Müəllif: Ənvər MƏMMƏDOV Bakı
Qlobal böhranın növbəti dalğasının başlanması və enerji xammalının qiymətinin ikiqat düşməsi ilə, demək olar ki, bütün beynəlxalq maliyyə təşkilatları (BMT), reytinq agentlikləri, habelə ekspert cəmiyyətinin nümayəndələri inkişaf etməkdə olan ölkələrin, xüsusən də postsovet dövlətlərinin iqtisadiyyatlarını proqnozlaşdırmağa çalışırdılar. Bir sıra parametlər üzrə fərqlənərək, bu proqnozlar, ümumilikdə, xammal bazarına bağlı olan dövlətlərin nisbətən ağır inkişaf dövrü keçirəcəklərindən xəbər verirdi. "Lakin xarici ticarət dövriyyəsinin və xammal satışından gəlirlərin azalmasına baxmayaraq, ölkəmizin iqtisadiyyatı tempini azaltmadı və sabit inkişaf etdi", - deyə Prezident İlham Əliyev bu yaxınlarda keçirilən hökumətin iclası zamanı bildirib.
Bu ismarış cari ilin birinci yarısının nəticələrini açıq şəkildə təsdiq edir: hesabat dövründə ÜDM, təxminən, 6% artıb. Bununla belə, qeyri-xammal sektorunun artım templəri 9%-dən çox, kənd təsərrüfatı 7,3% təmin edib; qeyri-neft sənayesi isə ümumiyyətlə, 14%-lik artıma nail olub. Manatın fevralda devalvasiyasına baxmayaraq, respublikada, ümumilikdə, qiymət sabitliyini saxlamaq az əhəmiyyət kəsb etməyən məsələlərdəndir. Yarım il ərzində inflyasiya 3,5% təşkil edib və AR Mərkəzi Bankının fikrincə, 2015-ci ilin nəticələrinə görə, onun səviyyəsi birmənalı həddə qalacaq. Təəccüblü deyil ki, ÜDM-nin artım templərinin müsbət dinamikasını və baza makroiqtisadi göstəricilərin sabitliyini qoruyan Azərbaycan, haqlı olaraq, postsovet məkanının böhrana daha davamlı dövləti statusunu qazanıb.
Əsasən, Azərbaycanı 2015-ci ildə MDB ölkələri sırasında daha rəqabətqabiliyyətli iqtisadiyyata malik ölkə qismində qeyd edən Dünya İqtisadi Forumunun (WEF) ekspertləri bu fikirdədirlər. Ölkənin iqtisadi nailiyyətlərinin təkamülü WEF-in hər il yenilənən hesabatlarında açıq şəkildə qeyd edilir. Davos forumunun məlumatlarına əsasən, təxminən, dörd il əvvəl Azərbaycan dünyada rəqabətqabiliyyətliliyinə görə, 57-ci yeri tuturdu və keçmiş SSRİ ölkələri arasında ancaq Baltikyanı respublikalardan geri qalaraq üçüncü olmuşdu. Son bir neçə ildə nəzərəçarpacaq inkişafa nail olmuş Azərbaycan, 2014-cü il üzrə iqtisadi cəlbedicilik göstəricisinə görə, WEF-in tədqiqatlarına daxil olan dünyanın 144 ölkəsi arasında 38-ci yerdə qərarlaşmışdı.
Hərçənd, cari ilin əvvəlindən qlobal böhran gücləndiyinə görə, ölkə iqtisadiyyatının ümumi sabitliyinə təsir göstərən, xarici amillərin bütün artan təzyiqini hiss etməyə başladı. Bu neqativ WEF-in ekspertlərinin bu və ya digər milli iqtisadiyyatın səmərəliliyini xarakterizə edən bir sıra parametrlərinə də qaçılmaz təsir göstərir. Belə ki, Dünya İqtisadi Forumunun - "The Global Competitiveness Report 2015-2016"-da Azərbaycan, iqtisadiyyatının rəqabətqabiliyyətliliyinin ümumi göstəricilərinə görə, 140 dövlət arasında 4,5 balla 40-cı yeri tutub. Lakin iki pillə yerini dəyişməsinə baxmayaraq, Azərbaycan MDB regionunda daha rəqabətqabiliyyətli ölkə hesab edilir. Müqayisə üçün - Qazaxıstan 4,49 balla 42-ci yerdə, 4,44 bal toplamış Rusiya 45-ci yerdə qərarlaşıb. Hissedilən daha pis vəziyyət Azərbaycanın yaxın qonşularında qeydə alınıb: Türkiyə 55-ci, Gürüctan 66-cı, daimi autsayder Ermənistan isə reytinq cədvəlinin ancaq 81-ci sırasına qədər çata bilib. Daha pis nəticələr Qırğızıstanda (102-ci yer) qeydə alınıb.
"Faktorların ümumi sayına görə, Azərbaycan reytinq cədvəlində daha yaxşı yerə sahibdir. Çünki onun iqtisadiyyatı digər postsovet ölkələri ilə müqayisədə qlobal böhranın şiddətlənməsindən yaranan neqativ nəticələri daha yaxşı ötürüb. Ölkə sabit makroiqtisadi göstəricilər - aşağı inflyasiya və dövlət vəsaitlərinin əlverişli vəziyyətinə görə, streslərə qarşı dayanıqlılığın yüksək səviyyəsini nümayiş etdirir", - WEF-in hesabatında belə qeyd olunub.
Dünya İqtisadi Forumunun reytinqləri kütləvi statistik məlumatlar və şirkət rəhbərləri tərəfindən edilən sorğuların nəticələrinin kombinasiyalarına əsaslanır. WEF-in ekspertləri ölkələrin rəqabətqabiliyyətliliyini 12 bölmədə qruplaşdırılmış 114 göstəriciyə əsasən qiymətləndirirlər. Bunlara iqtisadi-hüquqi mühit, infrastruktur, makroiqtisadi sabitlik, səhiyyə və ibtidai təhsil, ali təhsil və peşəkar hazırlıq, əmtəə bazarı və əmək bazarının məhsuldarlığı, maliyyə sektorunun inkişafı, texnologiyaların inkişafı, daxili bazarın həcmi, şirkətlərin rəqabətqabiliyyətliliyi və innovasiya potensialı daxildir. Hər seqmentdə ölkəyə orta bal verilir və burada qeyd etmək yerinə düşər ki, bəzi lokal göstəricilərə görə, ölkə beynəlxalq ekspertlərin daha yaxşı qiymətlərinə layiq görülə bilərdi.
Əsasən, Davos forumu ekspertlərinin fikrincə, iqtisadiyyatın yüksək rəqabətqabiliyyətlilik səviyyəsinin saxlanılmasına görə, Azərbaycan, ilk növbədə, makroiqtisadi mühitin yüksək sabitliyinə minnətdardır. Bu parametr üzrə 6,4 bal toplayaraq, Azərbaycan dünyada onuncu yeri tutub. Yerli əmək bazarının effektivliyi də son dərəcə yüksək qiymətləndirilir: bu göstəriciyə görə, ölkəyə 4,6 bal verilib və reytinq cərgəsində 13-cü yerdə yerləşdirilib.
Maraqlıdır ki, WEF ekspertlərinin bizim iqtisadiyyatımızın cəlbediciliyi və inkişaf perspektivinə görə müsbət fikirləri bir çox maddələr üzrə MMT və reytinq agentliklərinin bu yaxınlardakı qiymətləndirmələri ilə üst-üstə düşür; məsələn: Asiya İnkişaf Bankının (AİB) yenilənmiş hesabatında - "Asian Development Outlook 2015 Update"də qeyd edilir ki, gələn il Azərbaycan inflyasiyanı 5,5% həddində saxlaya biləcək. Eyni zamanda, AİB ekspertləri hesab edirlər ki, 2016-cı ildə ÜDM-nin artım tepmləri 2,8% təşkil edəcək. Maraqlıdır ki, Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyinin mütəxəssisləri gələn ilin iqtisadi artımını 1,8% həddində proqnozlaşdıraraq, bu məsələyə daha mühafizəkar yanaşırlar. Öz növbəsində, "Fitch Ratings" Beynəlxalq agentliyinin ekspertləri də iqtisadiyyatın qeyri-xammal sahəsinin sabit artımını və cari ilin nəticələrinə görə, inflyasiyanın nisbətən az olacağını proqnozlaşdırırlar. Agentlik ekspertlərinin fikrincə, dövlətin tənzimlənən tariflər üzərində sərt nəzarəti, habelə işgüzar mühitin sıxılması və fevraldakı devalvasiyanın nisbətən yumşaq xarakteri istehlak qiymətlərinin sabitliyini təmin edir.
"Fitch Ratings" hesab edir ki, ölkə makroiqtisadi sabitliyini dövlət borcunun aşağı səviyyədə olması (cari ildə ÜDM-nin 14%-i) və xalis xarici aktivlərin ehtiyatının çox olmasına borcludur.
Ekspertlər qeyd edirlər ki, Azərbaycan hökuməti mövcud olan maliyyə buferlərinin maksimal dərəcədə qorunmasını təmin etmək üçün, gələn il əsaslı büdcə xərclərinin düzəlişlərini həyata keçirmək və vergi daxilolmalarını optimallaşdırmaqda tam qətiyyətlidir. Belə ki, 2014-cü ilin sonunda Dövlət Neft Fondunun (ARDNF) aktivləri ÜDM-nin 49%-ni təşkil edirdi və agentliyin ekspertləri 2017-ci ilin sonuna qədər bu göstəricin 57%-ə yüksələcəyini gözləyirlər. "Fitch" "Brent" markalı neftin barelinin 2019-20-ci ilə kimi 70-80 dollara qalxacağını güman edir. Bu isə "Şahdəniz - 2" yatağından Avropaya qazın hasilatı və ixracı üçün kifayət qədər rentabelliyi təmin edəcək. "Fitch"in neftin qiymətlərinə dair baza proqnozları özünü doğruldarsa, 2015-ci ildə Azərbaycanın dövlət büdcəsinin ümumi kəsri ÜDM-nin 4%-ni (2,3 mlrd. manat) təşkil edəcək.
Bundan başqa, büdcə parametrləri 2016-cı ildə tarazlığa səbəb ola bilər, 2017-ci ilə isə ÜDM-nin 4% həcmində profisiti müşahidə ediləcək.
Digər reytinq agentliyinin - "Moody's Investor Service"in ekspertləri də Azərbaycanın böhran xəttini minimal risklərlə geri qoymaq qabiliyyətini müsbət qiymətləndirirlər.
"Moody's"də düşünürlər ki, Azərbaycan keçmiş postsovet ölkələri arasında neftin qiymətinin düşməsi ilə əlaqədar makroiqtisadi sabitliyini qorumaq və risklərdən xilas olmaq üçün daha çox imkanlara malikdir. Agentlik ekspertlərinin fikrincə, Azərbaycanda neftin qiyməti, hətta 50-55 dollar olduğu halda belə, ÜDM-nin müsbət artım dinamikası saxlanılacaq.
"Moody's"də hesab edirlər ki, böhranın mənfi təsirini azaltmaq fevralda keçirilən devalvasiya sayəsində mümkün olub. Bu da xəzinənin gəlirlərini artırmaq və dövlət büdcəsində kəsrin həddinin təkrəqəmli həddə saxlanılmasına imkan verib. Manatın zəifləmiş məzənnəsi nəinki aşağı neft qiymətlərinin dövlət vəsaitlərinə təzyiqini azaldıb, həmçinin Azərbaycanın qeyri-neft məhsulunu beynəlxalq səviyyədə daha rəqabətədavamlı edib. Və nəticə etibarilə, bu amil qeyri-neft istehsalının artımına yardım edəcək.
Gördüyümüz kimi, nüfuzlu reytinq təşkilatları Azərbaycan iqtisadiyyatı üzrə qısamüddətli proqnozlar məsələsində müəyyən mənada hökumətdən də nikbindirlər.
MƏSLƏHƏT GÖR: