24 Dekabr 2024

Çərşənbə axşamı, 18:00

BƏSTƏKARIN ƏBƏDİLİYİ

Arif MƏLİKOV: "Malik olduğum yaxşı hər şeyə görə xalqıma, torpağıma borcluyam"

Müəllif:

29.12.2015

Bər­pa edil­dik­dən so­nra, Böyük Te­atr ye­ni möv­sü­mü Yu­ri Qri­qorye­vi­çin ye­ni qu­ru­lu­şun­da Arif Mə­li­ko­vun "Mə­həb­bət əf­sa­nə­si" ba­le­ti ilə açıb. Ta­ma­şa yed­di də­fə nümay­iş olu­nub və açı­lı­şa Azər­baycan bə­s­tə­ka­rı­nın həy­a­tı və ya­ra­dıcı­lığı ba­rə­də ki­tab bu­ra­xı­lıb. Dey­i­lə­nə gö­rə, ta­ma­şaya bi­let­lər bir il əv­vəl sa­tıl­say­dı be­lə, ba­le­tə düşməyə ye­nə də im­kan ol­maz­dı. Dünya te­atrla­rı üzrə tri­um­fal ge­di­şə o, Ki­rov adı­na Le­nin­qrad Ope­ra və Ba­let Te­a­t­rı­nın səh­nə­sin­də 1964-cü il­də baş tu­tan premye­ra­dan dər­hal so­nra baş­layıb. 50 il­dən çox vaxt ke­çib, ta­ma­şa dünya­nın 65 te­a­t­rın­da qoy­u­lub, la­kin "Mə­həb­bət əf­sa­nə­si" hə­lə də pla­net­boyu ad­dım­la­mağa da­vam edir.

SSRİ və Azər­bayca­nın xalq ar­ti­s­ti, Azər­baycan Mil­li Elmlər Aka­de­miy­a­sı­nın hə­qi­qi üzvü, Hey­dər Əliy­ev və "İs­tiq­lal" or­den­lə­ri­nin ka­va­le­ri - bun­lar da­hi həm­və­tə­ni­miz, pro­fes­sor, bə­s­tə­kar Arif Mə­li­ko­vun müka­fat­la­rı­nın və ad­la­rı­nın heç də tam siy­a­hı­sı dey­il. O, 7 sim­fo­niy­a­nın, 3 ba­le­tin, 7 sim­fo­nik po­ema­nın, To­fiq Bay­ra­mo­vun söz­lə­ri əsa­sın­da "Və­tən" vo­kal-sim­fo­nik po­ema­sı­nın, Va­qif Sə­mə­doğlu­nun söz­lə­ri əsa­sın­da "Tor­pağın sə­si" kan­ta­ta­sı­nın, 13 süi­ta­nın, "Da­lğ­a­lar" ope­ret­ta­sı­nın, Na­zım Hik­mə­tin şe­ir­lə­ri­nə or­kestrlə səs üçün 2 vo­kal sil­si­lə­nin, ka­me­ra və in­stru­men­tal mu­si­qi­nin, ki­no­film və te­atr ta­ma­şa­la­rı­na mu­si­qi, mah­nı­la­rın müəl­li­fi­dir. Azər­baycan müəl­li­fi­nin əsər­lə­ri dünya­nın bir çox öl­kə­lə­rin­də ifa olu­nub: Ru­siya, ABŞ, İng­il­tə­rə, Fran­sa, Ya­po­niya, Bra­zi­liya, Av­striya, Nor­veç, Fin­lan­diya, İta­liya, Mi­sir, Ta­i­land və s.; hə­m­çi­nin qon­şu öl­kə­lər­də. "R+"a müsa­hi­bə­sin­də Arif MƏLİKOV həy­a­tı, ya­ra­dıcı­lığı və iş plan­la­rı ba­rə­də da­nı­şıb.

- Ma­e­s­t­ro, han­sı bə­s­tə­kar­lar si­zin ya­ra­dıcı­lığı­nı­za və ya­ra­dıcı­lıq im­za­nı­za tə­sir gö­s­tə­rib?

- Mən Ba­kı şə­hə­rin­də doğul­mu­şam, hər­çənd mu­si­qi­çi ai­lə­sin­də yox. La­kin ai­lə­miz­də hər şey incə­sə­nət­lə nə­fəs alır­dı. Anam ədə­biyyat­çı idi və ka­man­ça­da mə­ha­rət­lə ifaə edir­di. Mu­si­qi­çi ol­maq üçün mən Asəf Zey­nal­lı adı­na Ba­kı Mu­si­qi Mək­tə­bin­də tar­da çal­mağı öy­rən­dim. So­nra­dan isə 1 il Azər­bayca­nın ən mu­si­qi­li şə­hər­lə­rin­dən bi­ri - Şu­şa­da iş­lə­dim. Ar­tıq o za­man ilk bə­s­tə­lə­rim ya­ra­nır­dı. Ba­kıya qayı­dan­da təh­si­li­mi kon­ser­va­to­riy­a­da - Qa­ra Qa­ray­e­vin ya­nın­da bə­s­tə­kar­lıq sin­fin­də da­vam et­dir­dim. Kim tə­sir gö­s­tə­rib? İlk növ­bə­də, dünya klas­si­ka­sı və əl­bət­tə ki, Şo­s­ta­ko­viç, Pro­kofyev, Stra­vin­ski, Qa­ra Qa­ray­ev. Tə­bi­ətcə özüm sim­fo­ni­s­­təm və bu­na gö­rə də dip­lom işim Bi­rinci sim­fo­niya olub. So­nra isə be­lə de­sək, ba­ba­ma - müa­sir dövrün ən da­hi bə­s­tə­ka­rı Dmi­t­ri Şo­s­ta­ko­vi­çə həsr et­diy­im On bi­rinci sim­fo­niya olub. Şər­q­də dey­ir­lər axı: "Müəl­lim ikinci ata­dır", ma­e­s­t­ro isə müəl­li­mim Qa­ra Qa­ray­e­vin müəl­li­mi olub. Odur ki, mən qa­nu­ni nə­vəy­əm. Ömrümboyu çox­lu re­sen­ziya və müla­hi­zə­lə­ri­min ol­ma­sı­na bax­may­a­raq, hə­min bi­rinci böyük si­lin­məz iz bu­ra­xıb. "Tə­b­rik edi­rəm, it­haf olun­ma­sı­na se­vi­ni­rəm və qürur duy­u­ram...", - Şo­s­ta­ko­viç ya­zıb.

Üçüncü sim­fo­niy­a­mı Yu­qos­la­viya Ka­me­ra Or­ke­s­t­ri­nin xa­hi­şi ilə on­lar üçün yaz­mı­şam.

- Ya­ra­dıcı­lıq pro­se­si ne­çə ke­çir? Ra­hat, yox­sa ağır? Əsər­dən-əsə­rə im­za və tər­zi­niz dəy­i­şi­lir­mi?

- Fər­q­li olur... Bə­zən ra­hat və asan ya­zı­lır. Bə­zən olur ki, ya­ra­dıcı­lıq əza­bı çə­kir­sən və pro­ses uza­nır. Bə­zən kon­sep­siya, qu­ru­luş və ya­ra­dıcı­lıq fi­k­ri ba­rə­də fi­kir­lə­şir­sən; məz­mu­nun, müəyyən ob­raz­la­rın ya­ra­dıl­ma­sı­na kök­lə­nir­sən. Bir Al­lah bi­lir ki, bu gün nə qə­dər is­ti­qa­mət­lər, tə­bi­ət­də ye­ni­lik­lər, açıq bə­s­tə­kar­lar var. On­lar­la ancaq iş­lə­məyi bacar­maq la­zım­dır.

- Mu­si­qi­ni necə bə­s­tə­ləy­ir­si­niz - mu­si­qi alə­ti ilə, ya­xud on­suz?

- Bra­zi­liy­aya 21 sa­at və ya Ya­po­niy­aya 12 sa­at­lıq uçu­ram­sa və yol­da fi­kir­lər ya­ra­nır­sa, onun es­ki­zi­ni cı­zı­ram. Və so­nra üzə­rin­də iş­ləy­ib ta­mam­la­na­na qə­dər sax­layı­ram - qiy­mət­li vax­tı əl­dən ver­mək ol­maz. Bir də­fə ol­muş­du ki, mu­si­qi alə­tin­dən ay­rıl­ma­dım və bir ay ər­zin­də müəl­li­mim Qa­ra Qa­ray­e­vin por­t­re­ti ası­lan və hər şeyə onun au­ra­sı ho­pan bə­s­tə­kar­lıq sin­fin­dən çıx­ma­dan, for­te­pi­a­no üçün kon­sert bə­s­tə­lə­dim. Yal­nız Cey­hun ad­lı kö­mək­çim kon­ser­va­to­riy­aya səsya­zı­sı üçün kompüter gə­tir­di. Si­nif­də stul­la­rın üstündə ya­tır­dım. Or­kestr ilə for­te­pi­a­no üçün bu kon­ser­ti Al­ma­niy­a­dan gə­lən Ədi­lə Əliy­e­va və as­si­s­ten­tim, gü­zəl pi­a­no­zu Cey­hun Al­lah­ver­diy­ev ifa et­di­lər.

- Əsər­lə­ri­niz­dən han­sı­nı da­ha çox bəy­ə­nir­si­niz?

- Ma­dam ki, incə­sə­nət hər za­man da­vam edir, ca­vab ver­mək zə­tin­dir. La­kin "Mə­həb­bət əf­sa­nə­si" və Sək­ki­zinci sim­fo­niya hə­lə­lik bi­rinci­liyi əl­dən ver­mir...

- Dey­i­lə­nə gö­rə, Yed­dinci sim­fo­niy­a­nın ya­ran­ma ta­ri­xi ma­raq­lı olub...

- Türkiy­ə­li hə­kim, pla­ne­tin zə­ng­in ada­mı, ma­a­rif­çi və xey­riyyə­çi, Türkiy­ə­də iki uni­ver­si­tet şə­hərciyi sa­lan İh­san Doğra­macı mə­nə sim­fo­niya yaz­mağı tək­lif et­di və boş əra­zi­də 120 si­nif­dən iba­rət nə­hə­ng kon­sert za­lı in­şa et­məyə söz ver­di. Bir il­dən so­nra Yed­dinci sim­fo­niya ha­zır ol­du və dəy­ə­ri 6,5 mln. dol­lar­dan çox möh­tə­şəm kon­sert za­lı da həmçi­nin. Nə­hə­ng ye­ni zal­da İh­san Doğra­macıya həsr et­diy­im bu əsə­rin premye­ra­sı baş tut­du.

- "Əbə­diyyət" ad­lı qey­ri-adi Sək­­ki­zinci sim­fo­niy­a­nın ya­zıl­ma he­kay­ə­si də ma­raq­lı­dır...

- 1994-cü il­də Hey­dər Əliy­ev mə­ni nümay­ən­də hey­ə­ti­nin tər­ki­bin­də Sə­u­diyyə Ərə­bi­s­ta­nı­na sə­fər et­məyə də­vət et­di. Kə­bə­ni gör­mək, Mə­həm­məd Peyğəm­bə­rin (s.ə.s) mə­za­rı­nı ziy­a­rət et­mək, müqəd­dəs qa­ra da­şı öp­mək, Həcc ziy­a­rə­ti­nin bütün ay­in­lə­ri­ni ye­ri­nə ye­tir­mək, müqəd­dəs Mək­kə ilə Mə­di­nə­ni gör­mək hər bir müsəl­ma­nın arzusudur. Orada möcuzə­lər baş ve­rir­di - Peyğəm­bə­ri­mi­zin mə­za­rı­nı ziy­a­rət edən­dən və 1 milyon zəv­var, ey­ni za­man­da, ye­ni mə­bəd­də dizüstündə dua et­dik­dən so­nra, ala­to­ran­lı­q­da bir­dən mə­bə­din da­mı açıl­dı və son­suz ul­duz­lu sə­ma­nı gördük. Mə­bə­din di­g­ər his­sə­sin­də, san­ki tor­pağın al­tın­dan nə­hə­ng bir çi­çək pey­da ol­du və milyon­lar­la say­­rı­şan ul­duz­la­rın görüntüsünü aça­raq, onun lə­çək­lə­ri ye­rə sal­lan­mağa baş­lan­dı. Möh­tə­şəm! Və in­san əbə­di­liy­in necə bir zər­rə­si ol­duğu­nu an­layır. Və bu vaxt Hey­dər Əliy­ev mə­nə mü­raci­ət et­di: "İs­təy­ir­dim ki, böyük sim­fo­nik əsər yaz­maq üçün bu­nu gö­rə­sən və il­ham ala­san". Bu isə Sə­u­diyyə Ərə­bi­s­ta­nın­da, İs­lam dünya­sı­nın mər­kə­zin­də dey­i­lib. Hey­dər Əliy­e­vin da­hi­liyi on­da­dır ki, onu, gə­ləcəyə ba­xan bir in­san ki­mi, əbə­diyyat hə­mi­şə na­ra­hat edir­di.

Bu­nu də mən bə­s­tə­lə­rim­də can­lan­dır­mağa ça­lı­şır­dım. Sə­u­diyyə Ərə­bi­s­ta­nın­dan qayı­dan za­man, kon­sep­siy­a­nı fi­kir­ləş­məyə və bu iş üçün ma­te­ri­al top­la­mağa baş­la­dım. Bu­na bir neçə il get­di. İlk də­fə sim­fo­niy­a­nın Hey­dər Əliy­e­və həsr edil­mə­si ba­rə­də so­nra­dan onun adı­nı da­şıy­an "Re­s­pub­li­ka" Sa­rayın­da Mstis­lav Ro­s­t­ro­po­vi­çin yu­bi­ley gecə­sin­də de­dim. Sim­fo­niy­a­nın ifa­sı­nı li­de­rin 80-ci il­dönümünə həsr et­mək is­tə­dim. La­kin onun və­fa­tı bu ha­di­sə­ni 1 il tə­xi­rə sal­dı və sim­fo­niya yal­nız onun doğum günündə, 2004-cü il mayın 10-da səs­lən­di. Am­ma o bi­zim ara­mız­da yox idi, 81 yaş ta­mam olaca­q­dı...

Premye­ra­da Pre­zi­dent İl­ham Əliy­ev, xa­nı­mı Meh­ri­ban Əliy­e­va iş­ti­rak edir­di­lər. Sim­fo­niy­a­nın bi­rinci his­sə­sin­də mu­si­qiyə Na­zım Hik­mə­tin fəl­sə­fi şe­ir­lə­ri əla­və olu­nub. İkinci his­sə üçün bir or­kestr bəs et­mə­di. Səsya­zı­sın­da ifa edən or­ke­s­t­rin üzə­ri­nə da­ha iki­si qoy­u­lur və mu­si­qi­nin ifa­də­li­liyi üçün bütün müa­sir üsul­lar­dan is­ti­fa­də olu­nur. Mu­si­qi bir­dən kə­si­lən­də səs­siz­lik­dən şa­ir Al­mas İl­dı­rı­mın "Azər­baycan" şe­i­ri əsa­sın­da ya­zıl­mış di­g­ər mu­si­qi səs­lə­nir. Son­da roy­al səs­lə­nir - bu, əbə­di­liyə ge­diş­dir. Sim­fo­niya ta­mam­la­nan­dan so­nra, sükut səs­lən­mə­li­dir. O za­man din­ləy­ici­lər əbə­di­lik ba­rə­də fi­kir­lə­şir­lər və bu da mu­qi­si­nin bir his­sə­si­dir.

- Siz Azər­baycan bə­s­tə­kar­lıq mək­tə­bi­nin me­t­ri ki­mi, bu gün bi­zim pe­şə­kar mu­si­qi­ni han­sı sə­viyyə­də qiy­mət­lən­di­rir­si­niz?

- Qa­ra Qa­ray­ev, Niy­a­zi, Fi­k­rət Əmi­rov, Cöv­dət Hacıy­ev, Sol­tan Hacı­bəy­ov ki­mi bir çox əvə­ze­dil­məz in­san­la­rın bu dünya­dan köçdüklə­ri­nə bax­may­a­raq, bu gün mu­si­qi­mi­zə gö­rə na­ra­hat ol­maq la­zım dey­il. On­la­rın ye­ri­nə ha­zır­da həm Azər­baycan Kon­ser­va­to­riy­a­sın­da, həm də Türkiy­ə­nin, Hol­lan­diy­a­nın, İta­liy­a­nın və di­g­ər öl­kə­lə­rin as­pi­ran­tu­ra­sın­da təh­sil alan baca­rıq­lı gənclər gə­lib­lər.

- Ya­nı­nı­za din­lə­mək üçün uşaq­la­rı gə­ti­rir­di­lər?

- Hət­ta mə­zə­li ha­di­sə­lər də olub; mə­sə­lən, ikiy­aş­lı oğla­nın ata­sı on­dan böyük bə­s­tə­kar çı­xacağı­nı dey­ir­di. İki kla­vi­şə ba­s­mağı baca­ran dördyaş­lı qı­zın va­li­dey­ni isə onun kon­sert ve­rəcək pi­a­no­çu gə­ləcəy­i­ni si­fa­riş edir­di.

- Arif müəl­lim, dər­slər za­ma­nı, ilk növ­bə­də, nəyə fi­kir ve­rir­si­niz?

- Ça­tış­maz­lıq­la­rı kə­nar­laş­dı­rı­ram, on­­la­rın gə­ləcək in­ki­şa­fı üçün üstün­lük­lə­ri­ni se­çi­rəm.

- Ba­şı­nız­da da­im mu­si­qi səs­lə­nir­sə, onu söndürmək is­təyi olur­mu və bu, alı­nır­mı?

- Çox da yax­şı alı­nır, çünki bey­in da­im ət­ra­fın­da baş ve­rən ha­di­sə­lə­rə ca­vab ve­rir.

- Bu gün tə­lə­bə­lə­ri­niz­dən kim fə­al ya­ra­dıcı­lıq­la mə­şğ­ul­dur? Si­zin ya­ra­dıcı­lıq tə­mayülünüzü bölüşdürən xə­lə­f­lə­ri­niz var­mı?

- Bu, mə­nim as­si­s­ten­tim Cey­hun Ab­dul­lay­ev­dir. Onun for­te­pi­a­no üçün iki kon­ser­ti, for­te­pi­a­no üçün so­na­ta­sı və or­kestr mu­si­qi­si var. O, gö­zəl pi­a­no­çu­dur və ar­tıq bə­s­tə­kar­lıq sin­fi üzrə tə­lə­bə­lə­ri var. Əli Qəm­bər­li isə ABŞ-da bə­s­tə­kar­lar müsa­bi­qi­sin­də or­kestr əsə­ri­ni tə­q­dim edib və müka­fat qa­za­nıb. Bir də İta­liy­a­dan mə­nim ke­ç­miş tə­lə­bəm Kə­ma­lə Əli­za­də gə­lib. Onun fi­lar­mo­niy­a­da müəl­lif kon­ser­tin­də ye­ni sim­fo­nik əsər­lə­ri səs­lən­di­ri­lib.

- Gənc mu­si­qi­çi­lə­rə nə məs­lə­hət gö­rər­di­niz?

- Da­ha çox ça­lış­mağı, mükəm­məl­liyə na­il ol­mağa can at­mağı, əsə­ri­ni ye­ni­dən düzəl­tməyə tən­bəl­lik et­mə­məyi. Mil­li mu­si­qi­nin, ilk növ­bə­də, muğa­mın kök­lə­ri­ni və ənə­nə­lə­ri­ni də­rin­dən öy­rən­məyi. Bu da əla nə­ticə­lər ve­rəcək. Da­ha çox iş­lə­məyi və da­ha az yat­mağı. Gecə bey­in da­ha in­ten­siv iş­ləy­ir. Gə­rg­in iş za­ma­nı mən sut­ka­da dörd sa­at­dan çox yat­mı­ram. Əg­ər Ta­n­rı sə­nə is­te­dad ve­rib­sə, sən mə­su­liyyət­li­sən və ta­ley­i­ni doğrul­tma­lı­san.

- Ki­ne­ma­to­qra­f­lığa necə gəl­di­niz və filmdə mu­si­qiyə han­sı ro­lu ayı­rır­sı­nız? Onu ikinci­də­rəcə­li he­sab edir­si­niz­mi?

- Mə­nə ki­no­mu­si­qi­ni si­fa­riş edir­lər. Or­ta Asiy­a­nın ki­no­stu­diy­a­la­rı ilə ça­lı­şır­dım, Tacı­ki­s­ta­nın al­tı­se­riy­a­lı "Şah­na­mə" fil­mi­nə mu­si­qi yaz­mı­şam. Düşünürəm, ki­no­da mu­si­qiyə təkcə müşay­i­ət ele­men­ti ki­mi dey­il, da­ha çox diq­qət ye­tir­mək la­zım­dır. Mən "Ul­duz­lar sönmür", "Sehrli xa­lat", "Gecə ci­nay­ə­ti" və s. ki­mi bir çox filmlə­rə mu­si­qi yaz­mı­şam.

- Nəyə gö­rə te­a­t­rı­mı­zın re­per­tu­a­rın­dan dünya səh­nə­si­nin ən yax­şı ba­let­lə­rin­dən bi­ri - "Mə­həb­bət əf­sa­nə­si" yoxa çı­xıb?

- Axun­dov adı­na Ope­ra və Ba­let Te­a­t­rı­nın çi­çək­lən­mə vax­tla­rı yo­xa çıx­dı. O za­man ba­le­ti­miz dünya­da ta­nı­nır­dı. İfa­çı­la­rı pe­şə­kar cə­hət­dən da­ha yüksək sə­viyyəyə çı­xar­maq, ar­tist­lər üçün da­ha yax­şı ya­şayış şər­t­lə­ri ya­rat­maq, ya­ra­dıcı gənclər böyütmək, so­n­ra­dan isə nə­ticə­lə­ri əl­də et­mək la­zım­dır.

- Mu­si­qi­ni­zin in­ter­p­re­ta­siy­a­sın­dan hə­mi­şə ra­zı­sı­nız­mı? Əsər­lə­ri­ni­zin ifa­sı­nı ki­mə eti­bar edir­si­niz?

- Bir vax­tlar Niy­a­zi - Arif Mə­li­kov ya­ra­dıcı tan­de­mi mö­vcud idi. Niy­a­zi bütün iri əsər­lə­ri­mi ifa edir­di və bun­dan da­ha yax­şı ifa ar­zu edə də bil­məz­dim. O, mə­nim müəl­li­mim, böyük mək­təb, nə­hay­ət, ku­mi­rim idi. O vaxt Ma­rin­ski Te­a­t­rı onu di­ri­jor qi­s­min­də işə də­vət et­di və onun­la qa­s­t­rol­la­ra ge­dir­dim. Pa­ra­lel ola­raq, əsər­lə­ri­mi te­at­rda mə­ha­rət­lə baca­rıq­lı di­ri­jor Ra­uf Ab­dul­lay­ev ifa edir­di. Mən xo­reo­qraf Yu­ri Qri­qorye­viç, di­ri­jor­lar Vla­di­mir Fe­do­sey­ev və Gen­na­di Roj­de­s­t­ven­ski də da­xil ol­maq­la, yüksək­si­ni­f­li pe­şə­kar­la­ra eti­bar edi­rəm.

- Si­zin ba­rə­də "Əbə­diyyət" ad­lı ki­ta­b­da yağlı boya ilə çə­kil­miş rəsmlə­rin re­p­ro­du­s­kiy­a­sı­na rast gəl­mək olar. Doğru­dan da Ta­n­rı is­te­dad ve­rən­də bi­ri­ni ver­mir...

- "Əbə­diyyət", "Zuğul­ba", "Se­vim­li güllər", "Qaf­qaz dağla­rı", "Xə­zə­rin qa­ra qı­zı­lı", "Şərq" və s. sim­fo­niy­a­la­rın trip­tix­lə­ri var... "İki ürəy­in po­ema­sı" ad­lı di­g­ər ba­le­tim­də təkcə li­b­ret­to­nun müəl­li­fi ki­mi dey­il, rəs­sam Sol­maz Əh­ver­diy­e­va­nın kö­mək­çi­si ki­mi çı­xış edi­rəm. Məş­hur öz­bək ya­zı­çı­sı Şə­rəf Rə­şi­do­vun əsə­ri əsa­sın­da ya­ra­dı­lan ba­let, ey­ni za­man­da, Daş­kənd və Kuy­bı­şev­də işıq üzü görüb. Rəq­qas Kom­de və müğən­ni Mo­da­nın mə­həb­bət ba­rə­də bu Şərq əf­sa­nə­si­nin faci­ə­vi so­nu var - hər iki qəh­rə­man hə­lak olur. Mən də qey­ri-adi son fi­kir­ləş­dim. On­la­rın cə­səd­lə­ri uza­dıl­mış əl­lər­lə səh­nəyə çı­xa­rı­lır və san­ki on­la­rın son­suz mə­həb­bət rəq­si­nin da­vam et­diyi ko­s­mo­sa qal­xır­lar. Bu, mə­həb­bə­tin son­suz ol­ma­sı de­mək­dir.

- Bu gün bə­s­tə­kar nəy­in üzə­rin­də iş­ləy­ir?

- İş pro­se­sin­də Doq­qu­zuncu sim­fo­niya və möh­tə­şəm "Yu­sif və Züley­xa" ba­le­ti var.

- İs­ti­ra­hət də­qi­qə­lə­rin­də tar­da çal­mağı xoş­layır­sı­nız­mı?

- Ta­rım ka­bi­ne­tim­də di­var­da roy­al üzə­rin­dən ası­lıb və ye­ni əsər­lə­rin ya­ra­dıl­ma­sın­da il­ham mən­bəyi ro­lu­nu oy­nayır...

- Arif Mə­li­kov ol­maq nə de­mək­dir?

- Bu, xal­qı­nın oğlu ol­maq de­mək­dir! Mən, azər­baycan­lı ol­mağım­la fəxr edi­rəm. "Mə­həb­bət əf­sa­nə­si", ma­lik ol­duğum yax­şı hər nə var­sa, xal­qı­ma, tor­pağı­ma borcluy­am.

- Arif Ca­ha­ng­i­ro­viç, Ye­ni İl ya­xın­la­şır. /İca­zə ve­rin, si­zi üzümüzə gə­lən Ye­ni İl bay­ra­mı müna­si­bə­ti­lə tə­b­­rik edək, can­sağlığı və çox­lu ye­ni mu­­si­qi ar­zu­lay­aq!



MƏSLƏHƏT GÖR:

545