
QEYRİ REAL LAYİHƏNİN REALLIQLARI
Qars-Axalkalaki-Tbilisi-Bakı nəqliyyat layihəsi ətrafında siyasi oyunlar
Müəllif: Alyona MOROZ Bakı
2005-ji ilin may ayında son dərəjə əhəmiyyətli hadisə baş verib - Azərbayjan, Gürjüstan və Türkiyə prezidentləri Qars-Axalkalaki-Tbilisi-Bakı (QATB) beynəlxalq nəqliyyat dəhlizinin yaradılmasının tərəfdarları olduqlarını bildirib. Dövlət başçıları bu dəhlizin hissəsi olan 98 kilometrlik Qars-Axalkalaki dəmir yolunun çəkilməsinə hazır olduqlarını da bildiriblər (xəttin 68 kilometri Türkiyə, qalan 30 kilometri Gürjüstan ərazisindən keçəjək). Layihənin ümumi dəyəri, təxminən, 400-450 milyon dollardır.
Bütün istiqamətlərdən hücum
İlk əvvəl rəsmi Yerevan bu layihəyə təmkinlə yanaşmağa üstünlük verdi. Amma bu jür münasibət uzun sürmədi. Bundan əvvəl sözü-gedən dəmir yolunun çəkilməsini Azərbayjan, Gürjüstan və Türkiyənin daxili işi sayan Ermənistan artıq 2005-ji ilin iyun ayında, yəni üç ölkənin bəyanatından jəmi bir ay son-ra öz mövqeyinin başqa jür olduğunu bildirdi. Ermənistan yetkililərinin sözlərinə görə, QATB layihəsi iqtisadi baxımdan səmərəsizdir, çünki o artıq mövjud olan Qars-Gümrü-Tbilisi-Bakı dəmir yoluna alternativ kimi düşünülüb. İrəvan məmurları daha hansı dəlillərə, hansı bəhanələrə əl atmadı?! Xeyri olmadı (ermənilər üçün)! Bakı, Tbilisi və Ankara “Ermənistanı nəqliyyat izoləsinə salajaq” layihədən əl çəkmək fikrində deyillər. Yeri gəlmişkən, Gürjüstan rəhbərliyi dəfələrlə vur-ğulayıb ki, Qars-Axalkalaki mar-şrutunun tikilməsində məqsəd “nəqliyyat izoləsi” deyil və layihə bu üç dövlətin daxili işidir. Buna baxma-yaraq, rəsmi Yerevan məhz “izolə zurnası»nı çalmaqda davam edir, hərçənd Ermənistan İran və Gürjüstan istiqamətlərindən yük alıb və almaqda davam edir.
QATB layihəsi üzrə fəal danışıqların aparılması ilə paralel olaraq, Ermənistan hökuməti və erməni diasporu təşkilatları eyni fəallıqla bu layihənin Qərb tərəfdən kreditləşməsinə mane olmağa çalışır və bu dəhlizin açılmasını hətta jinayət adlandırır.
Ermənistanın xariji işlər naziri Vardan Oskanyan bəyan edib ki, “...Yerevan bu məsələni beynəlxalq təşkilatlarda və Avropa İttifaqında qaldırmaq niyyətindədir”.
Açıq etiraf edək, rəqiblərimizin imkanları az deyil - Amerikanın erməni milli komitəsi və erməni assambleyası kimi təşkilatlarının “səyləri nətijəsində” “Regionun hər hansı bir ölkəsinin izoləsinə gətirib-çıxaran layihələrin maliyyələşməsini qadağan edən qanun”un layihəsi artıq ABŞ Konqresinə təqdim olunub. Ötən ilin iyulunda “erməni məsələləri” üzrə ABŞ Konqresinin məsul qrupunun üç üzvü - Frenk Palon, Jo Nolenberq və Jorj Rodanoviç Nümayəndələr Palatasına ABŞ-ın QATB layihəsinin reallaşmasına yardım göstərməsini yasaq edən qanun layihəsini təqdim edib. “Qərəzsiz üçlük” qeyd edir ki, Qars-Gümrü dəmir yol xəttinin istifadə olunmaması Ermənistana iqtisadi və tijari zərbə vurur, ABŞ-ın regiondakı uzunmüddətli maraqlarına ziddir.
Hələlik ABŞ hökuməti nə Qars-Axalkalaki xəttinin tikilməsi ideyasına, nə bu məsələnin həlli üçün Vaşinqtonun siyasi və maliyyə dəstəyi verib-verməyəjəyinə dair birmənalı mövqe bildirməyib.
Yuxarıda göstərdiymiz “lobbiçilik” faktı tək deyil. Lakin buna baxmayaraq, QATB layihəsinin əleyhdarları özlərinin əsas məqsədlərinə - layihənin beynəlxalq ijtimaiyyəti qarşısında diskreditə olunmasına nail ola bilməyib.
Erməni mənbələrinin bildirdiyinə görə, “Qanun layihəsi olduqda belə, bu, sırf siyasi məqsədlərlə gündəmə gətirilən və mahiyyətjə provokasiya olan layihə (QATB - red.) haqda dünya birliyinin hələ obyektiv təsəvvürü yoxdur”.
Maraqlıdır, ermənilər Qars-Axalkalaki layihəsini nə az-nə çox, Şimali Avropa (Rusiya-Almaniya) qaz kəmərinin tikintisi ilə müqayisə edir. Bu layihəyə əsasən, boru xətti Rusiya ərazisindən, Baltik dənizinin dibi ilə, Baltikyanı dövlətlər və Polşadan yan ötərək, birbaşa Almaniya ərazisinə çatdırılajaq. Burada oxşarlıq yalnız bir məsələdə mövjuddur - ermənilərin QATB-a qarşı iradlarına oxşar iddialar Estoniya, Latviya, Litva və Polşa tərəfindən irəli sürülür. Özlərinin “enerci izoləsinə” düşə bildiklərindən narahatlanan bu dörd ölkə artıq bu barədə Avropa İttifaqına da mürajiət edib. Avropa İttifaqı bu tələbləri məqsədəuyğun hesab edib, Ermənistanın oxşar tələbinə məhəl qoymasa, bu, açıq şəkildə ikili standartlardan istifadə olunduğunu sübut edəjək və İrəvanın əlində spekulyasiya alətinə çevriləjək. Ermənilər elə bunu gözləyir.
Qars-Gümrü variantı baş tutacaqmı?
Bundan başqa, rəsmi İrəvan ümid edir ki, Türkiyənin Avropa İttifaqına daxil olmasına dair danışıqların başlanması bu ölkəni 1915-ji il olaylarını “genosid” kimi tanımağa və Ermənistanla sərhədi açmağa vadar edəjək. Bununla Qars-Gümrü dəmir yol xətti bərpa olunajaq və məntiqi nətijə olaraq, Qars-Axalkalaki layihəsi öz aktuallığını itirəjək. Bu hələ azmış kimi, Vardan Oskanyan dəfələrlə qeyd edib ki, Gürjüstan və Azərbayjanın bu xətti, hətta donor maliyyəsi hesabına yox, onların büdjə imkanları hesabına tikməyə mənəvi haqqı yoxdur (?!). Sonra Oskanyan qeyd edib ki, “...Qars-Gümrü xətti yalnız Türki-yənin səhv mövqe tutduğuna görə istifadə olunmur”. Avropanın özündə də QATB layihəsinin əleyhinə çıxış edən siyasətçilər var. Onlar hesab edirlər ki, QATB və Ermənistandan yan ötən digər kommunikasiya layihələrinin maliyyələşdirilməsi məqsədəuyğun deyil və Avropa İttifaqına daxil olmaq istəyən Türkiyə önjə onunla qonşu olan dövlətlərlə münasibətləri normallaşdırmalıdır. Lakin buna baxmayaraq, Türkiyə -Ermənistan sərhədinin və Qars-Gümrü xəttinin açılması şansları çox azdır - Türkiyə Azərbayjanın prinsipial mənafelərinə zidd olan addımlar atmaq fikrində deyil.
Bundan başqa, sözügedən sərhəd təkjə Azərbayjan-Ermənistan ziddiyyətlərinə görə yox, Türkiyənin özünün də Ermənistana böyük siyasi iradlarına görə açılmır. Ermənistan özünün “konstruktiv mövqedə durduğunu” nümayiş etdirmək üçün bildirir ki, sərhəd açılsa, elə sabahısı gün İrəvan bu xətlə daşınan yükləri qəbul etməyə hazırdır, Gümrüdən sərhədədək gedən dəmir yolu və sərhədyanı terminal əla texniki vəziyyətdədir, daşımalar üçün Türki-yəyə güzəştli tranzit tarifləri təklif olunajaq... Xeyri olmadı! Bunu bu yaxınlarda Türkiyə Prezidenti Əhməd Nejət Sezərin Mixail Saakaşvili ilə görüşündən sonra söylədiyi fikir də təsdiq edir: “Türkiyə Gürjüstan və Azərbayjanla dəmir yolu əlaqəsinin təşkil olunmasında maraqlıdır. Biz Qars-Axalkalaki-Tbilisi-Bakı la-yihəsi üzrə işimizi davam etdiririk. Biz istəyirik ki, Bakı-Tbilisi-Jeyhan və Bakı-Tiflis-Ərzurum boru kəmərlərinə bizim üç ölkəni birləşdirən dəmir yolu da əlavə olunsun”.
Yerevan QATB layihəsini Gürjüstan tərəfdən atılan qeyri-səmimi addım kimi qəbul edir, Tbilisi Ermənistanın blokadada saxlanmasına və onun müddətinin uzadılmasına şərait yaratmaqda suçlayır. Gürjülər isə başqa fikirdədir. Gürjüstan parlamentinin Avropaya inteqrasiya üzrə komissiyasının sədri David Bakradze hesab edir ki, Qars-Axalkalaki-Tbilisi-Bakı xətti Ermənistanı nəinki blokadaya sala, əksinə, bu ölkə üçün böyük fayda verə bilər: “Ermənistan Gürjüstan və Türkiyə vasitəsilə Avropaya nəqliyyat dəhlizi açsa, bu onun üçün uğurlu addım olardı”.
Daha bir arqument - Gürjüstan Abxaziya məsələsini həll etməyənədək Qars-Gümrü xəttinin açılmasından danışmağa belə dəyməz. Beləliklə, Gürjüstan “antierməni” kommunikasiya layihəsini əsas lobbi edənlərdən biri olaraq qalajaq. Bununla yanaşı, Gürjüstanın xariji işlər naziri Salome Zurabişvili bildirib ki, layihə İrəvanın dəstəyini almayıbsa, Tiflis digər marşrut variantlarını da müzakirə etməyə hazırdır, lakin Gürjüstan hökuməti heç kimə, o jümlədən, Ermənistana proqramın gerçəkləşməsinə mane olmağa imkan verməyəjək. Ələlxüsus - ABŞ-ın əli ilə.
Əlbəttə, Qars-Gümrü xəttini işə salmaq Ermənistanın marağındadır - bu xəttin istifadə edilməsi QATB layihəsini xeyli ujuzlaşdıra bilərdi. Amma hər iki halda birinji və əsas tələb bu olajaq - Azərbayjanın işğal olunmuş torpaqları azad edilməlidir.
Layihəyə mane olmaq mümkün deyil
Ermənistanın bütün səylərinə rəğmən, Bakıda tam əmindirlər ki, Qars-Axalkalaki sırf iki dövlətin - Gürjüstan və Türkiyənin problemidir və Yerevan öz lobbi imkanlarından tam miqyasda istifadə etsə belə, QATB-a mane ola bilməyəjək. Azərbayjan Nəqliyyat Nazirliyi bildirib ki, “...Əslində, Azərbayjan QATB layihəsi iştirakçıları siyahısında təmsil olunmaya da bilərdi - Azərbayjanın etibarlı dəmir yolu xətti olan Bakı-Tbilisi (TRASEKA layihəsi) marşrutu var. Buna baxmayaraq, bizim ölkə QATB layihəsinə qoşulub və bu faktın özü düşmənlərimizi təşvişə salıb”.
Nəqliyyat Nazirliyinin eksperti N.Qasımov hesab edir ki, “...Ermənilərin “nəqliyyat izoləsi” haqda iradları əsassızdır, ələlxüsus, bu “faktla” Avropa İttifaqında spekulyasiya etmək. Ermənilər Türkiyə ilə dəmir yolu vasitəsilə əlaqə yaratmaq və “dənizə çıxmaq” istəyir? Buyursun! Nəyə görə bu əlaqə məhz Gürjüstan ərazisi vasitəsilə yaradılmalıdır?! Ermənistanın dostu sayılan İranın həm Fars körfəzi, həm də Xəzər dənizinə çıxışı var. Bu amilin özü bir daha təsdiq edir ki, Ermənistanın Qars-Axalkalakiyə qarşı sürdüyü iddialar tam yersiz və hüquqi baxımdan əsassızdır”.
Dəstək olacaqmı?
Qeyd edək ki, hazırda QATB la-yihəsinin üç iştirakçısı - Azərbayjan, Türkiyə və Gürjüstan layihəyə dair təkliflərini Avropa İttifaqına təqdim edir. Adətən, Avropa İttifaqı regional əhəmiyyət daşıyan layihələrə üstünlük verir və bu baxımdan QATB ideal variantdır. Layihənin reallaşmasında ən azı üç dövlət - Azərbayjan, Türkiyə və Gürjüstan maraqlıdır. Dəmir yolu xətti tikilərsə, ondan digər ölkələr, o jümlədən, Orta Asiya dövlətləri istifadə edə biləjək. Bu gün Bakı Avropanın QATB layihəsinə rəsmi reaksiyasını gözləyir. Və bizə Avropanın maddi dəstəyindən çox, mənəvi dəstəyi lazımdır.
Erməni tərəfinin QATB layihəsinin “maliyyə mənbəyi olmamasına” dair arqumentləri boş jəfəngiyatdır, çünki Avropa layihəyə maliyyə yardımını hətta göstərmədiyi təqdirdə, üç iştirakçı dövlətin bu problemin öhdəsindən gəlməyə kifayət qədər öz vəsaiti var. İlk etapda layihə dəyərinin kiçik bir qismi əldə edilərsə, artıq onun reallaşmasına başlamaq olar, bundan sonra isə...
Yadınızdadır, Bakı-Tbilisi-Jeyhan boru kəməri layihəsində ilk əvvəl maliyyələşmə problemi yaşandı? 90-jı illərin ortalarında bu və Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihəsinə Rusiya və Ermənistan böyük şübhə ilə yanaşır, onu siyasi avantüra adlandırırdı.
O vaxt bəlkə bu münasibətə müəyyən əsas vardı, amma indi baxın: Bakı-Jeyhan bu yaxınlarda istismara veriləjək, Bakı-Ərzurum kəmərinin tikintisi sona yaxınlaşır... Qars-Axalkalaki xətti də maliyyəsiz qalmayajaq - Bakı-Tbilisi-Jeyhan layihəsi müzakirə mərhələsindən əməli iş mərhələsinə keçəndən sonra, bütün dünyadan onu maliyyələşdirmək istəyənlər gəldi...
Artıq bunu sübut edən faktlar da var - Asiya İnkişaf Bankının (AİB) rəhbəri Metü Vestfol bəyan edib ki, Jənubi Qafqaz regionunda Azərbayjan ən yüksək reytinqə malikdir və bu ölkənin hökuməti AİB-ə mürajiət etsə, bank QATB layihəsinə kredit ayıra bilər”.
Azərbayjan Respublikası Nəqliyyat Nazirliyində onu da qeyd edirlər ki, layihədə iştirak etmək istəyənlərin sayı çoxdur, lakin onların adları hələ açıqlanmır. Bir qədər gözlə-yək. Layihənin texniki-iqtisadi əsaslandırması (TİƏ) Türkiyənin “Yuksel Domonik” şirkəti tərəfindən artıq hazırlanıb və Azərbayjan hökumətinə təqdim olunub. Hazırda ona müvafiq strukturlarda baxılır. Bundan sonra Türkiyədə ekspertlərin üçtərəfli görüşü təşkil olunajaq və layihənin son variantı müəyyən ediləjək. Daha sonra, aprel ayının sonunda, üç ölkənin nəqliyyat nazirləri görüşməli və texniki məsələləri müzakirə etməlidir. Bir sözlə, Türkiyənin xariji işlər naziri Abdulla Gülün söz verdiyi kimi, bu ilin sonunadək QATB layihəsi üzrə tenderin elan olunajağı tam realdır.
MƏSLƏHƏT GÖR: