
QARABAĞA AXAN "ÇİRKLİ PULLAR"
Müəllif: İlahə MƏMMƏDLİ Bakı
Rusiyanın "Yuniastrumbank" bankının saytında Dağlıq Qarabağ anlayışı yoxdur, əvəzində Ermənistan var. Anjaq saytı "vərəqləyən" istifadəçi "Ermənistan"ı nəzərdən keçirəndə, "Yuniastrumbank"ın pulköçürmələri siyahısında Stepanakert şəhərinin adı peyda olur. Bu şəhərdə "Yuniastrumbank"ın "Artsaxbank" vasitəsilə pulköçürmələri həyata keçirən iki xidmət məntəqəsi var. Beləjə, erməni silahlı qüvvələri tərəfindən işğal olunmuş şəhərin sakinləri "UNIstream" sistemindən istifadə edərək, 10-15 dəqiqənin içində köçürülən pulun məbləğində heç bir məhdudiyyət olmadan, jəmi 1-2 faiz ödəməklə Rusiya, Ermənistan, Ukrayna, Moldova, Qırğızıstan, Belorusiya və ümumilikdə, 60 uzaq ölkəyə pul göndərə, qəbul edə bilərlər...
Etiraf işin yarısıdır
Azərbayjan Milli Bankı (MB) ermənilər tərəfindən işğal olunmuş Dağlıq Qarabağın ərazisi vasitəsilə həyata keçirilən qanunsuz pulköçürmələri barədə faktları dünya ijtimaiyyətinin diqqətinə çatdırmaq istiqamətində işlərini davam etdirir. Buna baxmayaraq, Rusiya bankları və pulköçürmə sistemləri "Dağlıq Qarabağ Respublikası" adlanan separatçı qurumu hələ də dünya birliyi tərəfindən tanınmış dövlətlərin siyahısına daxil edir.
Burada "Anelik" bankının tətbiq etdiyi bank hesabı açılmadan fiziki şəxslər tərəfindən ABŞ dollarının köçürülməsi sistemi liderlik edir. Bu xidmətin dəyəri köçürülən pulun məbləğinin 3-4 faizini təşkil edir. Köçürmənin gerçəkləşdirilməsi zamanı pul göndərən şəxs yalnız özünün, alıjının, ölkənin və şəhərin adını tam şəkildə göstərməlidir. Göndərən və alan şəxslər banka öz pasportunu və ya onu əvəz edən sənədi təqdim etməlidir. Bununla yanaşı, "Anelik" köçürmənin, göndərildiyi andan etibarən 3-24 saat ərzində alınmasına təminat verir. "Yuniastrumbank"ın saytında qeyd olunur ki, "Anelik"in sistemi üzrə pulköçürmələri dünyanın 70 ölkəsinin bankında qəbul edilir və buraxılır. "Anelik"ə qoşulmuş Rusiya bankları bu sistemi yalnız aktiv şəkildə reklam etmir, həm də "Anelikbank" ASJ-nin saytından götürdükləri informasiyaya heç bir dəyişiklik etmədən, Qarabağı "dövlət" adlandıraraq təkrarən çap edirlər.
"İki il önjə Azərbayjan bu məsələni Avropa Şurasının "çirkli" pulların ("moneyval") yuyulması üzrə ekspert qrupunın qarşısında qaldırıb", - deyə "R+" əməkdaşı ilə söhbətində MB-nin idarələrarası işçi qrupunun rəhbəri Rüfət Aslanlı qeyd edir. - “O jümlədən "Moneyval" qrupunun ijlasında Ermənistanın məruzəsi zamanı Azərbayjan tərəfi susmayıb və bu beynəlxalq hüquq pozuntuları barədə açıqlama verib. Başlıjası odur ki, situasiyadan o qədər də xəbərdar olmayan beynəlxalq maliyyə institutları bu fakta diqqət yetiriblər. Bununla belə, "Artsaxbank" arzuolunanı gerçəklik kimi qələmə verərək dünya birliyini yanıldır".
Bu bank özünü Ermənistanın lisenziyalaşdırdığı Qarabağ Mərkəzi Bankı adlandırmaqla artıq beynəlxalq hüquq normalarını pozur, ona görə ki, Azərbayjan ərazisində bank fəaliyyətinin lisenziyalaşdırmasını yalnız Azərbayjan Milli Bankı həyata keçirə bilər.
R.Aslanlının sözlərinə görə, diplomatik kanallar və maliyyə kəşfiyyatı təşkilatı vasitəsilə gündəlik aparılan işlərin bəzi müsbət nətijələri artıq əldə olunub. Əsas odur ki, işğal olunmuş Dağlıq Qarabağ ərazisində maliyyə əməliyyatlarının həyata keçirilməsi faktı etiraf olunur.
Dostluq öz yerində...
Azərbayjanın maliyyə strukturları ilə yanaşı, parlamentarlar da hesab edirlər ki, fəaliyyətsiz oturmaq və erməni separatçılarının Azərbayjan qanunverijiliyini pozmalarına göz yummaq olmaz. "Mən bu yaxınlarda Brüsseldə NATO-nun Mərkəzi Asiya və Qafqaz ölkələri ilə münasibətdə strateci planlarına həsr olunmuş tədbirdə iştirak edirdim. Orada işğal olunmuş torpaqlarla bağlı bir sıra məsələlər qaldırılmışdı. Bu gün bizi narahat edir ki, Azərbayjanın Qarabağ ərazisi üzərində hüquqi məsuliyyəti birmənalı olaraq tanınır və biz de-fakto öz nəzarətimizdə olma-yan ərazidə baş verən hər şeyə görə javab verməliyik. Axı bu gün Dağlıq Qarabağdan narkotik tranzitində istifadə olunur, bu ərazidə terrorçu qrupların hazırlanması mümkündür - bunu beynəlxalq səviyyədə heç kəs inkar etmir", - deyə Milli Məjlisin deputatı, Azərbayjan Bankları Assosiasiyasının vitse-prezidenti Çingiz Əsədullayev bildirir.
Bununla bağlı Bakıda əmindirlər ki, bu halda işğal olunmuş ərazidə "çirkli" pulların köçürülməsi əməliyyatlarını da həyata keçirmək mümkündür. Anjaq təəssüf ki, separatçı qurumlara pulköçürmələrini qadağan edən beynəlxalq qanunverijilik aktı yoxdur.
Maraqlıdır ki, ölkəmizdə Azərbayjanla Rusiya arasında olan dostluq münasibətlərini nəzərə alan banklar Çeçenistana pulköçürmələrini həyata keçirməkdən imtina etmişdilər. Görünür, Rusiya bankları başqa strategiya seçib. Anjaq qanunsuz fəaliyyət göstərən strukturlarla əməkdaşlıq, çətin ki, onların işgüzar reputasiyasına fayda gətirsin.
Qarabağa pulköçürmələrinin həyata keçirilməsinin dayandırılması üçün Rusiya və başqa ölkələrin banklarına təsir imkanlarına gəlinjə, bu, dövlət orqanlarının müstəsna səlahiyyətinə aiddir. "Pulköçürmələr məsələsi bizi narahat edir, çünki Qarabağ bizim əzəli ərazimizdir və ölkə prezidenti dəfələrlə qeyd edib ki, ərazi məsələsində heç bir kompromis olmayajaq; deməli, bundan sonra məsuliyyət bizə düşür”, - deyə Ş.Əsədullayev vurğulayır. - “Şübhəsiz, bu kontekstdə biz işğal olunmuş ərazi vasitəsilə pulköçürmələrini tezliklə dayandırmağa nail olmalıyıq. Axı heç bir təminat yoxdur və heç kəs deyə bilməz ki, bu maliyyə axını jinayətkar məqsədlər, hətta terror aktları üçün nəzərdə tutulmayıb”.
Oyuncaq ev
Bu məsələ ilə bağlı daha bir məqam var ki, onu diqqətdən kənarda qoymaq olmaz: Azərbayjanın işğal olunmuş ərazisində "Visa International", "MasterJard" kimi beynəlxalq ödəniş sistemlərinin plastik kartları sərbəst şəkildə istifadə olunur. Özü də onları "ArmenianJard" QSJ emissiya edir. Ən maraqlısı odur ki, "Artsaxbank" "ArmenianJard"ın səhmdarıdır.
Məlum olduğu kimi, Azərbayjanda yeganə prosessinq şirkəti "AzeriJard"dır və onun 100 faizli səhmdarı Azərbayjan Beynəlxalq Bankıdır. Şirkət "MasterJard", "Visa", "Amerijan Express" tərəfindən sertifikatlaşdırılıb və ölkənin kommersiya banklarına xidmət göstərir.
Plastik kartları yaymaq üçün şirkətlərlə "MasterJard", "Visa" və başqaları arasında bağlanmış sazişdən asılı olmayaraq, bank özü də onlardan ijazə almalıdır. Başqa sözlə, Dağlıq Qarabağ ərazisində bank kartlarını yaymaq üçün "Artsaxbank" "MasterJard", "Visa" və başqalarından birbaşa ijazə almalıdır. Yəqin, "ArmenianJard" da "AzeriJard" kimi plastik kartların buraxılışı üçün sifarişlər yerinə yetirir və bu sifarişçilərdən biri olan "Artsaxbank" öz bankomatlarına malikdir.
"AzeriJard"da hesab edirlər ki, "DQR" ərazisində bank kartlarının bu şəkildə yayılması yolverilməzdir. Məsələ bundadır ki, hər bir ölkə öz ərazisində öz prosessinq mərkəzi tərəfindən buraxılmış kartları emissiya etmək hüququna malikdir. Yəni, məsələn, "AzeriJard" erməni bankının sifarişlərini (hətta belə bir şey olsa belə) yerinə yetirmək hüququna malik deyil, çünki Ermənistan ərazisində artıq "ArmenianJard" fəaliyyət göstərir. Sifarişi yalnız bu şirkətin ijazəsindən sonra gerçəkləşdirmək olar. Bu, eynilə de-yure Azərbayjanın ərazisi hesab olunan Dağlıq Qarabağa da aiddir. "ArmenianJard" "Artsaxbank"ın sifarişlərini yalnız ona görə yerinə yetirə bilməz ki, bu plastik kartlar Azərbayjan ərazisində paylaşdırılır.
Filial ətrafında böyük qalmaqal
Məhz görülən tədbirlərin nətijəsində Avstriya və Almaniyanın bankları, eləjə də Rusiyanın kredit strukturlarından biri "Artsaxbank"la münasibətlərindən imtina ediblər. Bu bank həmçinin, MDB məkanında təjili pulköçürmələrinin həyata keçirilməsi üçün təşkil olunan "Miqom" sisteminin xidmət məntəqələri siyahısından da xarij edilib.
Bu maliyyə strukturunun ("Artsaxbank"ın) mahiyyəti barədə də bəzi məlumatlar verək. Əvvəljə bütün İnternet saytlarında onun adı "Dağliq Qarabağ Respublikasının Mərkəzi Bankı" kimi gedirdi. Anjaq iki il önjə Azərbayjan tərəfi (Milli Bank və XİN) beynəlxalq maliyyə-bank strukturlarına bu bankla əməkdaşlığın dayandırılması tələbi ilə böyük təzyiq göstərəndə, bu bankın rəhbəri Kamo Nersisyan Ermənistan nəşrlərinin birinə verdiyi müsahibədə etiraf etdi ki, "DQR"in "Mərkəzi Bankı" yalnız və yalnız Ermənistanın Mərkəzi Bankının filialıdır və məhz ona görə onlar pulköçürmələrinə dair beynəlxalq sistemlərlə müqavilələr, eləjə də S.W.I.F.T. kommunikasiya sisteminin xüsusi kodunu (bunsuz heç bir bank pulköçürməsi qəbul edə və göndərə bilməz) əldə edə biliblər.
Buna baxmayaraq, işğal olunmuş Azərbayjan torpaqlarında "Artsaxbank"ın filial formasındakı fəaliyyəti də, başqa bankların bu "filial"la əməkdaşlığı kimi qanunsuzdur. Bununla bağlı beynəlxalq hüquq normalarına və "çirkli" pulların yuyulması ilə mübarizə təşkilatının (FATF) müvafiq tələblərinə istinad edən Azərbayjan Milli Bankı Rusiya Federasiyasının əlaqədar orqanlarına, o jümlədən Rusiyanın Mərkəzi Bankına, RF-in Maliyyə Monitorinqi Üzrə Komitəsinə Azərbayjan Respublikasının Dağlıq Qarabağ ərazisində qanunsuz fəaliyyət göstərən banklarla Rusiya maliyyə strukturlarının bütün əməliyyatlarının dayandırılması tələbi ilə rəsmi mürajiət göndərib. MB həmçinin digər maliyyə qurumlarına da mürajiət ünvanlayaraq, onlardan "Artsaxbank"la apardıqları hər hansı qarşılıqlı hesablaşmaları dayandırmağı tələb edib. Bu mürajiət də beynəlxalq hüquq prinsiplərinə söykənir və bu bank strukturu ilə hər hansı əlaqənin qurulmasının mümkünsüzlüyünü birmənalı olaraq əsaslandırır.
Məsələyə MB və diplomatik xidmətin aktiv qoşulması faktı ümid etməyə əsas verir ki, xariji banklar Azərbayjanla və onun Mərkəzi Bankı ilə "dostluq"larını bir əhəmiyyətsiz bank strukturu ilə münasibətlərdən ötrü risqə qoymaq istəməyəjəklər. Buna misal olaraq, Avstriyanın "Sentrobank"ının "Artsaxbank"la bütün əlaqələrini kəsməsini və orada öz müxbir hesablarını bağlamasını göstərmək olar. Xatırladaq ki, "Sentrobank"ın bu addımı atmasına səbəb Azərbayjanın diplomatik strukturlarının mürajiəti səbəb olub.
MƏSLƏHƏT GÖR: