
İPOTEKA KREDİTLƏRİNİN VERİLMƏSİ BAŞLANIR
Mənzil almağın yeni şərtləri
Müəllif: Səfurə HÜSEYNOVA Bakı
Bahar yeniliklər fəslidir. Mart ayının ilk günündən Azərbayjanda İpoteka kreditlərinin verilməsi start götürür, daha dəqiq desək, kreditlərin real olaraq verilməsi başlanır.
Bu gün İpotekadan bütün sivil dünyada istifadə olunur - bu, əhalinin orta təbəqələrinin mənzillərlə təmin edilməsi üçün ən məhsuldar üsullardan biridir. Belə kreditləşdirmə növünün tətbiqi üçün güjlü bank sistemi tələb olunur - bizim ölkədə isə bu sistem hələ formalaş-maqdadır. Məhz buna görə, dövlət bu təşəbbüsü öz üzərinə götürərək, İpoteka sisteminin Azərbayjanda tətbiqi üçün ölkə büdjəsindən 130 milyard manat ayırıb və bu vəsaiti yeni yaradılmış Azərbayjan İpoteka Fondunun (AİF) sərənjamına verib. Bu məbləğ, təxminən, 1000 kreditin verilməsini təmin etməlidir.
Düzdür, məmurların özləri də etiraf edir ki, İpoteka kreditləşməsi ölkədə mənzil probleminin tam həllini təmin edə bilməyəjək. Milli Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun sözlərinə görə, bu gün Azərbayjan əhalisini şərti olaraq 4 qrupa bölmək olar. Birinji qrup - İpotekaya ehtiyajı olmayan yüksək təminatlı insanlar, ikinji qrup - orta aylıq gəliri olan və müəyyən məbləğdə əmanətlər toplamış vətəndaşlar (İpoteka məhz bu qrup üçün hesablanıb). E.Rüstəmovun fikrinjə, üçünjü qrup insanların xüsusi, sosial İpotekaya ehtiyajı var - bu təbəqəyə gənj ailələr, istedadlı alimlər daxildir. Milli Bankın rəhbəri hesab edir ki, bu qrup üçün İpoteka şərtlərini kommersiya ipotekasına nisbətən “yumşaldılmalı”, kredit müddəti isə daha uzun olmalıdır. Nəhayət, dördünjü qrup əhali üçün xüsusi mənzil proqramı işlənib-hazırlanmalıdır, çünki bu təbəqənin ümumiyyətlə mənzil almağa imkanı yoxdur.
Dördünjü qrup üçün verilən vədlər hələ qanunla təsdiqlənməyib, hərçənd, həm İpoteka prosesində iştirak edən tərəflər, həm də hökumət əhalinin bu təbəqəsi üçün xüsusi imtiyazların tətbiq olunmasına tərəfdardır.
İş orasındadır ki, bütün dünyada olduğu kimi, Azərbayjanda mənzillərin alınması üçün verilən kreditlər kifayət qədər sərt şərtlərlə müşayiət olunur. Bu şərtlərin elə biri - kredit alanın aylıq rəsmi bəyan olunmuş gəlirinin, İpoteka krediti üzrə ödəmələrdən, ən azı, iki dəfə artıq olması tələbi çoxlarını belə üsuldan yayındırajaq. Sirr deyil ki, bizim ölkədə əmək haqlarının önəmli hissəsi “qara mühasibat” vasitəsilə verilir və aylıq maaşı rəsmi olaraq 500-700 AZN olan insanlar az-az tapılar, amma 20-30 min yeni manatlıq İpoteka krediti almaq üçün məhz belə aylıq gəlirə malik olmaq tələb olunur.
Yeri gəlmişkən, kreditin məbləği 30 min AZN-dən artıq ola bilməz. Bu krediti yalnız Azərbayjan vətəndaşları və yalnız milli valyutada ala bilər. Kredit müddəti 3 ildən 15 ilədək ola bilər. Kreditin məbləği alınan mənzil dəyərinin 70%-dən artıq ola bilməz. Başqa sözlə, alıjıdan 30%-lik ilk ödəniş tələb olunur.
Kredit faizi ilə yanaşı, İpoteka alan kreditin bərabər hissələrlə aylara bölünmüş kredit borjunu qaytarmalıdır. Şərtlər arasında kredit alanın yaş məhdudiyyəti də göstərilir - kredit üzrə son ödəmələr zamanı bu şəxsin yaşı qanunverijiliklə müəyyən olunmuş pensiya yaşını ötməməlidir.
Kreditin girov təminatına gəlinjə, burada problem olmamalıdır - aldığınız mənzil elə girov kimi hesaba alınır (onun dəyərini xüsusi təyin olunmuş qiymət qoyan müəyyən edir). Girov qismində tək mənzillər yox, tikintisi tamamlanmamış binalar və torpaq sahələri çıxış edə bilər. Dövlət qeydiyyatına alınmış şəxsi evlər də İpoteka krediti üçün girov götürülə bilər. İpoteka alanın hüquqları da qeydiyyata alınmalıdır, onun həyatı, əmək qabiliyyəti və İpoteka predmetinin özü isə kreditin məbləğindən az olmayan məbləğdə sığortalanmalıdır. Bir sözlə, İpoteka almaq istəyəni müəyyən hazırlıq xərjləri gözləyir.
Kredit faizlərinə gəlinjə, normativ aktlarda onların maksimum və minimum hədləri müəyyən olunub. AİF agent banklara kreditləri illik 6 faizlə verəjək, onların bu faizə elə bu qədər əlavə etmək hüququ var. Yeri gəlmişkən, AİF-in hələlik 15 agent təşkilatı var - Azərbayjan Beynəlxalq Bankı, “Azərdəmiryolbank”, “Azəriqazbank”, “Atabank”, “Bank of Baku”, “StandardBank”, “Qafqaz İnkişaf Bankı”, “Koçbank-Azərbayjan”, “Resrpublika” bankı, “Unibank”, “Kapitalbank”, “Nikoilbank”, “Texnikabank”, “Turanbank” və “Xalqbank”. Sonradan bu təşkilatların sayı arta bilər.
İstənilən halda, aydındır ki, mənzil almaq üçün İpoteka yüngül əldə edilən alətlərdən olmayajaq. Amma fakt faktlığında qalır - hələ heç bir ölkədə mənzil problemini İpotekasız həll etmək olmayıb. Ekspertlərin rəylərinə görə, İpotekanın tətbiq olunması hökumət üçün əlverişli sayılmalıdır - mənzil problemi həll olunur, bələdiyyə mənzil tikintisinə ehtiyaj azalır. İpoteka pulları isə yaxşı investisiya sayılır.
MƏSLƏHƏT GÖR: