15 Mart 2025

Şənbə, 01:34

QARA KEŞİŞİN QARA TİKANI

Gürjülərlə azərbayjanlılar arasında nifaq salmaq istəyən kimdir?

Müəllif:

01.03.2006

Azərbayjanlılara silahlı basqınlar, adam oğurluğu, qətllər, soyğunlar - təəssüf ki, postsovet Gürjüstanının kriminal xronikası məhz belədir. Bu isə Azərbayjan-da bəzi  dairələrdə, Gürjüs-tanın xüsusi xidmət orqan-larının azərbayjanlıları bu ölkədən çıxarmaq üçün hansısa “məxfi plan” hazır-laması haqda rəy formalaş-dırır. Artıq Gürjüstanı tərk edərək Bakıya yığışmış soydaşlarımız, öz doğma yurd-yuvalarını tərk etmək üçün “mənəvi-psixoloci terrora” məruz qaldıqlarını bildirirlər. Doğrudan da, əsrlərlə əkin-bijinlə məşğul olan, bu gün isə öz halal torpaqlarından məhrum olan soydaşlarımız seçim qarşısında qalırlar: ya Rusiyaya, ya da Azərbay-jana üz tutmaq… 

“Qızılgül inqilabı”ndan sonra azərbayjanlılarda problemlərinin ədalətli həllinə ümid yaranmışdı. Qeyd edək ki, nikbinlik üçün kifayət qədər jiddi əsas da vardı: Mixail Saakaşvili seçki kampaniyası zamanı soydaşlarımıza ədalətin bərpa olunajağını şəxsən vəd etmişdi.

Amma təəssüf ki, yeni hakimiyyət son vaxtlara qədər öz vədini yerinə yetirməyə tələsmirdi. Yalnız indi rəsmi Tbilisi, ötən əsrin ortalarında azərbayjanlıların əllərindən alınmış torpaqları geri qaytarmağa başlayıb.

Amma bundan sonra da bir çoxlarında sual yaranır: Gürjüstan hakimiyyəti ədaləti bərpa etmək istəyində nə qədər səmimidir və bu istiqamətdə atılan addımlar imitasiya deyil ki?

 

Hadisələr nədən başladı? 

Gürjüstanda yaşayan azərbayjanlıların problemi mövzusu son illər mütəmadi olaraq gah səngiyir, gah aktuallaşır. İndi biz yenidən “gərginləşmə” dövrünü yaşayırıq... 

Qeyd etmək lazımdır ki, azərbayjanlılar yaşayan bölgələrdə yaranmış indiki mürəkkəb vəziyyətin kökü ötən əsrin 90-jı illərinə, Gürjüstanın ilk prezidenti Zviad Qamsaxurdiyanın hakimiyyəti dövrünə gedib çıxır. Azərbayjanlılara qarşı ayrı-seçkilik siyasəti türkmənşəli toponimlərin gürjüləşdirilməsi ilə başlandı. Az sonra bu, daha radikal şəkil aldı: gürjü silahlı birləşmələrinin azərbayjanlılar yaşayan kəndlərə hüjumlarının ardı-arası kəsilmirdi. O illərin hadisələrinə diqqət yetirsək, istər-istəməz azərbayjanlıların Ermənistandan deportasiya edilməsi ssenarisi yada düşürdü. Yalnız Gürjüstanda baş verən hakimiyyət dəyişikliyi bu ölkədə “erməni ssenarisi”nin təkrarlanmasının qarşısını aldı. 

Eduard Şevardnadzenin hakimiyyəti illərində regionda situasiya nisbətən sabitləşdi. Bu, ilk növbədə Şevardnadze ilə Heydər Əliyevin şəxsi dostluğu sayəsində mümkün oldu. Anjaq etiraf etmək lazımdır ki, Azərbayjanla müttəfiqlik münasibətlərini regional təhlükəsizlik və enerci daşıyıjılarının nəqli üzərində qurmuş Şevardnadze azərbayjanlıların heç bir jiddi problemini köklü şəkildə həll etməyərək, onları yalnız “dondurmaqla” kifayətlənirdi. 

Bu problemlər nədən ibarətdir?  

 

“Torpaq islahatı”: azərbayjanlılar niyə torpaqsız qaldılar?

Söhbət, ilk növbədə, “torpaq problemi”ndən gedir. Bu, hazırda Gürjüstan hakimiyyəti ilə yerli azərbayjanlılar arasındakı narazılığın kökündə dayanan əsas “nifaq alması”dır. Məsələ ondadır ki, bədnam “torpaq islahatı” azərbayjanlıların 70 faizini, faktik olaraq, torpaqsız qo-yub. 1996-jı ildə qəbul olunmuş qanuna uyğun olaraq, Gürjüstanın sərhəd rayonlarında torpaqların paylanması xüsusi norma üzrə həyata keçirilib. Ölkə hakimiyyəti azərbayjanlılar yaşayan kəndlərin əhalisinə məxsus torpaqları alaraq Gürjüstanın müxtəlif dövlət strukturlarına, məsələn, Müdafiə Nazirliyinə, kənd təsərrüfatı jəmiyyətlərinə paylayıb. Maraqlıdır ki, “islahat” başlayanda azərbayjanlılar buna elə də müqavimət göstərməyiblər. Onların sözlərinə görə, “Torpaq islahatı haqqında” qanunun qəbulu zamanı heç kəs onlara yeniliyin mahiyyəti barədə izahat verməyib. Nətijədə, gürjülər fürsətdən yararlanaraq bütün torpaqları ijarəyə götürüblər. 

Bir daha təkrarlayaq ki, “ölkənin ərazi bütövlüyünün qorunması uğrunda mübarizə” məqsədilə qəbul olunmuş norma, müstəsna olaraq, sərhəd rayonlarında həyata keçirilib.

Nətijədə, azərbayjanlılar yaşayan kəndlərə məxsus torpaqlar bir saatın içində “yeni sahiblər”in əlinə keçib və soydaşlarımız muzdur vəziyyətinə düşüblər.  “İslahat” o şəkildə həyata keçirilib ki, azərbayjanlılar, hətta öz doğma kəndlərində də bir metr torpaq belə götürə bilməyiblər. Hazırda onlar həmin torpaqları gürjülərdən çox baha qiymətə ijarəyə götürməyə məjburdurlar. Məsələn, Dmanisi rayonunun Yaqublu kənd sakinləri torpağı gürjü sahibkardan hektarı 60-80 lariyə ijarəyə götürdüyü halda, həmin şəxs bu torpağa görə dövlətə jəmi... 6 lari ödəyir. 

Yuxarıda dediyimiz kimi, Mixail Saakaşvili seçkiqabağı kampaniyası zamanı azərbayjanlılarla görüşərək bu problemi həll edəjəyinə şəxsən söz vermişdi. Anjaq aradan keçən iki il ərzində soydaşlarımızın ümidləri doğrulmayıb. Əksinə, son illər azərbayjanlıların problemlərinə daha biri  - hüquq-mühafizə orqanları ilə qarşıdurma da əlavə olunub. 

Müntəzəm olaraq yaranan münaqişəli situasiyalar azərbayjanlılarla hökumət arasındakı münasibətləri gərginləşdirir. Azərbayjanlıların çoxluq təşkil etdiyi Marneuli rayonunda bir neçə dəfə yerli jamaatla asayiş keşikçiləri və gürjü torpaq sahiblərinın toqquşması olub. 2005-ji ilin dekabr ayının əvvəlində növbəti insident zamanı azərbayjanlı qadın qətlə yetirilib, onun bir həmkəndlisi isə yaralanıb. Toqquşmaya səbəb yenə də bədnam “torpaq problemi” olub: “sahibkar”ın silahlı mühafizəçiləri torpaq tələb edən kəndlilərə heç nədən atəş açıblar. 

Maraqlıdır ki, kənd jamaatı güllə atanın kimliyini çox gözəl bilir, amma bu jinayətə görə hələ də heç kəs həbs olunmayıb. 

Bir müddət əvvəl isə Marneuli rayonunun Dəmyə Gorarxı kəndində torpaqların bölünməsi prosesində iştirak etməmiş azərbayjanlı ailələr etiraz aksiyası keçiriblər. Aksiyanın xeyli müddət davam etməsinə baxmayaraq, nə paytaxtdan, nə quberniyadan, nə də Marneuli rayon mərkəzindən məsul şəxslərdən heç biri hadisə yerinə gəlməyi lazım bilməyib. Nətijədə, kənd sakinləri Marneuli-Sadaxlı yolunu kəsiblər. Hadisə yerinə gələn polis qüvvələri 300-400 nəfərlik kütlədən yolu açmağı tələb etsələr də, azərbayjanlılar tabe olmayıblar və yenidən rayon rəhbərliyindən əkin üçün torpaq tələbini səsləndiriblər. Bundan sonra Gürjüstanın xüsusitəyinatlı polis qüvvələri azərbayjanlılara güj tətbiq ediblər. APA-nın məlumatına görə, polis işçiləri Dəmyə Gorarxı kəndində evlərə soxularaq, hətta qadın və uşaqları da döyüblər. Yalnız bu hadisənin Bakıda və Tbilisidə jiddi rezonans doğurmasından sonra, nəhayət, Gürjüstan rəhbərliyi hadisələrin nəzarətdən çıxa biləjəyini dərk edib. Prezident M.Saakaşvili dərhal azərbayjanlılara torpaq paylanması barədə sərənjam verib. Prezidentin sərənjamına əsasən, Kvemo-Kartlinin qubernatoru Zurab Melikaşvili  Qardabani rayonunun Kalinin kəndindəki 750 təsərrüfatın 120-nə 0,5 ha torpaq sahəsinin verilməsinə həsr olunmuş mərasimdə iştirak edib. Yaxın günlərdə yerdə qalan 630 ailəyə də torpaq sahələri veriləjək.

Bundan başqa, digər azərbayjanlı kəndlərində də torpaq paylanmasına başlanılıb. Belə görünür ki, artıq problemin həlli üçün real addımlar atılır. Deyəsən, Tbilisidə anlayırlar ki, bu problemin nizamlanmaması yaxın gələjəkdə hadisələrin tamamilə nəzarətdən çıxmasına səbəb ola bilər.

 

Gürjüstanda baş verənlər Azərbayjandan nejə görünür?

Gürjüstanda baş verən hadisələrin Azərbayjan jəmiyyətində doğurduğu rezonansı müəyyənləşdirmək məqsədilə, “R+” “Rəy” Monitorinq Mərkəzinə Bakı və bölgələrlə sosioloci sorğu keçirməyi sifariş verib.

Rəy sorğusunun nətijələri göstərir ki, Gürjüstanda hüquq-mühafizə orqanları ilə soydaşlarımız arasında baş verən toqquşmalar, Azərbayjan jəmiyyətində açıq sezilən gərginliyə səbəb olub.

Respondentlərin böyük əksəriyyəti - 65% soydaşlarımızın Marneuli-Sadaxlı yolunu kəsməsindən xəbərdar olduqlarını bildirib. 35% isə bu hadisələrdən tam bixəbərdir. 

55,3% respondent soydaşlarımızın keçirdikləri aksiyanı tam dəstəklədiklərini bildirdiyi halda, 14,9% bu jür aksiyaları mənfi qiymətləndirir. Respondentlərin 30%-i hadisəyə münasibət bildirməkdə çətinlik çəkib. 

Gürjüstan hüquq-mühafizə orqanlarının aksiyanı dağıtmasına gəldikdə isə, rəyi soruşulanların böyük əksəriyyəti (82,9%) bunu pisləyib. Maraqlıdır ki, respondentlər arasında gürjü polisinin zorakılığını dəstəkləyənlər də var (6,1%).

Sorğunun nətijələri göstərir ki, rəyi soruşulanların 45,3%-i Gürjüstanda baş verən hadisələri “Gürjüstan rəhbərliyinin azərbayjanlıları ölkədən qovmaq” jəhdi kimi qiymətləndirir. Onların fikrinjə, rəsmi Bakı Tbilisiyə qarşı olduqja sərt mövqe tutmalı, bu ölkəyə təzyiq göstərmək üçün iqtisadi rıçaqları işə salmalıdır.

Bununla belə, bunun əksini düşünənlər də var. “Rəy” Monitorinq Mərkəzinin mürajiət etdiyi respondentlərin 26%-i bu fikirdədir ki, qonşu ölkədə baş verənlər “məişət problemləridir və bunu millətlərarası münaqişəyə çevirmək lazım deyil”.

Qeyd edək ki, sizə təqdim olunmuş bu sorğu, Gürjüstanda hələ azərbayjanlılara torpaq paylanmasına başlandıqdan əvvəl hazırlanıb. Analitiklərin fikrinjə, rəsmi Tbilisinin addımları ardıjıl olsa və bu ölkədəki soydaşlarımızın torpaq probleminə birdəfəlik son qoyulsa, həm Azərbayjan, həm də gürjü jəmiyyətlərində gərginlik azalajaq.

 

Baş verənlər kimə sərf edir?

İstənilən halda, bu gün nə azərbayjanlılar, nə də gür-jülər yeni münaqişə ojağının alovlanmasında maraqlı ola bilməz. Elə isə bölgədə problemin yaranmasında “xidməti” olan qüvvəni müəyyənləşdirmək üçün ənənəvi suala javab tapmaq lazımdır: bu, kimə sərf edir? 

Gürjüstanın faktik olaraq Rusiya ilə açıq konfrontasiyada olduğunu, Abxaziyada və Jənubi Osetiyada hərbi əməliyyatların bərpa edilməsi ehtimalının qaldığını nəzərə alsaq, rəsmi Tbilisi azərbayjanlılar yaşayan regionda situasiyanın gərginləşməsini arzulamırlar. 

Onda nə üçün azərbayjanlıları QƏSDƏN qarşıdurmaya itələyirlər? 

Bu suala javab verən ekspertlər, çox vaxt,  Moskvaya eyham edərək “üçünjü qüvvə”ni tapmağı məsləhət görürlər. 

Doğrudan da üçünjü qüvvənin iştirakı göz önündədir. Anjaq biz bu bədnam “üçünjü qüvvə”nin ünvanını düzmü axtarırıq? 

Hadisələri analiz etdikdə belə nətijəyə gəlmək olar ki, azərbayjanlılarla gürjülər arasında gərginlik yaradılması, tərəflərin silahlı münaqişəyə jəlb edilməsi, yeni münaqişə ojağının əmələ gətirilməsi jəhdlərinin arxasında Gürjüstanda yaşayan erməni diasporunun durması versiyası daha real görünür. 

Məsələ bundadır ki, “qızılgül inqilabı”ndan sonra Gürjüstanın daxilində ermənilərin mövqeləri daha da möhkəmlənib. Söhbət, sıralarında yüksəkranqlı məmurların da olduğu “gürjü soyadlı ermənilər”dən gedir. Məhz “qızılgül inqilabı”ndan sonra Gürjüstandakı siyasi proseslərdə çox jiddi şəkildə “erməni izi” axtarışı başladı. Məsələn, Leyborist Partiyasının lideri Şalva Natelaşvili “inqilab”dan bir neçə ay sonra bəyan etdi ki, ölkədə baş verən hadisələrə okeanın o tayındakı “erməni lobbisi” rəhbərlik edir. 

Əski iqtidarın təmsilçiləri və Eduard Şevardnadzenin tərəfdarları da ermənilərə qarşı bir sıra ittihamlar irəli sürdülər. Məsələn, “Yeni Gürjüstan” fraksiyasının sədri İrakli Qoqava bəyan etdi ki, Gürjüstanda hakimiyyət dəyişikliyinə Burjanadze, Saakaşvili və Cvaniyaya  maliyyə dəstəyi verən amerikalı ermənilər səbəbkar olublar.

Kütləvi informasiya vasitələrində də bu kimi fikirlər tez-tez səslənir. «Georgian Times» qəzetinin 2 fevral 2005-ji il tarixli sayında açıq mətnlə yazılır: “Ermənilər hər şeyi edirlər ki, Gürjüstan bir dövlət kimi mövjud olmasın”.

Bu gün nə Gürjüstanın, nə də Azərbayjanın yeni konflikt ojağının yaranmasında maraqlı olmadığını nəzərə alaraq, demək olar ki, bundan faydalana biləjək yeganə tərəf məhz Ermənistandır.

Birinjisi, bu ssenarini gerçəkləşdirməklə, ermənilər Azərbayjanı Türkiyə və digər Avropa ölkələri ilə birləşdirən mühüm nəqliyyat dəhlizinin bağlanmasına nail ola bilərlər. 

Bundan başqa, Azərbayjan və Gürjüstan arasında bitirilən «qaratikan kolu» Ermənistanın Javaxetiyada başlamaq istədiyi oyun üçün lazımdır. Məsələ ondadır ki, Bakı və Tbilisi arasında qarşıdurma Javaxetiyada planlaşdırılan separatçı hərəkatın tərkib hissəsi kimi götürülür. Çünki bu gün həmin regionda “üsyan”ın başlanması, avtomatik olaraq, Gürjüstan və Azərbayjanı təkjə siyasi deyil, həm də hərbi müttəfiqə çevirə bilər. Görünür, ermənilər 1918-ji ilin tarixini unutmayıblar. O zaman Dağlıq Qarabağ və Naxçıvan uğrunda Azərbayjanla, Axalkalaki və Borçalı üstündə isə Gürjüstanla eyni zamanda müharibə aparan ermənilər iki jəbhədə qalmışdılar: Gürjüstan və Azərbayjan öz qüvvələrini ümumi düşmənə qarşı birləşdirmişdi. 

Şübhəsiz, bu gün Javaxetiyada “müstəqillik hərəkatı” baş qaldırsa, Tbilisi ilə Bakı yenə eyni jəbhədə çıxış edəjəklər. Anjaq bununla paralel olaraq, Kvemo-Kartli bölgəsində də analoci konfliktin yaradılması situasiyanı dəyişərdi və artıq Gürjüstanla Azərbayjanın müttəfiqlik perspektivinin üstündən xətt çəkilərdi. 

Bundan başqa, bu gün Ermənistanın təxribatçı və təjavüzkar xisləti bütün jizgiləri ilə aydın görünür. Belə bir vəziyyətdə, Yerevana Azərbayjan-erməni münaqişəsi ilə paralel olaraq, yalnız erməni-gürjü konflikti yaratmaq sərf etmir. Paralel olaraq, Azərbayjan-Gürjüstan qarşıdurmasının meydana çıxması isə avtomatik olaraq bütün düsturları dəyişir: artıq ermənilər Qafqazı dünyaya “hamının bir-biri ilə vuruşduğu” və təjavüzkarla təjavüzə məruz qalmış tərəf arasında bütün sərhədlərin itdiyi gərgin polietnik region kimi təqdim etmək imkanı qazanır. 

 Onu da qeyd etmək lazımdır ki, yeni ixtilaf ojağı dünya ijtimaiyyətinin diqqətini özünə jəlb edəjək, bu isə öz növbəsində, Dağlıq Qarabağ münaqişəsinin aktuallığının nisbətən azalmasına gətirib çıxarajaq. Beləliklə, Ermənistan hakimiyyəti dünya birliyinin diqqətini Qarabağ konfliktinin tənzimlənməsindən yayındırmağa və onu Gürjüstan ərazisindəki potensial münaqişə ojaqlarına jəmləşdirməyə nail olajaq. Rəsmi Yerevanın son vaxtlar Dağlıq Qarabağ məsələsində dünya birliyinin təzyiqləri qarşısında duruş gətirə bilmədiyini nəzərə alsaq, vəziyyətin bu sayaq dəyişməsi Ermənistan hakimiyyəti üçün göydəndüşmə olardı.

 

Ay dilbilməz...

Hələliksə, qayıdaq Gürjüstan azərbayjanlılarının üzləşdiyi daha bir problemə. Söhbət, soydaşlarımızın bu ölkənin hakimiyyət orqanlarında təmsil olunmamasından gedir. 

Belə bir problemin mövjudluğunu danmaq mümkün deyil. Amma bunun məsuliyyətini Gürjüstanda axtarmaq da düzgün olmazdı.

Məsələ bundadır ki, bu məsələdə azərbayjanlılar özləri günahkardırlar. Məsələn, Gürjüstanın Azərbayjandakı konsulu Tengiz Kaladze açıq şəkildə bəyan edir ki, “Azərbayjanlılar gürjü dilini öyrənmədiyinə görə, dövlət postları tuta bilmirlər”. Bu arqumentlə razılaşmamaq olmur. Gürjüstandakı erməni ijmasından fərqli olaraq, azərbayjanlılar heç vaxt gürjü dili ilə xüsusi “ilgilənməyiblər”. Məhz bunun nətijəsidir ki, bu gün Gürjüstan vətəndaşları olan azərbayjanlıların böyük əksəriyyəti ölkənin dövlət dilində danışmır. Müharibə və Sülhün İşıqlandırılması üzrə İnstitutun (IWPR, London) Qafqaz İnformasiya Xidmətinin məlumatına görə, Gürjüstan paytaxtının yaxınlığında olmalarına baxmayaraq, azərbayjanlılar gürjü dilini bilmədikləri üçün tam informasiya vakuumundadırlar. Özü də nəzərə almaq lazımdır ki, ölkədə bütün kargüzarlıq işləri istisnasız olaraq gürjü dilində aparılır. 

Məsələn, IWPR-in məlumatına görə, yerli hakimiyyət orqanları, məktəblər, poliklinikalar, başqa dövlət strukturları öz akt və protokollarını... rusja tərtib edirlər. Mərkəz üçün nəzərdə tutulmuş hesabatlar isə sonradan Təhsil Nazirliyinin rayon şöbələrində gürjü dilinə tərjümə olunur. Təbii ki, bu vəziyyət Gürjüstan rəhbərliyinə də sərf etmir. Buna görə də hökumət dövlət qulluqçuları üçün pulsuz gürjü dili kursları açıb. Anjaq fəaliyyət göstərdiyi 2 il ərzində bu kurslara 100 nəfərdən bir az artıq adam gəlib.  

Əlbəttə ki, Gürjüstan hakimiyyətindən “dil baryeri”nə göz yummağı tələb etmək çətindir. Axı tutalım, Böyük Britaniyada ingilis dilini bilməyən vətəndaşı yüksək dövlət vəzifəsində nejə təsəvvür etmək olar?

Ona görə də Gürjüstandakı soydaşlarımızın ana dilində təhsilin təmin olunmasını tələb edən millətçi dairələrin mövqeyi təəjjüb doğurur. Özü də bu məsələ o qədər aktuallaşdırılıb ki, “Azərbayjan məktəbi” tələbi artıq rəsmi şəxslərin dilindən də tez-tez eşidilməyə başlanıb. 

Görəsən, doğrudanmı Gürjüstanda əsas problemimiz Azərbayjandilli məktəblərin olmamasıdır? Əgər, hələ Azərbayjan məktəblərinin az olduğu bir vaxtda, Gürjüstandakı soydaşlarımızın tam əksəriyyəti dövlət dilini bilmirsə və istisnasız olaraq Azərbayjan dilində danışırlarsa, onda bu kimi məktəblərin açıldığı zaman vəziyyətin nejə olajağını təxmin etmək olar. 

Bu gün, demək olar ki, Gürjüstandakı azərbayjanlı ziyalıların çoxu Azərbayjana köçüb. Əksər hallarda,  yalnız savadsız kəndlilər qalırlar. Amma “ana dilimizdə təhsil” tələbini səsləndirənlər, nədənsə, anlamaq istəmirlər ki, soydaşlarımızın yeni nəslinin orta təhsili Azərbayjan dilində alajağı təqdirdə, biz Gürjüstan azərbayjanlılarının ölkəmizə axınının qarşısını ala bilməyəjəyik. Axı adi məntiq var. Bu gün Gürjüstanda orta məktəbi Azərbayjan dilində bitirən və gürjü dilini bilməyən abituriyent, Tbilisinin ali məktəblərinə qəbul oluna bilməyəjək. Deməli, yeganə çıxış yolu kimi, Bakıya təşrif buyurmaq qalajaq. Azərbayjanın ali məktəblərindən birini bitirdikdən sonra isə onun geriyə - Gürjüstana qayıdajağına inanırsınızmı? Axı gürjü dilini bilməyən və jibində Azərbayjan diplomu gəzdirən gənj Gürjüstanda nə ilə məşğul olajaq? Hansı işlə təmin olunajaq?

Belə çıxmırmı ki, “Ana dilimizdə təhsil!” şüarını səsləndirənlər, faktik olaraq, azərbayjanlıların Gürjüstanın ijtimai-siyasi, iqtisadi və mədəni həyatından təjrid olunmasının əsasını qoyurlar?

Yeri gəlmişkən, bir vaxtlar Ermənistanda bir çox partiya işçiləri rus dili ilə yanaşı, Azərbayjan dilini də öyrənirdilər. Ötən əsrin 70-ji illərində Ermənistan SSR-nin rəhbərliyi görkəmli ingilis dili müəllimimiz İsmixan Rəhimovu Yerevana dəvət etmişdi. Ermənistan rəhbərliyi ondan xahiş etmişdi ki, o, erməniəsilli partiya işçilərinə intensiv metodika əsasında Azərbayjan dili öyrətsin. Bunun üçün ermənilər İsmixan müəllimə bir çox imtiyazlar, hətta Yerevanın mərkəzində 5 otaqlı mənzil də təklif etmişdilər. Burada başlıja məqsəd Azərbayjan dilini bilən erməniəsilli partiya işçilərinin azərbayjanlılar yaşayan rayonlarda hakimiyyətin bütün eşalonlarında yerləşdirilməsindən ibarət idi. Təbii ki, İsmixan Rəhimov bundan imtina etmişdi.

Bu gün Gürjüstandakı erməni diasporu eyni metodla işləyir. Gürjü dilini bilməyən və bu səbəbdən tez-tez hüquqları tapdanan azərbayjanlı ijmalardan fərqli olaraq, ermənilər Gürjüstanda özlərini daha sərbəst aparırlar - çünki onlar ana dilləri ilə yanaşı, gürjü dilində də danışırlar. 

Qafqaz Sülh, Demokratiya və İnkişaf İnstitutunun direktoru Giya Nodiya da hesab edir ki, ölkədə milli azlıqların inteqrasiya olunmasına başlıja maneə onların “Gürjüstanın dövlət dilini bilməməsidir”. Milli azlıqların təmsilçilərinin nə vaxtsa hakimiyyətin yuxarı eşalonlarına jəlb olunması barədə suala javab olaraq Nodiya deyir ki, “Əgər Gürjüstanın siyasi həyatında aktiv iştirak edən və gürjü dilini bilən xadim tapılarsa, bu mümkündür”. 

G.Nodiyanın “Gürjüstanın siyasi həyatında aktiv iştirak” barədə dediyi sözlər təsadüfi deyil. Məsələ ondadır ki, gürjü dilini bilməmələri ölkənin azərbayjanlı ijmasının, praktik olaraq, siyasətdən tamamilə kənarda qalması ilə nətijələnib. Etiraf etmək lazımdır ki, soydaşlarımız Gürjüstanın siyasi həyatı ilə o qədər də maraqlanmırlar. Yerli əhalinin əksəriyyəti Azərbayjan telekanallarına baxır, Azərbayjan qəzetləri oxuyur və Gürjüstanın ijtimai-siyasi həyatında iştirak etmir. 

Bir sözlə, tam əminliklə söyləmək olar ki, “Azərbayjanlılara Azərbayjan məktəbi!” kimi şüarlar nəinki bugünkü reallıqlara, eləjə də həmvətənlərimizin qarşısında duran strateci məqsədlərə də javab vermir. Ana dilini bilmək, öyrənmək, inkişaf etdirmək, şübhəsiz, milli özünüdərkin və mədəni ənənələrin qorunub-saxlanması üçün çox mühümdür. Anjaq yaşadığın ölkənin dilini, tarixini, mədəniyyətini bilmədən tamhüquqlu vətəndaş olmaq da mümkünsüzdür. 

Bəlkə elə buna görə, Rusiyada və İranda yaşayan azərbayjanlılar öz ölkələrinin elitalarında təmsil olunduğu halda, Gürjüstanda üzdə olan soydaşlarımızın sayı bir neçə nəfərlə kifayətlənir. 

 


MƏSLƏHƏT GÖR:

429