti Slobodan Miloşeviçi (o, burada genosidə, hərbi və antibəşəri jinayətlərinə görə hökm gözləyirdi) doğma şəhəri Pocarevatsdə, oz evinin həyətində basdırdılar - şəhər hakimiyyəti Miloşeviçin şəhər qəbristanlığında dəfn olunmasına ijazə vermədi. Eks-prezidentin Qəhrəmanlar Xiyabaninda dəfni ümumiyyətlə mümkün deyildi, çünki Serbiya prezidenti Boris Tadiç açıq-aşkar bəyan etmişdi ki, o, Miloşeviçin dövlət səviyyəsində ehtiramlı dəfninə imkan verməyəjək. Serbiyanın Sosialist Partiyası öz liderinin şərəflə dəfn olunmasi üçün titanik çabalar göstərsə də, Serbiya hökumətinin Slobodan Miloşeviçin adiyla bağlı hər şeydən distansiya saxlamaq istəməsi qarşısında bu, oldiqja zəif təsir bağişladi və təşkilatçıların istədiyi alınmadı.
Hətta eks-prezidentin ailə üzvləri də dəfnə gəlmədilər - Miloşeviçin arvadi və oğlu korrupsiyada, dələduzluqda, siyasi rəqiblərin qətlini təşkil etməkdə günahlandırılır və onlar üçün Serbiyada axtarış ?lan olunub. Serbiya hökuməti bu ittihamlar və həbs orderi barədə bir an belə unutmaq istəmədiyini büruzə verdi və bu, KİV-də Miloşeviçin ailə üzvlərinə “təhlükəsizlik təminatını verilməməsi” kimi təqdim olundu. Serbiya və Çernoqoriyanın xariji işlər naziri Vuk Draşkoviçin Miloşeviçə təntənəli dəfn mərasimi təşkil etmək istəyənlərə reaksiyasi isə daha sərt oldu: “Təəssüf ki, saysız-hesabsız jinayətlər törətmiş, o jümlədən joxlarının qətlə yetirilməsi üçün şəxsən göstəriş vermiş bir adamın ardıjlları bu günlərdə mərhumu və onun siyasətini mədh etməklə məşğuldurlar. Halbuki bu siyasət yalniz ölüm, bədbəxtlik, çöküş və nifrət doğururdu”. Draşkoviç daha sonra davam edib: “Serial qətllər törədən janinin milli qəhrəmana çevrilməsi Serbiya üçün rüsvayçılıqdır. Bu, bütün dünyanın gözündə Serbiyani jinayətin ali qürur yeri olduğu ölkə kimi tanıdır”.
Yəqin ki, bir joxlarının Slobodan Miloşeviçi nəyə görə böyük əzabkeş, başqalarının isə “balaja Hitler” saymasının səbəblərini başa düşmək üçün yaxın tarixin hadisələrinə, məsələn, onun Moskvaya müalijəyə göndərilməsinə dair xahişinə (yəqin ki, o, Moskvadan müttəhimlər kürsüsünə qayıtmayajaqdi), hətta Belqrada və Novi Sada bomba zərbəsi vurulmasına yox, bir qədər də uzaq tarixin dərinliyinə enmək gərəkdir.
