Müəllif: Ənvər MƏMMƏDOV Bakı
Dünya iqtisadi böhranının ölkəmizdə də təsirlərinin müşahidə olunduğu indiki şəraitində iqtisadiyyatın qeyri-neft sektorunun intensivləşdirilməsi üzrə tədbirlərə başlanılıb. O, ölkə iqtisadiyyatının şaxələndirilməsində əsas rolu oynamaqdadır, perspektivdə isə valyuta daxilolmalarının əsas mənbəyinə çevrilməlidir. Bununla belə, əsas tapşırıq kimi əlavə dəyərin yüksək səviyyəsinə malik məhsulu istehsal edən ixracyönümlü sənayenin formalaşdırılması müəyyən edilib.
Lakin dövlətin sərmayə imkanları məhdudlaşdığı üçün qeyri-neft sənayesinin artımının əsas donoru rolunda bazarın öz subyektləri - yerli banklar və şirkətlər oynamalıdır və həmçinin maksimal dərəcədə xarici kapital cəlb etməlidir. Lakin qeyri-xammal sektoruna sərmayələrin nəhəng həcminin sabit axını təmin etmək, vergi və gömrük qanunvericiliyinin ciddi islahatı və istehlakçılara fiskal güzəştlər verilmədən mümkün deyil. Təbii ki, bu məqsədlər üçün idarəetmənin fiskal sistemin tam şəffaflığını təmin etmək lazımdır.
Vergi sisteminin islahatı və konkret stimullaşdırıcı tədbirlərlə bağlı sahibkarların təklifləri bu yaxınlarda Amerikanın Azərbaycandakı Ticarət Palatasının (AmCham) təşəbbüsü ilə keçirilən illik vergi konfransında müzakirələrin mövzusu olub.
"Ölkədə bir sıra istiqamətlər, məsələn, turizm və bəzi qida malları sahəsində əlavə dəyər vergisinin (ƏDV) sıfır dərəcəsini tətbiq etmək lazımdır", - deyə "KPMG Azerbaijan" audit şirkətinin vergi və hüquq departamentinin rəhbəri Müşfiq Əliyev deyib. O, həmçinin qeyd edib ki, regionlarda fəaliyyət göstərən müəssisələrə müvəqqəti vergi güzəştləri təqdim etmək olardı, həmçinin həddindən artıq ödənilən vergilərin qaytarılması prosesini asanlaşdırılması da yerinə düşərdi. KPMG şirkəti, həmçinin yeni sərmayə layihələri üzrə ödənilməli olan bütün vergilərin hesablaması ilə ilkin vergi sazişi praktikasını (Advance Tax Ruling) da tətbiq etməyi təklif edir.
Öz növbəsində "Deloitte & Touche" beynəlxalq audit şirkəti Azərbaycan hökumətinə nağdsız hesablamalara güzəştli vergi dərəcələrini tətbiq etməyi təklif edib, məsələn, pərakəndə ticarətdə ƏDV məbləği üçün endirimlər təklif etmək olar. "Deloitte Azerbaijan"ın rəhbəri Nuran Kərimovun fikrincə, nağdsız ödənişlərin inkişaf etdirilməsi üçün müəyyən sahələrdə, məsələn, avtomobil satışı sahəsində, nağd əməliyyatların həyata keçirilməsinə tam qadağa tətbiq etmək lazımdır.
Pul dövriyyəsinin sabitləşdirilməsi üzrə daha bir tədbir kimi gün ərzində bir şəxs tərəfindən nağdlaşdırılan pul məbləğinin həcminə məhdudiyyətlər ola bilərdi. Öz növbəsində banklara malların plastik kartlarla ödənişi zamanı komissiya ödənişlərinin azaldılması təklif olunub.
"Deloitte & Touche" nümayəndəsi şirkətlərin gəlirlərini nağd şəklində icra etdikləri halda onlardan bəzi xərclərin tutulmasını məhdudlaşdırmağı təklif edib.
Vergi qanunvericiliyinin islahatı ilə bağlı daha radikal təkliflər "PwC Azerbaijan" beynəlxalq audit şirkəti nümayəndələri tərəfindən səsləndirilib. Sahibkarlar üçün müəyyən güzəştlər yaratmaqla və yükün bir hissəsini istehlakçıların üzərinə qoymaqla, vergi yükünün strukturuna dəyişiklik edilməsi təklif olunub. "PwC" mütəxəssislərin araşdırmasına görə, 2014-cü il üzrə vergi daxilolmalarının strukturu təsdiq edib ki, əsas vergi yükü sahibkarların üzərinə düşür, halbuki dünya təcrübəsində vergi yükünün bizneslə istehlakçılar tərəfindən müəyyən qədər bərabər paylanıldığı və iqtisadiyyatın inkişafını təmin edən uğurlu vergi konsepsiyası tətbiq olunur. Xüsusi ilə söhbət imkanlı vətəndaşlardan vergi tutulmasında dəyişikliklərin edilməsindən gedir. Belə ki, daşınmaz əmlak vergisinin dərəcəsi mülkiyyət sahəsinin həddi 300-400 kv.m. aşdığı halda artırıla bilərdi. Aylıq gəlir 20 min dollardan yüksək olduğu halda gəlir vergisinin daha yüksək dərəcəsinin və həmçinin helikopterlərin, yaxtaların və s. sahiblərinə qarşı yüksək dərəcələrin tətbiq edilməsi təklif olunub. İdxal olunan zinət əşyalarının qiyməti 10 min dolları ötdüyü halda ƏDV dərəcəsinin artırılması da münasib olar. İqtisadiyyat üçün kifayət qədər çətin olan bu cari şərtlərdə spirtli içkilərə və tütün məhsullarına ƏDV dərəcəsinin artırılmasına haqq qazandırmaq olardı. "PwC Azerbaijan" şirkətində düşünürlər ki, digər tərəfdən biznes üçün bir sıra vergi güzəştlərinin tətbiqi vacibdir. Eyni zamanda dövriyyəsinin 50%-dən çoxu xarici fəaliyyət təşkil edən, ölkədə vergi güzəştləri əldə etmək məqsədilə qeydiyyatdan keçmiş şirkətlərin Azərbaycan ərazisində ofşor zonaların yaradılmasına icazə vermək zəruridir. "PwC"də hesab edirlər ki, Azərbaycanda vergi islahatları üç istiqamətdə aparılmalıdır: inzibati islahatlar, region və iqtisadi fəaliyyətdən asılı olaraq vergi dərəcələrinin diferensiasiyası. Sonuncu amil kifayət qədər vacibdir, çünki ölkənin iqtisadi zonaları əla potensiala və təbii imkanlara malikdirlər. Müvafiq olaraq, ƏDV dərəcələri regiondan regiona dəyişilə bilər. Bundan başqa, regionlara sərmayələri artırmaq üçün regionlarda fəaliyyət göstərən müəssisələrin dividendləri azad etmək və ya güzəştləri tətbiq etmək lazımdır.
Eyni zamanda ƏDV-dən sektor azad edilməsi sistemi də tətbiq edilə bilər, xüsusi ilə, ilk növbədə, aqrar istehsala və qida sənayesinə vergi güzəştləri tətbiq etmək mümkündür.
Qeyri-neft ixracının və sənayenin inkişafının təşviqindən ötrü "PwC" istehsalçılar üçün xüsusi vergi güzəştlərinin tətbiqini təklif edir. Məsələn, yeddi il müddətinə vergi dərəcələrini 50% azaltmaq, həmçinin və ciddi kapital qoyuluşu həcminə malik sənayeyə malik olmaqdan ötrü sürətli amortizasiya üçün imkan yaratmaq. Bu isə sərmayələrin dövriyyəyə qayıtmasını nəzərəçarpacaq dərəcədə sürətləndirəcək.
Sözsüz, etiraf etmək lazımdır ki, biznes-strukturların bütün sadaladıqları təklifləri neft gəlirlərinin azalması və iqtisadiyyatın bir sıra sahələrində zəifləmə nəticəsində dövlət büdcəsinin gəlir hissəsinin icra olunmasına ciddi təhlükələr yaratdığı indiki şəraitdə doğrudur.
Bununla belə, fiskal rejimin zəiflədilməsi ilə bağlı işgüzar dairələrin təkliflərinin mühüm hissəsi hökumətin və parlamentin bu yaxınlarda qəbul etdiyi qərarlarda öz əksini tapıb. Sahə prinsipi əsasında vergi tətillərinin ümumi tətbiq edilməsinin çətinliklərinə baxmayaraq, ölkədə taxılın idxalının, unun və çörəyin istehsalı və satışının ƏDV-dən müvəqqəti azad edilməsi barədə qərar qəbul olunub.
Vergi güzəştlərinin mühüm paketi qeyri-neft istehsalı sahəsinə vəsait yatıran sərmayəçiləri gözləyir. Bu günlərdə Milli Məclis ölkədə sərmayələrin təşviqi sənədinin tətbiqi ilə əlaqədar Vergi Məcəlləsinə və "Gömrük tarifləri haqqında" qanuna dəyişiklikləri təsdiq edib. Bu sənədin sahibləri yeddi il müddətinə gəlir vergisinin 50%-dən və torpaq, mülkiyyət vergilərindən azad olunurlar. Vergi tarifləri barəsində qanuna dəyişikliklərə əsasən, eyni müddətə gömrük rüsumlarından və iqtisadiyyat üçün prioritet sahələrdə sərmayə məqsədləri ilə texnikanın, avadanlığın və digər qurğuların idxalı ƏDV-dən azad olunur. Prioritet seqmentlər sırasına texnoparkların fəaliyyəti, sənaye müəssisələrinin yaradılması, elmi tədqiqat işlərinin aparılması və s. daxildir.
MƏSLƏHƏT GÖR: