Müəllif: Nurlanə QULİYEVA Bakı
Müxtəlif beynəlxalq iqtisadi reytinqlərin yaxşı nəticələri Azərbaycan üçün son illər, demək olar ki, norma olub. İqtisadiyyatın bir çox sektorlarında intensiv islahatlar əncəbi ekspertlər tərəfindən də ədalətli qiymət alır. Bu isə şübhəsiz, ölkənin investisiya imicinə əlverişli təsir edir.
Belə, ən mürəkkəb istiqamətlərdən biri - vergi üzrə qeydə alındıqda daha da önəm kəsb edir. Belə ki, Azərbaycan Dünya Bankı və "PwC" beynəlxalq audit şirkətinin hazırladığı "Paying Taxes 2016" adlı icmalında 189 ölkə arasında 34-cü yeri tutub. Ölkə ötənilki göstəricidən cəmi 1 pillə geriləyib. Bu göstərici MDB və Cənubi Qafqaz məkanında ikinci olub - daha yaxşı rejim ancaq Qazaxıstandadır.
Qeyd etmək lazımdır ki, mövcud olduğu dövr ərzində "Paying Taxes" - istər şirkətlərin, istərsə də hökumətlərin böyük maraq kəsb etməkdə davam etdiyi bu qəbildən olan yeganə hesabatdır. Çünki bu sənəd onlara öz vergi sistemlərini qonşu dövlətlər və oxşar iqtisadi qruplardakı vəziyyətlə müqayisə etmək imkanı verir.
"Bu ilin hesabatı göstərir ki, xüsusən inkişaf etməkdə olan ölkələrdə müasir vergi sisteminin işlənib hazırlanması və buraxılması üçün zəruri olan İT-infrastrukturunun əlçatarlığı nöqteyi-nəzərindən kəskin problemlər mövcuddur", - deyə "PwC"nin vergi şəffaflığı departamentinin baş meneceri Tomas Deyn bildirib. Beləliklə, "Paying Taxes" hesabatına əsasən, son il ərzində dünyada vergi sahəsində ən geniş yayılmış islahat bəyannamələrin və vergi ödənişlərinin elektron sisteminin tətbiqi olub. Məhz bu sistem vergi inzibatçılığının sadələşdirilməsində əvvəlki kimi mühüm rol oynayır. Bu, qeyd edilən tədqiqatın əhatə etdiyi 10 il ərzində dünyada vergi qanunvericiliyi normalarının riayət olunması üzrə orta zaman sərfiyyatının 61 saat azalmasına gətirib çıxarıb. Eyni zamanda ödənişlərin sayı da 8,2 vahid azalıb. Nəticədə, ortaölçülü şirkətlərin vergiləri ödəmə prosesi bütün dünyada daha da asanlaşıb.
Hesabatda deyildiyi kimi, Azərbaycan kimi elektron bəyannamə və vergi ödənişlərinin infrastrukturunun inkişafına sərmayə yatıran ölkələr hazırda bu sistemlərin tətbiqindən böyük gəlirlər əldə edirlər.
Hesabatın məlumatlarına görə, tədqiq edilən ölkələr üzrə ümumi vergi dərəcəsi, orta hesabla, kommersiya gəlirlərinin 40,8 faizini təşkil edib. Bu, ötənilki göstəricidən cəmi 0,1% aşağıdır. Belə ki, standart bir şirkət il ərzində 25,6 dəfə vergi ödənişi aparır. Vergi qanunvericiliyinin tələblərinə riayət etmək üçün isə 261 saat sərf edir. Azərbaycanda bir şirkət il ərzində 7 vergi ödənişi aparır. Öz vergi öhdəliklərini yerinə yetirməyə 195 saat sərf edir. Onun ümumi vergi dərəcəsi 39,8 faiz təşkil edir. Göründüyü kimi nəticələr dünyadakı orta göstəricilərdən xeyli yaxşıdır.
"PwC Azərbaycan"ın ölkə üzrə İdarəedici Partnyoru Mövlan Paşayev bildirib ki, Azərbaycanda vergi sistemi əhəmiyyətli dərəcədə təkmilləşdirilib: "Növbəti imkan Azərbaycanın özünün vergi sistemini əhəmiyyətli dərəcədə təkmilləşdirərək, kiçik və orta sahibkarlığın inkişafı üçün əlverişli vergi mühitinin, eləcə də xarici investisiyaların cəlb edilməsi üçün rəqabətə davamlı vergi rejiminin yaradılması istiqamətində islahatları davam etdirməkdir". Onun fikrincə, Azərbaycan yeni islahatlar hesabına "Paying Taxes"in növbəti icmalında mövqeyini yaxşılaşdıra bilər. "Hesab edirəm ki, üç əsas aspekt üzərində diqqəti cəmləmək lazımdır. Birincisi, bu eyni zamanda vergi ödəyiciləri üçün də rahat olacaq, vergilərin toplanması üçün daha optimalı yeni metodologiyaların tətbiqidir. Yekun nəticədə bu, vergi yığımlarının həcminin artmasına yardım edəcək. Digər məqam - vergi mübahisələrinin səmərəli işləyən mexanizmlərinin yaradılması, o cümlədən məhkəmə sisteminin gələcək təkmilləşdirilməsindən ibarətdir. Və nəhayət, gündəmdə ƏDV-nin hesablanma mexanizminin təkmilləşdirilməsi məsələsi durur. Mövcud qanunvericilikdə bu mexanizm bir qədər ziddiyyətlidir", - deyə M. Paşayev qeyd edib.
Bundan başqa, uzun illərdir artıq verilmiş vergilərin qaytarılması mexanizmində problemlər də mövcuddur. Bu gün onları digər vergi ödənişlərinin ödənilməsinə yönləndirmək olar, lakin onların nağd şəkildə qaytarılması üçün mexanizm mövcud deyil.
M. Paşayevin sözlərinə görə, daha bir az əhəmiyyət kəsb etməyən məqam bizneslə vergi orqanları arasında səmərəli dialoqun yaradılmasıdır. "Sözsüz, bu gün belə əməkdaşlıq mövcuddur, lakin dialoqun nizamlı xarakter daşıması üçün büdcəyə vergi daxilolmalarının artırılması baxımından daha səmərəli olardı", - deyə o, bildirib.
Vergilər və Vergi Məcəlləsinə dəyişikliklər üzrə nazirlikdə aparılan son struktur islahatlarına gəldikdə, onlar "Paying Taxes"in növbəti hesabatında nəzərə alınacaq. "Düşünürəm ki, bütün bu yenilikləri ancaq pozitiv adlandırmaq olar və ümid edirik ki, Azərbaycanın reytinqi ən azı pisləşməyəcək. Lakin hər şey qiymətləndirmə metodologiyasının necə dəyişməsindən asılıdır", - M. Paşayev hesab edir.
Ümumilikdə, ekspertlərin fikrincə, vergi və qanunvericilik sistemlərinin islahatlarına investisiya yatıran ölkələr öz ölkələrinin davamlı və uzunmüddətli inkişafı və kölgə iqtisadiyyatının payının azalması üçün platforma yaradır. Belə ki, Tomas Deyninin sözlərinə görə, vergi sistemi nə qədər sadə olarsa, ona riayət edənlər də bir o qədər çox olar. Bundan başqa, sahibkarlar qanun çərçivəsində fəaliyyətlərinin imtiyazlarını hiss etməlidirlər. M. Paşayev qeyd edib ki, Azərbaycan kölgə iqtisadiyyatının faizi vergi sistemində aparılan islahatlar sahəsində xeyli azalır. Bu özünü nağdsız hesablaşmaların tətbiqinin genişləndirilməsi sahəsində xüsusən büruzə verir.
Son illər Azərbaycan üçün aktual olan qeyri-neft sektorundan vergi daxilolmalarının genişləndirilməsinə gəlincə, bununla bağlı DB və "PWC" ölkəyə institusional islahatlar keçirilməsini tövsiyə edir. "Neftin qiymətinin aşağı olacağına dair proqnozlar Azərbaycan iqtisadiyyatının böyük çağırışlarla üzləşdiyini göstərir və qeyri-neft sektorundan vergi gəlirlərinin maksimallaşdırılmasının zəruriliyini vurğulayır. Bu növ gəlirlərin dəstəklənməsi üçün vacib institusional islahatlar zəruridir", - icmalda deyilir.
Bank və auditor şirkətinin hesablamalarına görə, islahatlar vergi tutma bazası, şəffaflığın artırılması və vergi inzibatçılığına etimadın yaradılmasına yönəldilməlidir. "Bu dəyişikliklər hökumətə gəlirlərin davamlı mənbəyini inkişaf etdirməyə kömək edə bilər. Bu hərəkətlər dövlət institutlarının, onların hesabatlılığının və korrupsiya ilə mübarizəsinin yaxşılaşdırılması üzrə hökumətin strategiyasının mərkəzi oxu olmalıdır", - deyə icmalda deyilir.
"Azərbaycanda neft sahəsinin vergi tutma mexanizmi son dərəcə səmərəli və sabitdir və bu öz bəhrəsini verir. Qeyri-neft sektoruna gəldikdə isə burada müvafiq üsullar işləyib hazırlamaq olar və Prezident İlham Əliyevin bu istiqamətdə tapşırıqları mövcud problemlərin tezliklə həllinə ümid yaradır", - M. Paşayev əlavə edib.
Bir sözlə, Azərbaycanda kifayət qədər çətin vergi tutma sistemi inkişaf edir və ən əsası bu inkişafdan təkcə beynəlxalq ekspertlər deyil, prinsipcə, fəaliyyətləri islahatların səmərəliliyinin əyani göstəricisi olan yerli sahibkarların da razı qalmalarıdır.
MƏSLƏHƏT GÖR: