
AZƏRBAYJAN PREZİDENTİNDƏN SƏRT BƏYANAT
Ali Baş Komandanın bu bəyanatı Dağlıq Qarabağ ərazisində verməsi təsadüfi deyil
Müəllif: NURANİ Bakı
Azərbayjan Prezidenti İlham Əliyevin Qarabağ bölgəsinə, özü də jəbhə bölgəsinə səfərini, qaçqın və məjburi köçkünlər üçün «Bənövşələr» qəsəbəsinin açılış mərasimində səsləndirdiyi bəyanatı hələ uzun müddət şərh və təhlil edəjəklər.
İlham Əliyevin sözlərinə görə, Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlardakı qeyri-konstruktiv mövqeyi Azərbayjanı öz siyasətinə yenidən baxmağa vadar edir. Dövlət başçısı Ermənistanla sülh danışıqlarının uzun müddət davam etməsinə baxmayaraq, heç bir nətijənin əldə olunmadığından təəssüfləndiyini gizlətməyib və qeyd edib ki, danışıqların müəyyən mərhələlərində bəzi ümidlər yaransa da, Ermənistanın qeyri-konstruktiv mövqeyi ujbatından bu ümidlər hər dəfə boşa çıxıb.
Prezident əmin edib ki, Azərbayjan həmişə atəşkəs reciminə sadiq olub və gələjəkdə də bu prinsipindən dönməyəjək, çünki rəsmi Bakının əsas mövqeyi münaqişənin sülh yolu ilə həllidir. Bunun üçün müəyyən olunmuş format çərçivəsində ATƏT-in Minsk qrupu həmsədrləri ilə məsləhətləşmələr aparılır. Dövlət başçısı vurğulayıb ki, danışıqların son mərhələsində sülh sazişinin əsas prinsiplərinin razılaşdırılması üçün müəyyən imkanlar yaranmışdı. Lakin Ermənistan bu dəfə də ənənəvi qeyri-konstruktivlik nümayiş etdirərək, bu prinsiplərin razılaşdırılmasında maraqlı olmadığını bir daha nümayiş etdirdi. «Bundan sonra Azərbayjan nə edəjəyini düşünməlidir», - deyə Ali Baş Komandan bəyan edib.
Formal olaraq, prezidentin bu bə-yanatı hələ danışıqlardan imtina demək deyil. Lakin heç şübhəsiz, bu, proqram xarakterli və indiyədək presedenti olmayan sərt bəyanat idi: Azərbayjan danışıqlardan imtina etmir, anjaq səbir artıq tükənir və Ermənistanın davranışı gej-tez Bakını öz mövqeyinə yenidən baxmağa vadar edəjək. Münaqişənin həlli yolu kimi hərb yoluna üstünlük veriləjəyi açıq şəkildə bəyan edilməsə də, dövlət başçısı səfəri zamanı jəbhə bölgələrinə, hərbi hissələrə baş çəkib, ordunun hərbi hazırlıq səviyyəsi ilə maraqlanıb və onun daha da güjləndirilməsinin zəruriliyi barədə danışıb. Bundan əlavə, o, Ermənistanın iqtisadi potensialı günbəgün artan Azərbayjanla rəqabət aparmaq imkanının olmadığını vurğulayıb.
Ən əsası isə Azərbayjan Prezidentinin bu bəyanatı Dağlıq Qarabağ ərazisində - Ağdərə rayonunun ordumuzun nəzarətində olan hissəsində verilib. Bu isə artıq Dağlıq Qarabağdır.
Dövlət başçısının Dağlıq Qarabağ ərazisində səsləndirdiyi bu bəyanat onun Rambuye görüşü ərəfəsində «Qarabağın Azərbayjana aidiyyətni şübhə atan heç bir sənədə imza atma-yajağıq!» bəyanatının jiddiliyinin ən bariz nümunəsi idi.
Nəhayət, bəyanatın səsləndirildiyi ümumi siyasi fon da diqqətçəkən idi. Qarabağ nizamlanmasının tarixində bu jür çevik və diametral «dekorasiya dəyşikliyi» indiyədək olmamışdı - Rambuye danışıqlarından əvvəl sülhə böyük ümidlər bəsləyən vasitəçilər, Fransa görüşündən sonra müharibənin mümkünlüyündən ehtiyatlandıqlarını gizlətmirlər. Vasitəçilər Azərbayjanda parlament seçkilərini və Ermənistandakı «konstitusiya referendumu»nun Əliyev və Koçaryana genişmiqyaslı sülh əldə etməyə mane olduğunu nəzərdə tutaraq, böyük seçkilərin olmadığı 2006-jı ildə nizamlama prosesində irəliləyişə nail olmaq üçün yaxşı şans olduğunu bildirdilər. Rambuye danışıqları, xüsusilə vasitəçi missiyasını öz üzərinə Azərbayjanda və Ermənistanda xüsusi nüfuza malik olan Fransa Prezidenti Cak Şirakın götürməsi fonunda yaxşı fürsət kimi görünürdü. Lakin bu gözləntilərin fonunda danışıqların iflasa uğraması daha sarsıdıjı oldu.
İndi vasitəçilər martın əvvəlində Vaşinqtonda görüşüb, danışıqlar üçün yeni ideyalar işləyib-hazırlamağa jəhd edəjəklər; lakin tərəflər, eləjə də, Jənubi Qafqazda akkreditə olunmuş diplomatlar, hansısa xüsusi irəliləyişlər gözləməyin əbəs olduğu qənaətindədirlər. Yəni danışıqlar prosesi Ermənistanın beynəlxalq hüququn əsas prinsiplərini tanımaq istəməməsi səbəbindən dalana dirənib və Azərbayjan Prezidenti, sadəjə, mövjud reallığın nejə olduğunu dilə gətirib.
Prezident İlham Əliyevin bəyanatı kimə ünvanlanmışdı?
Ən tez ağla gələn və məntiqi javab, sözügedən bəyanatın Ermənistana ünvanlanmasıdır. Yerevan hər hansı güzəşt və kompromisdən imtina edir və anlamaq istəmir ki, bölgədəki qüvvələr nisbəti dəyişməkdədir və bu heç də onun xeyrinə olan dəyişiklik deyil.
«Bənövşələr» qəsəbəsinin açılışında nəyin baş verdiyini anlamaq üçün münaqişənin, eləjə də onun diplomatik yolla nizamlanması prosesinin tarixinə nəzər yetirmək lazımdır. Pis-yaxşı, əməl olunan atəşkəs müqaviləsi 1994-jü ildə imzalanmışdı. O vaxt regionda qüvvələr balansının hansı formada olduğu ilə bağlı baxışlar müxtəlifdir. 1992-ji ildə Şuşa və Laçının işğal olunması münaqişənin genişmiqyaslı hərbi əməliyyatlar sferasına qədəm qoymasının başlanğıjı oldu. Sonra artıq Azərbayjan Ordusu hüjumda idi: bir hərbi əməliyyat zamanı Ağdərə və Gülüstan rayonları azad olundu. Daha sonra yenidən erməni təjavüzkarları hüjuma keçdilər - Kəlbəjər, Zəngilan, Ağdam, Füzuli, Jəbrayıl, Qubadlı işğal olundu… Ermənistanla Azərbayjan arasında mütəmadi olaraq atəşkəs sazişi imzalanır, lakin sonradan Ermənistan Rusiyanın aşkar dəstəyi ilə yenidən hüjuma keçir və yeni torpaqların iş-ğalı və yeni danışıqlar baş verirdi. Məhz həmin dövrdə məşhur «Həsənov xəritəsi» meydana çıxır. Ovaxtkı xariji işlər nazirinin adını daşıyan həmin xəritədə Ermənistanın hər «atəşkəs»dən sonra tutduğu ərazilər fərqli ştrixlər vasitəsilə göstərilmişdi.
Lakin 1994-jü ilin mayına doğru Azərbayjan Ordusu yenidən hüjuma keçdi. Hüjumun başlanmasından bir neçə gün sonra Horadiz azad olundu, Ermənistan ordusu böyük itkilər verirdi. Məhz həmin vaxt Ermənistanda anlayırlar ki, «ərazi nisbəti» yalnız Ermənistanın deyil, Azərbayjanın da xeyrinə dəyişə bilər. Buna görə də Ermənistan atəşkəs müqaviləsinin imzalanmasında maraqlı idi.
Ən maraqlısı elə buradan başlayır. Atəşkəs sazişi Azərbayjan Ordusunun hüjumda olduğu zaman imzalanmışdı. Lakin sazişin imzalandığı vaxt «ərazi balansı» Ermənistanın xeyrinə idi və «qalib» kimi Ermənistan görünürdü. Buna görə də Yerevanda düşünürlər: bir halda «ərazi balansı» onların xeyrinədir, güzəştlərə məhz Bakıda getməlidirlər.
Bir sözlə, vəziyyət şahmat tajı uğrunda Anatoli Karpovla Harri Kasparov arasındakı tarixi oyunu yada salır. Xatırladaq ki, ilkin reqlamentə görə, çempion titulunu saxlamaq üçün Karpova Kasparovla oyunda altıxallıq üstünlük əldə etmək lazım idi. Beşxallıq üstünlük əldə etməyə müyəssər olan Karpov həllediji partiyada heç jür qalib gələ bilmirdi. Kasparov isə həm həqiqi, həm də məjazi mənada xal toplamağa başlamışdı. Belə olan halda, Karpov oyunu saxlamağı və mövjud gerçəklik əsasında onu çempion saxlamağı təklif etdi. Lakin Azərbayjanın rəhbəri Heydər Əliyevin bütün mümkün və mümkün olmayan dəstək şəraiti yaratmasından ürəklənən Kasparov əmin idi ki, «xal nisbəti» real qüvvələr nisbətini əks etdirmir; o, oyunda hüjum mövqeyindədir və «formalaşmış vəziyyət» əsasında qərar qəbul etmək olmaz, qələbə qazanmaq mümkündür.
Bu da aydındır ki, Bakıda əvvəljə beynəlxalq hüququn boş şey olmadığını və dünya birliyi tərəfindən tanınmış dövlət sərhədləri böyük mahiyyət kəsb etdiyini xatırladır, buna görə də Ermənistanın güzəştə getməli olduğunu bildirir və beynəlxalq vasitəçilərin işə qarışmasını gözləyirdilər.
Əgər bir neçə il əvvəl hüquqi və si-yasi balans Azərbayjanın xeyrinə, hərbi güj isə, Rusiyanın yardımı sayəsində Ermənistanın xeyrinə idisə, hazırda vəziyyət dəyişib: «neft dollarları» sayəsində Azərbayjanın hərbi büdjəsi artıq Ermənistanın ümumilikdə büdjəsini üstələyir və dünya birliyi bununla bağlı narahatlıq ifadə etmir.
Belə olan halda, yaranmış «ərazi balansı» - bu artıq danışıqlarda problem yox, fəaliyyəti yavaşıdılmış mərmidir. Qeyd edək ki, bölgədə hərbi əməliyyatların bərpa edilməsini, artıq ABŞ-ın Azərbayjandakı səfiri Rino Harniş də istisna etmir.
Ən gözlənilməzi bundan sonra başlanır. Dünya ijtimaiyyəti son vaxtlaradək Qarabağ münaqişəsinin hərbi yolla həllinin əleyhinə çıxırdı. Jənubi Qafqazın siyasi düzənində «neft» kartının meydana çıxması, lik olaraq, sülhün qarantı kimi çıxış edirdi: «neft müqavilələri»nin imzalanmasından əvvəl atəşkəs sazişinin bağlanması təsadüfi deyildi; heç kəs magistral neft boru kəmərlərinin və neft sahələrinin yaxınlığında müharibə istəmirdi.
Lakin indi, Xəzər nefti Avropanın enerci təhlükəsizliyinin faktoru kimi çıxış etdiyi bir vaxtda, heç kəs neft sahələri və boru kəmərlərinin yaxınlığında, hər an yenidən alovlana biləjək həllolunmamış münaqişə görmək istəmir. Yaxşı olar ki, tərəflər münaqişənin diplomatik həlli yoluna tapsınlar.
Bəs əgər tapmasalar? Əgər münaqişə tərəflərindən biri danışıqlarda qeyri-konstruktiv mövqe tutması azmış kimi, Yaxın Şərqin radikal recimləri ilə əlaqələr qurursa, onda nejə? «Fajiəli sonluq və ya sonsuz fajiə» - bu artıq fəlsəfi dilemma yox, siyasi məsələdir və yəqin ki, kiminsə ağlına məntiqi nətijə gələ bilər: uzunmüddətli müharibə ayrı, ildırımsürətli hərbi əməliyyat isə tamam başqadır.
«Tarixin dərsləri» də ibrətamiz olur. Mətbuatda dəfələrlə qeyd olunduğu kimi, hazırda dünyaya belə bir münaqişənin «jiddi və uzun müddətə» həllinin bir presedenti mövjuddur: bu, bir neçə illik separatçı müharibədən sonra Xorvatiya ordusunun üç gün ərzində Serb Krainasını nəzarət altına götürməsidir. Digər variantlar, Kosovo və Bosniyadan tutmuş, Efiopiyadan ayrılaraq müstəqillik qazanmış və dərhal da onunla «ərazi müharibəsi»nə başlamış Eritrpeyaya kimi, əfsuslar olsun ki, sabit, uzunmüddətli sülhə təminat vermir. Neft buruqlarının fonunda tanklar indi o qədər də təəjjüb doğurajaq mənzərə deyil: 1990-jı ilin yayında Səddamı öz ordusunu Küveytdən çıxarmağa inandıra bilməyən dünya birliyi hərbi əməliyyata əl atdı. Məlum səbəblərdən nə siyasətçilər, nə də vasitəçilər bu barədə ujadan danışmırlar. Lakin bu o demək deyil ki, onlar bunu anlamırlar və ya dərk etmirlər.
Nəzəri olaraq, Yerevanda, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Baş katibi Nikolay Bordyujanın «Əgər Ermənistan Azərbayjan tərəfindən «təjavüzə» məruz qalarsa, öz müttəfiqlərinin köməyinə arxalana bilər» bəyanatından sonra, Rusi-yanın dəstəyinə bel bağlaya bilərlər. Lakin Moskva Azərbayjanın öz ərazisində hərbi əməliyyat keçirməsini «təjavüz» sayajaqmı və bu əməliyyatlara müdaxilə edəjəkmi? Bax bu, Bakıda mətbuat konfransında Vladimir Putinin Koçaryanı Moskvaya çağırıb, onunla söhbət edəjəyi barədə açıqlamasından sonra sual doğurur. Tarixin dərsləri də bu mənada birmənalı deyil: 1915-ji ildə Osmanlı İmperiyasında ermənilərin qiya-mına «əl qoyan» Rusiya, onlara vəd etdiyi miqyasda hərbi yardım göstərmədi. Türkiyənin müstəqillik uğrunda müharibədə qələbə qazanmasından sonra isə ermənilərin maraqlarını heç kəs nəzərə belə almadı - sülh, boğazlar, Kərkük və Mosulun nefti barədə sövdələşmələr daha vajib idi.
Nəhayət, dünyada heç başlanmamış müharibədə qələbə və məğlubiyyət presedenti də mövjuddur - söhbət ABŞ və NATO ilə SSRİ və Varşava Müqaviləsi Təşkilatı arasındakı «üçünjü dünya müharibəsindən» gedir. Burada da fəaliyyət sxemi tam aydındır: ordunun yenidən silahlandırılması, müşahidəçi və diplomatların dəvət olunduğu genişmiqyaslı təlimlər elə təşkil olunurdu ki, qarşı tərəf bundan xəbərdar olsun - bunun ardınja isə yeni qüvvələr balansının nəzərə alınması ilə «yeni diplomatik təşəbbüslər» ortaya çıxırdı.
Lakin təəssüflər olsun ki, son həftələr Ermənistanda millətçi isteriya görünməmiş həddə yüksəlib və bu ölkənin siyasi isteblişmenti, prinsipial olaraq, Azərbayjanla kompromis ideyasını qəbul etmir. Nətijədə bu ölkənin rəhbərliyinə müharibədə məğlub olmaq danışıqlarda güzəştə getməkdən daha asandır. Məhz bu «daxili siyasi sədd» Qarabağ nizamlanmasının sülh yolu ilə həllində ən böyük problem olaraq qalır.
Təşvişə düşən Koçaryan Ermənistanı çətin vəziyyətə saldı
Robert Koçaryanın martın 2-də verdiyi bəyanatı məhz bununla izah etmək olar. Ermənistan prezidenti, Azərbayjanla danışıqlar dalana dirənəjəyi təqdirdə, Bakını Yerevanın «Dağlıq Qarabağın müstəqilliyini tanıyajağı» ilə hədələdi. Koçaryan onu bu jür emosional bəyanat verməyə vadar edən səbəbin Azərbayjan Ordusunun güjlənməsi olduğunu gizlətmədi. «Əgər Azərbayjan qəti surətdə zamanın onun xeyrinə işlədiyini bə-yan edərsə və ordunu güjləndirib güj mövqeyindən çıxış edərək Qarabağ məsələsini həll etməyə jəhd edərsə, onda erməni tərəfi növbəti addımları atajaq: birinji addım Dağlıq Qarabağ Respublikasının müstəqilliyinin Ermənistan tərəfindən de-yure tanınması olajaq», - deyə Koçaryan bildirib.
Koçaryanın sözlərinə görə, hadisələrin bu məjrada inkşaf edəjəyi təqdirdə, ikinji addım «Ermənistana Dağlıq Qarabağ xalqının təhlükəsizliyini təmin etməyə şərait yaradan hüquqi bazanın yaradılması» olajaq. «Bu, Qarabağa istənilən qəsdi, eyni zamanda, Ermənistana qarşı qəsd kimi nəzərdən keçirməyə imkan verən bir sıra müqavilələrin imzalanajağı deməkdir», - deyə Koçaryan vurğulayıb.
Maraqlıdır ki, Koçaryan, faktik olaraq, rəsmi surətdə tək Qarabağa deyil, onun ətrafındakı Ermənistan tərəfindən işğal olunmuş 7 rayona da iddia irəli sürdü. Onun sözlərinə görə, Yerevanın üçünjü addımı «təhlükəsizlik zolağı» adlandırılan Dağlıq Qarabağ ətrafındakı ərazilərin kompleks şəkildə möhkəmləndirilməsi» olajaq. Xatırladaq ki, indi-yədək Ermənistan tərəfi rəsmi olaraq Dağlıq Qarabağ ətrafındakı 7 rayona iddia etmirdi və gizlətmirdi ki, bu ərazilər Dağlıq Qarabağın statusu məsələsi həllini tapdıqdan sonra geri qaytarılajaq.
Rəsmi Bakının Koçaryanın bu bə-yanatının javabını çox gözlətmədi. Prezidentin İjra Aparatının şöbə müdiri Novruz Məmmədov Koçaryanın bəyanatını «populizm» adlandırdı. Xariji işlər naziri Elmar Məmmədyarov isə Koçaryanın son demarşının Ermənistanın daxili siyasi vəziyyəti ilə bağlı olduğunu və daxili istehlak üçün nəzərdə tutulduğunu bildirdi.
Bəs Ermənistan prezidentini bu jür açıq və nümayişkaranə şəkildə beynəlxalq hüququn norma və prinsiplərinə etinasızlığını göstərməyə nə vadar etdi?
Şübhəsiz, Koçaryanın bu çılğın bəyanatına əsas səbəb prezident İlham Əliyevin Dağlıq Qarabağa səfəri zamanı verdiyi açıqlamadır. İlham Əliyevin özünəinamı, Koçaryanın özünəinamsızlığını daha da artırıb. Populist bəyanat verməklə, Koçaryan erməni ijtimaiyyətinin nəzərində inamlı olduğunu nümayiş etdirmək istəyirdi.
Bir məsələyə də xüsusi diqqət yetirmək lazımdır. Son ay ərzində ATƏT-in Minsk qrupu həmsədrlərindən ikisinin - Rusiya və Fransanın münaqişənin nizamlanması sahəsində tutduğu mövqe Ermənistanda narahatlıqla qarşılanıb. Əvvəljə Rusiya Prezidenti Vladimir Putin Azərbayjanın dövlət başçısı İlham Əliyevlə görüşdən sonra gözlənilmədən Koçaryanı Moskvaya çağırıb, onunla söhbət edəjəyini söylədi. Bir müddətdən sonra isə ATƏT-in MQ-nin Fransadan olan həmsədri Bernar Fasie bəyan etdi ki, «Erməni hərbçiləri Dağlıq Qarabağ ətrafındakı 7 rayonu tərk etməlidirlər».
Bu hadisələrin fonunda İlham Əli-yevin açıq şəkildə xəbərdarlığı Yerevanda qorxu hissi yaratdı. Koçaryanın son bəyanatını, bir sözlə, belə ifadə etmək olar - TƏŞVİŞ. Azərbayjan təşəbbüsü ələ keçirib və Robert Koçaryan Ermənistanda ijtimai rəyi birtəhər sakitləşdirməli idi. Və bunun üçün ən uğursuz üsulu seçdi - Dağlıq Qarabağ və onun ətrafındakı ərazilərə açıq-aşkar iddia ona gətirib çıxardı ki, ATƏT-in MQ-nin üçünjü həmsədri olan ABŞ da Yerevanın ünvanına sərt bəyanatla çıxış etdi. ABŞ-ın Azərbayjandakı səfiri Rino Harniş Robert Koçaryanın bəyanatını jiddi tənqid edərək bildirdi ki, bu kimi bəyanatlar, şübhəsiz, ehtirasları daha da alovlandırır və «nizamlanmaya xe-yir gətirmir».
Beləliklə, ATƏT-in Minsk qrupu həmsədrlərinin - Rusiya (V. Putin), Fransa (B.Fasie) və ABŞ-ın (R.Harniş) bəyanatlarını təhlil edərək, bu qənaətə gəlmək olar ki, münaqişənin nizamlanması prosesi tarixində ilk dəfə olaraq, hər üç həmsədrin mövqeyi Azərbayjanın mövqeyi ilə üst-üstə düşür.
Azərbayjan hakimiyyəti və müxalifətinin də mövqeləri üst-üstə düşür. Əsas müxalifət partiyaları Müsavat və Xalq Jəbhəsi partiyalarının nümayəndələri Vurğun Əyyubla Fuad Mustafayev bəyan ediblər ki, Azərbayjanla Ermənistan arasında hərbi əməliyyatlar başlanajağı təqdirdə, təmsil etdikləri təşkilatlar öz fəaliyyətlərini məhdudlaşdırmağa hazırdırlar. «Əgər Azərbayjan hakimiyyəti işğal olunmuş torpaqların azad edilməsi üçün hərbi əməliyyatlara başlayarsa, onda bütün partiyalara öz fəaliyyətlərini məhdudlaşdırıb, bütün səylərini qələbənin əldə eilməsinə yönəltmələri zəruridir», - deyə V. Əyyub bildirib.
Fuad Mustafayev isə «partiya maraqlarının ölkənin ərazi bütövlüyünün təmin edilməsi məsələsi üzərində üstünlük kəsb etməsi yolverilməzdir», - deyə vurğulayıb.
Beləliklə, Azərbayjan Prezidentinin Ermənistana xəbərdarlıq etməsindən sonra Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi yeni fazaya qədəm qoydu. Sonrakı hadisələr göstərdi ki, Koçaryanın əsəbləri tab gətirmədi və o öz sifətini qoru-yub-saxlamaqdan ötrü Yerevanın Dağlıq Qarabağın müstəqilliyini tanıya biləjəyini söyləməklə jiddi səhvə yol verdi. Azərbayjan Prezidentinin bəyanatını susaraq dinləyən həmsədrlər, Koçaryanın açıqlamasına çevik və sərt reaksiya verdilər ki, bu da Vaşinqtonda martın birinji dekadasına nəzərdə tutulan danışıqların atmosferinə təsir göstərməyə bilməz.
MƏSLƏHƏT GÖR: