14 Mart 2025

Cümə, 20:54

"BİZD N ZORLA QOPARILMIŞ TORPAQLARI YALNIZ BİRLİKDƏ QAYTARA BİLƏ RİK"

Gürjüstanın münaqişələrin tənzimlənməsi məsələləri üzrə dövlət naziri Georgi Xaindrava Gürjüstan-Azərbayjan münasibətləri, Javaxetiyadakı separatçılıq əhval-ruhiyyəsi və öz uşaqlığının şəhəri olan köhnə Bakı haqqında.....

Müəllif:

15.03.2006

…Gürjüstanın münaqişələrin tənzimlənməsi məsələləri üzrə dövlət naziri ilə razılaşdırılmış görüşdən bir gün önjə onun Tbilisinin mərkəzində yerləşən iqamətgahı yandı. Mühüm sənədləri xilas etmək mümkün olsa da, dövlət nazirinin iş kabineti, demək olar, bütünlüklə külə dönmüşdü. Ona görə də jənab Xaindrava bizi müvəqqəti ofisində qəbul etdi. Anjaq bu onunla söhbətin maraqlı alınmasına mənfi təsir etmədi. Beləliklə, "R+"un bugünkü qonağı keçmiş bakılı, Gürjüstanın dövlət naziri Georgi Xaindravadır.

 

“Cavaxetiyaya müxtariyyət verilməsi məsələsi müzakirə obyekti deyil”

– Jənab nazir, son vaxtlar Gürjüstanda erməni-gürjü münasibətlərində bir gərginlik hiss olunur. Biz Quqark rayonunda (Kvemo-Kartli) baş vermiş toqquşmanı nəzərdə tuturuq. Buna qədər isə Samsxe-Javaxetinin erməni təşkilatları, bu regiona muxtariyyət tələbil ilə prezident Saakaşviliyə mürajiət etmişdilər. Ermənilərin tələbləri arasında dövlət dili haqqında qanuna yenidən baxılması və regionda erməni dilinə dövlət dili statusu verilməsi də var. Bu tələblərin arxasında nə dayanır və Gürjüstan bu məsələdə hansı güzəştlərə getməyə hazırdır? 

– Biz belə tələblər haqqında ilk dəfə deyil ki eşidirik. Anjaq onlar ayrı-ayrı qeyri-hökumət təşkilatlarının dilindən səslənir. Düzünə qalsa, bu təşkilatlar elə bu jür məsələləri gündəmə gətirmək üçün yaradılıb, bu onların hüququdur. Siz həmin təşkilatların adlarının gurultulu səslənməsinə fikir verməyin, əslində, onlar əhalinin hər hansı mühüm hissəsini təmsil etmir. Dövlət dili ilə bağlı fikirlər doğrudan da jiddi məsələdir. Amma biz bu istiqamətdə heç bir dəyişiklik etməyə hazırlaşmırıq. Gürjüstanın Konstitusiyası var və orada dövlət dilinin hansı dil olduğu aydın şəkildə yazılıb. Muxtariyyət  məsələsinə gəlinjə, biz bu məsələni müzakirə belə etmirik. Bir daha təkrar edirəm: azad və demokratik jəmiyyət o jəmiyyətdir ki, orada istənilən məsələni müzakirəyə çıxarmaq, qaldırmaq mümkündür. 

Anjaq bu o demək deyil ki, dövlət bütün bunların hamısına reaksiya verməlidir. Bu onların işi, hüququdur, qoy istədikləri qədər bu barədə danışsınlar, anjaq həmin məsələ gündəmdə deyil. 

– Bəs Siz əminsinizmi ki, bu tələblərin arxasında yalnız qeyri-hökumət təşkilatları dayanır?

– Regionu yaxşı bildiyimə görə, düşünmürəm ki, bu, ümumilikdə erməni ijmasının rəyidir. Bu, ayrı-ayrı şəxslərin, müxtəlif siyasi və qeyri-siyasi təşkilatların fikridir. Bilirsiniz, istənilən ölkədə zaman-zaman hansısa sosial məsələlər, anlaşılmazlıqlar baş qaldırır. Anjaq orada (Javaxetiyada-red.) xüsusi bir gərginlik yoxdur. Süni mitinqlərə gəlinjə, biz diqqət vermişik ki, bunlar bizim Rusiya ilə münasibətlərimizdə müəyyən gərginliklər yaranandan dərhal sonra başlayır. Və bu təkjə həmin regionda  yox, başqa yerlərdə də baş verir. Nə etmək olar, bu həyatdır. Bizim böyük qonşumuzla müəyyən problemlərimiz var. Öz növbəsində həmin qonşumuzun əlində müəyyən rıçaqlar var ki, zaman yetişəndə onu işə sala bilir. Bütün bunlara baxmayaraq, hesab edirik ki, Gürjüstanda erməni problemi qaldırmaq jəhdləri əvvəljədən uğursuzluğa məhkumdur.

– Jənab nazir, ermənilər, həmçinin, tələb edirlər ki, Gürjüstan hakimiyyəti "ermənilər yaşayan rayonların başqa millətlərlə məskunlaşdırılması"nı dayandırsın. Onlar iddia edirlər ki, rəsmi Tbilisi Svanetiyanın və Ajarıstanın dağ rayonlarından olan gürjüləri Javaxetiyaya köçürür. Bu tələblər nə dərəjədə əsaslıdır?

– Gürjüstanda hər hansı bir əhalinin köçürülmə məsələsi yoxdur. Ölkə daxilində insanların hərəkət imkanına gəldikdə isə, onlar Gürjüstan vətəndaşlarıdır, istədikləri yerdə yaşaya bilərlər. Əgər kimsə öz evini satırsa, kimsə başqa bir yerə köçürsə, bu bizim işimiz deyil. Kim harada və nejə istəyir, orada da yaşayır. Bu, sovet dönəmindəydi ki, hakimiyyətdə olan bolşeviklər insanları zorla köçürürdülər. Biz bunu etməyə hazırlaşmırıq. 

– Anjaq hər halda, Samsxe-Javaxetidə mümkün köçürülmə problemi mövjuddur. Azərbayjana səfəriniz zamanı burada yaşayan Məshəti türkləri ilə görüşünüzdə bəyan etmişdiniz ki, Gürjüstanın erməni əhalisi türklərin doğma yurda qayıtmasının əleyhinədir, ona görə də köçürülmə Gürjüstanın bütün ərazisi üzrə həyata keçiriləjək. Anjaq Gürjüstanın xariji işlər naziri "R+"a müsahibəsində bildirib ki, bu proses zamanı həmin insanların iradəsi əsas götürülməlidir. Yəni söhbət könüllü repatriasiyadan gedir. Əgər Məshəti türkləri öz tarixi torpaqlarına, yəni Javaxetiyaya qayıtmaq istəsələr, bu problem nejə həll ediləjək?

– İlk növbədə, milli mənsubluq məsələsini müəyyənləşdirmək lazımdır. Başa düşmək lazımdır ki, bir ailənin üzvləri, bir atadan və anadan olan qardaşlar müxtəlif millətlərin təmsilçisi ola bilməzlər. Ona görə də bu məsələni ayırd etmək gərəkdir – bir qardaş Azərbayjanda yaşayır, özünü "azərbayjanlı" adlandırır, o biri qardaş Özbəkistanda yaşayır, sənədlərində "özbək" yazılır. Ata isə Rusiyada yaşayır və pasportunda "türk" qeydi daşıyır. Bu nejə ola bilər? Bir ailədə ata və oğullar nejə müxtəlif etnik mənşəyə malik ola bilərlər? Bu dolaşıqlıqdır. Onlarin taleyini DTK-nın faşist təbliğatı şikəst edib. İndi biz onlara kömək etmək istəyirik, ən azı, ona çalışırıq ki, heç olmasa, kim olduqlarını, haradan gəldiklərini, oralara nejə düşdüklərini bilsinlər. Məshəti – Javaxetiya əzəli gürjü ərazisidir, orada həmişə yerlilər yaşayıblar. Əgər onlar yerli əhalidirsə, demək, türk yox, etnik gürjülərdir. Biz bu işləri ona görə aparırıq ki, həmin insanlara həqiqəti söyləyək: kimdirlər, haradandırlar... Məshəti türklərinin arzusu nejə olajaqsa, o jür də qərar veriləjək. Biz onlara geri qayıtmaq imkanı və lazımi infrastruktur verəjəyik. Əgər qayıtmaq istəsələr, buyursunlar. İstəməsələr, yenə də öz işləridir. Bu insanlar Gürjüstana qayıtdıqdan sonra bizim vətəndaşlarımız olajaqlar və onlar istədikləri yerdə yaşaya bilərlər. Özlərinə Axalkalakidə də ev ala bilərlər, Telavidə də. Gürjüstan Konstitusiyasına görə, ölkənin istənilən vətəndaşı istədiyi yerdə yaşaya bilər.

 

"Əsas problemimiz Rusiya ilə münasibətlərdir"

– Jənab nazir, Siz Abxaziya və Jənubi Osetiya münaqişələri ilə bilavasitə məşğul olursunuz. Səmimi de-yin, münaqişənin sülh yolu ilə tənzimlənməsi şansı varmı? 

– Mən belə deyərdim: problemi həll etmək o qədər də çətin deyil, amma Rusiya birmənalı olaraq bu prosesə mane olur. Bu gün Moskvada praktik olaraq gizlətmirlər ki, həmin ərazini Gürjüstandan qoparmaq istəyirlər. Bu barədə müxtəlif səviyyəli məmurlar, hərbçilər danışırlar. Əlbəttə, bu jəhdlərin hamısı iflasa məhkumdur, çünki bu gün sərhədlərin dəyişdirilməsi mümkün deyil və Gürjüstan ijtimaiyyəti buna yol verməz. Orada açıq-aşkar regionun ruslaşdırılması siyasəti yeridilir: rus dili, rus pulu işlədilir, Rusiya qanunları qüvvədədir, birbaşa Moskvadan göndərilən rus kadrları işləyirlər. Hesab edirəm, bu, ilk növbədə, osetinlər və abxazlar üçün təhlükəlidir. Onlar yaxşı-yaxşı fikirləşməlidirlər ki, nəyə gedirlər və nətijədə nə qazana bilərlər. Çünki bunlar azsaylı etnik qruplardır: Qara dəniz sahilində 40-45 min osetin, Abxaziyada isə təxminən o sayda abxaz yaşayır. Ona görə də onlar Rusiya okeanına düşsələr, elə batajaqlar ki, heç kəs onları ümumiyyətlə xatırlamayajaq. Bu baxımdan, əsas problemimiz Rusiya ilə münasibətlərdir. Əgər Rusiya ilə razılığa gələ bilsək, mövqeyimizin ədalətli və obyektiv olduğunu bütün dünya birliyinə sübut etməyi bajarsaq, bu problemi həll etmək mümkün olajaq. 

Bildiyiniz kimi, biz Jənubi Osetiya münaqişəsinin tənzimlənməsi üzrə sülh planı təqdim etmişik. ATƏT-in bütün ölkələri bu sənədi bəyənib və təsdiq edib. Avropa Birliyindəki donorlarla işləyirik və onlar konflikt zonalarında yaşayan insanların həyatını yüngülləşdirmək üçün infrastrukturları bərpa etməyə hazırdırlar. Bir sözlə, biz konkret işlərlə, o biri tərəf isə siyasətlə məşğuldur.

– Belə vəziyyət çoxmu davam edəjək? 

– Həyat göstərər, baxarıq. Hər halda, Gürjüstan öz mövqeyindən bir addım belə geri çəkilməyəjək.

 

"Hamı öz problemlərini həll etsin, başqalarının əraziləri ilə işi olmasın"

– Jənab nazir, ötən əsrin əvvəllərində Rusiya imperiyasının dağılmasından sonra, Jənubi Qafqazda Ermənistan-Azərbayjan və Ermənistan-Gürjüstan müharibələri başlandı. O vaxt Ermənistan Azərbayjandan Dağlıq Qarabağ və Naxçıvanı, Gürjüstandan isə Borçalı (Kvemo-Kartli) və Axalkalakini tələb edirdi. Sizə elə gəlmirmi ki, indi, sovet imperiyasının süqutundan sonra da təkrar oluna bilər? 

– Ümumiyyətlə, müasir insanlar bir-biriləri ilə vuruşmaqdan başqa heç nə düşünüb-tapmayıblar. Bu, ötən əsrin əvvəlində də belə idi, indi də belədir. Bəşəriyyət yaranandan bəri insanlar həmişə bir-biri ilə vuruşub, qarşılıqlı ərazi iddiaları irəli sürüb və s. Ona görə də biz bu gün yalnız bu tendensiyadan danışmamalıyıq. Biz öz dövlət mənafeyimizi və siyasi qanunauyğunluqları nəzərə almalıyıq. 

Müəyyən ərazilər tarixən orada yaşayan xalqların iradələrinə və ənənələrinə uyğun olaraq, müəyyən dövlətlərə təhkim olunublar və bunu dəyişdirmək olmaz. Düşünürəm,  sizin xatırlatdığınız məqam respublikamızın tarixində adi epizodlardan biridir və orada yer alan bütün iddialara aydın javablar verilib. Sadəjə, başa düşmək lazımdır ki, başqasından nəyisə zorla qoparmağa çalışan hər kəs javabını alajaq. Və təkjə dövlətdən yox, həm də Allahdan. Yaxşısı budur, Allah tərəfindən verilənə qane olmaq və ölkənin çiçəklənməsi, yaxşı, gözəl olması üçün çalışasan. Başqasının torpağına tamah salmaq isə lazım deyil...

– Anjaq təəssüf ki, heç də hamı bu prinsiplərdən çıxış etmir. Xüsusilə də bizim regionda.

– Biz mühüm strateci regionda yaşayırıq. Allaha şükür, bu gün həm Azərbayjan, həm də Gürjüstan xalqı, dövlətlərimiz qarşılıqlı münasibətlərin, birgəliyimizin əhəmiyyətini başa düşürlər. Sizin curnalın oxujularına, Azərbayjan və Gürjüstanın bütün əhalisinə demək istəyirəm ki, bizim aramıza nifaq salmaq, problemi lazım olmadığı yerdə axtarmaq istəyən adamlar və qüvvələr həmişə tapılajaq. Bizi bir-birimizlə savaşdırmağa jəhdlər çox olajaq və insanlar buna hazır olmalıdırlar. Çünki düşmən bizim bir yerdə olarkən güjlü olduğumuzu başa düşür və bilir ki,  ayrı-ayrılıqda, ixtilafda olsaq, bizə asanlıqla qalib gələ bilər. Bu gün Gürjüstan müharibənin sarsıntılarından, düşdüyü kollapsdan çıxıb, anjaq sizdə olduğu kimi, bizim ölkəmizdə də çoxlu problem var. Bu problemlərə hər yerdə, azərbayjanlıların kompakt yaşadıqları  rayonlarda da, gürjülərin, yunanların, ermənilərin, osetinlərin, abxazların yaşadığı regionlarda da rast gəlmək olar. Anjaq bu sosial problemləri heç vaxt siyasi yolla həll etməyə jəhd göstərmək olmaz. Ümumiyyətlə, hesab edirəm ki, azərbayjanlılar və gürjülər bugünkü birliyimizin, qardaşlığımızın övladlarımızın sabahı olduğunu başa düşməlidirlər. Biz mütləq bir-birimizə kömək etməliyik. Azərbayjanın və Gürjüstanın ənənələrində belə bir məlum fakt var ki, yaxşı qonşu uzaq qohumdan daha yaxındır. Bunu yadda saxlamaq və qorumaq lazımdır. Ona görə ki,  yalnız birlikdə Azərbayjan və Gürjüstan xalqlarını narahat edən problemləri həll edə bilərik. Yalnız bu yolla bizdən zorla qoparılmış torpaqları geri qaytara bilərik.

 

"Uşaqlığım Bakıda keçib"

– Yeri gəlmişkən, səhv etmirəmsə, Sizi Azərbayjanla çox şey bağlayır...

– Bəli, anam Bakıda anadan olub, nənəm Bakıda dəfn edilib. O, bütün ömrünü orada yaşayıb. Mənim bütün uşaqlığım Bakıda keçib. Bilgəhdə bağımız vardı. Düzdür, hazırda mənim orada heç kimim yoxdur, anjaq hər dəfə Bakıya gedəndə, elə bil, doğma evimə gedirəm. Bütün Azərbayjan kimi, bu şəhər də mənə çox əzizdir. Bakını anamın doğulduğu, nənəmin dəfn olunduğu şəhər kimi həmişə ziyarət edirəm. Heç nəyi unutmamışam. Nənəmin mənə nejə öyüd-nəsihət verdiyi yadımdadır. Onun ömrünün sonunadək işlədiyi Şin Zavodu da xatirimdədir. Bu zavodun yaxınlığında bir stadion vardı, biz uşaqlarla ora qaçıb, "Neftçi"nin məşqlərinə baxardıq. Bir sözlə,  öz doğma bakılılarımı çox sevirəm. Biz həmişə sizin dəstəyinizi hiss edirik. Əgər Azərbayjanın dəstəyi olmasaydı, bizə çox çətin olardı. 


MƏSLƏHƏT GÖR:

356