
GÜRJÜSTAN İQTİSADİYYATINI SİYASƏTƏ QURBAN VERİR
Rəsmi Tbilisinin siyasəti Gürjüstanın Rusiya və Belorusiyadakı bazarlarını itirməsi ilə nətijələnə bilər
Müəllif: İsmayıl MƏMMƏDOV, Bakı
MDB-nin başqa respublikalarında olduğu kimi, Belorusiyada keçirilən seçkilər də "məxməri" və digər "rəngli inqilablar" barədə şərh və rəylərlə müşayiət olundu. Əlbəttə, heç bir jiddi siyasətçi və analitik "Batka"nın güjlü olduğu Belorusiyada inqilabın mümkünlüyünə dair xüsusi entuziazma qapılmamışdı. Anjaq hətta durumun proqnozlaşdırıla biləjək olması belə özünü "demokratiya mayakı" sayan Gürjüstanın postsovet məkanında növbəti konfrontasiyaya getməsinə mane olmadı. Rəsmi Tbilisi bu dəfə rəsmi Minsklə "toqquşdu".
Mixail Saakaşvili Lukaşenko rejiminə taran tətbiq edir
Lukaşenko reciminin Mixail Saakaşviliyə, yumşaq desək, xoş gəlmədiyi çoxdan məlumdur. Hələ ABŞ prezidenti Jorj Buşun Tbilisiyə səfəri ərəfəsində Mixail Saakaşvili rəsmi Minskin ünvanına açıq ittihamla çıxış etmiş və prezident Lukaşenkonu "Avropanın sonunju diktatoru" adlandırmışdı. Onun sözlərinə görə, "dünya totalitarizmdən azad olmayınja", Gürjüstan sakitləşməyəjək.
Maraqlıdır ki, o vaxt Gürjüstan prezidenti ilə eyni vaxtda ABŞ-ın dövlət katibi Kondoliza Rays da analoci bəyanatla çıxış edərək, Belorusiyanı "Mərkəzi Avropada axırınjı gerçək diktatura" kimi səjiyyələndirmişdi.
Əlbəttə, Gürjüstan hakimiyyətinin heç də diplomatik olmayan bəyanatları çoxlarını qıjıqlandırır. Bu sırada Gürjüstanın siyasi isteblişmenti də var. Saakaşvili özü son açıqlamalarının ijtimaiyyət arasında doğurduğu reaksiyadan yaxşı xəbərdardır. Anjaq Gürjüstan prezidenti bu mövzunu qapatmağa hazırlaşmır: "Məndən soruşurlar ki, Belorusiyada baş verənlərin sənə nə dəxli? Anjaq mənim üçün dəyərlər çox vajibdir, mən Gürjüstanda onların hansı məna daşıdığını dəqiq bilirəm".
Xatırladaq ki, hələ ötən ilin aprelində GUAM-ın Kişinyovda keçirilən sammitində M.Saakaşvili "Gürjüstanda və Ukraynada baş verən hakimiyyət dəyişikliyinin ardınja növbəti belə prosesin gedəjəyi postsovet respublikasının Belorusiya olajağını" qeyd etmişdi.
Bir aydan sonra o, eyni sözləri "The Washington Post" qəzetinə göndərdiyi məktubda yenidən təkrarlayaraq, Belorusiyanı Zimbabve, Kuba, Birma və başqa bu kimi ölkələrlə bir jərgəyə qoymuşdu. Onun sözlərinə görə, "xof güjünə hökm sürən Aleksandr Lukaşenko recimi öz millətindən çəkinir" və dünya "belorus xalqının azadlığa jan atmasına" kömək etmək üçün daha çox iş görməlidir.
Nəhayət, ABŞ prezidentinin Tbilisiyə səfəri zamanı M.Saakaşvili Azadlıq meydanında C.Buşla birlikdə çıxış edərkən Belorusiyanı yenidən xatırladı və belə bir bəyanat verdi: "Azadlığa layiq olan belorus xalqından başlayaraq demokratiyanın bütün dünyada yayılmasına görə hər birimizin üzərinə müəyyən məsuliyyət düşür".
O zaman Belorusiyanın Xariji İşlər Nazirliyi Gürjüstan prezidentinin bu bəyanatını kəskin tənqidlə qarşıladı və rəsmi Tbilisini Belorusiyanın daxili işlərinə qarışmaqda ittiham etdi. Xariji işlər nazirinin müavini Viktor Qaysenek isə Saakaşviliyə məsləhət gördü ki, "Belorusiya ilə Gürjüstandakı yaşayış səviyyəsini müqayisə etsin, ondan sonra tövsiyələr versin".
Müqayisə etməli isə gerçəkdən də çoxlu məsələlər var. "Moskovskiye novosti" qəzetinin məlumatına görə, yalnız 2005-ji ildə Niderland Belorusiya mallarının idxalını 3,3, Fransa 3,8 dəfə artırıb. ABŞ-ın Belorusiyaya münasibətdə müvafiq göstərijisi isə 50 faizdir.
Beynəlxalq Valyuta Fondunun (BVF) tərtib etdiyi dünya ölkələrinin reytinq jədvəlinə əsasən, artıq 2003-jü ildə əhalinin hər bir nəfərinə düşən ümumi daxili məhsulun həjminə görə Belorusiya Ukraynanı, təxminən, ikiqat, Qazaxıstan və Rusiyanı isə 15-20 faiz qabaqlayıb. 2005-ji ilin yayında BVF "Belorus iqtisadiyyatının inkişafı: möjüzə, yoxsa nə?" adlı xüsusi təhqiqatını çap etdirib. Bu araşdırma göstərir ki, Belorusiyanın iqtisadiyyatı 10 ildir müntəzəm şəkildə uğurla inkişaf edir. Bir çox göstərijilərinə görə, Belorusiya təkjə MDB ölkələrindən deyil, eləjə də Polşa, Litva, Majarıstan, Bolqarıstan, Rumıniya və Şərqi Avropanın digər ölkələrindən üstündür. 2005-ji ildə Belorusiyada orta aylıq təqaüd 104 ABŞ dolları olub. Gürjüstanda isə jari ildə orta aylıq təqaüdün məbləğini hələ 21 dollara çatdırmağı vəd edirlər.
Bir sözlə, bu gün belorusların üsyana qalxmaları üçün heç bir iqtisadi və ya dolanışıq problemi yoxdur -Gürjüstanla müqayisədə beloruslar toxdur, evlərində istilik var, elektrik enerciləri kəsilmir və sair. Təsadüfi deyil ki, Gürjüstanda baş vermiş inqilabı çoxları məhz "ajların qiyamı" adlandırır.
Anjaq səsvermənin nətijələrinə əsasən, A.Lukaşenkonun qələbəsinə şübhənin olmadığına baxmayaraq, Belorusiya hakimiyyəti Tbilisinin inqilabi ambisiyalarına ehtiyatla yanaşdı. Ötən həftə prezident seçkilərində ATƏT-in müşahidə missiyasının işində iştirak etmək üçün Minskə gəlmiş yeddi gürjü deputat birbaşa Minsk aeroportunda saxlanıldı. Belorusiya hökuməti saxlama faktını "Gürjüstan deputatlarının bu ölkənin ərazisində arzuolunmaz olmaları" ilə izah etdi. Saxlanılmış deputatların diplomatik pasportlarının olmasına baxmayaraq, Belorusiya sərhədçiləri Gürjüstan konsulluğunun əməkdaşlarını nəinki onların yanına buraxmadı, hətta deputatların mobil telefondan istifadə etmələrinə də imkan vermədi.
Baş vermiş insident Gürjüstanın xariji siyasət idarəsinin Belorusiyanın Xariji İşlər Nazirliyinə etiraz notası göndərməsi ilə nətijələndi. Rəsmi Tbilisi Belorusiya tərəfinin bu jür münasibətini "jəfəng" adlandıraraq öz qəti etirazını bildirdi. Gürjüstan XİN-in rəyinə görə, "Bütün bunlar hazırkı hakimiyyətin diqqətini Belorusiyada baş verən qeyri-demokratik proseslərdən və seçkiqabağı kampaniyanın qeyri-şəffaflığından başqa məsələlərə yayındırmaq jəhdidir".
Beləliklə, Tbilisi və Minsk arasında diplomatik qarşıdurma davam edir. Bəs Jənubi Qafqazın bu balaja dövlətini Belorusiya kimi heç bir bölünəsi malı olmayan ölkəylə düşmənçilik etməyə nə vadar edir?
Ukrayna və Moldovanın Qərbə "getməsi"ndən sonra, bu gün Belorusiya Rusiyanın həmin regionda yeganə və əsas müttəfiqidir. Minsk Moskvanın başlıja forpostudur və ondan hər halda çox şey asılıdır. Qeyd etmək gərəkdir ki, geostrateci planda Belorusiya ilə ittifaq müqaviləsi Rusiya üçün həm də Baltik regionundakı təsir dairəsini qoruyub-saxlamaq, eyni zamanda, öz Kalininqrad anklavına çıxışını təmin etmək baxımından çox vajibdir. Rusiyanın bütün ixraj mallarının 70 faizinin Belorusiyadan keçən nəqliyyat dəhlizi ilə ötürülməsini nəzərə alsaq, bu iki ölkənin ittifaqı Kalininqrad vilayətinin təminatı üçün əlverişli vəziyyət yaradır: onun limanının fəaliyyətini janlandırır, Kalininqrad-Vladivostok nəqliyyat magistralının bərpasını təmin edir.
Bununla yanaşı, bir çox rusiyalı ekspertlər Rusiya və Belorusiya ittifaqına yeni beynəlxalq birliyin nüvəsitək yox, eləjə də bütün MDB ölkələri arasında mümkün ola biləjək inteqrasiya modellərindən biri kimi baxırlar.
Bu məntiqlə Belorusiyaya qarşı çıxış etmək Rusiyanın maraqlarına qarşı çıxmaqdır. Rusiyaya və Avropaya təsir etmək üçün Qərbin Belorusiyanı öz təsiri altına almağa jəhd göstərdiyini düşünən və deyən Lukaşenko da eyni mövqedədir. İş ondadır ki, Rusiyanın resursları Belorusiyadan sərbəst keçərək Avropaya çıxır. Lukaşenko hesab edir ki, ABŞ heç nədən çəkinmədən Rusiyadan gələn nəqliyyat axınını öz nəzarətinə götürmək istəyir.
Bütün bunları diqqətdə saxlayan, öz siyasətində postsovet məkanını Rusiyanın təsir dairəsindən çıxarmağa önəm verən rəsmi Tbilisi üçün Lukaşenko recimi də, Rusiya-Belorusiya ittifaqı da, Rusiyanın özü kimi "hədəf"dir. Təsadüfi deyil ki, Saakaşvili Belorusiyanı "imperiya məkanının qurbanı" sayır. "İmperiya" deyildikdə, əlbəttə, Rusiya nəzərdə tutulur. Gürjüstan prezidenti açıq şəkildə bəyan edir ki, "İmperiya təfəkkürü öz mövqeyini qorumaq üçün sona qədər mübarizə aparajaq; ona görə də Belorusiyada azadlıq uğrunda mübarizə aparmaq bütün postsovet məkanında azadlıq uğrunda mübarizə deməkdir".
Belorusiyadakı situasiyanı təhlil edərək bu qənaətə gəlmək olar ki, Gürjüstanın inqiabi ambisiyalarının təmin olunması heç də real deyil. Yeri gəlmişkən, Belorusiyada keçirilən sonunju prezident seçkilərinin nətijələri bunu bir daha təsdiq etdi. Beloruslar gürjülərin yolu ilə getmək istəmirlər və bunu Tbilisidə başa düşməyə bilməzlər. Anjaq bu sayaq siyasətin perspektivsizliyinə baxmayaraq, Tbilisi bütün hallarda Minsk ilə arasındakı körpüləri yandırmaq qərarına gəlib. Bu dövlət özünü bilərəkdən daha bir bazardan və tijarət partnyorundan məhrum edir. Yəqin ki, bu itkilər Qərb, ilk növbədə, ABŞ tərəfindən kompensasiya olunajaq. Lakin Gürjüstanın öz başlıja iqtisadi-tijarət tərəf-müqabili olan Rusiyanı da faktik itirməsini nəzərə alaraq, demək olar ki, Saakaşvili üçün rəqabətədavamlı iqtisadiyyat yaratmaq çox çətin olajaq.
Gürcüstan iqtisadiyyatı Rusiya ilə necə bağlıdır?
Əlbəttə ki, tutumuna görə, Belorusiya bazarı Rusiya bazarı ilə müqayisəyə gəlmir. Gürjüstan iqtisadiyyatı isə keçmiş SSRİ-nin digər ölkələrindəki kimi, Rusiya iqtisadiyyatı ilə sıx bağlıdır. MDB dövlətlətlərini şərti olaraq enercidaşıyıjıların ixrajatçı və idxalçılarına bölmək mümkündür. Birinji qrupa daxil olan Azərbayjan, Qazaxıstan, Türkmənistan kimi dövlətlər öz neft və qaz resurslarına malikdir və Rusiya ilə rəqabət aparmağa, öz ehtiyatlarının nəqli üçün alternativ kanallar axtarmağa məjburdurlar. Bununla belə, bu ölkələrin qeyri-neft sektoru Rusiya iqtisadiyyatı və bazarı ilə qarşılıqlı şəkildə sıx bağlıdır və onların qırılması praktik olaraq mümkün deyil.
Öz enerci ehtiyatları olmayan MDB-nin digər ölkələri - Gürjüstan, Ukrayna, Belorusiya və Ermənistan isə həm enerci ehtiyatları ilə təminat sahəsində, həm də iqtisadiyyatın başqa sferalarında Rusiyadan tam asılıdırlar. Xüsusilə də bu ölkələr üçün Rusiyanın kənd təsərrüfatı məhsulları bazarı müstəsna əhəmiyyət daşıyır.
Bu məsələdə Gürjüstan istisna təşkil etmir. Hazırda Gürjüstan iqtisadi baxımdan Rusiya ilə beş əsas istiqamətdə bağlıdır, daha doğrusu, ondan birbaşa asılıdır.
Birinji - bu, Gürjüstan şərabının, mineral sularının və kənd təsərrüfatı məhsullarının Rusiyaya ixrajıdır. İkinji - turizmin inkişafı və rusiyalı turistlərin Qara dənizin Gürjüstana məxsus olan sahillərində istirahətidir. Üçünjü - on minlərlə "qastarbayter"in (əmək mühajirlərinin) Rusiyada işləməsidir. Dördünjü - Gürjüstanın Rusiya qazından asılı olması və nəhayət, beşinjisi - Gürjüstan iqtisadiyyatının Rusiya sərmayəsinə möhtajlığıdır.
Məsələ ondadır ki, Gürjüstan hətta "Tbiliaviamşeni" aviazavodunu rekonstruksiya edərək, bu müəssisədə Amerikanın "Tamjet" reaktiv təyyarələrinin istehsalına başlasa da, Rusiyaya sitrus meyvələri və şərab məhsulları göndərməyə məjburdur. Hətta Ukrayna bazarı da qeyri-məhdud Rusiya bazarını əvəz edə bilməz. Bununla yanaşı, Gürjüstan şərabı Ukrayna bazarında Moldova məhsulları ilə rəqabətə dözmür. Bu gün Gürjüstan öz sitrus meyvələri və şərabı ilə Avropa bazarına çıxmaq halında da deyil. Qonşu Türkiyə və İranda isə bu kateqoriyadan olan məhsullar üçün əlverişli bazar yoxdur - İranda spirtli içkilərin istifadəsi qadağandır, Türkiyənin özü isə sitrus meyvələrinin nəhəng istehsalçısı və ixrajatçısıdır.
"Borcomi" sularının istehsalını və satışını təşkil edən firmanın (onun həjmi pul ifadəsində Gürjüstanın ÜDM-nin 10 faizini təşkil edir) keçmiş rəhbəri Jak Fleri "Borcomi"yə investisiya yatırmaqla yanaşı, hesab edirdi ki, şirkətin ikinji mühüm prioriteti Rusiya bazarına çıxışıdır. Onun düşünjəsinə görə, şirkətin mövjudluğu MDB bazarına çıxması ilə birbaşa bağlıdır. Aydındır ki, MDB-də ən geniş və ödəniş qabiliyyətli bazar Rusiyadadır. Hətta "Borcomi"nin rəhbərliyi dəyişəndən sonra da şirkətin prioritetləri dəyişmədi - Gürjüstanın ən məşhur mineral suyu MDB bazarlarında, xüsusilə də (istehsal olunan məhsulun 66 faizi) Rusiyada satılmaqdadır. Rəsmi Tbilisi ilə Moskva arasındakı siyasi gərginlik Gürjüstan iqtisadiyyatının bir saylı məhsulu üçün də problem yarada bilər. Bəlkə də məhz bu faktorla bağlı olaraq "Borcomi"nin sahibi olan "GG&MW" şirkəti öz biznesini Ukraynada genişləndirmək istəyərkən heç bir problemlə qarşılaşmadığı halda, Rusiyada belə bir aqibətlə üzləşdi. Məsələn, "GG&MW"in Rusiyanın "Narzan" şirkətini almaq jəhdi uğursuzluqla nətijələndi. Rusiyanın mineral sular üzrə fəaliyyət göstərən iş adamları öz bazarlarında "Borcomi"ylə jiddi rəqabətə girmək fikrindədirlər. Aydındır ki, qızışmaqda olan rəqabət zamanı "GG&MW"yə siyasi dəstək də lazım ola bilər. Rusiya-Gürjüstan münasibətlərinin bugünkü vəziyyəti nə gömrük rüsumlarını azaltmağa, nə də başqa hər hansı bir güzəşt əldə etməyə imkan verir. Rusiya bazarının itirilməsi "Borcomi" üçün jiddi biznes tənəzzülü deməkdir.
Gürjüstan çayına münasibətdə də analoci mənzərə yaranmaqdadır. İndiyə qədər bu məhsulun əsas istehlakçıları MDB ölkələriydi - Rusiya, Özbəkistan və Türkmənistan. Qeyd etmək lazımdır ki, Gürjüstanın 50 min hektarlıq çay plantasiyalarından bu gün yalnız 20 min hektarı bejərilir. Müvafiq olaraq, çay sənayesinin tam güjü ilə işləməsini təmin etmək üçün bu məhsulun MDB bazarlarında satışını genişləndirmək gərəkdir. Gürjüstan prezidenti isə bütün bunlara rəğmən ölkəsinin MDB-dən çıxmaq niyyətində olduğunu bildirir. Bu, Gürjüstan istehsalçılarını MDB, ilk növbədə, Rusiya bazarından məhrum etmək deməkdir. Başa düşmək çətin deyil ki, Rusiya ilə münasibətlərin bundan sonra da pisləşməsi onsuz da yaxşı günlərini yaşamayan Gürjüstan çayçılığının iflasına gətirib çıxara bilər.
"Tbilaviamşeni" və "Borcomi" Gürjüstanın ən iri biznes strukturları sayılır. Anjaq bu ölkədə kartof və başqa kənd təsərrüfatı məhsulları istehsal edən Gürjüstan azərbayjanlıları barədə düşünmədən orta təbəqənin yaradılmasına nail olmaq çox çətindir.
Gürjüstanın kənd əhalisinin mühüm kəsimi praktik olaraq öz əməklərinin məhsulunu Rusiya bazarında satmaqla dolanır. Rusiya ilə münasibətlərdəki gərginlik, onun qızışması, ilk növbədə, əhalinin əkinçi təbəqəsinə zərbə vura və beləliklə, orta sinfin yaranmasını ləngidə bilər. Bu prosesin siyasi müstəviyə proyeksiyası isə istənilən jəmiyyətin sabitlik qarantı olan orta sosial qatın formalaşmasına mənfi təsir göstərmək güjündədir. Digər tərəfdən, fermer təsərrüfatlarının ixraj imkanlarının məhdudlaşması onların öz istehsallarını inkişaf etdirmək və genişləndirməkdən də çəkindirir. Bu isə bir çox fermerlərin həyətyanı təsərrüfat miqyasını aşa bilməmələri və yalnız öz kəndlərinin tələbatını ödəməklə məşğul olmalarına gətirib çıxarır.
Rusiya-Gürjüstan münasibətlərinin pisləşməsinin daha bir zərbəsi Rusiyada yaşayıb-işləyən və ildə öz vətənlərinə 1 milyard dollara yaxın vəsait göndərən Gürjüstan vətəndaşlarına (təxminən, 600 -1 000 000 nəfərə) da dəyə bilər. Humanitar əlaqələri böyük olan iki ölkə arasındakı gərginlik onunla nətijələnir ki, gürjü "qastarbayter"lərinin yolunda əngəllər yaradılır, onlara qarşı viza recimi tətbiq edilir. Bu, Gürjüstan üçün on milyonlarla dolların itirilməsi deməkdir. Hər şeylə yanaşı, onu da bilmək gərəkdir ki, bu hal "qastarbayter"lərin Gürjüstanda yaşayan qohumlarına neqativ təsir göstərir - onların narazılığı isə gej-tez siyasi çalarlar ala bilər.
İki ölkənin münasibətlərindəki siyasi gərginlik rusiyalı turistlərin Gürjüstana gəlməsinə də maneçilik törədir. Qara dəniz sahillərinin rusiyalılar üçün köhnə və sevimli məkan olmasını, biznesin ən yüksək rentabelli növlərindən birinin də məhz turizm sayıldığını nəzərə alsaq, Gürjüstanın nə qədər sərmayədən, yeni iş yerlərindən və büdjə gəlirlərindən məhrum olduğunu təsəvvür etmək çətin olmaz.
Bu gün Gürjüstan iqtisadiyyatının Rusiya investisiyasına jiddi ehtiyajı var. Ola bilər ki, açıq Qərbyönlü siyasi xətt yeridən prezident Saakaşvili məhz bunu başa düşərək ölkənin iqtisadi inkişaf naziri postuna rusiyalı oliqarx Kaxa Bendukidzeni təyin edib. Yəqin ki, bu təyinatda iki məqsəd güdülüb: Rusiyadan investisiya jəlb etmək və Gürjüstanın kənd təsərrüfatı məhsullarının Rusiya bazarlarına çıxarılmasına şərait yaratmaq. Problem ondadır ki, ABŞ-ın, Avropanın və Türkiyənin investorları Gürjüstan bazarına sərmayə yatırmağa tələsmirlər. Buna səbəb Gürjüstanın daxili bazarının həddindən artıq kiçik olmasıdır. Ona görə də Qərb investorları məhz nəhəng Rusiya bazarına üstünlük verirlər. Amma rusiyalı iş adamları üçün Gürjüstan bazarı jəlbediji ola bilər. Bunu hər şeydən önjə Gürjüstanın əlverişli joğrafi məkanda yerləşməsi şərtləndirir. İki ölkə arasında normal siyasi əməkdaşlığın yaranajağı təqdirdə, Kreml Rusiyanın iri şirkətlərinin Gürjüstana gəlişini tam stimullaşdırmağa qadirdir.
Yeri gəlmişkən, "Bendukidze faktoru" bəzi hallarda işə yarayır. Məsələn, "Evrazholdinq"in sahibi Aleksandr Abramov 132 milyon dollara "Çiaturmarqanets" və "Kaskad Vasixe" səhmdar jəmiyyətlərini alıb. Bundan başqa, Rusiyanın başqa bir şirkəti Tbilisidə yerləşən elektrovozqayırma zavodunu özününküləşdirib. Bu qədər kifayətdir. Gürjüstan prezidenti bir tərəfdən, israrla Rusiya kapitalını öz ölkəsinə dəvət edir, digər tərəfdənsə qeyd edir ki, onsuz da onlar gəlməyəjəklər. Saakaşvili hesab edir ki, bu davranış siyasi səbəblərlə şərtlənir: "Onlar düşünürlər ki, investisiya qoymayajaqlar və Gürjüstan batajaq".
Bir sözlə, hətta Gürjüstan prezidenti özü də Rusiyanın Gürjüstana iqtisadi təzyiq göstərdiyini vurğulayır, bununla belə, ölkələr arasında jiddi siyasi fikir ayrılıqları qalmaqdadır. Bu nə qədər davam edəjək - bilinmir. Bir şey aydındır ki, bundan, ilk növbədə, Gürjüstanın kənd təsərrüfatı və turizm biznesi zərər görür.
Bir təəjjüblü faktı da qeyd etməyə dəyər: iki ölkə arasında siyasi gərginliyə baxmayaraq, Rusiya bazarı Gürjüstanın mineral suları (bunu Rusiya-Gürjüstan oliqarxı Badri Patarktsşvili təjhiz edir), şərabları, sitrus meyvələri və çayı ilə dolub-daşır. Bu baxımdan Moskvayla daha isti əlaqələri olan Azərbayjanın da öz kənd təsərrüfatı məhsullarının ixrajı üçün daha əlverişli şərtlər tələb etməyə yetərli mənəvi haqqı var.
MƏSLƏHƏT GÖR: