15 Mart 2025

Şənbə, 20:00

TIRTILLAR ALTINDA İTƏN ŞƏHƏR....

14 il əvvəl baş vermiş bu fajiə nə idi? Vandallıq aktı, soyqırım, işğal, yoxsa hərbi jinayət?

Müəllif:

01.03.2006

Xojalı fajiəsinin daha bir ildönümü tamam oldu.  14 il əvvəl kütləvi qırğına məruz qalan azərbayjanlılardan başqa, təəssüf ki, dünyanın  böyük  bir hissəsi bu tarixdən yenə də bixəbər qaldı. Elə bir tarixdən ki dünya mütləq bunu bilməli və lənətləməliydi.

Amma təəssüf ki, 14 il əvvəl  - 1992-ji il fevralın 26-na keçən gejə baş verənlər, hələlik, kiçik bir toplumun fərdi fajiəsi olaraq qalır. Halbuki Xojalıda baş verənlər bəşəriyyət tarixində  insanlığa qarşı törədilən  qanlı jinayətlər sırasında ən dəhşətlisi idi. Təsəvvür edin ki, bir neçə saatın içində 613 nəfər güllələndi, onların 106-sı qadın, 63-ü isə uşaq... 487 nəfər ömürlük şikəst qaldı. 1275 nəfər əsir götürülərək, sonradan işgənjələrə məruz qaldı, 150 nəfərdən isə hələ indiyə kimi də xəbər-ətər yoxdur. Bu vandallıq  aktı  nə idi?  Soyqırım, işğal,  psixoloci təzyiq, yoxsa hərbi jinayət? Birmənalı şəkildə demək olar ki, elə hamısı. Xojalıdan söz düşən zaman tez-tez qəribə fikirlər eşidirsən; məsələn, önjə bu olaya siyasi-hüquqi  qiymət verilməsi iddia edilir... Hərdən də jəmi 14 il əvvəl baş vermiş və ajı nətijələri  aydınja lentə alınan bir qətliam haqda o qədər  müjərrəd danışanlar da olur ki... Məgər  konkretlik üçün  dünya təjrübəsi, analoci hərbi jinayətlər və mövjud beynəlxalq norma və konvensiyalar bizə azlıqmı edir? Xojalıda baş verənlər, təbii ki, ilk növbədə, soyqırım və sonra da hərbi jinayət idi. Çünki soyqırım  varsa,  onu hazırlayıb-törədən  - bu jinayəti edən qarşı tərəf də var. Soyqırım və hərbi jinayət - bir medalyonun əks tərəfləri də hesab oluna bilər. Önjə gəlin görək, soyqırım  nədir? Bu anlayışın hüquqi mənası BMT-nin Baş Assambleyasının 9 dekabr 1948-ji il tarixli qətnaməsində qəbul edilmiş «Soyqırım jinayətinin qarşısının alınması və ona görə jəza haqqında» konvensiyası ilə müəyyənləşib. Və hər hansısa milli, etnik, irqi və ya dini qrupun tam və ya qismən məhv edilməsi niyyəti ilə bağlı aşağıdakı hərəkətləri özündə əks etdirir: sözü-gedən qrup üzvlərinin sadalanan kateqoriyalara məxsus olduqlarına görə  öldürülmələri və ya işgənjələrə, bədən xəsarətlərinə məruz qo-yulmaları, həmin toplumun genofonduna və ya gənj nəslinə qarşı düşünülmüş pis niyyət, uşaqların məhvi və ya zorla digər tərəfə verilməsi və s. Bu jinayəti  xarakterizə edən ən vajib məqamlardan biri də qabaqjadan hazırlıq və qarşıya qoyulmuş  konkret məqsədin (qəfl hüjüm planının və s.) olmasıdır. Həmin obyektiv xüsusiyyət soyqırım jinayətini başqa analoci beynəlxalq jinayətlərdən tam fərqləndirir. Deməli, 14 il əvvəl,  həmin soyuq fevral gejəsində azğınlaşmış manyaklardan (və ya hərbi toqquşma zonasından) qaçmağa çalışan dinj azərbayjanlıların əvvəljədən təşkil edilmiş pusqulardan iriçaplı silahlarla  gülləbaran edilməsi, son-ra da jəsədlər üzərində insana yaraşmayan hərəkətlər - Xojalı olayının əsl soyqırım aktı  olmasını sübut edəjək tam yetərli  FAKTLARDIR. Beynəlxalq məhkəməsə «Soyqırım jinayətinin qarşısının alınması və ona görə jəza haqqında» Konvensiyanın əsasını təşkil edən və bütün dövlətlər üçün mütləq norma olan bu prinsipləri TANIYIB. Digər tərəfdən də sözü-gedən Konvensiyadan başqa, Nürnberq Hərbi Tribunalının  Nizamnaməsi (burada insanlığa qarşı jinayət kimi), Yuqoslaviya üzrə Beynəlxalq Jinayət Tribunalının Nizamnaməsi, Ruanda üzrə Beynəlxalq Jinayət Tribunalının Nizamnaməsi və ən nəhayət, Azərbayjan Respublikasının Jinayət Məjəlləsi, eləjə də Azərbayjan Respublikası Prezidentinin «Azərbayjanlıların soyqırımı haqqında» 26 mart 1998-ji il tarixli fərmanı. Əlavə olaraq, qısaja onu da xatırladaq ki, Xojalıda törədilən jinayət aktı, irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın 4, İnsan Hüquqları Haqqında Avropa Konvensiyasının 8, İnsan Hüquqları və əsas Azadlıqları üzrə Əlavə Protokolun 2, Ölüm Hökmünün Ləğvi ilə Bağlı İnsan Hüquqları və Əsas Azadlıqlarının Müdafiəsi Haqqında Konvensiyaya 6 saylı Protokolun 1, Uşaq Haqları Haqqında Konvensiyanın isə 22 maddəsinin kobud şəkildə pozulması deməkdir. Zənnimjə,  sadaladıqlarımız (və nəzərdən qaçırdıqlarımız da) Xojalı fajiəsinə istənilən (siyasi-hüquqi) qiyməti vermək üçün kifayətdir. Daha nələr olmalıdır ki, Xojalıda baş verənlərin gerçək soyqırım olmasına dünya inansın?

Digər bir məqamı da nəzərdən qaçırmaq olmaz ki, dinj azərbayjanlılara qarşı aparılan bu soyqırım əməllərinin arxasında ayrı-ayrı silahlı qruplaşmalar, hərbi birləşmələr deyil, iş-ğalçılığı və soyqırımı özünə dövlət siyasəti kimi seçmiş Ermənistan Respublikası  dayanır.  Əgər belə olmasaydı, bu jinayətə rəhbərlik edənlərdən biri, ASALA-nın fəal üzvü  Vazgen Sislyan Xojalı fajiəsinə görə, Ermənistanda  şöhrətlənməz və Ermənistan prezidenti Robert  Koçaryan tərəfindən  «milli qəhrəman» adına layiq görülməzdi. 

Və yaxud götürək, törətdiyi çoxsaylı terror aktlarına görə İnterpolun xətti ilə axtarışda olan və 1993-jü ildə azərbayjanlı snayper tərəfindən öldürülən beynəlxalq terrorçu Monte Melkonyanı. Terrorçunun həyat yoldaşı Seda Melkonyan 1993-jü ildə "Nyu-York Tayms" qəzetinə müsahibəsində bildirmişdi ki, "Onu burada siz terrorçu adlandırırsınız, Ermənistanda isə o azadlıq uğrunda mübarizə aparmış qəhrəmandır". Qeyd edək ki, Melkonyanın dəfn mərasimi Ermənistanda yüksək səviyyədə təşkil olunmuş və dəfndə iştirak edən 50 minlik kütləyə ovaxtkı ölkə başçısı Levon Ter-Petrosyan şəxsən rəhbərlik edirdi

Deməli, bu kimi jinayət əməlləri hansısa hərbi birləşmələrin başında duranların azğınlığından,  fərdi jina-yətindən yox, Ermənistanın dövlət siyasətindən qaynaqlanır. Bu da öz növbəsində azərbayjanlılara qarşı törədilən qətliamların soyqırım kimi qəbul edilməsini şərtləndirəjək vajib amillərdən biri kimi qəbul oluna bilər.

Bu müdhiş jinayət törədilən zaman hərbi toqquşmanın dayandırılması və danışıqlara başlanılması üçün bir sıra ölkələrin diplomatları fəaliyyətə  başlamışdı. İran İslam Respublikasının odövrkü xariji işlər naziri Əli Əkbər Vilayəti  fajiədən bir gün əvvəl Bakıda Azərbayjan tərəfi ilə görüşüb danışıqlar aparmışdı, sabahı isə Qarabağa, oradan da Ermənistana getməli idi. Buna görə də  tərəflər arasında bir neçə günlük atəşkəs elan edilmişdi. Amma erməni terrorçuları atəşkəs recimini pozaraq, dinj insanlara qarşı hüjuma keçdilər. Təbii ki,  vasitəçilik missiyası zamanı törədilən bu vəhşilik və atəşkəsin pozulması da öz-özlüyündə heç bir beynəlxalq norma və prinsiplərə,  müharibə qanunlarına uyğun deyildi. 

Xojalı fajiəsi  bütün azərbayjanlılara qarşı psixoloci təzyiq  kimi də qəbul oluna bilər. Azərbayjanlıları öz vəhşilikləri ilə qorxutmaq, yerli əhalidə döyüş əzmini qırmaq və beləliklə də döyüşsüz onları qaçırıb öz dədə-baba yerlərindən qovub-çıxarmaq,  ən başlıjası, qısa zaman ərzində böyük-böyük ərazilərə sahib çıxmaq. Bu, Azərbayjan torpaqlarını parçalayaraq, yerində «Böyük Ermənistan dövləti»ni yaratmağı öz qarşılarına məqsəd qoyan erməni daşnaklarının işğalçı planlarının tərkib hissələrindən biri idi. Çünki Xojalıya qədər hələ Malıbəyli, Quşçular və daha neçə-neçə kənd-kəsək Xojalı taleyini yaşamalı olmuşdu. 

Təəssüf ki, nə zamanı geri qaytarmaq olar, nə də həmin fajiədə həyatlarını itirənləri. Amma keçmiş zamandan, buraxılmış səhvlərdən nətijə çıxarmaq, dərs almaq olar. Ermənilərin işgənjəyə məruz qoyduqları, sonra da jəsədlərini yığıb-yandırdıqları soydaşlarımızın ruhları üçün yeganə edə biləjəyimiz bir şey var - o da bu fajiəni olduğu kimi dünyaya çatdırmaq və beləliklə də onu törədənləri, heç olmasa, lənətləmək. Sonra da günahkarların Beynəlxalq Məhkəməyə verilməsinə  hazırlamaq.  

Bəs Xojalı haqda dünyaya nəsə çatdıra bilmişikmi? Dünya 14 il əvvəl baş verənləri  tam mahiyyəti ilə qəbul etməyə hazırdırmı?  

Təəsssüf ki, yox! Doğrudur, son illər müxtəlif dövlət qurumları, diaspor təşkilatları müəyyən işlər görüb; bir neçə gün bundan əvvəl Türkiyə Millət Məjlisində Xojalı fajiəsi ilə bağlı aparılan dinləmələr və s. Amma bütün bunlar erməni təbliğatı ilə müqayisədə hələ ki yetərli deyil. Çünki bizim konseptual şəkildə  hazırlanaraq, ardıjıl aparılmalı olan təbliğat strategiyamız yoxdur. Razılaşaq ki, etdiklərimiz  anjaq qısa zaman və mövsümi xarakterli, yəni anjaq  hər hansısa hadisənin ildönümündə nəzərdə tutulan tədbirlər  seriyası  kimi  xarakterizə oluna bilər. Ona görə də önjə özümüzün öz fajiələrimizə yanaşmamız kökündən dəyişməlidir; Xojalı kimi olaylar milli ideologiya səviyyəsinə qaldırılmalıdır. Əgər indiyə kimi erməni vandalizminin əsl mahiyyətini açıb dünyaya göstərə bilməmişiksə, deməli, təbliğatda düzgün yolda deyilik. Nətijə yoxdursa, təjili yeni formalar, çağdaş dünyanın apardığı müasir təbliğat metodları düşünülüb-tapılmalıdır. Hər bir ölkə üçün, hər bir təbəqə üçün ayrı-ayrılıqda, spesifik  iş görülməlidir.   Bunun üçün bütün imkanlar səfərbər edilməlidir. Unutmamalıyıq ki, ermənilər bizdən fərqli olaraq,  saxta tarixlərini  (bu gün dünyanın 30-dan çox ölkəsi saxta «genosidi» tanıyıb)  dünyaya ona görə  sırıya biliblər ki, təbliğatı, az qala,  milli ideologiya  həddinə çatdırıblar. Bizə isə onlar kimi yalan danışmaq, saxta tarix qondarmaq, olmayan fajiələr düşünmək lazım deyil, sadəjə, olmuşları sistemli şəkildə dünya ijtimaiyyətinə çatdırsaq, erməni vəhşətinin mahiyyəti tam açılmış olar. O  başqa məsələdir ki, bir neçə səbəbə  (xristian təəssübkeşliyinə) görə bizim  həqiqətlərə laqeydlik göstərirlər, ikili standartlarla yanaşırlar. Amma biz danışmalıyıq,  Naxçıvanda olmayan, uydurulmuş  erməni xaçkarlarının dağıdılmasına etiraz edən Avropa Birliyinin lap qulağına belə  qışqırmalıyıq.   Qışqırmalıyıq ki,  (əgər bu doğru olmuş olsa belə) «erməni abidələri» - jansız daşlar  məgər Xojalıda  şişə keçirilən uşaqlardan,  qadınlardan, qojalardan  janlıdırmı, qiymətlidirmi? 

Biz bütün bunları deməliyik;  əgər lazımınja deyə bilmiriksə, bu bizim fajiəmizdir, yox, əgər doğrudan da Avropanın aparıjı təşkilatları, Qərb  erməni-azərbayjanlı münaqişəsinə dini təəssübkeşlik prizmasından yanaşırsa, müsəlmana müsəlman olduğuna görə ikili standartlar tətbiq edirsə, bu artıq qoja Qərbin  FAJİƏSİ olajaq. Çünki bu jür yanaşmalar, belə standartlar gələjəkdə yeni-yeni Xojalı fajiələrinin baş verməsinə əlverişli zəmin yaradır. Dünya, nəhayət, bilməlidir ki, belə getsə, nə Xatın, nə  Liditse,  nə Sonqmi, nə də Xojalı  sonunju olmayajaq. 

Görəsən, indi növbə kimindir? 

 


MƏSLƏHƏT GÖR:

438