
RUSİYA DİPLOMTİYASI GECİKMƏ, YOXSA TƏLƏSMƏ?
Müəllif: Vüqar BEKTAŞ Bakı
Tanınmamış Jənubi Osetiyanın prezidenti Eduard Kokoytanın Alaniya adı altında Şimali Osetiya ilə birləşərək, Rusiya Federasiyasının subyektləri sırasına daxil olmaları üçün bu ölkənin Konstitusiya Məhkəməsinə mürajiət edəjəyinə dair bəyanatı onsuz da ən pis günlərini yaşayan Rusiya-Gürjüstan münasibətlərini yenidən gərginləşdirdi. Həmin bəyanat verilən gündən üzübəri iki ölkə rəsmilərinin məsələyə dair verdikləri rəsmi və ya gizli açıqlamalar tərəflər arasındakı xoşagəlməz ab-havanı hələ də ortadan götürə bilməyib. Xatırladaq ki, qiyamçı recimin lideri Rusiya Federasiyasının tərkibinə daxil olmaq istəyini onunla əsaslandırmağa çalışır ki, 1774-jü ildə Rusiya ilə Osmanlı İmperiyası arasında bağlanmış Kiçik Qaynarja sülh müqaviləsinə görə, Osetiya bütöv şəkildə rusların yuridiksiyasına keçmişdi. «Bizim əlimizdə Rusiyanın tərkibinə daxil olmaq barədə tarixi sənəd var, amma oradan çıxmaq barədə heç nə yoxdur. Deməli, əslində, biz heç oradan çıxmamışıq da» . Kokoytanın «tarixi sübutları» bir yana, əslində, Güney Osetiyanı doğrudan da bu gün Rusiyasız təsəvvür etmək mümkün deyil. Tanınmamış qurumun əhalisinin 95 faizi jiblərində Rusiya pasportlarını gəzdirir, Rusiya ilə bir iqtisadi məkanda yaşayan jənub tərəfdə bu gün faktik olaraq Rusiya rublu dövriyyədədir. Görünür, elə buna görə də separatçı recimin beynəlxalq ijtimaiyyət tərəfindən müstəqil subyekt kimi tanınmayajağını gördüyündən, prezident Kokoyta Rusiyanın tərkibində olmalarını dəfələrlə hüquqi-siyasi çərçivəyə salmağa jəhd göstərib. Məsələn, hələ 2004-jü ilin iyununda da Güney Osetiya rəhbərliyi Rusiyanın tərkibinə daxil olmaq barədə bu ölkənin qanunveriji orqanı və Federasiya Şurasına mürajiət etmişdi. Amma o zaman məsələyə elə də jiddi reaksiya verməyən Moskva, nədənsə, indi Tiflisin razılığı olmadan Jənubi Osetiyanın ilhaq edilməsini nəzəri baxımdan da olsa, mümkün sayan eyhamlar səsləndirməyə başladı. Rusiya Baş nazirinin köməkçisi Gennadi Bukayev hər iki bölgənin Alaniya adı altında birləşərək, Rusiya Federasiyasının tərkibinə daxil olmaları istiqamətində hadisələrin gələjək inkişafına rəsmi Moskvanın heç də etiraz etmədiyini bəyan etdi. Elə iki ölkə arasında diplomatik gərginlik də məhz bu açıqlamadan sonra başlandı. Rusiya XİN-in rəsmi təmsilçisi Mixail Kamınin Bukayev bəyanatının mətbuat tərəfindən düzgün yozulmadığını bildirdi; onun sözlərinə görə, burada söhbət Güneylə Quzey arasında yalnız iqtisadi işbirliyindən gedib. Rusiya hökumətində anonim bir mənbə Baş nazir Fradkovun köməkçisinin belə bir bəyanat verməyə ümumiyyətlə səlahiyyətinin olmadığını bildirib. Rusiya hakimiyyətinin yuxarı qatlarında çalışan, adının çəkilməsini istəməyən bir məmursa Jənubi Osetiya ilə bağlı bu jür bəyanatların, əslində, bir qədər sonra, yəni «Qərbin Kosovanın müstəqilliyini tanıyajağı ərəfədə» veriləjəyinin nəzərdə tutulduğunu bildirib. Onda belə çıxır ki, ya Kokoyta bir qədər tələsib, ya da Georgi Bukayev bu məsələyə Moskvanın yanaşmasını bir qədər vaxtından əvvəl faş edib. Əslində, Rusiya Prezidenti Vladimir Putin də hələ fevral ayında xariji ölkə curnalistlərinin də qatıldığı ənənəvi mətbuat konfransında rəsmi Moskvanın Kosova məsələsində tutduğu mövqeyi açıqja bəyan etmişdi. Bildirmişdi ki, Kosova müstəqil subyekt kimi tanınarsa, bu təjrübə MDB məkanındakı dondurulmuş etnoərazi xarakterli münaqişələrin çözümünə niyə tətbiq edilməsin? «Kosova probleminin həlli universal xarakter daşımalıdır».
Kremlin Kosova probleminin həllində Serbiyanın ərazi bütövlüyünü tanıması və qətiyyətlə dəstəkləməsi fonunda bu, bir qədər təzadlı görünmürmü?
Qərbə xəbərdarlıq
Əslində, Rusiya dövlət başçısı bu bəyanatla Kosovanın müstəqilliyini tanımağa hazırlaşan Qərbə jiddi mesac göndərmişdi. Sadə dillə desək, başa salmağa çalışmışdı ki, əgər Moskvanın maraqlarına zidd olaraq, Kosovanın müstəqilliyi tanınarsa, o zaman Rusiya da adekvat addım atmaq məjburiyyətində qalaraq, Qərbin maraq dairəsində olan MDB-dəki tanınmamış separatçı qurumlara olan münasibətinə yenidən baxa bilər. «Bu bizim üçün təkjə beynəlxalq prinsiplərin qorunub-saxlanılması deyil, həmçinin, postsovet məkanındakı maraqlarımız baxımından da jiddi önəm kəsb edir. Postsovet məkanında isə hələ heç də bütün münaqişələr öz həllini tapmayıb. Ona görə də biz bu yolla gedə bilmərik, dünyanın bir yerində bir prinsip tətbiq olunsun, digərində isə tamam ayrısı»...
Dünyanın aparıjı dövlətlərinin də Kosovanın status məsələsinə yanaşması müxtəlifdir. Məsələn, ABŞ hesab edir ki, hər bir etnosiyasi münaqişə öz mahiyyətinə görə unikaldır, ona görə də onların həllinə regional və tarixi aspektlərdən yanaşılmalıdır. Kremlin mövqeyi isə yuxarıda qeyd etdiyimiz kimi, Rusiyanın dövlət başçısının dedikləri ilə ifadə olunub. Kosovanın beynəlxalq aləm tərəfindən müstəqil subyekt kimi tanınmasına isə elə də çox qalmayıb. Bəzi fikirlərə görə, 3-4 ay, bəzilərinə görəsə uzağı, bir ilə məsələ tamamilə həll olunajaq. Bütün bunların fonunda Kosova münaqişəsinin həlli ərəfəsində rəsmi Moskvanın da öz nəzarəti altında olan MDB-dəki münaqişələrə yanaşmada fəallaşajağını qabaqjadan güman etmək olardı. Məsələn, regionda jərəyan edən bəzi prosesləri, fikrimizi qismən də olsa əsaslandırajaq misal kimi, göstərmək olar. Məsələn, Kokoytanın sözügedən bəyanatıyla Tiflisin əsəbləri tarıma çəkildi; Gürjüstan Osetiya ilə «sərhəd» (öz nəzarəti altında olan ) bölgələrə əlavə qoşun hissələri yeritdi, ərazidə gərginlik yarandı. Bunun ardınja iqtisadi rıçaqlar işə salındı, Rusiya KİV-i Moldovanın Ukrayna ilə birləşərək, tanınmamış Dnestryanı Respublikasını blokadaya almasına dair «həyəjanlı» xəbərlər yaymağa başladı. Xatırladaq ki, hələ martın əvvəlindən rəsmi Kiyevin öz sərhəd məntəqələrində tətbiq etdiyi yeni gömrük qaydalarına görə, Ukraynadan separatçı recim olan Dnestryanıya daşınan bütün mallar bundan sonra Moldova gömrükçüləri tərəfindən sənədləşdirilməsə, sərhəddən buraxılmayajaq. Çünki rəsmi Kiyev Dnestryanı adlı «dövlət» tanımır. Bununla da Ukrayna öz ərazisindən Moldovaya, Dnestryanı qiyamçılarına gedən yüklərə nəzarət etmək imkanı vermiş oldu ki, bu da, təbii ki, nə Tiraspolu, nə də onu dəstəkləyənləri razı sala bilərdi. Rusiyanın Kişinyovdakı səfiri (o, əvvəljə Rusiyanın Bakıda səfiri missiyasını ijra etmişdi) Nikolay Ryabov mətbuat konfransında sərhəd-keçid məntəqələrində tətbiq olunan yeni gömrük sisteminin Dnestryanının bütün xariji iqtisadi əlaqələrinin Moldova tərəfindən ələ keçirilməsi demək olduğunu və bununla da tanınmamış qurumun büdjəsinin iflij duruma gətirilib-çıxarılajağını bəyan etdi. Səfirin fikrinjə, bu addım bölgədə sosial partlayışa səbəb ola bilər. Bu fikirlərə rəsmi Kişinyovun reaksiyası isə çox kəskin oldu. Moldova xariji işlər naziri Andrey Stratan rusiyalı həmkarı Sergey Lavrova göndərdiyi məktubunda səfirin sözlərinin müstəqil ölkələr arasında mövjud diplomatik çərçivələrə sığmadığını bildirdi. Bunun ardınja isə rəsmi Kişinyov Moskvadakı böyük elçisi Vasili Stürzanı təlimatlandırmaq bəhanəsi ilə geri çağırdı. Moldovanın siyasi istebleşmenti isə Dnestryanıya olan siyasi və iqtisadi (Rusiya maşın karvanı ilə tanınmamış quruma açıqja göstərdiyi) yardıma görə, rəsmi Moskvanı ittihamlayaraq, bunu bir daha bölgədə münaqişənin və separatizmin qalmasında Rusiyanın maraqlı olmasının bariz nümunəsi kimi səjiyyələndirdilər. Əslində isə siyasi müşahidəçilər bu proseslərin də Rusiya Prezidenti Vladimir Putinin Kosova haqda söylədiklərindən qaynaqlandığını düşünürlər. Hətta bəzi mənbələr Kosova məsələsi həll ediləndən sonra rəsmi Moskvanın Qərbi hədələdiyi javab addımına - (MDB-dəki separatçı recimlərin də Kosova kimi tanınmasına) birinji olaraq «Dnestryanı Respublika»dan başlayajağını bildirirdilər. Elə Ukrayna prezidentinin sərhəddə yeni gömrük sisteminə dair qərarı da Qərbin Kremli qabaqlamaq istəyi kimi yozulur. Bunu, siyasətçilər arasında Qərbin Kosova təjrübəsini Rusiyanın MDB-yə gətirmək istəyinə qarşı ilk çıxışı kimi də-yərləndirənlər də var.
Dağlıq Qarabağdakı separatçılar nə vaxt fəallaşacaqlar?
Ukrayna və Moldovanın tətbiq etdiyi yeni gömrük sistemi, ümumiyyətlə, bu təjrübə, təbii ki, Güney Qafqazdakı digər qiyamçı recimləri rahatsız etməyə bilməzdi. Təsadüfi deyildi ki, tanınmamış qurumlardan olan Abxaziya da Gürjüstana sanki güj nümayiş etdirmək məqsədilə 4 min nəfər hərbçinin iştirakıyla genişmiqyaslı hərbi təlimlərə start verdi. Təlimlər qondarma respublikanın prezidenti Sergey Baqapşın rəhbərliyi altında keçirildi. Abxazlar və osetinlərlə yanaşı, Azərbayjan torpaqlarında separatçı recim quran ermənilər də hadisələrin gedişatını həyəjanla izləməyə başladılar. Amma Baqapş və Kokoytadan fərqli olaraq, DQ separatçılarının lideri Arkadi Qukasyan Ukrayna hökumətini tənqid edəjək «rəsmi bəyanatlar» verməkdən çəkindi. Bəlkə də bunu, Dnestryanıdan fərqli olaraq Qarabağdakı işğalçıları belə bir təhlükənin gözləməməsi ilə bağlamaq olar, ermənilər, təbii ki, öz işğalçı siyasətinin «bəhrəsi» olan Qarabağa münasibətdə Ermənistanın Ukrayna kimi addım atajağının, sadəjə, mümkünsüz-lüyünü yaxşı bilirlər (amma burada xatırlatmaq yerinə düşərdi ki, hələ Ukrayna və Moldovadan da qabaq Azərbayjan Gürjüstanla birgə erməni separatçılarına qarşı analoci sistemi çoxdan işə salıb - Gürjüstan ərazisindən Ermənistana gedən qatarların ötən il Azərbayjan gömrükçüləri tərəfindən buraxılmaması da bunun nətijəsində mümkün olmuşdu …). Odur ki, Tiraspolun Xankəndini də bu məsələyə qatmaq jəhdləri uğursuzluqla nətijələndi. Hətta Dnestryanıda yaradılan «Blokadaya Qarşı Koordinasiya Şurası»na daxil edilən, buradakı erməni ijmasının rəhbəri Nikolay Sarkisyanın Ermənistan və Dağlıq Qarabağın «XİN»ə, həmrəyliyə çağırışdolu ünvanladığı məktubu da javabsız qaldı. Erməni politoloqlarının fikrinjə, İrəvan rəsmilərinin bu məsələdə susmaları tamamilə başadüşüləndir. Bu, bir tərəfdən İrəvanın Qərbin qəzəbinə tuş gəlməmək istəyi ilə yozula bilər. Digər tərəfdən, Ermənistanın işğalçılığı pisləyən Ukrayna ilə münasibətləri onsuz da elə möhkəm deyil. Amma səslərini çıxarmasalar da, bu heç də o demək deyil ki, erməni separatçıları proseslərdən kənarda qalmağı planlaşdırırlar, əksinə, sadəjə, əlverişli məqam gözləyirlər. Deməli, Qarabağdakı separatçı recimin də vaxtı çatanda fəallaşajağını gözləmək lazımdır. Belə ki, erməni müəllifi Artyom Yerkanyanın öz yazısında ortaya qoyduğu məntiqə görə, əgər Qərb qarşısında Moskvanın Dnestryanıya münasibətdə kişilyi axıra qədər çatarsa, o zaman Qarabağa doluşmuş ermənilərə də bu KİŞİLİKDƏN PAY düşəjək.
Rusiya ilə Gürcüstan arasındakı “müharibə” qızışır
Bütün bunların fonunda Rusiya - Ukrayna - Moldova - Gürjüstan münasibətlərinin yaxın gələjəyi haqda, təəssüf ki, nikbin fikirlər söyləmək mümkün deyil. Əksinə, tərəflər arasında hələlik iqtisadi sahədə əsl müharibə gözlənilir. Artıq Rusiya öz ərazisinə Moldova və Gürjüstan çaxırının gətirilməsinə yasaq qoydu.
Yeri gəlmişkən, «R+»un martın 27-də dərj olunmuş sayındakı «İqtisadiyyatın zərərinə olan xariji siyasət?» başlıqlı məqalədə rəsmi Tiflisin siyasətinin Rusiya və Belorusiya bazarlarının Gürjüstan üçün itirilməsinə gətirib çıxarajağı barədə xəbərdarlıq etmişdik. Məhz curnalın çapdan çıxdığı gün, yəni martın 27-də Rusiya Gürjüstan çaxırlarının idxalına qadağa qoyaraq, bizim proqnozun dəqiqliyini təsdiqlədi.
Bunun Moldova və Gürjüstan iqtisadiyyatı üçün nə demək olduğunu izah etməyə isə, təbii ki, elə də ehtiyaj yoxdur.
Gürjüstan Prezidenti Mixail Saakaşvilinin sözlərinə görə, «Rusiya tərəfinin Gürjüstan çaxırının idxalına qadağa qoyması, iki ölkə arasında münasibətlərə xələl gətirən təkjə siyasi akt yox, həm də Gürjüstan mədəni irsinə və bizim Rusiya ilə çoxəsrlik münasibətlərimizə həmlədir».
Moskvanın qadağanın tətbiqinin sırf Gürjüstan çaxırlarının aşağı keyfiyyəti ilə bağlı olmasına dair israrlarına baxmayaraq, Tbilisidə bu açıqlamaların səmimiliyinə inanmırlar və Rusiya məhsullarına qarşı adekvat addımların atılajağı hədələri yağdırırlar.
Heç şübhəsiz, Gürjüstanla Rusiya arasındakı gərginlik Ümumdünya Tijarət Təşkilatının tribunalarında davam edəjək. Yeri gəlmişkən, xatırladaq ki, nəzəri olaraq Rusiyanın 2006 və ya 2007-ji illər ərzində ÜTT-yə üzv olajağı proqnozlaşdırılır. Gürjüstan isə artıq 2000-ji ilin iyunundan bu təşkilatın üzvüdür. Çox güman, Rusiyanın bu təşkilata üzvlük məsələsi həll olunan zaman Gürjüstan öz qonşusunun yolunu kəsməyə çalışajaq. Analitiklərin fikrinjə, Gürjüstan kiçik ölkə olsa da, bu təşkilatda öz məqsədlərinə asanja nail ola bilər. Çox güman, rəsmi Tbilisi ÜTT-də öz nəzarətində olmayan tanınmamış qurumlarda fəalliyyət göstərən gömrük məntəqələrinin qanunsuz fəaliyyəti və Rusiyanın bəzi şirkətlərinin həmin separatçı recimlərlə olan iqtisadi əməkdaşlığı barədə də məsələ qaldırajaq. Baş verənlər hər iki ölkənin sadə vətəndaşlarının bir-birinə münasibətinə jiddi xələl gətirməkdədir. Məsələn, Tbilisidə nəşr olunan «Kviris palitra» qəzeti Gürjüstana dost və düşmən ölkələri müəyyənləşdirmək üçün bu günlərdə keçirdiyi sosioloci sorğuda, rəyi soruşulanların 95 faizi Rusiyanı düşmən ölkə hesab edib (Gürjüstana düşmən ölkələr sırasında ikinji yerdə Ermənistandır). Bu arada Gürjüstan həbsxanalarının birində baş verən məhbusların qiyamı ilə dövlət dəftərxanasında çalışan məmurlara qarşı jasus qalmaqalının da rəsmi Tiflisin Moskva ilə əlaqələndirəjəyi şübhəsizdir. Gürjüstan rəsmiləri konkret ad çəkməsələr də, artıq bu barədəki bəyanatlarının hədəfində kimin durduğu sirr deyil. Deməli, Moskva ilə Tbilisi arasında münasibətlərdəki gərginliyin gələjəkdə daha da artajağını düşünmək olar.
Moldova ilə Ukrayna da Moskvanın qəzəbinə tuş gəlir
Siyasi texnoloqlar Ukrayna və Moldovaya qarşı da Rusiya tərəfindən müəyyən təzyiqlərin olajağına əmindirlər. Bunların sırasında hələlik ənənəvi mavi yanajağın qiymətinin yenidən gündəmə çıxajağı daha yaxın günlərin hadisəsi kimi gözlənilir. Məsələn, Moskvada «Qazprom»un rəhbərliyi ilə Moldovanın müvafiq strukturları arasında yeni tariflərə dair danışıqlar nəzərdə tutulub. Xatırladaq ki, tərəflər arasında əvvəlki danışıqlar uğursuzluqla nətijələnmişdi. Belə ki, Rusiya 2006-jı ilin yanvarından Moldovaya qazın hər min kubmetrini 160 dollardan təklif etsə də, qarşı tərəf bununla razılaşmayıb. Kişinyovun mövqeyinə görə, «Moldovqaz»ın səhmlərinə nəzarət paketinin «Qazprom»a məxsus olması Rusiyanın, bu ölkənin bütün istehlak bazarına nəzarət etməsi deməkdir. Eyni zamanda, Rusiya Moldova ərazisindən Balkan ölkələrinə də mavi qaz nəql etmək imkanına malikdir. Ona görə də Moskva mavi yanajağın qiymətində, Rusiyaya bu imkanları verən Moldovaya güzəştə getməlidir. Hazırkı siyasi proseslər fonunda isə Moskvanın Kişinyova güzəştə gedəjəyi bir qədər real görünmür, əksinə, «Qazprom»un Kiyevlə də yenidən haqq-hesab çəkəjəyi uzaqda deyil. Ukraynaya verilən mavi yanajağın qiymətinin yay aylarında yenidən qaldırılajağı haqda fikirlər var; bu arada Türkmənistan rəsmilərinin Ukraynaya nəzərdə tutulan mavi yanajaq ötürülməsinin mümkün olmadığını bəyan etmələri isə vəziyyəti bir qədər də kəskinləşdirə bilər.
MƏSLƏHƏT GÖR: