Müəllif: Rəşad MƏMMƏDOV Bakı
Dünyada yaşanan iqtisadi böhran şərtlərində belə Azərbaycanda sabit sosial-iqtisadi inkişaf təmin edilir. Bu iqtisadi islahatların həyata keçirilməsini davam etdirməyə və yeni iş yerləri açmaq, əhalinin məşğulluğunu yüksəltməyə imkan verir. Lakin bununla belə, xüsusən Prezident İlham Əliyevin qeyd etdiyi kimi, 2015-ci ilin 9 ayı ərzində 67 min yeni daimi iş yerlərinin açılması fonunda, təxminən, 30 min iş yeri bağlanıb. Əlbəttə, müəyyən müddətdən sonra işlərini itirmiş şəxslər başqa iş yerləri tapacaqlar. Xoşbəxtlikdən, bu prosesdə müsbət saldo qalmaqda davam edir. Amma məhz bu cür məqamda iş axtaranlar üçün "təhlükəsizlik yastığı" mühüm əhəmiyyət kəsb edir.
Azərbaycanda ilk dəfə
Bu cür "yastığın" yaradılması təşəbbüsü ilə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov çıxış edib. O, işsizlikdən sığortanın ayrıca sisteminin yaradılmasının zəruriliyini ifadə edib. 2015-ci ilin birinci yarısının nəticələrinə dair Nazirlər Kabinetinin iclasında nazir sistemin ümumi ideyasını və konsepsiyasını İlham Əliyevə təqdim etdi. Budur, 3-4 aydan sonra, bu məsələnin bütün hüquqi aktlarını nizamlayan yeni qanun layihəsi hazırdır.
Söhbət Azərbaycanın sosial-iqtisadi həyatına tətbiq olunması planlaşdırılan, ümumiyyətlə, yeni anlayışdan gedir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verildiyi kimi, "İşsizlikdən məcburi sığorta haqqında" qanun layihəsi respublika ərazisində işsizlikdən məcburi sığortanın tətbiqi sahəsində hüquqi, iqtisadi və təşkilati münasibətlərin əsaslarını müəyyən edir. Sığortanın bu növü sosial müdafiə elementi kimi "işsizlik müavinətləri" anlayışından əsasən onunla fərqlənir ki, burada işlərini itirdikləri halda onların əmək fəaliyyətləri dövründə həyata keçirdikləri ödənişlərin hesabına formalaşmış sığorta ödəniləcək.
Daimi əməkhaqqını itirən işçinin bu gün əsas problemi nədir? Əlbəttə ki, ilk növbədə, mümkün qədər tez iş tapmaq, yaxşı maaşı olan, bilik və bacarıqlarına uyğun iş daha arzuediləndir. Həqiqətdə axtarışlar, ələlxüsus da, bazarda bu cür işlər çoxdursa, ləngiyə bilər. Məhz bu da ən çox qorxu yaradan amildir, belə ki, cari xərcləri təcili ödəmək tələb olunur. Bundan başqa, bizim dövrümüzdə istehlak kreditləri olduqca populyardır, banklar, çətin ki, vəziyyəti anlamağa çalışar və iş yerinin itirilməsi zəmnində ödəniş qaydasını yenidən nəzərdən keçirər. Siz ödəmə qabiliyyətinizi itirirsinizsə, cərimələrin "cəza" mexanizmi işə salınır.
Nəticə olaraq, azmaaşlı və münasib ixtisaslaşma olmayan işlə razılaşmalı olur. İş yerinin dəyişmə prosesi vəsait çatışmazlığı ilə yüklənmə və iş axtarmaq üçün kifayət qədər zamanın olmaması ilə bağlıdır. Lakin müəyyən müddət ərzində özünü və ailəsini saxlamaq üçün kifayət qədər, sığortalanmış şəkildə müəyyən "təhlükəsizlik yastığı" varsa, daha münasib iş tapmaq ehtimalı yüksəlir. Bəzən təcrübəli mühəndisin taksi sürücüsü kimi "yenidən ixtisaslaşması" və ya pedaqoqun körpəyə qulluq edərək dayə olması kimi çoxsaylı nümunələr mövcuddur.
Məhz bu cür hallar üçün işsizlik vəsaitləri, işdən qovulmuş işçiyə işəgötürən tərəfdən təzminat verilməsi, məşğulluq mərkəzlərində iş axtarılması, əmək yarmarkalarının keçirilməsi, peşə hazırlığı kurslarına göndərilmə və s. özündə birləşdirən kompleks tədbirlərin sistemi nəzərdə tutulub. Qeyd edək ki, bu ilin təkcə yanvar-sentyabr aylarında ƏƏSM yanında Dövlət Məşğulluq Xidməti 22,4 min nəfəri işlə təmin edib. 2776 vətəndaş peşə hazırlığı kursuna cəlb olunub, 3089 nəfər müvəqqəti xarakterli işlərlə təmin edilib. İlin əvvəlindən ölkənin müxtəlif regionlarında 54 əmək yarmarkası təşkil olunub, nəticədə, 4119 nəfər işsiz və işaxtaran vətəndaşa boş (vakant) iş yerlərinə göndərişlər verilib. Onlardan 3641 nəfəri münasib iş yerləri ilə təmin olunublar. Həmçinin bu tədbirlərdə 440 nəfər peşə hazırlığı kurslarına, 229 nəfər haqqı ödənilən ictimai işlərə cəlb edilib. Cari ilin 1 oktyabr vəziyyətinə dair işsizliyə görə müavinətin həcmi 255 manat təşkil edib və işsiz qismində rəsmi qeydiyyatdan keçənlərin, təxminən, 30 min nəfərindən, təqribən, iki mini bu ödənişi alıb. Bu ödənişləri, əlbəttə ki, böyük vəsait adlandırmaq olmaz və lazımlı gəlir mənbəyi tapmağa imkan verən həmin "təhlükəsizlik yastığı"nı, çətin ki, bütünlüklə təmin edə bilər. İşsizlikdən məcburi sığortahaqqı işsizlik müavinətlərini əvəz edəcəklər, yoxsa bir-birini tamamlayaraq mövcud olacağı hələ ki, bu gün də məlum deyil. Lakin ƏƏSMN-in təklifinin səmərəliliyi işsizlikdən sığortanın yeni iş yerinin məhsuldar axtarışları üçün nə dərəcədə real olmasından asılı olduğu məlumdur.
Təcrübə də var
Təcrübədə işsizlikdən sığorta özündə nələri ehtiva edir? Bu, (sığortahaqqına bağlı aylıq əməkhaqqından təsbit edilmiş məbləğ və ya faiz) əvvəlcədən müəyyən edilmiş dövr ərzində müəyyən məbləğin ödənilməsidir. Bir çox ölkələrdə sığortanın bu növü sığorta şirkətlərinin təklif etdikləri kommersiya məhsulundan ibarətdir. Bu zaman maddi və digər dövlət dəstəyinin bütün spektri ilə işdən qovulmuş şəxslərə sonuncu ilə müəyyən müddət gündəlik ruzi barədə narahat olmamağı və özünü daha münasib yeni işin axtarışlarına büsbütün həsr etməyə imkan verir. Bir qayda olaraq, sığortaedənlər üçün əmək müqaviləsi, bazarda işəgötürən təşkilatın fəaliyyət dövrü, müştərinin yaşı və s. məlumatlar vacibdir. İşlərini itirən şəxslərə haqların ödənilməsi onlara keçmiş işəgötürənləri tərəfindən təzminat təmin edildikdən sonra başlanır. Sığortahaqqını almaq üçün işdən çıxarılan işçi işsizlik statusunu məşğulluq xidmətindən aldığı sənədlə təsdiq etməlidir.
Çox vaxt gəlirin itirilməsinə görə sığorta borc alana kompleks kredit sığortası zamanı əlavə risk qismində və ya sərbəst məhsul və hətta kreditin verilməsi üçün icbari şərt hesab olunur. Lakin belə olan halda müştərinin gəliri deyil, müəyyən müddət ərzində ancaq kredit ödənişləri sığortalanırlar. Bu prosesdə xeyir qazanan isə bir qayda olaraq, bankdır.
İşsizlikdən icbari sığorta sisteminin tətbiqi üçün, adətən, xüsusi fond yaradılır. Burada Türkiyə modeli səciyyəvi hesab olunur. İşçilər, işəgötürənlər və dövlət İşsizlikdən Sığorta Fonduna məvacibin həcmindən başlayaraq vergi tutulmasına qədər uyğun olaraq 1,2 və 1% icbari haqq həyata keçirməlidirlər. İşsizlikdən Sığorta Fonduna hər ay ödənişlər həyata keçirilir. İşəgötürənlər bu haqları vergi gəlirlərindən tuta bilərlər. Digər tərəfdən işçilərin haqları onların gəlir vergisinin bazasından tutulur.
Risklər və vaxtlı-vaxtında
Bazarda yeni sığorta növünün yaranması imkanlarına gəldikdə yerli sığorta şirkətlərinin bir sıra nümayəndələrinin "R+"a bildirdiklərinə görə, kommersiya məhsulu qismində bu son dərəcə riskli müəssisədir. Belə ki, bu sığorta şirkətlərini aldatmağa meyilli olan müxtəlif dələduzların fəaliyyəti üçün geniş məkan açır. Bununla əlaqədar, çox az şirkət sığortanın bu növünü təklif edirlər. Bir qayda olaraq, özünü aldanmaqdan qorumaq üçün polis almağa dair sərt şərtlər irəli sürülməlidir.
ƏƏSMN-nin işsizlikdən icbari sığorta sistemi hazırlamaq niyyətinə gəldikdə isə yerli sığortaçılar müvafiq qanun layihəsinin hazırlıq mərhələsində olduğunu nəzərə alaraq, bu sistemin necə işləməsinə dair mülahizələrə hələlik başlamırlar. İstisna deyil ki, sığortahaqları ilə məşğul olacaq, habelə yığılan vəsaiti əhalinin sosial həssas qrupunun müdafiə sisteminin təkmilləşdirilməsinə və yeni iş yerlərinin açılmasına yönəldəcək ayrıca fond yaradılacaq.
Lakin bunlara rəğmən işsizlikdən məcburi sığorta sisteminin yaradılması aktual məsələdir. Hazırda bu cür təşəbbüslər bir çox ölkələrdə, o cümlədən postsovet məkanında da müzakirə edilir. Lakin qlobal iqtisadi böhranın nəticələri, kifayət etməyən makroiqtisadi sabitlik və işçi qüvvəsinə olan davamlı tələbatın olmaması bu sistemi bütünlüklə tətbiq etməyə imkan vermir. Azərbaycanda isə mütəxəssislərin fikrincə, sabit iqtisadi vəziyyət bu sistemin tez bir zamanda tətbiqi imkanlarına yol açır.
MƏSLƏHƏT GÖR: