15 Mart 2025

Şənbə, 01:28

SİYASI MƏHBUS PROBLEMİ, YOXSA ALVER PREDMETİ?!

Müəllif:

15.03.2006

Son günlər Azərbayjanın rəsmi institutlarının Avropa Şurası qarşısındakı öhdəlikləri ilə bağlı ölkənin nüfuzdan salınması üçün aparılan kampaniya yenidən hissolunajaq dərəjədə fəallaşmağa başlayıb. Görünən odur ki, ayrı-ayrı hüquq-müdafiə təşkilatları sanki vahid bir əmrə tabe olaraq,  siyasi məhbuslar məsələsini qabartmağa başlayıblar. İnsan Hüquqları Müdafiə Təşkilatları Federasiyası adlanan qurumun hazırladığı siyasi məhbusların siyahısında 113 nəfərin adı yer alıb. Ən maraqlısı isə budur ki, hələ məhkəməsi olmamış sabiq nazirlər - Fərhad Əliyev, Əli İnsanov da siyasi məhbus elan edilib. 

Eyni zamanda, məhkəmə prosesi gedən "Yeni fikir"çilər - Ruslan Bəşirli, Ramin Tağıyev, eləjə də parlament seçkiləri ərəfəsində həbs olunan müsavatçı polkovnik Pirəli Orujov, ADP sədrinin müavini Natiq Əfəndiyevin adları da siyahıya salınıb. 

Dövləti jinayətlərdə təqsirli bilinən bu şəxslərin adlarının siyasi məhbus siyahılarına salınmasında hansı amillərin rol oynamasına toxunmazdan önjə qeyd edək ki, Azərbayjanda bu problem əvvəlki durumda deyil. Ölkə prezidentinin ötən il ərzində verdiyi əfv fərmanları ilə hüquq müdafiəçilərinin və beynəlxalq təşkilatların siyasi məhbus kimi tanıdığı şəxslərin böyük əksəriyyəti azadlığa buraxılıb. Hətta Avropa Şurasının rəsmiləri də Azərbayjanda siyasi məhbus probleminin bitdiyi barədə bəyanat veriblər. Bu bəyanatların üstündən heç bir il ötməmiş Leyla Yunus və Eldar Zeynalov başda olmaqla, bir qrup hüquq müdafiəçisinin yenidən siyasi məhbus siyahısı hazırlaması müəyyən qənaətlərə gəlməyə tam əsas yaradır. Belə ki, indiyə qədər jəmiyyətdə siyasi məhbus siyahıları hazırlanarkən maddi amillərin daha çox rol oynadığı barədə fikirlər dolaşırdı. İndi istintaq işi başa çatmamış adı korrupsiyada, dövləti jinayətlərdə hallanan sabiq nazirlərin adlarının siyasi məhbus siyahısına salınmasında da, şübhəsiz, bu amil xüsusi çəkiyə malik olub. Yeri gəlmişkən, qeyd edək ki, bu günlərdə Milli Məjlisin İnsan Hüquqları Komissiyasının sədri Rəbiyyət Aslanova da sabiq nazirlərin siyasi məhbus adlandırılmasında maddi marağın xüsusi rol oynadığını bəyan edib. Bir sözlə, əminliklə söyləmək olar ki, Azərbayjanda siyasi məhbus mövzusu manipulyasiya, siyasi alver predmetinə çevrilib. Məhkəmədə jinayəti sübuta yetirilən şəxslərin də siyasi məhbus hesab edilmələri isə, sözsüz ki, hüquqi və siyasi əxlaq normalarına ziddir.

Bütün bu deyilənləri siyasi məhbus məsələsində hüquq müdafiəçilərinin arasında yaranan fikir ayrılığı bir daha təsdiq edir. Hüquq müdafiəçilərinin özləri də Leyla Yunusun hazırladığı siyahı ilə razı deyillər. Məsələn, hüquq müdafiəçisi Çingiz Qənizadə bəzilərinin şəxsi maraqları naminə siyasi məhbus siyahılarını şişirtdiyini etiraf edir: "Hərə ürəyindən keçən şəxsi bu siyahıya əlavə etsə, əsl siyasi məhbusları da həbsdən azad edə bilməyəjəyik. Hüquq müdafiəçilərinin təqdim etdikləri siyahılar arasında fərqin meydana çıxması da bu amillə bağlıdır. Ona görə də hesab edirəm, bu məsələ hüquq müdafiəçiləri arasında jiddi şəkildə müzakirə olunsun", - deyə o qeyd edir. Ç.Qənizadə əlavə edir ki, vaxtilə hökumətlə hüquq müdafiəçiləri arasında yaradılan birgə işçi qrupuna hüquq müdafiəçiləri tərəfindən 107 nəfərlik siyahı təqdim olunub. Amma sonradan hakimiyyət təmsilçiləri ilə aparılan birgə işdən sonra həmin siyahı xeyli qısalıb: "Doğrudan da, həmin siyahılarda elə adamların adları var idi ki, insan dəhşətə gəlirdi. Hətta narkomanlar, adam oğruları da siyasi məhbus siyahısına salınmışdılar. Hesab edirəm, bu dəfə də təqdim etdiyimiz siyahıların üzərində jiddi iş aparılajaq". Ç.Qənizadə bəzi hüquq müdafiəçilərinin bu məsələdən şəxsi mənafeləri naminə istifadə etdiklərini də etiraf edir. Onun sözlərinə görə, Leyla Yunusun təqdim etdiyi si-yahıda, hətta "sadvalçılar"a da yer verilib. Ç.Qənizadə hesab edir ki, terrorda iştirak etmiş insanların si-yasi məhbus adıyla azadlığa çıxmasına çalışmaq heç bir əxlaq normalarına sığmır: "Ən azından ona görə ki, biz də Azərbayjan vətəndaşıyıq. Həmin terrorun subyektləri bizim bajı-qardaşlarımız da ola bilərdi. Avropa Şurası hətta siyasi motivlərlə həbs olunub ədalətli məhkəməsi keçirilən məhbusların da azadlığa buraxılmasını tələb etmir. Mən istənilən halda siyasi məhbus siyahılarını tərtib edərkən obyektivliyin qorunmasının tərəfdarıyam. Belə əməllər azadlığaçıxma haqqı olan insanların hüquqlarının bərpasına əngəl yaradır. AŞ PA nümayəndələri də dəfələrlə bizə deyiblər ki, kiçik bir məmləkətdə 10-12 hüquq müdafiəçisinin bir neçə siyahı hazırlaması yaxşı hal deyil. Amma Leyla Yunus həmişə olduğu kimi, bu dəfə də təkbaşına hansısa şişirdilmiş siyahı ortaya qoydu. Guya o, hansısa federasiya adından çıxış edir. Əslində, həmin federasiya dağılıb. Orada təmsil olunan Əvəz Həsənov qrupdan çıxıb, Eldar Zeynalov işçi qrupunda təmsil olunur. O, sadəjə, ijtimai rəydə qalmaq, publika ilə oynamaq, ijtimai rəyi öz xeyrinə dəyişmək üçün bu jür hərəkətlər edir. Bu isə hüquq müdafiəçisi adına yaraşmayan hərəkətdir. Loru dildə desək, malı mala qatmaq olmaz". 

Ç.Qənizadə sabiq nazirlərin siyasi məhbus elan edilməsinin də subyektiv amillərlə bağlı olduğunu deyir. Onun fikrinjə, sabiq nazirlərin işində hər hansı bir siyasi motiv olarsa, hüquq müdafiəçiləri buna baxmalıdırlar. "Biz deyə bilmərik ki, Əli İnsanov, Fərhad Əliyev rüşvətxor deyillər, dövlətin malını mənimsəməyiblər. Amma təəssüf ki, bəzi hüquq müdafiəçiləri keçmiş nazirlərlə bağlı qaldırılmış jinayət işinin tamamilə əsassız olduğunu bildirir və onların azadlığa buraxılmasını tələb edirlər. Anjaq bu gün evindən 30 kiloqram qızıl, milyonlarla dollar pul çıxan məmur jinayətkar olmaya bilməz. Ona görə də belə şəxslərlə bağlı mövqe bildirərkən, bütün hüquq müdafiəçiləri ehtiyatlı olmalıdırlar», - deyə Ç.Qənizadə vurğulayıb.

Bütün bunlar göstərir ki, Azərbayjanda siyasi məhbus məsələsi hansısa konkret kriteriyalara deyil, kimlərinsə şəxsi maraqlarına əsaslanan bir məsələdir. Bəzi hüquq müdafiəçiləri bu siyahıları hazırlamaqla maddi maraqlarını güdürlər; beynəlxalq təşkilatlar, xariji ölkələr isə bundan Azərbayjana təzyiq vasitəsi kimi istifadə edirlər. Bunun qarşısı alınmasa, Azərbayjanda pis bir presedent yaranajaq. Fikrimizjə, yaşananlar artıq bu presedentin tədrijən start götürməsindən xəbər verir.


MƏSLƏHƏT GÖR:

321