15 Mart 2025

Şənbə, 03:04

ERMƏNİ CANİLƏRİNİN PARADI

Bu aləmdə erməni kriminalitetinin mövqeləri çox jiddidir

Müəllif:

01.04.2006

Kiprdə anadan olmuş və 90-jı illərin sonunda Rusiyaya köçən pop-müğənni Avraam Russo müsahibələrinin birində deyib: “Rusiyada yaşamaq zəif adamın işi deyil. Bax, elə bu yaxınlarda Arbatda qubernator güllələyiblər”.

Müğənninin sözləri heç də şişirtmə deyil; 2002-ji il oktyabrın 18-də Moskvanın mərkəzində yerləşən Arbat küçəsində Maqadan vilayətinin qubernatoru Valentin Svetkov qətlə yetirilmişdi. Qətli törədənlər hadisə yerindən qaça bilmişdilər. Mətbuat həyəjana gəldi: Moskva kriminal «razborkalar»a öyrənjəli idi, 90-jı illərin kriminal “strelka”ları hələ yaddan çıxmamışdı, amma Moskvanın mərkəzində vilayət qubernatorunu öldürmək - bu, ağlasığmaz bir hərəkət idi. Curnalistlər müxtəlif versiyalar irəli sürürdülər,  qubernatorun öldürülməsinin kimə sərf etdiyini müəyyən etmək istəyirdilər: Maqadan vilayətində Rusiyanın ən böyük qızıl mədənləri və böyük balıqçılıq donanması yerləşir, burada müxtəlif kommersiya strukturlarının maraqları toqquşur... 

2003-jü ilin yayında jinayət işində müəyyən konkretlik yaranmağa başlayır. Moskva Şəhəri Daxili İşlər İdarəsinin Məlumat Şöbəsinin rəisi Valeri Qribakin curnalistlərlə müsahibəsində deyir: “Moskva Jinayət Axtarışı İdarəsi Valentin Svetkovun qətlində iştirak etmiş şübhəli bilinən şəxslər qismində Sergey Qordienko, Martin Babakesyan, Aleksandr Zaxarov, Yuri Rackin, Masif Axunts, Yevgeni Kovalyov və Konstantin Korşunovu beynəlxalq axtarışa elan edib”. Bundan başqa, Qribakin qeyd edib ki, axtarışda olanların saxta sənədləri ola bilər, onların özləri isə Stavropol və Krasnodar diyarında, Rostov vilayətində, Primorye, Ukrayna və Ermənistanda gizlənə bilər. 

Əslində, heç də Jənub bölgəsi sayılmayan Maqadan rəhbərinin qətlində “erməni izi” bundan əvvəl də aşkarlanmışdı. 16 iyun 2003-jü il tarixdə Maqadanda Svetkovun qətlində iştirak etməsi güman edilən, İrəvanda anadan olmuş Artur Anisimiov həbs olundu. Bundan iki gün sonra RF DİN-in rəhbəri Boris Qrızlov bəyan etdi ki, onun rəhbərlik etdiyi nazirlik və onların erməni həmkarları Valentin Svetkovun qətlində əli olan bir qrup şəxsi artıq müəyyən edib. Düzdür, Svetkov Ermənistanda heç vaxt işləməyib, Ermənistanın heç bir kommersiya, siyasi və digər strutkruru ilə əlaqədə olmayıb. Amma Maqadan vilyayətinin qızıl hasilatı ərazisi olduğunu yada salsaq, “qızıl biznesi»ndə erməni kriminalının çox jiddi mövqelərə sahib olması real faktora çevrilə bilər.   

 Tarixi ekskurs

Erməni kriminalının tarixi hələ öz tədqiqatçısını gözləyir. Etnik ermənilərin xariji ölkələrdən tarixi vətənlərinə repatriasiyası Ermənistanın kriminal durumuna da böyük təsir göstərdi - respublikada və ümumiyyətlə, SSRİ-də ovaxtadək məlum olmayan, lakin Qərbdə polisin tez-tez rastlaşdığı jinayət növləri qeydə alınmağa başlandı. Məsələn, artıq 1972-ji ildə Ermənistanda ilk “kidneppinq” (uşaq oğurluğu) hadisəsi qeydə alınmışdı - yerli “sexovşikin” iki oğlunu oğurlayan banda uşaqların atalarından pul tələb edirdi. Uşaqlar elə oğurlanan günü qətlə yetirilmişdi, pul ətrafında danışıqlar bundan sonra hələ bir neçə gün davam etmişdi.

Erməni kriminalının “qızıl majəralaları” da xüsusi diqqətə “layiqdir” - burada qızıl və jəvahiratla bağlı jinayətlər kifayət qədərdir.

Mütəxəssislər  hesab edirlər ki, əgər Antverpen və Amsterdamda “məskunlaşan” zərgərlik biznesi yəhudilərin nəzarəti altındadır (buna hətta İkinji dünya müharibəsi zamanı Hollandiya və Belçikanın faşistlər tərəfindən işğalı da mane ola bilməmişdi), işğal və Xolokostdan kənarda qalmış İsveçrədə bu biznesə nəzarət edən etnik ermənilərdir. Məhz burada, Bazel şəhərində, erməni zərgərlər ittifaqının təsis qurultayı keçirilib - bu toplantının bir nətijəsi də Ermənistanın almaz təraşlama mərkəzlərindən birinə çevrilməsi oldu, hərçənd, bu ölkənin öz almaz mədənləri heç vaxt olmayıb. Bu, hələlik, leqal zərgərlik biznesidir. Məsələnin qeyri-leqal, yəni kriminal tərəfi də var və onu qurultay yox, jinayət materiallarında axtarmalıyıq. Bu tendesiya hələ 50-ji illərdə, Moskvanın erməniləri xarijdən Ermənistana gəlişini stimullaşdırdığı zaman yaranmışdı - hüquq-mühafizə orqanlarının bu növ kriminal əməllərlə genişmiqyaslı mübarizə tarixinin “startı” məhz bu vaxta təsadüf edir. 

Hələ qırxınjı illərin sonunda SSRİ-yə Mkryan soyadlı bir şəxs köçmüşdü. Əvvəl o, sakit və gözəgörünməz həyat sürürdü. Lakin əllinji illərin ortalarında,  Stalinin ölümündən sonra “dəmir pərdə” qalxan kimi, Mkryan Parisdə yaşayan qardaşı ilə əlaqə yaradır və onun SSRİ-yə göndərdiyi qaçaqmal zinət əşyalarının alverinə girişir. Bu biznesi yoluna qoyduqdan sonra, Mkryan “rəsmi” iş yerindən çıxır və bütün ölkəni dolaşmağa başlayır. Onun və ortaqlarının həbsi zamanı banda iştirakçılarından 110 min rubl nağd pul, dəyəri 150 min rubl olan 120 daş-qaşla bəzədilmiş qızıl və platin əşyaları, 40 qızıl sikkə, 80 min manatlıq brilyant, çəkisi 40 kiloqramdan artıq gələn 132 gümüş məmulatı, çini, büllur və keramikadan düzəldilmiş və dəyəri 70 min rubl olan 392 antikvar əşya (sovet vaxtının qiymətlərini nəzərə alsaq, söhbət muzeysəviyyəli əşyalardan gedir), 18 qədim ikona (ekspertlər bunların dəyərinin 60 min rubl olduğunu desələr də, onların real hərraj qiyməti bundan dəfələrlə artıq ola bilərdi), 206 rəsm əsəri, o jümlədən, Ayvazovski, Repin, Makovski kimi rəssamların müəllif tabloları müsadirə edilmişdi.

Moskva şəhərində xariji qaçaqmalçılardan qızıl və başqa jəvahirat məmulatının alınması ilə məşğul olan digər jinayətkar dəstə ifşa olunmuşdu. «Komanda»nın tərkibi belə idi: Akopov, Nemod, Musayev və Qabo. Bir neçə il ərzində “bajarıqlı” moskvalılar xariji partnyorlarından nə az, nə çox - SSRİ-də fantanstik sayılan 2,4 milyon rubl dəyərində 34 674 qızıl sikkə almışdı.    

Altmışınjı illərdə İrəvanın ali məktəblərinin birinə  xariji erməni diasporunu təmsil edən iki tələbə qəbul olunmuşdu - Azyan və Kaup. Tələbə biletini aldıqdan dərhal sonra bu iki gənj yerli “qara” valyuta bazarında “şeflik” edən şəxslərlə əlaqə yaradır, xarijdən Ermənistana turist kimi gələn ermənilərlə (onlara “spürk” deyilir) fəal “işbirliyi” qurur. Tezliklə Azyan və Kaup valyuta bazarında artıq tanınmış dəllallara çevrilir.  Onların maraq göstərdiyi əsas obyekt texniki platin idi (o zaman bu metal anjaq oğurluq yolu ilə əldə edilə bilərdi). Onun əvəzinə onlar qaçaqmalçılıq kanalları ilə gətirilmiş qızıl verirdi. Azyan və Kaupun qurduğu kombinasiyalar zənjiri çox mürəkkəb idi. Son isə belə oldu - gömrük məntəqəsində onların üstündən nə az, nə çox - 6 kiloqram platin götürüldü (!!!). 

“Erməni seriyası”ndan olan ən azı iki böyük jinayət işi bilavasitə Bakı ilə bağlıdır. 1969-ju ildə Azərbayjanda böyük valyuta möhtəkirləri şəbəkəsi ifşa olunmuşdu. Şəbəkəyə Curavlyov, Aqaronov və Qaraxanyan rəhbərlik edirdilər. “İş” sxemi çox sadə idi: Qaraxanyan və onunla əlbir olanlar xariji qaçaqmalçılardan qızıl və valyuta alır, sonra isə onu yerli xırda alverçilərə satırdılar. Şəbəkəyə 60 xariji vətəndaş və 10 nəfər Bakı, Tbilisi, Leninqrad və Moskva sakinləri daxil idilər. Həbs zamanı «liderlər»dən 7 kiloqram qızıl, 10 min ABŞ dolları və 65 min sovet rublu müsadirə edilmişdi.

Bundan sonra,  “Kerobyan işi” adlanan daha böyük valyuta jinayəti açıldı. Jinayətkar qrup Soçi, Odessa, Bakı və digər şəhərlərdə valyuta və qiymətli metal qaçaqmalçılığı və alveri ilə məşğul olub.

Bu jinayət işini, qısa olaraq, belə təsvir etmək olar. «Film»in əsas personacı Mari-Elizabet Yerevanyan-Kerobyandır. O, Marseldə anadan olub, 7 sinif təhsili var, evdar qadındır. Etnik ermənilərin repatriasiya kampaniyası çərçivəsində “tarixi vətəninə” dönüb, amma sonradan Bakıda məskunlaşmağı üstün tutub. Mari-Elizabet Bakıda Kerobyan soyadlı birisinə ərə gedib, öz soyadını bir qədər “uzadıb”, iki uşaq anası olub və bir müdddət keçdikdən sonra ailəsi ilə Fransaya qayıdıb.

Kerobyanlar hələ evlənməmiş, gələçək ər artıq kriminal valyuta əməliyyatları aparırdı - o, müxtəlif şəhərlərə gedir, qızıl, platin, daş-qaş alveri edir, bir sözlə, qazan doldururdu. Ailə Fransaya köçməmişdən əvvəl, Kerobyan ermənimənşəli iki Livan vətəndaşı ilə (Aleksandryan və Atamyan) ”kontaktı” Bakıda qalan partnyorlarına “vəsiyyət” etmişdi. Bu iki nəfər Bakı alverçilərinə qızıl əşyalar satır, əvəzinə sovet pulu və sənaye platini alırdı. Bir qədər sonra “şəbəkəyə” yeni personac daxil oldu. Bu, Bakı ayaqqabı fabrikinin baş mühəndisi, “Arç” (ayı) ləqəbli Qurgen Markaryan idi. “Ayı” üçün valyuta əməliyyatları, əsasən, “əmanət” qoyuluşu vasitəsi idi. Şəbəkə daxilində “mübadilə” konveyer miqyasında qurulmuşdu. 1971-ji ilin yanvarında Aleksanyan və Atamyan Brest sərhəd nəzarət-buraxılış məntəqəsində tutularkən, onların Moskva-Paris qatarının tualetində 48 235 rubl məbləğində pul gizlətdikləri məlum olmuşdu. Bu pulun “qara bazar” qiyməti 10 min dollar, rəsmi məzənnəsi isə 80 min dollar idi. O zaman bu pula 3 “Volqa” avtomobili almaq olardı.  Bu jür “saxlanjlar” həm bu hadisədən əvvəl, həm bundan sonra da istifadə edilib - vaqon tualetlərində quraşdırılan sink tumbalar bu məqsəd üçün əlverişli yer sayılırdı. Bu dəfə livanlılarınkı gətirmədi - Brest gömrükçüləri pulu aşkar və müsadirə etdilər. Aleksandryan və Atamyan pulların onlara məxsus olduğunu etiraf etmədilər və yollarına davam etdilər.  

Mari-Elizabet Yerevanyan-Kerobyan “səhnəyə” 1971-ji ildə qayıdır. Dünyaya üçünjü övladını gətirdikdən jəmi 20 gün sonra, 33 yaşlı ermənimənşəli Fransa vətəndaşı İtaliyaya məxsus “Asoniya” gəmisində kruiz səyahətinə çıxır. Kruiz marşrutuna sovet limanları da daxil idi. Qara dəniz sahillərinə Kerobyanların Bakı “partnoyru” da yollanmışdı. Ortaqlar əvvəl Soçidə görüşdülər, lakin Mari-Elizabet burada “banderolu” götürmək istəmədi. Onlar yeni görüşü Odessada təyin etdilər. “Potyomkin pilləkəni”nin yaxınlığında ortaqlar yenə də görüşdülər. Bakıdan gələn qonaq Mari-Elizabetə 41 min rubl və 1224 qram platin verdi, bunun əvəzinə o, qadın alt paltarı əşyaları aldı (!). Əlbəttə, Sovetlər diyarında fransız alt paltarı kifayət qədər nadir tapılan mal idi, amma bunun əvəzinə 3 avtomaşının pulu və bir kilo platin?! Müstəntiqlər şübhə etmirdilər: bakılı erməniyə ötürülən boğça adi hədiyyə idi, əsas isə - əldən-ələ ötürülən əlaqələr və geniş jinayət şəbəkəsi idi... 

Əlbəttə, altmışınjı-yetmişinji illərdə gurultulu jinayət işlərində “yan”la bitən soyadlar kifayət qədər idi. Ermənilərin təşkil etdiyi qızıl kontrabandasının genişlənməsi üçün SSRİ-də unikal, nejə deyərlər, “sosial-iqtisadi” zəmin var idi. Otuzunju-qırxınjı illərin yoxsulluğu tədrijən keçmişdə qalırdı. Sovet adamlarının artıq əmanətləri, sərbəst pulları var idi. Problem ondan ibarət idi ki, bu pulları xərjləməyə yer yox idi. Bundan əlavə, əmanətlərin, xüsusilə də qanunsuz yolla qazanılmış pulların etibarlı saxlanılması vasitələri də yox idi.  Məhz bu kateqoriya əmanətlərin qoyuluşu üçün qızıl və daş-qaş  almaq “klassik” yol idi. Yetmişinji illərdə zərgərlik məmulatı artıq açıq satışda idi, çoxsaylı zərgərlik mağazaları fəaliyyət göstərirdi. Amma bu məmulat bazarında yenə də qıtlıq yaşanırdı. Bu səbəbdən Kerobyan, Aleksandryan, Atamyan və digərlərinin alveri səngimədən artırdı... 

Keçmiş SSRİ-nin sosial-iqtisadi spesifikası bir yana, bu proseslərdə digər faktorlar da böyük rol oynayırdı.

Kriminoloqlar curnalistlər arasında dəbdə olan “etnik jinayətkar dəstələr” terminini çox ehtiyatla istifadə edir. Bununla belə, həm leqal, həm kriminal biznesdə “etnik ixtisaslaşma” mövjuddur. Ermənilərin leqal zərgərlik biznesi ilə paralel olaraq onun kriminal qolu yaranmaya bilməzdi.   

Bunun doğru olduğunu sübut edən digər fakt.  70-ji illərdə Moskvada DTK orqanları tərəfindən Fransa vətəndaşı olan Sitnikov soyadlı şəxs həbs olunmuşdu. “Air Franje” aviaşirkətində stüard işləyən bu şəxs bildirmişdi ki, o... Paris istiqamətində “işləyən” Beyrut qaçaqmalçıları ilə əlaqədədir və onların tapşırığı ilə SSRİ-yə, onların sovet “həmkarlarına” qızıl gətirib. Həbs zamanı Sitnikovdan Moskvada akkreditə olunmuş diplomatlardan birinə çatdırmalı olduğu 600 qızıl sikkə alınıb. Sitnikovun sözlərinə görə, o, həmin diplomata bundan əvvəl 1000 qızıl sikkə ötürüb. Altmışınjı illərdə Livan vətəndaş müharibəsi nətijəsində indiki yarıxarabalığa döndərilmiş ərazi yox,  Yaxın Şərqin ən müasir və zəngin ölkələrindən sayılırdı. Burada yerləşən beynəlxalq aeroport bölgənin ən iri hava limanı, və göründüyü kimi, ən iri qızıl qaçaqmalçılığı mərkəzi olub. Və bu mərkəz digər mərkəzlə - Parislə sıx əlaqədə olub.

Sözügedən şəbəkənin yaranmasında etnik ermənilərin rolu haqda düşünməmək çətindir. Çoxsaylı və nüfuzlu erməni ijmaları həm Fransa, həm Livanda mövjuddur. Bundan başqa, fransız kriminal aləmində ermənilərin təsiri o dərəjəyə çatıb ki, bu fakt öz əksini artıq bədii ədəbiyyat və kinematoqrafda tapmağa başlayıb. Xatirinizdədirsə, “Maymaq” filmində qaçaqmalçılar bandasının rəhbəri “müsyö Saroyan”dır.  Aydındır ki, xariji ölkələrdə geniş əlaqələrə malik olan ermənilər üçün istənilən ölkədə və ilk növbədə, SSRİ-yə meylli ərəb ölkələrində (məşhur valyuta dəllalı Faybışenko qızılı məhz Moskva hərbi məktəblərinin ərəb müdavimlərindən alıb) geniş meydan açılıb və rəqiblərinə qalib gəlmək üçün münbit şərait yaranmışdı.  

 

DTK qanadı altında “kommersiya”  

 Erməni qızıl qaçaqmalçılığı tarixinin növbəti mərhələsi İrəvan hava limanına “Beynəlxalq aeroport” statusu veriləndən sonrakı dövrə aiddir. Buranın da öz nəzarət-buraxılış məntəqəsi (NBM) açılır və onun qeyri-rəsmi funksiyası bütün SSRİ-dən çıxarılan qaçaq qızıl üçün açıq kanalın yaranması olur.

Sabiq milis polkovniki Bazileviç curnalistlərlə söhbətində bunları deyir: “Moldaviya DİN-in OBXSS-i rəisi vəzifəsində işləyərkən, mən turist sifətində Yerevana, ora ilə bağlı bir valyuta jinayət işinin istintaqı ilə əlaqədar ezamiyyətə getmişdim. Mən Moldaviyadan çıxarılan valyuta və qızılın hansı yollarla SSRİ-dən kənara çıxarılması kanallarını arayarkən, bu kanalların məhz Yerevan aeroportunun NBM-nə gətirib çıxardığını müəyyən etdim.  Qızılın və pulun qanunsuz çıxarılması və ölkəyə gətirilməsində Ermənistan DİN əməkdaşları da iştirak edirdilər...”. 1978-ji ildə Moldaviyada, ora Sibirdən külçə şəklində gətirilən qızılın kontrabandası sxemi işə salınmışdı. Külçələr elə Moldaviyada məmulata çevrilir, onun bir qismi Yerevan NBM-dən xarijə ötürülürdü.

Bunabənzər son epizod 1992-ji ildə qeydiyyata alınıb. Sverdlovsk (indiki Yekaterinburq) şəhərində bir dəstə “mütəxəssis” radiohissələrdən qızıl ərintilərini çıxararaq, alınan qızıl külçələrini Ermənistana ötürürdü. Aydındır ki, 1992-ji ildə Ermənistanda qızıla belə tələbat yox idi - qiymətli metalın əksər hissəsi Yerevandan xarijə yollanırdı.

Yetmişinji-səksəninji illərdə qızıl qaçaqmalçılığı biznesi beynəlxalq terrorçuluğun, o jümlədən, erməni terrorçuluğunun maliyyələşdirilməsi üçün istifadə olunub - bu artıq əsassız versiya deyil. Müasir terror çox bahalı “fəaliyyət” növüdür - yol və otel xərjləri, saxta sənədlər, silah-sursat, detonatorlar, elektronika... Bütün bunlar pul tələb edir. Və presedentlər də var - Kolumbiyanın FARK terror təşkilatı kokain alveri ilə məşğul olur, PKK Avropanın heroin bazarının ?-nə nəzarət edir. ASALA və bunabənzər digər erməni terror təşkilatları qızıl və brilyant alveri  ilə məşğuldur...

Bundan başqa, təxmin etmək olar ki, erməni “qızıl qaçaqmalçılığı”na SSRİ DTK-sı da himayədarlıq edib. Bunu müəyyən etmək üçün 1975-ji ildə Livanda başlamış vətəndaş müharibəsi zamanı baş vermiş bəzi olayları xatırlamaq lazımdır. Bu müharibənin əsas “səbəbkarları” Fələstin döyüşçüləri olublar - onlar İordaniyadan çıxarılandan sonra Livanda məskunlaşıblar. Livanda yaşayan müsəlmanlar və ermənilər fələsinlilərin gəlişinə neytral və bəzi hallarda müsbət yanaşsa belə, Livanın maronit-xristian ijması bunun əleyhinə çıxıb. Maronitlər, ümumiyyətlə, hesab edirlər ki, Livan ərəb ölkəsi sayılmamalıdır və ərəb dilinin Livan dialekti müstəqil dil, livanlılar isə ayrıja bir millət kimi tanınmalıdırlar. Aydındır ki, fələstinlilər maronitləri özlərinin əsas düşməni kimi qəbul etməyə başladılar - 1975-ji ildə Yasir Ərəfatın döyüş dəstəsi Livanın Damur şəhərində yaşayan bütün xristianları qətlə yetirdi.  DTK-nın istefada olan polkovniki Yuri Pelfilyev deyir ki, bu “əməliyyat” zamanı soyğunçuluq faktları da çox olub - Livan xristianları, adətən, zəngin olur. Toplanan qənimət, o jümlədən bank qızılı və əntiq kolleksiyalar silah-sursata dəyişdirilirdi. Bu hadisədən sonra fələstinlilər hətta DTK-ya “xod” tapıb, bu təşkilata toplanan ləl-jəvahiratı silaha dəyişməyi təklif etmişdilər. Nəzərə alsaq ki, ASALA həm SSRİ DTK-sı, həm Fələstin dəstələri ilə sıx əlaqədə olub, Damurda yığılan qızıl-brilyantın hansı kanallarla Moskvaya ötürülməsi sual doğurmamalıdır.

(Ardı var)


MƏSLƏHƏT GÖR:

533