Qanlı savaşın janlı izləri
2001-ji ilin baharinda bu sətirlərin müəllifinin güzarı Bosniya və Herseqovinaya düşmüşdü. Orada artiq heç bir hərbi əməliyyat aparımırdi. Ölkə Deyton sazişinin prinsiplərinə uyğun olaraq bələdiyyələr, polis hissələri yaradırdı. Hətta NATO sülhməramlılarının mövjudluğu da ölkəni beynəlxalq curnalistlərin carqonunda yer alan “komançlar ərazisi”nə (heç bir qayda və qanunun olmadiği hərb zonası) oxşatmirdi. Təptəzə maşınların (müharibənin xaraba qoyduğu öəkədə bunlar haradan idi?) sürüjüləri harin bir əda ilə hər yolayrıjında məşhur “Balkan sürüşü” (maşin şəhərin küçələri boyu maksimal sürətlə hərəkət edir, işıqforlarda isə beyinqazan əyləj jiğiltisiyla dayanir) nümayiş etdirirdilər. Sarayevonun məşhur bazarı Baş Çarşı da artiq öz əzəmətini bütün rəngləri ilə birlikdə qaytarmaqdaydi. Bir zamanlar Vladimir Vısotskinin baş rolda oynadiqi “Yeganə yol” filmi məhz burada çəkilib. Film qərəmaninin müsəlman paltari altinda gizlətdiyi avtomatdan hitlerçi zabiti nişan aldığı yerdə - naxışbasma, zərb etmə emalatxanalarından çəkij taqqıltısı gəlirdi. Çıraq, kofe dəstgahi, yumru məjməyi, şamdan, kiçik qanddan və sair şeylər təklif edən zərbçi dükanlari birbaşa küçəyə açılırdı. Bunların alıjıları əsasən sülhməramlilar, curnalistlər, beynəlxalq məmurlar idi. Anjaq zərbkəsənlər inanirdilar ki, bir qədər keçəjək, bölgəyə turist axini başlayajaq. Bunlarla yanaşi, piştaxtalarda ötən müharibədən yadigar qalan suvenirlər - snayper tüfənginin gülləsindən düzəldilmiş avtomat qələmlər də satılırdı. Hazırda restoranlar və mağazaların bol olduğu küçələrdə olarkən inanmaq çətin idi ki, jəmi 16 il əvvəl Qış Olimpiya oyunlarına ev sahibliyi edən bu şəhər o vaxt dunyanın ən yaxşı qış kurortlarindan biri sayilırdı və itiqülləüli minarələri, qirmizi kərpijli çardaqlari ilə bir neşə nəsl rəssamları ilhama gətirirdi. Yeni “Holidey İnn” otelinin yanında dağilmış çoxmərtəbəli bir bina da vardı və hiss olunurdu ki, onu bərpa etmək təşəbbüsü göstərən yoxdur. Qonşu küçədə isə artıq çoxbloklu ev öz normal yaşayiş günlərinə qayitmışdı: pənjərələrdən eynən Bakida olduğu kimi sputnik antenləri dikəlirdi, anjaq onlarla yanaşı suvağını güllələrin qoparıb jilpaqlatdığı kərpijlər də qızarmaqdaydı. Almaniyadan olan sülhməramli batalyonun əsgərləri bizə danışırdılar ki, şəhərdə hələ də minadan təmizlənməmiş yerlər var. Geri qayitmaqda olan qaçqınlar üçün evlərin bərpaolunması proqramindan danışan beynəlxalq məmurlar qeyd edirdilər ki, Bosniyanın mənzil fondunun 90 faizi dağılıb. Dağılmış evlərin fonunda açılan peyzac dəhşətli dissonans yaradırdı.
Bütün bunlara tamaşa edəndə köhnə müdafiə istehkamlarını minadan təmizləməyin və evləri bərpa etməyin bir müddət əvvəl bir-birinə silah nişangahindan baxan adamlari yenidən bir blokda, qonşuluqda yaşamağa öyrətməkdən qat-qat asan olduğunu başa düşmək də çətin deyildi.
Başqa məsələlər də aydın idi. Bir çox ekspertlərin də təsdiq etdiyi kimi, Balkanları nahaq yerə Avropanın “barıt anbarı” adlandırmırdılar: burada ziddiyyətlərin tarixi çox qədimdir. Birinji Dünya müharibəsi Balkan məsələsini həll etmədən başa çatmışdı. İkinji Dünya mühatibəsi də bu məsələyə aydınlıq gətirməmişdi. KİV-də Balkan müharibəsinə dair hamı tərəfindən qəbul olunmuş versiya yüz dəfələrlə təkrar olunub: İosip Broz Tito bütün bu ziddiyyətləri öz diktaturasının “dəmir dabanı” altında əzirdi, anjaq kommunist hakimiyyəti təzyiqinin bir balaja zəifləməsi kifayət etdi ki, meydana təhlükəli və dağıdıjı güjə malik millətçilik dalğası çıxsın. Bu versiya, əlbəttə ki, çox şeyi izah edə bilər, amma heç də hər şeyi yox. Ona görə ki, özü milliyyətjə xorvat olan İosip Broz Tito təkjə “velikoserb millətçiliyi”nə qarşı ”anadangəlmə immunitet“ə malik deyildi, o, həm də yaxşı başa düşürdü ki, Yuqoslaviya kimi ölkədə milli hisslərlə oyun süqut və fajiə ilə nətijələnə bilər.
Bu ölkədə serblər, xorvatlar və Bosniya müsəlmanlari eyni dildə danışırdılar, amma bu xalqların tarixi tamam fərqli idi. Serblər Rusiyani əsas müttəfiqləri sayırdılar, bosniyalılar isə Türkiyəni. Nə vaxtsa Avstriya-Majarıstan dövlətinin tərkibinə daxil olmuş Xorvatiya isə müstəqillik əldə edəndən sonra oz siyasi orientasiyasını dəyişmədi, ölkəni “Balkan respublikası” adlandıranda Xoravatiya hökuməti rəsmi etiraz notası ilə çıxış edirdi. “Biz Avropa ölkəsiyik” - deyə Zaqrebdə vurğulayırdılar.
Ehtimal ki, Yuqoslaviya realliqlarindan baş çıxarmaq üçün başqa bir dövlətin - Əfqanıstanın tarixinə istinad etmək gərəkdir. Bu dövlət dünya xəritəsində 19-ju əsrdə peyda olub. O vaxtlar Böyük Britaniya öz müstəmləkəsi Hindistanın sərhədlərini şimala doğru genişləndirməkdəydi, Rusiya isə ondan heç də az aktiv olmayaraq Orta Asiyada öz sərhədlərini jənuba çəkirdi. Onlar bu gün-sabah təmasa girəjəkdilər. Anjaq genişmiqyaslı müharibə nə Sankt-Peterburqun, nə də Londonun planlarına daxiı deyildi. Bu zaman iki imperiyanın arasında bufer dövlət - indiki Əfqanistan yaradıldı. Anjaq 1947-ji ildə Hindistan və Pakistan Böyük Britaniyadan ayrilaraq müstəqillik əldə etdilər və “bufer”ə ehtiyaj qalmadı. 1951-ji ilin iyununda Böyük Britniyanin Kabuldakı səfiri Jon Qardnerin ünvanına belə bir məktub daxil oldu: “Əgər ehtimal olunan dövlət çevrilişi (Əfqanıstanda) baş versə, nətijədə bu ölkənin yoxa çixması fajiə olmayajaq - indiki şərtlərlə Əfqanıstanın yaxin gələjəkdə həyat qabiliyyətli olması tamamən şübhəlidir, ona görə ki, bu ölkə mahiyyətjə bir-biri ilə nə tarixi, nə də iqtisadi bağlılığı olmayan vilayətlərin konqlomeratıdır ”. Əgər Yuqoslaviyanın vılayətləri arasinda iqtisadi bağlılıq xeyli sıx idisə, tarixi baxımdan qarşılıqlı jazibə burada da mövjud deyildi.
Ancaq İ.B.Tito 1980-ci ilin 4 mayında vəfat etdi. Daha sonra kommunizmin iflası sürətləndi və Yuqoslaviyanın siyasi elitası tələsik yeni «bayraq» axtarışına çıxdı.
Alovlu vətənpərvərin törətdiyi yanğınlar
Slobodan Miloşeviç siyasi arenada məhz o illərdə peyda oldu və dərhal hiss etdi ki, hakimiyyətin ali eşelonunun qapısının açarı «velikoserb şovinizm»indədir. Onun «saatı» 1987-ci ildə zəng çaldı. Həmin il şəhər partiya manqasının gözəçarpmayan məmuru olan Miloşeviç, bugünkü terminlərlə desək, «millətlərarası zəmində baş vermiş insidenti»i araşdırmaq üçün Kosovo diyarının paytaxtı Priştinaya getdi. Serblər və albanlar arasındakı nifrətin ömrü bir neçə onilliklə ölçülmürdü: hələ 1912-ci ilədək Osmanlı imperiyasının tərkibinə daxil olon Kosovo həmin ildən Serbiyanın tərkibindəydi. O vaxt burada albanlara qarşı əsl etnik təmizləmə siyasəti aparılmışdı. Alban kişilər hələ də serblərə oxşamamaq üçün saqqal saxlamırlar. Belə bir situasiyada bölgədə olan «mərkəzdən gəlmiş emissar»ın vəzifəsi aydın idi: o, vəziyyəti aydınlaşdırmalı, imkan daxilində insidentin siyasiləşməsinə yol verməməli və heç bir halda ehtirasların qızışmasına imkan yaratmamalıydı.
Ancaq Miloşeviç özünü başqa cür apardı. 1389-cu ildə Kosovo çölündə türklərlə döyüşdə əzilmiş Serbiya ordusunun həlak olmuş əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət etməyə gedən Miloşeviç burada «serb xalqının tarixi haqları»ndan danışmağa başladı və özünün məşhur sözünü dilə gətirdi: «Heç kəs sizi vura bilməz».
Miloşeviç odla oynadığını bilirdimi? Yoxsa o, əmin idi ki, onun siyasi yüksəlişinə görə kimlər qurban getsə də, öz ailəsi heç bir bədəl verməyəcək? İndii bunu demək çətindir, ancaq «The Washington Post» bu barədə yazırdı: «Diktatorların əksəriyyəti kimi, Miloşeviç də gerçəkdə həyasız bir hakimiyyət aşiqi idi. Kommunizmin uğursuzluğa düçar olmasından sonra uzun illər Yuqoslaviyanın ortodoksal kommunistlərindən biri olmuş bu şəxs millətçi oldu, çünki onun kimi aparatçılara öz hakimiyyətlərini legitmimləşdirmək üçün yeni ideologiya lazım idi. Belə bir ideologiya isə serb millətçiliyi oldu».
O, Priştinadan milli qəhrəman kimi olmasa da, hər halda güc yığmış və qəbul olunan millətçi lider kimi qayıtdı. «Cümlə xəyanatlərə bais» rolunda xorvatları və albanları suçlayan bir çoxları bəyan edirdilər ki, xorvat Tito zamanında serbləri «sıxışdırıb». Bu adamlar belə bir şüar da qaldırmışdılar: «Bütün serblər, bir dövlətdə birləşək». Bu, o, demək idi ki, Xorvatiyanın, Sloveniyanın və Bosniyanın serblər yaşayan əraziləri Serbiyaya birləşdirilməlidir (bir ildən sonra Qarabağ konfliktti eyni sxem üzrə inkişaf edəcəkdi). 1989-cu ildə Kosovo çölündəki döyüşün 600 illiyi ərəfəsində Miloşeviç heç nədən çəkinmədən Kosovo diyarının muxtariyyatını ləğv etdi. Eyni zamanda yerli məktəblərə yeni dərsliklər göndərildi. Bu dərsliklərin məzmunu eləydi ki, alban müəllimlər onunla dərs keçməkdən imtina etdilər. Kosovadakı bu cür virtual təhsil sistemi ilə yanaşı, kosovalılar serb pasportları almaq istəmirdilər.
Tarixçilərin təsdiqləməsinə görə, Miloşeviç tərəfindən səylə qızışdırılmaqda olan millətçilik hərc-mərcliyinin qarşısını Serbiyanın o zamankı prezidenti İvan Stamboliç alırdı. Ancaq o, tezliklə devrildi və onun xələfi Miloşeviç oldu. Bir müddət sonra Belqradın şəhər parkında gəzintiyə çıxan Stamboliç bir daha geri qayıtmadı. Hazırda Miloşeviçin dul xanımı Mira Markoviç məhz bu məsələyə görə prokurorluğa ifadə verməlidir.
Ultramillətçilik isə qızışmağındaydı. O zaman Xorvatiyanın gələcək prezidenti, yeniyetmə vaxtı partizanların kəşfiyyatçısı olmuş Franyo Tucman yığıncaqların birində «hitlerçilərlə təkcə serblər vuruşmayıb və xorvatların da hamısı dil pəhləvanı deyidil« deyə etiraz etdiyinə görə Yuqoslaviya Kommunist Partiyası Mərkəzi Komitəsindəki mühüm vəzifəsindən götürüldü.
Yuqoslaviya kimi bir ölkədə velikoserb millətçiliyinin inkişafına reaksiya yalnız bir ola bilərdi: Zaqrebdə, Lyublyanada, Sarayevoda müstəqillik bəyannamələri meydana gəldi. Miloşeviçin cavabı özünü tank və bomba zərbələri ilə göstərdi. Daha sonra serblər əllərində olan yaşayış məntəqələrini öz nəzarətlərində saxlamaq, Serbiyaya birləşdirmək üçün israrlı cəhdlər göstərməyə başladılar.
1991-ci ilin noyabrında Dunay çayı üzərindəki Vukovar şəhərinin adı dünyanı dolaşdı. Serbiya bu mühüm liman şəhərini heç vəchlə Xorvatiyaya vermək istəmir, öz nəzarətində saxlamaq, daha dəqiqi, onu ilhaq etmək istəyirdi. Vukovarın müdafiəçiləri mühasirəyə alınmış şəhəri iki ay qorudular. Bu, 1000-ə yaxın şəhər sakininin həyatı bahasına başa gəldi. Sonra Yuqoslaviyanın nizami ordusu şəhərə soxuldu. Bu barədə qəzetlərə yalnız bir epizod düşdü: serb əsgərlər şəhər hospitalından 200-dən artıq insanı - yaralı əsgərləri və dinc sakinləri çıxararaq güllələyib və ümumi məzarlıqda basdırıblar.
Bundan sonra hələ Bosniyada savaş olacaqdı, Srebrenitsada qırğın baş verəcəkdi. 1995-ci ilin iyulunda bu şəhərdə serbiyalı əsgərlər çoxu dinc sakin olmaqla 8 min bosniyalı müsəlmanı məhv ediblər. Bu soyqırım aktı İkinci Dünya müharibəsindən sonra rəsmən tanınan ən dəhşətli faciədir (müqayisə üçün deyək ki, Xocalı genosdinin qurbanlarının sayı 613 nəfərdir).
Diktatorun sonu
Srebrenitsadakı qətliamdan sonra Miloşeviçin siyasi tərcümeyi-halında daha bir hadisə yer aldı. Ölkədə yerli seçkilər keçirildi və onun nəticələri Miloşeviçə «sərf etmədi». Diktatorun göstərişi ilə seçkilərin nəticələrini əks etdirən rəqəmləri «düzəltdilər», ancaq bu, seçiciləri hiddətləndirdi. Məhz o vaxt Serbiyada «Otpor» adlı gənclər təşkilatı peyda oldu (sonradan Gürcüstanda «Kmara» və Ukraynada «Pora» onun xələfləri kimi meydana çıxdılar). Miloşeviç «dəmir əl»i ilə ölkədə müxalifətin aktivliyini əzdi: seçkilərin nəticələrini amansızlıqla «korrektə etdi», BMT-nin sanksiyalarına məhəl qoymadı, ölkənin xaricdə onsuz da pis olan imicini daha da zədələdi, çağırışçıları müharibəyə göndərməkdən qalmadı və s. Bütün bunlar ona heç də populyarlıq gətirmirdi.
Ötə yandan, hərbi Fortunanın dəyişkən, səbatsız olduğu üzə çıxdı. Bosniyada müsəlmanların «etnik təmizləmə»yə məruz qoyulmasından sarsılmış Qərb daha artıq fəaliyyətsiz qala bilmədi - amerikalı hərbi təyyarəçilər müsəlmanları müdafiə etmək məqsədilə Miloşeviçin aktifv yardım göstərdiyi qüvvələrin - Bosniya serblərinin mövqelərini bombardman etdi. Tezliklə Xorvatiya ordusu üç gün ərzində serb Krainasının taleyini həll etdi - ölkənin bütün ərazisi üzərində Zaqrebin suverenliyi bərpa olundu.
Bu vaxt Miloşeviç daha bir səhv buraxdı - bunu cinayət adlandırmaq daha düzgün olar. O, əksəriyyəti talanlarda və «etnik təmizləmə»lərdə iştirak etmiş serb qaçqınlarını fəal şəkildə Kosovoda məskunlaşdırmağa başladı. Bir müddət əvvəl əhalisinin 90 faizi albanlardan ibarət olan Kosovonun etnik mənzərəsi tanınmaz şəkildə dəyişməkdəydi. Yerli albanların etirazına cavab olaraq vilayətə Serbiyanın xüsusi təyinatlı qüvvələri və yarımhərbi ultramillətçi birləşmələri yeridildi.
Srebrenitsadakı qırğın vaxtı Miloşeviç Bosniya serblərinin lideri Radovan Karaciç kimi siyasətçilərin arxasında gizlənmək imkanına malik idisə, artıq o, Kosovo qırğının günahını heç kəsin üstünə yıxa bilməzdi. Dünya birliyi genosidin müşahidəçisi olaraq qalmağın və ya Belqradda hökumət binalarını, strateji obyektləri bombardman etməyin hansının daha əxlaqlı hərəkət olması dilemması üzərində çox fikirləşmədi. İkinci variant seçildi. Serbiya paytaxtının sakinləri başa düşəndə ki, onların prezidentlərinin fəaliyyəti sayəsində artıq bombalar təkcə Zaqreb və Lyublyanaya deyil, onların da başına tökülür, Miloşeviçin taleyi həll olundu - tezliklə Belqraddakı «məxməri inqilab» barədə məlumatlar xəbər başlıqlarına çıxdı. Daha sonra dünya KİV-də yeni sensasiya «partladı»: Miloşeviç həbs olunub və Haaqa tribunalına verilib. Ancaq o, məhkəmənin hökmünə qədər yaşamadı.
Vuk Draşkoviç Miloşeviçi «Serbiyanın rüsvayçılığı» adlandırarkən, bu, heç də Qərbə yaltaqlıq, səcdə-sitayiş və hakimiyyət uğrunda gecikmiş mübarizə deyil: «Vukovar», «Srebrenitsa», «Kosovo» sözləri dünyanın yerdə qalan hissəsi üçün böyük məna daşıyır. Rusiyalı deputatlar pravoslav ideyası barədə müzakirələrlə «piar» aparmağı özlərinə rəva görə bilərlər, ancaq Serbiya hakimiyyəti serblərin xəyali mənafeləri barədə yox, reallığı fikirləşməlidir. Artıq serblər başa düşürlər ki, Serbiya istər-istəməz Xorvatiya, Sloveniya və Bosniya ilə yanaşı yaşamağa məhkumdur və heç bir şübhə yeri qoymaq olmaz ki, Belqrad vaxtilə Miloşeviç tərəfindən yeridilən bədnam siyasətə qayıtmağı düşünür. Eyni zamanda Kosovo üzərindəki suvrentitetin bərpasına necə nail olmaq barədə düşünərkən, serblər nəzərə almalıdırlar ki, burada dünya ictimaiyyətinin mühüm rol oynayası «etimad krediti» məsələsi serblərin Miloşeviçə münasibətindən asılıdır. Bu, ola bilər ki, «lakmus kağızı» rolunu oynayacaq. Təqsirsizlik prezumpsiyasına istənilən qədər istinad etmək, Miloşeviçin Haaqa tribunalının hökmünə qədər öldüyünü, onun antibəşəri və hərbi cinayətlərdə mühakimə olunmadığını, bu şəxsi «cani» adlandırmağın düzgün olmadığını bildirmək mümkündür, ancaq ona qalsa, Hitler və Pol Pot da nəinki məhkəmə hökmü eşitməyiblər, hətta müttəhimlər kürsüsündə də oturmayıblar. Ona görə də Belqradda Miloşeviçlə sadəcə vidalaşmaq istəmirlər, burada onu, başlatdığı Balkan müharibəsi ilə birgə dəfn etmək istəyirlər.
MƏSLƏHƏT GÖR: