
Yerli avtomobil istehsalı? Bu mümkündür!
Müəllif: Yelena ƏLİYEVA, Bakı
Şou davam etməlidir
Əgər gözuju Bakının küçələrinə nəzər yetirib, onları beş il əvvəlki durumla müqayisə etsək, dərhal avtomobillərin sayının artdığını görərik. Neftçilər prospektində avtomobil axınından keçmək üçün, ən azı, 5-6 dəqiqə gözləməli olursan, bunun özü nəyə istəyirsən dəyər. Və əslində, məsələ işıqforun olub-olmamasında deyil, sadəjə, maşın çoxalıb. Belə vəziyyətdə, piyadalara yol keçmək getdikjə daha da çətinləşir. Yeganə çıxış yolu - öz avtomobilinlə hərəkət etməkdir.
Avtoşou: cəhd - 2006
2004-jü ildə Azərbayjanda ilk beynəlxalq sərgi - avtoşou keçiriləndə çoxları təəjjüblənirdi: axı bu nəyə lazımdır? Əgər Azərbayjan nəinki avtomobilin özünü, heç ehtiyat hissələrini belə istehsal etmirsə, onda bu təmtəraq nəyə gərəkdir? Lakin sərgi keçirildi, hərçənd, çoxları bu layihəni uğursuz adlandırdı. Ötən il də vəziyyət təkrarlandı: ekspozisiya 2004-jü illə müqayisədə, daha dolğun olsa da, istənilən kimi keçmədi, yenə zəif sayıldı və s. Bu il isə avtoşouda artıq 12 ölkədən 69 şirkət təmsil olunurdu, ekspozisiyalar 50% genişlənmişdi. Özü də iştirak edən şirkətlərin 20-si Azərbayjandan idi, daha doğrusu, əjnəbi brendlərin yerli distribüterləri və nümayəndəlikləri idi. Ən sevindiriji məqam o idi ki, həmin distribüter, diler, şirkət və xariji konsernlərin Bakı sərgisinə münasibəti artıq dəyişmişdi. Bu isə o deməkdir ki, məşhur, tanınmış, dünyamiqyaslı brendlər artıq məhsullarını Bakıda təqdim etməyə jan atırlar. Elə bu səbəbdən, «Merjedes Benz», BMW kimi nəhəngləirin yeni modellərinin ilk təqdimatı keçirildi…
Avtosərgi ilə bağlı vəziyyət Azərbayjanın avtomobil bazarında yaranmış problemin yalnız üst qatıdır.
“Hər yer avtomobil, hara baxırsan avtomobil...”
Statistikaya görə, əhalinin payına düşən avtomobillərin sayına görə Azərbayjan dünyada 80-jı yerdədir. Bizdə hər min nəfərə 51 avto düşür. Bu məlumatları BMT təşkilatda təmsil olunan ölkələrin avtomobilləşdirmə reytinqinə əsasən açıqlayıb.
Qeyd edək ki, Rusiya min nəfərə 156 avtomobillə 53-jü yeri tutur, Belorusiyada hər min nəfərə 106 maşın düşür, Ukraynada bu rəqəm 98, Moldovada 49-dur və s. İlk üçlük isə belədir: 1-ji yer - ABŞ (765), 2 - Lüksemburq (686), 3 - Malayziya (641).
Bir başqa statistika da var. Azərbayjanda fiziki və hüquqi şəxslərə məxsus avtomobillərin sayı 570 mindir. Bu isə 1993-jü ildə olduğundan 44,7% artıqdır. Əgər 1992-93-jü illərdə hər 22 nəfərə bir maşın düşürdüsə, indi bu rəqəm 14,4-dür. Bu da son illərdə əhalinin rifahının artmasına dəlalət edən obyektiv göstərijidir.
Qeyd edək ki, hələ 2002-ji ildə ölkədə avtomobillərin sayı 457,4 min təşkil edirdi.
Daha dəqiq məlumatlara istinad edək. Nəqliyyat Nazirliyinin «Avtonəqliyyatservis» Departamentinin müdir müavini, Beynəlxalq Nəqliyyat Akademiyasının akademiki Kaviz Abdullayevin sözlərinə qörə, keçmiş SSRİ-nin bütün respublikalarında olduğu kimi, Azərbayjanda da avtomobil parkı, əsasən, Rusiya, Ukrayna və Belorusiyada istehsal edilmiş nəqliyyat vasitələrinin hesabına formalaşıb. Statistik məlumatlara görə, ölkədə 527 min avtomobil, qoşqu, yarımqoşqu və motosiklet var. Rəqəm göstərijiləri isə aşağıdakı kimi bölünür:
Yük maşınları - 86 879
Avtobuslar -20 991
Minik avtomobilləri - 403 964
Təjili yardım maşınları -1 644
Pikap və furqonlar -3 546
Qoşqu və yarımqoşqular - 4 681
Motosikletlər - 4 993
Yalnız son onillikdə Azərbayjanda minik avtomobillərinin sayı 100 min ədəd artıb. Bəs görəsən, əhalinin payına düşən avtomobillərin sayına görə Azərbayjan postsovet ölkələri arasında neçənjidir? K.Abdullayevin sözlərinə görə, Azərbayjanda 8,3 milyon əhalinin hər min nəfərinə 64,26 avtonəqliyyat (nəqliyyat vasitələrinin növlərinə bölmədən) vasitəsi düşür.
Əlbəttə, söhbət yalnız rəsmən qeydiyyata alınmış avtomobillərdən gedir, bizdə qonaq olan, ya da tranzitlə keçən minik vasitələri haqda statistika susur. Ötən il Baş nazir Artur Rəsizadə vajib bir rəqəmi açıqladı: ildə Azərbayjanda orta hesabla 15 mindən artıq avtomobil satılır. Avtosatıjıların dediklərinə inansaq, bu göstəriji daha yüksəkdir.
Bununla belə, K.Abdullayev hesab edir ki, «boz» dilerlərin Azərbayjan avtobazarında iştirakı bir qədər şişirdilib. O, «boz» avtodilerlərin tutduğu ölkə bazarının hələ 2003-jü ildə, əsasən, rəsmi qeydiyyata alınmış şirkətlərin əlinə keçdiyini söyləyir. Bazarda sivil satıjılar qrupu formalaşdı. Onun sözlərinə görə, bu «çox böyük nailiyyətdir».
İstehsalı təşkil etmək mümkündür
Lakin bu şirkətlər öz məhsullarını maneəsiz realizə edə bilirmi? Axı sirr deyil ki bu gün gətirilən avtomobillərə, ehtiyat hissələrinə qoyulan gömrük rüsumları, yumşaq desək, yüksəkdir. «Nəyinki yüksək, hətta çox yüksəkdir», - deyə K.Abdullayev söyləyir. «Avtomobillərin ölkənin gömrük məkanına daxil olması zamanı bütün gömrük rüsum (yeni avtonun idxalı zamanı mühərrikin hər kub. sm.-nə 0,5$ ödənilir) və vergiləri (ikiqat vergitutma sazişləri imzalanmayan ölkələr üçün 18 ƏDV) ödənilməlidir. Mən dəfələrlə demişəm ki, bu jür vergitutma qaydaları yaranmış çoxyerli avtobuslar və ağır avtoqatarlar parkının yenilənmə problemini həll etməyə mane olur. Axı avtobusun (avtoqatar) öz yüksək qiymətindən əlavə müasir şəhərlərarası daşımalar üçün avtobusun vergilərinidə ödəmək lazımdır».
Gəlin, birlikdə hesablayaq.
Beləliklə, bu növ avtobusun dəyəri 100 min dollardır.
Ölkəyə avtobusun idxalı zamanı əlavə xərjlər, yəni Avropa və ya Asiyadan daşınma xərjləri (5-6 min$ qədər), mühərrikin həjminə görə gömrük rüsumu (yeni 12 litrli mühərrikə görə 6 min$ qədər ) və üstəgəl, daşınma zamanı KASKO sığortalama xərjləri (3-4 min$ qədər) nəzərə alınmalıdır. Bundan başqa, bütün bu məbləğdən 18% ƏDV tutulur. Bunları hesablasaq, belə çıxır ki, avtobus alıjısı əlavə 25-30 min dollar ödəməlidir. Bu isə təbii ki, əlverişli deyil.
Anjaq maraqlısı bu deyil. Qeyd etdiyimiz kimi, bu il avtoşouda «özgə» məhsulu təqdim edən 20 yerli şirkət iştirak edirdi. Bununla belə, «Iteja Jaspian» şirkətində əmindirlər ki, Azərbayjan əvvəl-axır öz məhsullarını yalnız yerli deyil, həm də dünya avtoistehsal bazarına çıxarajaq. Əslində, buna əsas var.
SSRİ dövründə neft maşınqayırma lideri olan Azərbayjanda neft-mədən avadanlığının 70%-ni istehsal edən 20-dən artıq müəssisə fəaliyyət göstərirdi. Sifariş və lazımi maliyyələşdirmə olsa, «Bakı fəhləsi» zavodunun istehsal sahələrində borudaşıyan, avtosistern və yanajaqdaşıyan qurğular istehsal oluna bilər. Yəni orada, əsasən, MDB istehsalı olan, şassi üzərində xüsusi qurğuların buraxılışı təşkil edilə bilər. Əvvəllər Bakı İxtisaslaşdırılmış Avtomoblillər Zavodunda ildə 3,5 min soyudujuqurğulu avtomobil buraxılırdısa, indi müəssisə özəlləşdirilib və onun bazasında səhmdar jəmiyyəti yaradılıb.
İstehsal sahələri avtomobillərin təmiri və texniki xidməti üçün istifadə edilir. Lakin orada universal metalkəsən avadanlıq, iri və orta ştamp presləri quraşdırılıb; həmçinin müəssisədə hazırlıqlı texniki-mühəndis personal da var. Deməli, yetərinjə investisiya olduqda orada ortatutumlu avtobusların istehsalını təşkil etmək olar.
Anjaq hələ bu da son deyil. Əvvəllər «Soyuzneftmaş» İstehsalat Birliyinə daxil olan «28 May» zavodunun bazasında samosval, borudaşıyan, sudaşıyan yük maşınlarının istehsalını təşkil etmək tamamilə realdır. Gənjə maşınqayırma zavoduna gəldikdə isə, o yalnız adda maşınqayırma zavodudur. Əslində, o, keçmiş İttifaq Radiosənaye Nazirliyinə daxil idi və avtomobil texnikası istehsalı üçün nəzərdə tutulmurdu. Gənjə Avtomobil Zavodunda (GAZ) bu gün nə baş verdiyini bilirik.
Bu yaxınlarda elan olunmuşdu ki Gənjə Avtomobil Zavodunda LIFAN Çin şirkətinin istehsalı olan avtomobillərin buraxılışına başlanılıb. Bu il 2,5 avtomobil istehsalı planlaşdırılır. Bu ay bağlanan sazişə əsasən, zavodda 1 t - 3,5 t yük maşınları, mikroavtobus və minik avtomobilləri istehsal olunajaq. İlin sonunadək 9 modifikasiyanın istehsalının təşkili nəzərdə tutulur. Bütün işlər müəssisənin öz hesabına həyata keçirilir. Qiymət siyasətinə əsasən, avtomobillərin dəyəri modifikasiyadan asılı olaraq 6,5-9,5 AZN arası olajaq. Avtomobillər həm Azərbayjanda, həm də MDB-nin digər ölkələrində yayılajaq.
Zavodda, həmçinin, Rusiyanın «UAZ» markalı avtomobillərinin yığılması da davam etdiriləjək. Bu ilin sonunadək 1,5 min avtomobil istehsalı nəzərdə tutulur.
Yeri gəlmişkən, hazırda Azərbayjanda Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş maşınqayırma kompleksinin inkişaf proqramı həyata keçirilir. Proqramda Bakı və Gənjə avtomobil zavodlarının bazasında yerli avtomobil istehsalı sənayesinin inkişaf problemləri, maşınqayırma, elektrotexnika, radio və elektronika, həmçinin, kimya və tikinti komplekslərinin əsasında paralel sənaye sahələrinin yaradılması və təşkili məsələləri öz əksini tapıb.
Dövlət dəstəyinə ehtiyac var
Bütün bunlar aydındır. Bəs maliyyə məsələləri nejə olsun? Axı sirr deyil ki, hər zavodun istehsal güjünün bərpası üzrə ambisiyalı layihələrin reallaşdırılmasına xeyli vəsait tələb olunur.
«Hər il dövlət büdjəsindən tikilmiş obyektlərin və alınmış avadanlıqların saxlanılması məqsədilə lazımi vəsait ayrılır. Eyni zamanda, xariji investisiyaların jəlb edilməsi üçün ölkə rəhbərliyi tərəfindən açıq qapılar siyasəti yürüdülür. Beləliklə, investisiya jəlb edilir, amma hansısa konkret bir layihənin reallaşması üçün həm dövlət orqanları, həm də sərmayəçilər tərəfindən böyük iş aparılmalıdır», - deyə K.Abdullayev hesab edir. Əlavə edərək o deyir ki, yaxın vaxtlarda ölkəmiz, heç olmasa, avtoparkının ehtiyajlarının bir hissəsini özü təmin edə biləjək. Lakin bunun üçün bir sıra vajib tədbirlər, o jümlədən avtoparkın yenilənməsi həyata keçirilməlidir.
Ölkəmizdə yaranmış avtopark strukturundan göründüyü kimi, hal-hazırda ayrı-ayrı kateqoriya avtonəqliyyat vasitələrinin yenilənməsinə böyük ehtiyaj var. Birinjisi, ölkənin avtobus parkı, həm şəhərdaxili, həm şəhərlərarası və beynəlxalq marşrutlar üzrə, tamamilə yeniləşdirilməlidir. Belə ki, şəhər avtobus parkının ehtiyajı 1 200-1500 iritutumlu avtobusdur; şəhərlərarası marşrutları isə 1500-2000 iritutumlu avtobus təmin etməlidir. Bunların hamısı isə yalnız hazır avtobusların alınması ilə mümkündür. Respublikada 11 887-dən artıq (ümumi miqdarın 62,9%-i) sayda olan 21 nəfərədək tutumlu avtobuslara gəldikdə isə, onların istehsalı Gənjə avtozavodunun bazasında təşkil edilə bilər. Hal-hazırda sayı 4112 (21,8%) olan 21-32 nəfər tutumlu avtobusların istehsalı isə Bakı Avtomobil Zavodunun bazasında mümkündür. Yalnız xariji sərmayələrin jəlbi məsələsinin və ya istehsalçıya sərfəli şərtlərlə yerli banklardan uzunmüddətli güzəştli kreditlərin verilməsinin həlli vajibdir.
Bundan başqa, ağır avtoqatarlar parkının da yenilənməsinə ehtiyaj var. Bu, xariji kreditlərin, sərmayələrin hesabına və həmçinin, müasir avtonəqliyyat vasitələrinin idxalına qoyulan vergi və gömrük yükünün azaldılması yolu ilə həyata keçirilə bilər. Ən nəhayət, sayı 372 min olan minik avtomobilləri parkının mərhələli yenilənməsi üzrə dövlət proqramı olmalıdır. Minik avtoparkının 87,7%-ni Ukrayna və Rusiya istehsalı olan avtomobillər təşkil edir. Minik avtomobillərinin ümumi miqdarında 210690 ədədinin (64,7%) «yaşı» 16-dan yuxarı olanlardır. Bu səbəbdən, yol hərəkətinin təhlükəsizliyini və ətraf mühitin mühafizəsini təmin etmək üçün ölkədə ekoloci və texniki tələblərə javab verən mühərriklərlə təjhiz edilmiş orta və yuxarı sinif müasir minik avtomobillərinin istehsalına ehtiyaj yaranmışdır. Özü də illik buraxılış 5-10 min olmalıdır ki, həm daxili bazar ehtiyajları ödənilsin, həm də yaxın və uzaq xariji ölkələrin ənənəvi bazarlarına məhsul çıxarılsın.
Sonda isə K.Abdullayev Azərbayjanda, hətta yerli avtomobil sənayesinin yaranmasının mümkün-lüyünə əmin olduğunu qeyd etdi.
«Əlbəttə, ölkə rəhbərliyinin bu sahəyə dəstəyi olduğu təqdirdə. Belə nümunə kimi reallaşdırılmış KamAZ yük maşınlarının yığılması layihəsini göstərmək olar».
Bütövlükdə isə bu sənaye sahəsi ölkə iqtisadiyyatının prioritet inkişaf istiqamətlərinə aid edilməlidir. Bununla bağlı bir sıra tədbirlər həyata keçirilməlidir:
•dünya avtomobil sənayesinin aparıjı şirkətlərindən biri sərmayəçi kimi qanunverijilik səviyyəsində dəstəklənsin;
•qanunla müəyyən edilmiş dövrə güzəştli vergitutma siyasəti keçirilsin;
•yerli istehsalçının maraqlarını müdafiə etmək məqsədilə, respublika zavodlarında buraxılması nəzərdə tutulan məhsula analoyi hazır məhsulun idxalına xüsusi gömrük rüsumları tətbiq edilsin;
•avadanlıq, alətlər, təjhizat vasitələri, maşın komplektləri və komplektləşdirmə məmulatlarına tətbiq olunan idxal vergiləri, rüsumları, həmçinin hazır məhsulun idxal və ixrajına qoyulan vergi və rüsumlar ləğv edilsin və s.
MƏSLƏHƏT GÖR: