24 Noyabr 2024

Bazar, 16:11

BÖHRANDAN NƏTİCƏ ÇIXARMAQ

"Fitch Ratings" agentliyi Azərbaycan iqtisadiyyatının sabitliyi barədə qiymətləndirməni təsdiqləyib

Müəllif:

01.09.2015

Azərbaycana gələn çoxdan arzulanan sərinliyin gəlməsinə baxmayaraq, iqtisadiyyatçılar üçün "isti" günlər hələ davam edir. Neft qiymətinin aşağı düşməsi, Rusiya, Çin, Avropanın bir sıra ölkəsinin iqtisadiyyatında böhran tendensiyaları, ticarət tərəfdaşları olan ölkələrdə milli valyutaların devalvasiyası - son bir neçə həftə ərzində iqtisadi cəmiyyəti həyəcanlandıran əsas amillərdən bir neçəsidir. Dünya neft və valyuta birjalarında qeyri-müəyyənlik, xarici ekspertlərin ürəkaçan olmayan proqnozları cəmiyyəti manatın yeni devalvasiyasına kökləyib. Lakin rəsmi strukturlar hər hansı bir şərhdən və ya proqnozdan hələlik çəkinirlər, analitiklərin vədləri bir çox halda nikbindir - onlar hesab edirlər ki, Azərbaycan iqtisadiyyatı xaricdən gələn bu mənfi dalğaya da dözə bilər.

Keçən şənbə günü "Fitch Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycanın xarici və milli valyutada uzunmüddətli emitent defolt reytinqini (EDR) "BBB-" səviyyəsində təsdiq edib, proqnozu "sabitdir". Xarici sabitsizlik fonunda bu gün bu qiymətləndirmə xüsusi ilə xarici sərmayələrin cəlb edilməsi nöqteyi-nəzərindən çox şeyə dəyər.

"Sabit reytinq dövlət borcunun aşağı səviyyəsini (ÜDM-in 14%) və cari əməliyyatların profisitinin ikirəqəmli göstəricisinin və 2006-cı ildən yüksək neft qiymətləri sayəsində yığılmış təmiz xarici aktivlərin böyük ehtiyatını (ÜMD-in 72%) əks etdirir. Reytinqin təsdiqi sərmayə xərcləri və vergi gəlirlərinin korrektləşməsi ilə bağlı gözləntiləri əks etdirir, bu isə həmin buferlərin təmin edilməsini təmin edəcək", - deyə agentliyin məlumatında deyilir. 

Bununla yanaşı, reytinqin tərtibatçıları təbii ki, neft amilini də unutmurlar, daha doğrusu, vurğulayırlar ki, ölkənin neft və qazdan asılılığı əsas reytinqin zəif tərəfidir.

Bununla belə, nüfuzlu agentliyin ekspertləri əmindirlər ki, vəziyyəti Azərbaycanın büdcə vəziyyətinin və idarəçilik keyfiyyətinin və şəffaflığın artırılmasına yönələn islahatlar ilə dəstəklənən ölkə iqtisadiyyatının sabit diversifikasiyası sayəsində düzəltmək mümkündür. "Fitch"in məlumatına görə, 2015-ci ildə qeyri-neft sektorunun real artımı 5% təşkil edəcək, ÜDM-in real artımı isə 2,3%-ə çatacaq. Artıq 2017-ci ildə ölkənin qeyri-neft sektorunun gəlirləri ÜDM-in 15% səviyyəsində proqnozlaşdırılır. Bütün bunu nəzərə alaraq, "Fitch" gözləyir ki, 2015-ci ildə Azərbaycanda istehlak qiymətləri illik göstəricidə 5,5% artacaq, bu da, prinsipcə, hökumətin proqnozları ilə uyğundur. 

Bundan başqa, neft gəlirlərinin payı nəzərəçarpacaq dərəcədə aşağı düşəcək - ÜDM-in 20%-ə qədər, bu da Azərbaycanın dövlət büdcəsinin defisitini ÜDM-in 4%-ə qədər (2,3 milyard manata) gətirib çıxaracaq.

Demək lazımdır ki, hökumət neft bazarlarında yaranmış vəziyyətdən nəticə çıxarıb və gələn ilin dövlət büdcəsi layihəsi neft qiymətini 50 dollardan nəzərə alınmaqla hazırlanır. Bu, 2016-cı ildə gəlir hissəsinin 100% yerinə yetirilməsinə çıxmaq, 2017-ci ildə isə "Fitch"in fikrincə, artıq 4% profisitə çatmaq mümkün olacaq. Təbii ki, bütün bunlar neftin aşağı qiyməti indiki çərçivələrdə dəyişəcəyi təqdirdə, mümkün olacaq.

Bu, həmçinin büdcə defisitləri ödənildiyi Azərbaycan Dövlət Neft Fondunun aktivlərini tam həcmdə qorumağa imkan verəcək.

Qeyd edildiyi kimi, "Fitch"in nəticələri kifayət qədər nikbindir, lakin unutmaq lazım deyil ki, analitiklər neft birjalarında indiki vəziyyəti nəzərə almaqla çıxış edirlər. Bununla əlaqədar, ortamüddətli perspektivlə bağlı hər hansı proqnozlar vermək kifayət qədər naşükürlük olardı. Deməli, birjalardakı vəziyyət manatın yeni devalvasiyası ilə bağlı addım atmağa vadar edəcəyi ilə bağlı suala birmənalı cavab bu gün yoxdur. 

Devalvasiyanın hətta mənfi nəticələrinə baxmayaraq, müəyyən iqtisadi vəziyyətdə təbii prosesdir, o, iqtisadiyyatın dollarlaşmasına, istehlak qiymətlərinin artmasına, bank sektorunda vəziyyətin pisləşməsinə gətirib çıxarır. 

Belə ki, "Fitch"in qiymətləndirmələrinə əsasən, manatın fevraldakı 34% zəifləməsi Azərbaycan banklarında xarici valyutada depozitlərin payı cari ilin yanvarınn sonunda 51%-lik göstərici ilə müqayisədə, aprel-may ayında 73%-nə çatıb. Agentlik hesab edir ki, bank sektorunun kiçik həcmi hökumətə ona lazım olan yardımı göstərməyə imkan verəcək.

Bununla yanaşı, analitiklərin fikrincə, bu gün Azərbaycan Mərkəzi Bankı milli valyutanın devalvasiyasının qarşısını almaq üçün bütün imkanlara sahibdir - indiki vəziyyət fevraldakı vəziyyətdən kökündən fərqlənir.

Fevralda baş verən devalvasiyadan əsas fərqi əhalinin əlində olan manat kütləsinin həcmi ilə bağlıdır. 2015-ci ilin fevralın 1-ə olan məlumata əsasən əhalinin əmanətlərin strukturu bu cür idi: manatda - 60%, xarici valyutada - 40%. Cari ilin iyulun 1-ə olan məlumata görə, vəziyyət kökündən dəyişib: əmanətlərin həcminin 72%-i xarici valyutada və yalnız 28%-i isə milli valyutadadır. Yəni devalvasiyadan onlar heç nə itirməyəcəklər, deməli, hökumət də onların ziyanlarının ödənilməsi üçün əlavə xərc çəkməli olmayacaq. 

Bundan əlavə, əhalinin müvafiq təbəqəsi kifayət qədər təlaşda deyil, çünki hətta fevral devalvasiyası zamanı banklarda əmanətlərə toxunulmayıb.

Manatın fevral devalvasiyasının zərurəti AR Dövlət Neft Fondundan transfertlər sayəsində dövlət büdcəsinin doldurulması məsələnin həll edilməsi ilə də bağlı idi. Ölkənin və ARDNF-in büdcəsi neftin barelinin 90 dollar proqnozu əsasında hesablanıb və devalvasiya sayəsində hökumət praktiki olaraq təyin olunmuş proqnoz qiyməti ilə dünyada indiki orta illik neft qiyməti arasındakı fərqə görə itkiləri ödəyib.

Eyni zamanda neft ixrac edən bir sıra ölkələrində nəzərəçarpacaq maliyyə problemləri fonunda Azərbaycan xarici ticarət əməliyyatları üzrə müsbət balansa sahib olmaqda davam edir. Belə ki, neft ixrac edən bir çox ölkələrdə dünya bazarlarında neftin satışından maliyyə gəlirlərinin kəskin azalmasına görə xarici ticarət fəaliyyətində mənfi saldo yarandı. Azərbaycanda isə 2015-ci ilin iyuluna əsasən, ölkə məhsullarının ixrac həcmi ölkəyə malların idxalını iki dəfə üstələyib.

Cari ilin yeddi ayının nəticələrinə əsasən, ölkənin xarici ticarətində müsbət saldosu 2,167 milyard dollar göstəricisinə çatıb.

Azərbaycan iqtisadiyyatının neft qiymətinin düşməsinə davamlılığı müxtəlif ekspert qiymətləndirmələrinə əsasən, neftin bir barelinə görə 40 dollar səviyyəsində müəyyənləşdirilib. Binaların isidilməsi mövsümünün bu yaxınlarda başlanacağını da nəzərə alaraq, Azərbaycan neftinin qiymətinin bir neçə ay ərzində qeyd olunan səviyyəyə düşəcəyini çətinliklə güman etmək olar. 

Bundan əlavə, hökumətin qeyri-neft sektorunun stimullaşdırılması üzrə həyata keçirdiyi addımları sürətləndirəcəyi aşkardır və bu mənada neft bazarlarında indiki vəziyyətin ölkə iqtisadiyyatının uzunmüddətli inkişafı nöqteyi-nəzərindən hətta münasib də saymaq olar.


MƏSLƏHƏT GÖR:

562