Müəllif: Fuad Əliyev Bakı
Azərbaycan hökuməti qeyri-neft sektorunun inkişafı üçün bir sıra tədbirlər görür. İlk növbədə bu, idxalı əvəz edən və ixraca yönələn məhsulların istehsalının stimullaşdırılmasına aiddir. Görülən tədbirlər sırasında gömrük tənzimlənməsinin sadələşdirilməsi вя vergi rejimində dəyişikliklərin edilməsiни, еляъя дя Azərbaycan sahibkarlarının ölkə xaricində sərmayə fəallığını azaltmağa və Azərbaycan iqtisadiyyatına daha çox vəsait yatırmağa çağırış edilməsini misal kimi göstərmək olar.
İxracın stimullaşdırılması tədbirləri sırasında Prezident İlham Əliyevin ixracatçılara malın gömrük dəyərinin 3%-nin ödənilməsi barədə sərəncamını xüsusilə qeyd etmək lazımdır. Bu addım Azərbaycan məhsullarını xarici bazarlarda daha rəqabətədavamlı etməyə kömək edəcək, həmçinin bütövlükdə istehsalçıları ixraca yönəlmiş məhsul buraxmağa marağının artmasına şərait yaradacaq.
Faktiki olaraq, söhbət iqtisadiyyatın qeyri-neft sektoruna söykənən ölkənin yeni ixrac potensialının yaradılması zəruriyyətindən gedir. Qeyd etmək kifayətdir ki, son 10 ildə ölkə ixracının, təxminən, 85-90%-i neftin, neft məhsullarının və təbii qazın payına düşür.
AR Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2015-ci ilin nəticələrinə əsasən, xarici ticarət fəaliyyəti ilə 7 159 iştirakçı məşğul olub. Buna baxmayaraq, məhsulların ixracı ilə məşğul olanların sayı idxal edənlərlə müqayisədə nəzərəçarpacaq dərəcədə azdır. Xüsusilə xarici ticarətlə məşğul olan iştirakçılar tərəfindən məhsulların idxalı üçün 201,909 min, ixrac üçün isə 45,165 min bəyannamə təqdim olunub. 2015-ci ilin nəticələrinə əsasən, ixraca 11,424 mlrd. dollar həcmində 2 477 adda məhsul təqdim olunub, bu da 2014-cü ilin göstərici ilə müqayisədə yalnız 52% təşkil edib.
Bu arada mineral yanacaq, neft və neft məhsulları üzrə ixraca göndərilən məhsulun həcmi 9,882 mlrd. dollar və ya 86,5%, qalan maddələr üzrə isə 1,542 mlrd. dollar təşkil edib.
Əvvəlki illərdəki 20 mlrd. dollar səviyyəsinə qayıtmağın mümkün olması üçün Azərbaycan qeyri-neft sektoru karbohidrogen məhsulların ixrac həcminin azalmasının yerini doldurmalıdır.
Bundan başqa, bu amil milli valyutanın dayanıqlılığına səbəb olur, çünki manatın mal məhsulu ilə təmin edilməməsi Azərbaycan Mərkəzi Bankının (АМБ) valyuta ehtiyatlarının 15 mlrd. dollardan 4 mlrd. dollara qədər azalmasına səbəb olub.
Mahiyyətcə, söhbət daxili bazarın məhdudiyyətlərini nəzərə alaraq, ilk növbədə, qonşu ölkələrə yönələn yeni istehsalatın yaradılmasından gedir. Eyni zamanda, Azərbaycan ixracının ясас vektoru təkcə Şimal qonşusu Rusiya deyil, həmçinin cənub istiqaməti olan - İran və sonradan Fars körfəzi ölkələrinə çıxışıdır.
Təbii ki, xarici ticarətlə ölkə üzrə onlarca və ya yüzlərlə sahibkarın məşğul olacağına ümid etmək çətindir. Bu mənada, “Rəqabətədavamlılığın liderləri - milli çempionlar” proqramını reallaşdıran Qazaxıstanın təcrübəsi maraqlıdır.
Proqramın birinci mərhələsinin nəticələrinə əsasən, qida sənayesi, maşınqayırma və tikinti məhsullarının istehsalında çalışan 27 şirkət seçilib. Onlar dövlətdən 33 mlrd. tenge (təxminən, 100 mln. dollar) həcmində yardım alıblar.
Qeyd edilən şirkətlər üçün 105 təşəbbüsdən gözlənilən effekt 2018-ci ilə qədər gəlirin 170 mlrd. tengeyə qədər artmasına gətirib çıxarmalıdır. Burada ixracın 35 mlrd. qədər artması və idxalın 66 mlrd. tengeyə qədər əvəz edilməsi də var. Təbii ki, Qazaxıstanın sürətlə artan əhalisi üçün sosial aspekt də vacibdir. Bu, təqribən, 5 min iş yerinin açılması deməkdir.
Belə bir tədbir ixracın stimullaşdırılması ilə birgə yerli istehsalçılara real effekt verə bilər.
Ölkə hökuməti əvvəlki illərdə sənaye məhəllələrи вя parkları şəklində mühüm bazis yaradıb və orada sahibkarlara bütün lazım olan istehsalat infrastrukturu ilə birgə mühüm vergi güzəştləri təqdim olunur. Cari ildə hökumət Sumqayıt Kimya-Sənaye Parkında (SKSP), Balaxanı, Mingəçevir və Qaradağ Sənaye parklarında istehsalatın təşkil edilməsi və Neftçalada sənaye məhəlləsinin yaradılması üzrə intensiv işləri davam etdirəcək.
Xüsusən, Sumqayıt kimya-sənaye parkında rezidentlər 7 il müddətinə əmlak, torpaq, gəlir vergisi və idxal olunan avadanlыг ƏDV ödənilməsindən azad olunurlar. Bu parkda kimya, metallurgiya məhsullarının, şüşə bəndlərinin, fasad panellərinin və s. istehsalına 1 mlrd. dollara qədər sərmayə yatırmağa hazır olan artıq 5 rezident qeydiyyata düşüb.
Bununla yanaşı, digər ölkələrin Azərbaycan məhsullarının qəbul edilməsinə nə qədər hazır olması ilə bağlı məsələ açıq olaraq qalır. Rusiya, hələlik, Aİ ölkələri, Türkiyə və Ukrayna ilə sanksiya rejimində olduğu üçün Azərbaycandan aqrar məhsulun qəbuluna hazır olduğunu ifadə edir. Lakin digər ölkələrdə Azərbaycan məhsulu, çətin ki, açıq əllərlə qarşılanacaq.
Eyni zamanda, unutmaq lazım deyil ki, Azərbaycan postsovet məkanında nadir ölkələrdəndir ki, Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv deyil. ÜTT-yə daxil olmaq yerli istehsalçılar üçün mənfi nəticələrə gətirə bilər, çünki təşkilat azad ticarət fəlsəfəsini yürüdür və stimullaşdırıcı proqramlardan imtina etməyi tələb edir. Bu halda, ÜTT-nin üzvü kimi xarici bazarlarda Azərbaycan məhsullarına qarşı məhdudlaşdırıcı tədbirlər görülə bilər.
Müvafiq olaraq Azərbaycanın ÜTT-yə daxil olması üzrə danışıqlar prosesində öz mövqeləri yenidən nəzərdən keçirilməlidir.
İlk addım kimi, Azərbaycan hökuməti Qazaxıstanda olduğu kimi, milli çempion olmağa hazır olanlar və xarici sərmayələrin cəlb edilməsi və ixrac üçün məhsullar buraxılışının artымына мцвафиг köməyi göstərə biləcək şirkətlər arasında özünəməxsus müsabiqə də keçirə bilər. Bu şirkətlər də lokomotiv kimi ölkənin qeyri-neft sektorunu arxasınca apara bilər. Bununla belə, yerli istehsalat sayəsində ixrac məhsulunu nəzərəçarpacaq dərəcədə əvəz edə biləcək digər şirkətlər də kənarda qalmamalıdır.
Təbii ki, bu şəraitdə vergiödəmələri şəklində ölkənin dövlət büdcəsi də mühüm gəlir əldə edəcək, həmçinin inflyasiya və işsizlik səviyyəsinin artmasının qarşısını almaq üçün imkanlar da artacaq.
MƏSLƏHƏT GÖR: