
"GÜRJÜSTAN BİRMƏNALI OLARAQ, AZƏRBAYJANIN ƏRAZİ BÜTÖVLÜYÜNÜ MÜDAFİƏ EDİR"
Gürjüstanın xariji işlər naziri Gela Becuaşvili: "Mən bunu Yerevana səfərim zamanı şəxsən bəyan etmişəm"
Müəllif: Şahismayıl ŞAMMƏDOĞLU Tbilisi
Gela Becuaşvili "qızılgül inqilabı"nın liderlərindən və prezindet Mixail Saakaşvilinin yaxın ərtafına aid insanlardan biridir. Xariji işlər naziri postuna təyin ediləndən dərhal sonra o, ölkənin xariji si-yasət prioriteti kimi onun ərazi bütövlüyünün bərpasına nişan verdi. Yeri gəlmişkən, bu vəzifəni onun qarşısında əsas məqsəd olaraq şəxsən prezident Saakaşvili qoyaraq xəbərdarlıq etmişdir: əgər yeni nazir Abxaziya və Jənubi Osetiya məsələlərini beynəlxalq arenaya çıxara bilməsə, onda Becuaşvili tutduğu vəzifədən getməli olajaq.
Gürjüstanın xariji siyasət idarəsinin başçısı hələlik nəyə nail olub, nəyə yox? Öz ölkəsinin getməli olduğu yolu o nejə görür? Və Azərbayjanla qarşılıqlı əlaqələr barədə onun təsəvvürləri nejədir?
Bu gün "R+"un qonağı Gürjüstanın xariji işlər naziri Gela Becuaşvilidir.
- Jənab nazir, Gürjüstanın xariji siyasətində Azərbayjana hansı yer ayrılıb?
- Tbilisdə ölkələrimizin münasibətinə çox böyük əhəmiyyət verilir. Çünki ölkələrimiz arasında ikitərəfli münasibətlərin möhkəmlənməsi Qara dəniz - Xəzər regionunda təhlükəsizlik və əməkdaşlığın inkişafına bizim töhfəmizdir. Biz, sadəjə, xeyirxah qonşuluq öz yerində, həm də strateci müttəfiqlərik. Əgər Gürjüstanın milli təhlükəsizlik konsepsiyasına baxsanız, görərsiniz ki, məhz həmin təhlükəsizlik çevrəsində Azərbayjan bizim strateci müttəfiqimizdir. Müxtəlif məsələlərdə mövqelərimiz xeyli üst-üstə düşür. Dekabrda (2005-ji il) Azərbayjanda səfərdə oldum; bu mənim xariji işlər naziri kimi ilk səfərimdən biri idi; onda biz ölkələrimiz arasında əməkdaşlığın möhkəmlənməsinə aparan proseslərin qarşısıalınmaz olduğunu bir daha qeyd etdik. Burada elə jiddi layihələr var ki, onlar bizi yalnız birləşdirmir, həm də möhkəmləndirir. Bu, əlbəttə, Bakı -Tbilisi-Jeyhan neft kəməri, adlandırdığımız kimi, əsrin layihəsidir, o, indilərdə işə düşməlidir və yalnız ikitərəfli münasibətlər məsələsində deyil, habelə Azərbayjan, Gürjüstan, Türkiyə və bütünlükdə Avropanın qarşılıqlı əlaqələrində strateci əhəmiyyətli halqadır. Bu, Avropanın energetik təhlükəsizliyinə, qlobal nisbətdə təhlükəsizlik işinə ölkələrimizin töhfəsidir. Ölkələrimizin birgə nəqliyyat layihələri var, biz İpək yolundan dəhliz kimi istifadə edərək, Mərkəzi Asiyadan, Çindən daha çox yük jəlb etmək üçün birgə bu layihələrin üzərində işləyirik. Sorğularınıza rəğmən, fürsətdən yararlanaraq, Gürjüstana düşdüyü böhran vəziyyətində müdafiə və kömək etdiyinə görə, Azərbayjan xalqına, prezident Əliyevə dərin minnətdarlığımı bildirmək istərdim. Siz bilirsiniz ki, Rusiya ərazisində qaz kəmərləri və elektrik nəqli xətləri dağıdılmışdır və strateci müttəfiqimiz bizə kömək edənlərin sırasında birinji olmuşdur. Belə müdafiə və qardaş yardımı müstəsna əhəmiyyət daşıyır. Bu, qarşılıqlı əlaqələrimizin strateci xarakterinin təsdiqi deməkdir.
- Siz qeyd etdiniz ki, müxtəlif məsələlərdə mövqelərimiz xeyli üst-üstə düşür. Azərbayjan və Gürjüstan rəhbərləri separatizmlə mübarizə məsələsində ölkələrimizin vəziyyətinin oxşarlığı barədə dəfələrlə bildiriblər. Yəni Gürjüstan və Azərbayjan öz ərazilərinin bir hissəsində faktiki nəzarəti itirmiş və separatizmlə toqquşmuşlar. Elə isə 2004-jü ilin noyabrında Gürjüstan işğal edilmiş ərazilərdə vəziyyətlə bağlı məsələnin BMT Baş Assambleyasının gündəliyinə salınması məsələsində Azərbayjanın mövqeyini müdafiə etməkdən imtina edərkən nəyi əldə rəhbər tutmuşdur?
- Mən bir daha bildirmək istəyirəm ki, Gürjüstan ərazi bütövlüyü və sərhədlərin pozulmazlığı məsələsini tamamilə aşkar və məqsədyönlü şəkildə müdafiə edir. Həmin prinsipi biz Azərbayjana münasibətdə də dəstəkləyirik. Bunu ən yüksək kürsülərdən bəyan etmişik. Mən şəxsən Yerevana səfərim zamanı aydın və birmənalı olaraq bildirdim ki, Gürjüstan Azərbayjanın ərazi bütövlüyü məsələsini tamamilə dəstəkləyir. Odur ki, bu məsələ heç bir şübhə doğurmamalıdır. O ki qaldı istər Azərbayjana, istərsə də Gürjüstana, beynəlxalq təşkilatların çərçivəsində təklif olunmuş müxtəlif sənədlərə, burada məsələ prinsipi deyil, formulə məsələsidir ki, bu da prinsipial xarakter daşımır. Məsələnin prinsipial xarakteri bundadır ki, bütün beynəlxalq forumlarda, Gürjüstanda, KUAM çərçivəsində, eləjə də ATƏT çərçivəsində, BMT-də, - Gürjüstan həmişə Azərbayjanın ərazi bütövlüyünü müdafiə etmiş və tanımışdır.
- Jənab nazir, Gürjüstanla Azərbayjan arasında münasibətlərdən danışarkən Gürjüstanda yaşayan azərbayjanlıların problemlərinə toxunmamaq mümkündür. Bu, birinji növbədə, "torpaq problemilə" ilgilidir. Bu, Azərbayjan - Gürjüstan qarşılıqlı əlaqələrinə nə dərəjədə təsir göstərir? Səbəb nədir ki, həmin problem, demək olar, ötən 10 il ərzində həllini tapmayıb?
- Görünür, son məlumatlardan xəbərsizsiniz. Fevralın 26-dan Qardabani rayonunda şəxsi sahələrin verilməsinə başlanılıb. Bu günədək həmin sərhəd regionlarında yaşayan 1800 gürjüstanlı vətəndaş torpaq mülkiyyət hüququnu təsdiqləyən sənədlərini artıq əldə edib. Prezidentin fərmanı bütün sərhəd rayonlara şamildir; bu da onu göstərir ki, prezidentin bütün vədləri il ərzində həyata keçiriləjək. Biz bununla fəxr edirik. Ona görə ki, biz hesab edirik: şəxsi mülkiyyət və o jümlədən, torpaq üzərində mülkiyyət hüququ odur ki, demokratik müstəqil respublika bunun üzərində qurulmalıdır. Bəli, məsələnin texniki tərəfi mürəkkəbdir, lakin düşünürəm ki, həmin proses bu il başa çatajaq. Burada isə, yeri gəlmişkən, vətəndaşlarımızın milli mənsubiyyəti arasında fərq qoymuruq. Bilirsiniz ki, prezident tez-tez Qardabaniyə baş çəkir, əhali ilə söhbətləşir, onların problemlərini dinləyir. O, bu yaxınlarda yenidən sözügedən regionda olub.
Bilirsiniz, Gürjüstanda mövjud olan sosial problemlər, digər ölkələrdə olduğu kimi, hamı üçün eynidir. Azərbayjanlı milliyyətli vətəndaşların yaşadığı regionlarda yüksək iş qabiliyyətli və əməksevər insanlar vardır. Onlar öz zəhməti ilə ölkəmizə çox xeyir verirlər. Prezidentsə onları eşidir və problemlərinin həllinə kömək edir. Misal üçün, Qardabaniyə sonunju səfəri zamanı ona məlumat verdilər ki, burada hələ ki torpaqların qaytarılması (özəlləşdirilməsi - red.) prosesinə başlanılmayıb. O, Tbilisiyə dönən kimi bu məsələni həll etdi, fərman imzaladı və proses getdi. Odur ki, mənim fikrimjə, bu məsələnin həlli ilin sonunadək bütün regionlar üzrə həllini tapajaq.
- Bəs Məhsəti türklərinin problemləri ətrafında vəziyyət nejədir? Məlumdur ki, Gürjüstan bu xalqın öz tarixi vətəni Samsxe-Javaxetiyə (Atabəy yurduna - red.) qayıdışı və repartriasiyası üzrə öz üzərində Avropa Şurası qarşısında öhdəlik götürüb. Lakin proses zaman-zaman təxirə salınır. Bu problemin mahiyyəti nədən ibarətdir? Guya Məhsəti turklərinin öz tarixi torpaqları Javaxetiyaya deyil, başqa rayonlara, məsələn, Kvemo-Kartliyə köçürülməsi barədə yayılan şayiələr nə dərəjədə doğrudur?
- Əvvəla, qəti deyirəm, burada məsələ terminlərin düzgün anlaşılmasından gedir. Biz qətiyyən razılaşmırıq ki, bu kontekstdə "məhsətilər" sözünü işlətmək lazımdır. Hesab edirik ki, daha doğru olardı ki, onlar "1944-jü ildə Gürjüstandan məjburən köçürülmüş şəxslər" adlandırılsınlar. Axı köçürülmüş şəxslər yalnız türklər olmayıb; onların arasında tatarlar da, kürdlər də olub. Bu, məsələnin terminoloci tərəfidir. Qayıdış məsələsinə gəldikdə isə, proses Avropa Şurası qarşısında götürülmüş həmin öhdəliklərin məjrasında gedir. Öhdəliklərimizdə müəyyənləşmiş zaman mərhələsi var ki, repartriasiya prosesi həmin müddət ərzində tamamlanmışdır.
Bu insanların qayıdajağı region məsələsinə gəldikdə isə, burada hansısa konkret regiona yerləşdirilmədən söhbət getmir. Əvvəla, bu proses insanların arzusuna əsaslanmalıdır, söhbət könüllü repartriasiyadan gedir. Ona görə də heç kim heç kəsi heç yerə məjburən köçürməyəjək.
Bundan başqa, repartriasiya onların, deyək ki, mütləq Samsxe-Javaxetiyada yerləşdirilməsini nəzərdə tutmur. Onlar digər regionlara, o jümlədən də Samsxe-Javaxetiyaya yerləşdirilə bilərlər; bu isə heç də Avropa Şurası qarşısında götürülmüş öhdəliklərlə ziddiyyət təşkil etmir.
Son dövrlərdə bizim bu məsələ ilə məşğul olan münaqişələrin nizamlanması üzrə dövlət nazirimiz Azərbayjana da, Qazaxıstana da, Rusi-yaya da, Türkiyəyə də, digər ölkələrə də xeyli səfərlər etmişdir ki, fikirləri dinləsin, diaspor nümayəndələri ilə görüşsün və i. a. Onun fikrinjə, bu, prinsipijə, həlli olan bir məsələdir. Iş ondadır ki, xeyli vaxt keçsə də, qayıtmaq istəyənlər elə də çox deyil. Biz bu məsələni AŞ qarşısında götürdüyümüz öhdəliklərə uyğun olaraq belə jiddi prinsiplər və kriteriyalar üzrə həll etməyə çalışırıq.
- Jənab nazir, həm Moskvada, həm də Tbilisidə Gürjüstan ilə Rusiya arasındakı indiki münasibətləri, yumşaq dillə desək, bağışlanılmaz adlandırırlar. Əlbəttə ki, bu, Azərbayjanı da narahat etməyə bilməz. Çünki ayrıja götürülən bir ölkədəki hər jür qeyri-sabitlik bütün region üçün də sarsıntılar mənbəyidir. Odur ki, soruşmaya bilmərik: Rusiyaya münasibətdə siyasətinizi nejə şərh edərdiniz?
- Rusiya ilə münasibətlərin normallaşdırılması bizim xariji siyasətimizin əsas müddəalarından biridir və mənim şəxsi vəzifəm iki qonşu ölkə arasında münasibətləri normallaşdırmaqdan ibarətdir. Biz könüllü və ya könülsüz, uzun müddət bir dövlət daxilində yaşamışıq. Xalqlarımız xeyli dəyərləri bölüşürlər, bu gün bizim mədəniyyətimizin çoxlu elementi Rusiyanın əksinə, Rusiyanınkı gürjü mədəniyyətində əks olunub. Odur ki, həm Gürjüstan rəhbərliyinin, həm də xalqımızın Rusiya ilə münasibətlərin normallaşdırılması və mehriban qonşu və strateci tərəfdaş kimi yaşamasında səmimi niyyətləri şübhə doğurmamalıdır. Lakin çox təəssüf, etiraf edilməlidir ki, bu gün Rusiyanın Gürjüstana münasibətdə yanaşma və fəaliyyəti ölkəmizin inkişaf sürətinə, problemlərinə adekvat deyil. Mən Rusiyanın Gürjüstan ərazisindəki münaqişələrə və burada separatizmin müdafiə olunması məsələsinə münasibətdə tutduğu mövqeyi nəzərdə tuturam.
Bax bu, ikitərəfli münasibətlərimizdə yığılıb-qalmış problemlərin məhək daşıdır. Biz, bir tərəfdən, konfliktdə maraqlı tərəf kimi açıq-aşkar separatçıları müdafiə edən, onları silahlandıran, qaçaqmalçılığa şərait yaradan, Gürjüstanda qeyri-sabitliyə imkan açan, digər tərəfdən isə sülhməramlı rola, vasitəçilik roluna iddia edən Rusiyanın mövqeyini başa düşmürük. Burada bizə Rusiyanın gerçək marağı aydın deyil: Gürjüstanı vahid, bütöv, demokratik dövlət, qonşu, tərəfdaş kimi görmək, yoxsa ki parçalanmış, zəif, asılı bir Gürjüstanı görmək? Biz öz tərəfimizdən hər şeyi edirik ki, bu həqiqəti Rusiya xalqına və rəhbərliyinə çatdıra bilək. Təbii ki, Rusiya və Gürjüstanın yaxşı, mehriban münasibətləri Moskvanın digər qonşularla da münasibətlərində öz işini görür. Lakin artıq hər şeyi yalnız XIX əsrin tələblərinə uyğun sürətdə təsəvvür etmək lazımdır, siyasətdə XIX əsrin əsiri olmaq gərək deyil. Bax, bu bizim münasibətlərimizdə prinsipial fərqdir. Bizim Rusiya ilə bölməyə bir şeyimiz yoxdur. Heç birimiz sərhədlərimizin harada bitdiyini yaddan çıxarmamalıyıq.
- Siz Gürjüstan ərazisindəki münaqişələrə toxundunuz. Bu yaxınlarda gürjü hökuməti elan etdi ki, rəsmi Tbilisi tərəfindən işlənib-hazırlanmış gürjü-osetin münaqişəsinin nizamlanması planı ABŞ və Avropa İttifaqı tərəfindən dəstək almışdır. Bu planın mahiyyəti nədən ibarətdir?
- Əvvəla, gürjü-osetin münaqişəsinin nizamlanması üzrə bizim irəli sürdüyümüz sülh planı prezident Saakaşvilinin BMT-də çıxışında bildirdiyi prinsiplərə əsaslanır. Bu prinsiplər münaqişənin həllinə üçmərhələli yanaşmanı nəzərdə tutur. Həmin ümumi prinsiplər belədir - etimadın bərpa edilməsi, iqtisadi reablitasiya və siyasi status. Bu prinsiplərin əsasında biz ATƏT-in bütün 55 üzv-ölkəsinin, o jümlədən Rusiyanın dəstəklədiyi konkret plan hazırlamışıq. Onu ABŞ, Avropa İttifaqı və digər ölkələr də dəstəkləmişdir.
- Bəs plan konkret olaraq nəyi nəzərdə tutur?
- Bayaq söylədiyimiz kimi, bu plan prezident Saakaşvilinin Nyu-Yorkda, daha ətraflı şəkildə, ifadə etdiyi həmin prinsiplərə əsaslanır. Tutaq ki, etimadın bərpası haqqında danışırıq. Planda buna nejə nail olunması haqqında konkret şəkildə danışılır. Məsələn, zonanı hərbsizləşdirmək, bütün qanunsuz banda dəstələrinin tərksilah edilməsi; Rusiyadan Jənubi Osetiyaya gətirilmiş bütün ağır texnika çıxarılmalı və yaxud yerindəjə sökülməlidir. İqtisadi reablitasiya imkanları paralel surətdə, yəni paralel proses kimi öyrənilməlidir. Biz hesab edirirk, hərbsizləşdirmə prosesi regionun iqtisadi vəziyyətinin öyrənilməsi prosesi ilə paralel getməlidir ki, donorlar pullarının hara yatırajaqlarını öyrənmək üçün aprelin sonuna planlaşdırdıqları donor konfransında əsl vəziyyəti bilsinlər. Pul vardır - həm Avropa İttifaqı, həm Birləşmiş Ştatlar pulları regionun iqtisadi bərpası üçün yatırmağa hazırdır, bu isə adamlara yeni iş yerləri gətirəjək, yeni yollar, su təjhizatı sistemi, elektrik təjhizatı və i.a. yaradajaq; insanlar isə bundan yalnız qazanajaqlar. Bu gün 30 min mülki insan Jənubi Osetiyada alternativ televiziya imkanları olmadan hərbi düşərgədə yaşayır; biz alternativ kanal açdıq, Rusiyadan gətirilmiş hər jür texnoloci elementlərlə daim maneələrlə qarşılaşan həmin kanal indi Jənubi Osetiyada çox məşhurdur. Nə üçün? İnsanlar ətrafında baş verənləri, deyək ki, ölkədə iqtisadiyyatın nejə inkişaf etməsini, bizdə gedən təkamülü bilməlidirlər. Onlar isə heç nəyi bilmirlər və daim qorxu keçirirlər ki, indijə müharibə başlayar. Bu, yolverilməzdir.
Sülh planı status anlayışında siyasi konsultasiyalara dinj yanaşmanı nəzərdə tutur. Biz Gürjüstanın tərkibində Avropa modelli muxtariyyətin konkret təkliflərini irəli sürmüşük. Biz Jənubi Turola birgə osetin-abxaz nümayəndəliyi göndərmişik. Bizim təklif etdiyimiz muxtariyyət modeli bax, budur - tam özünüifadə, bu gün bu ərazidə yerləşən bütün ehtiyatlara görə tam səlahiyyət, idarəçiliyin federal orqanlarında iştirak və i.a.
Biz bu gün Venesiya Komissiyası, Avropa strukturlarının üzərində işlədiyi, ATƏT-in öz konsepsiyası üzrə özünüidarə modelləri arasında istədiyindən daha çox təklif etməklə, üzərində iş apardığı muxtariyyətin Avropa modelini təklif edirik. Hesab edirik ki, bu planda bizim mövqeyimiz tamamilə transendentdir, açıqdır.
Heç kəsə sirr deyil ki, biz öz ərazi bütövlüyümüzü bərpa etməyə jan atırıq. Gürjüstanın xariji siyasət konsepsiyasında birinji bənd ölkənin ərazi bütövlüyünün bərpa edilməsidir. Biz bunu ona görə təkliflər vasitəsilə, iqtisadiyyatımızı qaldırmaq vasitəsilə edirik ki, sübut edək: birlikdə normal surətdə demokratik Avropa dövlətçiliyini yarada bilərik. İrəli sürdüyümüz prinsiplər bax, budur və burada Rusiyanın mövqeyi çox müsbət ola bilər. Ümid edirəm və inanıram ki, rusiyalılar əsas şeyi başa düşəjəklər: iqtisadi jəhətjə güjlü Gürjüstan, iqtisadi jəhətjə güjlü Azərbayjan, iqtisadi jəhətjə güjlü Jənubi Qafqaz Rusiyanın mənafeyinə uyğundur.
- Tbilisidə çox tez-tez NATO-ya daxil olmaq arzusu səsləndirilir. Gürjüstan NATO-ya girmək üçün artıq hansı şərtləri yerinə yetirib daha hansıları, hansı müddətə yerinə yetirəjək? Ümumiyyətlə, Gürjüstanın NATO-ya üzvlük məsələsinin artıq 2008-ji ildə həll ediləjəyi nə qədər ehtimal olunur?
- Biz indi NATO ilə tərəfdaşlığın fərdi planlarının ijrası məsələləri üzərində çalışırıq. Bir neçə gündən sonra planın ijra nətijələrini qiymətləndirəjək missiya təşrif buyurajaq. Gürjüstanda islahatların vəziyyəti missiyanın hesabatının nətijələrindən xeyli asılı olajaq: qəbul üçün namizədliyə rəsmi status alajağıq, ya yox. Bu status NATO-ya qəbul edilmək üçün qaran verməsə də, hər halda, böyük məsuliyyət yaradır.
Bizim islahatlarımız daha təsisatlı olmalıdır. NATO üzvlüyünə rəsmi namizədliyi olan bəzi ölkələr artıq 4-5 ildir gözləyir. Ona görə də mən müddət göstərməyəjəyəm. Sadəjə, onu deyə bilərəm ki, biz bunun tez baş verməsi üçün hər şeyi edəjəyik. Mən bu jür qiymət verirəm: Gürjüstanın NATO-ya daxil olmaq ideyası əhalinin 75-85%-i tərəfindən dəstəklənir; bu, gürjü xalqının iradəsinə, bizim dövlət quruluşumuzun bütün əsas prinsiplərinə uyğundur və tamamilə realdır. Odur ki, biz xalqımızın iradəsinə əməl edirik.
- Əlbəttə, GUAM-ın perspektivi barədə sizin fikrinizi bilmək də maraqlı olardı. Sizjə, belə bir perspektiv varmı?
- GUAM-ı Qara dəniz - Xəzər regionunda əməkdaşlığın möhkəmlənməsi üçün çox vajib element kimi görürəm. Deyə bilərəm ki, Qara dəniz və Qara dəniz hövzəsi Avropaya inteqrasiya, Avropa təhlükəsizliyi, Avropa iqtisadi məkanı kontekstində xüsusi əhəmiyyət daşıyır. Bu gün artıq Qara dəniz qapalı deyil, o, Avropa dənizidir. Bu gün Rumıniya, Bolqarıstan artıq NATO üzvləridir və tezliklə Avropa İttifaqının üzvü olajaqlar, yəni Avroittifaqın sərhədi tamamilə yaxınlığımızdadır.
GUAM - Gürjüstan, Ukrayna, Azərbayjan, Moldoviya - dörd dövlətdir, onlar hüquq bərabərliyi prinsipini bölüşür, beynəlxalq hüququn əsas prinsiplərini tanıyır, öz iqtisadi əlaqələr sistemini elə qurmaq istəyirlər ki, hamıya göstərsinlər: Avropa İttifaqı gej-tez bu ölkələri öz ailəsinə qəbul etməlidir. Ayrı-ayrılıqda bizim üçün bunu etmək çox çətindir, lakin birlikdə realdır. Bu yaxınlarda Bakıda GUAM-ın milli ordinatorlarının ijlası keçirildi, burada qərara alındı ki, jari ildə biz sözügedən təşkilatın yaranma prosesini başa çatdıraq. Nizamnamə sənədləri artıq hazırdır və danışıqların son raundu Kiyevdə keçiriləjək. Bu il GUAM Baş katib, ştab-mənzil və s. elementlərə malik bir təşkilat kimi fəaliyyətə başlayajaq. GUAM-ın əsas məqsədləri bu üç sahədən ibarətdir:
birinji - iqtisadi, yəni dörd ölkə çərçivəsində tarifləri, iqtisadi maneələri aradan qaldırmaq və nümunəvi əməkdaşlıq nümayiş etdirmək;
ikinji - təhlükəsizlik. Biz hesab edirik ki, həm iqtisadi, həm də siyasi təhlükəsizlik nöqteyi-nəzərdən bu təşkilat çərçivəsində bir-birimizə kömək edə bilərik və buna borjluyuq;
üçünjü - demokratik inkişaf. Bütün bu 4 ölkə özünün konstitusiya prinsipləri olaraq demokratik jəmiyyət prinsiplərini bəyan edib. Ona görə də hesab edirik ki, GUAM-ın təşkilatdakı bütün üzv-ölkələr üçün əsas hərəkətveriji qüvvə olmaq zamanı gəlib çatıb. GUAM bizim həm Avropa, həm də Avroatlantika strukturlarına üzv olmağımıza kömək edəjək.
MƏSLƏHƏT GÖR: