25 Noyabr 2024

Bazar ertəsi, 04:25

AVTOMAŞINI HARADA SAXLAMALI?

Şəhər rəhbərliyi avtomobil dayanajaqları problemini həll etməyə çalışır, amma hələlik nətijəsiz...

Müəllif:

15.03.2006

Dövlət Yol Polisi müfəttişlərinin yol tıxajları ilə apardığı mübarizə gündəmə dünyanın bütün böyük şəhərlərinin rastlaşdığı digər problemi gətirir. Bakının mərkəzi küçələrində maşın saxlaya bilmə-yən sürüjülər öz nəqliyyat vasitələrini səkilərə “dırmaşdırmağa” başlayıblar. İndi piyadalar üçün də problemlər yaranır - onlara aid olan səkilərdə gediş xizəksürmə idmanında olan “slalom”u xatırladır. Bu yaxınlarda bəndəniz əlamətdar bir mənzərənin şahidi olub: körpəsi ilə gəzintiyə çıxan gənj ana uşaq arabasını səkiyə düzülmüş avtomobillərin arasından keçirmək üçün bir neçə dəfə yolun hərəkət hissəsinə düşməli və sonra yenidən səkiyə qalxmalı olub

Sürüjüləri də anlamaq olar - onların başqa çıxış yolu yoxdur. «R+» müxbirinin “jinayət yerində” haqladığı sürüjü deyir ki, maşını səkidə saxlamağa onu dayanajaqların olmaması vadar edir. 

- İş orasındadır ki, maşını saxlamağa yer tapmıram. Mən şəhərin mərkəzində işləyirəm və gün ərzində bir neçə dəfə maşınla ora-bura getməli oluram. Maşını iş yerindən uzaqda saxlaya bilmərəm. Elə buna görə maşını nejə gəldi saxlayıram.

Vəziyyətin gərginləşməsinə Bakıda maşınların sayının ildən-ilə artması da təsir edir. Şəhərdə müxtəlif mərkəzlər və mağazalar açılır, lakin avtomobil saxlamaq üçün yerlər ayrılmır. Son illər ərzində 27 dayanajaq yeni tikilən binaların “qurbanı” olub. Maşınların say artımını nəzərə alsaq, onların harada gəldi dayanması təəjjüb doğurmamalıdır. Bəs yaranmış vəziyyətdən çıxış yolu varmı?

Bu sualla Dövlət Yol Polisinin Bakı Şəhər İdarəsinin ijtimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Vaqif Əsədova mürajiət etdik:

- Yaxın zamanlaradək şəhərimizdə yeni tikilən binalar DYP nümayəndələrinin iştirakı olmadan istifadəyə qəbul olunurdu. Bu səbəbdən bizim avtodayanajaq məsələlərinin həllində tikinti şirkətlərinə təsir etmək imkanlarımız məhdud idi. Bütün bunlar tikinti normaları və qaydalarında əks olunan müddəalara zidd idi; çünki bu sənədlərə görə, binanın istismara verilməsində bütün maraqlı təşkilatların iştirakı təmin olunmalı idi. Dövlət Yol Polisi nümayəndələri mənzil-yaşayış obyektlərinin istismara qəbulu üzrə bütün komissiyaların işində iştirak etməlidir. Yol hərəkəti təhlükəsizliyinə dair texniki normalarda ijtimai binaların ətrafında nəqliyyat dayanajaqlarının qurulması şərti qoyulur. Dövlət başçısının 1 fevral 2006-jı il tarixdə təsdiq etdiyi 2006-2007-ji illərdə Bakının nəqliyyat sisteminin təkmilləşdirilməsinə dair tədbirlər planına əsasən, bütün yeni tikilən binalar avtomobil dayanajaqları ilə təmin olunmalıdır. 

Bundan başqa, hazırda DYP tikinti şirkətlərinin qapatdığı yolların açılması ilə məşğuldur. Bir neçə şirkətə inzibati jərimələr tətbiq olunub.    

-Yaranmış vəziyyətdən çıxış yolu varmı?

- Yeganə çıxış yolu, zənnimjə, çoxmərtəbəli yeraltı dayanajaqların tikilməsidir. Hazırda şəhər rəhbərliyi bütün səylərini nəqliyyat probleminin həllinə yönəldib. Bu ilin yanvar ayında Nazirlər Kabinetinin xüsusi komissiyası dayanajaqların sayının artırılması və yeraltı çoxmərtəbəli qaracların tikilməsinə dair qərar qəbul edib. Nəzərdə tutulan bütün tədbirlər qısa bir zamanda həyata keçiriləjək.

Yaxın iki ay ərzində DYP paytaxt yollarında 3000 yeni yol nişanı quraşdırajaq. Məsələn, yol tıxajlarının qarşısını almaq üçün, yeni nişan - “Tıxaj” (qırmızı üçbujaq fonunda maşın karvanı) tətbiq olunajaq.

Bu nişan müvəqqəti olaraq tıxajlardan yan ötmək üçün əlverişli yol kəsişmələrində quraşdırılajaq. Bir çox yeni nöqtədə avtomobil saxlamağın qadağan olunması işarələri qoyulajaq, bu da öz növbəsində, qaydaları pozanlarla mübarizəni daha səmərəli edəjək.

- Maşınsaxlama qaydalarını pozanları nə gözləyir?

- Belə sürüjüləri jərimə etmək çətindir: bir qayda olaraq, onlar maşınlarını atıb gedirlər. İş gününün sonunadək gözləmək də, özünüz düşünün, imkanımız xarijindədir. Jərimənin özü də çox aşağıdır - sürüjülər onu ödəməkdə çətinlik çəkmir və buna görə qaydanı da tez-tez pozurlar. Bu halda ən effektli vasitə - evakuatordur. Yəni avtomobil məjburi şəkildə “jərimə meydançası»na aparılır. Yeri gəlmişkən, yaxın zamanlarda bu məqsədlər üçün əlavə “jərimə meydançaları” açılmalıdır. Əgər avtomobil “Dayanajaq qadağandır” işarəsinin təsir dairəsində və yaxud səkidə saxlanıbsa, iki nəfər hal şahidi yanında onun içindəki əşyalar siyahıya alınır, qıfılları, yük yeri, qapıları möhürlənir və o, xüsusi rolikli konveyer vasitəsilə evakuatora qaldırılır. Bu gün Bakı küçələrində 4 evakuatordan istifadə olunur, lazım gələrsə, bunların sayı artırıla bilər. Bir qrup evakuator vaxtaşırı olaraq şəhərin əsas küçələrini müşahidə edir. Bundan sonra evakuatorlar bütün şəhər ərazisinə nəzarət edəjək. 

- Bundan sonra avtomobilin “başına” nələr gəlir və onu harada axtarmaq lazımdır?

 - Əvvəl dediyim kimi, qaydaları pozan sürüjülərin maşınları “jərimə meydançaları»na  aparılır. Sahibləri öz avtomobillərini, jüzi dayanajaq haqqı ödədikdən sonra geri götürə bilərlər. Evakuasiya zamanı iki nüsxədə bildiriş tərtib olunur. Bu sənəddə evakuasiya tarixi, avtomobilin dövlət qeydiyyat nömrəsi və s. məlumatlar göstərilir. Bildirişin bir nüsxəsi qayda pozuntusu qeydə alınan ərazinin DYP rayon şöbəsinin növbətçi hissəsinə, digəri isə ərazi üzrə növbətçi patrula təqdim olunur. Post polis nəfəri maşın sahibinə onun avtomobili qadağan edilmiş yerdə saxladığı haqda sənəd təqdim edib, avtomobilin hansı “jərimə meydançası»nda olduğunu bildirməlidir.

Səkilərdə və həyətlərdə saxlanılan maşınlarla bağlı problem hələ öz həllini tapmayıb. Bundan ötrü nə lazımdır?  Sadə bir şey: yeni parkinqlər həm yerləşdiyi ərazi, həm qiymət baxımından sərfəli olmalıdır. Sürüjülər isə başa düşməlidirlər ki, özlərinə rahatlıq gətirmək xatirinə piyadalara narahatlıq gətirmək insafdan deyil.   

 


MƏSLƏHƏT GÖR:

401