
ÜMUMDÜNYA TİCARƏT TORU
“Zərər vurma!”
Müəllif: Nurlanə QULİYEVA Bakı
Ümumdünya Tijarət Təşkilatını (ÜTT), yəqin ki, ən “mübahisəli” beynəlxalq struktur adlandırmaq olar. İş ondadır ki, bu quruma üzv qəbul olunmaq proseduru çox mürəkkəb və çətindir. Yüzlərlə suala hərtərəfli javab vermək, qanunverijiliyə zəruri düzəlişlər etmək lazım gəlir. Hələ ölkələrlə təşkilat arasında çoxsaylı danışıqlar aparmağa və namizəd-dövlətin jəmiyyətində bu təşkilata üzvlüyün faydası haqqında vaxtaşırı baş qaldıran şübhələri dəf etməyə də qatlaşmaq gərəkdir. Bütün bunlar ÜTT-yə daxilolma prosesini uzun və sıxıntılı edir.
Bütün az-çox inkişaf edən ölkələr bu təşkilatın üzvləri sırasına düşməyə jan atırlar. Hərçənd, ÜTT üzvlüyünün yekun nətijədə faydadan çox, zərər gətirdiyi barədə kifayət qədər fakt göstərmək mümkündür.
Bu gün Azərbayjan Jənubi Qafqazda ÜTT-yə daxil olmayan yeganə ölkədir. Gürjüstan 2000-ji, Ermənistan isə 2002-ji ildən ÜTT-nin üzvüdür. Bu məsələdə bizim gejikməyimiz nə ilə bağlıdır? Yoxsa bu, ləngimə deyil, məsələyə düşünülmüş yanaşmadır?
Başlanğıc
1997-ji ilin iyununda Azərbayjan Ümumdünya Tijarət Təşkilatının üzvlüyünə qəbul olunmaq üçün bu beynəlxalq təşkilatın katibliyinə rəsmi mürajiət edib. Bununla əlaqədar ÜTT-də ölkəmizlə işləmək üçün işçi qrup yaradılıb. Bu qrup Azərbayjanın təşkilata daxilolma prosesinə nəzarət etməli idi. 1999-ju ildə, həmin işçi qrupun yaradılmasından sonra xariji tijarət recimi haqqında memorandum hazırlandı və ÜTT katibliyinə təqdim olundu. Memoranduma əsasən, Azərbayjan ÜTT üzvü olan ölkələrdən saysız-hesabsız suallar almışdı. ABŞ, Yaponiya, Avstraliya, Avropa Birliyi dövlətləri kimi inkişaf etmiş dünya ölkələri 1999-ju ildən 2001-ji ilə qədər bizə öz suallarını verirdilər. Sualların diapazonu olduqja geniş idi və istər xariji tijarət recimi sferasının müəyyən olunmasına (o jümlədən, gömrük rəsmiləşdirilməsi qaydaları, bu və ya digər gömrük tarifinin dərəjələri), istərsə də Azərbayjan hökumətinin xidmət sahəsində yeritdiyi siyasətə toxunurdu. 2001-ji ildə suallara son javabların, eləjə də yazışmanın nətijələrinin ÜTT-yə təqdim olunmasından sonra 2002-ji ilin iyununda Jenevrədə Azərbayjan üzrə işçi qrupun birinji ijlası baş tutdu. ÜTT ilə rəsmi danışıqların bünövrəsi belə qoyuldu. Yığınjaqda ÜTT üzvü olan ölkələr Azərbayjanın qarşısında qüvvədə olan mövjud qanunverijiliyinin bir çox aspektlərini təkmilləşdirmək üzrə ilkin şərtlərini qoydular. Çünki bu təşkilata qoşulmaq üçün başlıja şərtlərdən biri milli qanunverijiliyin və xariji iqtisadi fəaliyyətin tənzimləmə praktikasını ÜTT qaydalarına uyğun hala gətirməkdir.
Nüfuz, yoxsa fayda?
Prinsipjə, son illər ÜTT-yə daxil olmaq məsələsində kifayət qədər ağır proses keçirmiş və ya keçirməkdə olan postsovet məkanının bütün ölkələrində bu təşkilatın üzvlüyünün faydası birmənalı qiymətləndirilmir. Bəziləri, deyək ki, Ermənistan, Gürjüstan, Qırğızıstan və başqaları üçün bu, nüfuz məsələsidir - onların iqtisadiyyatında ÜTT-nin hər hansı bir real təsirini gündüz çıraqla axtarıb-tapmaq olmaz, anjaq buna əvəz olaraq qonşu ölkələr bilirlər ki, bu respublika dünya iqtisadiyyatının qloballaşması prosesinin iştirakçısına çevrilib. Rusiya kimi dövlət isə hələ də ÜTT-nin faydalılığına şübhə ilə yanaşır və ölkənin təşkilata daxil olması məsələsini o qədər diqqətlə götür-qoy edir ki, sanki NATO-ya üzv olmağa hazırlaşır...
Azərbayjanda bu məsələni həll etməyə o qədər də tələsmirlər. “Bu təşkilata üzvlüyə nail olmaq üçün çox iş görmək lazımdır. Bu məsələdə qətiyyən tələskənliyə yol vermək olmaz; biz hər qərarımızı ölçüb-biçməliyik ki, yerli sahibkarların fəaliyyətinə zərbə dəyməsin”. - Bu, Azərbayjanın ÜTT-yə daxil olması üzrə danışıq qrupunun başçısı, xariji işlər nazirinin müavini Mahmud Məmmədquliyevin fikridir.
İş ondadır ki, bu təşkilat dünya bazarlarında tijarətdə ölkəyə mühüm güzəştlər təqdim edir, anjaq əvəzində onun da adekvat addımlar atmasını istəyir. Məsələn, ÜTT ölkələrə gömrük tariflərini 0-a endirməyi tövsiyə edir, bu isə inkişaf etməkdə olan ölkələrin istehsal sektoru üçün fəlakətli nətijələr verə bilər. Bundan başqa, Beynəlxalq Valyuta Fondunun tələblərinə həmahəng olaraq, ÜTT də dövlət tərəfindən istehsal subyektlərinə istənilən subsidiyanı ləğv etməyi tələb edir. Hətta özəl müəssisəyə hər hansı bir dövlət sifarişi də istisnadır. Bu halda, həmçinin, kənd təsərrüfatı istehsalçıları üçün güzəştli vergiqoymadan da imtina etmək lazım gəlir.
Bununla belə, M.Məmmədquli-yev ötən ayın sonunda Jenevrədə ÜTT ilə Azərbayjan nümayəndəliyi arasında keçirilmiş son danışıqlardan tam məmnun qalıb. Onun sözlərinə görə, birinji və ikinji yığınjaqlarda Azərbayjan yalnız xariji tijarətə aid suallara javab verirdisə, görüşün üçünjü və dördünjü hissəsini təşkilatla bərabərhüquqlu danışıqların başlanğıjı saymaq olar. Azərbayjanın nümayəndə heyəti əmindir ki, ÜTT üzvlüyü təkjə nüfuz deyil, həm də iqtisadi fayda gətirsin deyə, işçi qrup ölkəyə və yerli istehsalçılara sərfəli olan şərtlərin əldə edilməsinə nail olajaq.
Yeri gəlmişkən, Azərbayjanın ÜTT-yə qəbulu üzrə danışıqlar çərçivəsində növbəti görüş, təxminən, 2006-jı ilin sonunda, 2007-ji ilin əvvəlində Jenevrədə baş tutajaq. Ölkənin danışıqlar prosesində bir ildə iki görüş keçirməsi ilk dəfə olajaq.
ÜTT bizdən nə tələb edir?
İlk növbədə, qanunverijiliyi təkmilləşdirməyi. Bu bənd ötən ayın 30-da Azərbayjanın ÜTT-yə qəbulu üzrə işçi qrupun Jenevrədə keçirilən ijlasında əsas məsələ olub. Nümayəndə heyətimiz təşkilatın tələblərinə uyğunlaşdırılmaq üçün müddəalarında əlavə və dəyişikliklər edilməsi nəzərdə tutulan sənədləri və yaxın iki ildə qəbul ediləjək qanun layihələrini ÜTT Katibliyinə təqdim edib. M.Məmmədquli-yev hesab edir ki, ÜTT-yə qəbul olunmaq məsələsi olmasa da, bu addımların atılması Azərbayjanın özü üçün çox mühümdür.
Bundan başqa, ÜTT-nin tələblərinə uyğun olaraq, milli qanunverijiliyin təkmilləşdirilməsi üzrə planın təsdiqinə aid prezident sərənjamının layihəsi Nazirlər Kabinetinin baxışındadır. Söhbət istər iqtisadi, istərsə də sosialyönümlü sənədləri əhatə edən böyük bir siyahıdan gedir.
Danışıqlar prosesindəki mühüm məqamlardan biri də kənd təsərrüfatına ayrılan subsidiyanın həjminin azalmasıdır. Bu gün Azərbayjanda birbaşa və dolayı subsidiyanın həjmi illik kənd təsərrüfatı məhsullarının 12-13%-nin dəyərinə bərabərdir. ÜTT-ün tələblərinə görə, aqrar sektorun subsidiyalaşdırılması ixtisar olunmalıdır. Bu, ilk növbədə dolayı subsidiyalaşdırmaya aiddir, çünki onun həjmi ölkəmizdə birbaşa yardımların həjmini üstələyir. Dolayı subsidiyalaşdırmaya hələ 2008-ji ilə qədər qüvvədə olajaq vergi tətillərini (torpaq vergisindən başqa bütün vergilərdən azadetmə) aid etmək olar. Vergilər Nazirliyinin Vergi Siyasəti və Strateci Araşdırmalar Baş İdarəsinin rəisi Akif Musayevin sözlərinə görə, bu istiqamətdə atılajaq sonrakı addımlar dövlətin siyasətindən asılıdır. Birbaşa subsidiyalar, əsasən, meliorasiya və suvarma məqsədilə istifadə olunan suyun payına düşür.
Bütövlükdə ÜTT-ün tələblərinə görə, subsidiyalaşdırmanın maksimal həddi 10 faiz təşkil etməlidir. “Ona görə də ölkə aqrar sektorun mənafeyini müdafiə etməyə jəhd göstərir, çünki bu, neftdən sonra ikinji strateci sahəyə çevrilməlidir ,” - deyə iqtisadi inkişaf naziri Heydər Babayev curnalistlərlə söhbətində bildirib.
Bazarı xaricilərin üzünə açmaq!
ÜTT üzvü olan ölkələrlə ikitərəfli görüşlərdə əmtəə və xidmətin inkişafına aid olan məsələlər spektri müzakirə olunur. Hazırda artıq ilk nailiyyətlər var - Moldova və Gürjüstanla tam razılıq əldə olunub, yalnız birgə protokolun imzalanması qalıb. Həmçinin, ABŞ, Avropa Birliyi, Kanada, Yaponiya, Türkiyə nümayəndələri ilə danışıqlar aparılır. Yaxın aylarda Norveç və başqa ölkələrlə danışıqların başlanajağı gözlənilir.
Avropa Birliyi Azərbayjanın mal idxalı və xidmət sahəsində gömrük siyasətinə yenidən baxmasını təkid edir: “Biz həm kənd təsərrüfatı, həm də istehsal sektorunun malları üzrə idxal tariflərinin hazırkından 2-3 % artıq olmasını təklif edirik ki, gələjəkdə zərurət yaranarsa, xariji malların axınından bazarı müdafiə edə bilək”, - deyə M.Məmmədquliyev bə-yan edib.
ÜTT-nin tövsiyəsinə əsasən, hökumət Azərbayjandan valyuta çıxarılmasına tətbiq edilən gömrük rüsumunu ləğv etməyi də planlaşdırır. Bu dəyişiklik artıq qanunverijilik təşəbbüsü planına daxil edilib. Ölkədən valyuta çıxarılması üçün ödəmə “Valyuta tənzimlənməsi haqqında” Azərbayjan Respublikası Qanunu ilə tənzimlənir. Bu qanunda göstərilir ki, 1000 dollardan 10 000 dollara qədər olan məbləğdən 1% rüsum tutulur. Ölkədən 10 min dollardan artıq məbləğdə nağd valyuta çıxarmağa ijazə verilmir.
Azərbayjanın ÜTT-yə qəbulu üzrə danışıqlar prosesi çərçivəsində gömrük sahəsində başqa dəyişikliklər də təklif olunur. M.Məmmədquliyevin sözlərinə görə, artıq gömrük qiymətləri, malın mənşəyi məsələləri üzrə gömrük qanunverijiliyinə dəyişikliklər layihəsi hazırlanır. Nazir müavini əmindir ki, yaxın vaxtlarda bu dəyişikliklər parlamentdə qəbul olunajaq. Təkliflərdən biri də gömrük rəsmiləşdirilməsi üçün təsbit edilmiş dərəjənin tətbiqidir. Buna görə Azərbayjanda əmtəə dəyərinin 0,15 % həjmində rüsum tutulur. Beynəlxalq ekspertlər bunu düzgün saymırlar. Bir çox ölkələr yalnız özündə gömrük rəsmiləşdirilməsi zamanı göstərilmiş xidmətlərin məsrəfini daşıyan təsbit dərəjəsini tətbiq edirlər.
Eyni zamanda, ÜTT üzrə tərəfdaşlar maliyyə, nəqliyyat və telekommunikasiya bazarlarının xarijilər üçün genişləndirilməsini tələb edirlər və bunu onunla əsaslandırırlar ki, bu addım ölkəyə daha çox xariji investisiyalar gətirəjək, yeni iş yerlərinin açılmasına səbəb olajaq. Özlüyündə bu, Azərbayjan ərazisində 100 %-i xariji kapitala malik Amerika banklarının və sığorta şirkətlərinin birbaşa filiallarının açılmasına ijazəyə aiddir.
Yeri gəlmişkən, bu gün bank qanunverijiliyi ölkənin bank bazarına xariji kapitalın girişini liberallaşdırıb və bu məsələdə heç bir məhdudiyyət mövjud deyil. Anjaq ABŞ-ın təklifinin mahiyyəti ondan ibarətdir ki, Amerika banklarının filialları öz fəaliyyətlərini baş ofisləri ilə tənzimləsinlər. Hazırda respublikada mövjud olan bütün bank təşkilatlarının fəaliyyəti “Banklar haqqında” qanunla tənzimlənir və bu qanunun qüvvəsi xariji bankların həm filiallarına, həm də nümayəndəliklərinə şamil olunur.
Sığorta bazarına aid olan “Sığorta haqqında” qanunda xariji sığorta kapitalının iştirakının mümkünlüyü 49%-in 51%-ə nisbətində göstərilir. Azərbayjanın Maliyyə Nazirliyi 2010-ju ilə qədər ölkənin sığorta bazarında xariji kapitalın iştirakını liberallaşdırmağı məqsədəuyğun hesab etmir.
Göründüyü kimi, ÜTT-yə üzvlüyün “mənfi-müsbəti” ətrafında müzakirələr hələ uzun müddət davam edəjək, çünki Azərbayjanın bu təşkilata qəbul olunmasından udub -uduzajağı barədə suala heç kəs indiki mərhələdə javab verə bilmir.
Nejə deyərlər, gələjək göstərər.
MƏSLƏHƏT GÖR: