25 Noyabr 2024

Bazar ertəsi, 04:14

YOL MƏSƏLƏSİ YOLUNA QOYULUR

Ölkə Prezidenti paytaxt rəhbərliyinə avtomagistrallardakı tıxajları aradan qaldırmağı tapşırıb

Müəllif:

01.03.2006

Müxtəlif hesablamalara görə, böyük şəhərlərdə sükan arxasında olan sürüjülər, vaxtlarının 50-70 faizini tıxajlarda itirirlər. Müəyyən olunmuş vaxtda lazımi yerə çatmadığına görə, sürüjülərin keçirdiyi həyəjan, işdə problemlər və əsəb gərginliyi yarada bilər. Onsuz da əsəbilik, saatlarla yol tıxajlarında ilişib-qalanların “yol-yoldaşıdır”. 

Anjaq yaxın zamanlarda Azərbayjanda yol problemi həll olunajaq - məmurların fəaliyyətsizliyi prezident İlham Əliyevi bu problemlə şəxsən məşğul olmağa, qısa və uzunmüddətli tədbirlər görməyə vadar edib. 2006-jı il fevral ayının 3-də İlham Əliyev Bakının nəqliyyat sisteminin təkmilləşdirilməsi barədə sərənjam imzalayıb. 

 

Sərənjamın təfərrüatı

 

“Bakının nəqliyyat sisteminin təkmilləşdirilməsi” dedikdə nə nəzərdə tutulur? Sərənjamda xüsusən göstərilir ki, paytaxt rəhbərliyi Bakının nəqliyyat sisteminin effektiv işinin və inkişafının təşkili üçün hər şeyi etməlidir. Bura müasir yolların, körpülərin, yerüstü və yeraltı keçidlərin tikintisi, həmçinin ijtimai nəqliyyatın fəaliyyətinin tənzimlənməsi üçün hüquqi-normativ bazanın təkmilləşdirilməsi daxildir. Planlaşdırılan tədbirlərin miqyası haqqında “R+” əməkdaşına Dövlət Yol Polisi İdarəsinin (DYPİ) mətbuat xidmətinin rəhbəri Ərəstun Məjidov ətraflı məlumat verib.

- 2006-jı ilin avqustuna qədər Bakının mərkəzində pis vəziyyətdə olan bütün yollar təmir edilməli və işıqlandırılmalıdır. 5 tondan artıq yük tutumu olan avtomobillərin (xüsusi və qəza-xilasediji texnikadan başqa) saat 8-dən 21-dək şəhərin mərkəzinə girişi məhdudlaşdırılıb. Yolları və piyadaların hərəkəti üçün nəzərdə tutulmuş səkiləri daraldan tikintilər qadağan edilib. Tikintisi hələ başlanmamış yaşayış binalarının layihələrinə yenidən baxılajaq və onların zirzəmilərində parkinq yerlərinin tikilməsi üçün müvafiq dəyişikliklər ediləjək. 

Abşeron yarımadasının jənub-qərbindən jənub-şərqinə qədər  yeni dairəvi magistralın və Binə Hava Limanına qədər 8-12 zolaqlı yolun tikintisi nəzərdə tutulur. Bakı Şəhər İjra Hakimiyyətinə tapşırılıb ki, bir ay müddətində iri tijarət mərkəzlərinin şəhər kənarına köçürülməsi üçün təklifləri nəzərdən keçirsin. Eyni zamanda, paytaxt rəhbərliyinə həvalə olunub ki, özəl şirkətlərə pullu qaracların və dayanajaqların tikintisi üçün yer ayırsın. Bunlarla yanaşı, BŞİH və DYP şəhərdə nəqliyyat tıxajlarının aradan qaldırılması üçün körpülərin və yeraltı keçidlərin tikintisi üzrə layihə və investisiya proqramları hazırlayır. 

 

”Qoçaq”lar qaçaq düşəjəklər

 

Hazırda ölkə yollarında qəzaya düşmək təhlükəsi həddindən artıq çoxdur. Təjrübə göstərir ki, sükan arxasında oturan şəxsin qanuni sürüjülük vəsiqəsinə malik olması, onun yoldakı “qonşusu”nun təhlükəsizliyinə zəmanət vermir. Hələ onu da unutmaq olmaz ki, hər gün bizim çoxumuz sərnişin olaraq həyatımızı ijtimai nəqliyyatın səriştəsiz, qeyri-peşəkar sürüjülərinin ixtiyarına buraxırıq. Bu, ajı da olsa, reallıqdır. Odur ki, prezidentin sərənjamında bu məqama da toxunulub. Hazırda DYPİ-də və digər dövlət strukturlarında peşəkar sürüjü vəsiqələrinin verilməsi üzrə yeni plan hazırlanır. 

Məjidovun sözlərinə görə, hazırda DYP tərəfindən yol hərəkətində təhlükəsizlik aylığı keçirilir: “Bu aksiya yollarda sürət məhdudiyyətinə məhəl qoymayan sürüjülərlə mübarizənin güjləndirilməsi məqsədi daşıyır. 2005-ji ildə qeydə alınmış yol hərəkəti pozuntularının analizinə əsasən konstatasiya etmək olar ki, ölkə yollarındakı sürət limitinə riayət edilməməsinə görə 1382 qəza baş verib; bunun nətijəsində 504 nəfər həlak olub, 1372 nəfər müxtəlif ağırlıqda bədən xəsarəti alıb. Bu jür qəzalar, ümumi yol-qəza hadisələrinin 44 faizini təşkil edib. Nətijədə, ötən il ərzində 65 min sürüjü müxtəlif növ inzibati məsuliyyətə jəlb edilib, onlardan 1800-ü birillik sürüjülük hüququndan məhrum edilib”.

Yollarda baş verən fajiələrə səbəb olan amillərdən biri də bəzi sürüjülərin jəzasızlıq hissidir. Onlar hesab edirlər ki, qaydaları pozsalar da, məsuliyyətdən yayına biləjəklər. Ə.Məjidovun sözlərinə görə, tezliklə bu məsələ də həllini tapajaq: “Sürüjülərin yol hərəkəti qaydalarını pozmalarına və Dövlət Yol-Patrul Xidməti əməkdaşlarına qarşı təhrikediji hərəkətlərə yol vermələrinə görə pul jəriməsi mexanizminin təkmilləşdirilməsi üzrə təkliflərin əsasında yeni normativ sənəd işlənib-hazırlanajaq. Yol hərəkəti qaydalarının pozulması üzrə jəzalar sərtləşdiriləjək”. 

 

Evakuatorlar iş başında

 

 

Onu da qeyd etmək gərəkdir ki, yollarda tıxajların yaranmasının başlıja səbəbi, əksər hallarda Bakının bir yox yollarının buraxıjılıq qabiliyyətinin aşağı olmasıdır. Avtomobillərin yol kənarında düzgün saxlanılmaması da buna şərait yaradan amillərdəndir. Məsələn, götürək “küknarşəkilli” parkinq üsulunu. Maşınları hərəkət hissəsində çəpəki yox, uzununa saxlamağa ijazə verilir. Avtomobillərin çəpəki saxlanması isə yol zolağının birini bağlayır, hərəkətə əngəl yaradır və tıxaja səbəb olur. Prezidentin sərənjamı çərçivəsində iki ay ərzində maşınsaxlama qaydalarını pozan avtomobillər üçün xüsusi dayanajaqların yaradılması və bu maşınların evakuasiya edilməsi üçün xüsusi texnikanın tədarük edilməsi nəzərdə tutulur.  

Ə.Məjidovun sözlərinə görə, yol hərəkəti qaydalarını pozaraq, maşınlarını qayda və nişanların ijazə verdiyi yerdə deyil, özlərinə rahat olan yerdə saxlamağa vərdiş etmiş intizamsız sürüjülər üçün yalnız bir effektiv tədbir qalır - məjburi evakuasiya. Hazırda hərəkətin intensivliyinin çox, yolun buraxıjılıq qabiliyyətinin az olduğu yerlərdə maşını “parkinq” etmək qadağandır. Ərazinin geniş olduğu başqa yerlərdə isə “gündüz dayanajaqları” fəaliyyət göstərir.

 

Mikroavtobuslar yığışdırılajaq

 

Paytaxtın ijtimai nəqliyyat problemi də prezidentin fərmanından kənarda qalmayıb. Ərəstun Məjidov təsdiq edir ki, ijtimai nəqliyyat vasitələrinin iştirakçı olduğu yol-hərəkəti hadisələrinin miqdarı artıb. 

- Hadisələrin əsas səbəbi, ilk növbədə, sürüjülərin yol hərəkəti qaydalarına riayət etməməsidir. Gur saatlarda situasiya, sadəjə, böhranlı hal alır - marşrutların əsas hissəsi şəhərin mərkəzində jəmləşdiyindən, nəqliyyatın sıxlığı həddini aşır. Prezidentin fərmanının həyata keçirilməsi çərçivəsində 2030-ju ilə qədər şəhərin nəqliyyat şəbəkəsinin inkişaf sxeminin hazırlanması bu problemlərin həllinə kömək edəjək. Həmin layihə ölkənin baş nəqliyyat idarəsiylə - Nəqliyyat Nazirliyi ilə birgə həyata keçiriləjək. 

Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov isə “R+” əməkdaşı ilə söhbətində bildirib ki, bu gün ölkədə istifadə olunan avtonəqliyyat vasitələrinin 80 faizindən çoxu istismar müddətinin kritik həddini keçib. Bu isə qəzaların artmasının başlıja səbəbidir: “Biz təftiş edərkən məlum oldu ki, 1000-dən artıq mikroavtobus sərnişindaşıma üçün tamamilə yararsızdır. Anjaq situasiya tezliklə sabitləşdiriləjək - hisli-tüstülü, köhnəlmiş maşınlar daha müasirləri ilə əvəz ediləjək”.

Bu yaxınlarda nazirliyin tabeliyində olan idarələrin iştirakı ilə keçirilən müşavirədə bütün strukturlara tapşırılıb ki, paytaxtın nəqliyyat problemlərinin həlli üzrə tədbirlər planı hazırlasınlar, Bakıda nəqliyyat vasitələrinə kvota qoyulması, köhnə avtobusların istifadəsinin məhdudlaşdırılması və iritutumlu avtobusların alınması üzrə təkliflərini versinlər. Beləliklə, ilin sonuna qədər Bakıya 200-dən artıq iritutumlu avtobusun gətirilməsi planlaşdırılır. Sərnişin avtobuslarının marşrutlarının və ijtimai nəqliyyatın dayanajaq yerlərinin təkmilləşdirilməsi də nəzərdə tutulur. Bir il ərzində mikroavtobusların iritutumlu avtobuslarla əvəzlənməsi üzrə tədbirlər həyata keçirilməlidir. Taksilər üçün xüsusi dayanajaqlar müəyyən ediləjək. Bakıda qeydiyyatda olmayan maşınların taksi kimi istifadə edilməsi mümkün olmayajaq. 

Namiq Həsənovun sözlərinə görə, bu gün nazirlik Bakıda nə qədər taksiyə ehtiyaj olduğunu öyrənmək üçün müvafiq təhqiqat aparır: “Taksi xidməti göstərmək üçün lisenziya tarifləri də dəqiqləşdirilir. Ölkənin bütün vətəndaşları qanunverijiliyin şərtlərinə uyğun olaraq müvafiq sahədə fəaliyyət göstərə bilər, anjaq avtomobillər texniki tələblərə javab verməli və onlarda sayğaj (taksometr) qoyulmalıdır”. 

Nəqliyyat Nazirliyinin mətbuat xidməti nümayəndəsinin qənaətinə görə, sayğajdan istifadənin tətbiqi gedişhaqqı qiymətlərinin artmasına səbəb olmayajaq, əksinə, hətta onun enməsinə şərait yaradajaq. Daha bir əhəmiyyətli fakt odur ki, taksi sürüjülərinin indən belə maşınlarını xaotik şəkildə yol kənarlarında saxlayaraq müştəri gözləməsi qadağan olunajaq, onlardan ötrü yaşayış məntəqələrinin yaxınlığında xüsusi dayanajaqlar nəzərdə tutulajaq. Üstəlik, sürüjüləri telefonla çağırmaq da mümkün olajaq - Nəqliyyat Nazirliyində belə bir xidmət növünün tətbiqinə də hazırlaşırlar.  

Anjaq təbii ki,  prezidentin sərənjamının əsas və miqyaslı məqamı ikimərtəbəli yolların - estakadaların tikintisidir. Artıq nəzərdə tutulmuş 9 yol keçidinin 6-nın tikintisi üzrə layihələr işlənib-hazırlanıb və Bakıda bu kimi körpülərin tikintisi ilə məşğul olajaq təşkilatlar da müəyyənləşib. İlkin məlumatlara görə, Bakıda bu körpülərdən birinjisinin tikintisi martın 15-dən gej olmayaraq, Əzizbəyov rayonunda başlayajaq. 

N.Həsənovun sözlərinə görə, Bakının nəqliyyat probleminin həlli üzrə görülən tədbirlər haqqında hər həftə prezidentə məruzə olunur.

 


MƏSLƏHƏT GÖR:

354