15 Mart 2025

Şənbə, 01:45

Müflis olmuş trest

Müəllif:

01.04.2006

1992-ji ilin iyununda Azərbayjanda özəlləşdirmə prosesi start götürdü. Bu məqsədlə Dövlət Əmlak Komitəsi yaradıldı və 1995-ji ildə ölkə Beynəlxalq Valyuta Fondunun, Dünya Bankının texniki-maliyyə yardımı ilə iqtisadiyyatda makroiqtisadi və struktur islahatları, eləjə də, bu sistemin idarə edilməsi üzrə proqramların həyata keçirilməsinə başladı. Eyni zamanda, Azərbayjanda torpağın özəl mülkiyyətə verilməsini və istehsal vasitəsinə çevrilməsini nəzərdə tutan Konstitusiya qəbul olundu. Bununla da Azərbayjanda iqtisadiyyatın liberallaşdırılmasının təməli qoyuldu və bütövlükdə iqtisadi islahatların, xüsusilə də özəlləşdirmənin dönməzliyi təsdiqləndi. 

 

2001-ci il. Mart 

Özəlləşdirmə prosesi zəruri qanunların işlənib hazırlanması, həmçinin kiçik və iri müəssisələrin, o jümlədən istehsal güjü yerli bazarın tələblərini tam ödəyən nəhəng obyektlərin dövlətsizləşdirilməsinə tam həjmdə imkan verən hüquqi-normativ aktların qəbulu ilə dəstəkləndi. Elə alındı ki, özəlləşdirmə prosesində təkjə yerli iş adamları yox, xariji biznesmenlər də iştirak etdilər - bu prosesə yalnız «bizimkilər»in vəsaiti kifayət etmirdi. 2001-ji ilin mart ayının 29-da keçmiş Dövlət Əmlak Komitəsi və Hollandiyanın «Fondel Metal Partijipations B.V.» şirkəti arasında «Azərbayjan alüminum» Səhmdar Jəmiyyətinin (SJ) 25 illiyə şirkətə verilməsi haqqında saziş imzalandı. Hökumət bütün mənfəəti ilə birlikdə SJ-yə rəhbərlik hüquqlarını tam olaraq «Fondel»ə verdi. Öz növbəsində şirkət istehsalın bərpasına və müəssisənin inkişafına 1 milyard dollar həjmində yatırım qoymağı öz öhdəsinə götürdü. Qeyd edək ki, SJ-nin sərənjamında üç müəssisə - Gənjə Gil-Torpaq Zavodu, Sumqayıt Alüminium Zavodu və Zəylik Alunit Mədəni vardı. Şirkət bu müəsisələrinin aktivlərinə 50 milyon dollarlıq sərmayə qoydu. 

Anjaq bu yaxınlarda «Fondel Metal Participations B.V.» şirkətinin rəhbərliyinin yaydığı press-relizdə göstərilir ki, Azərbayjan hökuməti bu şirkətlə «Azəralüminum» SJ-yə dair bağlanmış müqaviləni ləğv edib. Öz hüquqlarını müdafiə etmək üçün «Fondel» bütün mümkün tədbirlərə əl atmaq, o jümlədən Beynəlxalq Arbitraj Məhkəməsinə müraciət etmək niyyətində olması barədə olduğunu bəyan edib. Bu arada Dövlət Əmlakının İdarəolunması üzrə Dövlət Komitəsindən (DƏDİDK) bildiriblər ki, bu günədək SJ-də korporativ idarəetmə sistemi yaradılmayıb. Şirkətin 3 min nəfərlik iş yeri yaratması barədə verdiyi açıqlamaya gəlinjə, DƏİDK-də hesab edirlər ki, bundan gözlənilən mənfəət və effekt alınmayıb. Müqavilənin bağlandığı vaxt şirkətə, müəssisənin borjlarının ödənilməsini bir müddət təxirə salmaq imkanı verilməsinə baxmayaraq, bu, gözlənilən nətijələrin əldə olunmasına, daha dəqiqi, alüminium istehsalının bərpasına rəvaj verməyib. Həmin bəyanatdan bir neçə gün sonra iqtisadi inkişaf naziri Heydər Babayev «Fondel»in iddiasını - şirkətlə bağlanmış müqavilənin Azərbayjan hökuməti tərəfindən ləğv olunması barədə yaydığı məlumatı təkzib etdi. Onun sözlərinə görə, İqtisadi İnkişaf Nazirliyi də, DƏİDK də «Fondel»in fəaliyyətinin inventarizasiyasını aparır. Nazir ayrıca onu da qeyd etdi ki, Hollandiya şirkəti «Azəralüminium» SC-nin uzunmüddətli idarəetməyə verilməsinə dair şərtlərə, konkret olaraq, müqavilədəki investisiya yatırımı barədə müddəaya əməl etməyib. Bununla əlaqədar olaraq «Fondel»ə öz mövqeyini bildirməsi üçün müvafiq məktub göndərilib: ya şirkət öz üzərinə götrdüyü öhdəliklərə əməl etməlidir, ya da müqavilə ləğv olunacaq. 

Hazırkı iqtisadi inkişaf nazirinin sözlərindən belə məlum oldu ki, 2001-ci ildə, o vaxtkı nazir Fərhad Əliyev tərəfindən imzalanmış müqavilənin bir çox müddəalarının ölkənin maraqlarına cavab vermir.. Məsələn, müqavilədə göstərilir ki, müqavilənin ləğv olunmasına qədər şirkət tərəfindən yatırılmış sərmayə geri qaytarılmalıdır. Hazırda sözü gedən nazirliyin və dövlət komitəsinin hüquqşünasları bü məsələlər üzərində işləyirlər. 

İİN-də «Fondel»in məsələsinin Rusiyanın «RusAl» şirkətinin Azərbaycanın alüminium sənayesinin inkişafına investisiya qoymaq planları ilə bağlı olduğu barədə şayiələri də təkzib edirlər. Xatırladaq ki, «RusAl» şirkəti ölkəmizin alüminium sənayesinə 1 milyard dollarlıq investisiya qoymağa hazırdır və Azərbaycanda 300 min ton həcmində istehsal gücü olan alüminium zavodu tikmək imkanlarını araşdırır. Bu isə Azərbaycan hökuməti tərəfindən müsbət dəyərləndirilir. H.Babayevin sözlərinə görə, Rusiya şirkəti ilə bəzi danışıqlar artıq aparılıb və «RusAl» Azərbaycanda yeni alüminium müəssisələri yaratmağa hazırdır. Bundan başqa, rusiyalılar alüminium məhsullarının istehsalına sərf olunacaq elektrik enerjisinin ayrıca istehsalına başlamağa hazır olduqlarını da dilə gətiriblər. 

Qeyd edək ki, «RusAl»ın Azərbaycanda fəaliyyətinə dair şərtləri müzakirə etmək üçün İqtisadi İnkişaf və Vergilər nazirliklərinin, Dövlət Gömrük Komitəsinin mütəxəssislərindən ibarət xüsusi komissiyanın yaradılması nəzərdə tutulur. 

 

2001-ci il. Oktyabr

Cari ayda Azərbaycan iqtisadiyyatına qoyulmuş xarici sərmayələrlə birbaşa bağlı olan hadisələr də baş verdi. Bu dəfə söhbət kimya sənayesinə və elektroenergetika sahəsinə qoyulmuş investisiyalardan getmirdi. Azərbaycan Respublikası Baş Prokurorluğunun yaydığı açıqlama aydın səmada çaxan şimşək effekti verdi və ölkədə əsl sensasiya doğurdu.  Açıqlamada göstərilirdi ki, «Barmek-Azərbaycan» Məhdud Məsuliyyətli Cəmiyyətinin (bu şirkət Bakı və Sumqayıt şəhərlərinin, eləcə də ölkənin şimal rayonlarının elektrik təchizatı ilə məşğul olur) rəhbəri Hüseyn Arabula qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308,1, 313 və 179,3.2  maddələri üzrə cinayət işi qaldırılıb. Qeyd edək ki, bu maddələr vəzifə səlahiyyətlərindən siu-istifadəni, vəzifə saxtakarlığı və  özgə əmlakını ağırlaşdırıcı halda mənimsəməyi nəzərdə tutur.  Baş prokurorluq belə bir qərara Azərbaycan Respublikası Baş Prokurorunun yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin İqtisadi İnkişaf, Maliyyə, Vergilər, Sənaye və Enerjetika nazirliklərinin, eləcə də Auditor Palatasının mütəxəsislərii ilə birgə «Barmek-Azərbaycan» MMC-nin fəaliyyətini araşdırdıqdan sonra gəlib. Müəyyən edilib ki, 13 oktyabr 2001-ci ildə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və «Barmek-Holdinq» (Türkiyə) şirkəti arasında bağlanmış müqavilənin öhdəliklərinin yerinə yetirilməsi zamanı sabiq iqtisadi inkişaf naziri «Barmek-Holdinq»in rəhbəri Hüseyn Arabulla bilərəkdən sövdələşməyə girib. Böyük Britaniya Krallığının və Şimali İrlandiyanın «Svodkrest Limited» şirkətlərinin, müqavilənin 9.1.1.13 maddələrinə müvafiq şəkildə yaradılması nəzərdə tutulan bərabərhüquqlu törəmə müəssisəsinin ortaqlığına qanunsuz olaraq qəbul edilməsi nəzərdə tutulub. Bu şirkəti Sehni Sinqh Taranjit adlı bir nəfər təmsil edib. H.Arabul bu məqsədlə 11 dekabr 2001-ci ildə «Barmek-Azərbaycan» Elektrik Şəbəkəsi adlı vasitəçi MMC təsis edib və paylar «Barmek-Holdinq»lə «Svodkrest Limited» arasında bərəbar şəkildə bölünüb. Bununla yanaşı, törəmə müəssisə «Barmek-Holdinq» şirkətinin birbaşa və ya dolayısı ilə nəzarətində olan struktur kimi nəzərdə tutulub. 20 aprel 2005-ci ildə S.Taranjit «Svodkrest Limited»in direktorluğunu H.Arabula verib. Buna baxmayaraq, 2002-2004-cü illər və 2005-ci ilin birinci rübü ərzində heç bir əsas olmadan holdinqə konsultativ xidmətlər göstərilməsi barədə saxta sənədləşdirilmə aparılıb. «Svodkrest Limited»in hesabına 2,8 milyard manat həcmində vəsait keçirilib. 

Bundan başqa, İİN-in müvafiq strukturları keçmiş nazir tərəfindən saziş iştirakçılarının müqavilədə nəzərdə tutulmuş öhdəliklərin icra edilməsinə, o cümlədən yeni aktivlərin yaradılmasına, şəbəkənin inkişafına, idarəetmənin təkmilləşdirilməsinə nəzarətdən, faktiki olaraq, kənarlaşdırılıblar. Bu şəraitdə  «Barmek-Holdinq» müqaviləyə görə, üzərinə düşən öhdəlikləri ya tamamilə, ya da qismən yerinə yetirməyib. «Barmek»in işçiləri xırda təmirdən sonra sınıq-salxaq, bəzən isə tam yararsız olduğuna görə istismardan çıxarılmış avadanlığı yenisi kimi balansa qəbul ediblər. Həmçinin işlərin yerinə yetirilməsinə dair sənədlər saxtalaşdırılıb, şəbəkəyə qoşulma, elektrik enerjisinin satışı və əmtəə tədarükləri zamanı iri həcmli pul vəsaitləri mənimsənilib. Beləliklə, ciddi maliyyə pozuntuları və korrupsiya hallarına yol verilib. İnvestiya proqramına uyğun olaraq, «Barmek-Holdinq» 5 il müddətində nəzarətində olan ərazilərdə müvafiq infrastrukturlara 51 milyon dollar həcmində yatırım qoymalıydı. Ancaq gerçəkdə heç bir xarici sərmayələşdirmə fəaliyyəti həyata keçirilməyib. Şirkətin qoyduğu yatırımlar yalnız enerji istehlakçılarından yığılan vəsaitlərin hesabına edilib. «Barmek»in investisiyalara dair verdiyi hesabatda göstərilən rəqəmlər təhrif olunub. Məsələn, 2004-cü ildə Sumqayıt şəbəkəsinə investisiya qoyulmasına dair hesabatda 2 milyon dollarlıq sərmayə yatırımı göstərilsə də, əslində, bununla bağlı heç bir iş görülməyib. 

Baş Prokurorluğun araşdırması nəticəsində o da müəyyən olunub ki, «Barmek-Azərbaycan»ın fəaliyyəti dövründə elektrik avadanlıqları, materiallar və görülmüş tikinti-montaj işləri şişirdilmiş qiymətlərlə göstərilib. Bununla yanaşı, elektrik enerjisinin satışından gələn vəsaitin yığımında və qeydiyyatında ciddi maliyyə pozuntularına yol verilib: iri enerjitutumlu müəssisələrin enerji məsrəfi qəsdən az göstərilib, abonentlərdən əlavə pullar yığılıb və mənimsənilib. İşin təhqiqatı baş prokurorun yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə həvalə edilib. 

 

2002-ci il. Avqust

«Azərboru» Səhmdar Cəmiyyətini özəlləşdirmiş «Targol Investment Ltd.» şirkəti ilə bağlı məsələ isə, bir qədər, mürəkkəbdir. Xatırladaq ki, 2002-ci ilin avqustunda «Targol Investment Ltd.» investisiya müsabiqəsi zamanı Sumqayıt Boru-Prokat Zavodunun səhmlərinin 97,39 %-ni (nizamnamə kapitalı 17,5 mlrd. manat) alıb. Zavodun nazərət-səhm paketini əldə edən şirkət ilk üç ildə ona 50 milyon dollar həcmində sərmayə qoymağı öhdəsinə götürüb və artıq 2003-2004-cü illərdə 7 milyon dollardan artıq investisiya qoyub. Özəlləşdirilənə qədər zavod, əsasən, hazır boruların emalı ilə məşğul olub. Şirkət rəhbərliyi vəd edib ki, yenidənqurma işlərindən sonra müəssisənin istehsal həcmi ildə 200-250 min tona çatacaq və bu, «Azərbaycan bazarının tələbatını ödəyəcək, Türksənistana, İrana, İraqa və başqa ölkələrə məhsul göndərməyə imkan verəcək».  

Mətbuatda vaxtaşırı belə xəbərlər dolaşırdı ki, Azərbaycanın iri müəssisələrindən birini almış Britaniya şirkəti beynəlxalq miqyasda tanınmır və hansısa offşor zonada qeydə alınıb, hətta Böyük Britaniyada belə bu firmanın nə ilə məşğul olduğunu bilmirlər. Ancaq o vaxt İİN-də bu xəbərləri təkzib etdilər vəi «Targol Investment Ltd.»in Böyük Britnaiyada qeydiyyatda olduğu və müxtəlif neft layihələrində iştirak etdiyini bildirdilər. Bundan başqa, deyilirdi ki, bu şirkət investisiya strukturlarında əsas kapital qoyuluşunun qiymətləndirilməsi, birbaşa investisiyalaşdırma, ticarət və marketinqin maliyyələşdirilməsi ilə məşğul olur.  

Şayiələrin ikinci dalğası ötən il -  «Targol Investment Ltd.» birdən-birə Azərbaycan hökumətinə xəbər vermədən, müəssisənin aksiyaları üzərindəki hüququnu başqa şirkətə satandan sonra qabardı. Ancaq iqtisadi inkişaf naziri H.Babayevin açıqlamalarından belə məlum olur ki, «Targol Investment ltd.» səhmlərin satışı barədə artıq hökuməti xəbərdar edib.  Bununla belə, nazir müəssisəyə müştəri düşən şirkətin adını çəkməyib. 

P.S. İlk baxışdan elə görünür ki, əmlakın xarici investorların uzunmüddətli idarəetməsinə verilməsi ilə müşayiət olunan özəlləşdirmə forması effektiv deyil. Ancaq İqtisadi İnkişaf Nazirliyində hesab edirlər ki, problemin kökünü özəlləşdirmənin bu formasında yox, müqavilə imzalayan şirkətlərdə və onların öz öhdəliklərini necə yerinə yetirməsində axtarmaq lazımdır.  


MƏSLƏHƏT GÖR:

448