
HEÇ BİR SAXTAKARLIQ ERMƏNİLƏRİN “GƏLMƏ” OLMASI FAKTINI GİZLƏDƏ BİLMƏYƏCƏK
Qarabağ xanlığının Rusiyaya birləşməsi
Müəllif: Fuad AXUNDOV, politoloq
Müharibədən sonra bağlanan Rusiya-İran və Rusiya-Türkiyə sülh müqavilələrinə əsasən, qonşu müsəlman dövlətlərindən Azərbayjanın 4 xanlığına - İrəvan, Naxçıvan, Qarabağ və Gənjəyə erməni əhalisinin köçürülməsi başlandı.
Ermənilərin Azərbaycan xanlıqlarına “Böyük köç”ü
Bu ərazilərdə, o jümlədən, Qarabağda, bir milyondan artıq erməni yerləşdirildi. Rusiya çarizmi bu addımla imperiyanın yeni müsəlman ujqarının əhalisini “sədaqətli” xristian milləti ilə “durulaşdırmağa” nail olmaq istəyirdi. Məhz o vaxtdan erməni mühajirləri və yerli azərbayjanlı əhali arasında ilk ərazi münaqişələri, ermənilərin tarixi saxtalaşdırmaq və özlərinin ərazi iddialarınıa bəraət qazandırmaq jəhdləri başlayır.
Tarix, birmənalı olaraq, buna dəlalət edir:
Məsələn, Rusiyanın İrandakı səfiri A.S. Qriboyedov 1828-ji ildə yazırdı: “Ermənilərin əksər hissəsi müsəlman mülkədarlarına məxsus olan torpaqlarda məskunlaşdırılıb. <...> Köçkünlər darısqallıq şəraitində yaşayır və müsəlmanları da sıxışdırır. Sonunjular artıq narazılıq, özü də əsaslı narazılıq edir. <...>
Bundan başqa, biz onunla müsəlmanlara, onların bu vəziyyətlə barışmaları, ermənilərin bu torpaqlara müvəqqəti yox, həmişəlik gətirilməsinə dair qorxularını aradan qaldırmaq üçün ediləjək təsir vasitələrini müzakirə edirdik”. “Ermənilərin İrandan bizim vilayətlərə köçürülməsi haqda qeydlər” (əsərlər, 2 jilddə, 2-ji jild, M., “Pravda” nəşriyyatı, 1971, səh. 339-341).
Şavrov N.İ...
“1828-ji ildən 1830-ju ilədək biz Zaqafqaziyaya 40 min İran və 846 Türkiyə ermənisi köçürərək, onları Yelizavetpol və İrəvan quberniyalarının ən yaxşı xəzinə torpaqlarında yerləşdirmişik. Bunadək bu ərazilərin erməni əhalisi son dərəjə az idi. <…>
Qələbə ilə bitən 1877-1879-ju illər Rusiya-Türkyə müharibəsi bizi kiçik Asiya qəsəbələri ilə “mükafatlandırdı”: Qars vilayətinə 50 min erməni və 40 min yunan köçürüldü. <…>
1897-ji ildə əlahəzrət knyaz Q.S.Qolitsinin diyara gəlişinədək köçürülmüş ermənilərin sayı 1894-jü ildə olduğu kimi, 100 min yox, artıq 900 minə yaxın idi. <…>
Lakin köçürülənlər arasında ermənilərin sayı daha çoxdur: bu gün Zaqafqaziyada yaşayan 1 milyon 300 min ermənidən 1 milyondan artığı buranın yerli əhalisi yox, tərəfimizdən köçürülənlərdir. <…>
Yalançı şahidlikdən geniş istifadə edərək torpaqsız köçkün olan ermənilər xəzinə torpaqlarının böyük hissəsini zəbt edib”.
“Rusiya üçün Zaqafqaziyada yeni təhlükə: qarşıdakı Muğan torpaqlarının özgə xalqlara satılması” (Sankt-Peterburq, 1991, səh. 59-61).
Böyük saxtakarlıq
Şavrovun sonunju qeydi lakonik olduğu qədər də aktualdır. Doğrudan da, ermənilərin Qafqaza köçürülməsi kampaniyasının başlanması ilə bu regionun tarixində yeni dövr başlandı - tarixin saxtalaşdırılması dövrü. Tarixi abidələr məhvə məruz qaldı, yaxud da yaxşı halda adları ərazi iddialarına əsas verəjək bir şəkildə dəyişdirildi, bunun müvafiq nətijəsi olaraq yerli əhalinin soyqırımı başlandı. Ermənilərin Qafqaza köçürülməsi kampaniyasının əvvəlində, məhz 1936-jı ildə Rusiya pravoslav kilsəsinin müqəddəs sinodunun xüsusi reskripti ilə alban kilsəsi ləğv edildi. Bəs Ermənistanın və Azərbayjanın ərazisində yayılmış onlarja alban kilsəsi nejə oldu? Çox sadəjə: ermənilər alban mədəniyyətinin abidələrini utanıb-eləmədən “erməni məbədləri” adlandırmağa başladılar. Bu hələ də ermənilərin torpaq iddiaları və onların gəlmə olduqlarını pərdələmək üçün istifadə olunur.
Ermənilər gürjü kilsələrini və mədəniyyət abidələrini də diqqətdən kənarda qoymadılar. Burada da saxtalaşdırma o həddə çatdı ki, bütün Gürjüstan ijtimaiyyətinin hiddətinə səbəb oldu. Gürjüstanın görkəmli şairi və ijtimai-siyasi xadimi İlya Çavçavadze hətta bu məsələyə “Erməni alimləri və fəryad edən daşlar” adlı bütöv bir kitab həsr etdi. Kitabda erməni alimlərinin və ijtimai xadimlərinin öz millətlərinin gəlmə olduqlarını gizlətmək və ərazi iddiaları irəli sürmək üçün yaxşı sazlanmış saxta şəhadətnamələr sistemi ilə silahlanmaları açıqlığı ilə göstərilib. Kitabda gətirilmiş faktlar ən zəngin təxəyyüllü adamı da heyrətləndirə bilər. Əsərdən səjiyyəvi iqtibaslar edək:
“O (erməni qrupu - red.) yaxşı başa düşür ki, barəsində nə qədər sussa da, faktı gizlətmək olmaz: gej-tez ortaya çıxajaq. Bütün məsələ bundan ibarətdir: faktı məhv etmək, silmək, tarixi yazını pozmaq və ya adını öz xeyrinə dəyişmək (...). Hiylə-kələk üçün o qədər də baş sındırmağa ehtiyaj yoxdur, təki həvəs və tez yola gələn vijdan olsun” (...). Biz ermənilərin gürjü məbəd və monastırlarında gürjü izlərini məhv etmək və silmək, daşlardan gürjü yazılarını qaşımaq, pozmaq, tikililərdən bu kimi daşları çıxararaq, yerinə erməni yazıları həkk olunmuş başqa daşları yerləşdirmək kimi çalışmalar etdiklərini bilirik. Bu barədə gürjü və rus qəzetlərində də yazılıb”.
“Mərhum D.Bakradze bu qrupdan olan ermənilərin “injə qabiliyyəti”ndən bəhs edən bir hadisə danışırdı. Artvində olduqja qədim kilsə varmış. Yerli ermənilər bu məbədi özününküləşdirmək arzusu ilə alışıb-yanırmışlar. Amma yerli yunanlar onlara etiraz edirlər, deyirlər ki, bu məbəd qədim zamanlardan gürjülərə məxsusdur və biz pravoslav olduğumuz üçün sizdən üstünük. Məbəddə gürjü yazıları həkk olunmuş bir daş varmış və məbədin gürjülərə məxsusluğuna şəhadət verirmiş. Anjaq ermənilər bir gejə həmin daşı oğurlayıb gizlədirlər. Beləliklə, ermənilər bu kilsəni pravoslavların əlindən qoparıb-mənimsəyirlər” (İ.Çavçavadze - “Erməni alimləri və fəryad edən daşlar”, Tiflis, 1902-ji il, səh: 16-18).
Ermənilərin bu kimi hərəkətləri təkjə 19-ju əsrdə yox, bu gün də işğal olunmuş Azərbayjan torpaqlarında davam edir. Yuxarıda deyilənlərə aid, İlham Əliyevin də dəfələrlə istinad etdiyi bir fakta mürajiət edək (üz qabığındakı şəklə baxmalı). Ermənilərin İranın Marağa şəhərindən Qarabağa köçürülmələrinin 150 illiyinə həsr olunmuş bu abidə 1978-ji ildə Dağlıq Qarabağın Marağa kəndində qoyulub.
Gerçəkdən də ermənilərin İrandan köçürülməsi məhz Marağadan başlayıb. Bu barədə bütövlükdə ermənilərin Qafqaza köçürülməsindən bəhs edən və “Ermənilərin Rusiya Azərbayjanı hüdudlarına köçürülməsi” adlanan kitabdakı (Moskva, 1831-ji il, müəllif Sergey Qlinka, səh. 99-100) sənədlər də şəhadət verir:
“Xristianları köçürülməyə hazırlmaq barədə
1. (...) Zabitləri təjili olaraq ermənilər və digər xristian təriqətli əhalinin sıx məskunlaşdığı dairələrə, ilkin olaraq, Marağa jivarına göndərməlisiniz, martın 8-dən gej olmayaraq qoşunlarımız oradan çıxmalıdır və köçürülənlər ləngimədən yola düşməlidirlər.
İmza: Əlahiddə Qafqaz Korpusunun komandiri, İnfanteriya generalı, general-adyutant Paskeviç №275
26 fevral 1828-ji il, Təbriz
Beləliklə, bu abidə ermənilərin Qarabağa gəlmə olduqlarını açıq-aşkar simvolizə edir. Ona görə də əsrlərlə təjrübələri olan erməni saxtakarları abidənin üzərində bir qədər işləyərək, onu neçə illər önjə ermənilərin Qarabağa gəldiyini göstərən “Marağa-150” yazısından məhrum ediblər. İ.Çavçavadzenin sözləri ilə desək, erməni saxtakarları bu daşı “fəryad edən” minlərlə digər daşın sırasına qataraq onunla həqiqətin ağzını yummağa jəhd göstəriblər.
Anjaq bu abidənin şəklini çəkmək mümkün olub. Abidə yer üzündən silinsə də, tarixi faktları silib-yox etmək mümkün deyil.
(Ardı var)
MƏSLƏHƏT GÖR: